Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-147/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 06 avqust 1972-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhəri 11 saylı MKİS-də fəhlə işləyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 1-də qeydiyyatda olan və yaşayan və barəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11.09.2020-ci il tarixdə saat 20:30–da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Azərsun” Sənaye parkına gedən yolun başlanğıcında bacısı Şahid4 keçmiş əri Zərərçəkmiş şəxs oğlunu onun ünvanına nalayiq sözlər deməsi və itələməsi səbəbindən səbəbindən aralarında yaranmış mübahisəsi zamanı üzərində olan mətbəx bıçağı ilə sonuncunun sol bel nahiyəsindən, sol ayağından və başından bir dəfə vuraraq sol bel nahiyəsinin boşluğa keçməyən arxanı düzləndirən əzlənin kəsilməsi ilə deşilomiş-kəsilmiş, başın təpə nahiyəsinin sol hissəsinin, sol budçanaq oynağının bayır səthinin kəsimiş yaraları kimi xəsarəti yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki. Zərərçəkmiş şəxs 2004-cü ildən tanıyır. Vüsal onun bacısı X1 əri olmuşdur. Onlar 2004-cü ildən 2005-ci ilə qədər evli olmuşlar, lakin, sonradan ailədaxili yaranmış münaqişələrə görə boşanmışlar. Vüsalın boşandıqdan sonra isə Rusiya Federasiyasına getməsi barədə məlumatı olmuşdur. Hadisədən təxminən 20 gün əvvəl həmin vaxt onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş, zəng edən şəxsi ilk öncə tanımasa da sonra özünü təqdim edərək Vüsal-keçmiş yeznəsi olduğunu bildirmişdir. O, telefon danışığı zamanı Vüsaldan nə üçün ona zəng etdiyini soruşduqda Vüsal ona “deyəsən bacın Cəmilə ayrılıb, mən onu 2 uşaqla qəbul edirəm, mənə kömək et Cəmilə ilə barışım” dediyini bildirmişdir. O, isə Vüsala Cəmilənin ailəli olduğunu, şəxsi işləri ilə əlaqədar olaraq sənəd üzərində boşandıqlarını demiş, onlardan əl çəkməsini bildirmiş, buna baxmayaraq Vüsalın hadisə baş verən günə qədər mütəmadi olaraq onu və dayısı oğlu Turalı narahat etmiş, Vüsalın Cəmilə ilə barışacağını, heç kimin maneə ola bilməyəcəyini deməsini qeyd etmişdir. Sonuncu dəfə 11 sentyabr 2020-ci il tarixdə günorta saat təxminən 14 radələrində o, işdən nahar etmək üçün evə gələn zaman Vüsalın arxadan onu çağırmış, o dayanıb Vüsalı gözləmiş, Vüsal onun yanına çatdıqda “axşam saat 10-da o peyserlə görüşüm var, səni də özümlə aparacam, gör onu nə günə qoyuram” demişdir. O, Vüsala gedib işi ilə məşğul olmasını, mərdimazarçılıq etməməsini, camaatın ailəsi uşağını olmasını bildirmiş, evə gedib bu barədə anası Şahid1 məlumat vermiş, anası əhəmiyyət veməməyini ona bildirmişdir. Naharını edib işə qayıtmış, saat 17:00 da işdən çıxıb evə gəlmiş, təxminən saat 20:00 radələrində yaşadığı evdə olan zaman evin qapısının döyüldüyünü və qapını açdıqda 14-15 yaşlı tanımadığı bir uşağın döydüyünü, həmin uşağın ona “Vüsal deyir həyətə düşsün, onunla işim var” dediyini bildirmişdir. Bununla bağlı anasına məlumat vermiş, evdən çıxıb həyətə düşmüşdür. Sonra Vüsalın təkidi ilə onun avtomobilinə oturmuşdur. Sonra maşını H.Zeynalabdin istiqamətində sürərək Turala zəng elə BASF yoluna gəlməsini, Vüsal ilə görüşdüyünü və məsələyə son qoymağa gəldiyini dediyini bildirmişdir. Saat təxminən 20:30 radələrində o, Vüsalla BASF yoluna çatmış,lakin, Turalın hələ ora gəlməmişdir, Vüsalın bundan əsəbləşərək maşını saxlayıb maşından düşmüş və o da məcbur qalaraq maşından düşmüşdür. Yerdə olan zaman Vüsal Turalın ora gəlməməsinə əsbləşərək ayağını onun sol ayaqqabısının üstünə qoyaraq onu arxaya itələyərək ünvanına nalayiq sözlər işlətmiş, Vüsalın onu itələməsi nəticəsində o, özünü saxlaya bilmədiyi üçün yerə yıxılmışdır. Bu zaman Vüsal maşından götürdüyü qatlanan cib bıçağını cibindən çıxardaraq onun üstünə gəlmək istəyən zaman, o, daima üzərində olan təsərrüfat işlərində istifadə etdiyi tiyəsi ilə birlikdə 10-12 sm olan bıçağını əynində olan şalvarının sağ cibindən çıxarmış, Vüsal onun üstünə gələn zaman ayağının büdrədiyindən onun qarşısına yıxılmış,ayağa qalxmaq istəyəndə o, əlində olan bıçaqla bir dəfə Vüsalın qarın nahiyəsinə vurmaq istəyən zaman Vüsal çevrilmiş və bu səbəbdən də bıçaqla onun sol bel nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Vüsalın belinin qanadığını görüb qorxmuş, lakin, yenidən Vüsalın bıçaqla onun üstünə gəldiyi üçün özünü qorumaq məqsədi ilə Vüsalın ayaq nahiyyələri istiqamətində xəsarətlər yetirmiş, lakin tam olaraq onun bədənin hansı naiyyələrinə xəsarət yetirdiyini bilməmiş, əlindəki bıçağı ətrafa atıb oradan qaçıb getmişdir. Vüsalın isə asfalt yol ilə adi addımlarla getmişdir. Oradan uzaqlaşıb mağazaların birindən spirt tərkibli enerji içkisi alıb içmiş və sonra bacısı Cəmilənin yaşadığı evə getmiş, orada Turala Vüsalla dalaşdığını və Vüsala bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir. Turalın isə onu tənbeh edərək nahaq yerə belə hərəkətlər etdiyini demiş Turala onu Simurq şadlıq sarayı tərəfə aparmağı, orada yaşayan əmisi Qeysgilnən görüşüb sonra da polis idarəsinə gedərək təslim olacağını bildirmişdir. Turalın onu öz avtomobili ilə gətirib Simurq şadlıq sarayının yanında düşürmüşdür. O, əmisi Qeysgilin evinə getmişdir. Əmisinin evdə olmadığından əmisi oğlu Eldar Hüseynovla görüşərək ona hadisə barədə danışmış və Eldar ona təcili olaraq gedib polisə təslim olmağını demişdir. Buna görə də gedib evə ailə üzvləri ilə görüşüb sonra isə polisə təslim olmuşdur. Vüsala xəsarət yetirən zaman niyyəti onu qorxutmaq olmuş, ağır xəsart yetirmək və ya öldümək kimi bir niyyətinin olmamış, xəsarət yetirən zaman istifadə etdiyi bıçağı hara atdığını tam xatırlamamışdır. Onları kənar şəxslər ayırmamış, öz hərəkətlərini o dayandırmış, kənar şəxslər müdaxilə etməmiş, əlavə bıçaq zərbələri vurması üçün imkanı olsa da vurmamışdır. Vüsalı təqib etməmiş və getməsinə mane olmamışdır. Hadisə baş verən zaman ikisi olmuş, kənar şəxslər olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığından ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid4 ilə 2004-cü ildə ailə həyatı qurmuş lakin, Cəmilənin anası Şahid1 görə onların ailəsinin dağılmışdır, Boşandıqdan sonra onun nə Cəmilə ilə, nə də ailəsi ilə heç bir münasibəti olmamışdır, Sonradan Cəmilənin öz dayısı oğlu Tural Əbilovla ailə həyatı qurmuşdur. O, boşandıqdan sonra Rusiya Fedarasiyasına işləməyə getmiş, oradan yalnız valideynlərini görmək üçün gəlmiş və az bir müddət qalıb çıxıb getmişdir. Sonuncu dəfə o, 2020-ci ilin avqust ayında Azərbaycana gəlmiş, sentyabr ayının əvvələrində Cəmilənin boşandığını eşitmiş, Cəmilə ilə yenidən münasibətləri bərpa etməyə başlamışdır, Cəmilə ilə instagram sosial şəbəkəsində danışdıqdan sonra ona mobil nömrəsini verdiyini bildirmişdir. O, Cəmilənin ailə üzvlərinin söhbəti başqa yerdən eşitməməsi üçün sentyabr ayının əvvəllərində qardaşı Təqsirləndirilən şəxs zəng etmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, sonra telefonu üzünə bağlamışdır. Sonra o, nə qədər zəng etsə də nömrəsinin bağlı olduğundan 11.09.2020-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə Bəkirlə qarşılaşmışdır. Bəkirə hal hazırda işinin olduğunu, axşam gəldikdə onu nə məqsədlə söydüyünü izah etməsi üçün söhbət edəcəyini demişdir. 11.09.2020-ci il tarixdə saat 21 radələrində o, yenidən məhəllədə olan zaman Bəkirə zəng etmiş, Bəkirin mobil telefonu bağlı olduğundan məhəllədən tanımadığı azyaşlı uşaqdan Bəkiri evdən çağırmasını xahiş etmiş, Bəkirə məhəllədən qırağa çəkilməyi təklif etmiş, Bəkirdən nə üçün onu söydüyünü soruşmuş, Bəkirin onun bu sualına cavab verməmiş, Bəkirə Cəmilənin boşanmağı ilə bağlı məlumatı olduğunu və yenidən münasibəti bərpa etmək istədiyini bildirmiş, əlavə olaraq Bəkirdən Turalın nə üçün onu söydüyünü soruşmuşdur. Bəkirin ona gedək özündən soruşaq görüm səni söyüb ya yox demişdir. Həmin sözündən sonra Bəkir ondan üzr istəməyə başlamış və Bəkirə Turalın olduqları yerə gəlməsini deməsini bildirmişdir. Lakin, Bəkir ona Turalın yanına getməyi təklif etmişdir. O, Bəkirlə razılaşmış və onun avtomobili ilə H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən BASF-ın yolu deyilən yerə gəlmişlər. Oraya çatanda Turalı görməmiş və buna əsəbləşib Bəkirlə mübahisə etmişdir. Mübahisə zamanı belinin sol nahiyəsində ağrı hiss etmiş, sonra Bəkirin onu bıçaqla vuraraq xəsarət yetirməsi aydın olmuşdur. Aralarında mübahisə davam etmiş və Bəkirin onun baş nahiyəsinə də bıçaqla bir dəfə vurmuşdur, o, yerə yıxılmışdır. O da Bəkirə özünü müdafiə etmək üçün ona zərbələr vurmuşdur. Daha sonra isə Bəkir ona əlavə bıçaq zərbələri vurmamış və hərəkətlərini dayandırmışdır. O da ayağa qalxaraq yolu keçmiş və və yolda avtomobil sürücüsü tərəfindən H.Zeynalabdin qəsəbəsinin xəstəxanasına aparılmış, ordan da Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına gətirmişlər. Hadisə zamanı orada kənar şəxslər olmamış və onları ayırmamışdır. Hadisə qısa müddətli olmuş, Bəkirin əlavə bıçaq zərbələri vurması üçün imkanı olsa da vurmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və ondan şikayətçi deyildir və ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Fizuli oğlu ifadəsində göstərdi ki, 2007-ci ildən bu günə kimi Sumqayıt Nəqliyyat MMC-də sürücü kimi işləyir. Hal-hazırda həmin şirkətin 3 nömrəli xətt marşrutunu idarə edir. Həmin xətt Sumqayıt şəhər Təhsil şöbəsindən Yaşma bağlarına qədər olan bir məsafədə hərəkət edir. 11.09.2020-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi xətt avtobusu ilə Sumqayıt şəhəri, Yaşma bağları istiqamətindən Sumqayıt şəhərinə H.Zeynalabdin qəsəbəsi istiqamətində gələn zaman “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşı tərəfində sərnişin düşürdüyünü, sonra marşrutu hərəkət gətirən zaman bir nəfər başı keçəl, hündür boylu cavan oğlan əlini yuxarı qaldıraraq ona əli ilə saxla dediyini bildirmişdir. Həmin şəxs sürücü pəncərəsi tərəfdən yaxınlaşaraq bıçaqlandığını və tez bir zamanda xəstəxanaya çatdırılmağını xahiş etmişdir. O, həmin şəxsə yoldan keçən minik avtomobillərinin əyləşməsini bildirmişdir. Lakin, həmin şəxs minik avtomobillərinin saxlamadığını qeyd etdiyindən bundan sonra o, həmin şəxsi H.Zeynalabdin qəsəbəsində yerləşən TTYS-na apardığını və orada həkimlərə təhvil verib işinə geri qayıtmışdır. Məhkəmədə şahid qsmində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Şahid4 onun övladlarıdır. X4 qızı Cəmilənin əridir. Tural ilə Cəmilə rəsmi qaydada boşansalarda hal-hazırda birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs onun qızı Cəmilənin birinci əri olmuş və onların arasında evləndikdən sonra davamlı münaqişələr olduğu üçün bir il sonra boşanmışlar. Boşandıqdan sonra Vüsalın Rusiya Federasiyasına getmiş, sonuncu dəfə 2020-ci ilin avqust ayında Azərbaycana gəlmiş, gəldikdən sonra Vüsal onun oğlu Bəkirə zəng edərək telefonla münaqişələr etmiş, buna görə də Bəkir mobil nömrəsini dəyişmişdir. 11.09.2020-ci il tarixdə axşam saatlarında evdə olan zaman bir nəfər tanımadığı şəxsin evin qapısını döyərək Bəkiri çöldə olan dostunun çağırdığını bildirmiş, Bəkir aşağı düşdükdən bir neçə dəqiqə sonra o, Bəkirin hara getməyini bilmək üçün evdən çıxmış və həyətə düşdükdə Bəkirin evin tinində Vüsal ilə söhbət etdiyini görmüşdür. Bəkirin telefonuna nə qədər zəng etsə də cavab verməmişdir. Sonra Bəkir evə gələrək evdən nəsə götürmüş və getmişdir. O, bundan sonra nə qədər zəng etsə də Bəkir onun telefonuna cavab verməmişdir. Bir neçə müddətdən sonra Bəkir ona zəng edərək Vüsalı H.Zeynalabdin qəsəbəsi ərazisində bıçaqla vurub xəsarət yetirdiyini və polisə təslim olmağa getdiyini demişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı, X4 isə ikinci əridir. Tural ilə rəsmi qaydada boşanmışdır. Zərərçəkmiş şəxs isə onun birinci əri olmuşdur. Boşandıqdan sonra Vüsalın Rusiya Federasiyasına getməyi ilə bağlı məlumatı olmuşdur. Sonuncu dəfə Vüsalın 2020-ci ilin avqust ayında Azərbaycan gəldiyini bilmişdir. Vüsal ilə mart ayından sosial şəbəkələrdə danışır. Vüsala Turaldan ayrıldığını bildirmişdir. Vüsal da ona hal-hazırkı vəziyyəti ilə qəbul edəcəyin deməsini bildirmişdir. 11.09.2020-ci il tarixdə o, işlədiyi xəstəxanada gecə növbəsində olmuşdur. Axşam saatlarında anası Rahilə onun mobil nömrəsinə zəng edərək, qardaşı Bəkirin Vüsalı bıçaqla vuraraq bədən xəsarətləri yetirdiyini bildirmşdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. 11.09.2020-ci il tarxidə axşam saatlarında qohumlarından biri onun mobil telefonuna zəng edərək bacısı oğlu Vüsalın bıçaqlandığı üçün xəstəxanaya yerləşdirildiyini demişdir. O, tez evdən çıxaraq Sumqayıt şəhər mərkəzi xəstəxanasına getmişdir. Ora çatdıqda Vüsalın reanimasiyada olduğunu görmüşdür. Vüsal palataya keçiriləndən sonra söhbət etdiyini və söhbət zamanı Vüsalın ona qonşuluqda yaşayan Bəkirin və Bəkirin keçmiş yeznəsi Turalın Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində vuraraq xəsarət yetirdiklərini deməsini qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Şahid4 və Şahid3 ərizələrindən görünür ki, onlar məhkəmə iclasında iştirak edə bilməyəcəklər və istintaqda verdikləri ifadələri təsdiq edirlər. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilib keçirilmiş məhkəmətibbiekspertizasının 25.09.2020-ci il tarixli, 1131 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bel nahiyəsinin boşluğa keçməyən arxanı düzləndirən əzlənin kəsilməsi ilə deşilmiş-kəsilmiş, başın təpə nahiyəsinin sol hissəsinin, sol bud-çanaq oynağının bayr səthinin kəsilmiş yaraları, alının sağ hissəsinin, sol saidin orta və aşağı 1/3-nin arxa səthlərinin, sol mil-bilək oynağının arxa səthinin 3 ədəd, sol diz oynağının, sağ baldırın orta 1/3-nin ön səthinin, sol kürk nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlərdən-sol bel nahiyəsinin boşluğa keçməyən arxanı düzləndirən əzələnin kəsilməsi ilə deşilmiş-kəsilmiş, başın təpə nahiyəsinin sol hissəsinin, sol bud-çanaq oynağının bayır səthinin kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, digər xəsarətlər yəni- alının sağ hissəsinin, sol saidin orta və aşağı 1/3-nin arxa səthlərinin, sol mil-bilək oynağının arxa səthinin 3 ədəd, sol diz oynağının, sağ diz oynağının, sağ baldırın orta 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin sıyrıqları isə küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla 11.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görəsol bel nahiyəsinin boşluğa keçməyən arxanı düzləndirən əzlənin kəsilməsi ilə deşilmişkəsilmiş, başın təpə nahiyəsinin sol hissəsinin, sol bud-çanaq oynağının bayır səthinin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərəvurmaya, digər xəsarətlər yəni - alının sağ hissəsinin, sol saidin orta və aşağı 1/3-nin arxa səthlərinin, sol mil-bilək oynağının arxa səthinin 3 ədəd, sol diz oynağının, sağ baldırın orta 1/3-nin ön səthinin, sol kürək nahiyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 10.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 30.10.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 105, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmi, 05.02.2001-ci ildə Azərbaycan Respublikası MMnin 01.02.2001-ci il tarixli amnisiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilib, Sumqayıt şəhər Məhkəməsinin 29.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.10.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur, Sumqayıt şəhər Məhkəməsinin 10.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə, 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum edilmiş, 27.05.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur, 25.07.2015-ci ildə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrumetmə, 01 il 04 ay 07 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzasına məhkum edilmişdir, 25.03.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir, barəsində Sumqayt ŞPİ-nin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi 21.01.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam edilmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bəndlı oğlunu məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan cinayət işinə xitam verilməsi haqqında Sumqayıt ŞPİ-nin İŞ-də qəbul olunmuş 21.01.2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 09 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29.120.1, 221.2.1, 221.3, 228.4-cü maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan 09 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 09 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs İsmayılov Vüqar tərəfindən verilmiş 15.02.2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Cinayət işinin materiallarından da göründüyü kimi Sumqayıt ŞPİ-nin İŞ-də qəbul olunmuş 21.01.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ikinci dəfə cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halın olmaması cəza təyini zamanı Məhkəmə tərəfindən nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmasa da əvvəllər dəfələrlə cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi Məhkəmə tərəfindən qiymətləndirilməli, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın icrası aidiyyəti üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24.12.2020-ci il tarixli (iş № 1(060)-583/2020) qərarını icra edərək, 28.12.2020-ci il tarixli 1267 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin.Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 23, mənzil 1-də yerləşən ünvanını tərketməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-147/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-147/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver