Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-147/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il Rusiya Federasiyasının Simferopol şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-29/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Tahir mirzə oğlunun etibarından sui-istifadə etməklə, telefonuna ***-***-**-** saylı telefondan “Whatsap” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq özünü onun xalası oğlu Şahid2 kimi təqdim edərək, hazırda məclisdə olduğunu və uşağının təhsil haqqının vaxtının çatdığını və bu səbəbdəndə ona təcili 300 manat pul lazım olduğunu, həmin pulu övladının müəlliməsi olan Fəridə müəllimənin kart hesabına göndərməyi xahiş edərək həmin pulu səhərisi saat 18:00-dək ona qaytaracağına söz verməklə aldatmış, Zərərçəkmiş şəxs ona inanaraq xx.xx.2022-ci il tarixdə saat 21:09-də Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 50119 nömrəli, “Milli ön” ödəmə terminalı vasitəsi ilə Şahid1 adına olan "xxxx" ASC-i tərəfindən verilmiş **********149018 saylı hesab nömrəsinə 220 manat, həmin gün saat 21:14-də yaşadığı ünvan 4ünvanından Şahid1 adına olan **********149018 saylı hesab kartına ”Ekspresskart” hesabında olan 40 manat pul vəsaiti köçürmüş, 02 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs yenidən mesaj yazaraq digər uşağının da təhsil haqqını ödəmək istədiyini bildirib əlavə olaraaq 300 manatda pul vəsaiti göndərməyi xahiş etdikdə, Zərərçəkmiş şəxs həmin gün saat 09:15-də özünə məxsus kart hesabından Şahid1 adına olan **********149018 saylı hesab kartına yaşadığı ünvan 5 ünvanından 200 manat, saat 09:31-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Ən ucuz Market” mağazasında quraşdırılmış 50064 nömrəli “Milli ön” ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaitini Şahid1 adına olan **********149018 saylı hesaba köçürməsinə nail olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə 560 (beş yüz altımış) manat məbləğində pul xəsailini ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində “instaqram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs açıq səhifəsinə girərək bəzi qohumlarının mobil nömrəllərinın açıq yazıldığını görmüş, həmin nömrələrin içərisində “Müşfiq xala oğlu” adlı nömrə olduğunu görmüş, Zərərçəkmiş şəxs xaloğlu adı ilə aldadaraq müəyyən məbləğ pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu səbəbdən özünə məxsus olan ***-***-**-** saylı Whatsapp nömrəsi ilə Zərərçəkmiş şəxs 055 ***-**-** saylı Whatsapp nömrəsinə “salam xalaoğlu necəsən” sözləri yazmışdır. Elşən həmin vaxt “kimdir” deyə soruşduqda “xala oğlu Müşfiqdi tanımadın” sözlərini yazmaqla cavab vermişdir. Həmin vaxt cavab olaraq Elşən “sən nömrəni dəyişmisən tanımadım” sözlərini yazmaqla cavab vermiş, bundan sonra Elşənə hal-hazırda məclisdə olduğunu, ondan bir günlüyə 300 manat pul göndərməsini xahiş etmişdir. Elşən adlı şəxs ona inanıb kart nömrəsini göndərməsini dedikdə, arvadı Şahid1 adına olan "xxxx" ASC tərəfindən verilmiş, bank kartının 16 rəqəmli kodunu Elşənə göndərmişdir. Həmin gün Elşən arvadı Şahid1 hesab kartına 260 manat pul göndərmişdir. Səhəri gün o, yenidən Elşənə mesaj yazaraq onun göndərdiyi 260 manatdan əlavə 300 manat da göndərməsini xahiş etmiş və bir gün ərzində aldığı pulu qaytaracağına söz vermişdir. Elşən inanıb həmin gün əlavə olaraq 300 manat pulu da onun kart hesabına göndərmişdir. Elşən ümumilikdə onun kartına 560 manat pul köçürtmüşdür. O, Elşəndən qeyd olunan məbləği istəyərkən bir gün ərzində pulu qaytaracağını bildirsə də, həmin gün günortadan sonra Elşənlə əlaqə saxlamamışdır. Elşən adlı şəxsin pul vəsaitini ələ keçirilməsində həyat yoldaşı Şahid1 bank kartından istifadə etsə də, həmin kartı daimi olaraq özündə saxladığı üçün sonuncunun bu hadisədən xəbəri olmadığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, X3 onun xalası oğludur. 01 oktyabr 2022-ci il tarixdə, saat təxminən 09 radələrində уaşadığı evdə olarkən Whatsapp sosial şəbəkəsi vasitəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsindən isdifadəsində olan Whatsapp nömrəsinə “Salam xalaoğlu necəsən” mesajı gəlmiş, həmin nömrəyə “kimdir” cavabını yazdıqda o, “xalan oğlu Müşfiqi tanımadın” cümləsini yazmışdır. O, Müşfiqin öz telefon nömrəsini dəyişdiyini düşünmüş və bu səbəbdən də ondan üzrxahlıq edərək “xalaoğlu bağışla nömrə təzədir deyə tanımadım” yazmaqla cavab vermişdir. Bundan sonra yazılı şəkildə onun hal-əhvalını, daha sonra xərçəng xəstəliyindən əziyyət çəkən anası Nəsibənin səhhətini soruşmuş, Təqsirləndirilən şəxs ona hal-hazırda anasının müalicəsinin davam etdiyini yazmışdır. Bundan sonra o, həmin şəxs hal-hazırda məclisdə olduğunu, uşağının təhsil haqqının vaxtı çatdığını və bu səbəbdən ona təcili 300 manat pul lazım olduğunu, övladının müəlliməsi olan Fəridə müəllimənin kart hesabına göndərməsini və ən uzağı səhər saat 18-dək pulu qaytaracağını bildirmişdir. Həmin şəxsə inanaraq yaşadığı evlərinin yaxınlığında olan “Qayalı” market mağazasında quraşdırılmış “Milli on” ödəmə terminalından 220 manat pulu həmin şəxsin yazdığı "xxxx" ASC-yə məxsus kart hesabına göndərmişdir. Daha sonra evə qayıdıb mobil telefon vasitəsi ilə özünə məxsus “Exspresskart” hesabında olan 40 manatı da həmin hesaba göndərmiş, pulun qalan hissəsini də səhəri gün maaş karta oturduqdan sonra atacağını bildirmiş, 02 oktyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində özünü Müşfiq kimi təqdim edən şəxs yenidən yazaraq digər uşağının da təhsil haqqını bağlamaq istədiyini bildirmiş, ona da əlavə olaraq 300 manat da göndərməsini xahiş etmişdir. Həmin gün səhər saat 09 radələrində kartına 200 manat əmək haqqı oturduğu üçün saat 09:15-də həmin pulun 200 manatını birbaşa kart vasitəsi ilə həmin şəxsin bir gün əvvəl göndərdiyi kart hesabına göndərmiş və ümumi məbləğdən 2 manat komissiya haqqı tutulmuşdur. Daha sonra Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “ən ucuz market’’ mağazasına girib orada quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə saat 09-31-də həmin hesaba 100 manat da göndərmişdir. O, ümumilikdə həmin karta 560 manat pul göndərmişdir. O, Təqsirləndirilən şəxsla 02 oktyabr 2022-ci il tarixdə günorta saatlarınadək ara-sıra yazışmış, sonuncu ona etdiyi köməyə görə minnətdarlığını bildirmiş, saat 18 radələrinə kimi borcunu qaytaracağını yazsa da, o isə cavabında narahat olmamağı demişdir. Saat 17:30 radələrində həmin nömrəyə zəng vurmuş, qeyd olunan nömrəyə zəng çatmadığı üçün narahat olmuş, xalası oğlu Müşfiqə məxsus ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək göndərdiyi pulların işinə yaradığını soruşanda Müşfiq təəccüblənərək hansı puldan söhbət getdiyini bildirmiş, o isə əhvalatı ona olduğu kimi danışmışdır. Müşfiq ümumiyyətlə ***-***-**-** saylı Whatsapp nömrəsinin olmadığını, pul istəmədiyini, kiminsə onun adından isdifadə etdiyini, buna görə də təcili 102 xidmətinə zəng etməyi məsləhət görmüşdür. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir, ona görə də şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası oğludur, onunla münasibətləri yaxşı olmuş və heç vaxt ondan Whatsapp sosial şəbəkəsi vasitəsilə və ya nağd şəkildə borca pul istəməmişdir. Belə ki, 02 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində xalası oğlu Elşən istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edib hal-əhval soruşaraq “sənə göndərdiyim pullar işinə yaradımı” dedikdə, əvvəlcə o, Elşənin nə dediyini anlamamış, sonra ondan, “xala oğlu nə pul” soruşduqda Elşənin onun zarafat etdiyini düşünmüşdür. Həmin vaxt xalası oğlu olmuş əhvalatı danışaraq bir nəfər şəxsin onun adından ***-***-**-** saylı Whatsapp nömrəsindən mesaj yazdığını və özünü Müşfiq kimi ona təqdim etdiyini, uşağın təhsil haqqını ödəmək üçün 260 manat, daha sonra 300 manat pul lazım olduğunu bildirmiş, gün ərzində qaytaracağına söz verdiyi üçün həmin şəxsin kart hesabına ümumilikdə 560 manat pul göndərmişdir. O, həmin şəxsin kim olduğunu tannımamış və Elşənə təcili DİN-nin 102 nömrəsinə zəng etməsini məsləhət görmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2017-ci ildə ailə həyatı qurmuş və birgə nigahlarından iki azyaşlı övladları var. "xxxx" ASC-dən adına debet kart götürmüş, həmin kartı Firuddin alıb özündə saxlamış, lakin Firuddin kimlərisə aldadaraq həmin kartın hesabına pul köçürüb sonra çıxartmasından məlumatı olmamışdır. Həmçinin o, Zərərçəkmiş şəxs tanımamışdır. Cinayət işinin 92-93-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətində inzibati qaydada həbs edilməsi nəzərə alınaraq onun barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş və cəriməni tam ödəmişdir. Cinayət işinin 153-160-cı vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs kimi tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü ildən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, foto fayılı açıldıqda içərisində 9 ədəd foto şəkil olması, həmin şəkildə arıq bədən qurluşlu 20-25-yaşlı kişi cinsindən olan, əynində qara rəngli varatnik hissəsi qırmızı rəngli gödəkcədə olan şəxsin bankomaldan pulu çıxarmasının şəkilləri əks edilmişdir. Eyni zamanda anket qovluğunda Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 44-də yaşayan Şahid1 olması göstərilmişdir. Video olan qovluqda isə yuxarıda qeyd edilən şəxsin bankomatdan necə pul çıxarılmasının video görüntüsü əks edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə düz tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-29/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün müddətə şübhəli şəxs kimi tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-29/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 1(011)-29/2024 saylı saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-29/2024 saylı hökmünə əsasən xx.xx.2024-cü il tarixdən hesablanmalı və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-29/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 1(011)- 29/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-147/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-147/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver