Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-151/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə saat 11:45 radələrində Bl, B, Cl, C kateqoriyalı, BA 406430 seriyalı sürücülük vəsiqəsi ilə ƏN-Vİ № 040301 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius (Hibrid) Xetçbek” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sahil küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanın) tələblərini pozub, yəni hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 70 km/saat sürətlə hərəkətdə olarkən, bunlara riayət etməyib və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq qarşısında hərəkətdə olan “Hyundai Elantra” markalı, 3473JC dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub ehtiyyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 döş qəfəsinin sol yarısının dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, eyni zamanda idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 qızma qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunmuş təpə nahiyyəsinin əzilmiş-cırılmış geniş ölçülü yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 qızma sol bazu sümüyünün aşağı 1/3- nin qapalı qəlpəli yerdəyişən sınığı, üst alt dodağın sağ hissəsinin yaraları, alt çənədə 44, 43, 42, 41, 31, 32 dişlərin ekstraksiyası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Toyota Prius markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurdu. Həmin avtomobili etibarnamə ilə idarə etmiş, xx.xx.2022-ci il tarixdə o taksi fəaliyyəti ilə məşğul olarkən Fatmayı kəndi ərazisindən ona telefon vasitəsi ilə Sumqayıt şəhərinə sifariş gəlmiş, o da həmin şifarişi qəbul edib Fatmayı kəndindən 2 nəfər qadın və 1 nəfər azyaşlı uşağı götürüb Sumqayıt şəhərinə yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində Sumqayıt şəhəri Sahil küçəsi ilə saatda təxminən 50 km sürətlə hərəkətdə olarkən “Su səsi” restorana çatmamış qarşısında hərəkətdə olan Hyundai Elantra markalı 3473JC transit nömrə nişanlı avtomobil sağa dönmə işığını yandırıb “Su Səsi” restoranına dönmək istəyərkən o, ara məsafəsini düzgün saxlaya bilməmiş və avtomobilinin sağ ön hissəsi ilə həmin avtomobili sol arxa hissəsindən vurub bir qədər irəliyə sürümüş, həmin avtomobil “Su səsi” restoranının reklam lövhəsinə dəyib dayanmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilində olan 2 nəfər qadın sərnişinlər, adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışdırlar. O, onların xəsarət aldığını görüb tez TTYS-na müraciət etmiş, bir müddət sonra hadisə yerinə təcili maşın avtomobili gəlib qadınları Sumqayıt şəhər TTYX-na aparmışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları hadisə yerini müayinə etmişlər və avtomobilləri cərimə meydançasına aparmışlar. Sonra o da xəstəxanaya həmin qadınların yanına getmiş, onlara müayinə xərclərini ödəmiş, lakin onlar sonra ondan pul tələb etmişlər, onun da pulu olmadığı üçün onlara pul ödəyə bilməmişdir. Hadisə baş verən vaxt o spirtli içki və ya narkotik vasitə təsiri altında olmamış, o, yolnəqliyyat hadisəsi baş verməmişdən öncə yorğun olduğundan digər avtomobilə fikir verməmişdir. Yol nəqliyyat hadisəsi baş verən vaxt idarə etdiyi Toyota Prius markalı **-HU- *** dövlət qeydiyyat nişanlı avtomobildə 3 nəfər sərnişin olmuşdur, onlardan ikisi qadın, biri isə təxminən 3-4 yaşlı uşaq olardı. Baş vermiş hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə “Bolt” şirkətindən olduqları Fatmayı kəndindən Sumqayıt şəhərinə getməkdən ötrü taksi sifariş vermişlər və təqribən 11-12 radələrində “Toyota Prius” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş və onlar həmin avtomobilə əyləşərək Sumqayıt şəhərinə gəlmişlər. Həmin vaxtı o, azyaşlı qızı Mələk Qədimli və dayısı qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə avtomobilə əyləşərək yola düşmüşlər. Sumqayıt şəhərində hərəkətə davam edən zaman “Su-səsi” restoranının yanına çatan vaxtı qarşılarında gedən Hyundai markalı avtomobil dönmək istəyən zaman onların avtomobili arxadan onu vurmuş və nəticədə o və dayısı qızı Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Onların hər ikisinə yardım göstərilməsi üçün ora TTY avtomobili gəlmiş və hər ikisini xəstəxanaya aparmışlar. Lakin 5 yaşlı qızı Mələk Qədimli xəsarət almamışdır. Hadisə zaman hər iki sürücü həm hadisə yerində və sonra da onlarla birlikdə xəstəxanaya gəlsələr də, onların avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs onlara müalicə almaqda heç bir yardım göstərməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə bibisi qızı Zərərçəkmiş şəxs1 və qızı onların evə qonaq gəlmişdirlər və onlar bilrikdə Sumqayıt şəhərinə getməkdən ötrü “Bolt” şirkətindən olduqları Fatmayı kəndindən Sumqayıt şəhərinə getməkdən ötrü taksi sifariş vermişlər. Həmin vaxtı o, Zərərçəkmiş şəxs1 və onun azyaşlı qızı Mələk Qədimli ilə birlikdə avtomobilə əyləşərək yola düşmüşlər. Hadisənin necə baş verdiyini xatırlamır. Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə bibisi qızı Zərərçəkmiş şəxs1 və qızı onların evə qonaq gəlmişdilər və onlar bilrikdə Sumqayıt şəhərinə getməkdən ötrü “Bolt” şirkətindən olduqları Fatmayı kəndindən Sumqayıt şəhərinə getməkdən ötrü taksi sifariş vermişlər, günorta vaxtlarında taksi gəlmiş və onlar həmin avtomobilə əyləşərək Sumqayıt şəhərinə gəlmişlər. Həmin vaxtı o, Zərərçəkmiş şəxs1 və onun azyaşlı qızı Mələk Qədimli ilə birlikdə avtomobilə əyləşərək yola düşmüşlər. Sumqayıt şəhərində dəqiq bilmədiyi yerdə onların avtomobili qarşıda gedən avtomobillə toqquşmuş və nəticədə o və bibisi qızı Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Onların hər ikisinə yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Təqsirləndirlən şəxsə cəza verilməsi məsələsini məhkəmənin mülahizəsinə verir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət düşmənçiliyi olmamışdır. O X2 satmaq üçün Hyundai Elantra markalı avtomobil almışdır. Həmin avtomobili 2022-ci il ilin iyun ayının sonlarında Gürcüstan Respublikasının Poti şəhərinə gəmi vasitəsi ilə limana gətirilmişdir. xx.xx.2022-ci il tarixdə o Gürcüstan Respublikasına gedib avtomobili gətirmiş, o həmin avtomobili ABŞ-dan auksiondan öz adma sifariş vermişdir. O Gürcüstan Respublikasından həmin avtomobilə 3473JC saylı transit nömrə verilmişdir. O həmin avtomobili özü idarə edərək Azərbaycan Respublikasına gəlmişdir. O 72 saat ərzində həmin avtomobili Meyvəli bazarının yanında yerləşən Gömrük idarəsinə aparıb gömrükdən keçərməli olmuşdur. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində Sumqayıt şəhəri Sahil küçəsi ilə saatda 33-40 km sürətlə hərəkətdə olarkən “Su səsi” restorana çatmamış həmin restorana dönmək üçün avtomobilinin sağa dönmə işığını yandırıb həmin restorana dönmək istəyərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa sol tərəfindən onu vuraraq onun idarə etdiyi avtomobili bir qədər irəli sürmüş və onun avtomobili yolu sağ kənarında olan Su səsi restoranın reklam lövhəsinə çırpılmışdır. O avtomobildən düşüb görmüşdür ki, Toyora Prius markalı avtomobildə 2 nəfər qadın sərnişin var. Onlar xəsarət almışdılar. Hadisə yerinə yığışan şəxslərdən kimsə TTYS-na müraciət etmişdir. Bir müddət sonra hadisə yerinə təcili maşın avtomobili gəlib qadınları Sumqayıt şəhər TTYX-na aparmışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları hadisə yerini müayinə etmişlər və avtomobilləri cərimə meydançasına aparmışlar. Eyni zamanda onun və digər sürücünün sərxoşluq və narkotik vasitə təsiri altında olub olmadığı yoxlanılmış və onların spirtli içki və ya narkotik vasitə təsiri altında olmadıqları müəyyən edilmişdir. Həmin gün axşam onun başında ağrıları olduğu üçün o Sumqayıt şəhər TTYX-na həkim müayinəsinə keçmişdir. Lakin ciddi heç bir xəsarəti olmamışdır. Hadisə ilə bağlı heç kimdən şikayəti olmamışdır. O hadisə baş verdikdən sonra digər sürücüdən haadisənin necə baş verdiyini soruşmuş, o, da ona demişdir ki, sükan arxamda yorğun olmuş, gözü bir anlıq bağlanmış, onun avtomobilini görməmişdir. Yol nəqliyyat hadisəsi xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində Sumqayıt şəhəri Sahil küçəsi 6-cı mikrorayon istiqamətində “Su Səsi” restoranının qarşısında baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb digər sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yorğunluqdan bir anlıq gözünün bağlnmasmdan olmuşdur. Hyundai Elantra markalı 3473JC saylı transit nömrəli avtomobili idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, eyni zamanda həmin avtomobilin invoice sənədləri onun adınadır. Hadisə baş verən vaxt o spirtli içki və ya narkotik vasitə təsiri altında olmamışdır. Yol-nəqliyyat hadisəsi baş verməmişdən öncə o, onun arxasından gəldiyi üçün digər avtomobili görməmiş, o Hyundai Elantra markalı 3473JC saylı transit nömrəli avtomobili təxminən saatda 30-40 km sürətlə idarə etmiş, çünki o restorana girmək üçün avtomoblin surətini azaldıb sağa dönmə işığını yandırıb “Su səsi” restoranına dönmək istəmişdir. Onun darə etdiyi Hyundai Elantra markalı 3473JC saylı transit nömrəli avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən vaxt idarə etdiyi Hyundai Elantra markalı 3473JC saylı transit nömrəli avtomobildə yalnız özü olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YNH eksperti, polis kapitanı Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, Sahil küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o, hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius (Hibrid) Xetçbek” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Sahil küçəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq qarşısında hərəkətdə olan “Hyundai Elantra” markalı, 3473JC dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən vurub ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, eləcə də “Toyota Prius (Hibrid) Xetçbek” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 qızma, Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Daha sonra hadisə yerinə çağırılmış təclitibbi yardım maşını ilə xəsarət almış şəxslər Sumqayıt şəhər TTYX-na aparılmışlar. Bundan sonra hadisə yeri hər iki sürücünün, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra hər iki avtomobillərin sürücüləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 Sumqayıt şəhər Narkoloji Dispanserinə aparılaraq orada onlar sərxoşluq müayinəsindən keçirilmişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 hadisə yerindən qaçması halı baş verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Sahil küçəsi, “Su səsi” restoranının yaxınlığıdır. Yolun hərəkət hissəsi düz, quru və asfaltbeton örtüklüdür. Yol örtüyünün eni 16 metr, hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 4 metrdir. Hərəkət hissədə eyni istiqamətli nəqliyyat axımını ayırmaq üçün qırıq-qırıq xətlər vardır. Hərəkət hissəyə sağdan və soldan səki, sonra sağdan və soldan şəhər tipli tikililər birləşir. Hərəkətin nizamlama üsulu işıqforla tənzimlənir. Yol nişanları 3.24 nişanı, 2.5 nişanı və sağa dönmə nişanları olmuşdur. Yol şəhər elektrik işıqları ilə işıqlanır. Hadisə yeri yolun sağ kənarından 2.35 m məsafədə orta beton qatdan 5.65 m, sol kənar hissədən 13.65 m məsafədə olmuşdur. Hər iki nəqliyyat vasitəsi Sumqayıt şəhəri, Sahil küçəsi ilə düz istiqamətdə hərəkətdə olmuşdur. Hyundai Elantra markalı avtomobil yolun sağ kənarında reklam lövhəsinə çırpılaraq dayanıqlı vəziyyətdə, Toyota Prius markalı avtomobil sağ kənar hissədə Hyundai Elantra markalı avtomobilə doğru dayanmışdır. İş materiallarında olan 3106 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs3 alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan 3107 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan ƏN-Vİ№ 040301, xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 tərəfindən “Toyota Prius (Hibrid) Xetçbek” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 988 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində QKBT, baş beyin silkələnməsi ilə müşayət olunmuş təpə nahiyyəsinin əzilmiş-cırılmış geniş ölçülü yarasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayığ şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 979 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol baxu sümüyünün aşağı 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı, üst alt dodağın sağ hissəsinin yaraları, alt çənədə 43,44, 42, 41, 31,32 dişlərin ekstrksiyasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1100 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində döş qəfəsinin sol yarısının dərialtı hematomasından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardıma müraciət etdiyi vaxtdan az olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022ci il tarixli, 8/1983 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 60 km/saat qədər məhdudlaşdırılmış yol sahəsinə 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Elantra markalı, 3473 JC dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 016-302-7430-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Toyota Prius markalı 99HU137 dövlət qeydiyyat nişanlı avtomaşın X5 məxsusdur. Təqsirləndirilən şəxs etibarnamə ilə xx.xx.2022-ci il tarixdən 1 il müddətinə idarə etməsi haqda kompyuter bazasında qeyd vardır. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur və olmayıb. Hyundai Elantra markalı 3473 JC tranzit nömrə nişanlı avtomaşın barədə kompyuter bazasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşyış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2006-cı ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa xx.xx.1969-cu il təvəllüdlü X1 və xx.xx.1959-cu il təvəllüdlü İsmayılov Hüsaməddin Bayram oğlu qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186, 187 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs3 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə bağlı qərarı məhkəmənin öhdəsinə buraxır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə ciddi cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Lakin ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs3 ilə barışmasını və onun şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-873/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1715 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 22 (iyirmi iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-151/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-151/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver