Məhkəmə qərarları › İş №1(060)-148/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-148/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-148/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orla təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,586 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 07 (yeddi) ayrı-ayrı bükümdə psixotrop maddə melamfelamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 14:42 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli tam orta məktəbin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gəlirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki ağ rəngli idman stilli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli bükümün içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 07 (yeddi) ədəd ayrı-ayrı kiçik ölçülü kağız bükümlərə bükülmüş 0,110 qram, 0.022 qram, 0,099 qram, 0,199 qram, 0,055 qram, 0,082 qram, 0,019 qram olmaqla şəxsi istehlak miqdarından arlıq miqdarda ümumi təmiz çəkisi 0,586 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ilə yaxındır əsasən «patı» və «kakos» kimi adlanan narkotik vasitədən çəkmə yolu ilə istifadə edir. İstifadə eldiyi narkotik vasitələri ayrı-ayrı tanımadığı şəxslərdən alır. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində «patı» kimi adlanan melamfelamin almaq üçün Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, orada tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün metamfetamin almışdır. Həmin şəxsdən ayrılandan sonra orada tində əyləşib aldığı ınelamfetamini öz şəxsi islifadəsini asanlaşdırmaq məqsədi ilə özü ilə gəlirdiyi 07 (yeddi) ədəd kiçik ölçülü kağız bükümlərə ayırmaqla, həmin bükümləri əynində olan ağ rəngli idman stilli şalvarın sağ yan cibinə qoyub yaşadığı evə getməyə başlamışdır. Üstündə pul qalmadığı üçün evə piyada gedərkən saat 14:40 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli tam orla məktəbin qarşısından keçərkən 02 (iki) nələr mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını və ona özünü təqdim elməyini dedikdə, özünü təqdim elmişdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət elmişlər və o, etiraz elməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparılaraq hüquq və vəzifələri barədə bildiriş təqdim olunduğunu, həmin bildirişlə tanış olduğunu, sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edildiyini və vəkilə etiraz elmədiyini bildirmişdir. Bundan sonra üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim elməyi təklif olunmuşdur. Əyninidə olan ağ rəngli idman stilli şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində 07 (yeddi) ayrıayrı kiçik kağız bükümlərdə olan psixotrop maddə melamfelamini çıxarıb təqdim etmişdir. Həmin melamfelamini haradan əldə eldiyi soruşulduqda, onlara həmin melamfelamini xx.xx.2022-ci il larixdə saal 13:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata aldığını bildirmişdir. Həmin narkotik vasitənin şəxsi istifadəsini asanlaşdırmaq üçün onları ayrı-ayrı bükümlərə bölmüşdür. Həmin narkotik vasitədən başqa üzərində hər hansı bir əşya və ya predmel aşkar edilməmişdir. Üzərindən aşkar olunan həmin melamfetamin ayrı-ayrılıqda və birlikdə tərəzidə çəkilərək qablaşdırılmışdır. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq elməmiş və heç bir hüququ pozulmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il larixdə Sumqayıt şəhəri, Çaystansiya yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz oluraq üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il larixdə. əməlliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş və bölmənin sahə rəisi, polis leylenalı Şahid2 ilə birlikdə xx.xx.2022 ci il larixdə saal 14:42 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 saylı məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlamaq və gəzdirməkdə şübhəli bilindiyi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PBnə gəlməlisən dedikdə, o etiraz elməmiş və birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla bölmənin ləhqiqaiatçısı polis mayoru Zamiq Quliyev Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş elməklə saxlanılmasının səbəbini bildirmişdir. X2 özünü təqdim elmiş, onlarda özlərini ləqdim elmşlər. X1 üzərinə şəxsi axtarışa başlamnazdan əvvəl təhqiqatçı Z.Quliyev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıl şəhər 1 saylı Vəkil Bürosunun vəkili Mehdi Cəllalzadə təqdim etmişdir. O, hüquq və vəzifələri ilə tanış olmuş və vəkilinə etiraz elməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş və oda əynində olan ag rəngli idman stilli şalvarının sag yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ümumi sayı 07 (yeddi) ədəd olan kağız bükümləri çıxarıb təqdim elmişdir. Həmin bükülü açılan zaman içərisində şəffaf rəngli kiçik kristal formalı psixotrop maddə metafetaminə bənzər maddə olması müəyyən edilmişdir. Ondan həmin kütlənin nə olduğunu təhqiqatçı soruşduqda o, həmin şəffaf rəngli kristal kütlələrin psixotrop maddə olan “Patı” olduğunu və Corat qəsəbəsində xx.xx.2022-ci ildə tanımadığı şəxsdən 10 (on) manata şəxsi isdifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin psixotrop maddə tərəzidə çəkilərək, zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları hər hansı təzyiq göstərməmiş və o, saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt şəhərində Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi, saxlaması və satması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 14:42 radələrində Sumqayıt şəhəri, 4- cü mikrorayon ərazisndə yerləşən 14 saylı məktəbin yaxınlığında müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 3cü PB-nə gəlirilmiş və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqalçı Zamiq Quliyevin sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Z.Quliyev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Mehdi Cəllalzadə təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz elmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olubolmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan ag rəngli idman stilli şalvarının sag yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edir. Həmin bükülü açıldıqda içərisindən 07 (yeddi) ədəd kiçik ölçülü kağız bükümlər olması müşahidə edilir. Həmin bükdülər bir-bir təhqiqatçı tərəfindən açılır, 07 (yeddi) ədəd kiçik bükümün hamısında şəffaf rəngli kiçik kristal formasında psixotrop maddə melafetaminə bənzər maddələr olması aşkar olunmuş, həmin psixotrop maddəni Təqsirləndirilən şəxs Corat qəsəbəsində tanımadığı şəxsdən özü qəbul elmək üçün 10 (on) manata aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4568 saylı rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin zərflər üçün N 127" dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən..." sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 07 bükümdə ayrı-ayrhqda təmiz çəkisi 0,110 qram, 0,022 qram, 0,099 qram, 0,199 qram, 0,055 qram, 0,082 qram, 0,019 qram, ümumi təmiz çəkisi 0,586 qram ağ rəngli kristallik maddə xarici görnüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,586 qram, tədqiqata sərf edildi - 0,07 qram, qalıq - 0,516 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2002-ci il tarixli, 6087 A saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 126-18241 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,586 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,516 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1301 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan A.Cibikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci lil tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,586 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,516 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2022-ci lil tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,516 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yuz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar