Məhkəmə qərarları › İş №1(060)-143/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-143/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-143/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında xx xxx 1976-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 616/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,635 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 10:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Fəxri” marketin qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,635 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır, hal hazırda Sumqayıt şəhəri, Betonzavod ərazisində nömrəsiz fərdi evdə yaşayır. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Uzun müddətdir narkotik vasitə kakosdan çəkməklə qəbul edir, narkotik aludəçisi olduğundan narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023-cü il tarixdə səhər saat 09:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən 10 (on) manat müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə almış, özü istifadə etmək üçün üstündə saxlamışdır. Həmin gün saat 10:40 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə getmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Vəkilə etiraz etməmiş, daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Bundan sonra əynində olan ağ rəngi cins şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə çıxardaraq təqdim etmişdir. Sorğu zamanı aşkar olunan narkotikə bənzər maddəni həmin gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09:00 radələrində Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O, narkotik istifadə etdiyini, narkotik aludəçisi olduğunu etiraf etmiş, həmin narkotiki almaqda məqsədinin özünün istifadə etməsi olduğunu, narkotiki satmaq niyyətinin olmadığını bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Sumqayıt şəhəri, Betonzavod ərazisində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 10:40 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Fəxri” marketin qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyriqanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan kiçik cibindən qızılı rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotikə bənzər maddəni həmin gün xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09:00 radələrində Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan tiryəkin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan kiçik cibindən qızılı rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddə çıxardaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotikə bənər maddəni bu gün xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 09:00 radələrində Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01(bir) ədəd kağıza bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,79 qram olduğu müəyyən olundu. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X5 tərəfindən müvafiq qaydada qablaşdırıldı və möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2023-cü il tarixli, 6/3448 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Şübhəli şəxs Təqsirləndirilən şəxs....» yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,635 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi - 0,635 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,585 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 29 noyabr 2023-cü il tarixli, 7820 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,635 qram olan narkotik vasitə narkotik vasitə asetilə edilən tiryəkdən tədqiqatdan sonra qalıq qalmış 0,585 qram narkotik vasitə asetilə edilən tiryək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin şərtlərinin pozulduğuna görə təqsirləndirilən şəxsin tutulması, barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-143/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-616/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 616/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alınmamış və cəzasını çəkməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-616/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdir. Məhkum Təqsirləndirilən şəxs şöbədə qeydiyyata alınmamış və cəzasını çəkməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-616/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixdə həbsdə olduğu 05 (beş) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaslı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,635 qram narkotik vasitə asetilə edilən tiryəkdən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,585 qram narkotik vasitə asetilə edilən tiryək məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul X3 tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-616/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixdə həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,585 qram narkotik vasitə olan narkotik vasitə asetilə edilən tiryək məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş)manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ013501**********6944 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar