Məhkəmə qərarları › İş №1(060)-149/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-149/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-149/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə ayrı ayrılıqda təmiz çəkisi 0,156 qram, 0, 168 qram ümumi təmiz çəkisi 0, 324 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və iki ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş vəziyyətdə ayrı ayrılıqda təmiz çəkisi 0,028 qram, 0,055 qram ümumi təmiz çəkisi 0,083 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 28.08.2021-ci il tarixdə saat 16.25 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsində yerləşən “Oba” marketin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt şəhəri 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda 0, 324 qram narkotik vasitə heroin və 02 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş halda 0,083 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatla yaşayır. Bir neçə aydır ki, kakosdan, şüşədən istifadə edir. Sonuncu dəfə iki bükümdə narkotik vasitə olan kakosu və iki bükümdə olan psixotrop maddə olan metamfetamini özü istifadə etmək məqsədilə Corat qəsəbəsi ərazisində Ata adlı şəxsdən cəmi 18 manata almışdır. 28.08.2021-ci il tarixdə saat 16.25 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsində yerləşən Oba marketin yaxınlığında küçədə hərəkətdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Etiraz etməmiş. Bölmənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər, etiraz etməmişdir. Sonra ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri 1 saylı vəkil bürosundan dəvət etdikləri müdafiəçi X3 təqdim etmişlər. Etiraz etməmişdir. Bundan sonra bildirmişlər ki, üzərində qeyri qanuni nə varsa təqdim esin. Bundan sonra 2 bükümdə olan kakosu və iki bükümdə olan şüşəni əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bükümləri Corat qəsəbəsi ərazisində Ata adlı şəxsdən cəmi 18 manata almışdır. Sonra təqdim etdiyi bükümələrdə olan narkotiklər zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, həmin narkotikləri almaqda məqsədi özü istifadə etmək olmuşdur. Narkotik satmaq niyyəti olmamış, heç vaxt narkotik satmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində 28.08.2021-ci il tarixdə saat 16.25 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsində yerləşən “Oba” marketin yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən 04 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə var, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Corat qəsəbəsi ərazisində Ata adlı şəxsdən cəmi 18 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələr ayrı ayrılıqda üzərlərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X1 tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Orxan Aslanov tərəfindən aparılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsindən görünür ki, o Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Şahid2 Nəriman oğlu 27.01.2022-ci il tarixdə Məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Şahid2 Nəriman oğlunun ibtidai istintaqdakı ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, sonuncu Şahid3 və Şahid1la eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 29.08.2021-ci il tarixli 6/3763 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edlmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkisi 0,156 qram, 0,168 qram ümumi təmiz çəkisi 0,324 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla ahzırlanmış anrkotik vasitə heroindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,028 qram, 0,055 qram ümumi təmiz çəkisi 0,083 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamindir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14.09.2021-ci il tarixli 3436 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranmış aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs məcburi müalicə tətbiq edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə barədə 28.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan tünd göy rəngli cins şalvarın sağ iç cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal formada olan, spesifik iyə malik kütlələr və iki ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş, qəhvəyə rəngli, spesifik iyə malik kütlələr və iki ədəd qırızı rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli, spesifik iyə malik kütlələri çıxardaraq təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə bənzər kütlənin nə olduğu, haradan əldə etdiyi və hansı mqəsədlə əldə etdiyi soruşulduqda o, iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, ağ rəngli, kristal formada olan, spesifik iyə malik kütlələlərin narkotik vasitə olan “şüşə”, 2 (iki) ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli, spesifik iyə malik kütlələtin narkotik vasitə olan “kakos” olduğunu, Corat qəsəbəsi ərazisində Ata adlı şəxsdən dörd bükümün müqabilində cəmi 18 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi bükümlərdəki kütlələr ayrı ayrılıqda üzərlərində olan kağız ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 08.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3000 manat cərimə təyin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 29.01.2018-ci il tarixli qərarı ilə “AR CM-də dəyişikliklər edilməsi haqda” 20.10.2017-ci il tarixli qanununa əsasən 08.09.2015-ci il tarixli hökmdən AR CM-nin 177.2.4-cü maddəsi ilə olan hissə xaric edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27.03.2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 08.09.2015ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası qazancının dövlət nəfinə 20 (iyirimi) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 22.07.2020-ci il tarixli qərarı ilə cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 19.02.2021-ci il tarixdə cəzanın müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 7(060)- 144/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərarında görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 7(060)-129/2018 saylı, 27 mart 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində olan aylıq qazancından 20 (iyirimi) faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin təhqiqatçısı, polis mayoru Rəisə Rüstəmli tərəfindən 29.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 28.08.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.08.2021-ci il tarixində saat 16:25-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarında olan 30 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 04.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,324 qram çəkidə narkotik vasitə olan heroinin və 0,083 qram metanfitaminin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,244 qram heroin və 0,063 qram psixotrop maddə olan metanfitamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhəri İcra Hakimiyyəti “Mülk” KM tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun əməlindən səmimi peşman olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, Sumqayıt şəhər Məhkəməsinin 7(060)-144/2020 saylı, 22 iyul 2020-ci il tarixli qərarı ilə əvəz edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası başa çatsa da, məhkumluğu ödənilmədən yeni cinayət törətməsi onun şəxsiyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 gün ona təyin ediləcək cəzadan çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 01.02.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 0,324 qram çəkidə narkotik vasitə olan heroinin və 0,083 qram metanfitaminin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,244 qram heroin və 0,063 qram psixotrop maddə olan metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 30.11.2021-ci il tarixli (iş № 1(060)-790/2021) qərarını icra edərək, 03.12.2021-ci il tarixli 1581/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin edilmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01.02.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,244 qram olan narkotik vasitə heroin və 0,063 qram metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar