Məhkəmə qərarları › İş №1(060)-15/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-15/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-15/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1998-cı ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Yardımlı şəhərində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1994-cü ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı Rayon Məhkəməsinin 1(074)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında 10 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən “Brend” marketin qarşısında Zərərçəkmiş şəxs İmamverdi oğlunun telefon zənglərinə cavab vermədiyini bəhanə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq döş qəfəsinin ön səthinin sağ hissəsinin, boynun sağ yan səthinin orta 1/3-nin 05 (beş) ədəd, sağ almacıq nahiyyənin sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra sonuncuya məxsus “Mersedes-benz” markalı, **-ED-*** qeydiyyat nişanlı avtomobilə təpik və yumruqla vuraraq avtomobilə 910 (doqquz yüz on) manat məbləğində ziyan vurulmasına səbəb olan xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən orta dərəcəli alqokol sərxoşluğu vəziyyətində Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında 23 iyun 2021-ci il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində Zərərçəkmiş şəxs İmamverdi oğlunun 10 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində aralarında baş vermiş mübahisəyə görə polisə şikayət etməsini bəhanə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə edib tətbiq etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs İmamverdi oğlunu qəsdən vuraraq ona sağ dirsək oynağının hərəkətin çətinliyinə səbəb olan saidin yuxarı 1/3-ni tutan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, saidin sıyrığı, döş qəfəsinin sol arxa səthinin sıyrıqları, sol bazunun qançır və sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 alqokol sərxoşluğu vəziyyətində Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında 23 iyun 2021-ci il tarixdə saat 19:50 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs İmamverdi oğlunun arasında 10 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində baş vermiş mübahisəyə görə sonuncunun polisə şikayət etməsini bəhanə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə edib tətbiq etdiyi dəmir parçası ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağ dirsək oynağının hərəkətin çətinliyinə səbəb olan saidin yuxarı 1/3-ni tutan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, saidin sıyrığı, döş qəfəsinin sol arxa səthinin sıyrıqları, sol bazunun qançır və sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Xankişiyev X1 Tural Saday oğlu ilə birlikdə bir qrup şəxs halında 10 fevral 2021-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən “Brend” marketin qarşısında Zərərçəkmiş şəxs İmamverdi oğlunun Təqsirləndirilən şəxs1 telefon zənglərinə cavab vermədiyini bəhanə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq döş qəfəsinin ön səthinin sağ hissəsinin, boynun sağ yan səthinin orta 1/3-nin 5 ədəd, sağ almacıq nahiyyənin sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, daha sonra sonuncuya məxsus “Mersedes-benz” markalı, **-ED-*** qeydiyyat nişanlı avtomobilə təpik və yumruqla vuraraq avtomobilə 910 ( doqquz yüz on ) manat məbləğində ziyan vurulmasına səbəb olan xuliqanlıq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1996-cı il tarixdən Sumqayıt şəhəri, BTZ bağları ərazisində özünə ev alıb orada yaşayır, yaşadığı ətrafda qonuşlarla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 22:20 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisi “BREND” marketin yaxınlığında qonşusu Rəşad ilə söhbət edən zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs yaxınlıqdakı “BREND” marketdən çıxdığını görmüş, o, Eminə tərəf baxaraq “Emin bir dəqiqə bura zəhmət çək” sözünü dedikdə, Emin ona “Sən kimsən ki, mən sənin ayağına gəlim ” sözünü bildirdikdə ona yaxınlaşıb “Mən sənə pis söz demədimki sadəcə yanıma çağırdım, sən niyə belə edirsən?" sözünü demişdir. Həmin vaxt Emin əynindəki gödəkçəni çıxarıb özünə məxsus “Mercedes-Benz” markalı avtomobilin qapısını açıb içərisinə tullamış və onun üzərinə gəlməyə başlamış, Emin ona yaxınlaşdıqdan sonra sol əli ilə onun yaxasından tutub sağ əli ilə gözünün altından yumruqla vurmuş, o da onun yaxasından tutduğu əli ilə çənəsi tərəfə yaxası əlində yumruqla 01 (bir) dəfə vurmuş və ona sonradan əlavə yumruq atsa da, ona dəyməmiş və kənardan onlara baxan şəxslərdən Rəşad və Ramin onları tez aralamış, bu zaman tanıdığı Dadaş uzaqdan onların mübahisələrini görüb ora yaxınlaşmış və onun mübahisə etdiyini görüb Eminin üzərinə yeriyib Eminə 1-2 dəfə təpiklə zərbələr atmış, lakin Eminə təpik zərbələri dəyməmişdir. Dadaş da ona görə Eminə təpik zərbələri vurmaq istəmişdir. Bundan sonra kənarda duran məhəllədə yaşayan adlarını bilmədiyi şəxslər onları aralamışlar və Emin öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Nə o, nə də Dadaş Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı avtomobilini mübahisə zamanı vurmamışlar və ona ziyan verməmişlər. Emin onu vurduqdan sonra yaxasından tutduğu əli ilə 1-2 dəfə çənəsinə zərbə endirmiş, Dadaş isə sonradan oraya gəlmiş və onun Eminlə mübahisə etdiyini görüb ona görə Eminə təpik zərbələri vurmaq istəmiş, lakin həmin zərbələr ona dəyməmişdir. Hadisə yaxınlıqda qonşular Dadaş, Emin, Seymur, Rəşad, Ramin və kənardan baxan adlarını bilmədiyi qonşular olmuşlar. Bundan başqa xx.xx.2021ci il tarixdə saat təxminən 15:00 radələrinda BTZ bağlar ərazisində işlətdiyi kafedə yemek yeyən zaman tanışı Siracla birlikdə 500 qram spirtli içki araq içmiş, həmin gün 19:40 radələrində kafenin qarşısında Siracla birlikdə dayanan zaman 04 (dörd) ay bundan öncə aralarında dava dalaş olan Emin adlı şəxs maşını ilə onların yanından keçən zaman onun ünvanına nəlayiq ifadələr işlətmişdir. O, Emini səsləyib saxlamasını demiş, Emin isə maşınını saxlamayıb evi istiqamətində getmiş, Siracla birlikdə özünə məxsus “Moskviç” markalı, **-EG-*** dövlət qeydiyyat nişanli avtomobilinə əyləşib Eminin arxasınca sürmüş, Eminin yaşadığı evin yaxınlığında avtomobili saxladığını görüb o da avtomobili saxlayıb Siracla birlikdə düşüb Eminə yaxınlaşmışlar. Eminə onu niyə söydüyünü deyəndə aralarında mübahisə düşmüş və mübahisə zamanı o, Eminlə dalaşmağa başlamış, Sirac isə onları ayırmağa çalışmış, Emin onları eləcə də, o Emini vurmuşdur. Emin daha sonra gedib avtomobilindən mismar çıxardan dəmir aləti götürüb onların üstünə gəlib Siracın başından və belindən vurmuş, o bundan sonra avtomoblində sürücü tərəfdə olan uzun formal tutacağı yumru uc hissəsi yasdı olan dəmir parçasını götürüb Emini vurmaq istəyən zaman səs küyə gələn qonşular onları ayırmışlar. Bundan sonra o özünə məxsus avtomobilə əyləşib oradan cixib getmiş va gedərkən idarə etməni itirdiyindən avtomobili “Brend” marketin qarşısında Amil adlı şəxsə məxsus yolun kanarında saxladığı “Ford tranzit” markalı avtomobilə vurmuş, qəzadan sonra o və Sirac avtombildən düşüb avtomobili orada saxlayıb özləri piyada işlətdiyi kafeyə getmişlər. O kafedə olduğu zaman spirtli içkinin təsiri altında heç bir əsas olmadan kafedən mətbəx bıçağı götürüb “Brend” marketin yaxınlığına getmiş və orada “Brend” marketi işlədən Seymur adlı şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Seymur ilə onlar tutaşsalar da Seymur onu eləcə də, o Seymuru vurmamışdır. Mübahisənin səbəbi Eminin ünvanına söyüş söyməsi olmuşdur. Emin yalan danışır, o onu nə əli ilə, nə də ki, əlində hər hansı bir əşya ilə vurmamış, əksinə Emin onları vurmuş, Siracın da Emini vurmasını görməmiş, mübahisə zamanı spirtli içkinin təsiri altında olduğundan həmin zaman orada kimlərin olduğunu xatırlamamış, heç kimə narahatlıq yaradılmamış, onları isə Seymur, Rəşad və Ramil ayırmağa çalışmışlar. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəyən maddi ziyanı ödənilmşdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir valideynləri ilə birlikdə Sumqayıt şəhəri, BTZ bağları ərazisində fərdi evdə yaşayır. Heç bir yerdə işləmir və heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs1 da orada yaşadığı müddətdə tanımışdır. Onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 23 iyun 2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Turalın Sumqayıt şəhəri, BTZ bağları ərazisində işlətdiyi kafedə oturub Turalla yemək yeyən zaman spirtli içki qəbul etmişdir. Axşam saat 19:40 radələrində kafenin qarşısında Turalla birlikdə dayanan zaman qonşuluqda yaşayan və Turalın bir neçə ay bundan qabaq mübahisə etdiyi Eminin avtomobili ilə yanlarından keçən zaman Turalın ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Həmin söyüşləri Tural da eşitmişdir. Tural Emini səsləyib avtomobili saxlamasını desə də, Emin buna məhəl qoymamış və sürüb gemişdir. Turala məxsus avtomobilə əyləşib Emin arxasınca getmiş və Eminin avtomobilini yaşadığı evin yaxınlığında saxladığını görüb Tural da avtomobili saxlamış və hər ikisi ona yaxınlaşmışlar. Həmin vaxt Eminin əlində mismar çıxardan alət olmuşdur. Tural Emindən niyə söyüş söydüyünü soruşanda onlar arasında mübahisə düşmüş və mübahisə zamanı Emin Tural və ona əlindəki mismarçıxardan alətlə zərbə vurmuşdur. Onları aralamaq istəyən zaman Emin yenidən başından və belindən həmin alətlə zərbə vurmuşdur. Buna görə də, Tural avtomobilindən uzun formalı dəmir parçası götürüb Eminin vurmaq istəyəndə səs-küyə gələn qonşular onları ayırmış və bundan sonra onlar avtomobilə əyləşib çıxıb gemişlər. Avtomobillə gedərkən Tural idarə etməni itirdiyindən avtomobili yaxınlıqdakı “Brend” marketin qarşısında olan Amil adlı şəxsin avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində özü avtomobilin şit hissəsinə dəysə də, ciddi xəsarət almadığından xəstəxanaya müraciət etməmiş və bununla bağlı heç bir şikayət və tələbi yoxdur. Bundan sonra avtomobildən düşüb evinə getmişdir. Sonra isə Eminin hadisə ilə bağlı ondan və Turaldan şikayət etdiyini öyrənmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəyən maddi ziyanı ödənilmşdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 15 ildir Sumqayıt şəhəri, BTZ bağları ərazisində fərdi evdə yaşamış, Təqsirləndirilən şəxs1 da orada yaşadığı müddətdə tanımış, onunla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Sonradan Sumqayıt şəhəri, BTZ bağları ərazisindən köçmüş və təxminən 5 ildir Abşeron rayonu, Müşfıqabad qəsəbəsi ərazisində yaşayır. O, köçəndən sonra Sumqayıt şəhəri, BTZ bağları ərazisinə Emin adlı şəxs köçmüş, həmin şəxsi görməmiş və tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 22:20 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisi “Brend” marketin yaxınlığında olan zaman Turalın həmin Eminlə mübahisə etdiyini, Eminin Turalın başına ardıcıl zərbələr endirdiyini görüb, onları aralamaq məqsədilə onlara yaxınlaşmış, ətrafda olan tanımadığı şəxlərin köməyi ilə Turalı aralayanda Emin onun ünvanına da söyüş söydüyündən ona öz iradını bildirmiş, lakin Emin onun iradına məhəl qoymadığından o, ona təpik vurmaq istəmiş, təpik zərbəsi Eminə dəyməmişdir. Bundan sonra ətrafda olan şəxslər onları aralamışlar. O, Turalı götürüb evinə aparmışdır. Belə ki, Turalın sol qaş nahiyəsindən qan gəlirdi. Daha sonra isə öz yaşadığı evə getmişdir. Sonradan isə eşitmişdir ki, Emin ondan və Turaldan polisə şikayət edib demişdir ki, guya ikisi Emini döymüşlər, əslində isə o Emini döyməmiş, o mübahisəni görəndə Emin Turalı arıdıcıl zərbələrlə vurmuşdur. Ola bilər ki, o mübahisəni görənə qədər Tural da Emini vurub, lakin o bunu görməmiş, hadisə barədə başqa məlumatı olmamışdır. Onu ora Tural çağırmamış, o təsadüfən oraya gəlmiş və Eminlə Turalın mübahisə etdiyini görmüşdür. Turalın qeyd etdiyi kimi Emini vurmasını görməmiş, əksinə Emin Turalın baş nahiyəsinə zərbələr endirmişdir. Eminə təpik atsa da, həmin təpik zərbəsi ona dəyməmişdir. Mübahisə zamanı Eminə məxsus avtomobilə zərbə vurmamış, ümumiyyətlə Eminin avtomobili olubolmadığını bilməmiş, Turalın da mübahisə zamanı hər hansı avtomobilə zərbə vurmasını görməmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, ona dəyən maddi ziyanı ödənilmşdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İmamverdi oğlu ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən Sumqayıt şəhəri, BTZ bağları ərazisində özünə ev alıb orada yaşayır. xx.xx.2021-ci il tarixdə axşam saat 22:20 radələrində özünə məxsus “Mercedes Benz” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili ilə işdən evinə qayıdarkən Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən “BREND” marketin qarşısında qonşuluqda yaşayan Tural adlı şəxs ona yaxınlaşaraq niyə onun telefon zənglərinə cavab vermədiyini demiş, o da ona cavabında tibbi müəssisəsində olduğu üçün cavab verə bilmədiyini bildirdikdə o, onun yaxasından sağ əli ilə tutmuş və bu zaman Seymur adlı şəxs onlara yaxınlaşıb ayırmağa çalışan zaman Tural onun çənə nahiyyəsinə sağ əli ilə yumruqla zərbələr endirmiş, onu itələyərək özündən uzaqlaşdırmağa çalışmış, Tural telefonunu götürüb kiməsə zəng vurmuş, o da DİN-nin 102 xidmətinə döyülməsi ilə bağlı zəng vurmuşdur. Bu zaman 2-cinin adını Dadaş bildiyi şəxs ona yaxınlaşmış, Tural ona “vur onu” sözünü dedikdə, Dadaş onun üzərinə hücum edərək baş və bədən nahiyyəsinə yumruqla zərbələr endirmiş, Tural da onun üzərinə hücum çəkdikdə o, avtomobilinə əyləşib ordan uzaqlaşmaq istəyən zaman Tural adlı şəxs qapını tutub ona getməyə imkan verməməmiş, ona və hər ikisi onun avtomobilinə zərbələr vurmağa başlamışlar, o da özünü müdafiə üçün onların zərbələrini geri qaytarmışdır. O avtomobili ilə oradan uzaqlaşıb Qardaşlar adlanan küçənin yaxınlığında saxlamış və qardaşı Şahid1 zəng vurub yanına çağırmış, qardaşı Fərrux özünə məxsus “Opel Vectra” markalı, ** US *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun yanına gəlmiş və onlar polisi gözləyən zaman Tural və digər tanımadığı 02 (nəfər) nəfər şəxs yanından “Moskviç” markalı göy rəngli avtomobil ilə keçərək yaşadığı ev istiqamətində getmişlər. O Tural və digərlərinin onlara getdiklərini düşünüb qardaşı öz avtomobili ilə, o isə öz avtomobili ilə onların arxasınca getmişlər. Biraz getdikdən sonra onlar geri qayıtmışlar və qayıdan zaman yolda onun avtomobilini görüb onu və qardaşını təqib etməyə başlamışlar. O, qarşıda, qardaşı Fərrux isə arxasınca gələn zaman ona zəng vuraraq bildirmişdir ki, onların əlində bıçaq var tez darvazanı bağlasın arxasınca gəlirlər. Bundan sonra o evə girib darvazanı bağlamış, sonra qardaşı evə gəlmişdir. xx.xx.2021-ci il tarixdə gecə saat 01:30 radələrində Tural öz avtomobili ilə onun darvazasının ağzına gəlmiş, siqnal verərək onu narahat etmişdir. Mübahisəyə səbəb onun Turalın telefon zənglərinə cavab verməməsi olmuşdur. Onun çənə nahiyyəsinə, baş nahiyyəsinə Tural adlı şəxs yumruqla vurmuş və Dadaş adlı şəxs başına, sifətinə, sinəsinə, böyürlərinə yumruq zərbələri endirmişdir. Tural və Dadaş onu döyərkən mübahisə zamanı yanında “BREND” marketin sahibi Amil, qaynı Seymur, Babayev Rəşad, Miri adlı tikinti materialları marketi işlədən şəxs, Kifayət adlı xanım, Tural, Dadaş və başqa bir nəfər tanımadığı şəxs olmuşdur. Tural və Dadaş hər ikisi ona qarşı nalayiq ifadələr işlətmişlər, özü mübahisə zamanı Tural və Dadaşı nə döymüş, nə də ki, söymüşdür. Tural bölməyə izahat verib onu döydüyünü bildirsə də, dedikləri yalandır, mübahisə zamanı o heç kimi vurmamış, onun xəsarətləri də hansı şəraitdə almasını bilməmişdir. Avtomobilini Tural və Dadaş adlı şəxslərin təpikləməsi və ziyan vurması nəticəsində avtomobilinin arxa qapısı, qabaq qapısı, qabaq şiti əzilməklə ona ümumilikdə 1000 (bir min) manat ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə BTZ bağları ərazisinda Tural adlı şəxsin onun döyməsi ilə bağlı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş, Turalın əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olması göstərilmişdir. Onun şikayətinə baxmayaraq Tural hər dəfə onu gördükdə ünvanına nalayiq ifadələr işlədib onu hədələmiş, o isə ona fikir verməyib baş qoşmamış, o polisə etdiyi müraciətinin nəticəsindən razı qalmadığından, eləcə də Turalın özbaşnalığından əsəbləşərək prokurorluğa şikayət ərizəsi ilə müraciət etmiş, müraciətindən sonra prokurorluq təhqiqatçı tərəfindan qəbul edilmiş qərarı ləğv edərək cinayət işi başlayıb toplanmış materialı istintaqı aparılması üçün Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 19:40 radələrində avtomobili ilə evinə gedən zaman Tural idarə etdiyi “Moskvic” markalı avtomobili ilə arxasınca gəlib signal verib işiqlarıb yandırıb söndürməklə avtomobilini saxlamasını işarə etmiş, o evinin yaxınlığında avtomobili saxlayıb düşdükdə Tural ona yaxınlaşıb üzünü onun üzünə dirəyib “mən sənlə indi neynəyim, niyə şikayətini geri götürmürsən” sözünü demiş, o Turalın hərəkətlərindən və nəfəsindən spirt qoxusu gəldiyinə görə sərxoş olduğunu bilib ona fikir verməyib çıxıb getməsini demişdir. Tural isə getməyib şikayətini geri çəkməsini “səni biz indi öldürək” sözünü demiş, o ona işin məhkəməyə gedəcəyini, məhkəmədə söhbət edəcəyini demiş, bundan sonra Tural və yanında olan adını bilmədiyi şəxs onun üstünə gəlib əl zərbələri ilə başından, üzündən və kürəyindən vurmağa başlamış, o yalnız onları özündən kənara itələyərək özünü müdafiə etməyə çalışmış, bundan sonra Tural avtomobilinin sürücü tərəfdən qapısını açıb xəncər formalı dəmir götürüb onun başından, qollarından, bədənindən vurmağa başlamış, eləcə də Turalın yanında olan şəxs Turalın avtomobilindən mismarçıxardan alət götürüb bədəninin müxtəlif nahiyyələrindən vurmağa başlamış, özü isə zərbələrdən yayınıb həmin əşyaları onların əlindən almağa çalışmışdır. Onlar mübahisə edəndə məsafələri yaxın olduğundan onlar əllərindəki əşya ilə bir o qədərdə güclü zərbələr endirə bilməmişlər. Səs küyə qonşular çıxıb onları araladıqda qonşusu Raqif Turalın əlindəki dəmir parçasını almışdır. Bundan sonra Tural avtomobilinə əyləşib orada olan qonşuların üzərinə sürmüş, sonra isə onun üstünə sürdükdə o kənara çəkilmiş, Tural avtomobili ilə oradan uzaqlaşıb getdikdən sonra Turalın avtomobilini divara, daha sonra isə BTZ bağları ərazisində yerləşən “BREND” marketin qarşısında Amil adlı şəxsin avtomobilinə vurduğunu və yanında oturan şəxsin toqquşma nəticəsində xəsarət aldığını eşitmiş, onun Turalla araların olan mübahisəyə səbəb aralarındakı birinci mübahisəyə görə polisə şikayət etməsi olmuşdur. Mübahisə xx.xx.2021-ci il tarixdə saat təxminən 19:40 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində, yaşadığı evin yaxınlığında olmuşdur. Onlar hər ikisi bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər, konkret olaraq dizinə xəsarəti Sirac yetirmişdir. Tural və Sirac onu döyərkən yanında heç kim olmamış, sonradan səsə qonşular gəlib onları ayırmışlar. Tural və Sirac hər ikisi ona qarşı nalayiq ifadələr işlətmişlər. O mübahisə zamanı Tural və Siracı nə döymüş, nə də ki, söymüş, sadəcə özünü müdafiə edib onlara təpik atmışdır ki, ona yaxın gəlməsinlər, lakin təpik zərbələri onlara dəyməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təkzib edərək, hadisə vaxtı onun əlində alətin olmadığın, sadəcə əl və ayağı ilə onları özündən kənarlaşdırmağa çalışdığını, lakin onlara xəsarət yetirmədiyini, onların ona əllərində olan alətlə xəsarət yetirdiyini bildirmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, onların barəsində cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Zərərçəkmiş şəxs İmamverdi oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurduqları maddi ziyanın ödənilmişdir, onlarla barışmışdır, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur və onların barəsində cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 İmamverdi oğlu ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən Sumqayıt şəhəri, BTZ bağları ərazisində özünə ev alıb orada yaşayır. xx.xx.2021-ci il tarixdə axşam saat 22:28 radələrində qardaşı Emin ona zəng vuraraq tez Sumqayıt şəhəri, BTZ bağları ərazisi “Qardaşlar” dayanacağına gəlməsini bildirdiyi üçün o tez özünə məxsus “Opel Vectra” markalı, ** US *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşib qeyd edilən yerə qardaşının yanına getmiş, qardaşı Eminlə söhbət zamanı o, ona “BREND” marketin yanında dalaşdığını və onu orada 02 (iki) nəfər şəxsin döydüyünü, avtomobilini əzdiklərini bildirmişdir. Onlar avtomobillərdən çöldə durarkən yaxınlığından göy rəngli “Moskviç” markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil keçmiş və içərisində Eminin bildirdiyi şəxslərin olduğunu və onu axtardıqlarını söyləmişdir. Onlar dərhal həmin “Moskviç” markalı avtomobilin Eminin evi tərəfə getdiyini düşüb onun arxasınca o, öz avtomobilini sürüb getmiş, o həmin “Moskviç” markalı avtomobillə qarşılaşmış və “Moskviç” markalı avtomobil dayanmış və içərisindən 03 (üç) nəfər şəxs düşmüş, onlardan 02-si ona yaxınlaşıb onlardan biri ona Eminin nəyi olduğunu soruşmuş, digər ortada duran şəxsin əlində paslı xəncərə bənzər alət olmuş, o ona cavabında Eminin qardaşı olduğunu bildirmiş, həmin ona yaxınlaşan şəxs arxaya çönüb “lazım deyil bunluq deyil” sözünü deyib oradan çıxıb getmişlər. O dərhal öz qardaşı Eminə zəng vurub, ona “bunlar səni axtarır tez evə get və darvazanın qapılarını arxadan bağla» sözünü demişdir. Bundan sonra o Eminin evinə gedərək bütün gecəni onun yanında qalmış, sonra gecə saat 01:30 radələrində bayırdan avtomobil siqnalı gəlmiş və o həmin siqnalın “Moskviç” markalı avtomobilə aid olduğunu başa düşüb Eminə görə siqnal verdiklərini bilmişdir. O mübahisənin şahidi olmamış, mübahisədən sonra qardaşı dediyi “Qardaşlar” dayanacağına getmiş, Emin ona onu Tural və Dadaş adlı şəxslərin onu döydüyünü və avtomobilini əzdiyini bildirmiş, Emin onlara qarşı fiziki güc tətbiq etməmiş və onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Onlar qardaşı Eminlə çölə çıxmadıqları üçün siqnalın kim tərəfindən verildiyini görməmişlər, lakin həmin uca səsli qadağan olunmuş siqnalın “Moskviç” markalı avtomobilə aid olduğunu bilmişlər. 23 iyun 2021-ci il tarixdə işdən çıxıb yaşadığı evə gedən zaman yaşadığı evə çatmasına az qalmış, yaşadığı evin yaxınlığında küçədə xeyli sayda adamın toplaşdığını görüb, nə baş verdiyini öyrənmək məqsədilə adamların toplaşdığı yerə tərəf getmiş və çatanda görmüşdür ki, Eminin bir neçə ay bundan qabaq mübahisə etdiyi Təqsirləndirilən şəxs1 əlində uzun bıçaqla dayanıb küçədə Eminin ünvanına ucadan nalayiq söyüşlər söymüş, Turaldan bir qədər aralıda Sirac adlı qonşularının da əlində dəmir parçası ilə Eminə tərəf istiqamətlənib onu vurmaq istəməsinin şahidi olmuşdur. O bu vəziyyəti görüb Emini müdafiə etmək üçün ona tərəf getmişdir. Həmin vaxt ətrafda olan qonşular Turalı və Siracı avtomobilə əyləşdirib evlərinə getməsini demişlər, lakin Tural avtomobilə əyləşdikdən sonra avtomobili düz Emin üzərinə sürmüş, Emin bir təhər yayınıb qaçmış, bundan sonra Tural avtomobili arxaya verib getmək istəyəndə az qalsın ki, arxadakı adamları vuracaqdı. Qonşular da Turala küçədə həm söyüş söydüyünə görə, həm də avtomobili insanların üzərinə sürdüyünə görə öz iradlarını bildirmişlər. Bundan sonra Tural avtomobili sürüb oradan uzaqlaşmış, eşitdiyinə görə Tural avtomobili ilə oradan uzaqlaşıb getdikdən sonra avtomobili əvvəlcə divara, daha sonra isə Amil adlı şəxsin avtomobilinə vurduğunu və Turalın yanında oturan şəxsin xəsarət aldığını eşitmişdir. Bildyinə görə mübahisə zamanı Emin Turala və yanındakı şəxsə xəsarət yetirməmiş və Eminin əlində heç bir alət olmamışdır. Emin tanışı Raqiflə birlikdə Turaldan aldığı uzun bıçağı Sumqayıt ŞPİ-nin 5-ci PB-nə təqdim etmişlər. Bildiyinə görə mübahisə Eminlə Tural arasında olan birinci mübahisə ilə əlaqədar olmuş, yəni Emin Turaldan şikayət etdiyinə görə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı orada qonşulardan Amil, Raqif, Fəxrəddin, Himayə, Elməddin və tanımadığı daha bir neçə qonşu olmuş, mübahisə təxminən mən o, orada olanda 10-15 dəqiqə davam etmişdir. O mübahisə yerinə gələndə, Tural və Sirac artıq Eminə xəsarət yetirmişdilər, lakin o bunu görməmiş, orada olanda Sirac yenidən əlində olan dəmir parçası ilə Eminə xəsarət yetirmək istəmiş, lakin qonşular buna imkan verməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 izahatlarında göstərdikləri barədə bildirmişdir ki, o Eminin Tural və Siraca xəsarət yetirməsini görməmiş, mübahisə yerinə sonradan gəlmiş, bildiyinə görə də Emin Tural və Siraca xəsarət yetirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, BTZ bağları ərazisində yaşayır, Zərərçəkmiş şəxs onun qonşusudur, aralarında qohumluq əlaqəsi yoxdur və münasibətləri normal olmuşdur. 23 iyun 2021-ci il tarixdə saat təxminən 19:55 radələrində evdə olduğu zaman küçədə səs-küy eşitdiyindən çölə çıxdıqda Sumqayıt şəhəri, BTZ bağları ərazisində yaşayan Tural və Sirac adlı şəxslərin əllərində dəmir parçaları ilə Eminə zərbələr endirdiyini görmüş, o və səs-küyə gələn digər qonşuların onlara yaxınlaşıb Tural və Siracı oradan uzaqlaşdırmağa çalışmışlar, lakin Tural heç kimə əhəmiyyət verməyərək söyüş söyməkdə, eyni zamanda əlindəki dəmir parçası ilə yenidən Emini vurmağa çalışırdı. X8 əlindəki dəmiri alıb götürmüşdür. Daha sonra Tural və Siraca çıxıb getmələrini demişlər, Tural avtomobilinə əyləşib oradan avtomobili əvvəlcə qonşuların, sonra isə Eminin üzərinə sürdükdə Emin kənara çəkilmişdir. Sonradan Turalın avtomobili ilə çıxıb getdikdən sonra avtomobili əvvəlcə divara, daha sonra isə Amil adlı şəxsin avtomobilinə vurduğunu nəticədə Siracın xəsarət aldığını eşitmişdir. Mübahisə zamanı Eminin Turala və Siraca xəsarət yetirməsini görməmiş, eyni zamanda mübahisə zamanda Eminin əlində hər hansı alət olmamışdır. Bildiyinə görə Eminlə Tural arasında olan mübahisəyə səbəb aralarındakı birinci mübahisəyə görə polisə şikayət etməsi olmuşdur. Mübahisə xx.xx.2021-ci il tarixdə saat təxminən 19:40 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində olmuş, həmin vaxt orada Fərrux, Elməddin və Raqif və adlarını bilmədiyi digər qonşular olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, mübahisə zamanı Eminin Turala və Siraca xəsarət yetirməsini görməmiş, eyni zamanda mübahisə zamanda Eminin əlində hər hansı alət olmamış, əksinə onlar Eminə əllərində olan dəmir parçaları ilə xəsarət yetirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2003-cı il tarixdən Sumqayıt şəhəri, BTZ bağları ərazisində valideynləri ilə birlikdə yaşayır. Yaşadığı ətrafda qonuşlarla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs İmamverdi oğlunu Sumqayıt şəhəri, BTZ bağları ərazisində yaşadığı vaxtlardan tanıyır. Tural onunla qonşuluqda, Emin isə yaşadığı yerdən bir qədər aralıda yaşayır. Hər ikisi münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 fevral 2021-ci il tarixdə axşam saat 22:20 radələrində yaşadığı evin yaxınlığında yerləşən “BREND” marketə girmək istəyən zaman Eminlə Turalın mübahisə etdiyini görmüş, mübahisə zamanı Emin əynində olan gödəkçəsini çıxarıb özünə məxsus avtomobilə atmış və Turalın üzərinə gedib yumruqla sifət nahiyəsinə zərbə vurmuş, Emin zərbə vurandan sonra dərhal o və Rəşad araya girib onları ayırmışlar. Daha sonra Turalı oradan uzaqlaşdırmış və evinə yola salmışdır. Bundan sonra o “BREND” marketə daxil olub siqaret alıb evinə getmişdir. Sonradan isə Eminin hadisə ilə bağlı polisə şikayət etdiyini öyrənmişdir. Onların niyə mübahisə etdiyini həmin vaxt bilməmiş, sonradan bildiyinə görə isə Tural Emini yanına çağırıb onunla söhbət etmək istəmiş, həmin vaxt Emin Turala kobud cavab verib onu alçaltmışdır. Buna görə də, onlar arasında mübahisə düşmüşdür. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, nə Turalın, nə də ki, Ağaddaşın Emini vurmasını görməmiş, çünki Ağaddaş oraya gələndə artıq mübahisə başa çatmış və Turalı Ağaddaşla birlikdə evinə yola salmışlar, Tural və Ağaddaşın Eminə məxsus avtomobilə zədə yetirmələrini görməmiş, hadisə yaxınlıqda kimlərin olmasına fikir verməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-cı il tarixli, 179 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön səthinin sağ hissəsinin, boyunun sağ yan səthinin orta 1/3-nin 05 (beş) ədəd, sağ almacıq nahiyyəsinin, sağ bazunun aşağı 1/3-nin ön qançırlarından ibarət xəsarətlər aşkar edilmşdir.Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-cı il tarixli, 763 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ dirsək oynağının hərəkətin çətinliyinə səbəb olan saidin yuxarı 1/3-ni tutan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, saidin sıyrığı, döş qəfəsinin sol arxa səthinin sıyrıqları, sol bazunun qançır və sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmşdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 01 (bir) gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 22 iyul 2021-ci il tarixli, 3/1183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəxbıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirəcək hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 14 mart 2023-cü il tarixli, 4/197 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş cinayət işinin 2-ci cildinin 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi protokolunda, cinayət işinin 2ci cildinin 117-ci vərəqində olan təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolunda “Təqsirləndirilən şəxs” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2021-ci il tarixli A/529 saylı tibbi müayinə protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində müayinə zamanı Təqsirləndirilən şəxs1 orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs İmamverdi oğlundan isə 01 (bir) ədəd dəmir metaldan olan əşya götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Şamaxı Rayon Məhkəməsinin 1(074)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şamaxı Rayon Məhkəməsinin 1(074)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata götürülmüş və ona təyin olunmuş cəzanın 01 (bir) il 21 (iyirmi bir) gününü çəkmiş, 09 (doqquz) ay 11 (on bir) günü isə çəkilməmişdir. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə residivin müəyyən edilməsi zamanı nəzərə alınmır, lakin o, məhkumluğu olan şəxsdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış Massivinin 9-cu məhəllə üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlı Məhəllə Komitəsinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3). İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 186, 187 və 228.4-cü maddələrinin tərkibi olmadığından, həmin maddələrlə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 Şahid8la mübahisə edərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs İmamverdi oğlundan isə 01 (bir) ədəd paslı dəmir parçası maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər və onların əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə istintaqında özlərini qismən təqsirli bilmələri, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə 221.2.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti təyin edilərək islah olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti təyin edilərək islah olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Şamaxı Rayon Məhkəməsinin 1(074)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata götürüldüyü vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 Şahid8la mübahisə edərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs İmamverdi oğlundan isə 01 (bir) ədəd paslı dəmir parçası məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 64.00 (altmış dörd) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs3 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şamaxı Rayon Məhkəməsinin 1(074)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 Şahid8la mübahisə edərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs İmamverdi oğlundan isə 01 (bir) ədəd paslı dəmir parçası məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 64.00 (altmış dörd) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar