Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-146/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 2-ci mkr, ev 23/19, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 21 sentyabr 2020-ci il tarixdə günorta saatlarında Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,842 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 21.09.2020-ci il tarixdə saat 19:05 radələrində oğurluq hadisələrində şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, Avtovağzalın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,842 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il yarımdır ki, narkotik vasitələr istifadə edir. 21.09.2020-ci il tarixdə Sumqayıt şəhəri, Avtovağzal ərazisində olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməkdən imtina etməmiş, polis bölməsinə aparılarkən polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna etiraz etməmişdir. Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmədən ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı maddi sübut olub-olmamağı sual olunan zaman özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim etmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu, 21.09.2020-ci il tarixdə günorta saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddə qablaşdırılmışdır. Narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Saxlanılarkən ona qarşı zor tətbiq edilməmiş, həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş 01 ədəd bükümdəki narkotik vasitəni tanımadığı şəxsdən alarkən həmin şəxs onun heroin olduğunu bildirdiyindən o da polislər tərəfindən yaxalanarkən həmin maddənin heroin olduğunu bildirmişdir. Sonradan isə həmin maddənin psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 21.09.2020-ci il tarixdə saat 19:05 radələrində Sumqayıt şəhərində yerləşən Avtovağzalın yaxınlığında Sumqayıt ŞPİnin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid2lə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduğuna görə həmin şəxsi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparmışlar. Həmin şəxs bölməyə aparılarkən üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında yaşayan, əvvəllər də məhkum olunmuş, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirdiyi üçün 4-cü PB-də xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükülü açıldıqda içərisində ağ rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin nə olduğunu soruşduqda kütlənin narkotik vasitə olan “kakos” (heroin) olduğunu, həmin maddəni Novxanı ərazisində tanımadığ şəxsdən 20 manata, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin 1 ədəd büküm tərəzidə çəkildikdə ümumi çəkisi 1,02 qram olmuşdur. Sonra həmin büküm qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, müvafiq ekspertizadan sonra maddənin heroin yox, metamfetamin olduğu aşkar olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid3 ifadəsində göstərdi ki, 21.09.2020-ci il tarixdə saat 19:05 radələrində Sumqayıt şəhərində yerləşən Avtovağzalın yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1lə birlikdə xidmət aparan zaman bir nəfər şəxsin həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli olduğuna görə həmin şəxsi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparmışlar. Həmin şəxs bölməyə aparılarkən üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanında yaşayan, əvvəllər də məhkum olunmuş, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirdiyi üçün 4cü PB-də xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükülü açıldıqda içərisində ağ rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin nə olduğunu soruşduqda kütlənin narkotik vasitə olan “kakos” (heroin) olduğunu, həmin maddəni Novxanı ərazisində tanımadığ şəxsdən 20 manata, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin 1 ədəd büküm tərəzidə çəkildikdə ümumi çəkisi 1,02 qram olmuşdur. Sonra həmin büküm qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, müvafiq ekspertizadan sonra maddənin heroin yox, metamfetamin olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o da Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22.09.2020-ci il tarixli, 6/1958 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİNin “Zərflər üçün №128” möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.842 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetaminin təmiz çəkisi: 0.842 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq- 0.792 qramdır Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14.10.2020ci il tarixli, 2841 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində xidməti otaqların birində 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev özünü qarşısında olan idman geyimi geyinmiş şəxsə təqdim edərək həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə saxlanılan şəxsin özünün olduğunu bildirir. Təqsirləndirilən şəxs yanında olan polis əməkdaşları özlərini təqdim edir. Daha sonra baş təhqiqatçı X1 Vəliyevə saxlamanın səbəbini izah edir və ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edir. Baş təhqiqatçı X1 Vəliyevə onun müdafiəçisinin Sumqayıt şəhər 1 saylı Hüquq Məsləhətxanasının vəkili Sahil Allahverdiyevin olmasını bildirir. Və üzərində olan narkotik vasitəni təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd ağ rəngli sellofan bükülünü çıxarıb təhqiqata təqdim edir. Həmin sellofan bükülü açıldıqda içərisində ağ rəngli kütlə aşkar olunur. Ondan həmin bükümün içərisindəkinin nə olduğunu soruşduqda kütlənin narkotik vasitə olan Kakos (heroin) olduğunu, eyni tarixdə Novxanı ərazisində tanımadığı şəxsdən 20 manata, şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin 1 ədəd büküm tərəzidə çəkildikdə ümumi çəkisinin 1,02 qram olduğu görünür. Videogörüntünün yekununda X1 Vəliyevdən hər hansı şikayət və tələbinin olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirir və videogörüntü bitir. Baxış zamanı istintaq üçün zəruri ola biləcək başqa sübut növü aşkar edilmir. Cinayət işi materiallarında olan 22.09.2020-ci il tarixli qərarla ekspertiza tərəfindən tədqiq olunmuş 0.842 qram olan psixotrop maddə-metamfetamindən tədqiqatlardan sonra qalıq qalmış 0.792 qram metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 21.09.2020-ci il tarixli protokoldan görünür ki, Vəliyev Yusif oğlu həmin tarixdə saat 19:05-də Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işi materiallarında olan 22.09.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 28.09.2020-ci il tarixli, 2739 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş 13.10.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-100/2015 saylı, 06 mart 2015-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-124/2016 saylı, 25 may 2016-cı il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 06.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tələblərinə əsasən 01 il azadlıqdan məhrum etmə və 01 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilmişdir. Nərimanov rayon Məhkəməsinin 25.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələrinin tələblərinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə, 01 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CMnin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinin 03.03.2021-ci il tarixli 17/34-547 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25.05.2016-cı il tarixli hökmü ilə Azərbycan Respublikası CM-nin 234.1, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 10.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin 06.03.2021-ci il tarixlil, 016-1-54 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 1 (005)- 124/2016 saylı 25.05.2016-cı il tarixli hökmünə əsasən 01 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə müddəti bitdiyi üçün 28.08.2019-cu il tarixdə sürücülük vəsiqəsi vətəndaşa qaytarılmışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs İ dərəcə əlilliyi vardır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Hakimiyyəti 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan 10.12.2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar onun İ dərəcə əlilliyinin olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli onun aidiyyəti üzrə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındlığı andan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 21-22 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,792 qram çəkidə psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.12.2020-ci il tarixli (iş № 1(060)-582/2020) qərarını icra edərək, 28.12.2020-ci il tarixli 1268 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 21-22 sentyabr 2020-ci il tarixində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün tutulmanın bir gününün azadlığın məhdudlaşdırmanın iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaran 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,792 qram çəkidə psixotrop maddə-metamfetamin məhv edilsin. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-146/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-146/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver