Məhkəmə qərarları › İş №1(060)-147/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-147/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-147/2023 17.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X7 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X29, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Tovuz rayonu, İbrahim Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Tovuz rayonu, İbrahim Hacılı kəndində qeydiyyatda onmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Nərmin Kərimzadə 16 may 2021-ci il tarixdə “Maksim” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü X66 özünü Şəmkir rayon Uşaq xəstəxanasında xəstə olaraq müalicə alan “Çinarə” adlı şəxs kimi təqdim edib, Gəncə şəhər Beynəlxalq xəstəxanasından Şəmkir rayon Uşaq xəstəxanasına arayış gətiriləcəyini və arayışlar üçün ödəniləcək məbləği özünün ödəməsini, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib Təqsirləndirilən şəxs Gəncə şəhər Beynəlxalq xəstəxananın həkimi kimi təqdim edərək Aqil Məmmədova onun mobil telefon nömrəsini verdikdən sonra Aqil Məmmədovun onunla əlaqə saxladığı zaman sonuncuya özünün Gəncə şəhər Beynəlxalq xəstəxanasında həkim işlədiyini deyərək ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib arayışlar üçün 38 manat pul köçürməsini tələb etməsinin ardınca Aqil Məmmədov həmin tarixdə saat 17:44 dəqiqədə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “İl” marketin qarşısında yerləşən “Million” elektron ödəmə sistemindən 38 manat pulu həmin hesab nömrəsinə göndərmiş, daha sonra cinayətkar qrupun üzvü Nərmin Kərimzadənin istəyi ilə əlavə olaraq tibbi aparatlar üçün saat 19:37 dəqiqədə Göygöl rayonu Sabir küçəsində yerləşən “3 Balmart” mağazasının qarşısında olan “Million” elektron ödəmə sistemi vasitəsilə eyni hesab nömrəsinə 246 manat pul ödəmiş, Təqsirləndirilən şəxs isə yenidən Aqil Məmmədov ilə telefon əlaqəsi saxlayıb əlavə sifariş olaraq Tovuz rayonuna da tibbi aparatların göndərilməli olduğunu deyərək 1150 manat pulu "xxxx" ASC-yə məxsus hesab nömrəsinə göndərməsini istəyib həmin məbləğin qarşılığında əlavə pul ödəniləcəyi barədə yalan vədlər verib sonuncunu inandırmış, Aqil Məmmədov həmin tarixdə saat 21:30 dəqiqədə Göygöl rayonu Sabir küçəsində yerləşən “3 Balmart” mağazasının qarşısında olan “Million” elektron ödəmə sistemi vasitəsilə qeyd edilən məbləğdə pulu göndərməsindən sonra vədinə əməl etməyərək X42 əldə etdikləri ümumilikdə 1434 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “2121” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs9 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yüksək rütbəli zabiti kimi təqdim edərək Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən DİN-nin Hospitalında Akademiyanın kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Nərgiz” adlı həkiminə ümumilikdə 1943 manat pul ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyi barədə yalan vədlər verib inandıraraq onu aldatmış, Zərərçəkmiş şəxs9 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs xəstəxananın “Nərgiz” adlı həkimi kimi təqdim etdiyi qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən “Rahat” marketdə quraşdırılmış ödəmə terminalından 42 manat pul göndərmiş, daha sonra Təqsirləndirilən şəxs göndərdiyi hesab nömrəsinə Zərərçəkmiş şəxs9 istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsilə onlayn köçürmə yolu ilə 713 manat və 1188 manat pulu göndərdikdən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs Nərmin Kərimzadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 ümumilikdə 1943 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə 14 iyul 2022-ci il tarixdə “2121” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs10 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Cəmşid Naxçıvanski adına Hərbi liseyin yüksək rütbəli hərbçisi kimi təqdim edərək X38 liseyin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Lisey tərəfindən ayrıldığını, ümumilikdə 1072 manat pulu ödəyərək arayışları Hərbi liseyə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və arayışlar üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs10 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə həmin tarixdə saat 07:47-dəqiqədə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti, Keçid-Olimp mağazasında yerləşən “e-Manat” ödəmə terminalından 222 manat pul, saat 08:15 dəqiqədə Bakı şəhəri F.Ağayev küçəsi 5 "xxxx"ın Elmlər Filialında yerləşən “Exspresspay” ödəniş sistemi vasitəsilə 850 manat pulu göndərdikdən sonra Zərərçəkmiş şəxs10 ümumilikdə 1072 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 25 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “189” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs2 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının vəzifəli şəxsi kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikadan özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Könül Qasımova” adlı həkiminə ümumilikdə 1560 manat ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs2 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs verdiyi özünü xəstəxananın həkimi “Könül” adı ilə təqdim edən qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 00:11 dəqiqədə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi 24 ünvanında fəaliyyət göstərən “Araz” marketdə quraşdırılmış “E-manat” ödəniş terminalından 760 manat, saat 00:30 dəqiqədə həmin terminaldan 800 manat ümumilikdə 1560 manat pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs2 ümumilikdə 1560 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 07 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “*1050” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs3 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yüksək vəzifəli zabiti kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikadan özünün və Akademiyanın kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Nərgiz” adlı həkiminə ümumilikdə 1381 manat ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs3 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs verdiyi özünü xəstəxananın həkimi “Nərgiz” adı ilə təqdim edən qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 22:34 dəqiqədə ünvan 2 ünvanında fəaliyyət göstərən “Araz” Supermarketdə quraşdırılmış “Expresspay” ödəniş terminalından 553 manat, saat 23:02 dəqiqədə həmin terminaldan 828 manat, ümumilikdə 1381 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs3 ümumilikdə 1381 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 02 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “*1050” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs4 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin müəllimi kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən “Modul” tipli xəstəxanadan özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Məktəb tərəfindən ayrıldığını, klinikanın “Rəna” adlı həkiminə ümumilikdə 750 manat ödəyərək sənədləri Ali Hərbi Məktəbə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs4 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs verdiyi özünü xəstəxananın həkimi “Rəna” adı ilə təqdim edən qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 19:36 dəqiqədə Sumqayıt şəhəri, H.Əliyev prospekti 40 Planet məişət ünvanında quraşdırılmış “Million” ödəniş terminalından 50 manat, saat 20:10 dəqiqədə həmin ödəniş terminalından 700 manat ümumilikdə 750 manat pul göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs4 ümumilikdə 750 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Mil” taksi şirkətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs5 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yüksək rütbəli vəzifəli şəxsi kimi təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 25 saylı xəstəxanada özünün və akademiyanın kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Akademiya tərəfindən ayrıldığını, xəstəxananın “Rəna” adlı həkiminə ümumilikdə 824 manat ödəyərək sənədləri Polis Akademiyasına gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs5 verilmiş vədə inanıb ələvə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs verdiyi özünü xəstəxananın həkimi “Rəna” adı ilə təqdim edən qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına özü Bakı şəhəri Binəqədi rayonu ərazisində Azərbaycan Beynəlxalq Bankına məxsus “İBAM” mobil tətbiqindən istifadə etməklə 120 manat, arvadı Mətanət Muradova isə Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində fəaliyyət göstərən “X120”də quraşdırılmış “Million” ödəniş terminalından 704 manat pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs5 ümumilikdə 824 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “*9933” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs1 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Nicat” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin müəllimi kimi təqdim edərək ünvan 4 ünvanında fəaliyyət göstərən “Euromed" klinikasında özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Məktəb tərəfindən ayrıldığını, klinikanın “Nərgiz” adlı həkiminə ümumilikdə 843 manat ödəyərək sənədləri Ali Hərbi Məktəbə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs1 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə “Euromed" klinikasının qarşısına gələrək Təqsirləndirilən şəxs verdiyi özünü klinikanın həkimi “Nərgiz” adı ilə təqdim edən qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 11:09-da ünvan 5 ünvanda fəaliyyət göstərən “Arko” marketdə yerləşən “Million” ödəniş terminalından 55 manat, saat 11:16 dəqiqədə 88 manat olmaqla ümumilikdə 143 manat, həmin tarixdə saat 11:35 dəqiqədə qohumu X30 isə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində qurlaşdırılmış “Million” ödəniş terminalından 700 manat pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs1 ümumilikdə 843 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 17 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Maksim” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs6 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi liseyin müəllimi kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən “Hospitalda” özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Lisey tərəfindən ayrıldığını, xəstəxananın “Rəna” adlı həkiminə ümumilikdə 620 manat ödəyərək sənədləri Hərbi Liseyə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs6 verilmiş vədə inanıb ələvə gəlir qazanmaq məqsədilə Təqsirləndirilən şəxs verdiyi özünü xəstəxananın həkimi “Rəna” adı ilə təqdim edən qrupun digər üzvü Nərmin Kərimzadə ilə əlaqə saxlamış və sonuncunun göndərdiyi kart hesabına həmin tarixdə saat 09:26 dəqiqədə Sumqayıt şəhəri, Sülh küçəsi, “Laçın” studionun yanında quraşdırılmış “Million” ödəniş terminalından 40 manat, saat 10:58dəqiqədə Sumqayıt şəhəri, Bakı-Quba şossesinin 30-cu kilometrliyində yerləşən Azpetrol YDMdə quraşdırılmış “Million” ödəniş terminalından 380 manat və ünvan 6 ünvanında fəaliyyət göstərən Sumqayıt Hospitalının qarşısından isə özünə məxsus kart hesabından online qaydada 200 manat göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs6 ümumilikdə 620 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan suiistifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa, o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “*2111” taksi xidmətinə zəng edərək taksi sifariş vermiş, sifariş əsasında göndərilən Zərərçəkmiş şəxs8 ilə telefonla əlaqə saxlayaraq törətdiyi cinayət əməlini pərdələmək məqsədilə ona özünü “Rəşad” adı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin müəllimi kimi təqdim edərək Xızı rayon Mərkəzi xəstəxanasında özünün və məktəbin kursantlarının tibbi sənədləri olduğunu, həmin sənədlərin ödənişinin Məktəb tərəfindən ayrıldığını, klinikanın “Nərgiz” adlı həkiminə ümumilikdə 730 manat ödəyərək sənədləri Ali Hərbi Məktəbə gətirəcəyi təqdirdə ödədiyi pulu, gediş haqqını və sənədlər üçün əlavə kuryer haqqı da ödəyəcəyini yalandan bildirərək onu aldatmış, Zərərçəkmiş şəxs8 verilmiş vədinə inanıb əlavə gəlir qazanmaq məqsədilə Xızı rayonu Giləzi qəsəbəsində yerləşən Supermarketdə quraşdırılmış “Million” ödəmə terminalıdan Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 40 manat pul göndərərək Xızı rayon Mərkəzi xəstəxanasının qarşısında gəlmiş, daha sonra həmin ünvanda istifadəsində olan “Birbank” mobil tətbiqi vasitəsilə 690 manat pulu onlayn köçürmə yolu ilə Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına göndərdikdən sonra Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs8 ümumilikdə 730 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Maksim” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü X79 özünü Rəşad adı ilə təqdim edərək X76 Memorial Xəstəxanasının “Nərgiz” adlı həkimi kimi təqdim edərək sonuncu ilə əlaqə saxlamasını tapşırdıqdan sonra X104 Kərimzadə ilə əlaqə saxladıqda sonuncu xəstəxanada olan sənədlərin pulunu özünün ödəyərək Şəmkir rayonunda yerləşən hərbi şəhərciyə aparmasını, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib sənədlər üçün 790 manat pul köçürməsini bildirməsinin ardınca Azər Eyvazov həmin tarixdə saat 09:23-dən 09:41 dəqiqədəyək olan müddət ərzində Gəncə şəhəri Kəpəz rayonu X117 prospektində yerləşən 113 nömrəli “Bazarstore” mağazalar şəbəkəsində quraşdırılmış E-manat ödəniş terminalı vasitəsilə 4 dəfəyə olmaqla 790 manat pulu göndərməsindən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs və Nərmin X6 ümumilikdə 790 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirmişlər. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə “Bolt” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü Zərərçəkmiş şəxs7 özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın yüksək rütbəli zabiti kimi təqdim edərək X63 rayon mərkəzi xəstəxanasının “Nərgiz” adlı həkimi kimi təqdim edərək Göygöl rayon mərkəzi xəstəxanasından Şəmkir rayonunda yerləşən Hərbi Hospitala arayış gətiriləcəyini və arayışlar üçün ödəniləcək məbləği özünün ödəməsini, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib Nərmin Kərimzadənin mobil telefon nömrəsini verdikdən sonra Zərərçəkmiş şəxs7 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Nərmin Kərimzadə ilə əlaqə saxladığı zaman sonuncu özünü Göygöl rayon mərkəzi xəstəxanasında həkim işlədiyini deyərək ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib arayışlar üçün 40 manat pul köçürməsini bildirməsinin ardınca Zərərçəkmiş şəxs7 həmin tarixdə saat 07:57 dəqiqədə ünvan 9 ünvanında yerəşən “Oba” marketdə quraşdırılmış e-Manat ödəmə terminalından 40 manat pulu həmin hesab nömrəsinə göndərmiş, daha sonra cinayətkar qrupun üzvü Nərmin Kərimzadənin istəyi ilə əlavə olaraq saat 08:21 dəqiqədə ünvan 10 ünvanında yerləşən “Al” marketdə quraşdırılmış e-Manat ödəmə terminalından 330 manat, saat 08:40 dəqiqədə həmin ünvandan 462 manat, saat 08:56 dəqiqədə ünvan 11n “Leyla” marketdə quraşdırılmış e-Manat ödəmə terminalından 300 pul göndərməsindən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs7 əldə etdikləri ümumilikdə 1132 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı X41 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə “2244” taksi şirkətinə verdiyi sifariş əsasında göndərilən sürücü Zərərçəkmiş şəxs11 özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın yüksək rütbəli zabiti kimi təqdim edərək X76 şəhər Beynəlxalq xəstəxanasının “Nərgiz” adlı həkimi kimi təqdim edərək həmin xəstəxanadan Şəmkir rayonunda yerləşən Hərbi Hospitala arayış gətiriləcəyini və arayışlar üçün ödəniləcək məbləği özünün ödəməsini, ödəyəcəyi məbləğin qarşılığında əlavə pul veriləcəyini bildirib Nərmin Kərimzadənin mobil telefon nömrəsini verdikdən sonra Zərərçəkmiş şəxs11 verilmiş vədə inanıb əlavə gəlir qazanmaq məqsədilə Nərmin Kərimzadə ilə əlaqə saxladığı zaman sonuncu özünü Gəncə şəhər Beynəlxalq xəstəxanasında həkim işlədiyini deyərək ona "xxxx" ASC-yə məxsus hesab nömrəsi verib arayışlar üçün 48 manat pul köçürməsini bildirməsinin ardınca Zərərçəkmiş şəxs11 həmin tarixdə saat 03:12 dəqiqədə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Xanımın mağazası”nda quraşdırılmış “Million” ödəmə terminalından 48 manat pulu həmin hesab nömrəsinə göndərmiş, daha sonra cinayətkar qrupun üzvü Nərmin Kərimzadənin istəyi ilə əlavə olaraq saat 04:21 dəqiqədə həmin ünvanda yerləşən terminaldan 800 pul göndərməsindən sonra vədinə əməl etməyərək Təqsirləndirilən şəxs və Nərmin Kərimzadə Zərərçəkmiş şəxs11 əldə etdikləri ümumilikdə 848 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, heç bir fiziki və psixi qüsuru yoxdur. Hər hansı bir psixi dispanserdə qeydiyyatda deyil. Hazırda Tovuz rayonunun İbrahim Hacılı kəndində ailəsi ilə birlikdə yaşayır. Deportasiya olunana kimi Rusiya Federasiyasının Vladivostok şəhərində 3-4 il müddətində yaşamışdır. Vladivostokda Elman adlı şəxslə tanış olmuş və onunla söhbətlərdən öyrənmişdir ki, Elman Rusiyada vətəndaşları telefon vasitəsi ilə aldadaraq açdığı müxtəlif bank hesablarına müxtəlif məbləğlərdə pullar köçürtdürür və daha sonra həmin pulları özünə məxsus kartlara köçürür. Elman ona bu barədə danışsa da, o, buna əhəmiyyət verməmiş, ümumiyyətlə pula ehtiyacı olmadığından həmin üsullardan istifadə etməmişdir. 2017-ci ildə Rusiyadan deportasiya olunduqdan sonra Azərbaycana qayıdıb Bakı şəhərinin müxtəlif ərazilərində mobil telefon ustası kimi fəaliyyət göstərməyə başlamış və bu yolla ailəsini dolandırırmış. Təxminən 2020-ci ilin əvvəllərindən o, “Topaz” mərc oyununa qurşanmış və qazandığı pulları həmin mərc oyununda uduzmuşdur. Bununla da qumar oyunlarına aludəçiliyi yaranmışdır. Təxminən 2021-ci ilin əvvəllərindən “Fast Loto” mobil telefon tətbiqinə qoşulmuş və həmin saytda müxtəlif növ qumar oyunları oynamağa başlamışdır. Belə ki, “Fast Loto” mobil tətbiqi hesaba pul daxil etmək üçün ona müxtəlif şəxslərə məxsus kart hesabları verirmiş, o, həmin hesablara onlayn və ya ödəmə terminalı vasitəsi ilə pul qoyuluşu edib oyun oynayırmış, əgər pul udarsa həmin uduşu artıq öz adına olan hesab kartlarına köçürürmüş. Artıq pulu qurtardığından və yenə də oynamaq istədiyindən Vladivostokda yaşayan Elman adlı tanışının həyata keçirdiyi və ona danışdığı dələduzluq sxemi yadına düşmüş və qərara gəlmişdir ki, bu yolla vətəndaşları aldadıb pullarını ələ keçirsin. 2020-ci ildən əslən Ucar rayonundan olan və təxminən 27-28 yaşları olan X54 ilə tanış olmuş və onunla birgə yaşamaq üçün Bakı şəhəri Əhmədli qəsəbəsi Sarayevo küçəsində 1 otaqlı mənzil kirayə tutmuş və çox vaxt Nərmin ilə həmin mənzildə yaşayırmış. Qurduğu sxemə görə o, telefon vasitəsi ilə taksi sifariş edir və daha sonra taksi sürücülərinə özünü Polis Akademiyası və ya Hərbi Akademiyanın zabiti kimi təqdim edib Bakı və Sumqayıt şəhəri ərazisində yerləşən xəstəxanalara yönəltməklə guya akademiyada təhsil alan kursantların test nəticələrini götürmək lazım olduğunu, bunun üçün xəstəxananın qadın həkimi ilə telefonla əlaqə saxlayıb onun dediyi hesaba hər bir arayışa görə 11 manat pul köçürüb daha sonra həmin arayışları akademiyaya gətirib ona verəcəyi təqdirdə hər bir test nəticəsinə görə əlavə 4 manat kuryer haqqı kimi verəcəyini öhdəsinə götürməklə həmin şəxsləri inandırmışdır. Bu məqsədlə o, telefon satışı mağazalarından bir neçə müxtəlif şəxslərin adlarına olan telefon nömrələri alaraq bir hissəsini Nərminəyə verib qalan hissəsini özündə saxlayaraq Nərminəyə sxemi başa salaraq aldadacağı adamlara onu xəstəxananın həkimi kimi təqdim edib onun mobil telefonuna yönəldəcəyini, ona zəng vuran şəxslərə özünü həkim kimi təqdim edib onun dediklərini təsdiq edəcəyini tapşırmışdır. Nərminə etiraz etməyərək onunla bu sxemdə iştirak edəcəyinə razılıq vermişdir. Lakin o, bu planı yalnız pula ehtiyacı olacaq vaxtlar üçün hazırlamışdır. Belə ki, ilk dəfə 16 may 2021-ci il tarixdə Nərminə ilə vətəndaşları aldadaraq pullarını ələ keçirməklə bağlı razılığı olmuşdur. Razılığa gəldikdən sonra saat 17 radələrində Nərminə “Maksim” taksi şirkətindən sifariş vermişdir. Nərmin sifarişi qəbul edən sonradan adını bildiyi Aqil adlı taksi sürücüsünə özünü Çinarə adı ilə Şəmkir rayon Uşaq xəstəxanasında müalicə alan şəxs kimi təqdim edərək Gəncə şəhər Beynəlxalq xəstəxanasından arayış gətirməli olduğunu, arayış üçün 38 manat da ödəniş etməsini deyərək onu həmin arayışı verən şəxs olaraq Gəncə şəhər Beynəlxalq xəstəxanasının həkimi kimi təqdim etmişdir. Nərminə “Maksim” taksi şirkətindən sifariş verdikdən sonra ona ***-***-**-** saylı nömrədən zəng edən taksi sürücüsü ilə danışdıqdan sonra onun istifadə etdiyi ***-***-**-** nömrəni ona verərək onunla əlaqə saxlamasını demişdir. Həmin Aqil adlı şəxs ona zəng edərək Şəmkir uşaq xəstəxanasına arayış aparmalı olduğunu dedikdə o, arayış üçün 38 manat pul ödəməli olduğunu və Şəmkir rayonuna arayışı çatdırdıqdan sonra əlavə kuryer haqqı ilə bərabər pul alacağını demişdir. Həmin sürücüdə ona etdiyi vədə şirniklənərək ona inanmışdır. O, Şahid1 adına olan 4169-7413-6303-0246 saylı hesab nömrəsini Aqil adlı sürücüyə vermişdir. Həmin taksi sürücüsü 38 manat pulu ödədikdən sonra ödənişin qəbzini Nərminəyə “Vatsap” vasitəsilə atdıqdan sonra Nərminə onunla yenidən əlaqə saxlayaraq əlavə olaraq 6 ədəd hər biri 41 manat dəyərindən tibbi aparatların da lazım olduğunu, hər bir aparat üçün isə ona əlavə olaraq 19 manat, yəni hər bir aparat üçün 60 manat pul ödəyəcəyini demişdir. Həmin taksi sürücüsü yenidən onunla əlaqə saxladıqda ona eyni hesab nömrəsinə pulu ödəməsini bildirmişdir. Taksi sürücüsü 246 manat pulu da həmin hesab nömrəsinə ödədikdən sonra, ona zəng edərək pulu ödədiyini bildirmişdir. O, taksi sürücüsünün aldandığını görüb ona Tovuz rayonuna da tibbi aparatlar aparmaq lazım olduğunu, ona görə də əlavə pul ödəyəcəyini, özünün də onunla birlikdə Tovuz rayonuna gedəcəyini demişdir. Aqil adlı taksi sürücüsünə 1150 manat pul ödəməsini bildirmişdir. Taksi sürücüsü ona o qədər pul tapa bilməyəcəyini dedikdə ona əlavə olaraq pul ödəyəcəyini deyərək onu inandırmışdır. Taksi sürücüsü bir müddət sonra ona zəng edərək pulu tapdığını və 5-10 dəqiqəyə göndərəcəyini demişdir. O, tanışı Orxana zəng edərək onun kartına pul göndərə bilib-bilməyəcəyini soruşmuşdur. Orxan da onun kartına pul göndərə biləcəyini dedikdə Orxana Əhmədli metrosunun yaxınlığına gəlməsini və taksi pulunu verəcəyini demişdir. Orxan bir neçə dəqiqə sonra onun yanına gəlmişdir. Həmin vaxt Aqil adlı taksi sürücüsü ona zəng edərək pulu hansı hesaba göndərəcəyini soruşmuşdur. O, taksi sürücüsünə tanışı Orxanın istifadəsində olan atası X14 adına olan hesab nömrəsini verərək 1150 manat pulu həmin hesaba ödəməsini tapşırmışdır. Pulu ödədikdən sonra Orxan Bakı şəhəri Xətai rayonu Əhmədli metrosu yaxınlığında “Köhnə Bakı kinoteatrı” yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus terminaldan faiz tutulduqdan sonra 1135 manat pulu çıxarıb ona vermişdir. O, Orxana təxminən 15-20 manat evə getməsi üçün taksi pulu vermişdir. Orxan ondan həmin pulun kim tərəfindən göndərildiyini soruşduqda ona aliment borcuyla bağlı atası tərəfindən göndərildiyini demişdir. Aqil adlı sürücü pulu göndərdikdən sonra özü və Nərminə telefonları söndürmüşlər. O, X86 adlı sürücünü tanımamışdır. Aqilə məxsus 1434 manat pulu isə ehtiyacı olduğundan sonuncunu aldadaraq ələ keçirmişdir. 1150 manat pulun göndərildiyi X17 məxsus hesab tanışı Orxanın atasının adına olan hesab nömrəsidir. Qeyd etdiyi kimi həmin pulu Orxan özü kart hesabından çıxararaq ona vermişdir. Şahid1 isə tanımır. Onun adına olan hesabı onlayn şəkildə oynadığı “Fast Loto” oyunundan əldə etdiyi hesab nömrəsidir. Belə ki, həmin oyunda pul yatırmaq üçün hesab istədikdə ona verilən hesaba pulu yüklədikdən sonra oyunu udub uduzmağından asılı olmayaraq hesabda qalan pulu tələb etmək imkanı olduğundan, həmin vaxt da o, hesaba köçən ümumilikdə 284 manat pulun bir qismini uduzduqdan sonra 115 manat pulu “Express bank”da öz adına olan hesab nömrəsinə göndərtdirərək pulu Əhmədli metrosu yaxınlığında yerləşən “Express bank” bankomatından çıxartmışdır. Aqil adlı sürücüdən ələ keçirdikləri pulu Nərminə Kərimova ilə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Pulun bir hisəssini isə “Fast Loto” oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Aqil adlı sürücünün Göygöl şəhər sakini X86 olmasını bilmişdir. Bundan sonra 13 iyun 2022-ci il tarixdə 2111 taksi şirkətinə sifariş vermişdir. O, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özünü ona Telman kimi təqdim edən şəxsə özünü Polis Akademiyasının zabiti Rəşad Əliyev adı ilə təqdim edərək DİN-in Hospitalında Nərgiz adlı həkimə yaxınlaşaraq həmin qadından akademiyanın kursantlarına aid arayışlar götürüb Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasına aparmalı olduğunu demişdir. O, Telman adlı sürücüyə aparacağı hər bir arayışa görə ona əlavə kuryer haqqı olaraq 4 manat olmaqla cəmi 289 manat pul verəcəyini bildirmişdir. Sürücü onunla razılaşdığına görə o, Nərminənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona verərək həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. Bundan sonra Telman adlı sürücü Nərminənin ona verdiyi mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt Nərminə onun yanında omuşdur. Nərminə Telmana özünü DİN-nin Hospitalında işləyən Nərgiz adlı həkim kimi təqdim edərək verdiyi kart hesabına 42 manat pul vurmasını, ona arayışlar verdikdən sonra isə həmin arayışları Polis Akademiyasına çatdırmalı olduğunu demişdir. Bundan sonra Telman adlı sürücü Nərgizin ona verdiyi kod hesabına 42 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra sürücü Telman arayışları almaq üçün DİN-nin Hospitalının yanına gələrək Nərgizə zəng etdikdə Nərgiz ona Polis Akademiyasına çatmalı sənədlər olduğunu və həmin sənədlərin pulunu ödəyəcəyi təqdirdə Akademiyada ona əlavə olaraq kuryer pulu da veriləcəyini demişdir. Buna görə də Telman ona zəng edərək Nərgizin ona dedikləri ilə bağlı maraqlandıqda o, Nərgizin dediklərini təsdiq edərək ödəyəcəyi hər arayışın puluna görə ona əlavə 4 manat kuryer haqqı veriləcəyini bildirmişdir. O, Telman adlı sürücüyə 472 494 252 *** **** saylı kart hesabı verərək pulu ora göndərməyini bildirmişdir. Telman adlı sürücü 713 manat və 1188 manat pulu ona göndərdiyi hesaba göndərmişdir. Pulu köçürdükdən sonra Teymur ona zəng edərək 1901 manat pulu köçürdüyünü demişdir. Bundan sonra Nərminə və o, telefonlarını söndürmüşlər. Daha sonra Telman adlı sürücüdən ələ keçirdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həbs olunduqdan sonra Telman adlı sürücünün Bakı şəhər sakini Zərərçəkmiş şəxs9 olmasını bilmişdir. Bundan sonra 14 iyul 2021-ci il tarixdə saat 07:30 radələrində 2111 taksi şirkətinə sifariş vermişdir. Şirkət tərəfindən ona yönləndirilən sürücüyə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng etmişdir. Nicat adlı sürücüyə özünü Naxçıvanski adına hərbi məktəbin zabiti kimi təqdim edərək Gömrük Hospitalında hərbi məktəbin kursantlarının tibbi sənədləri olan arayışları götürüb Naxçıvanski adına hərbi məktəbə gətirməli olduğunu bildirərək sənədləri götürmək üçün ödəniş etmək lazım olduğunu bildirdikdə Nicat adlı sürücü 222 manat pulu olduğunu dedikdə ona gətirdiyi hər bir arayışa görə əlavə 4 manat kuryer haqqı verəcəyini bildirmişdir. Sürücü Nicat da onunla razılaşmışdır. O, Nicata mobil telefon nömrəsini vatsap vasitəsilə kart hesabı göndərərək pulu həmin ünvana köçürməsini bildirmişdir. Az sonra Nicat onunla əlaqə saxlayaraq 222 manat pulu ona göndərdiyi hesaba köçürdüyünü bildirmişdir. O, Nicatın inandığını gördüyünə görə ona əlavə də pul tapıb köçürməyini və gəldikdən sonra daha çox pul qazanacağını demişdir. Nicat da onunla razılaşmışdır. Az sonra Nicat onunla əlaqə saxlayaraq 850 manat pul tapdığını demişdir. O, öz adına olan hesab nömrəsini ona verərək pulu həmin hesaba köçürməyini bildirmişdir. Az sonra Nicat onunla əlaqə saxlayaraq 850 manat pulu da həmin hesaba köçürdüyünü bildirmişdir. O, Nicata Gömrük hospitalına gedərək sənədləri oradan götürməsini deyərək telefonlarını söndürmüşdür. Nicatın ona göndərdiyi pulu onlayn qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Nicat adlı sürücünün Bakı şəhər sakini Zərərçəkmiş şəxs10 olmasını bilmişdir. Bundan sonra 25 iyul 2021-ci il tarixdə “Fast Loto” oyun saytında olarkən son pulunu da uduzduqdan sonra o, öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə 189 taksi şirkətinə zəng vuraraq taksi sifariş vermiş və həmin şirkət onu özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edən taksi sürücüsü ilə calaşdırmış, o, Elgünə özünü “Polis Akademiyasının” vəzifəli şəxsi kimi təqdim edərək ünvan 14liklinikadan 141 nəfər kursantın Covid-19 testlərinin nəticələrini həkimdən götürüb Mərdəkan qəsəbəsinə gətirib ona çatdırmalı olduğunu, əgər üstündə pul varsa hər bir sənədə görə 11 manat həkimin hesabına köçürüb daha sonra ondan üstündə hər birinə görə 4 manat əlavə pulla geri götürə biləcəyini bildirdikdə həmin sürücü onunla razılaşaraq həkimlə necə əlaqə saxlaya biləcəyini soruşduqda, o, sürücü Elgünə Nərminəni həkim Könül Qasımova kimi təqdim edib ***-***-**-** saylı telefon nömrəsini Elgün adlı sürücüyə vermişdir. Həmin vaxt Elgün adlı sürücü evdə onunla birlikdə olan Nərminəyə zəng vuraraq onun Könül Qasımova olub-olmadığını və kursantlara məxsus 141 ədəd test nəticələrinin olduğunu, həmin sənədlərə görə pulu haraya köçürə biləcəyini soruşduqda Nərminə həqiqətən də özünün həkim Könül Qasımova olduğunu və onun sürücüyə dediklərini təsdiq edərək əvvəlcədən Nərminəyə vermiş olduğu və Tovuz rayonu İbrahimhacılar kəndində yaşayan qohumu X18 məxsus "xxxx" bankına aid hesab nömrəsini vermişdir. Belə ki, o, həmin hesab nömrəsini qohumu Seymurdan bir neçə saat əvvəl qumardan udduğu pulu köçürmək adı ilə almışdır. Həmin Elgün adlı şəxs onlara inanaraq təxminən 10-15 dəqiqə vaxtla “E manat” ödəmə terminalı vasitəsi ilə həmin hesaba iki dəfəyə cəmi 1560 manat pul köçürmüşdür. Bundan sonra o və Nərminə telefonları söndürmüş və Elgün adlı şəxslə əlaqələrini kəsmişdirlər. Bundan sonra o, qohumu Seymurdan onun hesabına köçmüş pulu ona məxsus "xxxx" ASC-nə aid kart hesabına köçürməyi xahiş etmiş və pul onun hesabına köçdükdən sonra qeyd olunan pulu “Fast Loto” oyun saytına yükləyib orada pulu bir neçə gün ərzində uduzmuşdur. Həbs olunduqdan sonra Elgün adlı sürücünün Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 Məhəmməd oğlu olmasını bilmişdir. Bundan sonra 07 avqust 2021-ci il tarixdə "1050" taksi şirkətinə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən Şüvəlan qəsəbəsinə müştərini götürüb ünvana çatdırma barədə sifariş vermişdir. Bir neçə dəqiqə sonra özünü Həşim kimi təqdim edən taksi sürücüsü ona məxsus ***-***-**-** saylı nömrəyə zəng vurub sifariş verdiyi ünvanda olduğunu demişdir. O, sonuncuya özünü X50 adlı zabiti kimi təqdim edərək Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikaya gedib oradan kursantlara məxsus Covid 19-la bağlı arayışları alaraq Mərdəkan qəsəbəsinə, "Polis Akademiyasının" inzibati binasına gətirməli olduğunu, həmin xəstəxanada Nərgiz adlı həkimlə əlaqə saxlamağını bildirmişdir. O, Nərgiz həkim kimi təqdim etdiyi Nərminənin ***-***-**-** saylı nömrəsini sürücü Həşimə verərək Nərgizlə danışmasını tapşırmışdır. Həmin vaxt Nərmin də onun yanında olmuşdur. Az sonra Həşim adlı sürücü Nərminənin istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vuraraq ona sənədlərin veriləcəyini soruşduqda Nərminə ona sənədlərin olmasını təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Polis Akademiyasının 140 kursantının arayışlarının xəstəxanada hazır olduğunu, 108 sənədə görə 11 manat, 32 sənədə görə isə 23 manatdan rüsum köçürülməklə təcili olaraq həmin arayışların akademiyaya çatdırılmalı olduğunu bildirərək hər sənədə görə əlavə 3 manat kuryer haqqı veriləcəyini bildirmişdir. Bundan sonra Həşim adlı sürücü ona zəng edərək Nərminənin ona dedikləri barədə maraqlandıqda o, Nərminənin dediklərinin doğru olmasını əgər üstündə pulu varsa sənədlərə görə pulu ödəyib gətirməsini bildirmişdir. Az sonra Həşim adlı sürücü ona zəng edərək pulu hansı ünvana köçürməli olduğunu soruşduqda o, özünə məxsus olan "xxxx" ASC-na aid olan kart hesabının nömrəsini ona demişdir. Həşim adlı sürücü iki dəfəyə olmaqla cəmi 1381 manat pulu həmin hesaba köçürmüşdür. Bundan sonra sürücü ödədiyi pulun çekini vatsap vasitəsilə ona göndərmişdir. Bundan sonra o və Nərminə hər ikisi telefonları söndürmüşlər. Həbs olunduqdan sonra Həşim adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs3 olmasını bilmişdir. Bundan sonra 02 oktyabr 2021-ci il tarixdə 1050 taksi şirkətinə sifariş verərək Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən modul tipli xəstəxanadan Heydər Əliyev adına ali hərbi məktəbə getmək barədə sifariş vermişdir. Az sonra özünü Zərərçəkmiş şəxs4 kimi təqdim edən sürücü istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurmuşdur. O, sürücüyə özünü Heydər Əliyev adına ali hərbi məktəbin zabiti kimi təqdim edərək adının Rəşad olduğunu bildirmişdir. O, Ceyhun adlı sürücüyə Nərminənin istifadəsində olan ***-***-**-** mobil nömrəsini verib gedəcəyi modul tipli xəstəxanada işləyən Rəna adlı həkimin nömrəsi olduğunu onunla əlaqə saxlayaraq sənədi götürüb gətirməyini xahiş etmişdir. Həmin vaxt Nərminə də yanında olmuşdur. Az sonra Ceyhun adlı sürücü Nərminəyə zəng etmişdir. Ceyhun Nərminə ilə əlaqə saxlayaraq nömrəni sonuncunun ona verdiyini və ona çatmalı sənəd olduğunu demişdir. Nərminə Ceyhuna sənədi götürmək üçün 34 manat ödənişi etməli olduğunu demişdir. Bundan sonra sürücü Ceyhun ona zəng vurub həmin sənədi götürməyi üçün 34 manat pul ödəməli olduğunu demişdir. O, Ceyhuna həmin pulu ödəməyini, Ali Hərbi məktəbə gəldikdən sonra gediş haqqı ilə birlikdə həmin pulu ona verəcəyini demişdir. Bundan sonra Ceyhun yenə də Nərminəyə zəng eləmişdir. Nərminə Ceyhuna kart hesabı demişdir. Ceyhun həmin kart hesabına 50 manat pul göndərmişdir. Bundan sonra o, Ceyhuna vatsapla səsli mesaj göndərərək Ali Hərbi məktəbin kursantlarının həmin xəstəxanada sənədləri olduğunu, həmin sənədlərin birinin qiyməti 11 manat pul ödəməli olduğunu, kuryer haqqı olaraq hər sənədin üzərində 4 manat əlavə pul veriləcəyini demişdir. O, Ceyhuna 72 ədəd sənəd olduğunu və 1080 manat pul ödəməli olduğunu demişdir. Bundan sonra Ceyhun Nərminəyə zəng vurmuş Nərminə pulu ödəmək üçün sonuncuya kart hesab nömrəsi vermişdir. Ceyhun Nərminənin verdiyi həmin hesaba 700 manat pul köçürmüşdür. Bundan sonra Ceyhun ödəniş çeklərini şəklini çəkib vatsapla ona göndərmişdir. Bundan sonra o və Nərminə telefonları söndürmüşlər. Ceyhun 50 manat və 700 manat pulları “Fast Loto” oyun saytının ona təqdim etdiyi, lakin özlərini tanımadığı X68 və X55 adlarına olan hesab nömrələrinə ödəmə terminalı vasitəsi ilə köçürtmüşdür. Ceyhundan ələ keçirdiyi pulu qumar oyunlarında uduzmuşdur. Həbs olunduqdan sonra Ceyhun adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs4 olmasını bilmişdir. Bundan sonra 04 oktyabr 2021-ci il tarixdə ona yenidən pul lazım olduğundan ilk növbədə ələ keçirəcəyi pulu keçirtdirə biləcəyi hesab axtarmağa başlamışdır. Bu məqsədlə əslən Tovuz rayonundan olan və Bakı şəhərində yaşayan həmkəndlisi Xəyyama məxsus ***-***-**-** saylı telefon nömrəsinə zəng vurub qumardan udduğu pulu mədaxil etmək üçün ona kart hesabı nömrəsi verməsini xahiş etmişdir. Xəyyam özünün kart hesabının olmadığını, yalnız əmisi arvadı X69 adına olan "xxxx" ASC-nə məxsus kart hesabı nömrəsini verə biləcəyini bildirdikdə o, həmin hesab nömrəsini Xəyyamdan götürmüş və daha sonra istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən “MİL” taksi şirkətinə zəng vurub taksi sifariş vermişdir. Onunla əlaqə saxlayan Mətləb adlı sürücüyə özünü “Polis Akademiyasının” Rəşad adlı vəzifəli şəxsi kimi təqdim edərək ondan əvvəlki qaydada 72 nəfər kursanta məxsus Covid-19 testinin nəticələrini gətirib ona çatdırmasını xahiş edib Nərminəni isə Rəna həkim kimi təqdim edib onun istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsini verib onu Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 25 saylı xəstəxananın həkimi kimi təqdim etmişdir. O, Kapital Banka məxsus **********639418 nömrəli X69 adına olan hesab kartını Mətləbə Vatsap vasitəsi ilə göndərərək həmin karta pasportları götürmək üçün ilkin olaraq 120 manat sonra isə 704 manat pul göndərməyini, həmin pulları o pasportları ona çatdırdığında veriləcəyini bildirmişdir. Bundan sonra Mətləb 824 manat pulu ona göndərdiyi hesaba köçürərək ona bu barədə məlumat vermişdir. Bundan sonra o və Nərminə mobil telefonlarını söndürmüşlər. O, Mətləbdən ələ keçirdiyi 824 manat pulu onun göndərdiyi hesabdan öz şəxsi hesabına köçürmüş və həmin pulu qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Mətləb adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs5 olmasını bilmişdir. Bundan sonra 10 oktyabr 2021-ci il tarixdə *9933 taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Həmin şəxsin adı Caməddin olmuş, o, Caməddinə özünü Hərbi Akademiyanın zabiti kimi təqdim edərək akademiyadan çıxa bilmədiyini, Avromed klinikasında analiz nəticələri qaldığını, həmin sənədləri Hərbi Akademiyaya ona çatdıracağı halda analizlərin klinika hesabına ediləcəyini ödənişi də və yol haqqını da ona çatdıracağını demişdir. Sürücü Caməddin onunla razılaşmış və o, sonuncuya 55 manat pulu onun əvəzinə Avromed klinikasında hesaba ödəməsini demişdir. Bundan sonra Nərminin vatsap tətbiqi olan nömrəsini Caməddinə verib Nərmini Nərgiz həkim kimi təqdim edərək onunla əlaqə saxlayaraq terminaldan kart hesabına ödədiyini çekinin şəklini ona göndərməsini demişdir. Bundan sonra sürücü Nərminlə danışıb 55 manat pulu ödədikdən sonra çekin şəklini çəkib ona və Nərminə mesajla göndərmişdir. Bundan sonra o, sürücü Caməddinə 72 nəfər kursantın da analiz sənədlərinin Avromed klinikasında olduğunu, həmin sənədləri də götürüb gətirəcəyi halda hər bir sənəd üçün ona əlavə 3 manat pul veriləcəyini demişdir. Sürücü Caməddin də onunla razılaşmışdır. Həmin kart hesabına əvvəlcə 88 manat, bir neçə dəqiqə sonra isə 700 manat pul ödəmişdir. Ümumilikdə Caməddin onun verdiyi hesablara 843 manat pul ödəmşdir. Bundan sonra o, Nərmini təlimatlandırmışdır ki, dərhal həmin şəxsi qara siyahıya əlavə etsin. Sonra o da həmin sürücünün nömrəsini qara siyahıya əlavə etmişdir. Həmin pullar idman mərc oyununda adını bilmədiyi şəxsin kartına köçürülmüşdür. Oradan o, 4 ədəd 25 manat olmaqla ümumilikdə 100 manat dəyərində kod alıb oyun oynamışdır. Sonra həmin pulu nağdlaşdırmaq üçün həmyerlisi Xəyyam ilə danışıb ondan kart hesabı istəmişdir. Xəyyam da əmisinin arvadının adına olan Kapital bank kartının hesab nömrəsini ona demişdir. O da həmin kartda olan 600 manat pulu həmin hesaba köçürmüşdür. Bundan sonra həmin kartdan 600 manat pulu çıxarmışdır. Həmin puldan Xəyyam istəməsə də onun telefon nömrəsinə 10 azn pul yükləmişdir. Həbs olunduqdan sonra Caməddin adlı sürücünün Bakı şəhər sakini X31 olmasını bilmişdir. Bundan sonra 17 oktyabr 2021-ci il tarixdə “Maxsim” taksi şirkətinə istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsindən zəng vurub sürücü Sərxan adlı şəxsə özünü Naxçıvanski adına hərbi litseyin vəzifəsli şəxsi kimi təqdim edərək Sumqayıt hospitalında Rəna adlı həkim olduğunu, Rəna ilə əlaqə saxlayaraq ondan arayışlar alıb Naxçıvanski adına hərbi litseyə gətirməyini sifariş vermişdir. O, Nərminəni Rəna kimi təqdim edərək ***-***-**-** saylı mobil nömrənin Rəna həkimə məxsus olmasını bildirərək Sərxana Rəna ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Sərxan adlı sürücü Nərminəyə zəng etmiş, Nərminə özünü Sumqayıt hospitalının həkimi Rəna xanım kimi təqdim edərək hospitalda hərbi litseyin 53 nəfər kursantına aid arayışlar olduğunu və həmin arayışlar üçün 620 manat pul ödədikdən sonra hər arayışa görə sürücüyə əlavə 4 manat pul veriləcəyini bildirmişdir. Sürücü Sərxan ona zəng edərək bu barədə soruşduqda o, Nərminənin dediklərini təsdiq etmişdir. Bundan sonra Nərminə Sərxana vatsap vasitəsilə Fast loto oyunundan götürdüyü tanımadığı şəxslərin kart hesablarını göndərmişdir. Sərxan bir neçə dəqiqə ərzində 620 manat pulu Nərminənin ona göndərdiyi kart hesablarına göndərmişdir. Daha sonra Sərxan 620 manat pul ödəniş etməsi ilə bağlı həm ona, həm də Nərminəyə məlumat vermişdir. Nərminə ona Sumqayıt Hospitalının inzibati binasına gəlməyini tapşırmışdır. Bundan sonra ikisi də telefonlarını söndürmüşlər. Daha sonra həmin pul vəsaitlərini özünə məxsus hesaba köçürdərək öz şəxsi ehtiyaclarına xərcləmişlər və qalan hisəsini isə qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Sərxan adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs6 olmasını bilmişdir. Bundan sonra 18 oktyabr 2021-ci il tarixdə 2111 taksi şirkətinə zəng edərək Xızı şəhərindən Bakı şəhərində yerləşən Ali Hərbi Məktəbə sifarişi vermişdir. Az sonra özünü ona Elvar kimi təqdim edən sürücü zəng etmişdir. O, Elvara özünü Ali Hərbi Məktəbin Rəşad adlı zabiti kimi təqdim edərək Xızı rayonuna gedərək Rəna adlı həkimlə əlaqə saxlayaraq ondan hərbi bilet götürərək Rənaya 40 manat pul ödəməsini, geri qayıdan zaman həmin 40 manat pulu və yol pulunu verəcəyini bildirmişdir. Sürücüyə Nərminənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni verərək həmin nömrə ilə əlaqə saxlamağını tapşırmışdır. Sürücü Elvar da onunla razılaşmışdır. Bundan sonra Elvar Nərminənin mobil nömrəsinə zəng edərək hərbi bilet götürməli olduğunu soruşduqda Nərminə ona Xızı rayon Mərkəzi Xəstəxanasına gəlməsini, özünün içəridə sənədləri hazırladığını demişdir. Elvar Nərminənin sözü ilə razılaşmış, o, Elvarla əlaqə saxlayaraq ödəyəcəyi 40 manat pulu kart hesabına yükləməyini xahiş edərək Elvara kart hesabı demişdir. Elvar da həmin hesaba 40 manat pulu yükləmişdir. Bir qədər sonra Elvar ona zəng edərək Xızı RMX-na çatdığını demişdir. O, Elvara Xızı RMX-da Ali Hərbi Məktəbin 72 nəfər kursantına məxsus sənədlər olduğunu, həmin sənədlərin hər birinin qiyməti 11 manat olduğunu deyərək üzərində pulu varsa həmin sənədləri götürməsini, Ali Hərbi Məktəbə həmin sənədləri gətirən zaman ona hər sənədə görə əlavə 4 manat kuryer pulu verəcəyini bildirmişdir. Bundan başqa xəstəxanada zabitlərə aid 40 ədəd də sənəd olduğunu və həmin sənədlərə görə 15 manat ödəyəcəyini demişdir. Elvar adlı sürücü həmin məbləğdə pulu olmadığını bildirdikdə o, sonuncuya üzərində nə qədər varsa ödəməyi, onsuz da sənədləri gətirdikdən sonra ona əlavə pul verəcəyini demişdir. Az sonra Elvar adlı sürücü onunla əlaqə saxlayaraq 550 manat pulu tapdığını deyərək hara köçürməli olduğunu soruşmuşdur. O da sonuncuya kart hesabı verərək pulu həmin ünvana köçürməyini tapşırmışdır. Elvar onunla əlaqə saxlayaraq 550 manat pulu göndərdiyi hesaba yüklədiyini deyərək əlavə 140 manat pulu olduğunu demişdir. O, Elvara həmin pulu da göndərdiyi hesaba yükləməsini bildirmişdir. Az sonra Elvar adlı sürücü onunla əlaqə saxladıqda sonuncuya xəstəxananın qarşısında gözləməyini, Rəna həkimin düşəcəyini demişdir. Daha sonra Nərminə və o, telefonlarını söndürmüşlər. Elvar adlı sürücünün göndərdiyi pulu özünə məxsus kart hesablarına köçürərək bir hissəsini nağdlaşdırmış, qalan pulu da qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Elvar adlı sürücünün Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs8 olmasını bilmişdir. Bundan sonra 25 oktyabr 2021-ci il tarixdə Maksim taksi şirkətinə sifariş vermişdir. Az sonra özünü Azər adı ilə təqdim edən sürücü ona zəng etmişdir. O, sürücüyə özünü Rəşad kimi təqdim edərək Gəncə Memorial xəstəxanasından işləyən Nərgiz adlı həkimlə əlaqə saxlayaraq onda olan sənədləri alıb Şəmkir rayonunda yerləşən hərbi şəhərciyə aparmasını bildirmişdir. Rəşada Nərgiz kimi təqdim etdiyi Nərminənin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Azər adlı sürücü Nərminənin mobil nömrəsinə zəng edərək sifariş barədə dedikdə Nərminə ona Gəncə Memorial xəstəxanasında 70 ədəd arayış olduğunu, həmin arayışların hər birinə görə 11 manat pul ödəməli olduğunu və Şəmkir rayonuna apardıqdan sonra yol pulundan əlavə hər sənədə görə 4 manat pul veriləcəyini demişdir. X105 ilə danışdıqdan sonra ona zəng edərək Nərminənin ona dediklərini bildirdikdə o da Nərminənin dediklərini təsdiq edərək həqiqətən də hər sənədə görə ona əlavə 4 manat pul ödəyəcəyini demişdir. Bundan sonra Azər adlı sürücü Nərminə ilə əlaqə saxladıqda Nərminə sonuncuya müxtəlif şəxslərə məxsus hesab nömrələri demişdir. Azər adlı sürücü həmin hesablara ümumilikdə 790 manat pul göndərdərək bu barədə ona və Nərminəyə məlumat vermişdir. Bundan sonra o və Nərminə telefonlarını söndürmüşlər. Daha sonra həmin pulu özünə məxsus kart hesablarına köçürmüş və pulları qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Azər adlı sürücünün Gəncə şəhər sakini X91 olmasını bilmişdir. Bundan sonra 01 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bolt taksi şirkətinə sifariş edərək Göygöl şəhərindən Şəmkir rayonuna sifariş vermişdir. Ona yönləndirilən sürücü ilə ***- ***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın Rəşad adlı zabiti kimi özünü təqdim edərək Göygöl rayon xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəni göndərərək Nərminəni Nərgiz həkim kimi təqdim edərək onunla əlaqə saxlamağını demişdir. Asəf adlı sürücü Nərminəyə zəng etdikdə Nərminə arayışa görə 40 manat ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra Asəf ona zəng edərək Nərminənin 40 manat ödəniş edilməli olduğunu dediyini bildirdikdə o, sonuncuya 40 manatı ödəməyini, arayışı gətirən zaman ona 70 manat verəcəyini bildirmişdir. Bundan sonra Asəf Nərminə ilə əlaqə saxlayaraq ödəniş edəcəyini bildirmişdir. Nərminə whatsapp proqramı vasitəsilə Asəf adlı sürücüyə hesab nömrəsi göndərərək pulu ora köçürməsini demişdir. Az sonra Asəf adlı sürücü həmin hesaba 40 manat pul köçürməsi barədə ona və Nərminəyə məlumat vermişdir. Nərminə Asəf adlı sürücüyə Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq 72 ədəd arayış olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edərsə Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 manat pul veriləcəyini demişdir. Bundan sonra Asəf adlı sürücü ona zəng edərək Nərminənin dedikləri barədə məlumat vermiş, o da Nərminənin dediklərini təsdiq edərək həmin pulu ödəməyini Şəmkir rayonuna gəldikdən sonra sonuncuya hər sənədə görə əlavə 4 manat veriləcəyini təsdiqləmişdir. Asəf adlı sürücü də onunla razılaşmışdır. Bundan sonra Asəf adlı sürücü Nərminəyə zəng edərək 330 manat pul tapdığını və 30 ədəd arayışın pulunu ödəyəcəyini demişdir. Nərminə Asəf adlı sürücüyə kart hesabı demiş və Asəf həmin hesaba 330 manat pulu göndərərək çekini Nərminəyə göndərmişdir. O, Asəfə zəng edərək əlavə pul taparaq 42 arayışa görə 462 manat pulu da ödəməyini və buna görə əlavə pul veriləcəyini demişdir. Az sonra sürücü Nərminəyə zəng edərək 462 manat pul göndərdiyini deyərək çekin şəklini Nərminəyə və ona göndərmişdir. Nərminə sürücüyə Göygöl rayon xəstəxanasının qarşına gəlməyini demişdir. O, sürücüyə zəng edərək 20 ədəd zabitlərin sənədinin olduğunu deyərək həmin sənədlərə görə 15 manat pul ödəməyini, sənədləri Şəmkir rayonuna gətirdikdən sonra isə hər birinə görə 20 manat ödəniş olunacağını bildirmişdir. Sürücü Asəf ona inanmış, 300 manat pulu da Nərminənin ona dediyi hesaba göndərərək çekin şəklini ona və Nərminəyə göndərmişdir. Bundan sonra Nərminə və o, telefonlarını söndürmüşlər. Asəf adlı sürücüdən ələ keçirdikləri pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş və pulun bir hissəsini isə qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Asəf adlı sürücünün Göygöl şəhər sakini Zərərçəkmiş şəxs7 olmasını bilmişdir. Bundan sonra 04 noyabr 2021-ci il tarixdə Gəncə şəhəri Beynəlxalq xəstəxanasından Şəmkir rayonuna sifariş vermişdir. Ona yönləndirilən sürücü ilə ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq Şəmkir rayonunda yerləşən Hərbi Hospitalın Rəşad adlı zabiti kimi özünü təqdim edərək Gəncə Beynəlxalq xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəni göndərərək Nərminəni Nərgiz həkim kimi təqdim edərək onunla əlaqə saxlamağını demişdir. Ruslan adlı sürücü Nərminəyə zəng etdikdə Nərminə arayışa görə 48 manat ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra Ruslan ona zəng edərək Nərminənin 48 manat ödəniş edilməli olduğunu dediyini bildirdikdə o, sonuncuya 48 manatı ödəməyini, arayışı gətirən zaman ona artıqlaması ilə pul veriləcəyini bildirmişdir. Bundan sonra Ruslan Nərminə ilə əlaqə saxlayaraq ödəniş edəcəyini bildirmişdir. Nərminə whatsapp proqramı vasitəsilə Ruslan adlı sürücüyə hesab nömrəsi göndərərək pulu ora köçürməsini demiş, az sonra Ruslan adlı sürücü həmin hesaba 48 manat pul köçürməsi barədə ona və Nərminəyə məlumat vermişdir. Nərminə Ruslan adlı sürücüyə Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq arayışlar olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edərsə Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 manat pul veriləcəyini demişdir. Bundan sonra Ruslan adlı sürücü ona zəng edərək Nərminənin dedikləri barədə məlumat vermişdir. O, da Nərminənin dediklərini təsdiq edərək həmin pulu ödəməyini Şəmkir rayonuna gəldikdən sonra sonuncuya hər sənədə görə əlavə 4 manat pul veriləcəyini təsdiqləmişdir. Ruslan adlı sürücü də onunla razılaşmışdır. Bundan sonra Ruslan adlı sürücü Nərminəyə zəng edərək 800 manat pul tapdığını bildirmiş, Nərminə Ruslan adlı sürücüyə kart hesabı demiş və Ruslan həmin hesaba 800 manat pulu göndərərək çekini Nərminəyə və ona göndərmişdir. Nərminə sürücüyə Gəncə Beynəlxalq xəstəxanasının qarşısına gəlməyini demişdir. Bundan sonra o və Nərminə telefonlarını söndürmüşlər. Ruslan adlı sürücüdən ələ keçirdiyi pulu da öz şəxsi ehtiyaclarıma xərcləmiş və pulun bir hissəsini isə qumar oyununda uduzmuşdur. Həbs olunduqdan sonra Azər adlı sürücünün Gəncə şəhər sakini Zərərçəkmiş şəxs11 olmasını bilmişdir. Sonradan oxşar xarakterli əməllər törətdiyinə görə Xızı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və Xızı rayon məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə 01 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati həbs müddəti başa çatdıqdan sonra isə Baş Mütəşəkkil mübarizə idarəsində barəsində olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu müddətdə yaxın qohumları tərəfindən onun vətəndaşlara vurmuş olduğu ziyanlar ödənilmişdir. Sonradan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Hesablarına pul köçürülən şəxslərin heç birinin onun və Nərminənin törətdiyi cinayət hadisələrindən məlumatları olmamışdır. Həmin cinayətləri törətməyində Nərminədən başqa ona heç kim köməklik etməmişdir. Həmin cinayətlərin hamısını o, Nərminə ilə birlikdə törətmişdir. Həmin cinayətləri törətməyində Nərminədən başqa heç kim ona köməklik etməmişdir. İndi etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə ol verməyəcəkdir. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri yoxdur, qalan hissəsini isə ödəyə bilməmişdir, vaxt verilərsə ödəniş edə bilər. Əməlindən çox peşmandır, himayəsində bir azyaşlı övladı var, lakin hələ uşağın doğum haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Hazırda yoldaşı iki aylıq hamilədir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 76-cı məhəllə ev 5\5-də ailəsi ilə birlikdə yaşayır. Onun özünə məxsus "Toyota-Corolla" markalı, **-BZ-*** nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 07 avqust 2021-ci il tarixdə, saat 21:30 radələrində "Toyota-Corolla" markalı, **-BZ-*** nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhəri ərazisində olarkən işlədiyi "1050" taksi şirkətindən Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən Şüvəlan qəsəbəsinə müştərini götürüb ünvana çatdırma barədə sifariş gəlmişdir. O, həmin ünvana gedərək sifarişçiyə məxsus 055-276-24 09 saylı nömrəyə zəng vurub ünvanda olduğunu bildirdikdə həmin şəxs özünü X50 adlı yüksək rütbəli vəzifəli şəxsi olduğunu, Sumqayıt şəhəri ərazisində yerləşən 1 saylı poliklinikaya gedib oradan kursantlara məxsus Covid 19-la bağlı arayışları alaraq Mərdəkan qəsəbəsinə, "Polis Akademiyasının" inzibati binasına gətirmək lazım olduğunu, həmin xəstəxanada Nərgiz adlı həkimin işlədiyini, onun nömrəsinin ***-***-**-** olduğunu, onunla danışdıqdan sonra Nərgizin sənədləri ona verəcəyini bildirmişdir. Bundan sonra o, ***-***-**-** saylı telefon nömrəsinə zəng vurmuşdur. Onun zənginə bir qadın cavab vermiş və o, Polis Akademiyasının əməkdaşı Rəşad müəllim tərəfindən göndərildiyini və ona sənədlərin veriləcəyini bildirmişdir. Nərgiz adlı qadın sənədlərin olmasını təsdiq edərək əlavə olaraq bildirmişdir ki, həmin akademiyanın ümumilikdə 140 kursantın arayışlarının xəstəxanada hazır olduğunu, 108 sənədə görə 11 manat, 32 sənədə görə isə 23 manatdan rüsum köçürülməklə təcili olaraq həmin arayışların akademiyaya çatdırılmalı olduğunu, lakin kuryerlərinin qohumu öldüyünə görə sənədləri çatdıra bilmədiklərini demişdir. Həmin Nərgiz adlı həkim ona ǝgǝr üstündə pulu varsa qeyd olunan 108 arayışa görə 11 manatdan, 32 sənədə görə isə 23 manatdan pul köçürməyini və sənədləri akademiyaya çatdırdığı halda əlavə hər sənədə görə 3 manat pul alacağını demişdir. O, Nərgiz adlı qadının təklifindən sonra hesablamışdır ki, hər apardığı arayışa görə 3 manat əlavə pul alsa, ümumilikdə 420 manat pul qazanacaqdır. Bu səbəbdən özünü akademiyanın müəllimi kimi təqdim edən Rəşad adlı şəxsə məxsus ***-***-**-** saylı telefona zəng vurub Nərgiz adlı qadının ona dediklərinin doğru olub-olmamasını soruşmuşdur. Həmin şəxs ona cavabında həqiqətən hər sənədin çatdırılması, üçün akademiyanın büdcəsindən əlavə 3 manat pul ayrıldığını, ǝgǝr 140 ədəd sənədi də onlara çatdırsa, hər sənədə görə ona 3 manat pul veriləcəyini təsdiqləmişdir. Həmin vaxt onun üstündə pul az olduğundan qardaşı Elnur ilə əlaqə saxlayıb 1400 manat borc pul istəyərək 1 saat ərzində pulu üstündə 400 manat xeyirlə geri qaytaracağını düşünüb hər sənədə görə 11 manat pul köçürməyi qərara almış və həmin şəxsə telefonla bu barədə bildirib hansı formada pulu köçürməli olduğunu soruşmuşdur. Həmin şəxs ona ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs "xxxx" ASC-na aid olan kart hesabına ümumilikdə 1381 manat pul göndərməli olduğumu bildirib həmin kartın İD nömrəsi olan 725419 rəqəmlərini ona bildirmişdir. O, ünvan 13 ünvanında yerləşən Araz Supermarketində yerləşən “Exspresspay" ödəmə terminalı vasitəsi ilə saat 22:34-də 553 manat, saat 23:02 dəqiqədə isə 828 manat olmaqla cəmi 1381 manat pulu qeyd olunan hesaba göndərmiş və çeklərini terminaldan götürüb şəklini çəkərək Rəşad adlı şəxsə göndərmişdir. Lakin bundan sonra o, zəng vurub pulu köçürməyi barədə məlumat vermək istədikdə özünü Rəşad kimi təqdim edən şəxsin, həm də Nərgiz adlı qadının telefonlarının söndürüldüyünü müəyyən edib aldadıldığını başa düşmüşdür. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə müraciət edərək hadisə haqqında məlumat vermişdir. Bu hadisədən bir müddət keçdikdən sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq onun pulunu ələ keçirən şəxsin vəkili olduğunu bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini X70 olmuşdur və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Həmin vaxtı vəkil Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənmişdir. O da bununla bağlı notarial qayadada ərizə vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs adlı həmin şəxsə və özünü ona Nərgiz kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona 1381 manat maddi ziyan dəymişdir. O, “Exspresspay" ödəmə terminalı vasitəsi ilə saat 22:34-də 553 manat, saat 23:02 dəqiqədə isə 828 manat olmaqla cəmi 1381 manat pul göndərmişdir. O, Təqsirləndirilən şəxs və Könül adlı şəxslərlə mobil telefonda danışmış və onların heç birini bu günədək görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, sonuncuya dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxsna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 30-cu məhəllə ev 5/13 mənzil 35-də ailəsi ilə birlikdə yaşayır. X119 markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə *1050 taksi şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olur. 02 oktyabr 2021-ci il tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən modul tipli xəstəxanadan Heydər Əliyev adına ali hərbi məktəbə sifariş almışdır. Sifarişdə göstərilən ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, telefona cavab verən və özünü Heydər Əliyev adına ali hərbi məktəbin kursantı kimi təqdim edən Rəşad adlı şəxs ona ***-***-**-** mobil nömrəsini verib gedəcəyi modul tipli xəstəxanada işləyən Rəna adlı həkimlə əlaqə saxlamağını və ona çatacaq sənədi götürüb gətirməyi xahiş etmişdir. Bundan sonra o, həmin nömrə ilə əlaqə saxladıqda özünü Rəna adı ilə təqdim edən xanıma nömrəni Rəşadın verdiyini və ona çatmalı sənəd olduğunu demişdir. Həmin xanım onun sözlərini təsdiq edərək bildirmişdir ki, Rəşadın həmin sənədi götürməsi üçün 34 manat ödənişi qalıb. O, yenidən Rəşada zəng vurub ona həmin sənədi götürməyi üçün 34 manat pul ödəməli olduğunu demişdir. Rəşad adlı şəxs də heç bir problem olmadığını deyərək ondan həmin pulu ödəməyini, Ali Hərbi məktəbə çatanda gediş haqqı ilə birlikdə həmin pulu ona verəcəyini demişdir. O, razılığını bildirib, həmin xanımla yenidən əlaqə saxlamış, özünü Rəna adı ilə təqdim edən həmin xanım ona telefonda kart nömrəsi demiş və o, həmin vaxt 40-cı məhəllə ərazisində quraşdırılan "Million" terminalının, qarşısında olduğundan həmin nömrəni "Kapitalbank" hesab artırılması bölməsindən yığıb xırda pulu olmadığından 50 manatlıq əskinasla göndərib ödəmişdir. Rəna adlı qadın demişdir ki, pulu işdən çıxanda ona qaytaracaqdır. Bundan sonra o, yenidən Rəşad adlı şəxsə zəng vurub 50 manat pulu ödədiyini bildirmişdir. Rəşad ona narahat olmamağı, gələndə pulunu verəcəyini demişdir. Bir neçə dəqiqə sonra Rəşad ona votsapla səsli mesaj göndərib bildirmişdir ki, Ali Hərbi məktəbin kursantlarının həmin xəstəxanada sənədləri var, həmin sənədlərin birinin qiyməti 11 manatdır. O sənədləri alıb gətirsə kuryer haqqı olaraq hər sənədin üzərində 4 manat əlavə pul verəcəkdir. Bundan əlavə həmin şəxs ona demişdir ki, nə qədər sənəd götürə bilirsə ödəniş eləsin gətirsin və hər bir sənədin üzərində əlavə 4 manat pul qazansın. Sonuncunun bu təklifi ona maraqlı və inandırıcı gəldiyindən o, həmin şəxsə inanmışdır. Rəşad adlı şəxs ona bildirmişdir ki, 72 ədəd sənəd var, 1080 manat pul edir. Əgər ödəyə bilsə sənədləri götürüb gətirsin. O, evə gedib evdən 700 manat pulunun olduğunu və bu pula 63 ədəd sənǝd alıb gətirəcəyini Rəşada demiş, sonuncu da ona çatacaq pulun hazır olduğunu, narahatçılığa heç bir əsas olmadığını demişdir. O, yenidən 40-cı məhəllə ərazisində yerləşən Modul tipli xəstəxananın yaxınlığında quraşdırılan "Million” terminalının qarşısına gəlib yenidən Rəna adlı qadına zəng vurmuşdur. Bundan öncə isə sənəd barədə Rəna adlı qadına zəng vuranda Rəna demişdir ki, bu barədə məlumatı var, 72 ədəd sənəd götürülməlidir. Rəna adlı qadın həmin sənədlərə görə pulu ödəmək üçün ona bu dəfə başqa bir kart hesab nömrəsi demiş və o, həmin hesaba bu dəfə 700 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra ondan ödəniş çeklərinin şəklini çəkib danışdığı nömrənin votsapına atmağını istəmişdir. O, çeklərin şəkillərini çəkib ***-***-**-** nömrəsinin votsapına göndərmişdir. Sonra isə Rəşada zəng vurub pulu ödədiyini bildirmişdir. Sonuncu da demişdir ki, indi Rəna xanımla əlaqə saxlayıb sənədləri götürüb gəlsin. O da 40-cı məhəllədə yerləşən Modul tipli xəstəxananın qabağına getmişdir. ***-***-**-** mobil nömrəsinə zəng vurmuş özünü Rəna kimi təqdim edən qadın ona bildirmişdir ki, 15 dəqiqəyə xəstəxanadan çıxır. 15 dəqiqə gözləmiş, gəlmədiyinə görə ona yenidən zəng vurmuşdur. Rəna ona demişdir sistemi söndürüb 5 dəqiqəyə çıxacaqdır. Beş dəqiqə gözləyəndən sonra yenidən həmin nömrǝyǝ zang vurduqda nömrə artıq söndürülmüşdür. Buna görə tez Rəşad adlı şəxslə danışdığı nömrəyə zəng vurmuş, lakin həmin nömrəyə də zəng çatmamışdır. O, artıq həmin şəxslər tərəfindən aldadılaraq 750 manat pulunun dələduzluq yolu ilə ələ keçirildiyini başa düşmüşdür. Buna görə də Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gəlib ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma aparılan zaman ona məlum olmuşdur ki, Rəşad adı ilə özünü ona təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur onu aldadan Rəna adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. O da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, Təqsirləndirilən şəxs onunla telefonda danışdırdığı Rəna adlı qadının göndərdiyi iki ayrı hesaba 50 manat və 700 manat olmaqla cəmi 750 manat pul göndərmişdir. Lakin qeyd etdiyi kimi sonradan Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir. O, Təqsirləndirilən şəxs və özünü Rəna kimi təqdim edən şəxslərlə mobil telefonda danışmış, onların heç birini bu günədək görməmişdir. Hazırda ona dəymiş zərərə tam olaraq ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam həcmdə qohumları tərəfindən ödənildiyini, bu səbəbdən də ona qarşı şikayəti, tələbi və mülki iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri 130 mənzillik məcburi köçkünlər şəhərciyində ailəsi ilə birlikdə yaşayır. Kəlbəcər rayonu 111 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Boş vaxtlarında "Bolt" taksi şirkətində sürücü işləyir. Özünə məxsus "Hyundai Sonata" markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 01 noyabr 2021-ci il tarixdə saat 07:35-də işlədiyi şirkətə məxsus tətbiqdən Göygöl şəhərindən Şəmkir rayonuna müştəri aparılması sifarişi gəlmişdir. O, sifarişi qəbul etmiş və sifariş verən şəxs sifarişi qəbul etdikdən təxminən 3 dəqiqə sonra ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalda zabit olduğunu, adının isə Rəşad olduğunu bildirmişdir. Söhbət zamanı Rəşad adlı şəxs Göygöl rayon xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəni göndərərək Nərgiz adlı həkimə məxsus olduğunu bildirmişdir. Nərgiz adlı şəxsə zəng etmiş və danışıq zamanı arayışa görə 40 manat ödəniş etməli olduğunu bildirmişdir. O, Rəşad adlı şəxsə zəng edib Nərgiz adlı şəxsin 40 manat ödəniş edilməli olduğunu dediyini bildirmişdir. Rəşad adlı şəxs ona 40 manatı ödəməyini, arayışı ona verəndə 70 manatı verəcəyini bildirmişdir. O, Rəşadla razılaşmışdır. O, Nərgiz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, Göygöl rayon xəstəxanasına gəlib ödənişi edib arayışı götürəcəyini bildirmişdir. Nərgiz adlı şəxsdə cavab olaraq pulu kart hesab nömrəsinə göndərməyini bildirmiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə Kapital banka məxsus X32 adına olan 4169-7413-9008-4117 saylı hesab nömrəsi göndərmişdir. O da həmin tarixdə saat 07:57-də ünvan 9 ünvanında yerləşən "OBA" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsi ilə 40 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edib ödəniş etdiyini, arayışı gəlib götürəcəyini demişdir. Nərgiz adlı qadın ona Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq 72 ədəd arayış olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edilməli olduğunu, Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 AZN veriləcəyini demişdir. O, Nərgiz adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyini demişdir. O, Rəşad adlı şəxsə zəng etmişdir. Rəşad adlı şəxs ona 72 ədəd arayışın pulunun hamısını ödəməyini, Şəmkir rayonuna çatan kimi ona həmin pulun ödəniləcəyini demişdir. O, Rəşad adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyini bildirmişdir. Daha sonra isə Göygöl şəhərində yaşayan qohumu Füzulidən 330 manat borc pul alıb Nərgiz adlı şəxsə zəng edərək 30 ədəd arayışın pulunu ödəyə biləcəyini demiş, Nərgiz də onunla razılaşmışdır. O, Nərgiz adlı şəxsin göndərdiyi X32 adına olan 4169-7413- 9008-4117 kart hesabına saat 08:21-də ünvan 10 ünvanında yerləşən "Al" marketdə olan "E manat" ödəniş terminalı vasitəsi ilə 330 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. Nərgiz adlı şəxsə zəng edən zaman sonuncu ona onsuz da "Şəmkir rayonuna gedirsən, yerdə qalan arayışın pulunu da tapıb ödə, üzərində artıq pul verəcəklər" demişdir. Bundan sonra Rəşad ona zəng edib yerdə qalan 42 arayışa görə 462 manat pulu tapmağı, Şəmkir rayonuna çatan kimi üzərində əlavə pul ilə veriləcəyini demişdir. O, da Rəşadla razılaşmış və qonşuluqda yaşayan qohumu Nizami adlı şəxsdən borc olaraq 462 AZN pul alıb, Nərgiz adlı şəxsin göndərdiyi X32 adına olan 4169-7413-9008-4117 kart hesabına saat 08:40-da ünvan 10 ünvanında yerləşən "Al" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsi ilə 462 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edərək ödəniş etdiyini demiş və arayışları hardan gəlib götürə biləcəyini soruşmuşdur. Nərgiz adlı şəxs onu Göygöl rayon xəstəxanasının qarşına çağırmışdır. O, xəstəxanaya gedərkən Rəşad adlı şəxs özü ona zəng edib 20 ədəd zabitlərin sənədinin olduğunu demişdir. Hər bir arayışa görə 15 manat ödəməyini, Şəmkirdə arayışları verən kimi hər bir arayışa görə 20 manat ona verəcəyini bildirmişdir. O da Rəşadla razılaşmış, yenidən qohumu Nizami adlı şəxsdən 300 AZN borc olaraq pul alıb, Nərgiz adlı şəxsin göndərdiyi 4169-7413-9008-4117 kart hesabına saat 08:56-da ünvan 11n "Leyla" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsi ilə 300 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edərək ödəniş etdiyini deyib xəstəxananın qarşısına gəldiyini bildirmişdir. O, Göygöl rayon mərkəzi xəstəxananın qarşısında olarkən Nərgiz adlı şəxsə məxsus mobil nömrəyə zəng etsə də zəng çatmamışdır. Rəşad adlı şəxsə də zəng edən zaman onun da mobil telefon nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, həmin şəxslər onu aldadıblar. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra da Göygöl rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, özünü Şəmkir rayonunda yerləşən hərbi hospitalın rütbəli şəxsi kimi təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur adlı şəxs və özünü ona Nərgiz kimi təqdim edən şəxs ondan başqa bir neçə nəfər şəxsləri də eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyanın 800 manat hissəsi ödənilmişdir. O, da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, əvvəlcə Nərgiz adlı şəxsin ona dediyi kart hesabına 40 manat, daha sonra 330 manat, sonra 462 manat, sonra isə 300 manat olmaqla cəmi 1132 manat pul göndərmişdir. O, Təqsirləndirilən şəxs və özünü Nərgiz kimi təqdim edən şəxslərlə mobil telefonda danışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam həcmdə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin qohumları tərəfindən tam həcmdə ödənildiyini, bu səbəbdən də ona qarşı şikayəti, tələbi və mülki iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında Qədirli küçəsi ev 146-da ailəsi ilə birlikdə yaşayır. X113 markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən 9111 taksi şirkətinə qoşulmuş və həmin şirkətdən mobil telefonla müştəri sifariş qəbul edir. 14 iyul 2021-ci il tarixdə saat 07:30 radələrində 2111 taksi şirkətindən ona sifariş verilmişdir. Həmin vaxtı İnşaatçılar prospektində yerləşən Olimp marketin yaxınlığında olmuşdur. Həmin vaxtı 051- ***- **-** saylı mobil nömrədən ona zəng gəlmiş, zəng edən şəxs özünü Naxçıvanski adma hərbi məktəbin yüksək rütbəli hərbiçisi kimi təqdim edərək bildirmişdir ki, Gömrük Hospitalında hərbi məktəbin kursantlarının tibbi sənədləri olan arayışları götürüb Naxçıvanski adma hərbi məktəbə gətirməli olduğunu bildirmişdir. Həmin şəxs üzərində nə qədər pul olmağını soruşan zaman özündə 222 manat pul olduğunu bildirmişdir. Həmin şəxs gətirdiyi hər bir arayışa görə ona 4 manat kuryer haqqı verəcəyini bildirmişdir. Ona görə nə qədər çox arayış gətirə bilsə o qədər çox pul qazanacağını demişdir. O, da sonuncunun təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs onun vatsap nömrəsinə kart hesabı göndərərək pulu həmin hesaba köçürməyini demişdir. Bundan sonra saat 07:47-də Olimp mağazasına daxil olaraq həmin şəxsin ona verdiyi X1 adma olan kart hesabına 222 manat köçürmə etmişdir. Həmin şəxsə zəng edərək 222 manat pulu köçürdüyünü demişdir. Həmin şəxs ona bildirmişdir ki, əgər üzərində əlavə pul varsa yenə də pul köçürməsi etsin ki, əlavə qazancı olsun və sonuncununda öz işləri yolunda getsin. Ona görə də o, yaxınlıqda olan qardaşı Ramin Fərəcovdan 850 manat borc pul alaraq bir neçə saat ərzində qaytaracağını bildirmişdir. Bundan sonra yenidən həmin şəxslə əlaqə saxlayaraq 850 manat da pul tapdığını bildirmişdir. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs adma olan Bank hesabı verərək pulu həmin hesaba köçürməyini bildirmişdir. Ona görə də o, saat 08:15-də Bakı Dövlət Universiteti ilə üzbəüz yerləşən Ekspress Banka məxsus terminaldan 850 manat pulu həmin hesab göndərmiş və həmin şəxsə zəng edərək 850 manat pulu da onun dediyi hesaba köçürdüyünü bildirmişdir. Həmin şəxs ona Gömrük Hospitalına gedərək arayışları götürməyini tapşırmışdır. Bundan sonra Gömrük Hospitalına getmişdir. Orada olan zaman onunla əlaqə saxlayan nömrə ilə əlaqə saxlayan zaman həmin mobil telefonun sönülü olduğunu görmüş və başa düşmüşdür ki, həmin şəxs onun pulunu aldadaraq ələ keçirmişdir. Bundan sonra Yasamal RPİ-nin 28-ci polis bölməsinə gələrək hadisə barədə ərizə yazmışdır. Onun müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar olaraq izahat yazmış və 850 manat pul köçürdüyü yerin ünvanını göstərmişdir. Polis əməkdaşı tərəfindən bu barədə protokol tərtib edilərək ona ucadan oxunmuşdur. O, da protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Sonradan ona məlum olmuşdur ki, özünü Naxçıvanski adına hərbi liseyin yüksək rütbəli şəxsi kimi təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur adlı şəxs ondan başqa bir neçə nəfər şəxsləri də eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Elnur həbsdə olduğu müddətdə onun yaxınları tərəfindən ona 600 manat pul ödənilmişdir. O, yalnız Elnurun özü ilə danışmışdır. Sonuncu onu tək olaraq aldatmışdır. Ondan başqa o, heç bir şəxslə danışmamışdır. O, həmin şəxslə mobil telefonda danışmış və onu bu günədək görməmişdir. O, əvvəlcə 222 manat, sonra isə 850 manat olmaqla cəmi 1072 manat pulu Təqsirləndirilən şəxs ona verdiyi bank hesablarına göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam həcmdə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs10 məhkəməyə teleqram ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam həcmdə qohumları tərəfindən ödənildiyini, bu səbəbdən də ona qarşı şikayəti, tələbi və mülki iddiası olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs9 məhkəməyə teleqram ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin qohumları tərəfindən tam həcmdə ödənildiyini, bu səbəbdən də ona qarşı şikayəti, tələbi və mülki iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, özünə məxsus Daevo Centra markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən bir neçə taksi şirkətinə qoşulmuş və həmin şirkətdən mobil telefonla müştəri sifarişi qəbul edir. 2021-ci ilin payız aylarında 2111 taksi sifarişi şirkətinə qoşulmuşdur. 13 iyun 2022-ci il tarixdə saat 19:25 dəqiqədə 2111 taksi şirkətindən ona sifariş verilmişdir. Həmin vaxtı Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən DİNnin Hospitalının qarşısında olarkən, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***- **-** saylı mobil nömrəsindən sifariş gəlmiş və özünü Polis Akademiyasının yüksək rütbəli zabiti Rəşad Əliyev kimi təqdim etmiş şəxs ona bildirmişdir ki, DİN-nin Hospitalında Nərgiz adlı həkimə yaxınlaşaraq həmin qadından hazırda xatırlamadığı sayda arayışlar götürüb Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasına aparmalıdır. Rəşad ona aparacağı hər bir arayışa görə əlavə kuriyer haqqı olaraq 4 manat olmaqla cəmi 289 manat pul verəcəyini bildirmişdir. O, Rəşadın təklifi ilə razılaşdığından sonuncu Nərgiz adlı qadının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona verərək həmin nömrə ilə əlaqə saxlamağını bildirmişdir. O, bundan sonra həmin nömrə ilə əlaqə saxladıqda Nərgiz kimi özünü təqdim edən qadın ona bildirmişdir ki, ona kart hesabı verəcək və həmin kart hesabına 42 manat pul vurmalıdır. Arayışlar ona verildikdən sonra isə həmin arayışları Polis Akademiyasına çatdırmalıdır. Daha sonra Nərgiz ona demişdir ki, Emanat aparatı yanında olan zaman ona zəng vursun və ona kod deyəcəkdir. Ona görə də o, Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən Rahat marketə gedərək orada Nərgiz kimi təqdim etmiş şəxsə zəng vurmuşdur. Nərgiz adlı qadın ona verdiyi Xandadaş Əsgərov adlı şəxsin adına olan 4****5819 saylı hesabına 42 manat pulu köçürmə etmişdir. Yenidən o, DİN-nin Hospitalının yanına gəlmişdir ki, Nərgiz adlı şəxs ona arayışları versin. O, DİN-nin Hospitalı yanında olarkən Nərgiz adlı şəxsin istifadə etdiyi mobil nömrəyə zəng vurduqda Nərgiz ona bildirmişdir ki, digər sənədlər də var, həmin sənədlər də Polis Akademiyasına çatmalıdır, əgər istəyirsə onların da pulunu ödəsin həmin yerdə onun pulu veriləcəkdir. Ona görə də o, yenidən özünü Rəşad kimi təqdim edən şəxslə əlaqə saxlamışdır. Həmin vaxt Rəşad da bir daha onu arxayın edərək ödəyəcəyi hər arayışın puluna görə ona əlavə 4 manat kuryer haqqı verəcəyini bildirmişdir. Rəşad ona 4724 9425 2600 8461 saylı kart hesabı verərək pulu ora göndərməyini bildirmişdir. O, birinci 713 manat, ardınca isə 1188 manat pulu öz istifadəsində olan Birbank proqramı vasitəsilə həmin kart hesabına göndərmişdir. Pulu köçürdükdən sonra Rəşada zəng edərək 1901 manat pulu köçürdüyünü bildirmiş, Rəşad ona Nərgizlə əlaqə saxlayıb arayışları götürüb Polis Akademiyasına gətirməyini demişdir. Bundan sonra o, Nərgizə zəng edərək DİN-nin Hospitalının qarşısında gözlədiyini demiş, Nərgiz adlı qadın 5 dəqiqə ərzində düşəcəyini və arayışları gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra o, bir qədər gözləyib Rəşada zəng edən zaman sonuncunun nömrəsinə zəng çatmamışdır. Nərgiz adlı qadına da zəng etdikdə onun nömrəsinə də zəng çatmamışdır. Başa düşmüşdür ki, həmin şəxslər onu aldadaraq pulunu ələ keçiriblər. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək hadisə haqqında məlumat vermişdir. Bundan sonra Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma aparılan zaman ona məlum olmuşdur ki, özünü Rəşad adı ilə ona təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur onu aldadan Nərgiz adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİdə aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun valideynləri ona dəymiş ziyanı ödəyəcəklərini bildirsələr də bu günədək ona 90 manat pul qaytarmışlar. Nərgiz adlı qadının ona dediyi kart hesabına əvvəlcə 42 manat pul ödəmişdir. Sonra isə Təqsirləndirilən şəxs ona dediyi kart hesabına mobil telefonunda olan BirBank proqramı vasitəsilə əvvəlcə 713 manat, ardınca isə 1188 manat pul ödəmişdir. Ümumlikdə Elnur və Nərgiz kimi özünü təqdim edən qadın tərəfindən ona 1943 manat maddi ziyan vurulmuşdur. O, həmin şəxslərlə mobil telefonda danışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam həcmdə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 10, mənzil 21-də ailəsi ilə birlikdə yaşayır. X101 markalı, **-OZ-*** nömrə nişanlı avtomobili var. Həmin avtomobil ilə Bakı və Sumqayıt şəhərləri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 24 iyul 2021-ci il tarixdə, saat 22-14 radələrində özünə məxsus "Hyundai Elantra" markalı, **-OZ-*** nömrə nişanlı avtomaşınla Sumqayıt şəhəri ərazisində olarkən işlədiyi "189" taksi şirkətindən Novxanı yolunda yerləşən "Amor" restoranından müştərini götürüb ünvana çatdırma barədə sifariş gəlmişdir. O, "Amor" restoranına çatdıqda ona ***-***-**-** saylı "Vhatsap" nömrəsindən bir kişi zəng vuraraq özünün X51 Fərəcov adlı vəzifəli şəxsi olduğunu, ünvanın ona səhv göndərildiyini, ünvan 14liklinikaya gedib oradan 18 ədəd polis akademiyası tələbələrinə məxsus "Covid-19" testini götürüb Mərdəkan qəsəbəsinə, "Polis Akademiyasının" inzibati binasına gətirmək lazım olduğunu, həmin xəstəxanada Könül Qasımova adlı həkimin işlədiyini, onun nömrəsinin ***-***- **-** olduğunu, xəstəxanaya çatdıqda həmin nömrəyə zəng vurub Könül xanımla danışıb Səlim Fərəcov tərəfindən göndərildiyini bildirdikdə onun həmin testlərin nəticəsini gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra o, avtomaşınını 9-cu mikrorayon 1 saylı poliklinikanın qarşısına sürmüş və ***-***-**-** saylı telefon nömrəsinə zəng vurmuşdur. Onun zənginə bir qadın cavab vermiş və o, Səlim Fərəcov tərəfindən göndərildiyini və ona sənədlərin veriləcəyini bildirmişdir. Könül adlı qadın sənədlərin olmasını təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Həmin akademiyanın ümumilikdə əlavə olaraq 141 tələbəsinin də sənədləri xəstəxanada hazırdır, hər sənədə görə 11 manat rüsum köçürülməklə təcili sənədlər akademiyaya çatdırılmalıdır, lakin onların kuryerinin qohumu öldüyünə görə sənədləri çatdıra bilmirlər, ǝgǝr üzərində pul varsa qeyd olunan 141 sənədə görə 11 manatdan pul köçürsün və sənədləri akademiyaya çatdırsın, əlavə hər sənədə görə 3 manat pul alacaqdır. O, hesablamışdır ki, hər apardığı sənədə görə 3 manat əlavə pul alsa, ümumilikdə 423 manat pul qazanacaqdır. Bu səbəbdən özünü Səlim kimi təqdim edən şəxsə məxsus ***-***-**-** saylı telefona zəng vurub Könül adlı qadının ona dediklərinin doğru olub-olmamasını soruşmuşdur. Səlim ona cavabında həqiqətən hər sənədin çatdırılması üçün akademiyanın büdcəsindən əlavə 3 manat pul ayrıldığını, ǝgǝr 18 pulu köçürülmüş sənəddən başqa 141 ədəd sənədi də onlara çatdırsa, hər sənədə görə ona 3 manat pul veriləcəyini təsdiqləmişdir. Həmin vaxt onun üstündə başqasına çatdırılmalı olduğu 2000 manat pul olmuş və o, 1 saat ərzində pulu üstündə 423 manat xeyirlə geri qaytaracağını düşünüb hər sənədə görə 11 manat pul köçürməyi qərara almış və Səlim adlı şəxsə telefonla bu barədə bildirib hansı formada pulu köçürməli olduğunu soruşmuşdur. Səlim adlı şəxs ona ödəmə terminalı vasitəsi ilə X15 "xxxx" ASC-nə aid olan kart hesabına ümumilikdə 1553 manat pul göndərməli olduğunu bildirib həmin kartın son səkkiz rəqəmini ona demişdir. O, 9-cu mikrorayon ərazisində yerləşən "Araz market" mağazasına gəlib orada olan “E-manat” ödəmə terminalı vasitəsi ilə saat 00-11-dən, saat 00-30-dək olan müddətdə iki dəfəyə ümumilikdə 1553 manat pulu qeyd olunan kart hesabına göndərmiş və çeklərini terminaldan götürmüşdür. Lakin bundan sonra o, zəng vurub pulu köçürməyi barədə məlumat vermək istədikdə həmin özünü Səlim kimi təqdim edən şəxsin, həm də Könül adlı şəxsin telefonlarının söndürüldüyünü müəyyən edib aldadıldığını başa düşmüşdür. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə müraciət edərək hadisə haqqında məlumat vermişdir. Bu hadisədən bir müddət keçdikdən sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq, onun pulunu ələ keçirən şəxsin vəkili olduğunu bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuş və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Həmin vaxt vəkil Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanı tam ödəmişdir. O, da bununla bağlı notarial qaydada ərizə vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs adlı həmin şəxsə və özünü ona Könül kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona 1553 manat maddi ziyan dəymişdir. O, Emanat terminalı vasitəsilə 796 manat və 757 manat olmaqla iki dəfə pul göndərmişdir. O, Təqsirləndirilən şəxs və özünü Könül kimi təqdim edən şəxslərlə mobil telefonda danışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, Sumqayıt şəhəri 17-ci mikrorayon bina 41, mənzil 69-da ailəsi ilə birlikdə yaşayır. Onun “Toyoto Prius” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil Bakı şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olub öz ailəsini dolandırır. 04 oktyabr 2021-ci il tarixdə təxminən saat 12:15 radələrində qoşulduğu “MİL” adlı taksi şirkətindən ***-***-**-** nömrəsindən sifariş qəbul edib Bakı şəhəri Binəqədi rayon ərazisində yerləşən 25 saylı xəstəxananın qarşısına getmişdir. Bundan sonra o, sifariş verən ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlamış və xəstəxananın qarşısında olduğunu bildirmişdir. Bu zaman həmin qeyd etdiyi nömrənin sahibi adını Rəşad kimi bildirərək Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasında kapitan rütbəsində olduğunu, həmin akademiyada müəllim işlədiyini və 25 saylı xəstəxanadan Rəna adlı həkimdən kursantların 72 ədəd, Covid 19 pasportunu götürəcəyini və ona çatdıracağını bildirmişdir. Bu zaman sonuncu Kapital Banka məxsus **********639418 nömrəli X69 adına olan hesab kartını ona Vatcap vasitəsi ilə göndərərək həmin karta pasportları götürmək üçün ilkin olaraq 120 manat sonra isə 704 manat pul göndərməyini və həmin pulların passportları sonuncuya çatdırdıqdan sonra ona veriləcəyini bildirmişdir. Sonra o, Bakı şəhəri Binəqədi rayon ərazisində olduğu zaman 120 manat pulu özünə məxsus "Tam kart" vasitəsilə onlayn şəkildə mobil telefonunda olan İBA proqramı vasitəsi ilə həmin karta ödəmiş, lakin kartında başqa pul olmadığına görə o, həyat yoldaşı Mətanət Muradovanın mobil telefonuna zəng vuraraq “Kapital Banka" maxsus **********639418 nömrəli X69 adına olan hesab kartının şəkilini mobil telefonuna göndərdiyini və həmin karta 704 manat pul vurmasını xahiş etmişdir. Bu zaman həyat yoldaşı Mətanət Muradova da yaşadığı evdə olan ona məxsus 704 manat pulu götürərək Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən "Ucuz" marketin daxilində olan "eManat" terminalı vasitəsilə həmin kartın hesabına 704 manat pulu göndərmişdir. Bundan sonra o, Rəna həkim adı ilə ona verilmiş ***-***-**-** saylı mobil nömrə ilə və Rəşad Əliyev kimi təqdim edən şəxsə məxsus 051 ***-**-** saylı mobil nömrəsi ilə əlaqə yarada bilməmiş və başa düşmüşdür ki, həmin şəxs onu aldadaraq ona qarşı dələduzluq hərəkəti etmişdirlər. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə gedərək hadisə haqqında ərizə yazmışdır. Sonradan araşdırma aparılan zaman ona məlum olmuşdur ki, Rəşad adı ilə özünü ona təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur onu aldadan Rəna adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da, sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. O da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, Təqsirləndirilən şəxs ona göndəriyi kart hesabına mobil telefonunda olan İBA proqramı vasitəsilə 120 manat pul göndərmişdir. Qalan 704 manat pulu isə yoldaşı Sumqayıt şəhərində Emanat terminalından Təqsirləndirilən şəxs ona göndəriyi hesaba göndərmişdir. Ümumlikdə ona Təqsirləndirilən şəxs tərəfindən 824 manat ziyan vurulsa da sonradan geri qaytarılmışdır. O, Təqsirləndirilən şəxs və Rəna adlı şəxslərlə mobil telefonda danışmışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, sonuncuya dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxsna qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 34cü məhəllə ev 16/14 mənzil 5-də yaşayır. Özünə məxsus "Azsamand" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. Belə ki, “Maxsim” taksi şirkətinə qoşulmuşdur. Şirkətdən ona yönləndirilən sifarişləri icra edərək müştəriləri daşıyır. 17 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində ***-***-**-** nomrəli telefonla zəng edən müştəri özünü C.Naxçıvanski adına hərbi liseyin müəllimi Rəşad Əliyev kimi təqdim edərək ona ***-***-**-** mobil nömrəni verib həmin şəxsin Sumqayıt Hospitalında işləyən Rəna adlı həkim olduğunu bildirmişdir. Rəşad adlı şəxs Rəna həkim ilə telefon əlaqəsi saxlamağını, Rənanın ona sənədlər verəcəyini və həmin sənədləri Bakı şəhərinə Naxçıvanski adına Hərbi Liseyə aparıb ona çatdırmağını bildirib sifariş vermişdir. Həmin şəxsin ona verdiyi ***-***-**-** mobil nömrəyə zəng edən zaman telefona bir qadın cavab verib Rəna həkim olduğunu və Sumqayıt Hospitalında işlədiyini bildirmişdir. Söhbət zamanı Rəna adlı həkim ondan sənədlərin pulunu ödəyib-ödəməməyini soruşanda ona hansı sənəd olmasından məlumatı olmadığını bildirmişdir. Həmin vaxtı Rəna həkim ona Hospitalda 53 ədəd kursantlar üçün hazırladığı arayışlar olduğunu, lakin həmin arayışlar üçün əvvəlcə onun göndərəcəyi hesab nömrəsinə 620 manat onlayn ödəniş etməyini bildirərək həmin pulu ödədikdən sonra hər bir arayış üçün ona 4 manat əlavə ödəniləcəyini bildirmişdir. Rəna həmin pulu sənədləri Naxçıvanski adına hərbi liseyə çatdırdıqdan sonra Rəşad Əliyev tərəfindən ödəniləcəyini bildirmişdir. Rəna adlı qadın ona Whatsapp proqramı vasitəsi ilə X80 və X107 adlı şəxslərin adına olan hesab nömrələri göndərərək pulu həmin hesab nömrələrinə göndərməyini bildirmişdir. Rəna adlı qadının dedikləri ilə bağlı Rəşad adlı şəxs zəng edərək bildirdikdə Rəşad da Rənanın dediklərini təsdiq etmişdir. Ona görə də onların dediklərinə inanmışdır. Həmin gün saat 09:26 dəqiqədə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən Laçın studionun yaxınlığında olan “Milliön” elektron ödəmə sistemi vasitəsilə Rəna adlı qadının ona verdiyi hesab nömrəsinə 40 manat pul göndərmişdir. Bundan bir qədər sonra saat 11 radələrində Sumqayıt şəhəri ərazisində Bakı-Quba yolunun 30cu kilometrliyində yerləşən Azpetrol yanacaq doldurma məntəqəsinin həyətində quraşdırdılmış “eManat” ödəmə terminalı vasitəsilə Rəna adlı qadının ona verdiyi hesab nömrəsinə əlavə 380 manat da pul göndərmişdir. Rəna adlı qadının ona göndərdiyi hesab nömrələrinə pul köçürməyi ilə bağlı olan çeklərin şəkillərini çəkib Rəşad adlı şəxsə və Rəna adlı qadının mobil telefonuna göndərmişdir. Bundan sonra Sumqayıt Hospitalının qarşısına gəlmişdir. Sumqayıt Hospitalının qarşısında onlayn üsulla 200 manat pulu Rənanın ona göndərdiyi hesab nömrəsinə göndərmişdir. Bundan sonra Rəna adlı qadına bu barədə məlumat vermişdir. Rəna adlı qadın 5 dəqiqə müddətində Hospitalın həyətinə düşüb sənədləri ona verəcəyini bildirmişdir. Bundan sonra Hospitalın həyətində gözləmişdir. Gözləsə də Rəna adlı həkimin gəlmədiyini görmüşdür. Ona görə də ona məxsus mobil nömrəyə zəng edən zaman zəng çatmadığını görmüşdür. Bundan sonra Rəşad adlı şəxsin mobil telefonuna zəng edən zaman onun da telefonunun bağlı olmasını görmüşdür. Bundan sonra Sumqayıt Hospitalının inzibati binasına daxil olub Rəna həkim haqqında maraqlandıqda ona məlum olmuşdur ki, Hospitalda Rəna adlı həkim işləmir. Həmin şəxslər onu aldadaraq pulunu ələ keçirmişlər. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra bir nəfər şəxs onunla əlaqə saxlayaraq pulunu ələ keçirən şəxsin vəkili olduğunu bildirmişdir. Həmin vaxt məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini X70 olmuş və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Həmin vaxt vəkil Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanının 400 manatını ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, Elnur adlı şəxsi DİN-nin BMCMİ-də istintaq olunan cinayət işi üzrə həbsə alsalar da, sonradan həbsdən buraxılmışdır. O da bununla bağlı notarial qayadada ərizə vermişdir. Halhazırda Təqsirləndirilən şəxs adlı həmin şəxsə və özünü ona Rəna kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə nəticəsində ona 620 manat maddi ziyan dəymişdir. Elektron ödəmə sistemi vasitəsilə 40 manat və 380 manat olmaqla ümumilikdə 420 manat, onlayn qaydada isə 200 manat pulu Rəna adlı qadının ona verdiyi hesab nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs və özünü ona Rəna kimi təqdim edən şəxsi görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, hal-hazırda Astara rayonun Siyakü kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında Cavadxan küçəsi 18 mənzil 7-də yaşamışdır. Həmin vaxtı arenda əsasında "Honda İnsight" markalı, **- MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “2111” taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olmuşdur. 18 oktyabr 2021-ci il tarixdə, 18:37-də şirkətdən ona Xızı şəhər mərkəzindən Bakı şəhərində yerləşən Ali Hərbi Məktəbə müştəri sifarişi gəlmişdir. Həmin vaxt Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində olmuşdur. Həmin vaxtı təsadüfən yolda xüsusi təyinatlı hərbiçi ona əl edərək Yaşma qəsəbəsinə aparmağını bildirmişdir. O da onunla razılaşmışdır. Ona görə də şirkətdən ona sifariş gələrkən Yaşma ilə Xızı rayonu yaxın olduğuna görə həmin sifarişi qəbul etmişdir. Şirkətdən ona yönləndirilən müştərinin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Müştəri danışıq zamanı özünü Rəşad kimi tanıdıb Bakı şəhərində yerləşən Ali Hərbi Məktəbin yüksək rütbəli zabiti kimi təqdim edərək Xızı rayonuna gedərək ***-***-**-** saylı mobil nömrənin sahibi Rəna xanımla əlaqə saxlamağını və həmin şəxsdən hərbi bilet götürərək həmin şəxsə 40 (qırx) manat pul verməyini, geri qayıdan zaman həmin pulu və yol haqqını ona ödəyəcəyini bildirmişdir. O, müştəri ilə danışandan sonra onun verdiyi mobil nömrəyə zəng etmişdir. Telefona bir qız cavab vermişdir. Həmin qıza bildirmişdir ki, nömrəsini ona veriblər ki, ondan hərbi bilet götürsün. Qız ondan nömrəni Rəşad müəllimin verdiyini soruşduqda o, nömrənin Rəşad tərəfindən ona verildiyini bildirmişdir. Bu zaman həmin qız ona Xızı rayon Mərkəzi Xəstəxanasına gəlməsini, özü də içəridə sənədləri hazırladığını demişdir. O da onunla razılaşmışdır. Yolda təkrar Rəşad adlı şəxs onunla telefon əlaqəsi saxlayıb ödəyəcəyi 40 (qırx) manatı kart hesabına yükləməyini xahiş etmişdir. O da razılaşmışdır. Həmin vaxt artıq Giləzi qəsəbəsinə çatmışdır. Qəsəbə ərazisindəki mağazalardan birinə girib Rəşad adlı şəxsin telefonda ona dediyi, hazırda xatırlamadığı bank kart hesabına 40 (qırx) manat pulu yükləmişdir. Daha sonra sürüb Xızı şəhərinə rayon mərkəzi xəstəxanasının yaxınlığına getmişdir. Oradan yenidən Rəşad adlı şəxsə zəng edib çatdığını demiş və danışıq zamanı sonuncu ona bildirmişdir ki, orada Ali Hərbi Məktəbin 72 kursantına məxsus sənədlər var, həmin sənədlərin hər birinin qiyməti 11 (on bir) manatdır. Rəşad ona bildirmişdir ki, adətən kuryerlər həmin sənədləri gətirir və hər birindən 4 (dörd) manat özünə qalır. Rəşad ondan xahiş etmişdir ki, həmin sənədləri götürüb və ödənişi etsin, qayıdanda həm ona ödədiyi pulu qaytaracaqlar, həm də hər bir sənəddən kuryer haqqı kimi 4 (dörd) manat ona veriləcəkdir. O, hesablayıb görmüşdür ki, ümumi məbləğ 792 (yeddi doxsan iki) manat edir. Üstəlik Rəşadın qeyd etdiyi kimi ki, orada əlavə olaraq zabitlərə aid 40 ədəd də sənəd olmuş və onların hər birinin qiyməti isə 15 (on beş) manat olduğundan hesablayıb, həmin şəxsə bildirmişdir ki, o qədər pulu yoxdur. Bu zaman Rəşad bildirmişdir ki, nə qədər pulu çatırsa, o qədər sənədi götürüb gəlsin. O da razılıq vermişdir. Özündə pul olmadığına görə dostu Fəqan Məhərrəmova, qardaşı Seymur Zahirzadəyə və qohumu Nadirə zəng edərək onlardan xahiş etmişdir ki, özü istifadə etdiyi və həyat yoldaşı Şahanə Şəkərovaya məxsus Kapital Bankin 4169 7413 1195 0529 nömrəli debet kart hesabına pul göndərsinlər. Bir neçə dəqiqə ərzində dostu Fəqan 500 (beş yüz) manat, qardaşı Seymur 50 (əlli) manat pul göndərmişlər. İlkin olaraq dostu Fəqan və qardaşı Seymurun göndərdiyi ümumi 550 (beş yüz əlli) manat kartına yükləndiyindən sonra o, Rəşad adlı müştəri ilə telefon əlaqəsi saxlayıb hazırda 550 (beş yüz əlli) manat pulu olduğunu deyib hara göndərəcəyini soruşmuşdur. Bu zaman həmin şəxs ona 5103 0714 8308 1531 nömrəli "xxxx" hesabı göndərib pulu həmin karta yükləməyini bildirmişdir. O da smartfon telefonunda olan "Birbank" mobil tətbiqi vasitəsilə öz hesabından yuxarıda qeyd olunan hesaba 550 (beş yüz əlli) manat pul göndərərək bu barədə Rəşada bildirmişdir. Həmin vaxt qohumu Nadir də kart hesabına 140 manat pul göndərmişdir. Qohumu Nadir də pulu hesabına yatırandan sonra da Rəşadla təkrar əlaqə saxlayıb daha 140 (yüz qırx) manat pulu olduğunu bildirmişdir. Bu zaman Rəşad ondan xahiş etmişdir ki, pulu digər 4169 7413 9455 2788 nömrəli "xxxx" hesabına göndərsin. O da eyni qaydada "Birbank" mobil tətbiqi vasitəsilə öz hesabından Rəşadın ona verdiyi hesaba 140 (yüz qırx) manat göndərmişdir. Pulu göndərəndən sonra Rəşad adlı şəxslə telefon əlaqəsi saxlayıb bu barədə ona məlumat vermişdir. Bu zaman Rəşad ona demişdir ki, orada gözləsin Rəna xanım xəstəxanadan çıxıb sənədləri ona verəcəkdir. Daha sonra ***-***-**- ** saylı nömrə ilə əlaqə saxlayıb Rəna xanıma 140 (yüz qırx) manat da ödədiyini demişdir. Bu zaman Rəna xanım ondan maşının nömrəsini xəbər alıb xəstəxanadan çıxdığını demişdir. Rəna adlı qadının danışığından şübhələnmişdir. İki dəqiqə keçməmiş yenidən Rənanın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, lakin artıq telefon söndürülmüşdür. Elə həmin an Rəşad adlı şəxsin ***-***-**-** sayli mobil nömrəsi ilə əlaqə saxlamışdır. Danışıq zamanı qızın telefonu söndürdüyünü ona bildirmişdir. Rəşad isə ona demişdir ki, qız telefonu söndürüb çıxır. Danışığı bitirəndən sonra “whatsapp”a daxil olub görmüşdür ki, Rəşad adlı şəxs onun nömrəsini qara siyahıya salıb. Bundan sonra nə qədər onun telefonuna zəng etsə də, zəng çatmamışdır. O da DİN-in "102" xidmətinə zəng edib şikayət etmişdir. Daha sonra Xızı rayon polis şöbəsinə gedərək baş verənlər haqqında ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar olaraq izahat yazmışdır. Rəşad adlı şəxsin ona dediyi bank hesabına yüklədiyi 40 manat pulun da qəbzini təqdim etmişdir. Bu hadisədən bir neçə ay keçdikdən sonra, BMCM-dən zəng edərək onu həmin idarəyə çağırmışlar. Həmin idarəyə getdikdən sonra ona məlum olmuşdur ki, onu aldadan şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur və ondan başqa müxtəlif şəxsləri eyni üsulla aldadaraq pullarını ələ keçirmişdir. Həmin vaxt müstəntiq Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirərək həmin 730 manat pulu ona təqdim etmişdir. O da pulu aldıqdan sonra həmin idarəni tərk etmişdir. Hal hazırda Təqsirləndirilən şəxs adlı həmin şəxsə və özünü ona Rəna kimi təqdim edən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. O, əvvəlcə sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin ona dediyi kart hesabına 40 manat pul göndərmişdir. Daha sonra isə mobil telefonunda olan Birbank tətbiqi vasitəsilə Elnurun ona vatsap proqramı vasitəsilə göndərdiyi kart hesabına əvvəlcə 550 manat, daha sonra isə onun göndərdiyi digər kart hesabına 140 manat olmaqla cəmi 730 manat pul köçürmüşdür. O, Təqsirləndirilən şəxs və Rəna adlı şəxslərlə mobil telefonda danışmış, onların heç birini bu günədək görməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində X8 Elnur Nazim oğlundan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 38 saylı hərbi şəhərcikdə 14-cu xətt ev 3-də ailəsi ilə birlikdə yaşayır. Onun VAZ-2107 markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə “2244” taksi şirkətinə qoşulmuş və şirkətdən ona yönləndirilən müştəriləri daşımaqla taksi sürücüsü fəaliyyəti ilə məşğul olur. 04 noyabr 2021-ci il tarixdə saat 03 radələrində işlədiyi şirkətə məxsus tətbiqdən Gəncə şəhər Beynəlxalq xəstəxanasından Şəmkir rayonuna müştəri aparılması sifarişi gəlmişdir. O, sifarişi qəbul etmiş və sifariş verən şəxs sifarişi qəbul etdikdən bir neçə dəqiqə sonra ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq özünü Şəmkir rayonunda yerləşən Hərbi Hospitalda zabit olduğunu, adının isə Rəşad olduğunu bildirmişdir. Söhbət zamanı Rəşad adlı şəxs Gəncə şəhər Beynəlxalq xəstəxanasında işləyən Nərgiz adlı həkimdən arayışlar götürüb Şəmkir rayonunda yerləşən Hərbi Hospitala gətirməyini demiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəni göndərərək Nərgiz adlı həkimə məxsus olduğunu bildirmişdir. O, Nərgiz adlı şəxsə zəng etmiş və danışıq zamanı sonuncu ona arayışa görə 48 manat ödəniş etməli olduğunu bildirmişdir. O da Rəşad adlı şəxsə zəng edib Nərgiz adlı şəxsin ona 48 manat ödəniş edilməli olduğunu dediyini bildirmişdir. Rəşad adlı şəxs ona 48 manatı ödəməyini, o, arayışı ona verəndə 70 manat verəcəyini bildirmişdir. O da Rəşadla razılaşmışdır. O da Nərgiz adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, Gəncə şəhər Beynəlxalq xəstəxanasına gəlib ödənişi edib arayışı götürəcəyini bildirmişdir. Nərgiz adlı şəxs də cavab olaraq pulu kart hesab nömrəsinə göndərməyini bildirmiş və whatsapp sosial şəbəkəsi vasitəsi ilə Kapital banka məxsus X33 adına olan hesab nömrəsi göndərmişdir. O da həmin tarixdə saat 03:12 dəqiqədə Gəncə şəhəri Xətai prospektində yerləşən Xanımın mağazasında olan “Milliön” ödəniş terminalı vasitəsi ilə 48 manat pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edib ödəniş etdiyini, arayışı gəlib götürməyini demişdir. Nərgiz adlı qadın ona Şəmkir rayonunda yerləşən Hərbi Hospitala çatacaq 72 ədəd arayışlar olduğunu, hər bir arayış üçün 11 AZN ödəniş edilməli olduğunu, Şəmkir rayonunda isə hər bir arayış üçün ona 15 AZN veriləcəyini demişdir. O, Nərgiz adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyini demişdir. O, Rəşad adlı şəxsə zəng etmiş, Rəşad adlı şəxs ona pulu varsa 72 ədəd arayışların pulunun hamısını ödəməyini, Şəmkir rayonuna çatan kimi həmin pulun ona ödəniləcəyini demişdir. O, Rəşad adlı şəxsə pulunun olmadığını, kimdənsə borc alıb verə biləcəyimi bildirmişdir. Nərgiz və Rəşadın etdiyi təklifə görə o, əlavə qazanc əldə edəcəyini fikirləşdiyindən yaxınlıqda olan evinə gedərək evdən 800 manat pul götürmüşdür. Nərgizə və Rəşada arayışların pullarını ödəyəcəyini bildirmişdir. O, Nərgiz adlı şəxsin dediyi həmin hesab nömrəsinə Xanımın mağazasında olan Milliön ödəmə terminalından 800 AZN pul göndərmiş və ödəmə etməyi ilə bağlı çekin şəklini Nərgiz adlı şəxsə göndərmişdir. O, Nərgiz adlı şəxsə zəng edərək ödəniş etdiyini demişdir. Bundan sonra Gəncə şəhər Beynəlxalq xəstəxanasının qarşısına gələrək Nərgiz adlı şəxsə məxsus mobil nömrəyə zəng etsə də zəng çatmamışdır. Rəşad adlı şəxsə də zəng edən zaman onun da mobil telefon nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, həmin şəxslər onu aldatmışdırlar. Ona görə də Gəncə ŞBPİnin Kəpəz RPİ-nə gələrək hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, özünü Şəmkir rayonunda yerləşən hərbi hospitalın rütbəli şəxsi kimi təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur adlı şəxs və özünü ona Nərgiz kimi təqdim edən şəxs ondan başqa bir neçə nəfər şəxsləri də eyni üsulla aldadaraq pullarını ələ keçirmişdirlər. Sonradan eşitmişdir ki, Elnur adlı şəxs BMCMİ-də aparılan cinayət işi üzrə həbsə alsalar da sonradan buraxılmışdır. Araşdırma aparılan zaman Elnurun vəkili tərəfindən ona vurulmuş maddi ziyanın 500 manat hissəsi ödənmişdir. O da bununla bağlı notarial qaydada ərizə vermişdir. O, əvvəlcə Nərgiz adlı şəxsin ona dediyi kart hesabına 48 manat, daha sonra 800 manat olmaqla cəmi 848 manat pul göndərmişdir. O, Təqsirləndirilən şəxs və özünü Nərgiz kimi təqdim edən şəxslə mobil telefonda danışmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində Nümayəndə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Nümayəndə ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 3 mənzil 34-də yaşayır. X91 doğma qardaşıdır. Azər ilə bir evdə yaşamışdır. Azər bir neçə aydır ki, işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə gedib və hal-hazırda orda yaşayır. Azər Gəncə şəhərində yaşadığı müddətdə özünə məxsus Mersedes-Benz 230 markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, Azər “Maxim” taksi şirkətinə qoşularaq şirkətdən ona yönləndirilən müştəriləri aparırmış. 25 oktyabr 2021-ci il tarixdə Azər evə gələrək tanımadığı şəxslərin onu aldadaraq 790 manat pulunu ələ keçirdiklərini bildirmişdir. Azərdən nə baş verməsini soruşan zaman onun danışığından məlum olmuşdur ki, həmin tarixdə saat təxminən 09 radələrində işlədiyi taksi şirkətindən Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən X52 Şəmkir rayonunda yerləşən Hərbi şəhərciyə getmək üçün Azərin mobil telefonuna sifariş daxil olmuşdur. Azər həmin sifarişi qəbul etdikdən sonra sifariş verən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxladıqda həmin müştəri ona adının Rəşad Əliyev olduğunu, Gəncə şəhəri Xətai prospektində yerləşən X64 sənədlər olduğunu, həmin sənədləri götürmək üçün X64 həkim işləyən Nərgiz adlı şəxslə əlaqə saxlamağını bildirərək Nəgiz adlı həkimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona vermişdir. Azər Nərgiz adlı şəxsə zəng edib danışan zaman Nərgiz kart hesab nömrəsi verəcəyini və həmin karta 70 ədəd sənədlərə görə hər sənəd üçün 11 manat pul göndərməyini, Şəmkir rayonunda yerləşən Hərbi şəhərciyə gedən zaman isə Rəşadın hər sənədə görə ona 15 manat pul verəcəyini bildirmişdir. Azər də Nərgiz adlı şəxs ilə danışdıqdan sonra Rəşad adlı şəxsin istifadəsində olan mobil nömrəyə zəng etdikdə Rəşad da Nərgiz adlı qadının sözünü təsdiq etdiyi üçün Azər onların vədinə inanıb Nagriz adlı qadının ona göndərdiyi X4 və X43 adlarına olan Kapital banka məxsus kart hesablarını verərək həmin hesablara pul göndərməsini bildirmişdir. Azər də Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bazarstore” mağazasının içərisində olan "eManat" ödəmə terminalı vasitəsi 40 manat, 220 manat, 330 manat və 200 manat olmaqla ümümulikdə 790 manat pulu həmin hesablara göndərmişdir. Azər pulu göndərdikdən sonra Nərgiz və Rəşad adları ilə özlərini təqdim etmiş şəxslərin istifadəsində olan mobil nömrələrə zəng etsə də həmin şəxslərin telefonu bağlı olmuş və onlara zəng çatmamışdır. Azər aldadıldığını başa düşdüyündən 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Bu hadisədən bir müddət sonra Azərin deməsindən ona məlum olmuşdur ki, özünü Rəşad adı ilə ona təqdim edən şəxs Tovuz rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Elnur Azəri aldadan Nərgiz adlı qadınla birlikdə eyni üsulla başqa bir neçə nəfər şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində X8 Elnur Nazim oğlundan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X56 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Göygöl şəhəri Vidadi küçəsi ev 79-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq “Maksim” taksi şirkətində sürücü işləyir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində işlədiyi şirkətə məxsus tətbiqdən ona Gəncə şəhəri Beynəlxalq xəstəxanadan Şəmkir rayonu X53 arayış aparılması sifarişi gəlmişdir. O, sifarişi qəbul etmiş və sifariş verən şəxsə məxsus ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Əlaqə vaxtı sifariş verən şəxs adını Çinarə kimi təqdim edərək, Şəmkir rayon X40 xəstə kimi müalicə aldığını, Gəncə şəhəri Beynəlxalq xəstəxanadan arayış gətirəcəyini bildirmiş, arayış üçün lazım olan 38 manat pulu onun ödəməsini istəyərək, həmin pulu Şəmkirdə ona verəcəyini demiş və ona ***-***-**-** saylı mobil nömrə verərək Gəncə şəhəri Beynəlxalq xəstəxanasında işləyən həkimin olduğunu demişdir. O, ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamış və Şəmkir rayonu Uşaq xəstəxanasına arayış aparmalı olduğunu demişdir. Həkim olaraq bildiyi həmin şəxs də ona arayış üçün 38 manat pul ödəməli olduğunu demişdir. Həkim ona telefonda 4169-7413-6303-0246 saylı Kapital Banka məxsus kart nömrəsi demiş və o, həmin 38 manatı Gəncə şəhərində “Milliön” ödəmə terminalından ödəmişdir. Arayış üçün 38 manatı ödədikdən sonra zəng edərək Çinarəyə bu barədə məlumat vermiş və çekin şəklini “Whatsapp” vasitəsi ilə Çinarənin nömrəsinə göndərmişdir. Bundan sonra Çinarə ondan biri 41 manat olmaqla 6 ədəd tibbi aparat da alıb gətirməsini və hər aparat üçün ona 60 manat ödəyəcəyini bildirmişdir. O, nə aparatı olduğunu soruşduqda həkimin bildiyini demişdir. Çinarəyə pulu olmadığını bildirdikdə Çinarə ondan pul tapmasını xahiş etmiş və yenə də həmin pulları Şəmkirdə ona ödəyəcəyini bildirmişdir. Bundan sonra o, pul üçün yaşadığı Göygöl rayonuna gəlmişdir. Göygöldə dostundan 246 manat borc pul almışdır. Pulu aldıqdan sonra həkimə məxsus ***-***-**-** saylı nömrəyə zəng etmiş və pulu köçürmək üçün kart nömrəsi istəmişdir. Həkim ona yenidən 4169-7413-6303-0246 saylı Kapital Banka məxsus kart nömrəsi demiş və 246 manat pulu Göygöl şəhərində “Balmart” marketin qarşısında yerləşən “Milliön” ödəmə terminalından həmin hesaba göndərmişdir. Pulu göndərdikdən sonra zəng edib həkimə məlumat vermişdir. Həkim pulun ödənildiyini deyərək aparatları götürüb çıxacağını demişdir. O, Gəncə şəhəri Beynəlxalq xəstəxananın qarşısına getmişdir. Təxminən iki saat Beynəlxalq xəstəxananın qarşısında gözləmişdir. Həkimə zəng edəndə həkim aparatları sənədləşdirdiyini demişdir. Gözləyən vaxt həkim ona zəng edərək Tovuz rayonuna da başqa aparatların göndərilməli olduğunu demiş, özünün də onunla gedəcəyini, həmin aparatlar üçün 1150 manat pul ödəməsini istəmiş və Tovuz rayonunda ona aparatların pulundan başqa əlavə də pul ödəniləcəyini demişdir. O, 1150 manat pulu tapmaq üçün yenidən Göygöl rayonuna qayıtmış və yenə də dostlarından borca 1150 manat pul alaraq həkimə zəng edib pulu tapdığını demişdir. Bu zaman həkim telefonda ona 16 rəqəmli kart nömrəsi demiş və o, Göygöl şəhərində “Balmart” mağazasının qarşısında olan Milliön ödəmə terminalından 1150 manat pulu həkimin telefonda dediyi kart nömrəsinə göndərmişdir. Pulu göndərdikdən sonra həkimə zəng edib pulun köçüb-köçmədiyini soruşduqda həkim pulun köçdüyünü demişdir. O, avtomobillə Gəncə şəhəri Beynəlxalq xəstəxanasınnı qarşısına gedərək həkimə zəng edib TTY avtomobillərinin yanında gözlədiyini demişdir. Həkim ona aparatları hazırlayıb düşəcəyini demişdir. Bundan sonra nə qədər gözləsə də həkim gəlməmiş, həkimə zəng etsə də həkim zənglərini açmamışdır. Bu zaman aldadıldığını başa düşərək AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Özünü Çinarə adı ilə təqdim edən qadın və Beynəlxalq xəstəxanada həkim işlədiyini deyən şəxslərin kimliyi barədə onun ümumiyyətlə heç bir məlumatı olmamışdır. O, həmin şəxsləri tanımamış, yalnız hesab nömrələrinə pul köçürdükdən sonra onların adlarını ödəniş qəbzlərində görmüşdür. xx.xx.2021-ci il tarixdən sonra həmin şəxslərlə əlaqə saxlamağa çalışsa da, heç vaxt zənglərinə cavab verməmişlər, sonradan isə həmin mobil nömrələrə ümumiyyətlə zəng çatmamışdır. O, xx.xx.2021-ci il tarixdə gün ərzində əvvəl 38 manat, sonra 246 manat, ardınca isə 1150 manat pulu özünü həkim olaraq təqdim edən şəxsin dediyi hesablara köçürmüş və ona ümumilikdə 1434 (min dörd yüz otuz dörd) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X19 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 10 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində “Salam Taksi” adlı “9933” taksi xidmətinə aid olan **-PK-*** dövlət qeydiyyat nişanlı “Daevo Ravon” markalı avtomobil ilə taksi kimi fəaliyyətdə olduğu zaman müştəri Nicat kimi özünü təqdim edən şəxs şirkətdən taksi sifariş edərək Əcəmi Metro stansiyası yaxınlığından Xətai rayonu Naximov küçəsində yerləşən Ali Hərbi Məktəbə gedəcəyini bildirmişdir. Taksi xidməti sifarişi icra etmək üçün ona yönləndirmişdir. Müştəri ilə telefonda danışan zaman adının Nicat olduğunu deyən şəxs telefonla danışa bilmədiyini deyib ondan vhatsapp tətbiqi işlətdiyi nömrəsini istəyərək danışacağını demişdir. O da istifadəsində olan ***-***-**-** mobil nömrəsinin vhatsapp tətbiqindən Nicatla danışmışdır. Nicat ona Ali Hərbi Məktəbdə müəllim işlədiyini və işdən çıxa bilmədiyini bildirmişdir. Nicat ona Əcəmi deyilən ərazidə Avromed klinikasında analizinin nəticəsinə dair sənədləri götürüb gəlməyini xahiş edərək klinikada Nərgiz adlı xanım olduğunu, onun nömrəsi ilə əlaqə saxlayıb onun dediyi kart hesabına 55 manat pul ödəməsini demişdir. Analizin sənədlərini Ali Hərbi Məktəbin qarşısında Nicatla görüşüb ona verdikdə 55 manat pulunu və 5 manat 60 qəpik yol haqqını ödəyəcəyini bildirmişdir. Nicatın verdiyi mobil nömrə ilə əlaqə saxladıqda Nərgiz kimi özünü təqdim edən şəxs ona Avromed klinikasının arxa tərəfində Arko marketə yaxınlaşaraq e-manat terminalı ilə hesaba 55 manat pulu ödəməsini demişdir. Nərgizin dediyi kimi terminalla onun verdiyi Kapital bank kart hesabına 55 manat pul yükləmişdir. Çeki götürüb şəklini çəkib Nərgizə göndərmişdir. Nərgiz beş dəqiqə gözləməsini analizin sənədlərini gətirəcəyini bildirmişdir. Gözləyən zaman Nicat adlı şəxs ona vhatsapp tətbiqi ilə səs ataraq ona onsuz da sənədləri gətirdiyini, Euromed klinikasında Ali Hərbi Məktəbin kursantlarından 77 nəfərin analizlərinin nəticəsinin orada olduğunu, onların hər birinin pul ödənişlərinin Ali Hərbi Məktəbdə kassadan ayrıldığını demişdir. Nicat ona ödədiyi hər bir şəxsə görə ödənişlərə əlavə olaraq 4 manat kuryer pulu ödəniləcəyini bildirdiyindən üzərində olan 88 manat pulu Nərgiz adlı qadının ona dediyi bank hesabına həmin marketdə e-manat terminalından ödəmişdir. Bundan sonra çeki götürüb şəklini çəkib həm Nicata, həm də Nərgiz adlı qadına göndərmişdir. Bundan sonra Nicat ona onsuz da Ali Hərbi Məktəbə gələcəyini və pulunun veriləcəyini, digər 70 nəfərin də analiz sənədlərini götürüb ödənişi eləməyini, nəticədə ona pulu verəcəyini demişdir. Bundan sonra qohumu X30 ilə danışraq 700 manat pul lazım olduğunu bildirmişdir. Nüsrəddin də ona verdiyi kart hesab nömrəsinə Sabunçu rayonu Balaxanı qəsəbəsindəki marketlərin birində Milliön terminalından 700 manat pul ödəmişdir. Çekin şəklini çəkib ona atmışdır. Həmin çekin şəklini Nərgizə və Nicata göndərmişdir. Nicat ona bir qədər gözləməyini, Nərgizin sənədləri gǝtirib ona verəcəyini bildirmişdir. Sonra Nərgizə mesaj yazdıqda mesaj çatmamışdır. Zəng etdikdə yenə cavab olmamışdır. Sonra Nicata zəng etdikdə o da zəngə cavab verməmişdir. Bundan sonra Nicatın da nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, Nicat və Nərgiz kimi özünü təqdim edən şəxslər onu aldadaraq pulunu ələ keçirmişlər. Sonra Avromed klinikasına yaxınlaşdıqda orada heç kimin olmadığını və klinikanın bağlı olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs X57 məhkəməyə teleqram ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin qohumları tərəfindən tam həcmdə ödənildiyini, bu səbəbdən də ona qarşı şikayət, tələbi və mülki iddiası olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Hikmət onun dostudur və hazırda Ağcabədi rayonu Xocavənd kəndində yaşayır. 2021-ci ilin may ayının əvvəllərində Ağcabədi şəhərində “Dostluq” kafesində Hikmət ilə olan zaman o, ona Bakı şəhərində “Rent a Car” açdığını deyib kirayəyə verəcəyi avtomobillər üçün ödənişlərlə bağlı bir neçə kart hesabı lazım olacağını və onun adına da kart açdırıb istifadə edib-edə bilməyəcəyini soruşmuşdur. O, Hikmətə etiraz etməmişdir. xx.xx.2021-ci il tarixdə Hikmətə zəng edərək nömrə almaq istədiyini demişdir. Həmin gün günorta saatlarında atası Ənvərə məxsus mağazanın qarşısında yeznəsi Loğman ilə dayandığı zaman Hikmət dostu Əli ilə Əliyə məxsus VAZ 2106 markalı, sarı rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə yanlarına gəlmişlər. O, nömrə almağa gedəndə Loğmana da onlarla getməsini təklif etmişdir. Yolda olanda Hikmət kart açdırmaq məsələsini xatırlatmış və yeznəsi Loğmanın adına kart açdıra bilib-bilməyəcəyini soruşmuşdur. O, Loğmandan bu barədə soruşduqda Loğman buna etiraz etməmiş və avtomobil ilə Loğmangilə gedib Loğmanın şəxsiyyət vəsiqəsini götürmüşlər. Ağcabədi şəhərində yerləşən Asan Xidmət mərkəzinə getmişlər. Asan xidmətdə yerləşən Kapital Bank filialında onun və Loğmanın adına hesab kartı açdıraraq Hikmətə vermişlər. Bundan sonra yenə də Əliyə məxsus avtomobillə atasının mağazasının qarşısına gəlmişlər, ikisi də avtomobildən düşmüş və Hikmətgildə çıxıb getmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda Hikmət və Əli ilə görüşərək çay filan içmişlər. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Hikmət ona zəng edərək Loğmanın adına olan karta pul köçdüyünü deyib Loğmanın onlarla birlikdə Kapital Banka gedib oradan pulu çıxardıb onlara verməsini xahiş etmişdir. Həmin vaxt işdə olduğu üçün o, Loğmana zəng edib Hikmətin xahişini demiş və Loğman ona etiraz etməmişdir. Bir qədər keçdikdən sonra Hikmətə zəng edərək pulu götürüb-götürmədiklərini soruşmuşdur. Hikmət işlərini həll etdiklərini demişdir. Əlavə olaraq bildirmişdir ki, o, Şahid3 ilə dost kimi münasibəti vardır. Onun əvvəllər hansı fəaliyyətlə məşğul olmasını bilməmiş, lakin ondan və yeznəsi Loğmandan öz adlarına "xxxx" ASC-də hesab açdırıb kartı ona vermələrini istədiyi zaman Bakı şəhərində açdığı “Rent a Car”-da kirayəyə verəcəyi avtomobillər üçün ediləcək ödənişlərdə istifadə edəcəyini bildirmişdir. O, həmin şəxsləri, nə də Aqil Məmmədovu tanımadığını, lakin həmin kartı Loğmanın özünün istifadə etmədiyini, "xxxx" ASC-də onun və Loğmanın adına açılan hesab kartlarını dostu Hikmətə verdiyini bildirmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram ilə müraciət edərək hazırda Ağcabədi rayonunda yaşadığını maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. "xxxx" ASC tərəfindən verilmiş 4169-7413-6303- 0246 saylı kart onun adına rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evə yaxın qaynı Ənvərə məxsus mağazanın qarşısında dayanmışdır. Həmin vaxt Ənvərin oğlu Əli də yanında olmuşdur. Bu zaman VAZ 2106 markalı, sarı rəngli dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə iki nəfər cavan oğlan yanlarına gəlmiş, avtomobildən düşüb gəlib Əli ilə görüşmüşlər. Əlidən həmin iki nəfər şəxsin kim olduğunu soruşduqda Əli iki nəfərin dostları olduğunu demişdir. Həmin iki nəfər tanımadığım şəxs Əli ilə birlikdə gəldikləri VAZ 2106 markalı avtomobilə əyləşmişlər. Təxminən 5 dəqiqə sonra Əli onu avtomobilə tərəf çağırmış və həmin iki nəfər dostunun avtomobil alqısatqısı ilə məşğul olduğunu, ödənişlər üçün onlara plastik kart lazım olduğunu demiş və ondan öz adına kart hesabı açdırıb dostlarına verməsini xahiş etmişdir. Əlidən nəsə problemli iş olubolmadığını soruşduqda Əli ona özünün də öz adına kart açdırıb həmin dostlarına verəcəyini demiş və narahatçılıq olmadığını bildirmişdir. Bundan sonra həmin iki nəfər şəxsin gəldiyi VAZ 2106 markalı avtomobil ilə yaşadığı evə getmişlər, evdən şəxsiyyət vəsiqəsini götürmüş və birlikdə Ağcabədi şəhərində yerləşən ASAN Xidmət mərkəzinə getmişlər. Orada Əlinin yanında olan iki nəfərdən biri hər bir kart üçün səkkiz manat olmaqla ümumilikdə 16 manat rüsum ödəmişdir. Təxminən yarım saatdan sonra Əliyə və ona "xxxx" ASC-yə məxsus plastik kart vermişlər və hər ikisi kartları Əlinin dostuna vermişlər. Asan Xidmətdən çıxdıqdan sonra Əli ilə birlikdə onu Ənvərin mağazasının qarşısına düşürüb çıxıb getmişlər. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Əli ona zəng edərək həmin dostlarının atası Ənvərin mağazasının yanına gəldiklərini deyib, adına açdırdıqları karta pul köçdüyünü bildirmişdir. Ondan həmin iki nəfər ilə birlikdə Kapital Banka gedib oradan pulu çıxardıb onlara verməsini xahiş etmişdir. Bundan sonra o, piyada Ənvərin mağazasına tərəf getmişdir. Ənvərin mağazasına çatdıqda həmin iki nəfər şəxsin ağ rəngli, Xəzər markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə onu gözlədiklərini görmüşdür. Həmin iki nəfər şəxsin yanında bir nəfər avtomobilin sürücüsü də olmuşdur. Onlar birlikdə Ağcabədi şəhərində yerləşən Kapital Bankın filialına getmişlər. Filialın qarşısında avtomobilin sürücüsü onunla birlikdə filiala girmiş, Əlinin dostları isə avtomobildə əyləşmişlər. Filiala girdikdən sonra yanında olan sürücü Kapital Bankın işçisi ilə söhbət edən zaman həmin kişi Kapital bankın işçisindən kartı bağlamasını xahiş etmişdir. Kapital Bankın işçisi növbəti gün bu karta 300 manat da pul köçə biləcəyini demişdir. Bu zaman həmin kişi pul köçərsə sabah da onu narahat edə biləcəyini demişdir. Bundan sonra kassadan şəxsiyyət vəsiqəsi ilə adına olan hesaba köçürülmüş 2680 (iki min altı yüz səksən) manat pulu götürüb həmin ağ rəngli Xəzər markalı avtomobili idarə edən şəxsə vermişdir. Həmin sürücü pulu saymış və cibinə qoymuşdur. Daha sonra onlar onu gətirib Ənvərin mağazasının qarşısında düşürüb çıxıb getmişlər. O, xx.xx.2021-ci il tarixdə özünü Gəncə şəhər Beynəlxalq xəstəxananın həkimi kimi və özünü Çinarə adı ilə təqdim edən həmin şəxsləri, nə də Aqil Məmmədovu tanımır. Həmin kartı özü istifadə etməmişdir, o, kartı qaynı Ənvərin oğlu Əlinin xahişi ilə öz adına açdırdıqdan sonra onun dostları, sonradan adları ona məlum olan Hikmət və Əli adlı şəxslərə vermişdir. O, qaynı Ənvərin oğlu Şahid2 vasitəsilə həmin şəxsləri görüb tanımış, onlarla heç bir münasibəti olmamışdır. Əlinin dostları olan həmin şəxslər onun adına kart hesabı açdıran zaman Bakı şəhərində avtomobil alqı-satıqısı ilə məşğul olduqlarını və həmin kartdan avtomobillər üçün ediləcək ödənişlərdə istifadə edəcəklərini bildirmişdirlər. O, 2680 (iki min altı yüz səksən) manat pulu "xxxx"dan götürüb Xəzər markalı avtomobili idarə edən həmin şəxsə verən zaman həmin şəxs pulu sayıb öz cibinə qoymuş, ancaq həmin pulun kim tərəfindən və hansı məqsədlə göndərilməsi barədə ona heç bir məlumat verməmişlər.Onun Xəzər markalı avtomobili idarə edən həmin şəxsin kimliyi barədə heç bir məlumatı olmamışdır, lakin onlar Kapital Banka girən zaman o, ondan haralı olmasını soruşanda ona Ağcabədi rayonu Səməd Vurğun kəndindən olduğunu demişdir. Lakin bunun da doğru olub-olmadığını bilməmişdir. Şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, Ağcabədi şəhərində avtomobil yuma məntəqəsində işləyir. Əhməd Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşayır, uzaq qohumluq əlaqələri olsa da, yaxın münasibətləri son 3-4 ay ərzində olmuşdur. Bəzi vaxtlarda birlikdə oturub çay içib söhbət etmişlər. Təxminən 2021-ci ilin may ayının əvvəllərində tanışı Əhməd Bakı şəhərində “rent a car” açacağını bildirib kirayə verəcəyi avtomobillər üçün ediləcək ödənişlər üçün şəxsi hesab kartı açdırıb ona verməsini xahiş etmişdir. O, Əhmədə etiraz etməmişdir. Əhməd ona əlavə 2-3 ədəd də şəxsi hesab kartının lazım olduğunu demişdir. Ağcabədi şəhərində dostu Əlinin işlətdiyi “Dostluq” kafesində Əhməd ilə birlikdə olan zaman Əlidən “Rent a car” açılacağını, bunun üçün 2-3 ədəd şəxsi hesab kartının lazım olduğunu deyib öz adma kart açdırıb ona verib verə bilməyəcəyini soruşmuşdur. Əli də ona etiraz etməmişdir. 05 may 2021-ci il tarixdə Əli ilə kart açdırmağa getmək üçün görüşəndə Əlinin qohumu Loğman da yanında olmuşdur. Bu zaman o, Əlidən Loğmanın da adma kart açmağı xahiş etmişdir. Əli Loğmandan soruşmuş, Loğman buna etiraz etməmiş və onlar Loğmangilə gedib onun şəxsiyyət vəsiqəsini götürüb Ağcabədi şəhərində olan Asan Xidmət mərkəzinə getmişlər. Asan xidmət mərkəzində öz adma, Əlinin adına və Loğmanın adma Kapital Bankdan şəxsi hesab kartları açmışlar. Asan xidmətdən çıxdıqdan sonra Əli və Loğmanı aparıb evlərinə düşürmüşlər. Onları düşürdükdən sonra Əhmədin yaşadığı Ağcabədi rayonunda Qaçqın qəsəbəsinə getmiş və kartları Əhmədə vermişdir. 19 may 2021-ci il tarixdə Əhməd ona zəng edərək kartlarda problem yarandığını deyib Əli və Loğmanı götürüb Kapital Banka aparmasını istəmiş və əmisinin gəlib onu aparacağını demişdir. Əliyə zəng edib Əhmədin dediklərini demişdir. Əli işdə olduğunu demiş və Loğmanı götürüb aparmasını istəmişdir. Özünü Əhmədin əmisi kimi təqdim edən şəxs Xəzər markalı, ağ rəngli avtomobil ilə yanma gəlmişdir. O, digər dostu Əli ilə birlikdə Əligilin mağazasının qarşısına gedib Loğmanı götürmüş və Kapital Banka getmişlər. Kapital Bankın qarşısında Loğman özünü Əhmədin əmisi kimi təqdim edən şəxs ilə birlikdə Kapital Banka getmişlər. Təxminən 15 dəqiqə sonra Loğman və Əhmədin əmisi gəlmişlər. Onlar aparıb Loğmanı düşürmüş və Əhmədin əmisi də çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, Əhməd ondan həmin kartı istəyən zaman Bakı şəhərində açdığı Rent a Car-da kirayəyə verəcəyi avtomobillər üçün ediləcək ödənişlərdə istifadə edəcəyini bildirmişdir. Əhmədin Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşadığını, lakin son vaxtlarda Bakı şəhərində yaşadığını bilir, bundan başqa heç bir məlumatı olmamışdır. O, həmin şəxsləri, nə də Aqil Məmmədovu tanımadığını, o, Əhmədin xahişi ilə özünün, dostu Əlinin və onun qohumu Loğmanın adma kart hesabları açdırdıqdan sonra kartları Əhmədə verdiyini, kartlardan hansı məqsədlə istifadə etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri Keşlə qəsəbəsi Davud Aslan küçəsi 7, mənzil 1-də ailə üzvləriylə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq mebel təmiri işi ilə məşğul olur. Mebel təmiri işi bağlı sifarişlə qəbul etdikdən sonra müştərilərin ödənişləri onlayn edə bilməsi üçün hesab kart lazım olmuşdur. Buna görə də 2021-ci ilin mart ayının sonlarında atası Mansur Bayramov öz adına "xxxx" ASC-dən 4169-7385-0790-4567 saylı hesab açdıraraq kartı ona vermişdir. O, həmin kartı istifadə etmişdir. 16 may 2021-ci il tarixdə axşam saatlarında tanışı Elnur ona zəng edərək ona məxsus karta pul köçəcəyini deyərək yanına çağırmışdır. O, Bakı şəhəri Xətai rayonunda yerləşən Əhmədli metrosunun yaxınlığında Elnur ilə görüşmüşdür. Elnur ilə görüşdükdə ondan karta köçən pulun hansı məqsədlə göndərildiyini soruşmuşdur. Elnur əvvəl ona pulun işlədiyi telefon mağazası ilə bağlı olduğunu demişdir. Pul kart hesabına köçdükdən sonra Elnur ilə birlikdə Əhmədli metrosu yaxınlığında “Köhnə Bakı kinoteatrı” adlanan ərazidə yerləşən "xxxx" filialının önündə olan bankomata gedərək hesabına köçmüş 1135 manat pulu çıxarıb Elnura vermişdir. Pulu Elnura verdikdən sonra o, ona pul ilə bağlı çoxlu suallar verməyə başlamışdır. Bu zaman Elnur ona həmin pulun aliment borcu ilə bağlı atası tərəfindən ona göndərildiyini bildirmişdir. Bundan sonra Elnur onu taksi ilə yaşadığı ünvana yola salmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu Əhmədli metrosu yaxınlığında işləyən telefon ustası kimi tanımış, həmin vaxtdan da münasibətləri yaranmışdır. Elnur bir neçə dəfə ondan kartını istəsə də, o, Elnura kartı verməmişdir. Bu dəfə də özü onun yanına gedərək kartdan pulu çıxarıb ona verdikdən sonra kartı özündə saxlamışdır. Elnur həmin pulun atası tərəfindən ona göndərildiyini demişdir. “4****4567” saylı "xxxx" ASC-yə məxsus kart hesabı atasının adına olsa da, hər zaman o istifadə etmişdir. Adları qeyd olunan şəxsləri isə tanımamışdır. Polis əməkdaşları məlumat verdikdən sonra Elnurun əməlləri barədə bilmişdir. O, Elnurun Əhmədli metrosu yaxınlığında telefon ustası olaraq işlədiyini, əslən isə Tovuz rayonundan olduğunu bilmişdir. Elnur barəsində başqa heç bir məlumatı olmamışdır. İş materiallarında olan “Təqdim edilən sənədi götürmə və həmin sənədə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqdim edilən çeklər terminal ilə ödənişlərin olmasını, yəni kart hesab nömrəsinə pul köçürmələrini əks etdirir. Həmin ödəmələr ardıcıllıqla xx.xx.2021-ci il tarixdə ünvan 16 ünvanında Arko marketdən E-manat terminalı ilə 55 AZN, 7 dəq sonra həmin qaydada 88 AZN, 20 dəq sonra isə Sabunçu rayonu Milliön terminalı ilə 700 AZN ödəniş-yəni pul köçürmələri edilmişdir. 01 ədəd CD diskə baxış zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə pul köçürmələr barədə yazışmaları, Nərgiz kimi təqdim edilən Nərmin Kərimzadənin mesajları və səs yazıları əks edilmişdir. Yazışmalar kart hesabına terminal ilə pul köçürmələrinin edilməsi məzmunundadır. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə X15 adına olan kart hesabına 1560 manat ödəniş etmişdir. İş materiallarında olan “Cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxsin müəyyən edilməməsi ilə əlaqədar dayandırılmışdır. İş materiallarında olan “Cinayət işinin ibtidai istintaqının təzələnməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzlənmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan karta 1381 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixdə X55 və X34 adına olan kartlara 750 AZN ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X58 xx.xx.2021-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs4 ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixdə X69 adına olan karta 704 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə X43 və X20 adına olan kart hesablarına 420 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X86 xx.xx.2021-ci il tarixdə Şahid1 Elburus oğlunun və X14 adına olan kart hesablarına 1434 manat ödəniş etmişdir. İş materiallarında ödəniş hesab üzrə çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixdə karta 38 manat pul köçürülmüş və kartdakı məbləğ 1983,71 manat olmuşdur. İş materiallarında olan DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olan 22 may 2021-ci il tarixli 020-6165-1221 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı və ***- ***-**-** saylı mobil nömrələr Tovuz rayonu İbrahim Hacılı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adma rəsmiləşdirilmişdir. İş materiallarında olan X21 məxsus Kapitalbanka aid kartdan xx.xx.2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, karta həmin tarixdə 1150 manat pul köçürülmüş və həmin tarixdə də 1135 manat kartdan çıxarılmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, DVD diskə baxış keçirilərkən X11 yazılmış qovluq aşkar edilmişdir. Qovluğu açdıqda içərisində X44 və Şahid1 adlı 2 qovluq olması müəyyən edilmişdir. X45 adlı qovluğu açdıqda içərisində xx.xx.2021 rəqəmləri yazılmış qovluq aşkar edilmişdir. Qovluğa daxil olduqda 64 ədəd fotoogörüntü müəyyən edilmişdir. Foto görüntülərdə bir nəfər üzü tüklü, gur saçlı, əynində sepli köynəyi olan, təxminən 25-30 yaşlarında, kişi cinsli şəxsin bankomatdan pulları çıxarması, yanında isə başqa bir şəxsin olması müəyyən edilmişdir. Şahid1 adlı qovluğa daxil olduqda xx.xx.2021 rəqəmləri yazılmış qovluq aşkar edilmişdir. Qovluğa daxil olduqda 48 ədəd fotogörüntü müəyyən edilmişdir. Foto görüntülərdə bir nəfər üzü tüklü, qısa saçlı, əynində qısaqol, qara rəngli köynəyi olan, təxminən 30-35 yaşlarında, kişi cinsli şəxsin bakomatdan pulları çıxarması müşahidə edilmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilən xüsusatlar bir daha təsdiqini tapmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun yerinin müəyyən edilib tutulduqdan sonra Göygöl RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət təqibin ürə icraatın dayandırılması haqqında” xx.xx.2021ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan Göygöl RPŞ-nin 163-25323-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunmuş və hal-hazırda Xızı RPŞ-nin MSY-də saxlanılır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs7 xx.xx.2021-ci il tarixdə X46 adına olan kart hesabına 1132 manat ödəniş etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə X12 adına olan kart hesabına 40 AZN ödəniş etmişdir. İş materiallarında olan Xızı Rayon Məhkəməsinin 3(068)-50/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və o 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsetmənin əvvəli xx.xx.2021-ci il tarix saat 15:00-dan hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1291/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 18 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X57 xx.xx.2021-ci il tarixdə X59, X22 və X35 adına olan kart hesablarına 843 manat ödəniş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, X3 Elnur Nazim oğlunun ona verdiyi kart hesablarına pul köçürdüyü yerləri göstərmişdir. İş materiallarında olan Expressbank ASC-nin 001/007/6686/2021 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sorğu edilən 725419 saylı plastik kartın Əsəgroğlu Elnur azim oğluna məxsus olduğu və xx.xx.2021-ci il tarixdə həmin karta 553 manat və 828 manat olmaqla ümumilikdə 1381 manat məbləğin Expresspay ödəniş terminalı vasitəsilə köçürüldüyü aşkar olunmuşdur. İş materiallarında olan Kapitalbank tərəfindən təqdim edilmiş diskdə olastik kartla qeyd edilən tarixdə aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər təqdim edilmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və göstərilən xüsusatlar bir daha təsdiqini tapmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs9 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona vermiş olduğu X47 məxsus kart hesabına 50 manat ödəniş etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs ona dediyi kart hesabına pul köçürməsini həyata keçirdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nurlan Ağazadənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət təqibi olmadığından fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Nərimanov Rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyovun qərarından görünür ki, vətəndaş Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciəti əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-də toplanılmış 1118/21 (HK-1/1463) saylı material üzrə baş təhqiqatçı Nurlan Ağazadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 iyun 2021-ci il tarixli qərarı əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Kapitalbanka məxsus ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs9 məxsus Kapitalbanka aid kartdan xx.xx.2021-ci il tarixdə əvvəlcə 1188 manat, daha sonra isə 713 manat pul çıxarılmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs ona dediyi karta pul köçürməsini həyata keçirdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs10 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs və X2 məxsus olan kart hesabına 1071 manat ödəniş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis kapitanı X9 ərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Yasamal Rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanovun qərarından görünür ki, Yasamal RPİ-nin 28-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Nicat Abdullayev tərəfindən 981/21 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin 28-ci PB-nə göndərilmişdir. İş materiallarında olan Tovuz RİHB-nin İbrahimhacılı kənd İƏDN-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət axil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X81 adlı və xx.xx.2009-cu il təvəllüdlü X82 adlı 2 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X91 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona dediyi X5 və X60 məxsus kart hesablarına 790 manat ödəniş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X10 Elnur Nazim oğlunun ona dediyi kart hesablarına pul köçürmələrini həyata keçirdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs ona dediyi X48 məxsus kart hesabına 848 manat ödəniş etmişdir. İş materiallarında olan “Vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X23 zərərçəkmiş şəxsə vurduğu ümumi 690 manat pul İlqar Abbasov tərəfindən təqdim edilmişdir. İş materiallarında olan “Vurulmuş ziyanın ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X23 zərərçəkmiş şəxsə vurduğu ümumi 690 manat pul Zərərçəkmiş şəxs8 təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 04 ay 08 gün, yəni 18 aprel 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-185/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun barəsində seçilmiş ev dustaqlığının müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan təbirinin müddətində, yəni xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” xx.xx.2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-14588 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə saat 10:00-da Tovuz RPŞnin əməkdaşları tərəfindən saxlanıldığı üçün təhvil alınaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs11n Mirzə oğlu pul köçürmələri etdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Şahid1 Elburus oğlu, Şahid2, Şahid3, X45, Şahid4 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Əsgəroğlu Nazim oğlu barəsində axtarış elan olunmuş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 58-2/2-14983 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 22:35 radələrində Bakı şəhəri ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2009-cu il təvəllüdlü iki uşağı var. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngüllədirən hal kimi 2 yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş şəxslərlə barışması, dəymiş zərərin ödənilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngüllədirən halları, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 50 (əlli) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Axtarışda olan şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Bundan başqa onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, xx.xx.2022-ci il tarixdən barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində axtarış elan olunaraq seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən bugünədək həbsdədir. Onun tutularaq saxlanıldığı cəmi 05 (beş) ay 10 (on) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 19 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 05 (beş) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 01 (bir) ay 10 (on) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində hökm qanuni qüvvəyə minənə qədər “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnın üzərinə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Tovuz rayonu İbrahim Hacılı kəndindəki yaşadığı evi tərk etməmək, Tovuz rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 qızı tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar