Məhkəmə qərarları › İş №1(060)-145/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-145/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-145/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 62-də qeydiyyatda olan vəyaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 02.10.2020-ci il tarixdən 03.10.2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən “Faberlic” parfümeriya mağazasınının giriş qapısını sıxıb açaraq qanunsuz içəri daxil olub içəridən hər birinin dəyəri 59 manat olan 100 ml-lik 02 ədəd “Valentin Yudaşkin”, hər birinin qiyməti 29 manat olan 100 ml-lik 02 ədəd “Lancolot”, dəyəri 13 manat olan 50 ml-li 01 ədəd “Aventus”, hər birinin dəyəri 25 manat olan 100 ml-lik 02 ədəd “Pasivik”, dəyəri 32 manat olan 75 ml-lik 01 ədəd “Asterion”, dəyəri 14 manat olan 100 ml-lik 01 ədəd “İntense”, hər birinin dəyəri 17 manat olan 50 ml-lik 04 ədəd “Curiser”, hər birinin dəyəri 24 manat olan 100 ml-lik 02 ədəd “8 Element”, dəyəri 25 manat olan 55 ml-lik 01 ədəd “Centelmen”, hər birinin dəyəri 24 manat olan 55 ml-lik 02 ədəd “İnkonito”, dəyəri 13 manat olan 30 ml-lik 01 ədəd “Beautycafe”, dəyəri 29 manat olan 60 ml-lik 01 ədəd “Renata”, dəyəri 23 manat olan 55 ml-lik 01 ədəd “Mon Roi”, dəyəri 24 manat olan 50 ml-lik 01 ədəd “Şatex Delaron”ətirləri, 1600 (bir min altı yüz) manat pul vəüzərində hər birinin dəyəri 4 manat ***-***-**-**, ***-***-**-** mobil nömrə olan 100 manat dəyərində 01 ədəd Çin istehsalı “Samsung J5” markalı mobil telefonunu gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2271 (iki min iki yüz yetmiş bir) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakınıələ keçirmə məqsədi ilə 13.10.2020-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən “Faberlic” parfümeriya mağazasınının giriş qapısını sıxıb açaraq qanunsuz içəri daxil olub içəridəndəyəri 250 (iki yüz əlli) manat olan “Toshiba” markalı 01 ədəd notbuk, hər birinin dəyərə 44 manat olan 50 ml-lik 04 ədəd “Viking”, hər birinin dəyəri 44 manat olan 50 ml-lik 02 ədəd “Valkure”, dəyəri 29 manat olan 60 ml-lik 01 ədəd “Renata”, dəyəri 60 manat olan 65 ml-lik 01 ədəd “Valentin Yudaşkin”, dəyəri 23 manat olan 50 ml-lik 01 ədəd “Aura”, dəyəri 14 manat olan 55 ml-lik 01 ədəd “Alatau”, dəyəri 44 manat olan 50 ml-lik 01 ədəd “Pour toujurs”, hər birinin dəyəri 13 manat olan 30 ml-lik 02 ədəd “Kaori”, hər birinin dəyəri 24 manat olan 50 ml-lik 02 ədəd “İnconition”, dəyəri 23 manat olan 55 ml-lik 01 ədəd “Mon Roi”, dəyəri 14 manat olan 100 ml-lik 01 ədəd “İntense”, dəyəri 24 manat olan 100 ml-lik 01 ədəd “8 Element”, hər birinin dəyəri 13 manat olan 30 ml-lik 02 ədəd “Sensuelle”, dəyəri 9 manat olan 50 ml-lik 01 ədəd “Sensuelle”, hər birinin dəyəri 13 manat olan 30 ml-lik 07 ədəd “Aromania”, dəyəri 29 manat olan 90 ml-lik 01 ədəd “Volkan”, dəyəri 24 manat olab 50 ml-lik 01 ədəd “Cilsuz”, dəyəri 4 manat olan 50 ml-lik 01 ədəd “Aventus”, dəyəri 13 manat olan 30 ml-lik 01 ədəd “X5”, hər birinin dəyəri 13 manat olan 04 ədəd “Aromania”ətirləri və hər birinin dəyəri 10 manat olan 30 ml-lik 02 ədəd “Colon Kera” saç yağınıgizli talayıb zərərçəkmiş Starəİbadullayevaya ümumilikdə 999 (doqquz yüz doxsan doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin Azərbaycan RespublikasıCM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Maddi vəziyyəti aşağı olduğundan oğurluq etmək qərarına gəlmişdir. 02.10.2020-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı evdən çıxıb hər hansısa bir yerdən oğurluq etmək qərarına gəldiyini bildirmişdir. Bundan sonra Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən siqaret köşkündən oğurluq etmək istəsə də yaxınlıqda post patrul xidməti əməkdaşlarını gördüyü üçün fikrindən yayınmış, Corat qəsəbəsinin girəcəyində yerləşən “Faberlic” parfümeriya mağazasını görərək mağazanın içərisində işıqlar yanmadığı üçün heç kimin olmadığını zənn edərək oradan oğurluq etmək qərarına gəlmişdir. Evdən çıxarkən üzərindən götürdüyü vintaçan ilə mağazanın qapısını sıxıb açmış və içəri daxil olaraq qapını çəkib bağlamış, mağanın içərisində üzbəüz divarda vitrinlərin olduğunu, qapı iləüzbəüz kvadrat masanın olmasını görərək masanın dolablarını axtarmağa başlamış, pul tapa bilmədiyi üçün masanın üzərində olan qızılı rəngli “Samsung J5” markalı mobil telefonu, vitrinlərdə olan markalarını bilmədiyi 13 ədəd ətiri götürmüşdür. Bundan sonra mağazadan götürdüyü ətirləri elə mağazanın içərisindən götürdüyü sellafon torbaya qoyaraq mobil telefonu isə cibində qoyub mağazadan çıxmış və bundan sonra yaşadığı evə getmiş, oğurladığı əşyaları yaşadığı evin həyətində gizlətmişdir. Səhəri gün oğurladığı ətirləri və mobil telefonun gizlətdiyi yerdən götürüb marşrutla yenidən Sumqayıt şəhəri ərazisində yerləşən “Kolxoz” bazarına getmiş və əvvəlcə mobil telefonu şəxsiyyət vəsiqəsinin surəti ilə 75 manata satmış, bundan sonra özü ilə gətirdiyi ətirləri yoldan keçən tanımadığı şəxslərə satmış və ona 37 manat pul qalmışdır. Ümumilikdə o, oğurladığı əmlakdan 112 manat pul əldə etmiş və əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir.Bundan sonra o, təkrarən 13.10.2020-ci il tarixdə saat 21:30 radələrində oğurluq etmək üçün evdən çıxaraq əvvəl də oğurluq etdiyi “Faberlic” parfümeriya mağazasının qabağına gəlmiş və özü ilə evdən gətirdiyi vintaçanla qapını sıxıb açaraq içəri daxil olub masanın üzərində olan 01 ədəd “Toshiba” markalı notbuku, markasını bilmədiyi 23 sayda ətir götürmüş, oğurladığı əmlakları evdə gizlətmiş və səhəri gün evdən çıxaraq məhlədə durarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onun oğurluqda şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar.Oğurladığı əşyaların bir qismi qaytarılsa da maddi ziyanı tam ödəməyə imkanı yoxdur. Odur ki, ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində kiçik ölçülü bir obyekt götürüb həmin obyektdə “Faberlik” şirkətinin məhsullarını sataraq ailəsinə çörəkpulu qazanır. 03.10.2020-ci il tarixdə işə gedib qapını açıb obyektə daxil olmuşdur. İçəri daxil olduqdan sonra içəridə olan plakatları çölə çıxarmışdır. Bu zaman tanımadığı bir nəfər qadının içəri girib ondan saç şampununu istədiyini bildirmişdir. O, içəridə olan vitrinlərdən həmin qadına şampun vermək istədikdə vitrinlərin boş olduğunu görüb oğurluq ola biləcəyini fikirləşdiyini bildirmişdir. Bu zaman içəridə olan masanın rəfində olan 1600 manat pulunun yerində olub olmadığını yoxlamaq üçün cəld ora baxdığını bildirmişdir. Lakin, pulunun orada olmadığını qedy etmişdir. Bundan sonra iş telefonunu axtarsa da qoyduğu yerdə tapa bilmədiyini bildirmişdir. Bundan sonra o, oğurluq olduğunu bildiyi üçün əri Şahid1 zəng edib mağazaya çağırdığını bildirmişdir. Ərinin mağazaya gəldikdən sonra birlikdə oğurlanmış əmlakın sayını bilmək üçün vitrinə baxdıqlarını qeyd etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər işlədiyi mağazanın qapısını sıxıb açaraq içəri daxil olmuş və içəridən hər birinin qiyməti 60 manat olan 100 ml-lik 02 ədəd “Valentin Yudaşkin”, hər birinin qiyməti 30 manat olan 100 ml-lik 02 ədəd “Lancolot”, dəyəri 25 manat olan 50 ml-li 01 ədəd “Aventus”, hər birinin dəyəri 25 manat olan 100 ml-lik 02 ədəd “Pasivik”, dəyəri 30 manat olan 75 ml-lik 01 ədəd “Asterion”, dəyəri 25 manat olan 100 ml-lik 01 ədəd “İntense”, hər birinin dəyəri 17 manat olan 50 ml-lik 04 ədəd “Curiser”, hər birinin dəyəri 25 manat olan 100 ml-lik 02 ədəd “8 Element”, dəyəri 25 manat olan 55 ml-lik 01 ədəd “Centelmen”, hər birinin dəyəri 25 manat olan 55 ml-lik 02 ədəd “İnkonito”, hər birinin dəyəri 30 manat olan 30 ml-lik 02 ədəd “Beautycafe”, dəyəri 60 manat olan 60 ml-lik 01 ədəd “Renata”, dəyəri 25 manat olan 55 ml-lik 01 ədəd “Mon Roi”, dəyəri 24 manat olan 50 ml-lik 01 ədəd “Şatex Delaron” ətirləri, 1600 manat pul və içərisində ***-***-**- **, ***-***-**-** mobil nömrələri olan 01 ədəd “Samsung J5” mobil telefonunu oğurlayaraq ona ümumilikdə 2438 manat maddi ziyan vurmuşlar. Mobil telefonun içərisində olan nömrələrin heç birində kontur olmamasınıda qeyd etmişdir. 14.10.2020-ci il tarixdə gecə saatlarında icarə işlətdiyi yerin sahibi Səfərin onun mobil nömrəsinə zəng edərək mağazanın qapısının açıq olduğunu və təkrarən mağazadan oğruluq olduğunu ona dediyini bildirmişdir. Bundan sonra o, əri ilə birlikdə cəld mağazaya getdiyini bildirmişdir. Ora çatdıqda naməlum şəxs və ya şəxslərin içəridə olan masanın üzərindəki “Toshiba” markalı 01 ədəd notbukun, hər birinin dəyərə 44 manat olan 50 ml-lik 04 ədəd “Viking”, hər birinin dəyəri 44 manat olan 50 ml-lik 02 ədəd “Valkure”, dəyəri 60 manat olan 60 ml-lik 01 ədəd “Renata”, dəyəri 60 manat olan 65 ml-lik 01 ədəd “Valentin Yudaşkin”, dəyəri 23 manat olan 50 ml-lik 01 ədəd “Aura”, dəyəri 23 manat olan 55 ml-lik 01 ədəd “Alatau”, dəyəri 45 manat olan 50 ml-lik 01 ədəd “Pour toujurs”, hər birinin dəyəri 25 manat olan 30 ml-lik 02 ədəd “Kauri”, hər birinin dəyəri 25 manat olan 50 mllik 02 ədəd “İnconition”, dəyəri 25 manat olan 55 ml-lik 01 ədəd “Mon Roi”, dəyəri 25 manat olan 100 ml-lik 01 ədəd “İntense”, dəyəri 25 manat olan 100 ml-lik 01 ədəd “8 Element”, hər birinin dəyəri 20 manat olan 30 ml-lik 02 ədəd “Sensuelle”, dəyəri 25 manat olan 50 ml-lik 01 ədəd “Sensuelle”, hər birinin dəyəri 7 manat olan 30 ml-lik 07 ədəd “Aromania”, dəyəri 30 manat olan 90 ml-lik 01 ədəd “Volkan”, dəyəri 24 manat olab 50 ml-lik 01 ədəd “Cilsuz”, dəyəri 25 manat olan 50 ml-lik 01 ədəd “Aventus”, dəyəri 30 manat olan 30 ml-lik 01 ədəd “X5” ətirləri və dəyəri 7,5 manat olan 30 ml-lik 02 ədəd “Colon Kera” saç yağını oğurlayaraq ona ümumilikdə 1241 manat maddi ziyan vurduqlarını bildirmişdir.Həmçinin zərərçəkmiş şəxs təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu və barəsində cəza tətbiq edilməsini bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Starə İbadullayevə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən obyekti tanıdığı Səfər adlı şəxsdən icarə götürərək ətriyyat mağazası kimi işlədir. 14.10.2020-ci il tarixdə gecə saatlarında arvadının icarə işlətdiyi yerin sahibi Səfər arvadının mobil nömrəsinə zəng edərək mağazanın qapısının açıq olduğunu və təkrarən mağazadan oğruluq olduğunu dediyini bildirmiş, Starə ilə o, birlikdə mağazaya gedərək naməlum şəxs və ya şəxslərin içəridə olan masanın üzərindəki “Toshiba” markalı 01 ədəd notbukun, hər birinin dəyərə 44 manat olan 50 ml-lik 04 ədəd “Viking”, hər birinin dəyəri 44 manat olan 50 ml-lik 02 ədəd “Valkure”, dəyəri 60 manat olan 60 ml-lik 01 ədəd “Renata”, dəyəri 60 manat olan 65 mllik 01 ədəd “Valentin Yudaşkin”, dəyəri 23 manat olan 50 ml-lik 01 ədəd “Aura”, dəyəri 23 manat olan 55 ml-lik 01 ədəd “Alatau”, dəyəri 45 manat olan 50 ml-lik 01 ədəd “Pour toujurs”, hər birinin dəyəri 25 manat olan 30 ml-lik 02 ədəd “Kauri”, hər birinin dəyəri 25 manat olan 50 ml-lik 02 ədəd “İnconition”, dəyəri 25 manat olan 55 ml-lik 01 ədəd “Mon Roi”, dəyəri 25 manat olan 100 ml-lik 01 ədəd “İntense”, dəyəri 25 manat olan 100 ml-lik 01 ədəd “8 Element”, hər birinin dəyəri 20 manat olan 30 ml-lik 02 ədəd “Sensuelle”, dəyəri 25 manat olan 50 ml-lik 01 ədəd “Sensuelle”, hər birinin dəyəri 7 manat olan 30 ml-lik 07 ədəd “Aromania”, dəyəri 30 manat olan 90 ml-lik 01 ədəd “Volkan”, dəyəri 24 manat olab 50 ml-lik 01 ədəd “Cilsuz”, dəyəri 25 manat olan 50 ml-lik 01 ədəd “Aventus”, dəyəri 30 manat olan 30 ml-lik 01 ədəd “X5” ətirləri və dəyəri 7,5 manat olan 30 ml-lik 02 ədəd “Colon Kera” saç yağını oğurladığını bilmişlər. Sonra aidiyyatı üzrə polisə baş verən hadisə barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun icarədardır. Starə İbadullayevə Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən ona məxsus obyekti icarə götürərək ətriyyat mağazası kimi işlədir. 14.10.2020-ci il tarixdə gecə saatlarında yaşadığı evdən tanımadığı bir nəfər onu çağıraraq icarə verdiyi obyektin qapısının açıq olduğunu gördüyünü deməsini bildirmişdir. Bundan sonra o, cəld evdən çıxaraq obyektə baxdığını, qapının açıq olduğunu və içəridən oğurluq olduğunu fikirləşib cəld Zərərçəkmiş şəxs məlumat verdiyini bildirmişdir. Starənin tez bir zamanda əri Eminlə obyektə gəldiklərini bildirmişdir. Bundan sonra Starənin özünün obyektə baxış keçirdiyini və içəridən Starəyə məxsus ətirlərin və bir ədəd notbukun oğurlandığını bildiyini qeyd etmişdir. Təxminən bu hadisədən on gün qabaqda həmin obyektdə qanunsuz daxil olaraq içəridən Starə İbadullayevəya məxsus əmlakların oğurlandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Sülh küçəsində telefon mağazasını icarəyə işlədir. 07.10.2020-ci il tarixdə mağazada olarkən iki nəfər şəxsin mağaza gəlmişlər. Onlardan biri özünü Fuad kimi təqdim etmiş və həmin şəxs özündə olan “Samsung J5” markalı mobil telefonunu göstərərək ehtiyacı olduğu üçün həmin mobil telefonu satmaq istədiyini demişdir. Bundan sonra onunla mobil telefonu 75 manata alqı-satqı edəcəyinə razılaşmışlar.Fuadın yanında olan şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək rəsmiləşmənin onun adına ediləcəyini bildirmiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin surətinin üzərinə mobil telefonun İMEİ kodlarını, mobil telefonun özünə məxsus olmasını bildirmiş, sonra pulu Fuada vermişdir. Həmin şəxslər çıxıb getdikdən bir neçə gün sonra polis əməkdaşlarının mağazaya gələrək Fuadın satdığı mobil telefonun oğurluq olduğunu ona demişlər və o, həmin telefonu və sənədin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində telefon mağazasını icarəyə işlədir. 14.10.2020-ci il tarixdə saat 17 radələrində mağazada olarkən iki nəfər şəxsin mağazaya gəlmiş, həmin şəxsdən biri Fuad kimi tanıdığı şəxs olmuşdur. Çünki, əvvəllər ondan iki dəfə telefon almışdır. Bundan sonra Fuad özündə olan “Toshiba” markalı notbukun olduğunu və ehtiyacı olduğu üçün həmin notbuku satmaq istədiyini bildirmiş və Fuad həmin notbuku 70 manata ona satmışdır. O, Fuada alqı-satqı etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini demiş, Fuad şəxsiyyət vəsiqəsinin üzərində olmadığını ona demiş, Fuadın yanında olan, dostu kimi təqdim etdiyi, lakin, adını bilmədiyi şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin üzərində olduğunu bildirib ona təqdim etmiş, şəxsiyyət vəsiqəsinin surətini çıxardıqdan sonra vəsiqənin sahibinin onun surətinin üzərinə “notbuku özüm satdım, oğurluq və girov deyil” yazıb mobil nömrəsini və həmin günün tarixini yazmış, Fuada 70 manat pul verib yol salmışdır. Bir gün sonra təxminən 17 radələrində işlədiyi mağazaya polis əməkdaşlarının gələrək bir gün əvvəl Fuaddan 70 manata aldığı notbukun oğurluq olmasını və həmin notbuku təqdim etməyini ona bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2019-cu ildən tutduğu vəzifədə xidmət edir. Zərərçəkmiş şəxs Ənvər qızının icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən “Faberlic” parfümeriya dükanından baş vermiş oğurluq hadisələri üzrə yazmış olduğu ərizələr əsasında təhqiqat araşdırması zamanı aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Təqsirləndirilən şəxs təhqiqata təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğurluq zamanı əldə etdiyi 01 ədəd “Samsung J5” markalı mobil telefon və “Toshiba” markalı notbuku satdığı mağazalar müəyyən edilmiş və onlar tərəfindən onun iştirakı ilə götürüldüyü, həmçini telefonu alan Şahid3, notbuku alan Şahid4 dindirilmələri üçün PB-ə dəvət olunduğunu bildirmişdir. Notbuk və telefon götürülən zaman alqı satqı zamanı telefon və notbuku satan şəxsin şəxsiyyət vəsiqəsinin surəti onun tərəfindən götürüldüyünü və aidiyyatı üzrə PB-nin müavini Qabil Rzayevə təqdim edildiyini bildirmişdir. Bundan sonra baş verənlər barədə məlumatı olmamasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2020-ci il tarixli 9/4563 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (nəzəri qaydada) 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: № Adı və markalanma göstəriciləri Ümumi 1 Ümumi sayı ədədinin dəyəri qiyməti (ədədlə) (manat) (manat) Təqdim edilmiş mallar 1 “Toshiba” markalı “Satellite L850-D2S” model, 1 250 250 boz rəngli istifadədə olmuş notebook 2 Çin istehsalı olan “Samsung” markalı, SM- 1 100 100 J510FN/DS model, 358786/08/496853/8 və 358787/08/496853/6 imei kodlu qızılı rəngli mobil telefon.Təqdim edilmiş mobil telefon istifadədə olub normal vəziyyətdədir 3 55 ml-lik “Alatau” markalı ətir 1 14 14 4 50 ml-lik “Pour toujurs” markalı ətir 1 44 44 5 30 ml-lik “Feerique Sensuelle” markalı ətir 2 13 26 6 50 ml-lik “Feerique Sensuelle” markalı ətir 1 9 9 7 30 ml-lik “Aromania” markalı ətir 4 13 52 8 30 ml-lik “X5” markalı ətir 1 13 13 9 30 ml-lik “Beautycafe” markalı ətir 1 13 13 10 30 ml-lik “Kaori” markalı ətir 2 13 26 11 30 ml-lik “Salon Care” markalı saç kremi 1 10 10 CƏMİ: 557,00 Təqdim edilməmiş mallar nəzəri qaydada 1 100 ml-lik “Valentin Yudaşkin” markalı ətir 2 59 118 2 100 ml-lik 02 ədəd “Lancolot” markalı ətir 2 29 58 3 50 ml-lik 01 ədəd “Aventus” markalı ətir 1 13 13 4 100 ml-lik 02 ədəd “Pasivik” markalı ətir 2 Aydın deyil 0 5 75 ml-lik İ ədəd “Asterion” markalı ətir 1 32 32 6 100 ml-lik 01 ədəd “İntense” markalı ətir 1 14 14 7 50 ml-lik 04 ədəd “Curiser” markalı ətir 4 17 68 8 100 ml-lik 02 ədəd “8 Element” markalı ətir 2 24 48 9 55 ml-lik 01 ədəd “Centelmen” markalı ətir 1 25 25 10 55 ml-lik 02 ədəd “İnkonito” markalı ətir 2 24 48 11 60 ml-lik 01 ədəd “Renata” markalı ətir 1 29 29 12 55 ml-lik 01 ədəd “Mon Roi” markalı ətir 1 23 23 13 50 ml-lik 01 ədəd “Şatex Delaron” markalı ətir 1 Aydın deyil 0 14 50 ml-lik 04 ədəd “Viking” markalı ətir 4 44 176 15 50 ml-lik 02 ədəd “Valkure” markalı ətir 2 44 88 16 60 ml-lik 01 ədəd “Renata” markalı ətir 1 29 29 17 65 ml-lik 01 ədəd “Valentin Yudaşkin” markalı 1 Aydın deyil 0 ətir 18 50 ml-lik 01 ədəd “Aura” markalı ətir 1 Aydın deyil 0 19 50 ml-lik 02 ədəd “İnconition” markalı ətir 2 24 48 20 55 ml-lik 01 ədəd “Mon Roi” markalı ətir 1 23 23 21 100 ml-lik 01 ədəd “İntense” markalı ətir 1 14 14 22 100 ml-lik 01 ədəd “8 Element” markalı ətir 1 24 24 23 90 ml-lik 01 ədəd “Volkan” markalı ətir 1 29 29 24 50 ml- lik 01 ədəd “Cilsuz” markalı ətir 1 Aydın deyil 0 25 50 ml-lik 01 ədəd “Aventus” markalı ətir 1 13 13 26 ***-***-**-** saylı GSM mobil nömrə 1 4 4 27 077-325- 35-14 saylı GSM mobil nömrə 1 4 4 CƏMİ: 928,00 Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların təzə vəziyyətdə və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 557,00 manat, təqdim edilməyən 22 adda təzə vəziyyətdə olan malların nəzəri qaydada 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti isə 928,00 manat müəyyən edilir. Qiymətləndirilməyən 5 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların təzə vəziyyətdə və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 557,00 manat, təqdim edilməyən 22 adda təzə vəziyyətdə olan malların nəzəri qaydada 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti isə 928,00 manat müəyyən edilir. Qiymətləndirilməyən 5 adda mallar haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 16.10.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 28.12.2019-cu il tarixli,1 (060)-431/2019 saylı hökmündən və 24.11.2020-ci il tarixli 1 (060)-423/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 28.12.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin zərəçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə cinayt məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “Faberlik” mağazasına baxış keçirilmiş və zərərçəkmiş şəxs haradan hansı məmulatların oğurlanması barədə məlumat verərək yerində göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, 15.10.2020-ci il tarixində vətəndaş Şahid3 özündə olan 01 ədəd samsunq J5 6 markalı mobil telefonu təhqiqata təqdim edərək həmin mobil telefonu 07.10.2020-ci il tarixdə Fuad adlı şəxsin onun mağazasına gətirərək 75 AZN-ə satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 15 oktyabr 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özündə olan müxtəlif firmalara məxsus olan 11 ədəd ətiri təqdim edərək həmin ətirləri 13.10.2020-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Faberlik” mağazasından oğurladığını bildirmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 15 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, vət Şahid4 özündə olan 1 ədəd Toşiba Satellite L 850 D 2 S markalı part nömrəsi PSKG 8R-03S003RU, seriya nömrəsi 9c364904R olan noutbuku təhqiqata təqdim edərək həmin noutbuku Təqsirləndirilən şəxs adlı şəxsin onun mağazasına gətirərək ona 70 AZN-ə satdığını bildirmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübdəhli olan şəxsin tutulmasına dair 15 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli 16.10.2020-ci il tarixdə CM-nin 177.2.3-cü maddəsindən 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. 17.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işi məhkəmə baxışına təyin olunanadək uzadılmışdır. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasıın 27.01.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08.12.2020-ci il tarixli, 1735 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011 və 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmaması göstərilmişdir. Sübutların qiymətləndirilməsinə dair 10.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 177.2.1 və 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri Probasiya şöbəsi tərəfindən verilmiş 26.02.2020-ci il tarixli, 16230/2020 saylı arayışdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-431/2019-cu il saylı, 28.12.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs ona təyin olunmuş 01 il 01 ay 06 gün azadlğın məhdudlaşdırılması cəzasının 08 ay 17 gününü çəkmiş 04 ay 19 günü isə çəkməmişdır. Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir, bu səbəbdən də ondan şikayətçidir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün işin halları ilə bağlı ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs əvvəllər də cinayət törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkdiyi müddətdə yenidən cinayət əməli törətmişdir. Bu da həmin şəxsin hələ də islah olunmadığını göstərir.Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 dekabr 2020-cu il tarixli (iş № 1(060)- 581/2020) qərarını icra edərək, 24 dekabr 2020-cu il tarixli 1266/2020 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toshiba” markalı “Satellite L850-D2S” model notebook, 01 ədəd Çin istehsalı olan “Samsung” markalı, SM-J510FN/DS model, 358786/08/496853/8 və 358787/08/496853/6 imei kodlu qızılı rəngli mobil telefon, 01 ədəd 55 ml-lik “Alatau” markalı ətir, 01 ədəd 50 ml-lik “Pour toujurs” markalı ətir, 02 ədəd 30 ml-lik “Feerique Sensuelle” markalı ətir, 01 ədəd 50 ml-lik “Feerique Sensuelle” markalı ətir, 04 ədəd 30 ml-lik “Aromania” markalı ətir, 01 ədəd 30 ml-lik “X5” markalı ətir, 01 ədəd 30 ml-lik “Beautycafe” markalı ətir, 02 ədəd 30 ml-lik “Kaori” markalı ətir, 01 ədəd 30 ml-lik “Salon Care” markalı saç kreminin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, mülki iddia da, verilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 28.12.2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 01 il 01 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 19 günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunacaq cəzaya qismən birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı 15 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli ) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toshiba” markalı “Satellite L850-D2S” model notebook, 01 ədəd Çin istehsalı olan “Samsung” markalı, SM-J510FN/DS model, 358786/08/496853/8 və 358787/08/496853/6 imei kodlu qızılı rəngli mobil telefon, 01 ədəd 55 ml-lik “Alatau” markalı ətir, 01 ədəd 50 ml-lik “Pour toujurs” markalı ətir, 02 ədəd 30 ml-lik “Feerique Sensuelle” markalı ətir, 01 ədəd 50 ml-lik “Feerique Sensuelle” markalı ətir, 04 ədəd 30 ml-lik “Aromania” markalı ətir, 01 ədəd 30 ml-lik “X5” markalı ətir, 01 ədəd 30 ml-lik “Beautycafe” markalı ətir, 02 ədəd 30 ml-lik “Kaori” markalı ətir, 01 ədəd 30 ml-lik “Salon Care” markalı saç kreminin sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun “xxxx” ASC -nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar