Məhkəmə qərarları › İş №1(060)-151/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-151/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-151/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi ünvan 7qayıt şəhər 1 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə ünvan 7qayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qram, 0,338 qram, 0,281 qram, 0,184 qram, 0,241 qram, 0,357 qram ümumi təmiz çəkisi 1,727 qram olan narkotik vasitə heroini qanunsuz əldə edərək. yaşadığı-ünvan 7qayıt şəhəri, X7 qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 60 ünvanına daşıyaraq özünə məxsus vataq otağında olan balışın altındakı çarpayının üzərinə sərilmiş mələfənin altında saxlamış, 26 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində ünvan 7qayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı evinə baxış keçirilən zaman 06 ədəd bükümdə ümumi təmiz çəkisi 1,727 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin yataq otağında olan balışın altındakı çarpayının üzərinə sərilmiş mələfənin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir. 3-cü qrup əlildir. Sağ gözü görmür, sol gözündə görmə 30 faizdir. Əvvəllər narkotik vasitə istifadə etsə də, hazırda nə narkotik vasitə istifadə edir, nə də ki satmır. Amma, əvvəllər satma halları olmuşdur. 26 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında olmuş, bu zaman ünvan 7qayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməkdaşları ona yaxınlaşıb bildirmişlər ki, o, narkotik vasitələri üzərində gəzdirməkdə və satmaqda şübhəlidir. Ona ünvan 7qayıt şəhər məhkəməsinin qərarı barədə məlumat verib video çəkilİş vasitəsilə evinə baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş, özü evə baxış keçirilməsi üçün mənzilin qapısını açıb içəri daxil olduqdan sonra polis əməkdaşlarını evə dəvət etmişdir. Əvvəl evin zalına baxış keçirmişlər. Daha sonra o, yataq otağının qapısını açıb içəri daxil olduqdan sonra polis əməkdaşları otağa daxil olmuşlar. Ona məxsus yataq otağında çarpayının üstündə olan balışının altına sərilmiş prostinanın altına baxanda oradan 6 ədəd ağ kağızlara bükülmüş ona məxsus bükümlər aşkar edilmişdir. Bildirmişdir ki, həmin bükümləri o, 2021-ci il tarixdə tanımadığı şəxsdən əldə edib saxlamışdır ki, ayaqlarında olan ağrıları dözülməz olanda istifadə etsin. Lakin, elə həmin tarixdən ona ehtiyacı olmamışdır. Necə almışdırsa elə də saxlamışdır. O, həmin narkotik vasitəni 2021-ci ildə yadında qalmayan tarixdə tanımadığı şəxsdən əldə etmişdir. Evinə baxış keçirildikdən sonra, o, polis əməkdaşları ilə bilikdə 2-ci PB-nə gəlmişdir. Orada ona müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmişdir. O, əsəbi olduğundan və özünü müdafiə məqsədilə təhqiqat araşdırması zamanı evindən aşkar olunan 6 ədəd bükümdə narkotik vasitə heroinin ona məxsus olmadığını, eləcə də polis əməkdaşları tərəfindən barmağına xəsarət yetiridiyini bildirmişdir. Lakin, sonrdan fikrini dəyişərək həqiqəti demişdir. Belə ki, evindən aşkar edilmiş 6 ədəd bükümdə narkotik vasitə heroin ona məxsusdur. Həmçinin polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, görmə qabiliyyətində problemlər olmaqla İİİ qrup ömürlük əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş ünvan 7qayıt ŞPİ-nin 2-ci PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Mirzəyev X5 qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə ünvan 7qayıt şəhər prokurorluğu vasitəsi ilə ünvan 7qayıt şəhər məhkəməsinə verilmiş təqdimat həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsindən ötrü ondan, o cümlədən ünvan 7qayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı X4, bölmənin baş əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. xx.xx.2023-cü il tarixdə, saat 12:03-də əməliyyat qrupu ilə ünvan 7qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 60 saylı evin qarşısında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsindən ötrü məhkəmə qərarı ilə tanış etmişlər. Xanbala Mirzəvev yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qapısını özü açmış, iştirakçılar ilə birlikdə içəri daxıl olmuşlar. Ev sahibi Mirzəyev X9 özü əvvəlcə dəhlizin qapısını açaraq içəri daxil olaraq zalı göstərdikdə, baş təhqiqatçı Mətləb Abbasov tərəfindən zala baxış keçirilmiş, baxış zamanı zalda qanunla qadağan edilmiş hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Daha sonra giriş qapısından solda yerləşən otağı göstərərək həmin otağın ona məxsus yataq otağı olduğunu bildirərək otağın giriş qapısını açdıqda içəri daxil olmuşlar. Otağa baxış keçirilərkən sol tərəfdə yerləşən dəmir çarpayıdan İbarət yataq dəstinə baxış keçirilərkən yataq dəstinin üstündə olan balışın altındakı prostinanı qaldırdıqda orada ağ kağıza bükülmüş 6 (altı) büküm aşkar edilmişdir. Aşkar edilmiş ağ kağız bükümləri açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan "heroin"ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlərdəki maddələrin ona məxsus olmadığını, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olsa da, hazırda narkotik vasitələrin satışı İlə məşğul olmadığını və istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yataq otağındakı çarpayısının balışının altından aşkar edilmiş altı ədəd büküm ayrı-ayrılıqda içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümlərin içərisindəki maddə ilə birlikdə çəkilərinin 0,25 qram, 0,36 qram, 0,44 qram, 0,38 qram, 0,46 qram və 0,48 qram 6 ədəd kağız büküm içərisindəki maddə ilə birlikdə elektron tərəziyə qoyulub çəkilərkən ümumi çəkisinin 2,35 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yataq otağındakı çarpayının üstündəki balışın altından aşkar edilmiş 06 (altı) ədəd büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək digər prosedur hərəkətlərini davam etdirmək üçün ünvan 7qayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edilmiş və Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlar birlikdə ünvan 7qayıt ŞPİ-nin 2-ci PBnə getmişdir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs video çəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi vəkil təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü öz hüquqlarını müdafiə edəcəyini bildirərək vəkil istəmədiyini və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddi sübut aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları, digər ödəmə çekləri, ağ rəngli parça və siqaret maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Lakin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş iki ədəd iyirmi qəpik, bir ədəd on qəpik və papağın içərisindən aşkar edilmiş bir ədəd lezva özünə hər hansı bir xəsarət yetirməməsi üçün Təqsirləndirilən şəxs özünə geri qaytarılmamışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ünvan 7qayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən yataq otağındakı çarpayıda olan balışın altındakı çarpayının üzərinə sərilmiş mələfənin altından 06 (altı) ədəd büküm aşkar edilmiş, həmin bükümlərin içərisindəki maddələr narkotik vasitə olan heroinə bənzər maddə olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid ünvan 7qayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 və Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilərkən yataq otağındakı çarpayıda olan balışın altındakı çarpayının üzərinə sərilmiş mələfənin altından 06 (altı) ədəd büküm aşkar edilmiş, həmin bükümlərin içərisindəki maddələr narkotik vasitə olan heroinə bənzər maddə olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 27-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 48-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5752 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində '"...Təqsirləndirilən şəxs yaşadığı ünvanda..." sözləri yazılmış zərfdəki, altı ədəd bükümdə ayn-aynlıqda təmiz çəkiləri 0.326 qr.. 0.338 qr.. 0.281 qr.. 0.184 qr., 0.241 qr.. 0.357 qr.. ümumi təmiz çəkisi 1,727 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 1,727 qram olmuş, tədqiqata 0,100 qram sərf edilmiş, 1,627 qram qalıq qalmışdır. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 1,627 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün ünvan 7qayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7154 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 78-79-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7qayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, ünvan 7qayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə abrəsində amnistiya qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işinin 15-16-cı vərəqəsinə əlavə edilmiş baxış keçirilmə və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilməsi üçün xx.xx.2023-cü il tarixdə ünvan 7qayıt şəhər prokurorluğu vasitəsi ilə ünvan 7qayıt şəhər məhkəməsinə verilmiş təqdimat həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmişdir. X12 Həsən oğlunun yaşadığı ünvana baxış keçirilməsindən ötrü ünvan 7qayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, bölmənin baş təhqiqatçısı, polis mayoru X4, bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və həmin bölmənin kiçik inspektoru, polis baş serjantı 1 orzəliycv Ayaz Niyaz oğlundan ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:03-də əməliyyat qrupu ilə ünvan 7qayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi. Üzeyir Hacıbəyov küçəəsi. 60 saylı ev qarşısında olan zaman əlamətləri X12 Həsən oğlunun əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduğiarmı bildirmişlər və ondan da Özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək X12 Həsən oğlu olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsindən ötrü məhkəmə qərarı ilə tanış etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qaısım özü açmış, iştirakçılar ilə birlikdə içəri daxil olmuşlar. Xanbala Mirzəycv yaşadığı ev fərdi yaşayış evidir, evin həyətinə daxil olduqda so! tərəfdə mətbəx yerləşir, sağ tərəfdə isə fərdi ev, evin qarşısı isə dəhliz olmaqla hər iki başından laxta qapılar açılır, ev sahibi Təqsirləndirilən şəxs özü əvvəlcə dəhlizin qapısını açaraq içəri daxil olaraq zalı göstərdikdə, baş təhqiqatçı Mətləb Abbasov tərəfindən zala baxış keçirilmiş, baxış zamanı zalda qanunla qadağan edilmiş hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Daha sonra giriş qapısından solda yerləşən otağı göstərərək həmin otağın ona məxsus yataq otağı olduğunu bildirərək otağın giriş qapısını açdıqda içəri daxil olmuşlar. Otağa baxış keçirilərkən sol tərəfdə yerləşən dəmir çarpayıdan ibarət yataq dəstinə baxış keçirilərkən yataq dəstinin üstündə olan balışın altındakı prostinanı qaldırdıqda orada ağ kağıza bükülmüş 6 (altı) büküm aşkar edilmişdir. Aşkar edilmiş ağ kağız bükümləri açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan Mheroin"ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zaman Mirzəyev X10 aşkar olunmuş bükümlərdəkİ maddələrin ona məxsus olmadığını, əvvəllər narkotik vasitələrin satışı İlə məşğul olsa da hazırda narkotik vasitələrin satışı ilə məşğul olmadığını və istifadə etmədiyini bildirmişdir. X12 Həsən oğlunun yaşadığı ünvanın yataq otağındakı çarpax ismin balışının altından aşkar edilmiş altı ədəd büküm ayrı-ayrılıqda içərsindəki maddə ilə birlikdə lərəzixə qoyulub çəkilən zaman, həmin bükümlərin içərsindəki maddə İlə birlikdə çəkilərinin 0.25 qram, 0.36 qram, 0.44 qram, 0.38 qram, 0.46 qram və 0.48 qram 6 ədəd kağız büküm içərisindəki maddə ilə birlikdə elektron tərəziyə qoyulub çəkilərkən ümumi çəkisinin 2.35 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanın yataq otağındakı çarpayının üstündəki balışın altından aşkar edilmiş 06 (altı) ədəd büküm içərsindəki maddə ilə birlikdə xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin 34-35-ci vərəqələrinə əlavə edilmiş şəxsi axtarış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokola və həmin zaman qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan ünvan 7qayıt ŞİHB-nin Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinə əlavə edilmiş ƏƏSMN 6 saylı Zona TSEK-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs ümumi əsasla İİİ qrup əlildir. Cinayət işinə əlavə edilmiş amblator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki gözündə görmə qabiliyyətinin zəifliyi vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, görmə qabiliyyəti zəifliyinin olmasını, İİİ qrup əlil olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7154 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq ünvan 7qayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,627 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş ünvan 7qayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. ünvan 7qayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,627 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə ünvan 7qayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ünvan 7qayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində ünvan 7qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 7qayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar