Məhkəmə qərarları › İş №1(060)-143/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-143/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-143/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cu ildə Laçın rayonu, Köhnəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamuş, Laçın rayonu, Köhnəkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 10 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, X6 qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək özü ilə gətirdiyi 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə etməklə dənizə girib orada uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda quraraq 11 sentyabr 2020-ci il saat 09 radələrinədək olan müddət ərzində həmin tor vasitəsi ilə 01 (bir) ədəd 11 (on bir) manat dəyərində olan kefal, 39 (otuz doqquz) ədəd hər biri 11 (on bir) manat olmaqla 429 (dörd yüz iyirmi doqquz) manat dəyərində adi siyənək və 53 (əlli üç) ədəd hər biri 11 (on bir) manat olmaqla 583 (beş yüz səksən üç) manat dəyərində külmə balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 (min iyirmi üç) manat məbləğində ziyan vurmuş və həmin tarixdə sahilə çıxaraq tutduğu balıqları tordan ayırarkən Su NPİ-nin Sumqayıt Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və baxış zamanı ondan 01 (bir) ədəd taxta qayıq, 02 (iki) ədəd taxta avar, 01 (bir) ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan tor, 01 (bir) ədəd kefal, 39 (otuz doqquz) ədəd adi siyənək və 53 (əlli üç) ədəd külmə balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və eyni zamanda ona qarşı qaldırılmış 1023 (min iyirmi üç) manat məbləğində mülki iddianı qəbul edərək bildirdi ki, 10 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində balıq tutmaq məqsədi ilə Sumqayıt şəhəri, X6 qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gəlmişdir. Özünə məxsus olan 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girib uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru suda qurub yaşadığı evə getmişdir. Səhəri gün, yəni 11 sentyabr 2020-ci il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, X6 qəsəbəsi istiqamətində Xəzər dənizində qurduğu toru yığmaq məqsədi ilə yenidən həmin 1 ədəd taxta qayıqdan və 2 ədəd taxta avarlardan istifadə edərək dənizə girdikdən sonra toru qurduğu yerə gəlmişdir.Toru sudan çıxararkən müxtəlif növ balıq tutduğunu görmüş və saat 09-da toru tutduğu balıqlarla birlikdə qayığa yığıb sahilə çıxmış və balıqları tordan ayırarkən Su nəqliyyatında polis idarəsinin əməkdaşları onu saxlamışdırlar. Sorğu zamanı polis əməkdaşlarına Sumqayıt şəhəri, X6 qəsəbəsi istiqamətində Xəzər dənizində torla balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona məxsus olan 1 ədəd taxta qayığı, 2 ədəd taxta avarları, uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd toru və həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu balıqları aşkar edib götürmüşlər. Polis əməkdaşları ona məxsus balıqovlama vasitələrinə və Xəzər dənizindən qanunsuz tutduğu balıqlara hal şahidlərinin iştirakları ilə baxış keçirərkən məlum olmuşdur ki, tutduğu balıqların 39 ədədi adi siyənək, 1 ədədi kefal və 53 ədədi isə külmə balıqlarıdır. Bundan sonra polis əməkdaşları bu barədə müvafiq protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs rəsmi icazə olmadan Xəzər dənizində torla balıq tutmanın qadağan edildiyini bilsə də, başqa çıxış yolu olmadığına görə ailəsinə qida əldə etməkdən ötrü həmin gün dənizdən balıq tutmağa məcbur olduğunu, hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş xahiş etdi. Məhkəmədə mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edərək bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdə Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində qanunsuz balıq tutarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 №li qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozmuşdur. Yoxlama zamanı ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26 x 26 mm. olan jilka adlandırılan sintetik adlandırılan sintetik sapdan toxunmuş 1 ədəd tor və 01 (bir) ədəd kefal, 39 (otuz doqquz) ədəd adi siyənək və 53 (əlli üç) ədəd külmə balıqları aşkar edilib götürülmüşdür. Faktla bağlı vətəndaş Təqsirləndirilən şəxs barəsində Su nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən 11.09.2020-ci il tarixdə protokol tərtib edilmişdir. 02 iyun 2017-ci il tarixli, 243 №li qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu Qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinə əsasən balıqovlama biletləri olmadan sənaye məqsədləri ilə balıq ovlanması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.1999-cu il tarixli 146 №li qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna görə cərimələr”in 10-cu bəndinə əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd balığa vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) balıq növləri üçün müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentiniə vurmuş olduğu 1023 (min iyirmi üç) manat məbləğində maddi ziyanı ödəməmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanların nəzərə alınaraq məhkəmədən mülki iddianın təmin olunaraq təqsirləndirilən şəxsdən 1023 (min iyirmi üç) manatın dövlət nəfinə alınmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 11 sentyabr 2020-ci il tarixdə Su nəqliyyatında polis idarəsinin Sumqayıt xətt polis məntəqəsinin, həmçinin həmin polis idarəsinin X4 və X1 bölməsinin və Zığ limanında xətt polis bölməsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən saat 09 radələrində Sumqayıt şəhəri, X6 qəsəbəsi istiqamətində Xəzər dənizindən qanunsuz balıq tutmaqla məşqul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan tor, 01 ədəd kefal, 39 ədəd adi siyənək və 53 ədəd külmə balıları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin 01 ədəd kefal, 39 ədəd adi siyənək və 53 ədəd külmə balıqlarını tor vasitəsi ilə rəsmi icazəsi olmadan Sumqayıt şəhəri, X6 qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşdur. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, torla balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç vaxt olmamışdır. Dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə və onun qanunsuz tutduğu balıqlara baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilən polis nəfərləri Şahid2 və Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə verdilər. Su nəqliyyatında polis idarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi Şahid1 və “xxxx” MMC-nin direktoru E.Ə.Hüseynov tərəfindən tərtib olunmuş 11.09.2020-ci il tarixli qəbul aktından görünür ki, ümumi çəkisi 0,4 kq və dəyəri 0,5 qəpik olan 1 ədəd kefal, ümumi çəkisi 1,5 kq və dəyəri 1,7 manat olan 39 ədəd siyənək, ümumi çəkisi 1,8 kq və dəyəri 1,90 manat olan 53 ədəd külmə balıqları. Ümumi dəyər: 4,10 manat, ümumi çəki 3.7 kq balıqları “xxxx” MMC-nin direktoru E.Ə.Hüseynov tərəfindən qəbul edilmişdir. Su nəqliyyatında polis idarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi Şahid1 tərəfindən 11.09.2020-ci il tarixdə verilmiş iltizamdan görünür ki, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, jilka adlandırılan sintetik sapdan toxunmuş uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26 x 26 mm. olan 1 ədəd tor müvəqqəti saxlanmaq üçün Şahid1 verilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Əli Ağakişiyev tərəfindən verilmiş 14.09.2020-ci il mütəxəssis arayışından görünür ki, balıq ehtiyatlarına vurulan ziyan 1023 (bir min iyirmi üç) manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin 2441 saylı, 14.09.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs balıq ehtiyatlarına 1023 (bir min iyirmi üç) manat ziyan vurmuşdur və həmin ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutularaq idarənin hesablaşma hesabına ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 14.09.2020-ci il tarixli 21/237 nömrəli məktubundan görünür ki, 11.09.2020-ci il tarixə kimi Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Xəzər dənizində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, mülki iddiaçının, şahid ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Republikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağı, yəni 03.04.2014-cü il təvəllüdlü Zeynalov Ramal Hicran oğlu və 29.01.2016-cı il təvəllüdlü Zeynalova Ayan Hicran oğlu vardır. 25.09.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyası həddində həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə maddi sübut olan Su nəqliyyatında polis idarəsinin Sumqayıt XPM-nin rəisi Şahid1 verilmiş maddi sübutlar 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan tor cinayətin aləti olduğu üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən müsadirə edilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs qanunsuz tutduğu 01 ədəd kefal, 39 ədəd adi siyənək, 53 ədəd külmə balıqlarının dəyəri 4 manat 10 qəpik “xxxx” MMC-nin direktoru X3 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia təmin olunmaqla-1023 (bir min iyirmi üç) manat məbləğində pul təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2021-ci il tarixli (iş № 1(060)-143/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 32 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evini tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. 1023 (bir min iyirmi üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilsin. Su nəqliyyatında polis idarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi Şahid1 verilmiş maddi sübutlar 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd jılka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 2,5 metr, gözlərinin ölçüsü 26x26 mm. olan tor müsadirə edilib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs qanunsuz tutduğu 01 ədəd kefal, 39 ədəd adi siyənək, 53 ədəd külmə balıqlarının ümumi dəyəri 4 manat 10 qəpik “xxxx” MMC-nin direktoru X3 tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar