Məhkəmə qərarları › İş №1(060)-151/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-151/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-151/2025 12.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2024-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, xeyli miqdarda, 01 ədəd şəffaf sellofan bükülünün içərisindəki 8 ədəd qızılı rəngli siqaret kağızının bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,216 qram, 0,113 qram, 0,120 qram, 0,112 qram, 0,106 qram, 0,080 qram, 0,085 qram, ümumi təmiz çəkisi 0,905 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13 sentyabr 2024-cü il tarixdə, saat 11:40-da Sumqayıt ŞPİnin NMB-nin əməkdaşlarının ünvan 1 ünvanının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünün içərisindəki 8 ədəd qızılı rəngli siqaret kağızının bükümlərində ayrı- ayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,216 qram, 0,113 qram, 0,120 qram, 0,112 qram, 0.106 qram, 0,080 qram, 0,085 qram, ümumi təmiz çəkisi 0,905 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ilə yaxın müddətdir narkotik vasitə heroindən istifadə edir. xx.xx.2024cü il tarixdə, təxminən günorta saat 11-12 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yaşadığı evə 6-7 polis əməkdaşı yaxınlaşıb onu saxlayaraq polis idarəsinə aparmış, həmin vaxt evdə valideyni və uşaqları da olmuşdur. Qeyd edir ki, nə onun üzərində nə də evdə narkotik vasitə olmamışdır. Onun üzərinə şəxsi axtarış keçirilmiş “İphone 11” markalı mobil telefonu qablaşdırılaraq götürülmüş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman təzyiqə məruz qalmış, onu inandırmışlar ki, sənədləşməni CM-nin 234.1-ci maddəsi ilə aparılacaqdır. Sumqayıt ŞPİ-də ona tərəzi və içərisində narkotik vasitə olan paket təqdim edilmiş, O, ilk dəfə ona verilmiş 08 ədəd bükülünü qəbul etməmiş, lakin ona təzyiq edildikdən sonra bükülünü qəbul etmişdir. Həmçinin, xx.xx.2024cü il tarixdə MSY-də olduğu zaman da təzyiqə məruz qalsa da, lakin müstəntiq tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə gətiriləndə döyülməsi ilə bağlı hər hansı məlumat verməmiş, daha sonra polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı şikayət etmiş, bununla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmışdır. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Tutularkən üzərində narkotik vasitə olmasa da, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyət məlumatının yoxlanılması məqsədi ilə polis idarəsinin rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı Sumqayıt şəhəri, 23-cü məhəllə, 7-ci keçid, Kotec qəsəbəsi ərazisində yerləşən 11/206 nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 13 sentyabr 2024-cü il tarixdə, saat 11:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinə dəvət edilmiş, sonuncu da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmış, Təqsirləndirilən şəxs özü cibindən bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd ‘'iPhone 11” markalı mobil telefonu çıxaraq təqdim etmiş, həmin bükülü açıldıqda içərisində 8 ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri əvvəl bir neçə dəfə alış-verişi olduğu adını bilmədiyi şəxslə telefon vasitəsilə danışdığını, həmin şəxsin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında onun yaşadığı ünvanın yaxınlığında atdığını və bunun müqabilində həmin şəxsin kart hesabına 51 manat pul göndərdiyini, həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan əlavə Şahid1 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satışı barədə olmuş, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmiş, əməliyyat tədbirində polis əməkdaşı Şahid2la olmuş, təqsirləndirilən şəxsin evinə baxış keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə olmuşdur. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Məhkəmə iclasında Müdafiəçi çıxışı zamanı bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə ağrıları olması səbəbindən narkotik vasitə istifadəçisidir. O, narkotik vasitənin şəxsi istifadəsi üçün əldə etmişdir. Cinayət işi materiallarında da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut yoxdur. Qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və ona CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın verilməsini xahiş etmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11.40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-75-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4567 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 08 (səkkiz) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,073 qram, 0,216 qram, 0,113 qram, 0,120 qram, 0,112 qram, 0,106 qram, 0,080 qram və 0,085 qram, ümumi təmiz çəkisi 0,905 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 08 (səkkiz) ədəd bükümdə olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,905 qram olmuş, tədqiqata cəmi 0,160 qram sərf edilmiş (hər obyektdən 0,02 qram olmaqla), cəmi 0,745 qram qalıq qalmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 115-122-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,745 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6661 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 28-29-cu vərəqələrinə əlavə edilmiş şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı Elsevər Quliyev özünü təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir, sonra isə hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib polis əməkdaşlarına və müdafiəçi X4 özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və şalvarının sol yan cibindən bir ədəd “iPhone 11” markalı mobil telefonu çıxaraq təqdim edir. Həmin bükülü açıldıqda içərisində 8 ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs özünə məxsus “iPhone 11” markalı mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu, üzərindən aşkar olunan bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri əvvəl bir neçə dəfə alış-verişi olduğu adını bilmədiyi şəxslə telefon vasitəsilə danışdığını, həmin şəxsin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə səhər saatlarında onun yaşadığı ünvanın yaxınlığında atdığını və bunun müqabilində həmin şəxsin kart hesabına 51 manat pul göndərdiyini, həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddələr elektron tərəziyə qoyulub çəkilir və ümumi çəkisinin 1,25 qram olması müəyyən olunur. Bundan sonra həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi üzrə məlumatların ələ keçrilməsinə icazə verilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə diskin yaddaşında “507824236_SMS” kimi qeyd olunmuş 1 KB, **********36” kimi qeyd olunmuş 5 KB, “abuneci-14042” kimi qeyd olunmuş 22 KB, “antena14042” kimi qeyd olunmuş 29 KB həcmində faylların olması aşkar olunmuşdur. “Abuneci-14042” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olunmuşdur. Qeyd olunan fayllardakı zəng, antenn məlumatları və SMS tarixçələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək zənglər, anten məlumatları və SMS aşkar olunmamışdır. Cinayət işinin 88-ci vərəqəsində olan telefona baxış keçirilməsi barədə 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Sumqayıt şəhər Polis İdarəsi NMB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları olsa da onun kimlərə narkotik vasitə satması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Əməliyyat tapşırığının icrası ilə bağlı tədbirlər davam etdirilir. Müsbət nəticəsi olarsa dərhal məlumat veriləcək. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 01 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla yetkinlik yaşına çatmayan iki uşağı var (müvafiq olaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7). Cinayət işinin materiallarına əlavə edilmiş ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-55 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o, xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ bazunun bayır səthinin yuxarı 1/3-də, sağ kürək nahiyyəsində, sol bazunun aşağı 1/3-nin içəri səthində sarımtıl rəngli qançır izi aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Prokurorluğunun məktub və ona əlavə edilmiş qoşmasınıdan görünür ki, xx.xx.2024-cü il tarixdə Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru baş ədliyyə müşaviri Namiq Məmmədov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda hər birində təmiz çəkiləri - 0,073 qram, 0,216 qram, 0,113 qram, 0,120 qram, 0,112 qram, 0,106 qram, 0,080 qram, 0,085 qram, olan, ümumi təmiz çəkisi 0,905 qram olan heroini əldə edib özündə gəzdirib saxlamışdır. Həmin əməl isə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Müəyyən edilmişdir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edərkən, yalnız narkotik vasitənin 08 büküm olmasını əsas götürülmüş, lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi və ya satması ilə bağlı heç bir sübut əldə edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı şəxs (şəxslər) ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Onun əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə prosesində ifadə vermiş şahidlər Sumqayıt ŞPİnin NMB-nin əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı olsa da, lakin narkotik vasitələri kimlərə satması barədə məlumat əldə edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin NMB-nin xx.xx.2024cü il tarixli məktubunda da göstərilir ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə tərəflərindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları olsa da onun kimlərə narkotik vasitə satması ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həmin narkotik vasitənin ayrı-ayrı bükümlərdə olması kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Narkotik vasitənin ayrıayrı bükümlərdə olması yalnız satışla bağlı şübhə yarada bilər, həmin şübhələrin real olmasını isə konkret sübutlar əsasında müəyyən etmək olar. Müvafiq sübutlar olmadan yalnız şübhə əsasında şəxsə ittiham elan edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması, müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əsas ola bilər. Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallardan sübut kimi istifadə edilməsi üçün əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatın təsdiq edən sübut xx.xx.2024-cü il tarixli polis əməkdaşı tərəfindən tərtib edilən raportdur. Lakin, həmin raportun mövcudluğu və polis əməkdaşlarının şahid qismində verdikləri eyni məzmunlu ifadələri təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham verilməsinə əsas vermir. CPM-in 125.1-ci maddəsinə əsasən isə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmçinin, iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya video görüntü aşkar edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs zəng, anten məlumatları və SMS tarixçələrinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək zənglər, anten məlumatları və SMS aşkar olunmamışdır. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı şübhələr olduğundan tam, hərtərəfli araşdırma aparılsa da, yekunda bununla bağlı heç bir nəticə əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İndiki halda narkotik vasitənin xırda bükümlərdə olmasından əlavə başqa sübutlar mövcud deyil. Yalnız bu halın mövcud olması şəxsə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün kifayət etmir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən döyüldüyünü, bu zaman xəsarət aldığını bildirmiş və bu fakt məhkəmə iclasında tədqiq edilərək araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16-20-10/2-55 saylı sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o, xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sağ bazunun bayır səthinin yuxarı 1/3-də, sağ kürək nahiyyəsində, sol bazunun aşağı 1/3-nin içəri səthində sarımtıl rəngli qançır izi aşkar edilmiş, göstərilən faktın araşdırılması məqsədilə 3 saylı İstintaq Təcridxanasının məlumatı üzrə araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixdə Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru baş ədliyyə müşaviri Namiq Məmmədov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunmuşdur. İşin digər halları ilə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında tutularkən üzərində ümumiyyətlə narkotik vasitənin olmaması, şəxsi axtarış zamanı təqdim etdiyi bükümlərin polis əməkdaşları tərəfindən psixi və fiziki təsir nəticəsində üzərinə qoyulması barədə bildirdikləri özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilən cəhddir. Şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntüdə aydın olur ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə bükümləri cibindən çıxarıb təqdim edir, müdafiəçinin verdiyi suallara cavab olaraq hər gün narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni şəxsi istifadə etmək üçün aldığını, satışı ilə məşğul olmadığını bildirir. Təqsirləndirilən şəxs məhkəməyədək araşdırma müddətində ifadəsində verilən suala qələmlə yazdığı cavabında (iş materialı-səhifə 61) narkotik vasitələri satış üçün deyil, şəxsi istifadəsi üçün “Tiktok” tətbiqetməsi vasitəsi ilə əldə etdiyini bildirir. Bundan əlavə cinayət işi materiallarının 125-129-cu səhifələrindən məlum olur ki, Təqsirləndirilən şəxs cinayət işi materialları ilə olarkən özünü qismən təqsirli bilmiş, şəxsin özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilməsi vəsatət olaraq qiymətləndirilmiş və bu barədə qərar qəbul edilmiş, vəsatət tam olaraq rədd edilmişdir. Təqsirləndirilən şəxs rədd edilmə barədə vəsatətlə tanış olarkən, təkrarən öz vəsatətini müdafiə etmişdir. Həmin müdafiənin hər hansı prosessual mahiyyəti olmasa da, qeyd olunanlar onu göstərir ki, təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün kifayət qədər imkanı olmuş, buna baxmayaraq CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə iclaslarında bildirdiklərinin özünümüdafiə xarakterli olduğunu təsdiq edir. Həmçinin, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6661 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxsda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6661 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,745 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,745 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Brosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar