Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-15/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamamorta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xocasən qəsəbəsində kirayədə yaşamış, barəsində “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xalası oğlu X5 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində X3 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Rayhan Parfum” ətir dükanının plastik qapısını sıxıb açmaqla içəri qanunsuz daxil olaraq, Təqsirləndirilən şəxs dolabın içərisində olan 130 manat nağd pulu, R.Abdullayev isə vitrinlərdəki BƏƏ istehsalı olan bir ml qramının qiyməti 3 manat olmaqla 90 manat dəyərində 30 ml qram “Meqamor ota Paris” markalı, bir ml qramının qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 ml qram “Sospiro Akcento” markalı, bir ml qramının qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 ml qram “Creed Aventus” markalı və bir ml qramının qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 ml qram “Ajimal” markalı parfum ətirlərini götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş şəxs Təranə Heydərovaya ümumilikdə 280 manat (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xalası oğlu X4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Mini Markef’in plastik qapısının aşağı hissəsində olan pəncərəni sındıraraq içəri qanunsuz daxil olub, ilk olaraq Təqsirləndirilən şəxs 67 manat məbləğində nağd pulu götürərək dükanın çölünə çıxıb hər hansı bir adam gələrsə Maksuma xəbər verməsi üçün pusquda dayanmış, M.Abdullayev isə dolabın içərisində olan 36 manat dəyərində 01 blok “Kent 4” nazik markalı, 36 manat dəyərində 01 blok “Kent cristal” markalı, 36 manat dəyərində 01 blok sarı rəngli “Davidoff’ nazik markalı, 28 manat dəyərində 01 blok boz rəngli “Davidoff’ kompak markalı, bir bloku 38 manat olmaqla 76 manat dəyərində 02 blok “Sobranie” kompak ballı markalı, bir bloku 34 manat olmaqla 68 manat dəyərində 02 blok boz rəngli “Winston” kompaq markalı, bir bloku 36 manat olmaqla 72 manat dəyərində 02 blok “Kent” mentol markalı, bir bloku 36 manat olmaqla 72 manat dəyərində 02 blok “Kent” qalın markalı, bir bloku 39 manat olmaqla 78 manat dəyərində 02 blok qara rəngli “Sobranie” qalın markalı, bir bloku 39 manat olmaqla 195 manat dəyərində 05 blok göy rəngli “Sobranie” nazik markalı, bir bloku 39 manat olmaqla ümumilikdə 117 manat dəyərində 03 blok ağ rəngli “Sobranie” nazik markalı, bir bloku 39 manat olmaqla 114 manat dəyərində 03 blok ağ rəngli “Sobranie” qalın markalı, bir bloku 34 manat olmaqla 02 blok 68 manat dəyərində göy rəngli “Winston” kompak markalı, bir bloku 34 manat olmaqla 68 manat dəyərində 02 blok boz rəngli “Winston” nazik markalı və hər biri 39 manat olmaqla 78 manat dəyərində 02 blok göy rəngli “Sobranie” qalın markalı siqaretləri aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1209 (bir min iki yüz doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin edilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə xalası oğlu Rəsul Abdullayev ilə Bakı şəhərindən çıxıb tanımadıqları taksi ilə oğurluq etmək məqsədi ilə Sumqayıt şəhərinə ; gelmişlər. xx.xx.2021-ci il tarixdə, təxminən saat 03 radələrində xalası oğlu Rəsul ! Abdullayev ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində piyada gəzişən zaman həmin ərazidə yerləşən “Rayhan Parfum” adlı ətir mağazasının olduğunu görmüşlər və həmin ətir mağazasına daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra o, yerdə olan dəmir parçasını götürüb mağazanın plastik materialdan olan giriş qapısının arasına salaraq qapını açmış və hər ikisi içəriyə daxil olmuşlar. Sonra o, ətir mağazasının içərisində olan daxıldan 130 manat nəğd pulu götürərək çölə çıxmış və onlar oğurladıqları 130 manat pulu öz aralarında bölərək hərəsi 65 manat pul götürüb markasını dəqiq bilmədiyi taksini saxlatdırıb əyləşərək Sumqayıt şəhər avtovağzalına gəlmişlər. Sonra avtovağzaldan bir manatlıq taksiyə əyləşərək Bakı şəhərinə 20 Yanvar dairəsinə gəlmişlər və oradan hərəsi öz evinə getmişdir. Səhəri gün əldə etdiyi həmin 65 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, maddi ehtiyaclarını ödəmək üçün xalası oğlu Maksum Abdullayevlə oğurluq etmək qərarına gəldikləri üçün bu məqsədlə xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ciil tarixə keçən gecə tanımadıqları taksi ilə Sumqayıt şəhərinə gəlmişlər. xx.xx.2021-ci il tarixdə, təxminən saat 02:30 radələrində xalası oğlu Maksum Abdullayevlə birlikdə İ Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində piyada gəzişən zaman həmin ərazidə yerləşən “Berlin Dönər” adlı dönər satılan yer olduğunu görmüşlər və həmin dönər satılan yerdən oğurluq etmək qərarına gəlmişlər. Bu səbəbdən də, yerdə olan daş parçasını götürüb həmin dönər satılan yerin kiçik pəncərisinin şüşəsini vurub sındırmış, lakin həmin yerden dəyərli heç nə oğurlaya bilməyəcəklərini fıkiriləşib oradan uzaqlaşaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisinə tərəf getmişlər və xx.xx.2021-ci il tarixdə, təxminən saat 03 radələrində Maksum Abdullayevlə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində piyada gəzişən zaman həmin ərazidə yerləşən “Mini Market” adlı mağazanın olduğunu gördükdə həmin mağazaya daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra, o, yerdə olan daşı götürüb mağazanın plastik materialdan olan giriş qapsinin alt hissəsinin şüşəsini sındırmışdır. Hava soyuq olduğuna görə xalasi oğu Maksum üşüdüyündən əyninde olan qara rəngli gödəkçəni çıxarıb geyinməsi üçün ona vermiş və sonra, sındırdığı yerdən birinci özü, sonra isə Maksum mağazanın içərisinə daxil olmuşlar. İçəri daxil olduqdan sonra mağazanın içərisində olan 2 ədəd ayrı-ayrı daxıldan dəqiq məbləğini bilmədiyi təxmini 60 manat civarında qəpik və kağız pulları götürərək mağazanın çölünə çıxıb hər hansı bir adam gələrsə Maksuma xəbər vermək üçün pusquda dayanmış, Maksum isə mağazanın içərisindən sigaret saxlanılan vitrinindən müxtəlif, yəni “Sobranie”, “Kent”, “Winston” ve “Davudoff” markalı sigaretieri blok ve açıq şəkildə oğurlayaraq sellofan paketə yığaraq mağazadan çölə çıxmışdır. Bundan sonra onlar mağazanın qarşısından qaçıb uzaqlaşaraq tanımadıqları “Mersedes” markalı taksini saxlatdırıb əyləşərək Sumqayıt şəhər avtovağzalına gəlmişlər. Avtovağzaldan onlar bir manatlıq taksiyə əyləşərək Bakı şəhəri, 20 Yanvar dairəsinə gəlmişlər. Həmin vaxt 20 Yanvar dairəsində onlar oğurladıqları siqaret bloklarını öz aralarında açıb bölüşdürmüş və hərəsinə təxminən 50-55 paçka (qutu) müxtəlif markalı siqaret düşmüşdür. Həmçinin, mağazanın daxılından oğurladığı qəpik və kağız pullardan 10 manat pulu Maksuma vermiş, sonra xalası oğlu Maksum evinə getmiş, özü isə oğurladıqları 50 paçka müxtəlif markalı siqareti yerdən tapdığı ağ rəngli sellofan paketə qoyaraq satmaq məqədilə Xocasəndə yerləşən Binə bazarına getmişdir. Binə bazarında 50 paçka siqaretdən 20 paçka müxtəlif adda siqareti oğurluq olduğunu bildirmədən yoldan keçən şəxslərə sataraq 50 manat pul qazanıb 20 Yanvar dairəsinə gəlmiş və həmin 50 manat pulu 20 Yanvarda yeməyə və kompüter oyunlarına xərcləyərək Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka deyilən əraziyə gələrək orada olan köhnə tikiliyə daxil olub yerdə qalan 30 paçka siqareti sellofan paketdə yanına qoyaraq yatmışdır. Həmin gün təxminən axşam saatlarında yuxudan oyanan zaman 30 paçka siqaretin bir qisminin paketin içərisində olmadığını görmüşdür. Sonra isə yerdə qalan müxtəlif markalı siqaret paçkalarını götürüb 20 Yanvar dairəsinə gəlmiş və həmin siqaret paçkalarını satan zaman polis əməkdaşları onu saxlayaraq siqaretlərlə birlikdə Sumqayıt şəhərinin 3-cü polis bölməsinə dəvət etmişlər. Polis bölməsində etdiyi oğurluq hadisələrini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Rayhan Parfum” adlı ətir mağazasını icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə, səhər təxminən saat 08:30 radələrində o, icarə əsasında işlətdiyi parfum mağazasını açmağa gələrkən mağazanın plastik materialdan olan giriş qapısının asma qıfılının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görmüş, bu zaman parfum mağazasının içərisinə naməlum şəxs va ya şəxslərin daxil olaraq oğurluq etdiklərini fırikləşib. içəri daxil olmadan dərhal istifadə etdiyi mobil telefon ilə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə keçib parfum mağazasının içərisinə baxış keçirtmiş, baxış zamanı mağazanın içərisinin qismən dağınıq vəziyyətdə olduğunu, mağazanın içərisində olan parfum vitrinindən müxtəlif adlarda va qramlarda olan ümumilikdə 150 manat dəyərində parfum ətirlərinin oğurlandığını, həmçinin mağazanın içərisində olan pulların yığılması üçün nəzərdə tutulmuş daxıldan hamısı xırda şəkildə olmaqla ümumilikdə 100 manat məbləğində nağd pul və oturduğu vitrinin üstünde olan 30 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Bu hadisə nəticəsində ona ümumilikdə 280 manat məbləğində maddi ziyan dəymişdir. Zərəçəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərər ödənilməsə də təqsirləndirilən şəxsə qarşı tələbinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində gösərmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, C.Məmmədquluzadə küçəsində yerləşən “Mini” market mağazası ona məxsusdur. Həmin mağazada müxtəlif çeşidli qida və qeyri-qida məhsullarını, eləcə də müxtəlif adlı tütün məmulatları satır. xx.xx.2021-ci il tarixdə, səhər saat 07:30 radələrində işlətdiyi mağazanı açmağa gələrkən mağazanın plastik materialından olan giriş qapısının alt hissəsinin şüşəsinin sındırıldığını görmüş, bu zaman mağazada oğurluq olduğunu başa düşüb mağazaya daxil olmamış və istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları ilə birlikdə mağazaya daxil olmuş və mağazanın dağınıq vəziyyətdə olduğunu, ərzaqların və siqaretlərin yerə töküldüyünü görmüşdür. Mağazada olan malları yoxlayan zaman mağazanın içərisində olan siqaret vitirinlərindən 2 blok hər birinin içərisində 10 ədəd “Kent mentol” markalı siqaretin, 1 blok içərisində 10 ədəd “Kent 4” markalı nazik siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd “Kent 4” markalı qalın siqaretin, 1 blok içərisində 10 ədəd "Kent cristal" markalı siqaretin, 2 blok hər birinin dçərisində 10 ədəd "Sobranie" markalı, qara rəngli qalın siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd "Sobranie" markalı kompakt ballı siqaretin, 5 blok hər birinin içərisində 10 ədəd "Sobranie" markalı göy rəngli nazik siqaretin, 3 blok hər birinin içərisində 10 ədəd "Sobranie" markalı ağ rəngli nazik siqaretin, 3 blok hər birinin içərisində 10 ədəd "Sobranie" markalı ağ rəngli qalın siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd "Sobranie" markalı göy rəngli qalın siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd "Winston" markalı göy kompakt siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd "Winston" markalı boz kompak siqaretin, 2 blok hər birinin içərisində 10 ədəd "Winston" markalı boz nazik siqaretin, 1 blok içərisində 10 ədəd "Davidoff" markalı sarı nazik siqaretin və 1 blok içərisində 10 ədəd "Davidoff' markalı boz kompak siqaretlərin, həmçinin mağazada pulları yığdığı daxıldan 67 manat nağd pulunun oğurlandığını aşkar etmişdir. Həmçinin, mağazaya baxış keçirilən zaman oradan polis əməkdaşları tərərfindən qara rəngli gödəkçə aşkar olunaraq götürülmüşdür. Baş vermiş hadisə nəticəsində 1.085 manat dəyərində yuxarıda qeyd etdiyi siqaretlər və 67 manat nəğd pulu oğurlanmış və nəticədə ona ümumilikdə 1152 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 1-ci cild 295-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə yekinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 47-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Cinayət işinin 2-ci cild 46-cı vərəqəsində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 18 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində saxlanılmış Sumqayıt şəhər Məhkəməsinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 220-223-cü vərəqəsində olan məhkəmə-psixiatrik və psixoji ekspertizasının xx.xx.2022-ci il tarixli, 924 saylı rəydən görünür ki, X7 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatları və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, X9 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində X8 dünyagörüşü və biliklərin aşağı səviyyədə olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edəcək halları qavramaq, təsvir etmək, dərk etmək qabiliyyətinə malikdir. Nitqi ardıcıldır, mühakimələrində səthilik müəyyən edilir. X7 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X7 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə X9 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X5 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X9 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. X8 məcburi müalicəyə ehtiyacı yoxdur. X9 ünsiyyətçilik, məsuliyyətsizlik, sethilik, nəticəni proqnozlaşdırmadan hərəkət etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, hadisə vaxtı şüur və fəaliyyətinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq törətdiyi əməl dövründə öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuş, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamış, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamış, fərdi-psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 160-163-cü vərəqəsində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/8547 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş tütün məmulatlarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 180.00 (bir yüz səksən) manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri cədvəl 1-də göstərilmişdir: 36 manat dəyərində 1 blok "Kent 4" markalı nazik siqaret, 76 manat dəyərində 2 blok "Sobranie" markalı kompakt ballı siqaret, 68 manat dəyərində 2 blok "Winston" markalı boz rəngli kompakt siqaret. Bundan başqa, tedqiqata teqdim olunmayan tütün məmulatlarının 2021-ci ilin i oktyabr ayına olan orta bazar qiyməti 974.00 (doqquz yüz yetmiş dörd) manat müəyyən ! edilir. Həmin əşyaların ayrı- ayrılıqda adları və qiymətləri cədvəl 2-də göstərilmişdir: 78 manat dəyərində 2 blok "Kent mentol" markalı siqaret, 78 manat dəyərində 2 blok "Kent 4" markalı qalın siqaret, 36 manat dəyərində 1 blok "Kent cristal" markalı siqaret, 78 manat dəyərində 2 blok "Sobranie" markalı qara rəngli qalın siqaret, 195 manat dəyərində 5 blok "Sobranie" markalı göy rəngli nazik siqaret, 117 manat dəyərində 3 blok "Sobranie" markalı ağ rəngli nazik siqaret, 114 manat dəyərində 3 blok "Sobranie" markalı ağ rəngli qalın siqaret, 78 manat dəyərində 2 blok "Sobranie" markalı göy rəngli qalın siqaret, 68 manat dəyərində 2 blok "Winston" markalı göy rəngli kompakt siqaret, 68 manat dəyərində 2 blok "Winston" markalı boz rəngli nazik siqaret, 36 manat dəyərində 1 blok "Davidoff' markalı sarı rəngli nazik siqaret ; 28 manat dəyərində 1 blok "Davidoff' markalı boz rəngli kompakt siqaret. Bundan əlavə ekspertiza sualında qoyulmuş digər mallar haqqında kifayət qədər məlumat (istehsal yeri, istehsal ili, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmənin aparılması mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş və təqdim olunmamış tütün məmulatlarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 1154 manat müəyyən edilir. Lakin, məhkəmə əmtəəşünaslıq ekspertizasının qeyd olunan rəyində riyazi hesablamada texniki səhv edilərək hər bloku 36 manat olmaqla ümumilikdə 72 manat dəyərində 02 blok "Kent mentol" markalı və hər bloku 36 manat olmaqla ümumilikdə 72 manat dəyərində 02 blok "Kent 4" qalın markalı siqaretlərin cəm qiymətləri 72 manat əvəzinə səhfən hər biri 78 manat yazılmışdır. Ona görə də siqaretlərin ümumi orta bazar qiymət 1154 manat yox, 1142 manat hesab edilmişdir. Cinayət işinin 1-ci cild 161-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 273-284-cü vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Mini” market mağazanında Təqsirləndirilən şəxs və M.T.Abdullayevin hərəkətlərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinyət işnin materiallarına əlavə edilmişdir. Həmçinin təqsirləndirilən şəxslərdən götürülmüş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret və 68 manat dəyərində 2 blok “Winston” markalı boz rəngli kompakt siqaret maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Nəsimi RPİ-də cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cild 248-251-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudılaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü il təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə toplanmaqla qəti olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, Məcəllənin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, dəymiş zərərin ödənilməməsinə baxmayaraq onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə dügün tövsif edilmişdir, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət və cinayət-prosessual qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşıan çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, cəzanı yüngülləşdiriən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin onun əvvələr iki dəfə Cinyət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri məhkum edilməsini, hazırda isə Cinyət Məcəlləsinin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan olaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, Məcəllənin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi hökm edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi müəyyən olunduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixə kimi tutulduğu 01 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmünə əsasən 20 iyul 2023-cü il tarixdən hesablamalı, onun barəsində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret və 68 manat dəyərində 2 blok “Winston” markalı boz rəngli kompakt siqaret hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılmalı, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan 36 manat dəyərində 1 blok “Kent 4” markalı nazik siqaret, 76 manat dəyərində 2 blok “Sobranie” markalı kompakt ballı siqaret və 68 manat dəyərində 2 blok “Winston” markalı boz rəngli kompakt siqaret hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 97 saata görə 582 (beş yüz səksən iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-15/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-15/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver