Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-146/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə, gecə saat 02-03 aralığında Zərərçəkmiş şəxs məxsus fəaliyyəti dayandırılmış ünvan 2 ünvanında yerləşən “Mehman adına 4 saylı” Tikiş-Trikotaj fabrikinin ətrafına çəkilmiş hasardan aşmaqla ilk əvvəl, həmin sexin həyətinə daxil olduqdan sonra oradan sexin inzibati binasının tavan hissəsinə doğru bir qədər qalxıb daha sonra sexin ikinci mərtəbəsində olan pəncərəyə bərkidilmiş dəmir barmaqlığın qaynaq olunmuş orta hissəsini kəsərək sexə qanunsuz daxil olub oradan ümumi dəyəri 700 (yeddi yüz) manat olan 13 (on üç) ədəd işlək vəziyyətdə “1022” markalı Keçmiş Sovet istehsalı olan tikiş maşınlarının, 05 (beş) ədəd işlək vəziyyətdə olan “ODZİ” markalı keçmiş Çexslovakiya istehsalı olan tikiş maşınlarının, 03 (üç) ədəd işlək vəziyyətdə “OVERLOK” markalı “BROTHER” firmasına məxsus Yaponiya istehsalı tikiş maşınlarının və 02 (iki) ədəd işlək vəziyyətdə yük götürmək üçün nəzərdə tutulan “TELFER” markalı keçmiş Sovet istehsalı kranın motor hissələrini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumillikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır, fərdi əmək fəaliyyəti ilə, yəni, metal işi ilə məşğul olmuşdur. O, 2024-cü ilin may ayının 6-da səhər təxminən saat 6-a işləmiş radələrində namazdan sonra Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən tikiş sexinin qarşısından keçib marketə gedərkən orada bir neçə nəfərə kisələrinin daşınmasına köməklik etmişdir. O, həmin tikiş sexinə daxil olmamışdır və onun dəmir barmaqlığın kəsilməsindən xəbəri yoxdur. Belə ki, 3 nəfər tanımadığı şəxslər ona içərisində dişli dəmirlər olan 6 ədəd kisənin hava işıqlanmadan avtomobilə daşınmasında köməklik etməsini xahiş etmiş, o da həmin şəxslərə kömək edərək kisələri QAZ-24 markalı süd rəngli avtomobilə daşımaqda kömək etmişdir. O, tanımadığı həmin şəxslərə kömək edən zaman yoldan keçən bir nəfər onları görmüş və irad bildirmişdir. Bu zaman o, kömək etdiyi şəxslərin narahat olduqlarını hiss etmişdir. Buna baxmayaraq o əvvəldən kömək etdiyi üçün kisələrin sonacan daşınmasında iştirak etmişdir. Daha sonra həmin şəxslər çıxıb getmiş, o isə marketə yollanmışdır. O, həmin dəmirlərin satılmasında iştirak etməmişdir. İstintaq zamanı verdiyi ifadəsinin ona müstəntiq tərəfindən əməli boynuna götürməsi ilə bağlı təsir etməsi nəticəsində imzaladığını, şahid qismində dindirilmiş Xalid adlı şəxsi tanımadığını, eyni zamanda siqaret çəkmədiyini bildirmişdir. Həmçinin, ifadəsində həmin şəxslərə köməklik etdiyi üçün əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinə hazır olduğunu qeyd etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxslə barışdıqlarının, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək ittiham üzrə özünü qismən, yəni kisələrinin daşınmasına köməklik etməsini, həmin tikiş sexinə daxil olmaması və onun dəmir barmaqlığın kəsilməsindən xəbərinin olmaması baradə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan əlavə, Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, aparılmış istintaq hərəkətləri zamanı tərtib edilmiş protokollar və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır, fərdi əmək fəaliyyəti ilə, yəni, metal işi ilə məşğul olur. O, müxtəlif yerlərdən metal yığıb metal qəbulu məntəqələrinə satmaqla əldə etdiyi pul ilə dolanır. O, heç vaxt ruhi əsəb xəstəliyi keçirməmiş, bununla bağlı müalicə almamışdır, əvəllər məhkum olunmuşdur. Belə ki, 2008-ci ildə Azərbaycan Respublikası CM-nın 127.1ci, 2022-ci ildə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddələri ilə barəsində Sumqayıt ŞPİ-nin istintaq şöbəsində cinayət işi olmuş, lakin xitam olunmuşdur. O, 2024-cü ilin may ayının 6-da gecə saat 2-3 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən tikiş sexinin yaxınlığından keçən zaman sexin daxilində dəmir, metal hissələrin olduğunu düşünüb oraya daxil olmaq qərarına gəlmişdir. Daha sonra qeyd olunan sexin sahibsiz olduğunu və heç kimin oraya gəlmədiyini yəqin etdikdən sonra sexin ətrafında olan daş hasardan həyətə tullanıb oradan tək halda üz nahiyyəsini örtmədən sexin inzibati binasının tavan hissəsinə doğru bir qədər qalxdıqdan sonra sexin ikinci mərtəbəsində olan pəncərəyə bərkidilmiş dəmir barmaqlığın orta qaynaq olunmuş hissəsini kəsərək sexə daxil olmuşdur. Sexin daxilində tikiş maşınlarının olduğunu görmüşdür. Bundan sonra oradan 13 (on üç) ədəd işlək vəziyyətdə olan tikiş maşınının motorunu, 05 (beş) ədəd böyük toxucu maşınının motorunu, 03 (üç) ədəd işlək vəziyyətdə olan kiçik tikiş maşınının motor hissəsini və 02 (iki) ədəd yük götürmək üçün nəzərdə tutulmuş kranın motorunu sökərək götürüb özü ilə gətirdiyi torbalara yığıb həmin torbaları sexə daxil olduğu yerdən həyətə atıb sexə daxil olduğu yerdən çıxıb həmin yeri tərk edərək torbaları da götürüb hissə-hissə araba ilə gün ərzində yaşadığı evə aparmışdır. Bundan sonra isə elə həmin gün günorta saatlarında götürdüyü motorların və tikiş maşınının içərisində olan dəmir və misdən olan hissələrin bir qismini yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən metal qəbulu məntəqəsində Xalid adlı şəxsə satıb qarşılığında ümumilikdə 186 manat pul əldə etmişdir. Qalan hissələri isə səyyar metal alışı ilə məşğul olan tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, maddi sıxıntıları olduğundan oğurluq etdiyini demişdir. O, sexin ətrafında mühafizə hasarı olduğunu, sexin girişinin, qapı və pəncərələrinin bağlı olduğunu demişdir. Oğurluq zamanı ona heç kim köməklik etməmiş, oğurluğu etməyi barədə heç kimə məlumat verməmişdir. O, oğurladığı dəmir və misdən olan hissələri satdığı Xalid adlı şəxsə həmin əşyaların oğurluq olmasını deməmişdir. O, siqaret çəkdiyini, siqaretin əsasən “LD” markalı növündən istifadə etdiyini bildirmişdir. O, hadisə yerindən tapılmış, üzərində ona məxsus bioloji mənşəli materiallar olan “LD” markalı siqaret kötüyünün ona məxsus olub-olmaması barədə suala cavab olaraq bildirmişdir ki, motorları söküb çıxarmaq vaxt aparmış, ona görə də hadisə yerində siqaret çəkmiş, həmin siqaret kötüyünün ona məxsus ola biləcəyini demişdir. O, etdiyi cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün istintaqdan yayındığını, başqa yerdən oğurluq etmədiyini, başqa hər hansı cinayət və ya inzibati hüquqpozma törətmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanıda pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən Mehman adına 4 saylı tikiş sexi sovet dövründə rəhmətlik atası X1 verilmiş, xx.xx.2014-cü ildə sonuncu rəhmətə getdikdən sonra onun mülkiyyətinə keçmişdir. Həmin sex elə həmin müddətdən bəri fəaliyyətini dayandırmışdır. Lakin, o, nəvəsi Şahid1 ilə birlikdə Bakı şəhərində eyni ünvanda yaşadığından vaxt olduqca birlikdə gələrək həmin sexə baş çəkmişdir. Sonradan isə onun səhhətində bir qədər problemlər olduğundan o, müalicə almaq üçün rayona getmişdir. Sex 10 ilə yaxındır ki, işlək vəziyyətdə olmamışdır. Ona görə də, o, ayda bir dəfə olmaqla gəlib sexə baş çəkmişdir. Belə ki, sexdə mühafizəçi olmasa da, sexin ətrafı hasarla mühafizə olunmuş, həmçinin, sexin bütün qapı və pəncələri bağlı olmuş, qapı və pəncərələrin üstü isə dəmir barmaqlıqlarla bərkidilmişdir. xx.xx.2024-cü il tarixdə nəvəsi Rüfət həmin sexə baş çəkmək üçün gedən zaman sexin ikinci mərtəbəsində olan pəncərəyə bərkidilmiş dəmir barmaqlığın qaynaq olunmuş orta hissəsinin kəsilərək sexə daxil olunduğunu və sexdən 01 (bir) ədəd tikiş maşınının motorunun oğurlandığını müəyyən etmişdir. Bundan sonra Rüfət baş vermiş hadisə barədə ona zəng edərək məlumat vermiş, həmçinin ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət etmişdir. Həmin vaxt nəvəsi Rüfət sexdən başqa nə oğurlandığını bilmədiyindən və dəymiş ziyanı tam dəqiq hesablaya bilmədiyindən yalnız 01 (bir) ədəd tikiş maşınının motorunun oğurlandığını və 80 manat maddi ziyan vurulmasını bildirmişdir. Sonradan isə o, Rüfətlə gedib sexə yenidən baxan zaman sexdə olan 13 (on üç) ədəd işlək vəziyyətdə olan tikiş maşınının motorunun, 05 (beş) ədəd böyük toxucu maşınının motorunun, 03 (üç) ədəd işlək vəziyyətdə olan kiçik tikiş maşınının və 02 (iki) ədəd yük götürmək üçün nəzərdə tutulmuş kranın motorunun oğurlandığını müəyyənləşdirmişdir. Bundan sonra isə o, Sumqayıt ŞPİ-nin 2-ci PB-yə yenidən ərizə ilə müraciət etmişdir. O, 13 ədəd oğurlanmış işlək vəziyyətdə olan tikiş maşınının motorunun, hal-hazırda 100 manat dəyərində olan “1022” markalı Keçmiş Sovet istehsalı olan (1987-ci illərdə istehsal olunub) tikiş maşını, 05 ədəd işlək vəziyyətdə olan tikiş maşını - 2.500 manat dəyərində “ODZİ” markalı keçmiş Çexslovakiya istehsalı olan (1989-cu illərdə istehsal olunub) tikiş maşınının, 03 ədəd işlək vəziyyətdə olan kiçik tikiş maşınının, halhazırda 400 manat dəyərində olan “OVERLOK” markalı “BROTHER” firmasına məxsus olan Yaponiya istehsalı (1989-cu ildə istehsal olunub) tikiş maşınının və 02 ədəd işlək vəziyyətdə olan yük götürmək üçün nəzərdə tutulan kran - hal-hazırda 1000 manat dəyərində olan “TELFER” markalı keçmiş Sovet istehsalı (1980-cı ildə istehsal olunub) tikiş maşınının olduğunu bildirmişdir. Bütün bu maşınlar 1990-cı ildə təzə vəziyyətdə alınmış və oğurlananda da işlək vəziyyətdə olmuşdur. Oğurlanan hissələr isə adları çəkilən maşınların dəmirdən olan motor hissələri olmuş və ona təxminən 700 (yeddi yüz) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərərin ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olduğunun nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, sex 10 ilə yaxındır ki, işlək vəziyyətdə olmamışdır. Ona görə də, o, ayda bir dəfə olmaqla gəlib sexə baş çəkmişdir. Belə ki, sexdə mühafizəçi olmasa da, sexin ətrafı hasarla mühafizə olunmuş, həmçinin, sexin bütün qapı və pəncələri bağlı olmuş, qapı və pəncərələrin üstü isə dəmir barmaqlıqlarla bərkidilmişdir. xx.xx.2024-cü il tarixdə həmin sexə baş çəkmək üçün gedən zaman sexin ikinci mərtəbəsində olan pəncərəyə bərkidilmiş dəmir barmaqlığın qaynaq olunmuş orta hissəsinin kəsilərək sexə daxil olunduğunu və sexdən 01 (bir) ədəd tikiş maşınının motorunun oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə nənəsinə zəng edərək məlumat vermiş, həmçinin ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət etmişdir. Həmin vaxt o sexdən başqa nə oğurlandığını bilmədiyindən və dəymiş ziyanı tam dəqiq hesablaya bilmədiyindən yalnız 01 (bir) ədəd tikiş maşınının motorunun oğurlandığını və 80 manat maddi ziyan vurulmasını bildirmişdir. Sonradan isə nənəsi ona birlikdə sexə dəqiq baxmağı söyləmiş, nənəsi ilə gedib sexə yenidən baxan zaman sexdə olan 13 (on üç) ədəd işlək vəziyyətdə olan tikiş maşınının motorunun, 05 (beş) ədəd böyük toxucu maşınının motorunun, 03 (üç) ədəd işlək vəziyyətdə olan kiçik tikiş maşınının və 02 (iki) ədəd yük götürmək üçün nəzərdə tutulmuş kranın motorunun oğurlandığını müəyyənləşdirmişlər. Bundan sonra isə nənəsi yenidən polisə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən metal qəbulu məntəqəsində işləmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımadığını, xx.xx.2024-cü il tarixdə, günorta saat 4-5 radələrində Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu məntəqəsinə mis və dəmir hissələrdən ibarət olan metalları satmaq istəməsi ilə müraciət etdiyini bildirmişdir. Bundan sonra o, şübhəli məqam olmasından ehtiyat etdiyindən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb etmişdir. Daha sonra həmin Əziz adlı şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, o da öz növbəsində qeydiyyat kitabında Əzizin ad, soyad və ata adını, sonuncuya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin FİN kodunu və onun təvəllüdünü qeyd etdikdən sonra təqdim etdiyi dəmir və misdən olan hissələri, armaturları qəbul etmişdir. O, Əziz adlı şəxsdən dəmir və misdən olan hissələri qəbul edən zaman həmin metalın oğurluq olduğunu bilməmiş, lakin şübhə olduğundan və sonradan hər hansı problem yaşanmasından ehtiyat etdiyi üçün Əzizin bütün məlumatlarını qeyd edərək götürmüşdür. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir və misdən olan hissələrin bir hissəsinin metal qəbulu məntəqəsində qaldığı üçün həmin hissələri 2-ci bölmənin əməkdaşlarına təqdim etdiyini demişdir. O, həmçinin, jurnalda Təqsirləndirilən şəxs aldığı metalın adı və sonuncuya ödədiyi pulun dəyərini də qeyd etmiş və həmin siyahının surətini də polis bölməsinə təqdim etmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı metal hissələrinin oğurluq olmasından məlumatı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs ona satdığı metal hisslərinin oğurluq olubolmaması barədə heç nə deməmişdir. O, həmin metal hissələrini çəkmiş və qarşılığında Təqsirləndirilən şəxs təxminən 170-180 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v.1) Hadisə yerinə baxış keçirilməsi haqqında 09 may 2024-cü il tarixli protokoldan və protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən Mehman adına 4 saylı tikiş-trikotaj fabrikidir. Hadisə yerinə baxış keçirilməsi prosesində iştirak edən Şahid1 oğurluq baş verən yeri göstərmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, sexdən 1 (bir) ədəd 80 manat dəyərində olan tikiş maşınının motoru naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. Baxış zamanı həmçinin, hadisə yerindən bir neçə şübhəli siqaret kötüyü aşkar edilərək DNT analizi aparılmasından ötrü götürülmüşdür. Qeyd edilən baxış protokoluna çəkilmiş fotoşəkillər əlavə edilmişdir. (i.v.6- 10) Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, 09 may 2024-cü il tarixdə nəvəsi ünvan 7 ünvanında yerləşən Mehman adına 4 saylı tikiş-trikotaj fabrikində 1 (bir) ədəd 80 manat dəyərində olan tikiş maşınının motorunun naməlum şəxs(lər) tərəfindən oğurlanması barədə məlumat vermiş, onun nəvəsi oğurlanmış əşyalar barədə tam olaraq məlumat verməmişdir. Belə ki, o, sexə gəlib baxan zaman sexdə 13 (on üç) ədəd işlək vəziyyətdə olan tikiş maşınının, 05 (beş) ədəd böyük toxucu maşınının, 03 (üç) ədəd işlək vəziyyətdə olan kiçik tikiş maşınının və 02 (iki) ədəd yük götürmək üçün nəzərdə tutulmuş kranın motorunun oğurlandığını müəyyənləşdirmişdir. Baş vermiş hadisə nəticəsində ona dəyən zərərin məbləğinin təxminən 700 manat olduğunu qeyd etmişdir. (i.v. 22) Təqdim etmə və götürmə aparılması haqqında 25 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Şahid2 Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə təqdim etdiyi metal və hissələrdən ibarət olan və hazırda bir hissəsi qalan tikiş aparatlarının hissələrini təhqiqata təqdim etmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs mis, çuqun, metal hissələrini Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid2 186 manat pul müqabilində satmış, sonuncu həmin metal hissələri və jurnaldakı qeydləri 2-ci Polis Bölməsinin əməkdaşlarına təqdim etmişdir. (i.v.40-44) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 69) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs qismində ifadəsi alınmışdır.(i.v.75-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış, xx.xx.2008-ci ildə CPM-in 40.2.2-ci maddsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmış və xx.xx.2022-ci ilə tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. (i.v.90-92) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılmışdır.(i.v.97) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.120-122) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.134-137) Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o, özünün göstərdiyi marşrutla vəkil X2 iştirakı ilə əvvəlcə Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən tikiş sexinin qarşısına gələrək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 02-03 aralığında oğurluq etmək məqsədi ilə həmin ünvanda kiminsə olmadığını aydınlaşdırıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra sexin daxilində dəmir, metal hissələrin olduğunu düşünüb sexin ətrafında olan daş hasardan aşmaqla həyətə daxil olmuşdur. Daha sonra qeyd olunan sexin sahibsiz olduğunu və heç kimin oraya gəİmədiyini yəqin etdikdən sonra oradan tək halda üz nahiyəsini örtmədən sexin tavan hissəsinə doğru bir qədər qalxmış, daha sonra sexin ikinci mərtəbəsində olan pəncərəyə bərkidilmiş dəmir barmaqlığın qaynaq olunmuş orta hissəsini kəsərək sexə daxil olmuşdur. Sexin daxilində tikiş maşınlarının olduğunu görüb oradan 13 ədəd işlək vəziyyətdə olan tikiş maşınının motorunu, 05 ədəd böyük toxucu maşınının motorunu, 03 ədəd işlək vəziyyətdə olan kiçik tikiş maşınının və 02 ədəd yük götürmək üçün nəzərdə tutulmuş kranın motorunu sökərək götürüb özü ilə gətirdiyi torbalara yığmışdır. Həmin torbaları sexə daxil olduğu yerdən həyətə atıb sexə daxil olduğu yerdən çıxıb həmin yeri tərk edərək torbaları da gün ərzində hissə-hissə götürüb araba ilə yaşadığı evə aparmışdır. Bundan sonra isə elə həmin gün günorta saatlarında götürdüyü motorların və tikiş maşının dəmir və misdən olan hissələrinin bir qismini yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində yerləşən metal qəbulu məntəqəsində Xalid adlı şəxsə satıb qarşılığında ümumilikdə 186 (bir yüz səksən altı) manat pul əldə etmişdir. Qalan hissələri isə oğurluq etdiyi tarixdən sonrakı günlərdə səyyar metal alışı ilə məşğul olan şəxslərə satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, maddi sıxıntıları olduğu üçün oğurluq etmişdir. Aparılmış istintaq hərəkəti zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (i.v. 138-142) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qərar saat 14:50-də təqsirləndirilən şəxsə təqdim edilmişdir (i.v.143-144) Məhkəmə-genetik ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 24/1536 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 (bir) ədəd “LD” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1990-cı il) Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli 123-12423-1222 №-li məktubu) məxsusdur. 01 (bir) ədəd qalın “Winston” və 01 (bir) ədəd “Winchester” markalı siqaret kötükləri üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan iki müxtəlif naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profilləri, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT profilləri ilə eynilik təşkil etmir. Digər 02 (iki) ədəd qalın “Winston”, 01 (bir) ədəd nazik “Winston”, digər 01 (bir) ədəd “LD”, digər 03 (üç) ədəd Winchester”, 01 (bir) əddə “Argo” markalı, 01 (bir) ədəd “Caster” və 01 (bir) ədəd “X-Style” yazılı siqaret kötükləri üzərində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. (i.v.150-154) Ədliyyə Nazirliyi Məhkəmə Ekspartizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 9/7482/2024 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş məlumatdan görünür ki, ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından qərarda qeyd edilən tikiş maşınlarının hissələrinin satışına və qiymətinə dair Respublikada yerləşən ticarət şəbəkələrində, bazarlarda, yerli internet saytlarında və eləcə də Mərkəzdə hər hansı bir məlumat mövcud olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamış və ekspertizanın aparılmasından imtina edilmişdir.(i.v.157-158) Maddi sübut hesab edilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd bağlamada olan “1022” markalı Keçmiş Sovet istehsalı olan tikiş maşının dəmirdən olan hissə və mexanizmləri maddi sübut hesab edilərək Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, eləcə də, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən “Mehman adına olan 4 saylı” tikiş sexindən oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 (üç) ədəd qalın “Vinston” markalı, 01 (bir) ədəd nazik “Vinston” markalı, 02 (iki) ədəd “Ld” markalı, 04 (dörd) ədəd "Vinchester” markalı, 01 (bir) ədəd "Argo” markalı, 01 (bir) ədəd “Caster” markalı və 01 (bir) ədəd “X-Style” yazılı siqaret kötükləri cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və xüsusi qaydada qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.160-162) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:15 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində saxlanılmışdır.(i.v.177) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş şəxslərin və şahid ifadələri, ifadənin yerində yoxlanılması, hadisə yerinə baxış keçirilməsi, təqdim etmə və götürmə haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2024-cü il tarixli 3-16- 16/2-9/7482/2024 məktubu və ona əlavə edilmiş məlumat, məhkəmə-genetik ekspertizasının 07 oktyabr 2024-cü il tarixli 24/1536 nömrəli ekspert rəyi, maddi sübutlar iş materiallarına uyğun olduğundan maddi sübut kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən “Mehman adına olan 4 saylı” tikiş sexindən oğurlanmış tikiş maşınlarının motor hissələrinin ümumilikdə 700 (yeddi yüz) manat qiyməti əsas götürülmüş və Təqsirləndirilən şəxs ittiham elan edilən zaman qeyd olunan məbləğin nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs məxsus 01 bir ədəd bağlamada olan “1022” markalı Keçmiş Sovet istehsalı olan tikiş maşının dəmirdən olan hissə və mexanizmləri cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızına məxsus Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən Mehman adına 4 saylı Tikiş-Trikotaj fabirikindən oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 (üç) ədəd qalın “Vinston” markalı, 01 (bir) ədəd nazik “Vinston” markalı, 02 (iki) ədəd “Ld" markalı, 04(dörd) ədəd "Vinchester” markalı, 01 (bir) ədəd “Argo” markalı, 01 (bir) ədəd “Caster” markalı və 01 (bir) ədəd “X-Style” yazılı siqaret kötükləri cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və xüsusi qaydada qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.184-195) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanmışdır (i.v.201-203) Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən, X8 xx.xx.2013-cü il tarixdə, X6 xx.xx.2015-ci il tarixdə doğulmuşdur. Ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X3 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, aparılmış istintaq hərəkətləri üzrə tərtib edilmiş protokollar və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarix, saat 12:00-dan xx.xx.2024-cü il tarixə saat 14:50-dək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 gün, ümumilikdə 5 (beş) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, nömrəsiz fərdi yaşayış evi tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli olmasına riayət etməlidir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 (bir) ədəd bağlamada olan “1022” markalı Keçmiş Sovet istehsalı olan tikiş maşınının dəmirdən olan hissə və mexanizmləri Zərərçəkmiş şəxs qaytarılmalı, maddi sübut olan 03 (üç) qalın “Vinston” markalı, 01 (bir) ədəd nazik “Vinston” markalı, 02 (iki) ədəd “Ld" markalı, 04 (dörd) ədəd "Vinchester” markalı, 01 (bir) ədəd “Argo” markalı, 01 (bir) ədəd “Caster” markalı və 01 (bir) ədəd “X-Style” yazılı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən, saat 12:00-dan xx.xx.2024-cü il tarixinə, saat 14:50-dək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün, həmçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün ümumilikdə 05 (beş) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, nömrəsiz fərdi yaşayış evini tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 bir ədəd bağlamada olan “1022” markalı Keçmiş Sovet istehsalı olan tikiş maşınının dəmirdən olan hissə və mexanizmləri Zərərçəkmiş şəxs qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd qalın “Vinston” markalı, 01 (bir) ədəd nazik “Vinston” markalı, 02 (iki) ədəd “Ld" markalı, 04 (dörd) ədəd "Vinchester” markalı, 01 (bir) ədəd “Argo” markalı, 01 (bir) ədəd “Caster” markalı və 01 (bir) ədəd “X-Style” yazılı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-146/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-146/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver