Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-147/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Ədliyyə Nazirliyi PX-nin 3 nömrəli İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,200 qram, 0,030 qram, 0,055 qram, 0,076 qram, 0,113 qram, ümumi təmiz çəkisi 0,552 qram narkotik vasitə olan heroini və 01 (bir) ədəd elektron tərəzini əldə edib üzərində daşıyaraq saxlamış, 14.09.2021-ci il tarixdə saat 16:05 radələrində Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən mədəniyyət evinin yanında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən yuxarıda qeyd olunan bükümdə və çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.. Bundan başqa, o özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13.09.2021-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının qarşısına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra qanunsuz olaraq hasarı aşma yolu həyətə daxil olaraq oradan 01 (bir) ədəd 35 (otuz beş) manat dəyərində 0,37 kv-lıq hidroforlu su nasosunu və həyətdə olan hamama qapıdan daxil olaraq içəridən 01 (bir) ədəd 80 (səksən) manat dəyərində “Anna” markalı “JSD20” modelli, 10L/min – 20 kw-lıq su qızdırıcısını talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 115 (yüz on beş) manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi üzrə ittihamla tam və CM-nin 234.2-ci maddəsi iləsə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir və bunun nəticəsində də narkomaniya xəstəliyinə düçar olmuşdur. 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” adlanan ərazidə olan zaman qismən tanıdığı adını bilmədiyi şəxsə yaxınlaşıb öz istifadəsi üçün 6 bükümdə hər bükümün biri 5 manata olmaqla, 30 manat dəyərində narkotik vasitə heroin alıb yaşadığı Corat qəsəbəsinə qayıtmışdır. Lakin həmin şəxsin kimliyi barədə heçnə bilmir. Həmin günü saat təxminən 16 radələrində yaşadığı qəsəbədə yerləşən mədəniyyət evinin yanında olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişlər, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılacağını bildirmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 6 bükümdə narkotik vasitə olan heroini və 1 ədəd elektron tərəzi çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 6 bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisi 1,23 qram olması müəyyən edilmişdir, həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə olan heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Elektron tərəzini isə narkotik vasitəni istifadə edərkən çəkisini bilmək üçün üzərində gəzdirmişdir. Bundan başqa 13.09.2021-ci il tarixdə saat təxminən 23 radələrində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə hasarı aşma yolu ilə daxil olub, həyətdə olan hamamdan bir ədəd su qızdırıcısı və hamamın yanından bir ədəd su nasosu oğurlayıb yaşadığı evin həyətində gizlətmişdir. Həmin su qızdırıcısını və su nasosunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxtı o, yaşadığı evdə tək qalmışdır. Su qızdırıcısını və su nasosunu oğurlamağından heç kimin məlumatı olmamış və ona həmin oğurluqda heç kim köməklik etməmişdir. Su qızdırıcısını və su nasosunu oğurlamaqda məqsədi satmaq olmuşdur. Əməlindən peşmandır. Ona mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq “Vends” şirkətində satış təmsilçisi vəzifəsində işləyir. Yaşadığı evin həyətində yarımtikili hamam vardır. Həmin yarımtikili hamamın içərisində su qızdırıcı, çöl hissəsində isə su nasosu vardır. Onun yaşadığı evin içərisində də hamam vardır. Su xətti isə ümumidir. 13.09.2021-ci il tarixdə axşam saat 21 radələrində evdə olarkən suyun gəlmədiyini görüb fikirləşmiş ki, su idarəsi tərəfindən ümumi qəsəbədə suyun gəlməsi dayandırılmışdır. Gecə yatıb səhər yəni, 14.09.2021-ci il tarixdə saat 08:30 radələrində yuxudan ayılandan sonra əl-üz yumaq istədikdə suyun gəlmədiyini görmüş həyətə düşdükdə yaşadığı evin həyətində olan hamamın yanında olan su nasosunun yerində olmadığını, ardınca isə hamama daxil olmuş görmüş ki, orada olan su qızdırıcısı da yerində yoxdur. Bundan sonra su qızdırıcısının və su nasosunun oğurlandığını başa düşmüş və bu barədə DİN-102 xidmətinə məlumat vermişdir. Sonradan polis idarəsində ona məlum olmuş ki, onun yaşadığı evin həyətində olan hamamdan su qızdırıcısını və hamamın yanında olan su nasosunu qonşusu Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 14.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək 13.09.2021-ci il tarixdən 14.09.2021-ci il tarixə keçən gecə yaşadığı evin həyətindən 1 ədəd su nasosununu və həyətdə olan hamamın içərisindən 1 ədəd su qızdırıcısını naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. O və bölmənin bir neçə əməkdaşı həmin məlumatla əlaqədar hadisə yerinə getmişlər. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs ilə şifahi sorğu sual zamanı sonuncu bildirmiş ki, 13.09.2021-ci il tarixdə saat 21 radələrində evdə olarkən suyun gəlmədiyini görmüş və fikirləşmiş ki, su idarəsi tərəfindən qəsəbədə suyun gəlməsi dayandırılmışdır. Gecə yatıb səhər yəni 14.09.2021-ci il tarixdə saat 08:30 radələrində yuxudan ayıldıqda əl-üzünü yumaq istədikdə suyun gəlmədiyini görüb həyətə düşdükdə həyətdə olan su nasosunun yerində olmadığını, daha sonra həyətdə olan hamama daxil olmuş, həmçinin hamamda olan su qızdırıcısının olmadığını görüb, bilmiş ki, yaşadığı evin həyətinə naməlum şəxs və ya şəxslər girərək su nasosunu və su qızdırıcısını oğurlamışlar. Bu səbəbdən baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, həmin oğurluğu Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs etmiş və onun olduğu yer müəyyən edilərək polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs 13.09.2021-ci il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə hasarı aşma yolu ilə daxil olduğunu, həyətdən bir ədəd su nasosunu və həyətdə olan hamamın içərisindən bir ədəd su qızdırıcısını oğurladığını, həmin əşyaları yaşadığı evin həyətində gizlətdiyini bildirmişdir. Bundan sonra həmin su qızdırıcısını və su nasosunu təqdim etmişdir. Bununla bağlı müvafiq sənədləşmə işləri görüldükdən sonra Təqsirləndirilən şəxs sərbəst buraxılmışdır. Qeyd olunan tarixdə, yəni 14.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin, 1-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişlər. 14.09.2021-ci il tarixdə saat 16:05 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən mədəniyyət evinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 1-ci PBnə gətirilmişdir. Sumqayıt ŞPİ-nin, 1-ci PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 06 ədəd gümüşü rəngli bükümləri və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Götürülmüş bükümlərə baxış zamanı həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə hər dəfə qəbul etdikcə artıq olmaması üçün ölçmək məqsədilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün təqdim etdiyi qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman bükümlərdəki maddələrin çəkisinin 0,25 qram, 0,17 qram, 0,10 qram, 0,24 qram, 0,35 qram, 0,14 qram və ümumi təmiz çəkisi 1,23 qram olduğu müəyyən olunmuş və həmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. İlkin əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə ilə məşğul olması barədə qeyri dəqiq məlumat daxil olsada lakin, əməliyyat axtarış tədbirlərinin davamında onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, lakin kimlərə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA-nın kiçik inspektoru, polis baş serjantı Şahid3 və ibtidai istintaq zamanı şahid qisməndə ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-Axtarış tədbirlərinin keçirilməsi barədə 14.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik qəbulu və üzərində gəzdirilməsi barədə məlumatın yoxlanılması məqsədi ilə ətrafında əməliyyat tədbiri keçirilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 14 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 14 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və CD diskdən görünür ki, Sumqayıt ŞPİ-nin, 1-ci PB-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 6(altı) ədəd gümüşü rəngli bükümləri və 01 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlər açılmış və içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, ondan aşkar olunan qəhvəyi rəngli maddələr narkotik vasitədir, aşkar olunmuş maddələri Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 30 manata almışdır. Elektron tərəzini isə hər dəfə qəbul etdikcə artıq olmaması üçün ölçmək məqsədilə saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman bükümlərdəki maddələrin çəkisinin 0,25 qram, 0,17 qram, 0,10 qram, 0,24 qram, 0,35 qram, 0,14 qram və ümumi çəkisinin 1,23 qram olduğu aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Materialların cinayət işinə əlavə edilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin, 1-ci PB-də HK-1/2254 saylı material aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmiş və həmin material icraatda olan ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin tövsif edilməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 sentyabr 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.2-ci və 177.2.3-cü maddələrinə tövsif edilməklə, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə göstərilən maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-467/2021 saylı, 16.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 15.09.2021-ci il tarixli, 6/4062 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №125” dairəvi möhür əksi olan “Şübhəli şəxs imza təhq; P.Allahverdiyev imza 14.09.2021...” yazısı və imzalar olan zərfdə 6 (altı) ədəd bükümdə hər birinin ayrı=ayrılıqda təmiz çəkisi 0,078 qram, 0,200 qram, 0,030 qram, 0,055 qram, 0,076 qram, 0,113 qram olmqla, ümumi çəkisi 0,552 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfdə olan 1 ədəd 10*7 sm ölçüdə elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: heroinin təmiz çəkisi-0,552 qram, təqdiqata sərf olundu-0,12 qram, qalıq- 0,432 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 06.11.2021-ci il tarixli, 4369 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbul edilməsiilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 25.05.2021-ci il tarixli 9/7300 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların 2021-ci ilin mart ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 115,0 manat müəyyən olunur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 10.11.2021-ci il tarixli 9/7300 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş 2 adda malların 2021-ci ilin noyabr ayına olan orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: -bir ədəd “Anna” markalı “JSD20” modelli, 10L/min-20kw-lıq su qızdırıcısı 80.00 manat; -bir ədəd üzərində markalanma göstəriciləri olmayan, 0,37 kv-lıq hdroforlu su nasosu 35,0 manat. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut olan 01 ədəd su nasosu və 01 ədəd su qızdırıcısının Zərərçəkmiş şəxs təhvil almışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,432 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və oğlu Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)-292/2019 saylı, 30.07.2019-cu il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməkdə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20.08.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, axtarış və götürmə protokolu, məhkəmə ekspertizalarının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun üzərindən aşkar edilmiş altı ədəd bükümdə müxtəlif çəkidən olan heroin və bir ədəd tərəzinin ona məxsus olmasını təsdiq etsə də, satış məqsədinin olmadığını və tərəzinin narkotik qəbul edərkən ölçülməsi məqsədi ilə daşıdığına dair ifadəsini məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə verməsi kimi qiymətləndirməklə tənqidi yanaşır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rahi oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərin aradan qaldırılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.13-cü maddəsinə əsasən, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olması, əməlini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hal kimi müəyyən edilmiş, CM-nin 61.1.1-ci maddəsinə ağırlaşdıran hal kimi resdiv müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 14.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,432 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd su nasosu və 01 ədəd su qızdırıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14.09.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,432 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd su nasosu və 01 ədəd su qızdırıcısının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat və məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat, ümumilkdə 138,70 (yüz otuz səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: ********** köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-147/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-147/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver