Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-146/2023 27.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1960-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə, ona özünü hüquqi təhsilli müdafiəçi kimi təqdim edib, Zərərçəkmiş şəxs qızı Züleyxa Mirzeyavaya qarşı Abşeron Rayon Məhkəməsində qaldırılmış mülki iddia üzrə məhkəmənin qətnaməsinə əsasən Zərərçəkmiş şəxsnm yaşadığı ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılmasının qarşısını alacağını vəd edərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxsnm tanışı X1 vasitəsi ilə 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, “20 yanvar” metrostansiyasının qarşısında hissə-hissə bir neçə dəfəyə 5000 (beş min) manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində N.Mirzəycvadan Bakı şəhəri, “20 yanvar” metrostansiyasımn qarşısında 1500 (bir min beş yüz) manat, 2021-ci ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Petrol 100” YDM-nin qarşsında 700 (yeddi yüz) manat pul alaraq ələ keçirmərklə Zərərçəkmiş şəxs vahid niyyətlə 7200 (yeddi min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq elmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əsl adı Rafail olsa da, tanıyanlar onu babasının adı olan “Kamal“ kimi çağırırlar. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun məzunu olaraq ixtasasca idman müəllimi olsa da, heç yerdə işləmir. Hüquqi sahədə az-çox mütaliyə etdiyindən bəzən ona müraciət edən vətəndaşlara hüquq sahəsindən məsləhətlərlə yardım edir. Nəsibə Mirzəyeva və onun əri Şahid4 uzun illərdir ki, tanıyır, belə ki, onlar Abşeron rayonu, Saray qəsəbəsində yaşayan qardaşı Bahadurla qonşu olublar. 2018-ci ildən 2021-ci ilin sonlarına kimi o, Bakı şəhərində yaşamış, belə ki, Bakı şəhəri, 7-ci mikrorayon ərazisində tanışı Mustafanın mebel sexi olmuş və o da həmin sexdə fəhlə kimi çalışmış, qalmağa yeri olmadığından elə həmin sexdə olan otaqda da yaşamışdır. Təxminən 2021-ci ilin yay aylarının ortalarında Zərərçəkmiş şəxs ona telefonla zəng vurub müraciət edərək problemlərinin olduğunu və onunla görüşmək istədiyini bildirdikdə Nailəni həmin yaşadığı 7-ci mikrorayonda yerləşən binaya dəvət etmiş, həmin günün sabahısı Nailə əri Xanişla birlikdə onun yanına gələrək qızının problemləri ilə əlaqədar Abşeron Rayon Məhkəməsində mülki prosesin getdiyini və məhkəmənin qətnaməsi əsasında yaşadığı evin müsadirə olunaraq hərraca çıxarıldığını, ona hüquqi yardımın göstərilməsi üçün Seymur adlı şəxsə 5000 (beş min) manat pul verdiklərini, lakin Seymurun onlar üçün heç bir iş görmədiyini bildirib onlara köməklik göstərməsini xahiş etdikdə Nailədən Seymur adlı şəxsin telefon nömrəsini götürüb ona zəng vurmuş və ona həmin gündən Nailəgilin işi ilə özü məşğul olacağını bildirib, həmin 5000 (beş min) manatı ona verməsini tələb etmişdir. Seymur tezliklə onunla görüşüb 5000 (beş min) manatı qaytaracağını bildirmişdir. Nailəyə yalandan Seymurdan pulu alıb özü onun işi ilə məşğul olacağına söz vermişdir. Özü isə xəstə olması ilə əlaqədar müalicə üçün pula ehtiyacı olmuş və Nailəyə kömək elmək fikri olmamışdır. Buna baxmayaraq Nailə və ərinə məhkəmədə işlərinə köməklik edəcəyimə söz vermiş, bir neçə gün sonra Seymurla “20 yanvar” metrostansiyasımn yaxınlığında görüşmüş və ona Nailənin işi ilə özü məşğul olacağını bildirib Nailənin ona verdiyi 5000 (beş min) manat pulun ona çatacağını qeyd etmişdir. Seymur həqiqətən də Nailəyə köməklik etmək istədiyini, lakin onların məsələləri üzrə məhkəmə qərarlarının qanuni qüvvəyə mənməsi səbəbindən halhazırda onlara hər hansı bir məsələdə köməklik etməyin qeyri-mümkünlüyünü bildirib buna baxmayaraq hissə-hissə tezliklə 5000 (beş min) manatı ona qaytaracağını bildirmiş və həqiqətən də 2021-ci ilin avqust ayına kimi Seymur ona bir neçə dəfəyə 5000 (beş min) manat pulu qaytarmışdır. Hətta Seymur ona cəmi 4950 (dörd min doqquz yüz əlli) manat qaytarmış və Nailəyə zəng vurub Seymurun pulları ona qaytardığını və yalnız 50 (əlli) manat əksik gəldiyini bildirdikdə Nailə Seymurla əlaqə saxlayıb həmin 50 (əlli) manatı da ona qaytarlmışdır. Həmin almış olduğu 5000 (beş min) manatı öz müalicəsinə və şəxsi işlərinə xərcləmiş, Nailənin işi ilə isə ümumiyyətlə maraqlanmamışdır. 2021-ci ilin sentyabr ayında ona əlavə 1500 (bir min beş yüz) manat pul lazım olduğundan Nailənin əri Xanışa zəng vuraraq yalandan artıq məhkəmə işlərinin qaydasında olduğunu, lakin hakimə əlavə olaraq 1500 (bir min beş yüz) manat pul vermək lazım olduğunu bildirdikdə Xanış özünün hal-hazırda uzaqda olduğunu bildirib arvadı Nailə ilə həmin pulu ona göndərəcəyini qeyd etmişdir. Həmin günün sabahısı Nailə onunla Bakı şəhəri, "20 yanvar” metrostansiyasının qarşısında görüşüb 1500 (bir min beş yüz) manat pulu da ona vermişdir. Nailənin yanında Rəfiqə adlı bir qadın da olmuşdur. Bundan sonra 2021-ci ilin oktyabr ayında ona növbəti dəfə pul lazım olduqda Nailəyə zəng vuraraq əlavə işlər üçün daha 700 (yeddi yüz) manat pul lazım olduğunu bildirmişdir. Nailə onunla yenə Rəfiqə adlı qadınla birlikdə Sumqayıt şəhəri, "Petrol-100" YDM-nin qarşısında görüşərək həmin 700 (yeddi yüz) manat pulu da ona vermişdir. Lakin bütün bunlara baxmayaraq Nailəyə heç bir köməklik göstərməmiş, əldə eldiyi pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmiş, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında pulu dövlət büdcəsinə ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən başlayaraq qızı Züleyxanın Abşeron Rayon Məhkəməsində mülki işi olmuş və həmin işlə əlaqədar onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzilin alınması məsələsi olmuş və bununla əlaqədar mülkün əldən çıxmaması üçün ailə üzvlərinin hüquqi yardıma ehtiyacı olmuşdur. Bu səbəbdən özünü vəkil kimi təqdim edən və Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Seymur adla şəxsə müraciət edərək Abşeron Rayon Məhkəməsində baxılan mülki iş üzrə onlara hüquqi yardım etməsini xahiş etmiş, Seymur ona məsələdən xəbərdar olduğunu bildirib hüquqi yardım etmək və məhkəmədə onların xeyrinə qərar çıxartdıqmaq üçün ondan 5000 (beş min) manat pul istəmişdir. Razılaşaraq 2020-ci ilin sentyabr ayında Seymurla Saray qəsəbəsində qızı Züleyxanın iştirakı ilə görüşüb ona 5000 (beş min) manat pulu vermişdir. Seymur yaxın vaxtlarda məhkəmənin hakimi ilə danışıb həmin prosesi onların xeyrinə həll edəcəyini bildirmişdir. Lakin bundan təxminən 2-3 həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının əvvəllərində Seymur məhkəmə icraçıları ilə birlikdə onun yaşadığı evin qarşısına gələrək məhkəmənin qərarı ilə evinin əlindən alınacağını, buna görə 11.000 (on bir min) manat pul verməli olduğunu, həmin pulu verəcəyi təqdirdə ev məsələsinin həll olunacağını bildirdikdə artıq Seymurun əməllərindən şübhələnib ona veriləcək pulunun olmadığını bildirib verdiyi 5000 (beş min) manatı geri tələb etmişdir. Seymur tezliklə pulu qaytaracağını bildirmiş, lakin uzun müddət müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Təxminən 2021-ci ilin yay aylarında qonşuluqda yaşayan Bahadur onun acınacaqlı vəziyyətini görüb qardaşı X4 da müdafiəçi kimi fəaliyyət göstərdiyini və Bakı şəhəri, 7-ci mikrorayon ərazisində ofisinin olduğunu bildirib onunla görüşməyi təklif etmiş, daha sonra o, əri Xanışla birlikdə Kamal Eminovun oturduğu Bakı şəhəri, 7-ci mikrorayon ərazisində yerləşən ofisə getmiş və ona məhkəmədə olan mülki işi, həmçinin bu məsələyə görə Seymur adlı şəxsə də 5000 (beş min) manat pul verdiyini və hal-hazıra kimi pulunu ala bilmədiyini bildirmişdir. Həmin Kamal adlı şəxs ona işinin həll olunmasında köməklik edəcəyini bildirmiş və Seymura zəng vuraraq görüşməyi təklif etmişdir. Bundan sonra Kamal, Seymur və o, Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşərək məsələni müzakirə edərkən Seymur ondan 5000 (beş min) manat aldığını etiraf edərək tezliklə pulunu qaytaracağını bildirmiş, bir müddət sonra isə Kamalla görüşdükdə o, Seymurdan 5000 (beş min) manat pulu aldığını və məhkəmə işlərinə xərclədiyini, tezliklə müsbət nəticə əldə olunacağını bildirmişdir. Əri Xanış hərbiçi olduğundan və çox vaxt cəbhə bölgələrində olduğundan təxminən 2021-ci ilin sentyabr ayında ona zəng vuraraq Kamalın ona zəng vuraraq bu iş üçün əlavə 1500 (bir min beş yüz) manat pulun lazım olduğunu bildirib, özünün hərbi hissədə olması ilə əlaqədar Kamalla görüşüb həmin pulu ona verməsini tapşırmış, bundan sonra Kamalla Bakı şəhəri, “20 yanvar" metrostansiyasının qarşısında görüşüb ona 1500 (bir min beş yüz) manat pulu verərək həmin pulu ondan nəyə görə aldığını soruşduqda o, həmin pulu Abşeron Rayon Məhkəməsinin hakiminə çatdıracağını və hakimin onların xeyrinə qətnamə çıxaracağını bildirmişdir. Lakin 2021-ci ilin oktyabr ayında Kamal ona zəng vuraraq bu işin tam həll olunması üçün başqa bir adama da 700 (yeddi yüz) manat “Hörmət” etmək lazım olduğunu bildirərək həmin pulu təcili ona çatdırmalı olduğunu bildirmiş, yenə Kamala inanaraq oktyabr ayının ortalarında Kamalla Sumqayıt şəhəri, “Daş Bazarı” deyilən ərazidə yerləşən "Petrol 100” YDM-nin qarşısında görüşərək ona 700 (yeddi yüz) manat pulu vermişdir. Lakin həmin vaxtdan sonra Kamal onun işinə köməklik göstərməmiş və artıq telefonlarına cavab verməməyə başlamışdır. Kamalın onların aldatdığını başa düşüb ona vermiş olduğu ümumilikdə 7200 (yeddi min iki yüz) manat pulu geri tələb etməyə başlamış, lakin ilk dövrlərdə Kamal telefona cavab verərək pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gəlirsə də, lakin sonradan ümumiyyətlə telefona cavab verməkdən imtina etmiş və o, bir neçə dəfə Kamalın ofisinə getsə də onu tapmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illər onun qonşusu olmuşdur. Təxminən 2019-cu ildən başlayaraq Nailənin qızı Züleyxanın Abşeron Rayon Məhkəməsində mülki işi olduğundan və həmin işlə əlaqədar onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mənzilin borca görə onlardan alınması məsələsi olımuş və Nailəyə yaxın bir qonşu kimi bütün bu proseslərdən xəbərdar olmuşdur. Nailəgilin evlərinin əldən çıxmaması üçün onların hüquqi yardıma ehtiyacı olmuş, bu səbəbdən Nailə özünü vəkil kimi təqdim edən və Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Seymur adlı şəxsə müraciət edərək Abşeron Rayon Məhkəməsində baxılan mülki iş üzrə ona hüquqi yardım etməsini xahiş etmişdir. Seymur ona məsələdən xəbərdar olduğunu bildirib hüquqi yardım etmək və məhkəmədə onun ailəsinin xeyrinə qərar çıxartdıqmaq üçün ondan 5000 (beş min) manat pul istəmişdir. Nailə razılaşaraq 2020-ci ilin sentyabr ayında Seymurla Saray qəsəbəsində görüşüb ona 5000 (beş min) manat pulu vermişdir. Seymur yaxın vaxtlarda məhkəmənin hakimi ilə danışıb həmin prosesi onların xeyrinə həll edəcəyini bildirmişdir. Lakin bundan təxminən 2- 3 həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının əvvəllərində Seymur məhkəmə icraçıları ilə birlikdə Nailənin yaşadığı evin qarşısına gələrək məhkəmənin qərarı ilə evinin əlindən alınacağını, buna görə 11.000 (on bir min) manat pul verməli olduğunu, həmin pulu verəcəyi təqdirdə ev məsələsinin həll olunacağını bildirdikdə Nailə artıq Seymurun əməllərindən şübhələnib ona veriləcək pulunun olmadığını bildirib bu işə görə ona verdiyi 5000 (beş min) manatı da geri tələb etmişdir. Seymur etiraz etməyib tezliklə pulu qaytaracağını bildirmiş, lakin uzun müddət müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Təxminən 2021-ci ilin yay aylarında qonşuluqda yaşayan Bahadur Nailənin acınacaqlı vəziyyətini görüb qardaşı X4 da müdafiəçi kimi fəaliyyət göstərdiyini və Bakı şəhəri, 7-ci mikrorayon ərazisində ofisinin olduğunu bildirib Nailəyə onunla görüşməyi təklif etmiş, daha sonra Nailə əri ilə birlikdə Kamal Eminovun olurduğu Bakı şəhəri, 7-ci mikrorayon ərazisində yerləşən ofisə getmiş və ona məhkəmədə olan mülki işi barədə, həmçinin bu məsələyə görə Seymur adlı şəxsə də 5000 (beş min) manat pul verdiyini və hal-hazıra kimi pulunu ala bilmədiyini bildirmişdir. Kamal adlı şəxs Nailəyə işinin həll olunmasında ona köməklik edəcəyini bildirmişdir. Daha sonra Nailə ona Kamalın Seymura zəng vuraraq görüşməyi təklif etdiyini, bundan sonra Kamal, Seymur və Nailənin Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşərək məsələni müzakirə edərkən Seymurun Nailədən 5000 (beş min) manat aldığını etiraf edərək tezliklə pulunu qaytaracağını bildirdiyini, bir müddət sonra isə Kamalla görüşdükdə o, Seymurdan 5000 (beş min) manat pulu aldığını və Nailənin məhkəmə işlərimə xərclədiyini, tezliklə müsbət nəticə əldə olunacağını qeyd etdiyini danışmışdır. 2021-ci ilin sentyabr ayında Nailənin hərbiçi olan əri Xanış ona zəng vuraraq Kamalın ona zəng vuraraq bu iş üçün əlavə 1500 (bir min beş yüz) manat pul lazım olduğunu bildirdiyini, özünün hərbi hissədə olması ilə əlaqədar Kamalla görüşüb həmin pulu ona verməyini tapşırdıqda Nailə ona müraciət edərək birlikdə Bakı şəhərinə gedib Kamalla görüşməyi xahiş elmiş, birlikdə Bakı şəhərinə gedib Kamalla Bakı şəhəri, “20 yanvar" metrostansiyasının qarşısında görüşmüş və Nailə ona 1500 (bir min beş yüz) manat pulu verərək həmin pulu ondan hansı səbəbdən aldığını soruşduqda Kamal Nailəyə həmin 1500 (bir min beş yüz) manat pulu Abşeron Rayon Məhkəməsinin hakiminə çaldıracağını və həmin hakimin onların xeyrinə qətnamə çıxaracağını bildirmişdir. Lakin 2021-ci ilin oktyabr ayında Kamal Nailəyə zəng vuraraq bu işin tam həll olunması üçün başqa bir adama da 700 (yeddi yüz) manat "Hörmət” etmək lazım olduğunu bildirərək həmin pulu təcili ona çaldırmalı olduğumu bildirmişdir. Nailə yenə ona müraciət edərək birlikdə gedib Kamalla görüşməyi təklif etdikdə təxminən oktyabr ayının ortalarında Kamalla Sumqayıt şəhəri, “Daş Bazarı” deyilən ərazidə yerləşən "Petrol 100” YDM-nin qarşısında görüşmüş və Nailə onun iştirakı ilə Kamal adlı şəxsə 700 (yeddi yüz) manat pulu vermişdir. Nailə Kamala pulu verərəkən hətta Kamal onu hansısa deputatla görüşdürmək fikrində olduğunu və bunun üçün həmin deputata da 250 (iki yüz əlli) manat hörmət etmək lazım olduğunu bildirdikdə Nailə Kamilə artıq bir manat da olsun pulunun qalmadığını bildirmişdir. Kamal 700 (yeddi yüz) manat pulu aldıqdan sonra tezliklə işləri həll edəcəyini bildirib onlardan ayrılmışdır. Lakin həmin vaxtdan sonra Kamal yoxa çıxmış və Nailənin işinin həll olunmasında ona heç bir köməklik göstərməmiş və həmçinin Nailənin zənglərinə də cavab verməməyə başlamışdır. Nailə Kamalın onu aldatdığını başa düşüb ona vermiş olduğu ümumilikdə 7200 (yeddi min iki yüz) manat pulu geri tələb etməyə başlamış, lakin ilk dövrlərdə Kamal telefona cavab verərək pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gəlirsə də. sonradan ümumiyyətlə telefona cavab verməkdən imtina etmişdir. İş materiallaında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.09.022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4217/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh X2 iddiaçı X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evdən çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Baş ofisinin 10835 №li, xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1800 (bir min səkkiz yüz) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-146/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-146/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver