Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-150/2023 14.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 72, mənzil 32-də qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda tərkiblərinə görə eyni olan 455,233 qram yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq şəxsi istifadəsi üçün 0,233 qramını üzərində, 455,0 qramını etibarnamə ilə idarə etdiyi “Mercedes Vita” markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomobildə saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 21:45-də ünvan 1 ünvanında yerləşən “Bəy hamamı”-nın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən ağ rəngli kağız bükülmüş içərisində 0,233 qram yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Vita” markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin sağ yan qapısını açaraq sağ oturacağın altında saxlamış olduğu üzərində “Azza” sözləri yazılan karton paketin içərisində, ümumi təmiz çəkisi 455,0 qram yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, həmin narkotik vasitə ona aid deyil, etiraf etməyə məcbur edilmişdir. Polislər ona ilk dəfə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Bravo” marketin yaxınlığında yaxınlaşmışlar, amma onu xx.xx.2022-ci il tarixdə axşam saat 22:30 radələrində “Bəy hamamı”nın yaxınlığında tutmuşlar. O tutulan vaxta qədər təxminən 1 il ərzində narkotik vasitə marixuana istifadə etmişdir. O narkotik vasitələri əsasən toybayram vaxtları istifadə etmişdir, gündəlik olaraq narkotik vasitə istifadə etmir. O narkotik vasitələri tanışları vasitəsilə almış, narkotik vasitələri almaq üçün əsasən 10 manat pul xərcləmişdir. Həmin məbləğə 1 büküm marixuana alrmış, 1 büküm narkotik vasitəni 2-3 dəfəyə istifadə etmişdir. Saxlanılan zaman onun üzərində narkotik vasitə marixuana olmuşdur, ancaq onun miqdarı çəkilişdə olduğundan xeyli az olmuşdur. Həmin narkotik vasitənin miqdarının dəqiq nə qədər olduğunu bilməmiş, tutulandan 15 gün qabaq almış, 2-3 dəfə istifadə etdiyinə görə həmin gün də narkotik vasitə üzərində olmuş və çox az qalmışdır. Polis əməkdaşları ilk dəfə ona yaxınlaşaraq “Şəkiyə necə getmək olar deyə” soruşmuşlar. O, Şəkiyə və digər rayonlara sifarişə taksi işlədiyi üçün ondan bunu soruşanların adi insan olmadığını hiss etmişdir. Həmin polis əməkdaşı ona təkid edərək onu özünün aparmasını bildirmişdir. O isə bildirmişdir ki, “işim var, apara bilmərəm.” Həmin vaxt o onların polis olduğunu hiss elədiyi üçün maşını saxlamadan oradan uzaqlaşmış, lakin “Bəy hamamı”nın yaxınlığında onu yol polisi vasitəsilə saxlamışlar. Onun avtomobilində heç bir narkotik vasitə olmamış, lakin üzərində narkotik vasitə olmuşdur. Onu yol polisi saxlayarkən, o həmin yerdən qaçmış, görmüşdür ki, arxasınca 4-5 maşın adam gəlir. O qorxduğu üçün hadisə yerindən qaçmışdır. O saxlanılarkən ona badalaq verildiyindən yıxılmış və xəsarət almışdır. O sol dizindən, sağ ayağından, ayaq barmaqlarından və dirsəklərindən xəsarət almışdır. Ona qandal vuraraq sürüyə-sürüyə onu öz avtomaşınına mindirib polis idarəsinə gətirmişlər. Onun avtomobilini Bəxtiyar adlı polis əməkdaşı sürmüşdür. Çəkilşdən az əvvəl açarlar ona qaytarılmışdır. Polis idarəsində Bəxtiyar, Rüfət və digərləri onu döymüşlər, onun qabağına böyük bir paket qoymuşlar ki, həmin narkotik vasitənin onun olmasını boynuna alsın. O da qorxduğu üçün həmin narkotik vasitənin onun olduğunu demişdir. Ona təsir edildiyi üçün istintaqda başqa ifadə vermişdir, indi imkan yarandığı üçün düzünü deyir. Ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona qarşı zor tətbiq olunması, ona təzyiq edilməsi nəticəsində etirafedici ifadə verməsi, üzərində narkotik vasitənin götürülən miqdardan daha az olması, avtomobilində narkotik vasitə olmaması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsində göstərdiyi işin halları ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 21:45 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Bəy hamamı”nın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü arxa sağ cibində saxlamış olduğu ağ rəngli kağız bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmiş, sorğu zamanı üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin “nəşə” olduğunu, həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu ərazisində tanımadığı şəxsdən 120 manat aldığını, şəxsi istifadəsi üçün üzərində, bir qismini idarə eldiyi avtomobildə saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş yaşıl rəngli sellofana bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan "marixuana”ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 0,7 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Bundan əlavə üzərindən götürülmüş Samsung markalı və Redmi markalı mobil telefon, idarə eldiyi "Mercedes Vita" markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomobil açarı, 11 manat pul, 3 ədəd ev açarı götürülmüş, açar və 11 manat pul özünə qaytarılmış, videoçəkiliş vasitəsi ilə və vəkilin iştirakı ilə “Mercedes Vita” markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçiriləcəyi bildirilərək avtomobildə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü avtomobilin sağ yan qapısını açaraq sağ oturacağın altında saxlamış olduğu üzərində “Azza" sözləri yazılan karton paketi təqdim etmiş, həmin paketin içərisinə baxan zaman paketdə 1 ədəd qara rəngli bağlamanın və içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana"ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmiş, həmin vaxt avtomobildən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana"ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 511.0 qram olduğu müəyyən edilmişdir. Həmin bitki kütləsi Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, həmin əraziyə getmişlər. Əməliyyat zamanı Məhəmməd və Rüfət də iştirak etmişdir. Daha sonra Bəy Hamamının yaxınlığında olarkən verilmiş təsvirə uyğun gələn bir şəxs görmüşlər, Təqsirləndirilən şəxs idarə etdiyi Vita markalı avtomobil hərəkətdə olmuşdur, avtomobili Ramil özü saxlamışdır, sonra onlar Ramilə yaxınlaşmışlar, Ramil həmin yerdə düşmüş və onlar da Ramilə özlərini təqdim etmişlər. Deyilən təsvirə uyğun olduğu üçün onu bölməyə dəvət etmişlər. Narazılıq etdiyi üçün bölməyə getmədiyi üçün onun qollarına qandal vurmağa məcbur olmuşlar. Bölməyə hansı maşınla getdiklərini isə tam olaraq xatırlamır. Vita markalı avtomaşını kimin sürdüyünü xatırlamır, əməkdaşların maşını ilə bir yerdə hadisə yerinə getmişlər. Ramili saxladıqları zaman axşam saatları olduğundan onun üzərində xəsarət olduğunu görməmişdir. İdarəyə gələn zaman əlindəki qandalları açmışlar. Şəxsin saxlanılması üçün əlavə qüvvə cəlb olunub-olunmadığını xatırlamır. Bölmədə videoçəkiliş ilə üzərinə axtarış keçirilmiş, həmin vaxt onun üzərindən marixuana aşkar edildi. Çəkiliş qrupu ilə birlikdə Ramilin maşınına da baxış keçirilmiş, narkotik vasitə aşkar edilmişdir. Ona qarşı tərəflərindən təzyiq və işgəncə olmamışdır. Daxil olan əməliyyat məlumatı şəxsi istifadə və üzərində gəzdirməsi ilə əlaqədar olmuşdur. Təhqiqatçı bölmədə olan zaman Ramilə üzərində narkotik vasitə varsa təqdim etməsini bildirmiş, o da təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı X2 göstərdi ki, narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən həmin əraziyə getmişlər. Avqust ayının ortaları, axşam saatları idi, verilmiş təsvirə uyğun gələn bir şəxs görmüşlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra isə onun özünü təqdim etməsini bildirmişlər. Bölməyə dəvət etmişlər, bölmədə videoçəkiliş ilə üzərinə axtarış keçirildi, həmin vaxt onun üzərindən marixuana aşkar edildi. Saxlanılan zaman ona qarşı hər hansı təzyiq və təsir olmamışdır. Bəy Hamamının yanında öz maşınında olmuşdur, maşından düşdü gəldi, ona yaxınlaşıb özlərini təqdim etmişlər, ona da özünü təqdim etməsini bildirmişlər. Ramil özünü təqdim etdi, onu bölməyə dəvət etmişlər, Ramil buna tabe olmadı, məcbur olub onun qollarına qandal vurmalı olmuşlar, bundan sonra onu idarəyə aparmışlar. Vita markalı avtomobili kimin idarə etdiyini xatırlamır. Vitanın orada qalıb-qalmadığı dəqiq yadında deyil. Əməliyyat tədbirləri keçirilən zaman 3 nəfər olmuşlar, neçə maşınla getdiklərini tam olaraq xatırlamır. Saxlanılarkən saxlanılmasının səbəblərini ona izah etmişlər. Təqsirləndirilən şəxs saxlanılanda yox, qoluna qandal vurulan zaman normal olaraq etirazını bildirdi. Üzərindən çox vaxt keçdiyi üçün Vita markalı avtomobilin Bəy Hamamının yanında qaldığını xatırlamır. Səhv etmirsə, üzərindən yarım qramdan artıq marixuana aşkar edilmişdir, daha sonra isə maşına baxış keçirildi, maşına harada baxış keçirildiyi yadında deyil. Onun həmin gün Şəkiyə getmək fikri olmayıb, daha öncə də Ramili görməmişdir. Avtomobilə baxış keçirilən zaman marixuana avtomobildə oturacağın altında olmuşdur. Təzyiq, təsir, döymə, söymə olmayıb, Ramil yüngül müqavimət göstərib qandala görə, başqa bir şey xatırlamır. X2 şahid kimi məhkəmədə əlavə dindirilmə zamanı göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlardan qaçmış, onu təqib etmişlər. Ramil qaçarkən yıxılmış, yıxıldıqda tərəflərindən tutularaq öz avtomobilinə gətirilmiş, Ramilin avtomobilini o (X2) idarə edərək Sumqayıt ŞPİ-nin həyətinə gətirmiş, idarənin həyətində saxlayaraq açarı özünə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş XTB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, hadisə çoxdan olub, tam olaraq hadisənin təfərrüatlarını xatırlamır. Təqsirləndirilən şəxsi Bəy Hamamının yanında tutmuşlar. Ramil maşından düşərək onları görüb qaçmış, onlar da onun dalınca qaçmışlar. Bir neçə dəfə yıxılmışdır, onlar onu ayağa qaldırmışlar, sonra onu bölməyə gətirmişlər. Ramilin avtomobili Vita markalı avtomobil olmuşdur. Onlar oraya çatan zaman Ramil artıq yıxılmışdı, onlar Ramili ayağa qaldırmışlar. Əməliyyat zamanı orada onunla birlikdə Məhəmməd və Fərudin də olmuşdur. O hadisə zamanı avtomobillə olmuşdur, amma hansı avtomobillə olduğunu xatırlamır. Üçünün də eyni maşında olub-olmadığını xatırlamır. Səhv etmirsə, maşını da götürüb idarəyə gətirmişlər, çünki maşına da axtarış keçirmişlər, amma tam olaraq bütün təfərrüatları xatırlamır. Ramil yıxılan zaman xəsarət almışdır. Ona qarşı tərəflərindən hər hansı bir təzyiq olmamışdır. Onun üzərində olan xəsarətin hansı hissədə olduğunu xatırlamır. O Ramili vurmamışdır, Ramil qaçan zaman binaya dəyərək yıxılmışdır. Ramilin üzərinə videoçəkiliş vasitəsilə müdafiəçisinin də iştirakı ilə axtarış keçirilmişdir. Həmin vaxt üzərindən marixuana aşkar edilmiş və özü demişdir ki, maşınında da var. Ona qarşı tərəflərindən təzyiq və ya təsir olmayıb. Ramil özü demişdir ki, narkotik vasitələrin istifadəçisidir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, texniki səhv olduğundan cinayət işi materiallarında bəzi sənəsdlərdə saat səhvən 16:25 kimi qeyd olunmuşdur, lakin əslində təqsirləndirilən şəxs saat 21:45 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs 48 saat saxlanılıb çıxarıldıqdan sonra polis əməkdaşları da çağırılıb ifadələri alınmış, lakin təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı nə isə deməmişdirlər. Təqsirləndirilən şəxs döyüldüyünü məhkəmə iclasına gələndən sonra ona demişdir, istintaq zamanı isə bu barədə bildirməmişdir. Tibbi ekspertiza haqqında qərar iş materiallarında yoxdur, ona təqdim edilməmişdir. Əgər təqsirləndirilən şəxs özü döyülməsi ilə bağlı nəsə deyirsə, bu zaman onu ekspertizadan keçirib, həmin qərarı iş materiallarına əlavə edirlər. Müvəqqəti Saxlama yerinin dəftərlərini onlar götürmürlər. Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşı Yusif müəllim təqsirləndirilən şəxsi tapa bilmədiyi üçün ondan təqsirləndirilən şəxsi tapmağını xahiş etmiş, o da Ramilə zəng edib bildirmişdir ki, “Yusif müəllim səni çağırır, oraya getməlisən.” O təqsirləndirilən şəxsə “get məhkəmədə bu cür ifadə ver” sözlərini deməmişdir. Ramil özü məhkəmə iclasından sonra gəlib demişdir ki, Bəxtiyar onu döyüb. Ramilə qarşı heç bir ədavəti yoxdur, əksinə onu prokurorluğa aparmışdır ki, barəsində həbs qətimkan tədbiri seçilməsin. Narkoloji dispanserə də onu özü aparmışdır. İstintaq zamanı verilmiş ifadələr arasında heç bir ziddiyyət olmamışdır. Təqsiləndirilən şəxs ibtidai istintaq zamanı yenidən ifadə vermək istəməmişdir. Onunla təqsirləndirilən şəxs arasında səs yazıları da mövcuddur. O Ramilə demişdir ki, ilk məhkumluqdu, eyni zamanda Ramil nişanlı idi, yəni ailə qurmalı idi. Bütün bunlara görə o bir vətəndaş kimi təqsirləndirilən şəxsin anasına da, özünə də demişdir ki, bunlar nəzərə alınacaq. Yəni o yalan deməmişdir, sadəcə olaraq bir vətəndaş kimi bunları bildirmişdir. Onların arasında çox danışıqlar olub, təqsirləndirilən şəxs özü ona demişdir ki, “mən nə deyim, necə ifadə verim?”, o da belə ifadə verməsini bildirmişdir. Təqsirləndirilən şəxs prokurorluqdan yayınırdı, çağırışlara getmirdi, buna görə o da Ramillə əlaqə saxlamalı olmuşdur. Eşitmişdir ki, Ramil Füzuliyə qız qaçırtmışdır. Bunu təsdiq edən səs yazıları diskdə mövcuddur. O təqsirləndirilən şəxsdə heç bir döyülmə izinə rast gəlməmişdir, elə bir vizual görmə qabiliyyəti də onda yoxdur ki, təqsirləndirilən şəxsdə olan xəsarətləri görsün. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:45-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Bəy Hamamı”nın yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında”, “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, kompyuterin "Windows Media" proqramı işə salındıqda diskin yaddaşında 02 (iki) ədəd “00087" adlı xx.xx.2022-ci il tarixdə çəkilmiş 684.078 kb həcmində və “00088" adlı xx.xx.2022-ci il tarixdə çəkilmiş 849.942 kb həcmində faylın olduğu, “00087" adlı fayla kompyuterin “mans" adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 07 dəqiqə 41 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 03 (üç) nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə narkotik tərkibli maddələrin qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 03 (üç) nəfər mülki geyimli şəxslərin də özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasovun dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirişin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan qızılı rəngli, “Redmi” markalı, içərisində mobil nömrə olmuyan göy rəngli, “Samsung” markalı mobil telefonu, sol yan cibindən 11 manat pulu, arxa sol cibindən 3 ədəd ev açarını və arxa sağ cibində saxlamış olduğu 01 (bir) ədəd ağ rəngli kağız bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”-ya bənzər bitki kütləsinin olduğunu görmək olur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin (nəşə) olduğunu demişdir. Həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu ərazisində tanımadığı şəxsdən 120 manata aldığını, bir qismini isə idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı, “Mercedes Vita” markalı avtomobildə şəxsi istfadəsi üçün saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş ağ rəngli kağıza bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuanaya”-ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 0,7 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin bitki kütləsi müfaviq qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı, “Mercedes Vita” markalı avtomobilə baxış keçirilməsi üçün videoçəkiliş dayandırılır. “00087" adlı fayla kompyuterin "mans” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 09 dəqiqə 33 saniyə davam edən, rəngli formatda, gecə vaxtı işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olundu. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin inzibatı binasını əks etdirdiyi, video görüntünün əvvəlində 03 (üç) nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı, “Mercedes Vita” markalı avtomobildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs özü avtomobilin sağ yan qapısını açaraq sağ oturacağın altında saxlamış olduğu üzərində “Azza" sözləri yazılan karton paketi təqdim etmiş, həmin paketin içərisinə baxış keçirilən zaman içərisində qara rəngli bağlamanın, həmin bağlamanın içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”-ya bənzər bitki kütləsinin olduğunu görmək olur. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən və şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsini xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu ərazisində tanımadığı şəxsdən 120 manata aldığını və şəxsi istfadəsi üçün saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-SV-*** dövlət nömrə nişanlı, “Mercedes Vita” markalı avtomobildən aşkar olunmuş qara rəngli bağlamaya bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuanaya”-ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 511.0 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin bitki kütləsi müvafiq qaydada qabşdırılmışdır. Bundan snra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilir. Daha sonra videoçəkiliş dayandırılır. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış gündüz vaxtı, təbii işıq şəraitində keçirildi. Baxış keçirildikdən sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişlər. Həmin diskdəki görüntülər məhkəmə iclasında nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/895 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,233 qram və idarə etdiyi avtomobilindən götürülmüş bir ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 455,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 14 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, baxış keçirilən telefonlar “Samsung” və “Xiaomi redmi” markalı telefonlardır. Samsung markalı mobil telefon aparatında mobil nömrə yoxdur. Xiaomi markalı mobil telefon aparatında mobil nömrə ***-***-**-** mobil nömrə vardır. Mobil telefon aparatlarına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bioloji tədqiqatlardan sonra qalıq 455,133 qram çəkidə və 455,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs saxlanılıb Pİ-nə gətirilərkən üzərinə şəxsi axtarış keçirilərkən Panasonik markalı videokamera ilə çəkilmiş və DVD diskinə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış və xalis çəkisi 455,133 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4939 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bioloji tədqiqatlardan sonra qalıq 455,133 qram çəkidə və 455,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs saxlanılıb saxlanılıb Pİ-nə gətirilərkən üzərinə şəxsi axtarış keçirilərkən Panasonik markalı videokamera ilə çəkilmiş və DVD diskinə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış və xalis çəkisi 455,133 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onun tutulmasında və saxlanılmasında iştirak etməmişdir. Həmin hadisə ilə bağlı heç nə xatırlamır. Təqsirləndirilən şəxs doğru danışmır. Ramilə qarşı heç bir təsir və təzyiq göstərməmişdir, qeyd etdiyi kimi onu tanımır. Məhkəmədə işə baxılarkən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, şahidlər Şahid1 istifadəsində olan ***-***-**-**, X1 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-**, ***-***-**-** telefon nömrəsinin 15 avqust 2022-ci il tarixdə, saat 18:00-dan saat 23:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatlarının "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il qərarı əsasında "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş üç ədəd diskdə cinayət işi üzrə Təqsirləndirilən şəxs, şahidlər Şahid1, X1, Şahid3 və Şahid5 mobil telefon ömrələrinin 15 avqust 2022-ci il tarixdə, saat 18:00-dan saat 23:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatları öz əksini tapmışdır. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, X2, Şahid3 və Şahid5 15 avqust 2022-ci il tarixdə, saat 18:00-dan saat 23:00-dək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində, bəzən eyni anten dairəsində olmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı faktları araşdırmış, bu barədə məhkəmə tərəfindən qərar qəbul edilərək onun döyülməsi ilə bağlı məlumat verilməsi üçün Sumqayıt şəhər prokuroruna göndərilmiş, bununla bağlı Sumqayıt şəhər prokurorunun 742C-22 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi bu xüsusatlar təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Pİ-nin əməkdaşları Şahid3, Şahid5, X6 və digər polis əməkdaşlarının əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti məlumat üçün Təqsirləndirilən şəxs göndərilmişdir. İş materiallarında olan “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan təhqiqat materialının istintaq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndəriməsi qərara alınmışdır. İş materiallarında olan məktubdan görünür ki, həmin qərarın surəti 41 vərəqə materialla birlikdə prokurora təqdim edilmişdir. Həmin 41 vərəqə material işə əlavə edilmiş, onların içərisində məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə qərar və MTE-nın rəyi yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna cavab vermiş Sumqayıt Şəhər MTE və PA şöbəsinin rəisi Nazim Rüstəmovun 456 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin TŞ-nin təhqiqatçısı Elsevər Quliyevin qərarı əsasında məhkəmə tibbi müayinəsindən keçirilmiş, müayinə zamanı vətəndaş Təqsirləndirilən şəxs bədən səthində hər iki mil-bilək oynağı nahiyyəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid edilmişdir. Məhkəməyə təqdim edilmiş Sumqayıt şəhər Pİ-nin TŞ-nin təhqiqatçısı Elsevər Quliyevin xx.xx.2022-ci il tarixli “məhkəmə tibbi ekspertizası təyin edilməsi haqqında” qərarından görünür ki, material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olub-olmaması və digər hallarla bağlı rəy verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1201 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: hər iki mil-bilək oynağı nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1201 saylı ekspert rəyinin təsviri hissəsində “İlk məlumat” bölməsində qeyd edilmişdir: “Deməsinə görə, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, CAŞ əməkdaşları tərəfindən saxlanılmış həmin vaxt o qollarından və ayaqlarından xəsarətlər almışdır. Tibb müəssisəsinə müraciət etməyib. Şikayəti yoxdur.” Məhkəmə Təqsirləndirilən şəxs onu tutarkən ona təzyiq göstərməsi, onun döyülməsi ilə bağlı göstərdiklərini, təsir nəticəsində ilkin ifadəsində və videoçəkilişdə etirafedici ifadə verməsi ilə bağlı qeyd edir ki, bu təqsirləndirilən şəxsin özünü müdafiə üçün seçdiyi üsuldur. Çünki məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs tutulma şəraitini, özünün tutulma şəraiti ilə bağlı göstərdiklərini, şahid ifadələrini müqayisəli şəkildə araşdıraraq belə nəticəyə gəldi ki, Təqsirləndirilən şəxs özünün dediyi və şahid X1, Şahid3 məhkəmə iclasında göstərdikləri şəraitdə saxlanılmışdır, yəni saxlanılarkən qaçmış, tutularkən yıxılmış, bədəninin müxtəlif nahiyələrində bu yıxıma ilə bağlı sıyrıqlar yaranmış, təhqiqatçı tərəfindən onun tutulma şəraiti başqa cür qeyd edilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilməsi barədə məlumatlar və ekspert rəyi təhqiqat materiallarına əlavə edilməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs tutulma şəraiti ilə bağlı fərqli ifadə vermiş və məhkəmədə müdafiəsini həmin şərait üzərində qurmuşdur. Halbuki Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1201 saylı ekspert rəyinin təsviri hissəsində “İlk məlumat” bölməsində qeyd edildiyi kimi özü də ekspertə xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, CAŞ əməkdaşları tərəfindən saxlanılan vaxt qollarından və ayaqlarından xəsarətlər almasını bildirmişdir. Şahid X2 şahid kimi məhkəmədə əlavə dindirilmə zamanı Təqsirləndirilən şəxs saxlanılarkən qaçdığını, tutularkən yıxıldığını, onun öz avtomobilində gətirildiyini, avtomobili onun idarə etdiyini, idarənin həyətində saxlayaraq açarı özünə verdiyini bildirmişdir. Şahid3 da ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən qaçdığını, tutularkən yıxıldığını göstərmişdir. Bunlar Təqsirləndirilən şəxs ifadəsi ilə də təsdiq edilir. Təqsirləndirilən şəxs, Şahid1, X2, Şahid3 və Şahid5 15 avqust 2022-ci il tarixdə, saat 18:00-dan saat 23:00-dək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində, bəzən eyni anten dairəsində olmaları ilə bağlı məhkəmə qeyd edir ki, onların eyni anten dairəsində olmaları ayrılıqda Təqsirləndirilən şəxs Şahid5 ilə bağlı və digər göstərdiklərinin təsdiqi kimi qəbul edilə bilməz. Əməliyyat qrupuna daxil olmayan polis əməkdaşının həmin ərazidə və ya yaxınlıqda olması aparılan əməliyyatın qanunsuz hesab edilməsinə səbəb ola bilməz. Şahid5 və digərlərinin Təqsirləndirilən şəxs döyməsi xüsusatı araşdırılıb, təsdiq edilməmiş, cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxsin bu qərardan məlumatı olsa da bu mübahisələndirilməmiş, həmin qərar qüvvədədir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilə əlavə şahid qismində dindirilmiş müstəntiq Şahid4 arasında olan danışıqların səs yazılarını özündə əks etdirən bir ədəd diskdəki səs yazıları nümayiş olunmuşdur. Həmin səs yazılarında Şahid4 təqsirləndirilən şəxsə istintaqda verdiyi ifadəsi kimi ifadə verməyi deyir. Məhkəmə Təqsirləndirilən şəxs müstəntiq Şahid4 ilə bağlı göstərdiyi hallar barədə araşdırma aparılması üçün Sumqayıt şəhər prokuroruna məlumat vermişdir. Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X4 65C-23 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməlinin ağırlaşdırılmaması və Pİ-nin həyətində saxlanılan avtomobilinin ona qaytarılması üçün Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Şahid4 Pİ-də onun xidməti otağında 1500 manat pul verməsi xüsusatı təsdiq edilmədiyindən toplanmış 65C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə işdəki bütün sübutları müqayisəli şəkildə tədqiq edərək, öz daxili inamına görə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək qanunsuz olaraq, satış məqsədi olmadan 455,233 qram yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq şəxsi istifadəsi üçün 0,233 qramını üzərində, 455,0 qramını etibarnamə ilə idarə etdiyi “Mercedes Vita” markalı, **-SV-*** dövlət nömrə nişanlı avtomobildə daşıyaraq saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinın sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 455,133 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini, telefon danışıqlarını və səs yazılarını özündə əks etdirən 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 (yetmiş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə tutulmuş, 17 avqust 2022-ci il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdən 17 avqust 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 455,133 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbirini, telefon danışıqlarını və səs yazılarını özündə əks etdirən 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-150/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-150/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver