Məhkəmə qərarları › İş №1(060)-145/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-145/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-145/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhəri 9-cu mkr ev 9E, mənzil 2-də qeydiyyatda olan, Sumqayıt şəhəri Corat qəsəbəsi fərdi yaşayış evində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay (qəti olaraq 01 il 05 ay 28 gün) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 08 ədəd bükümdə ümumi təmiz çəkisi 1,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2024-cü il tarixdə saat 19:25 radələrində Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi yaşadığı evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibində olan 01 ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisindən 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,172 qram, 0,062 qram, 0,323 qram, 0,152 qram, 0,083 qram, 0,300 qram, 0,161 qram, 0,062 qram, ümumi təmiz çəkisi 1,315 qram həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, onu 2024-cü ilin sentyabr ayının ortaları Sumqayıt şəhəri Corat bağları, 4 nömrəli marşrut xəttinin son dayanacağında yaşadığı evə yaxın ünvanda saxlamışlar. O, taksi sifariş vermiş, məhz elə taksiyə əyləşmək istədikdə polis əməkdaşları onu saxlamış, Sumqayıt ŞPİ-nə gətirmişlər. Ona Pİ-də təzyiq edilmiş, əməlini satışla rəsmiləşdiriləcəyi ona bildirilmiş, bu səbəbdən məcburiyyət qarşısında qalıb həmin əməli boynuna götürmüşdür. Sərbsət ifadə verərkən Peyan Allahverdiyev bildirmişdir ki, o, narkotik vasitənin “kakos” yəni heroin növündən çəkmək üsulu ilə gündə iki dəfə istifadə etmişdir. Hər dəfəsində narkotikə təxminən 10-20 manat pul xərcləmişdir. Narkotiki tanımadığı şəxslərdən əldə etməklə, günün istənilən vaxtı istifadə etmişdir. Qeyd edir ki, həm taksi fəaliyyəti ilə məşğul olmuş, eyni zamanda evdən yaxınları tərəfindən verilən vəsait hesabına narkotik əldə etmişdir. Üzərində narkotik vasitə olmamış, narkotiki onun üzərinə Elnur adlı polis əməkdaşı qoymuşdur. Polis əməkdaşları əməlini satışla rəsmişlədirəcəklərini bildirmiş, eyni zamanda ona məxsus mobil telefona baxış keçirmək istədiklərini görmüş, bu səbəbdən onlarla razılaşmış və əməli etiraf etmişdir. Belə ki, mobil nömrəsində tanışlarının adları olduğu üçün və onun adından onları da Pİ-nə çağırıb tuta biləcəklərindən ehtiyatlanmışdır. Göstərdiyi hallarla bağlı heç bir yerə şikayət etməmişdir. Şikayət etməməsinə səbəb daha ağır maddə ilə tutula bilmə ehtimalı olması olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Həmin narkotik vasitələri təxminən bir ay müddətdir ki, telefonda tanış olduğu Abbas adlı İİR-nın vətəndaşının kart hesabına 130 manat pul göndərmək müqabilində “Whatsapp” proqramı vasitəsilə konum göndərdiyi Bakı şəhəri, “Razin” Bakıxanov qəsəbəsi ərazisindən götürərək üzərində saxlamışdır. 16 sentyabr 2024-cü il tarixdə təxminən saat 19:25 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi fərdi yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona nədə şübhəli olduğu bildirib Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə Pİ-nə gəlmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o, da əynindəki şalvarının sol yan cibində saxladığı 01 ədəd “Pall Mall” siqaret qutusunu, üzərində saxlamış olduğu 01 ədəd “Redmi” markalı mobil telefonu, 4 ədəd bir yerdə bağlı olan ev açarlarını, 01 ədəd pul kisəsini, həmin pul kisəsinin içərisində özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsini, 01 ədəd Leobank kartını, 01 ədəd “nar” simkartı və 01 ədəd 20 manatlıq, 03 ədəd 10 manatlıq, 02 ədəd 5 manatlıq olmaqla ümumilikdə 60 manat pul əskinasmı təqdim etmişdir. 01 ədəd “Pall Mall” siqaret qutusu açıldıqda içərisində 08 ədəd şəffaf sellofan bükümlərin olduğu müəyyən edilmiş, bükümlər açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq gğötürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş digər predmetlər iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, lakin mobil telefon qablaşdırılaraq götürülmüşdür. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddələr narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır, qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Peyman Allhverdiyevin ifadəsi elan edildikdən sonra ona ünvanlanmış digər sullara cavab olaraq bildirmişdir ki, ehtiyacı olduqda narkotik vasitə əldə etdiyi şəxslər arasında İİR vətəndaşı olan Abbas adlı şəxs də olmuş, hətta həmin şəxsin mobil nömrəsi onun telefonunda olmuşdur. Abbasdan yalnız öz istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Qeyd edir ki, Abbasdan aldığı narkotik vasitəyə görə pulu sonuncunun bank kartına ödəməklə həyata keçirmişdir. Ödənişi etdikdən sonra həmin şəxs narkotik vasitələri Sumqayıt şəhərinin müxtəlif yerlərinə atmış, o da götürmüşdür. Abbasla tutulmamışdan 3 ay öncə tanış olmuş, sonuncudan təxminən 10 dəfə narotik vasitə “Kakos” yəni heroin almış, ödənişləri terminal vasitəsilə Abbasa göndərmişdir. Təqsirləndirilən şəxs eyni zamanda bildirmişdir ki, Abbas adlı həmin şəxs ona hər partiyada 1 və ya 1.5 qram narkotik vasitə göndərmiş, hər partiya üçün o, Abbasın kart hesabına 60 manat pul ödəmişdir. Ümumilikdə o, Abbasla tanış olduğu gündən aldığı narkotikə görə sonuncuya təxminən 700-800 manat pul göndərmişdir. Abbas ona göndərdiyi narkotikləri müxtəlif yerlərdən, o cümlədən Novxanı qəsəbəsi, Sumqayıt şəhərində yerləşən Bravo marketin, Şərqə bazarının yaxınlığından və Balaxanı qəsəbəsi ərazisindən götürdüyü halları xatırlayır. Onu da bildirir ki, Abbas tərəfindən hər partiyada göndərilən nakotik vasitəni təxminən 5-6 dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə tam etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Peyman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında həmin gün saat 19:25-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə axtarış keçirilmişdir. Ondan üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, o, əynində olan şalvarın cibində saxladığı siqaret qutusunu təqdim etmiş, siqaret qutusu açıldıqda xatrıladığı qədərilə içərisindən 08 ədəd büküm aşkar edilmiş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilən digər predmetlər iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 sentyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v. 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 16 sentyabr 2024-cü il tarixdə, saat 19:25 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20); Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 49-50) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:15 radələrində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 60-62); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 18 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:00 radələrində saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64); “şəxsi axtarışın keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokolundan görünür ki, Sumqayıt şəhərində Peyman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 19:25-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Əbülfəz Bünyatovu təqdim edilmir. Peyman bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O, əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusu açıldıqda içərisindən 08 ədəd, hər biri şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar edilir. Bükümlərdə qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr aşkar edilir. Peyman həmin maddələrin “kokos” olduğunu, təxminən bir ay öncə tanış olduğu Abbas adlı İran vətəndaşından sonuncunun kart hesabına 130 manat pul göndərmək müqabilində telefonunda “Whatsapp” proqramına konum göndərdiyi Bakı şəhəri “Razin” adlanan ərazidən özünün şəxsi istifadəsi üçün götürməklə əldə etdiyini və üzərində saxladığını bildirir. Həmin bükümlər elektron tərəzidə çəkilir, çəkisinin büküldüyü sellofanla birlikdə 1,60 qram olduğu müəyyən edilir. Həmin maddələr ƏN MEM-nə göndərilməsi üçün zərfə qablaşdırılıb üzəri DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən bir ədəd “Redmi” markalı mobil telefon cihazı, 04 ədəd bir yerdə bağlı halda olan ev açarları, içərisində özünün şəxsiyyət və sürücülük vəsiqələri, 01 ədəd “Leobank” kartı, 01 ədəd “Nar” sim kartı, 01 ədəd 20 manatlıq, 03 ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq olmaqla ümumilikdə 60 manat pul əskinasları olan 01 ədəd qara rəngli pul qabı aşkar edilir. Aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənib götürülür, digər predmetlər iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılır. (i.v 27-28). “Mobil telefona baxış keçirilməsi haqında” 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş “Redmi 8” markalı mobil telefon işlək vəziyyətdədir. Həmin mobil telefonun içərisində ***-***-**-** nömrəli mobil nömrə vardır. “Whatsapp” sosial şəbəkəsinə daxil olduqda ***-***-**-** nömrəsi ilə aktiv olduğu müəyyən edildi. Mobil telefona olan “Whatsapp” sosial şəbəkəsində sms və zəng bölməsinə daxil olduqda, həmin səhifələrin silinmiş vəziyyətdə olduğu, həmçinin gələn və gedən zənglərin səhifəsinə daxil olduqda həmin səhifənində silinmiş vəziyyətdə olduğu müəyyən edilmişdir. (i.v 83). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4597 nömrəli 17 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...’’sözləri olan zərfdəki səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,172 qram, 0,062 qram, 0,323 qram, 0,152 qram, 0,083 qram, 0,300 qram, 0,161 qram, 0,062 qram, ümumi təmiz çəkisi 1,315 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 38-42). AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6349 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 86-87). “Maddi sübut kimi tanıma haqqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumilikdə 1,315 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 1,215 qram heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. (i.v.69). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2017ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə təyin edilmiş cərimə cəzası qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz olunmuş, xx.xx.2020ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə islah işləri cəzası 03 ay azadlıqdan məhrumetmə cəzasın ilə əvəz edilmiş və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 74-76) Bundan başqa Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron rayon məhkməsinin xx.xx.2024-cü il tarixli hökmü 01 il 06 ay müttədə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutulduğu iki gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın əvvəli 02 noyabr 2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunmuş və CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmış, heroinin təmiz çəkisi ekspert rəyinə əsasən 1,315 qram əsas götürülmüş və həmin heroin maddi sübut kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 1,215 qram heroinin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd üzərində “Redmi 8” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən, onun özünə qaytarımış, cinayət işi üzrə şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (i.v.89- 94); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun məhkəmə iclasında dolayısı ilə etirafedici ifadəsi, ibtidai istintaq zamanı etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında təqsirləndirilən şəxs Peyman Allahvediyevin ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Belə ki, Peyman Alahverdiyev məhkəmə iclasında sərbəst ifadə verdikdən və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ona ünvanlanmış suallara cavab verməklə dolayısı ilə törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Onun məhkəmə istintaqında saxlanılarkən üzərində narkotik vasitə olmaması ilə bağlı göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, “Özümü təqsirli bilmirəm” cümləsini işlətməsi Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlardan istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə törətmiş olduğu əməli ilə bağlı xx.xx.2024-cü il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməlini isə 16 sentyabr 2024-cü il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının xeyli miqdarın minimum həddindən dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 18.11. 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu ümumilikdə 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, digər cinayət işi üzrə cəza çəkdiyi nəzərə alınmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 1.215 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Voraşil oğlu tərəfindən 27 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 162 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu ümumlikdə 04 (dörd) gün müddət ona hazırki hökm üzrə təyin edilmiş cəzadan Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 1.215 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 162 (bir yüz altmış iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar