Məhkəmə qərarları › İş №1(060)-148/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-148/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-148/2021 27.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5, 180.2.2 və 29, 180.2.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.2, 69.3 və 66.5-ci maddələrinə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 177.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 23.03.2019-cu il tarixdə saat 15:00-da Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ticarət mərkəzində olan Zərərçəkmiş şəxs3 qızının əynində olan paltonun sol yan cibindən 50 (əlli) manat pulun və daxilində 1 (bir) ədəd içərisində 05 (beş) manat dəyrində “xxxx” LTDnə məxsus ***-***-**-** GSM saylı mobil nömrəsi olan üzərində 1(bir) ədəd 05 (beş) manat dəyərində olan telefon qabı olan 1 (bir) ədəd 200 (iki yüz əlli) manat dəyərində «Redmi S- 2» markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs3 qızına ümumilikdə 260 iki (iki yüz altmış) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 21 aprel 2020-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri ərazisində 7 saylı xətt üzrə hərəkət edən avtobusda Sumqayıt şəhəri, 26-cı məhəllə, “Simurq” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs4 əynində olan gödəkcənin cibindən daxilində 1 (bir) ədəd 05 (beş) manat dəyərində “xxxx” LTD-nə məxsus ***-***-**-** GSM saylı mobil nömrəsi olan 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Honor 8X” markalı, JSN-L22 modelli, 64 GB yaddaş tutumlu mobil telefonu gizli talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs4 405 (dörd yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 09 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, 7 saylı xətt marşrut avtobusunun giriş qapısının qarşısında yaranmış sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs1 çiynində olan çantasına əlini salıb içərisində 140 (bir yüz qırx) manat məbləğində pul olan 1 (bir) ədəd 15 (on beş) manat dəyərində “Gabella” markalı tünd rəngli pul qabını dartıb çıxarmaqla gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 155 (bir yüz əlli beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 13 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində, 6 saylı xətt marşrut avtobusunun giriş qapısının qarşısında yaranmış sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs2 çiynində olan çantasına əlini salıb oradan içərisində 130 (yüz otuz) manat məbləğində nağd pul, 01(bir) ABŞ dolları ekvivalentində 1,7(bir manat yetmiş qəpik) nağd pul, xxxx “birkart” plastik kart olan 01 (bir) ədəd 70 (yetmiş) manat dəyərindəki göy rəngli parça materialdan olan pul qabını dartıb gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 201 (iki yüz bir manat yetmiş qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 13.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus elektron məlumat daşıyıcısı olan “ xxxx birkart” plastik kartınındın istifadə edərək ünvan 3 ünvanında yerləşən “xxxx” ASC-nə məxsus ATM-nə daxil edib sonuncunun ******************** nömrəli hesabından vahid niyyətlə saat 10:31-də 100 (bir yüz) manat məbləğində, saat 10:33-də 621 (altı yüz iyirmi bir) manat məbləğində nağd pulu çıxardaraq ümumilikdə Zərərçəkmiş şəxs2 721 (yeddi yüz iyirmi bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 177.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər də Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Özü ikinci qrup əlil olduğu üçün dövlət tərəfindən hər ay 130 manat sosial pensiya alır. Heç bir yerdə işləyə bilmədiyi üçün maddi vəziyyəti pisdir. 23.03.2019-cu il tarixdə səhər saat 15 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ticarət mərkəzində olan zaman qarşıda olan cavan yaşlı qızın əynindəki paltonun sol yan cibindən bir ədəd “Redmi S-2” markalı mobil telefon aparatını gizli yolla oğurlayaraq oradan uzaqlaşmışdır. Sonra həmin telefonun üzərində olan mobil nömrəni çıxartmışdır. Daha sonra telefonun üzərində olan kabronu çıxardaraq və kaburonun altında 50 manat pulun olduğunu görmüşdür. Oğruladığı mobil telefonu 50 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu öz ehtiyacılarını ödəmək üçün xərcləmişdir. Bundan başqa 21.04.2020-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri ərazisində 7 saylı xətt avtobusuna gizli oğurluq etmək üçün minmiş, avtobusda bir nəfər qadının əynində olan jiletin cibində mobil telefon olduğunu görmüş həmin telefonu oğurlamaq qərarına gəlmiş, bu məqsədlə həmin qadına yaxınlaşmış Sumqayıt şəhəri, 26cı məhəllədə yerləşən “Simurq” şadlıq sarayının qarşısında olarkən qadının jiletinin cibindən mobil telefonu götürmüşdür. Həmin telefon “Honor 8X” markalı olmuş, qadın “Simurq” şadlıq sarayının qarşısında düşərkən o da avtobusdan düşmüşdür. Qadın getdikdən sonra isə yenidən həmin avtobusa minmiş və avtobus hərəkət edib təxminən 01 km getdikdən sonra “Göyçay” marketin qarşısında enmişdir. Oğurladığı mobil telefonu gəlir əldə etmək üçün ertəsi günü Bakı şəhəri, 3-cü mikrorayon ərazisində tanımadığı şəxsə 50 manata satmış və öz tələbatı üçün xərcləmişdir. Sonradan həmin telefonunun sahibinin Zərərçəkmiş şəxs4 olduğunu bilmişdir. Bundan başqa, 09 oktyabr 2020-ci il tarixdə oğurluq etmək üçün Sumqayıt şəhərində 7 saylı xətt avtobusuna minmiş və cibindən və yaxud çantasından pul oğurlamağa uyğun bir adamı axtarmağa başalamış, avtobusda bir müddət olduqdan sonra tanımadığı bir qadının “Səda Store” mağazanın qarşısında düşməyə hazırlaşdığını görmüşdür. Həmin qadına yaxınlaşaraq əl çantasından pulu onu xəbəri olmadan oğurlamışdır. Həmin qadın çıxış qapısının yanında olarakən çiynində olan çantadan pul qabını çıxartmış və gediş haqqını ödədikdən sonra onun çantasından həmin tünd göy rəngdə olan içərisində 140 (bir yüz qırx) manat məbləğində pul, qızı X6 adına şəxsiyyət vəsiqəsi, tibbi kart, Rəşad Əliyevin adına olan bank kartı olan pul qabını oğurlmışdır. Daha sonra avtobusdan düşmüş və oğurladığı pul qabın içərisində olan 140 (bir yüz qırx) manat məbləğində pulu götürmüş və pul qabını içərəsində olan sənədlərlə və bank kartları ilə birlikdə elə “Səda Store” mağazanın ətrafında tulamışdır. Bundan başqa, 13 oktyabr 2020-ci il tarixdə təxminən saat 09 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində 6 saylı xətt avtobusuna minmişdir. Sumqayıt şəhər, 40-ci məhəllə ərazisində avtobusa bir nəfər tanımadığı qadın minmiş, həmin qadının əlində əl çantası olmuş, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində həmin qadın avtobusdan düşmək istəyərkən əl çantasının açıq vəziyyətdə olduğunu və çantada pul qabının olduğunu görmüş, həmin pul qabını oğurlamaq qərara qəlmiş, həmin qadın avtobusdan enərkən ona yaxınlaşmış, gediş haqqını ödəməyə başının qarışıq olmasından istifadə edərək, çantasından pul qabını oğurlamışdır. Həmin avtobusdan düşdükdən sonra bir dayanacaq sonra avtobusdan enmiş, avtobusdan endikdən sonra oğurladığı pul qabının içərisinə baxmışdır. Həmin vaxt oğurladığı göy rəngli parça materialından olan əl çantasında 131 manat pul, 1 (bir) ABŞ dolları, bank kartlarının və sənədlər olduğunu görmüşdür. Həmin kartların içində “xxxx” birkart adlı plastik kartını görmüş, həmin kartın yanında oğurladığı pul çantasında kağıza şifrə yazılmış, o isə həmin şifrənin “xxxx” birkarta məxsus oldğunu düşünmüşdür. Həmin vaxt ünvan 4 ünvanda yerləşən “xxxx” məxsus bankomata yaxınlaşmış, kartı həmin bankomata daxil etmişdir. Sonra qeyd etdiyi şifrəni daxil etmiş, lakin həmin şifrə düzgün olmamışdır. Ona görə Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin üzərində olan “1980” təvəllüdü olduğunu görmüş və məntiqlə şifrə onun doğum təvəllüdü olacağını olduğunu və onu bankomata daxil etmiş və kartın balansında 721 manat pul olduğunu görmüş və həmin məbləğdən 100 manatını öncə, daha sonra 621 manatı bankomatdan çıxartmışdır. Daha sonra oğurladığı pul çantasını və içərisində olan sənədləri kartlarla birlikdə Sumqayıt şəhəri, “avtovağzalın” ərazisində olan dəqiq xatırlamadığı hansısa kolluğa tullamışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Dəymiş ziyanı ödəməmiş və hazırda ödəməyə imkanı yoxdur. Əməlindən peşmandır. 2-ci qrup əlildir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməllərini törətməsi özünün ifadəsinin etirafedici hissəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 21.04.2020-ci il tarixdə saat 11:40 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində dayanacaqdan 7 saylı marşrut avtobusuna minmiş, oturacaqlar boş olmadığı üçün avtobusun qabaq tərəfində ayaq üsdə dayanmış, həmin vaxt özünə məxsus “Honor 8X” markalı mobil telefonu üzərində olan jiletin sağ cibində olmuş, saat 12 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Simurq” şadlıq sarayının qarşısında avtobusun qabaq tərəfindən duşmuş, bir qədər getdikdən sonra telefonu götürmək üçün əlini üzərində olan jiletin sağ cibinə saldıqda telefonun cibindən oğurlandığını aşkar etmişdir. Buna görə də 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin mobil telefon “Honor 8X” markalı, qara rəngli, 64 GB yaddaş tutumlu, 4GB ramlı, JSN-L22 modelli idi, **********43530, **********63546 İMEİ kodlu olmuş, mobil telefonu 2020-ci ilin fevral ayında 664 manata almış, telefonun heç bir nasazlığı olmamış, tam saz vəziyyətdə olmuşdur. Telefon üzərində olan jiletin cibindən oğurlanmış və nəticədə ona 664 manat dəyərində ziyan dəymişdir. Həmin mobil telefon oğurlanmamışdan əvvəl üzərində ***-***-**-** nömrəsi olmuş, hadisədən 2 gün sonra həmin nömrənin yenisini sifariş vermişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 qızı göstərmişdir ki, 23 mart 2019-cu il tarixdə həyat yoldaşı X7 ilə birlikdə ona məxsus avtomobillə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində Mərkəzi Bazar yaxınlığında avtombildən düşmüş, 9 aylıq övladı ilə birlikdə Sumqayıt şəhəri, 32-ci məhəllə arasında yerləşən Karvan Ticarət Mərkəzinin 1-ci mərtəbəsindəki mağazalara daxil olmuş, həyat yoldaşı üçün hədiyyə almaq istəsə də, əlini cibinə saldıqda paltonun sol cibində olan 50 manat pul və «Redmi S-2» markalı mobil telefonunu yerində olmadığını aşkar edib həyat yoldaşına zəng edib avtomobilə baxmasını xahiş etmişdir. Lakin yoldaşı Mahir avtomobilə baxsa da, telefonun maşında olmadığını bildirdimişdir. Həmin vaxtı övladı 9 aylıq olduğu üçün ərizə ilə müarciət edə bilməmişdir, lakin sonradan ərizə vermişdir. Mobil telefonu naməlum şəraitdə oğurlanmış və baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 350 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Karvan adlı ticarət mərkəzinin yanından yaşadığı ünvana getmək üçün 7 saylı xətt avtobusuna minmişdir. Həmin vaxt avtobusda yer olmadığı üçün ayaq üstə dayanmış, avtobusda olduğu zaman əl çantası çiynində olmuşdur. Sumqayıt şəhəri, 17-ci mikrorayonun ərazisində çatıqda orada olan “Səda –Store” adlı marketin yaxınlığında avtobusun çıxış qapısının yanına gəlmiş, dayanacaqda ödənişi etmiş və avtobusdan düşmüşdür. Avtobusdan endikdən sonra çiynində olan əl çantasını yoxlamış, görmüşdür ki, çantanın ağızı açılmış, orada olan pul qabı oğurlanmışdır. Həmin oğurlanan pul qabında 140 (yüz qırx) manat pul, öz adına olan şəxsiyyət vəsiqəsi, X2 adına olan şəxsiyyət vəsiqəsi, tibbi kartı, X3 adına olan bank kartı olmuşdur. Həmin oğurlanan “Gabella” markalı pul qabı tünd göy rəngdə olmuşdur. Oğurlanan pul qabını 2018-ci ilin sentyabr aylarında 15 manata Sumqayıt şəhərində almış, DİN-nin 102 xidmətinə zəng edərək, özünə məxsus pul qabının avtobusda oğurlanması barədə məlumat vermişdir. Həmin oğurluq əməlini törətməkdə dəqiq şübhələndiyi şəxs olmamış, lakin avtobusdan çıxdığı zaman orada arxada təxminən ondan 1 metr məsafədə bir 40-45 yaşında olan tanımadığı kişi durmuşdur, həmin şəxsi istintaq zaman; görüb tanımışdır, o Təqsirləndirilən şəxsdur. X4 məxsus maaş kartının hesabından kənar müdaxilə və yaxud pul çıxarılmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir, Təqsirləndirilən şəxs cəza verilməsini tələb edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 08.04.2021-ci larixli ərizəsinə əsasən ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir, Təqsirləndirilən şəxs cəza verilməsini tələb edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 36 saylı məktəbdə Ədəbiyyat və Azərbaycan dili müəlliməsi işləyir, 13.10.2020-ci il tarixdə, təxminən saat 09:10 radələrində işlə əlaqədar olaraq yaşadığı ünvanın qarşısında 6 nömrəli xətt avtobusuna minmiş, təxminən 15-20 dəqiqə sonra Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində avtobusdan enmişdir. Həmin vaxt çiynində özünə məxsus çanta olmuş və həmin çantada pul qabı olmuşdur. Avtobusdan düşdükdən sonra biraz aralıda olan “Türk liseyinə” gedirmiş, avtobusdan düşdüyü zaman çantanı açmış və içərisindən pul qabını çıxardaraq gediş haqqını sürücüyə ödəmişdir. Ödənişi etdikdən sonra isə oradan həmin pul qabını çantaya goymuş, lakin tələsik olduğu üçün çantanın “sepini” (ağzını) bağlamamış, daha sonra “Türk liseyində” olarkən telefonuna adına olan “Kapitalbank” birkartının kartın hesabından 721 manat pul çıxarılması barədə sms gəlmişdir. Dərhal çantaya baxıb bilmişdir ki, içərisində 130 manat pul, 1 bir ABŞ dolları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, öz adına olan “xxxx” birkartı olan göy rəngli parça materialından olan 70 (yetmiş) manat dəyərində pul qabı oğurlanmışdır. Həmçinin özünə məxsus “xxxx” birkart adlı kartından ümümlikdə 721 manat məbləğində pul çıxarılmısdir. Həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək çantasından pul qabının oğurlanması barədə məlumat vermiş, həmçinin “xxxx”a müarciət edərək birkart adlı plastik kartının hesabını dondurmasını istəmişdir. Avtobusda dəqiq şübhələndiyi şəxs olmamış, lakin avtobusdan çıxdığı zaman orada arxada təxminən ondan 1 metr məsafədən 40-45 yaşında olan tanımadığı kişi durmuşdur. İstintaq vaxtı onu tanımış və onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs layiqli cəza təyin etməyi və dəymiş ziyanı tələb edir, mülki iddia vermişdir və təmin olunmasını xahiş edir. İş materiallarında olan arayışdan görünür ki, «Redmi S-2» markalı mobil telefonun 23.03.2019-cu il tarixə satış qiyməti 200 manat təşkil edir. (cild-2, i.v.19) İş materiallarında olan Sumqayıt Şəhər Pİ-nin 4-cü PB-nin 15.10.2020-ci il tarixli, 13071-1220 saylı məktubundan görünür ki, əməliyyat-axtarış t.dbirləri zamanı vətəndaş Zərərçəkmiş şəxs3 qızına məxsus mobil telefonu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (cild-2, i.v.48) İş üzrə keçirilmiş məhkəmə- əmtəşünaslıq ekspertizanın 14 iyul 2020-ci il tarixli, 9/1743 nömrəli rəyindən görünür ki, 01 ədəd “Honor 8X” markalı, JSN-L22 modelli, 64 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektəlşdilməsinə daxil edilən aksesuarların olmaması və istifadəsi olması nəzərə alaraq 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 400,00 manat müayyən olunur. (cild-1, i.v.137- 139) İş materiallarında olan protokola əsasən 1(bir) ədəd ağ rəngli üzərində “Gold” yazısı və digər markalnma nişanları olan (CD) diskə baxış keçirilmiş və 2 ədəd “WhatsApp Video 2020” adlı video çəkilişə baxdıqda əynində orada ağ paltarda göy rəngli gödəkcədə, qara şalvarda ağız nahiyəsində tibbi maskası olan bir şəxs naməlum rakurslarda görmək olur. Həmin video çəkilişə baxdıqda kompüterin ekranın yuxarı hissəsində 13.10.2020-ci il saat 10:31 yazısını görmək olur. Video görüntu Sumqayıt şəhəri, 1-ci mkr ərazisində “xxxxa” məxsus bankomatın yaxınlığında çəkilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin video çəkilişdə göy rəngli gödəkcədə, qara şalvarda, ağız nahiyəsində tibbi maskası olan şəxs özü olduğunu bildirmişdir. Ceyhun həmin vaxt Zərərçəkmiş şəxs2 məxsus pul qabını oğurladıqdan sonra avtobusdan düşərək çantada olan “Bir kart” adlı plastik kartıdan pul çıxartmaq üçün Sumqayıt səhəri 1-ci mkr ərazisində yerləşən xxxxa aid olan bankomata getdiyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs kartı bankomata salıb Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində olan təvəllüdünü pin şifrəsi kimi daxil edib oradan cəmi 721 manat məbləğində pul oğurladığını bildirmişdir. Ona görə də içrəsində video çəkiliş olan 1(bir) ədəd ağ rəngli üzərində “GOLD” yazısı və digər markalnma nişanları olan CD disk iş üçün əhəmiyyat kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild-1, i.v.58-59) Məhkəmədə həmin diskə baxış keçirilmiş, göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan, Zərərçəkmiş şəxs2 istifadəsində olan plastik kartla aparılan əməliyyatlara dair mövcud görüntülər olan, 16 noyabr 2020-ci il tarixli, 157000/2-4701 nörməli məktubla xxxx ASC-dən daxil olmuş bir ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskin yaddaşında baxış zamanı Zərərçəkmiş şəxs2 adlı fayla daxil olarkən, 13.10.2020 adlı papkada 56 ədəd foto şəkillər görmək olur. Həmin foto şəkillər Sumqayıt şəhəri, 1-ci mkr ərazisində yerləşən xxxx ATM-nin video müşahidə kamerası vasitəsi ilə çəkilmiş, Həmin foto şəkillərdə əynində orada ağ köynəkdə, tünd göy rəngli gödəkcədə, ağız nahiyəsində qara tibbi maskası olan bir şəxs müxtəlif rakurslarda görmək olur. 7_103305_299_1018_1 adlı foto şəkildə həmin şəxsin əlində bankomatdan çıxartdığı pulları görmək olur. Həmin foto çəkilişə baxdıqda kompüterin ekranın yuxarı hissəsində aşağı hissəlində 13.10.2020-ci il saat 10:31:20 yazısını görmək olur. Disk baxış keçirilən zaman Təqsirləndirilən şəxs foto əynində orada ağ köynəkdə, tünd göy rəngli gödəkcədə, ağız nahiyəsində qara tibbi maskası olan şəxs özü olduğunu bildirmişdir. Ceyhun həmin vaxt Zərərçəkmiş şəxs2 məxsus pul cantasını oğurladıqdan sonra avtobusdan düşərək çantada olan “Bir kart” adlı plastik kartıdan pul çıxartmaq üçün Sumqayıt səhəri 1-ci mkr ərazisində yerləşən xxxxa aid olan bankomata getdiyini bildirmiş, kartı bankomata salıb Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsində olan təvəllüdünü pin şifrəsi kimi daxil edib oradan cəmi 721 manat məbləğində pulu hesabdan oğurladığını bildirmişdir. Ona görə də, 1 (bir) ədəd ağ rəngli üzərində Sumqayıt ŞPİ 9849 yazıları olan CD disk iş üçün əhəmiyyat kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (cild-2, i.v.99- 101) Məhkəmədə həmin diskə baxış keçirilmiş, göstərilənlər təsdiq edilmişdir. İş materiallarında olan 1 (bir) ədəd ağ rəngli üzərində “DVD-R” yazısı və digər markalnma nişanları olan DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin yaddaşında baxış zamanı CH01-20200421-115959-130059, CH02-20200421-120000- 130059 və CH03-20200421-115959-130059 adlı faylılar görmək olur. CH02-20200421- 120000-130059 adlı fayla baxanda görmək olur ki, 21.04.2020-ci il tarixdə saat 12:01–də Zərərçəkmiş şəxs4 əynində qara gödəkcə və qırmızı rəngli paltarda 7 saylı xətt avtobusuna daxil olur. Zərərçəkmiş şəxs4 avtobusun giriş hissəsində dayandığını görmək olur. CH02-20200421-120000-130059 video fayla baxdıqda 21.04.2020-ci il tarixdə saat 12:09–da Zərərçəkmiş şəxs4 yanındakı qara paltarlı yaşlı qadınla birlikdə avtobusdan düşdüklərini görmək olur. Həmin vaxt Zərərçəkmiş şəxs4 arxası ilə əynində qara rəngli köynəkdə qabağı acıq tünd göy rəngli gödəkcədə, göy rəngli cins şalvarda üzündə qara rəngli tibb maska olan bir şəxs (kişi) avtobusdan düşür. Daha sonra isə həmin kişi yenidən bir necə saniyə sonra yenidən avtobusa geri dönür. Avtobusa qayıtdıqdan sonra saat 12:11-də avtobusdan düşdüyü yenidən görmək olur. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs video göründükdə əynində qara rəngli köynəkdə qabağı acıq tünd göy rəngli gödəkcədə, göy rəngli cins şalvarda üzündə qara rəngli maska olan şəxs özü olduğunu bildirmişdir. Ceyhun həmin vaxt Zərərçəkmiş şəxs4 arxası ilə gəldiyini və onun əynində olan qara rəngli gödəkcəsinin cibindən “Honor” markalı mobil telefonu oğurladığını demişdir. İçrəsində video çəkiliş olan 1 (bir) ədəd ağ rəngli üzərində Sumqayıt ŞPİ 9849 yazıları olan CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməldir. (cild-2, i.v.102-103) İşdəki məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “xxxx” LTD ***-***-**- ** GSM saylı nömrənin qiyməti 05(beş) manat məbləğində, 13.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus oğurlanan 1(bir) ədəd pul qabının qiyməti ifadəsində qeyd etdiyi 70 (yetmiş) manat məbləğində, 23.03.2019-cu il tarixli “xxxx” MMC-dən daxil olmuş qiymətlədirməyə əsasən 23.03.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 məxsus “Redmi S-2” maraklı mobil telefonun orta satış qiyməti 200 (iki yüz) manat məbləğində, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi oğurlanan cıhazın üzərində telefon qabının qiyməti 05 (beş) manat məbləğində və “xxxx” LTD-nə məxsus ***-***-**-** saylı nömrəsinin qiyməti 05 (beş) manat məbləğində olması hesablanaraq ittiham elan olunarkən həmin məbləğ nəzərə alınmışdır. İş materiallarında olan "Şübhəli şəxsin tutulma" protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tutulmuşdur.(i.v 28-29) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-230/2020 saylı, 17.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild-1, i.v.73-74) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 04.09.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.05.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.09.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25.05.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.11.2011-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17.11.2011-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 20.04.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 21.06.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 25.05.2010-cu il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 03 ay 05 gün hissəsi hazırki hökm ilə birləşdirilərək qəti 02 il 07 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 03.07.2013-cü ildə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. 28.02.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 27.05.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14.07.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 25.04.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.01.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 03 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, 15.04.2019-cu il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa o, Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, 27.03.2019-cu ildə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (cild-2, i.v 65-68) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-466/2020 saylı, 05 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01.08.2020-ci il tarixdən 03.08.2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 ( üç ) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 29, 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 5 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cu il tarixdən 28 dekabr 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 05 (beş) il, 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkməsinin əvvəli 05 noyabr 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 30 mart 2021-ci il tarixli hökmün icrası barədə göstərişinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmü 30 mart 2021-ci ildə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”dən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir, evlidir, 22.05.2015-ci il təvəllüdlü (X5) bir uşağı var. (cild-1, i.v.53-55) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-ində göstərilən prosessual normalara əməl edərək, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 177.3-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilk ifadəsindən sonra sual-cavab zamanı göstərdi ki, oğurluq cinayətlərini o etməmişdir. Bu səbəbdən də istintaqa verdiyi ifadələrinin sonunda özü yazdığı hissədə ifadəsinin doğru olduğu əvəzinə, doğru olmadığı barədə yazmışdır. Ancaq sual cavab davam etdikdə əvvəlki ifadəsini təsdiq etmiş, cəzasının yüngülləşdirilməsi üçün belə etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi bu halı araşdırmış, ona bəraət verilməsi üçün əsas ola biləcək, eyni zamanda ona təsir edilməsi ilə bağlı hallar müəyyən etməmişdir. Onun ittiham olunduğu əməlləri törətməsinə dair işdə kifayət qədər mötəbər sübut vardır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində zyaşlı uşağının olması və əlil olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını, əməlindən peşman olmasını Azərbaycan Republikası CM-nin 59.1.4 və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətin residvidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 177.3-1-ci maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən cəza bu hökmlə təyin olunan cəza ilə cinayətlərin məcmusu üzrə toplanılmalı, həmin hökmə əsasən çəkilən cəza (05 noyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək çəkilən cəza) qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci ildən 05 noyabr 2020-ci il tarixədək bu iş üzrə qətimkan tədbibri kimi həbsdə saxlanıldığı 21 gün ona təyin edilən cəzadan çıxılmalıdır (yuxarıda qeyd edildiyi kimi 05 noyabr 2020-ci il tarixdən 27 aprel 2021-ci il tarixədək olan müddət Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilən hissəsi kimi nəzərə alınmışdır). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilmişdir ki, ......CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs cəxasının əvvəli bu hökm çıxarıldığı gündən hesablanmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Şakiq qızına və Zərərçəkmiş şəxs4 dəymiş ziyan ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs əməli nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 922 manat, ödənilmiş dövlət rüsumu 30 manat, bank xərci olaraq 1 manat, ümumilikdə 953 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi nəticəsində ona 922 manat ziyan vurulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi nəticəsində Zərərçəkmiş şəxs2 922 manat ziyan vurulması təsdiq edilmişdir. Mülki iddia ilə bağlı 30 manat dövlət rüsumu ödənilmiş, 01 manat bank xərci tutulmuşdur. İş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Cinayət işi üzrə maddi sübut üç ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 177.3-1ci maddələri ilə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən cəza bu hökmlə təyin olunan cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-12/2021 saylı, 09 mart 2021-ci il tarixli hökmünə əsasən çəkdiyi 05 ay 22 gün azadlıqdan məhrumemə cəzası bu hökmlə təyin olunan qəti cəzaya hesablanaraq çıxılsın və onun üzərində 05 (beş) il 06 (altı) ay 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.10.2020-ci il tarixdən 05.11.2020-ci il tarixədək qətimkan tədbibri kimi həbsdə saxlanıldığı 21 gün ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 05 (beş) il 05 (beş) ay 17 (on yeddi) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Şakiq qızına və Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin. Dəymiş maddi ziyanın əvəzi olaraq 922 manat, ödənilmiş dövlət rüsumu olaraq 30 manat, bank xərci olaraq 1 manat, ümumilikdə 953 (doqquz yüz əlli üç) manat pul Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 verilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar