Məhkəmə qərarları › İş №1(060)-150/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-150/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-150/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 11 iyul 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından həmin gün saat 19:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Şəki” restoranının yaxınlığında küçədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası ərazisində “COVİD 19” infeksiyasının yayılması ilə əlaqədar, özünün həmin infeksiyanın daşıyıcısı olub olmamağının müəyyən edilməsi məqsədilə, 26.06.2020-ci il tarixdə öz istəyi ilə Sumqayıt şəhər Təcili və X3 Stansiyasına müraciət etmiş, ilk əvvəl tibb işçiləri tərəfindən hərarətinin olub-olmaması soruşulmuş, hərarəti olmadığından bu barədə bildirmiş, bu səbəbdən tibb işçiləri ondan test analizi götürə bilməyəcəklərini bildirmiş, ancaq ondan test analizi götürülməsində təkid etdiyindən, tibb işçiləri tərəfindən ondan müvafiq qaydada test analizləri götürülmüşdür. 27.06.2020-ci il tarixdə isə telefonuna “SMS” vasitəsilə göndərilmiş cavabda, ondan götürülmüş test analizlərinin nəticəsinin pozitiv olduğu, yəni “COVİD 19” infeksiyasının daşıyıcısı olduğunun müəyyən olunduğu bildirilmişdir. 11.07.2020-ci il tarixdə özünü pis hiss etdiyindən bir qədər küçəyə çıxaraq təmiz hava qəbul etmək istəmiş, bunun üçündə yaşadığı evi tərk etmiş, yaşadığı evin yaxınlığında yerləşən “Şəki” restoranının yaxınlığında küçədə polis əməkdaşının gündəlik geyim formasında və mülki geyimdən olan şəxslər ona yaxınlaşaraq dövriyyəyə alıb özlərini təqdim etmiş və müvafiq icazə olmadan yaşadığı evi tərk etməyinin cinayət əməli olduğunu, Respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərini pozduğunu bildirib onu saxlamışlar. Sonradan oraya təcili tibbi yardım briqadasının əməkdaşları dəvət edilmiş, həmin əraziyə tibb işçiləri gəldikdən sonra tibb işçilərinin müşayəti ilə təcili tibbi yardım avtomobilində yaşadığı evə qayıtmış, bundan sonra ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət edərək, müvafiq icazə olmadan yaşadığı evi tərk etməməli olduğu izah olunmuş, eləcədə “COVİD 19” infeksiyasının daşıyıcısı olduğundan yaşadığı evi tərk etməyinin digər şəxslərində “COVİD 19” infeksiyasına yoluxması üçün təhlükə yaratdığı bildirilmişdir. Həmin gündən sonra müalicəsini davam etdirmiş və ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi riaət etmişdir. 21.07.2020-ci il tarixdə ona təyin edilmiş karantin müddəti bitdiyindən, bir neçə gündə gözləyib 23.07.2020-ci il tarixdə Sumqayıt şəhər Təcili və X1 yenidən test analizlərinin götürülməsi üçün müraciət etmiş, tibb işçiləri tərəfindən ondan müvafiq qaydada yenidən test analizləri götürülmüş, bu dəfə isə ondan götürülmüş test analizlərinin nəticəsinin neqativ olduğu, yəni “COVİD 19” infeksiyasının daşıyıcısı olmadığının, artıq sağaldığının müəyyən olunduğu bildirilmişdir. Bundan sonra ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmişdir. Əməlindən peşmandır. Ailə vəziyyətini nəzərə alıb ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qisməndə dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmışdır. 11 iyul 2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəis müavini, polis kapitanı Şahid1 Oqtay oğlu, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektorları, polis baş serjantı X6 və polis serjantı X4 ilə birlikdə ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə vətəndaşlar tərəfindən riayət edilməsinə nəzarət edilməsi məqsədilə xidmətdə olarkən saat 19:00 radələrində həmin ərazidə yerləşən “Şəki” restoranının yaxınlığında “COVİD 19” infeksiyasına yoluxması faktı təsdiq olunmuş xəstə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs küçədə hərəkət etməsi tərəflərindən müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs müvafiq icazə olmadan, küçədə hərəkət etməklə xüsusi karantin rejiminin tələblərini pozduğundan, eləcədə onun “COVİD 19” infeksiyasının daşıyıcısı olmaqla digər şəxsləri yoluxdurmaq ehtimalları olduğundan tərəflərindən sanitariya-gigiyena qaydalarına riayət edilməklə saxlanılmış və onun hüquq və vəzifələri izah edilmişdir. Daha sonra oraya Sumqayıt şəhər TTYS-nın əməkdaşları dəvət edilmiş, aradan bir qədər keçdikdən sonra təcili tibbi yardım avtomobili ilə hadisə yerinə gəlmiş tibb işçiləri onların müşayəti ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə aparmışlar və o, yaşadığı mənzilə yerləşdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq icazə olmadan yaşadığı mənzili tərk etməsi və küçədə hərəkət etməsi xüsusi karantin rejiminin tələblərini pozduğu, eləcədə digər şəxsləri yoluxdurmaq ehtimalları olduğu xatırladılmaqla, ona epidemiya əleyhinə rejimin, eləcədə sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarına ciddi riayət etməli olması barədə bir daha xəbərdarlıq olunmuş, həmçinin yaşadığı mənzili tərk etməməsi izah olunmuş, daha sonra isə xidmət yerlərinə qayıdaraq xidmətlərini davam etdirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya Mərkəzindən daxil olmuş 12.07.2020-ci il tarixli 310 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinə 30.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “COVİD 19” infeksiyasının pozitiv cavabının daxil olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14.12.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 03 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tərəfindən ünvanlanmış 16.04.2021-ci il tarixli, PHŞ/1.1-2.2021-786 saylı sorğuya cavab məktubundan görünür ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a eyni zamanda, ona əlavə edilmiş 1 nömrəli “COVİD-19 infeksiyası ilə yoluxma halı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr”in (Tövsiyələr) 6.1-cı maddəsinə əsasən həyata keçirilir. Həmin Tövsiyələrin 8.1-ci maddəsində də qeyd edilir ki, laboratoriya testinin nəticəsi pozitiv olduqda, yoluxma faktı təsdiq olunmuş şəxslərdə COVİD-19 infeksiyasının ağırlıq səviyyəsi qiymətləndirilir və bu əsasda onların xəstəxanaya (stasionar müalicə) yerləşdirilməsi və ya yaşayış yerində və ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması barədə qərar qəbul edilir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 tərəfindən ünvanlanmış 10.06.2021-ci il tarixli, PHŞ/1.1-2-2021-1511 saylı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli, 377 nömrəli sərancamına əsasən laboratoriya testinin nəticəsi pozitiv olan şəxsin 14 gün müddətində yaşayış yerini tərk etmək hüququ məhdudlaşdırılır. Bundan başqa, Təqsirləndirilən şəxs laboratoriya testinin pozitiv nəticəsi barədə 30.06.2020-ci il tarixdə, saat 22:53-də ona məxsus olan +**********44 mobil nömrəsinə mesaj göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 03 yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə də, məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2,500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar