Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-145/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mered qızının, Təqsirləndirilən şəxs, Müdafiəçisi – “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonu, Qaraçimən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2013-cü il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 93 (doxsan üç) manat olmaqla, cəmi 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə və 45 (qırx beş) manat dövlət rüsumunun alınmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 01 (bir) ay, 20 (iyirmi) gün və 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün verilən xx.xx.2023-cü il tarixli təqdimata əsasən 19166,00 (on doqquz min yüz altmış altı) manat məbləğində aliment borcunu tələbkara və 45 (qırx beş) manat dövlət rüsumunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2004-cü il tarixdə Zərərçəkmiş şəxs ilə el adəti ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişlər. Məhz bundan sonra 2008-ci ildə onların nikahları rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə 04 (dörd) il yaşamış, münasibətləri əvvəl normal olsa da, qısa müddətdə münasibətləri korlanmış, xasiyyətləri düz gəlməmiş və bu səbəbdən evində konfliktlər olmuşdur. Zərərçəkmiş şəxs uşaqları götürərək anasının evinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs uşaqlar üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2013-cu il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 93 (doxsan üç) manat, cəmi isə 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Onun barəsində Sumqayıt şəhəri üzrə İcra Şöbəsində icra işi aparılmış, imkanı daxilində müəyyən ödənişlər etmiş, lakin alimenti tam olaraq ödəməmişdir. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2022-ci tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 01 (bir) ay, 20 (iyirmi) gün və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Ona məlumdur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən barəsində cinayət təqibi üçün verilmiş xx.xx.2023-cü il tarixli təqdimat əsasında ödənilməmiş aliment borcu 19166,00 (on doqquz min yüz altmış altı) manat təşkil edir. Onun daimi iş yeri yoxdur, tikintilərdə işi olanda 20-25 manat günə qazancı olur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mered qızı ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə el adəti ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişlər. Məhz bundan sonra 2008-ci ildə nikahları rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə 04 (dörd) il yaşamış, münasibətləri əvvəl normal olsa da, qısa müddətdə münasibətləri korlanmış, belə ki, Təqsirləndirilən şəxs müxtəlif tikintilərdə fəhlə kimi işləmiş, lakin qazandığını öz ehtiyaclarına və yeyib-içmək məclislərinə xərcləmişdir. Zöhrab ona və uşaqlarına qarşı çox laqeyd olmuş, ona qarşı kobud olmaqla əsassız olaraq incidmiş, evə vaxtında gəlməmiş, evə tez-tez sərxoş vəziyyətdə gəlmiş və bu səbəbdən evlərində konfliktlər olmuşdur. Təqsirləndirilən şəxs işləyəndə hər günə normal olaraq 25 (iyirmi beş) manat pul qazanmışdır. O, özünə və uşaqlarına qarşı bu cür münasibətə artıq dözə bilməmiş və uşaqlarını götürərək ana evinə getmişdir. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmadığı üçün və maddi cəhətdən uşaqların böyüdülməsində köməklik etmədiyi səbəbindən uşaqlar üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cu il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 93 (doxsan üç) manat, cəmi isə 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə alimenti ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra Şöbəsində icra işi aparılmış, lakin sonuncu alimenti ödəmirdi. Bu səbəbdən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2022-ci tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 01 (bir) ay, 20 (iyirmi) gün və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir, lakin bundan nəticə çıxarmamışdır. Təqsirləndirilən şəxs alimentin ödənilməsinin görüntüsünü yaratmaq üçün ara-bir cüzi ödəniş etmişdir. Ona məlumdur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs təqdimat əsasında ödənilməmiş aliment borcu 19166,00 (on doqquz min yüz altmış altı) manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən aliment borcunu tam şəkildə ödənilməsini, əks təqdirdə barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2710/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 93 (doxsan üç) manat olmaqla, cəmi 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsində başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən aliment müntəzəm şəkildə ödənilməmiş, borclunun tələbin yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmiş, onun izahatı alınmış və yaranmış aliment borcundan ödəniş edəcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il srixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu şəxs Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etməmiş, onun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması barədə xx.xx.2016-cı il tarixdə qərar qəbul olunaraq Sumqayıt ŞPİ-nə göndərilmiş, nəticədə borclunun barəsində axtarış işi açılmışdır. Z. Almuradov polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmiş, izahatı alınmış və borclu aliment ödəyə bilməcəyini bildirmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 723/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu Z.Aİmuradovdan aliment borcunun ödənilməsi dəfələrlə tələb edilmiş, şifahi və yazılı xəbərdarlıq olunmuş, lakin müsbət nəticə əldə edilməmiş, sonuncu izhatında işsiz olduğunu və borcu ödəyə bilməyəcəyini bildirmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması barədə xx.xx.2018-ci il tarixdə qərar qəbul olunaraq Sumqayıt ŞPİ-nə göndərilmiş, nəticədə borclunun barəsində axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2381/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi dəfələrlə tələb edilmiş, şifahi və yazılı xəbərdarlıq olunmuş, lakin müsbət nəticə əldə edilməmiş, sonuncu izahatında işsiz olduğunu və borcu ödəyə bilməyəcəyini bildirmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün Z. Almuradovun axtarılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul olunaraq Sumqayıt ŞPİ-nə göndərilmiş, nəticədə borcunun barəsində 730977 saylı axtarış işi açılmışdır. Borclu polis əməkdaşları tərəfindən Sumqayıt şəhərii üzrə İcra İdarəsinə təhvil verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2613/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu şəxs Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkarın qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. O, icra sənədi üzrə tələbin təmin edilməsi üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Onun bu cür hərəkət və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq icra etməmədə ifadə olunur. İcraat dövründə tələbkarın ərizəsinə əsasən xx.xx.2014-cü il tarixdən 13 03.2023-cü il tarixədək Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs hesabına ödənilməli olan 19.716 (on doqquz min yeddi yüz on altı) manat aliment pulundan cəmi 550 (beş yüz əlli) manat ödəniş etmiş, onun xx.xx.2023-cü il tarixə 19.166 (on doqquz min yüz altmış altı) manat aliment borcu qalmışdır. Borclunun qərəzli hərəkət və ya hərəkətsizliyi nəticəsində qətnamə üzrə aliment öhdəliyi tamlıqla yerinə yetirilmədiyi üçün tələbkar Zərərçəkmiş şəxs ərizə ilə İcra İdarəsinə müraciət edərək, borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar xəbərdarlıq edildikdən sonra öz hərəkətlərini davam etdirmiş olsun. Hazırki təqdimatın təsviri hissəsində Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq icra etməməsini özündə ehtiva edən sübut və əsaslar göstərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunmasna, tələbin təmin edilməsi üçün ona dəfələrlə xəbərdarlıq edilməsinə baxayaraq, hazırki dövrədək 19.166 (on doqquz min yüz altmış altı) manat borc məbləği yarandığını nəzərə alaraq hesab edilir ki, sonuncunun əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3033 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmahdir, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hazırda da öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ittiham elan olunması üçün təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Bakı şəhəri Yasamal RPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 734667 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan və xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin MSY-dən azad olumuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin xəstəxanada stasionar müalicədə olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 93,00 (doxsan üç) manat olmaqla, cəmi 186,00 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə, habelə 45 (qırx beş) manat dövlət rüsumunun alınması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli İcra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 93,00 (doxsan üç) manat olmaqla, cəmi 186,00 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment, habelə 45 (qırx beş) manat dövlət rüsumunun tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-723/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2381/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2613/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 X3 filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində iş axtaran kimi qeydiyyata alınmış, altsistemdə olan telefon nömrələri işləmədiyi üçün vətəndaşla əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli təqdimat və alimentin ödənilməsinə dair cədvəldən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcu 19166,00 (on doqquz min yüz altmış altı) manat təşkil edir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx.xx.2013-cü il tarixli bildirişdən, Sumqayıt Şəhəri Məhkəməsinin xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixli inzibati xəta qərarlarından, xx.xx.2022-cü il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan və digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici və şahidin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidln ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün etirafedici və şahidin ifadələri və iş materiallarında olan digər sübutlarla təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-145/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-145/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver