Məhkəmə qərarları › İş №1(060)-150/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-150/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-150/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikası Amasiya şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:06-da yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, TESS-1-in qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qısa ətəkli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli dairəvi formalı qutuda təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq, götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 03 ayrı-ayn bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 1,597 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı mənzildə saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, TESS-l-in yaxınlığında saxlanılaraq 2-ci PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli kağıza bükülmüş vəziyyətdə 0,768 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən həyətdə inşa edilmiş 1 otaqdan ibarət yardımçı tikilinin içərisindəki şüşə stulun üstündə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,598 qram və 0,231 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək birinci epizod üzrə ifadəsində göstərdi ki, Kamran, Xumar adlı şəxslərlə birlikdə onun evində çay içirmişlər. Ədalət adlı polis əməkdaşı hasarın üstündən tullanaraq məhləyə daxil olmuş, ilk öncə onun kim olduğunu bilməmişlər. O, içəri daxil olduqdan sonra Kənan və Elnur adlı polis əməkdaşları da qapıdan içəri daxil olmuşlar. Ədalətdən kimliyini soruşduqda o, bölməyə getdikdən sonra aydınlaşdırılacağını bildirmişdir. Bölməyə getdikdən sonra Ədalət ona üç ədəd 5 manatlıq pul təqdim edərək bildirmişdir ki, guya Kamran bu pulu ona vermiş, o da ona narkotik satmışdır. Bununla razılaşmadığı halda onu, Kamranı və Xumarı külli miqdarda narkotik vasitə ilə sənədləşdirəcəklər. Bəzi təzyiqlərdən sonra Xumar qadın olduğu üçün onu sənədləşdirməsinlər deyə Kamranla belə qərara gəlmişlər ki, polis əməkdaşının dediyi ilə razılaşsınlar, daha sonra prokurora hər şeyi olduğu kimi danışarlar. İkinci epizod üzrə bildirdi ki, səhər saat 8-9 radələrində Elsevər və Ramin adlı polis əməkdaşları onun evinə gəlmişlər. Həmin vaxt anası da evdə olmuş, hüzür yerinə getməyə hazırlaşmışdır. Polis əməkdaşlarını evə dəvət etmişlər. O, marketə gedib qayıtmışdır. Daha sonra ona bildirmişlər ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəisi onu görmək istəyir. O da səbəbini soruşmuş, ona bölmədə izah olunacağını bildirmişlər. Bölmədə iki-üç saat oturduqdan sonra ona narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini bildirmişlər. Bölmədə baş verənlər kameraya da düşmüşdür. Onun üzərində narkotik vasitə olmamış, üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Narkotik vasitə istifadəçisidir, “kakos” adlanan narkotik vasitədən iki-üç aydır ki, istifadə edir. Narkotik vasitədən 3-5-10 gün aralıqla istifadə edir. Əvvəllər də həmin narkotik vasitədən istifadə etmiş, ailə qurduqdan sonra tərgitmişdir. Son məhkumluğu 2020-ci ildə CM-nin 234.1-ci maddəsi ilə olmuş, ondan sonra tərgitmiş, son vaxtlarda yenidən istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən əldə etmişdir. Kamran və Xumarın narkotik vasitədən istifadə edib-etməməsi barədə məlumatı yoxdur. İstintaq zamanı yazılan ifadədən xəbəri yoxdur, yalnız imza etmişdir. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, X5 uzun müddətdir ki, tanıyır. 10 avqust 2023-cü il tarixdə saat 15:50 radələrində tanışı Kamran Ocaqlı ona təmir etmək üçün verdiyi mobil telefonunu götürmək üçün yaşadığı evə gəlmiş, Kamran tanımadığı bir qızla gəlmiş, həmin qız küçədə gözləmişdir. Kamran isə onunla evdə görüşmüşdür. O, Kamrana telefonu ustaya verdiyini və hazırda təmir olunmadığını, hazır olan kimi ona xəbər edəcəyini bildirmişdir. Daha sonra Kamran həmin qızla çıxıb getmişlər. Həmin gün saat 16:00 radələrində o evdən çölə çıxıb evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qəbulu və üzərimdə gəzdirilməsində şübhəli bilindiyi üçün onu saxladıqlarını bildirərək aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin bölməyə getmişdir. Orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı üzərinə şəxsi axtanş keçirtmək istədiyini bildirən zaman o buna etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələrim barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. O həmin bildirişlə tanış olaraq, vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur.O da əynində olan qara rəngli qısa ətəkli şalvarının sağ yan cibində saxlamış olduğu ağ rəngli dairəvi formalı qutunu, şalvarımın sol yan cibindən isə 15 manat pulu təqdim etmişdir. Həmin qutu açıldıqda orada içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin müəyyən olunmuşdur. Sorğu zamanı o üzərindən aşkar olunan narkotik vasitə olan heroini iki gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 45-50 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin o narkotikin təsiri altında olduğundan, yalandan bildirmişdir ki, üzərindən aşkar olunmuş 15 manat pulu Kamran adlı tanışı ona narkotikə görə vermişdir. Əslində o heç kimə, o cümlədən Kamrana narkotik satmamış, pay verməmiş, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin 15 manat pul da özünə məxsus şəxsi pulu olmuşdur. Üzərindən aşkar olunan həmin heroin tərəzidə çəkilmiş, aşkar olunmuş həmin maddə 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış, o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. 15 manat pul da ondan götürülmüşdür. Bundan başqa, o xx.xx.2023-cü il tarixdə, təxminən saat 10:30 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, İES-nin (TESS-in) yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onu narkotik vasitələrin qəbulunda, üzərimdə gəzdirilməsİndə şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişlər, o etiraz etməyib onlarla birlikdə 2-cİ PB-nə getmişdir. Onlar PB-nə getdikdən sonra, xidməti otaqlarının birində hansı səbəbdən saxlanılması bir daha bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O hüquqlarının, vəkil siyahısında adı olan X6 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X6 təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Ülvi Əliyev özünü təqdim edib, ondan da özünü təqdim etməsini xahiş etmişdir. O da özünü təqdim etmişdir. Sonra təhqiqatçı onun narkotik vasitələrin istifadəsində, üzərimdə gəzdirilməsİndə və daşınmasında şüphəlİ bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. Polis əməkdaşları növbə ilə özlərini təqdimetdikdən sonra, təhqiqatçı, onun müdafiəçisi X1 təqdim etmişdir. Ardınca təhqiqatçı, onun narkotik vastələrin istifadəsində və daşınmasında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirildiyini bir daha xatırladaraq, üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş və etirazı olub-olmamasını soruşmuşdur. O etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim edərək tanış olmasını xahiş etmişdir. O yazılı bildirişlə tanış olduqdan sonra heç bir sualı olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirilməzdən öncə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. O üzərində evinin açarı və narkotik vasitə olduğunu bildirib, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə heroin kütləsini cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Ardınca təhqiqatçı, onun üzərinə axtarış keçirmiş, ancaq üzərindən əlavə heç bir aşkar olunmamışdır. Sonra təhqiqatçı, onun təqdim etdiyi ev açarını özünə qaytarmışdır. Ardınca İsə üzərindən aşkar edilmiş qara rəngli kağız bükümü açdıqda büküm içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar edilmişdir. O həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin o təhqiqatçının suallarım cavablandıraraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə bükümünü Bakı şəhərində 20 Yanvar ərazisində tanımadığı şəxsdən 12 və ya 13 manata öz istifadəsi üçün aldığını, 3-4 ildir ki narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evində də, narkotik vasitə bükümü olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı, onun evinə daxil olmaqla axtarış keçirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını ona təqdim edərək tanış olmasını xahiş etmişdir. O qərarla tanış olduqdan sonra axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Müdafiəçi, ondan yaşadığı evdə hər hansı bir şəxsin olubolmamasını soruşduqda o anasının evdə olduğunu, həmçinin üzərində evinin açarının olduğunu bildirmişdir. Təhqiqatçı, onun üzərindən aşkar olunmuş, narkotik vasitə heroinə bənzər kütlə bükümünü elektron tərəzi vasitəsi ilə çəkisini ölçdükdə, həmin bükümün çəkisinin 0,85 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı, onun üzərindən aşkar olunaraq götütülmüş 1 büküm narkotik vasitə heroin kütləsini məhkəmə ekspertizə mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırmış, zərf onlar tərəfindən imzalanmışdır. Həmçinin o, təhqiqaçmm və eləcə də müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir təziqə və şiddətə məruz qalmadığımı, üzərindən aşkar olunmuş narkotik vasitə bükümünün ona məxsus olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış yekunlaşdı və videoçəkiliş dayandırılmışdır. Bir qədər sonra isə yaşadığı evə baxış keçirilməsi üçün polis əməkdaşları və müdafiəçi ilə birlikdə onun evinə getmişlər. Təhqiqatçı, onun yaşadığı evə məhkəmə qərarı əsasında baxış keçiriləcəyini bildirmiş və bundan sonra o evinin qapısını açıb içəri daxil olmuşdur. Onun ardınca polis əməkdaşları və müdafiəçi Əbülfəz Bünyatovda evə daxil olmuşlar. Təhqiqatçı, ondan evində saxladığı narkotik vasitənin yerini göstərməsini xahiş etmişdir. O narkotik vasitə bükümünü saxladığı yeri unutduğu üçün öncə səhvən evinin qonaq otağındakı televizor altı dolabı göstərib, narkotik vasitənin orada olduğunu bildirmişdir. Təhqiqatçı həmin dolabda axtarış keçirsə də, narkotik vasitə bükümü və ya iş üçün əhəmiyyət kəsb edən hər hası bir əşya aşkar etməmişdir. Sonra o evinin həyətində inşa edilmiş digər bir otaqda, daha çox vaxt keçirdiyini, özünə məxsus narkotik vasitə bükümünü də ola bilsinki həmin otağa qoyduğunu bildirib sözügedən otağa baxış keçirilməsini təklif etmişdir. Bundan sonra iştirakçılar onunla birlikdə otaqdan çıxıb evin həyətində inşa edilmiş həmin 1 otaqdan ibarət digə tikiliyə tərəf getmişlər. Həmin otağa daxil olub axtarış aparılmağa başlanılmışdır. Axtarış ərəfəsində o özü otaqdakı şüşə məasnm üzərindən ona məxsus 2 ədəd qara kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə kütlələrini götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin bükümləri açdıqda bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən otaqda axtarış davam etdirilsə də narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı, onun otağından aşkar olunmuş narkotik vasitə olan heroin kütlə bükümlərini növbə ilə tərəziyə qoyub çəkisini ölçdükdə 1-cİ bükümün çəkisinin 0,67 qram, 2-ci bükümün çəkisinin 0,31 qram, hər iki bükümün birlikdə ümumi çəkisinin 0,97 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə heroin kütləsi bükümləri təhqiqatçı tərəfindən zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmış, zərf onlar tərəfindən imzalanmışdır. O təhqiqatçının suallarını cavablandıraraq otaqdan aşkar olunmuş narkotik vasitə heroin kütlə bükümlərini xx.xx.2023<ü il tarixdə, Bakı şəhəri, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən 13 manata öz istifadəsi üçün aldığını, başqa bir şəxsə satmadığım, pay vermədiyini, həmin bükümləri, üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə bükümü ilə eyni vaxtda aldığını, özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Adil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin təhqiqatçısı Kənan Hacıyev özünü və Adilin hüquqlarının müdafiəsi üçün vəkili təqdim etmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtanş keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli qısa ətəkli şalvann sağ yan cibində saxlamış olduğu ağ rəngli dairəvi formalı qutunu təqdim etmişdir. Həmin qutu açıldıqda orada içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin müəyyən olunmuşdur. Sorğu zamanı Adil üzərindən aşkar olunan narkotik vasitə olan heroini Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 45-50 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin maddədən 15 manat qarşılığında Kamran adlı tanışına da satdığını bildirmişdir. Adilin üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin sellofanla birlikdə tərəzidə çəkildikdə təxminən 1 qram və ya bir az artıq çəkidə olması məlum olduqdan sonra zərfə qablaşdırılıb ekspertiza üçün götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhərində Adil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində videokamera ilə çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkil təqdim edilmiş və üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. Adil üzərində evinin açarı və narkotik vasitə olduğunu bildirib, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə heroin kütləsini cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoyub, həmin bükümün narkotik vasitə olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra Adilin üzərindən aşkar edilmiş qara rəngli kağız bükümü açdıqda büküm içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar edilmişdir. Bundan sonra təhqiqatçı onun evinə daxil olmaqla axtarış keçirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını ona təqdim edərək tanış olmasını xahiş etmişdir. O qərarla tanış olduqdan sonra axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Müdafiəçi Adildən yaşadığı evdə hər hansı bir şəxsin olub-olmamasını soruşduqda, o anasının evdə olduğunu, həmçinin üzərində evinin açarının olduğunu bildirmişdir. Təhqiqatçı onun üzərindən aşkar olunmuş, narkotik vasitə heroınə bənzər kütlə bükümünü elektron tərəzi vasitəsi ilə çəkisini ölçdükdə, həmin bükümün çəkisinin 1 qramdan az olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı onun üzərindən aşkar olunaraq götütülmüş 1 büküm narkotik vasitə heroin kütləsini məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmışdır. Bundan sonra Adilin yaşadığı evə baxış keçirilməsi üçün onlar o və müdafiəçi ilə birlikdə onun evinə getmişlər. Təhqiqatçı yaşadığı evə məhkəmə qərarı əsasında baxış keçiriləcəyini Adilə bildirmiş və bundan sonra Adil evin qapısını açıb içəri daxil olmuşlar. Təhqiqatçı Adildən evində saxladığı narkotik vasitənin yerini göstərməsini xahiş etmişdir. Adil narkotik vasitə bükümünü saxladığı yeri unutduğu üçün öncə səhvən evinin qonaq otağındakı televizor altı dolabı göstərib, narkotik vasitənin orada olduğunu bildirmişdir. Təhqiqatçı həmin dolabda axtarış keçirsə də, narkotik vasitə bükümü və ya iş üçün əhəmiyyət kəsb edən hər hası bir əşya aşkar etməmişdir. Sonra Adil evinin həyətində inşa edilmiş digər bir otaqda, daha çox vaxt keçirdiyini, özünə məxsus narkotik vasitə bükümünü də ola bilsinki həmin otağa qoyduğunu bildirib sözügedən otağa baxış keçirilməsini təklif etmişdir. Bundan sonra onlar Adillə birlikdə otaqdan çıxıb evin həyətində inşa edilmiş həmin 1 otaqdan ibarət digər tikiliyə tərəf getmişlər. Həmin otağa daxil olub axtarış aparılmağa başlanılmışdır. Axtarış ərəfəsində Adil özü otaqdakı şüşə masanın üzərindən ona məxsus 2 ədəd qara kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə kütlələrini götürüb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı həmin bükümləri açdıqda bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən otaqda axtarış davam etdirilsə iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı Adilin otağından aşkar olunmuş bükümləri tərəziyə qoyub çəkdikdə, hər iki bükümün birlikdə ümumi çəkisinin təxminən 1 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə heroin kütləsi bükümləri təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Adil aşkar olunmuş narkotik vasitə heroin kütləsini öz istifadəsi üçün aldığını, başqa bir şəxsə satmadığını, pay vermədiyini, özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və kiçik inspektor polis baş serjantı X7 da Şahid2 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, TES-1-in yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 10:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, X8 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirılərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. X8 özü üzərində olan boz rəngli şalvarın sağ yan iç cibində saxlamış olduğu bir ədəd qara rəngli kağıza bükülmüş bır bükümdə içərisində qəhvəyi rəngli narkotik maddə olan heronıə bənzər maddəni təqdim etdi, üzərində başqa hər hansı bir əşya olmadığını bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin «kakos», olduğunu, həmin maddəni dünən yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən 11-12 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirdi. X8 üzərindən aşkar edilmiş iki büküm içərisindəki qəhvəyi rəngli maddələrlə birlikdə ayr-ayrıİıqda tərəziyə qoyulub çəkilən zaman, həmin bükümlərdən birinin içərisindəki maddə ilə birlikdə çəkisinin 0.85 qram olduğu müəyyən edildi və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddı sübut aşkar olunmadı. X8 yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə PB-nə əməliyyat məlumatı daxil olduğu üçün sonuncunun yaşadığı ünvana və həmin ünvanın zirzəmi yerinə baxış keçirilməsi üçün Sumqayıt şəhər prokurorluğu vasitəsilə Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. Bu barədə Sumqayıt şəhər Məhkəməsinin qərarı şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs izah edildi, sonuncu qərarla tanış olaraq yaşadığı ünvana polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirdi. X8 üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 11:15-dən - 11:26-dək davam etdi, videoçəkiliş onun yaşadığı ünvana və ünvanın yerinə baxış keçirilməsi üçün dayandırıldı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarış və götürmə keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə PB-nə əməliyyat məlumatı daxil olduğu üçün sonuncunun yaşadığı ünvana baxış keçirilməsi üçün Sumqayıt şəhər prokurorluğu vasitəsilə Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədə müvafiq hesab edilmişdir. Bu barədə Sumqayıt şəhər Məhkəməsinin qərarı şəxsi axtarış zamanı X10 izah edildi, sonuncu qərarla tanış olaraq yaşadığı ünvana polis əməkdaşlarının baxış keçirməsinə etiraz etmədiyini bildirdi və özü ilə birlikdə yaşadığı ünvana yaxınlaşmışlar, Təqsirləndirilən şəxs üzərində saxladığı açarla yaşadığı evin qapısını açdı və içəri daxil oldular. İştirakçılar ilə birlikdə içəri daxil oldular. Təqsirləndirilən şəxs yaşadığı ünvan Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində adsız küçədə nömrəsiz fərdi yaşayış evidir. Vət. Təqsirləndirilən şəxs yaşadığı evin salonuna baxış keçirildi, qanunla qadağan olunmuş hər hansı bır əşya maddı sübut aşkar olunmadı. Axtarış zamanı Təqsirləndirilən şəxs gününün çox hissəsini fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə keçirdiyini, narkotik maddəni həmin yerdə saxlaya biləcəyini dedi. Bu zaman həmin yardımçı tikiliyə baxış keçirildi, axtarış zamanı vət. Təqsirləndirilən şəxs yardımçı tikilinin içərisində qoyulmuş şüşə masanın üzərindən 2 ədəd qara rəngli kağıza bükülmüş 2 bükümdə içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddəni təqdim etdi və həmin maddə tərəflərindən götürüldü. Sorğu zaman Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərdəki maddələrin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 2 ədəd ədəd büküm içərisindəkı maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümlərin içərisindəki maddə ilə birlikdə çəkilərinin 0.67 qram, 0,31 qram ümumi çəkisinin isə "0.97” qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 2 ədəd büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏNnın MEM-nə göndərilməsi üçun xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/5022 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqiqata təqim edilmiş, üzərlərində AR DİN “Arayışlar üçün №126”möhür əksi, “Saxlanılan şəxs... Təqsirləndirilən şəxs...” və s. ad,soyad, imzalar olan 02 ədəd zərfdən birindəki təmiz çəkisi 0,768 qram qəhvəyi rəngli maddə kütləsi, digər zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,598 qram; 0,231 qram ümumilikdə təmiz çəkiləri 1,597 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,12 qram sərf edildikdən sonra 1,477 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Test-1 qarşısı, Kimyaçılar qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixdə saat 16:06-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli qısa ətəkli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd ağ rəngli dairəvi formalı qutunu təqdim etdi. Həmin qutunu açarkən içərisindən 1 ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin büküm açıldı, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin "kakos" olduğunu, 008.2023-ci il tarixdə həmin narkotik vasitəni Sumqayt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 45-50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, o cümlədən həmin maddədən 15 manat qarşılığında Kamran adlı tanışına yaşadığı ərazidə satmasını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin şəffaf sellofan ilə birlikdə 1,16 qram olduğu müəyyən edildi, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərildi. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 3-16-16/2-6/4303 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqiqata təqim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi , “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə...(imza) Təqsirləndirilən şəxs” yazısı, imzalar olan zərfdəki 01 bir ədəd bükümdə təmiz çəkisi 1,119 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin və X2 aşkar edilərək götürülmüş heroin (11 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4302 saylı ekspert rəyi) kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,069 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,069 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxsn xx.xx.2016-cı il təvəlüldlü Həsənli Ramal, xx.xx.2015-ci il təvəllüdlü Həsənli Damla adlı övladları vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5570 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada «00070» və «00071» rəqəmləri yazılmış iki qovluğ müəyyən edilir ki, həmin qovluqlardan «00070» qovluğunda 09 dəqiqə 34 saniyə, «00071» qovluğunda isə 17 dəqiqə 28 saniyədən ibarət videogörüntü var. «00070» qovluğundakı videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Ülvi Əliyev özünü təqdim edib, qarşısında dayanmış müki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, 1986-cı il tarixdə Ermənistan Respublikası, Amasiya şəhərində anadan olduğunu bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs, narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və daşınmasında şüphəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları Şahid3, Şahid2 və Şahid4 növbə ilə özlərini təqdim etdikdən sonra, təhqiqatçı, şübhəli şəxsin müdafiəçisi X1 təqdim edir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vastələrin istifadəsində və daşınmasında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirildiyini bir daha xatırladaraq, sonuncunun üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirir və etirazı olub-olmamasını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs etirazı olmadığını bildirdikdən sonra təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra heç bir sualı olmadığını bildirir. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirilməzdən öncə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa təqdim etməsini Təqsirləndirilən şəxs xahiş edir. Təqsirləndirilən şəxs üzərində evinin açarı və narkotik vasitə olduğunu bildirib, video görüntünün 02:02-ci anında, əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli kağız bükümü cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoyaraq həmin bükümün narkotik vasitə olduğunu, “dünən” Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyini bildirir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirir ancaq onun üzərindən əlavə heç bir aşkar olunmur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi ev açarının onun özünə qaytarır.Ardınca isə onun üzərindən aşkar edilmiş qara rəngli kağız bükümü açdıqda büküm içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər bərk halda olan kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu bildirir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə bükümünü Bakı şəhərində 20 Yanvar ərazisində tanımadığı şəxsdən 12 və ya 13 manata öz istifadəsi üçün aldığını, 3-4 ildir ki narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evində də narkotik vasitə bükümü olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs evinə daxil olmaqla axtarış keçirilməsinə icazə verilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını sonuncuya təqdim edərək tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildir. Müdafiəçi Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir şəxsin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs anasının evdə olduğunu, həmçinin üzərində evinin açarının olduğunu bildirir. Videogörüntünün 05:41-ci anında təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, narkotik vasitə heroinə bənzər kütlə bükümünü elektron tərəzi vasitəsi ilə çəkisini ölçdükdə, həmin bükümün çəkisinin 0,85 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götütülmüş 1 büküm narkotik vasitə heroinə bənzər kütlə bükümünü məhkəmə ekspertizə mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, zərf iştirakçılar tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs, təhqiqaçmın və eləcə də müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir təziqə və şiddətə məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik, vasitə bükümünün onun özünə məxsus olduğunu bildirir. Bundan sonra şəxsi axtarış yekunlaşır və videoçəkiliş dayandırılır. Həmin diskdə olan «00071» qovluğuna daxil olduqda qovluğundakı videogörüntünün ilk saniyəsində fərdi yaşayış evinin giriş darvazasının qarşısında təhqiqatçı Ülvi Əhmədovun, şübhəli şəxs Təqsirləndirilən şəxs və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının dayanması müşahidə olunur. Təhqiqatçı, Təqsirləndirilən şəxs yaşadığı evə məhkəmə qərarı əsasında baxış keçiriləcəyini bildirir Bundan sonra Təqsirləndirilən şəxs evinin qapısını açıb içəri daxil olur, onun ardınca polis əməkdaşları və müdafiəçi Əbülfəz Bünyatovda evə daxil olurlar. Təhqiqatçı, Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitənin yerini göstərməsini xahiş edir. Təqsirləndirilən şəxs evin qonaq otağındakı televizor altı dolabı göstərir. Təhqiqatçı həmin dolabda axtarış keçirsə də, narkotik vasitəyə bənzər kütlə bükümü və ya iş üçün əhəmiyyət kəsb edən hər hası bir əşya aşkar edilmir. Videogörüntünün 04:12- ci anında şübhəli şəxs Təqsirləndirilən şəxs evinin həyətində inşa edilmiş digər bir otaqda daha çox vaxt keçirdiyini, özünə məxsus narkotik vasitə bükümünü də ola bilsinki həmin otağa qoyduğunu bildirib sözügedən otağa baxış keçirilməsini təklif edir. Bundan sonra iştirakçılar Təqsirləndirilən şəxsla birlikdə otaqdan çıxıb evin həyətində inşa edilmiş 1 otaqdan ibarət digər tikiliyə tərəf gedirlər. Həmin otağa daxil olub axtarış aparılmağa başlanılır. Axtarış ərəfəsində Təqsirləndirilən şəxs otaqdakı şüşə məasnın üzərindən 2 ədəd qara kağız bükümü götürüb təhqiqatçıya təqdim edir. Təhqiqatçı həmin bükümləri açdıqda bükümlərin içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər, bərk halda kütlə aşkar edilir. Polis əməkdaşları tərəfindən otaqda axtarış davam etdirilsə də iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmur. Videogörüntünün ll:36-cı anında təhqiqatçı, Təqsirləndirilən şəxs otağından aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə bükümlərini növbə ilə tərəziyə qoyub çəkisini ölçdükdə 1-ci bükümün çəkisinin 0,67 qram, 2-ci bükümün çəkisinin 0,31 qram, hər iki bükümün birlikdə ümumi çəkisinin 0,97 qram olması müəyyən edilir. Bundan sonra aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə bükümləri təhqiqatçı tərəfindən zərfə qoyularaq xüsusi qaydada qablaşdırılır, zərf Təqsirləndirilən şəxs tərəfindən, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq otaqdan aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə bükümlərini dünən, Bakı şəhəri, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən 13 manata öz istifadəsi üçün aldığını, başqa bir şəxsə satmadığını, pay vermədiyini, həmin bükümləri üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə bükümü ilə eyni vaxtda aldığını, özünə məxsus olduğunu bildirir. Bundan sonra baxış və axtarış yekunlaşır, videoçəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrinə əsasən 03 ay 02 gün azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-355/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs müstəntiqdən 15 manat pulu təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,597 qram olan heroin, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,477 qram çəkidə narkotik vasitə heroin sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ- nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin istintaqının başa çatdırılaraq xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilməsi nəzərə alınmış, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,069 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixdə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərinə şəxsi axtarış zamanı götürülmüş 15 manat pul sübut əhəmiyyət kəsb etmədiyindən saxlanılması üçün özünə qaytarılmış, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,477 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı diskin cinayət işinin istintaq materiallarında saxlanılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,069 qram və 1,477 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 224,00 (110 və 114) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-987/2024) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 2153 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,069 qram və 1,477 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 224,00 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar