Məhkəmə qərarları › İş №1(060)-152/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-152/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-152/2024 23.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlar massvində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum almayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 415,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanam əldə edib üzərində saxlayaraq daşımış, 14 noyabr 2023-cü il tarixdə saat 16:00-da Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin qarşısında saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı, əynində olan yaşıl rəngli gödəkçənin sol iç hissəsində, sol qoltuğunun altında saxladığı bir ədəd sellofan torbada təmiz çəkisi 415,0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində olan “Esmira” şadlıq evinin qarşısında yerləşən dayanacaqda olan zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, heç bir etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, idarədə olarkən polis əməkdaşları ona qurudulmuş marixuana verərək üzərində saxlamasını, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitənin ona məxsus olmasını bildirməyi tapşırmışlar. O etiraf etmədiyi təqdirdə polis əməkdaşları tərəfindən təsir və işgəncəyə məruz qalacağını güman etdiyi üçün polis əməkdaşları ilə razılaşmış və həmin narkotik vasitəni götürərək üzərində saxlamış, bundan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində olan narkotik vasitəni çıxararaq təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. O, saxlanıldıqda və ondan sonrakı müddət ərzində polis əməkdaşları tərəfindən hər hansı işgəncəyə və psixi təsirə məruz qalmamışdır. Lakin o, polis əməkdaşlarının təklifini qəbul edərək narkotik maddənin özünə məxsus olmasını ona görə etiraf etmişdir ki, barəsində olan cinayət işinə məhkəmədə baxılarkən polis əməkdaşları bunu sübut edə bilməyəcəklərini fikirləşmişdir. O saxlanıldığı yerdə kamera da olmuşdur. Həmin görüntülərə baxış keçirilərsə müəyyən edilər ki, o saxlanılan zaman gödəkçəsinin qabağı açıq olmuşdur, yəni gödəkçənin iç hissəsində nəsə saxlamamışdır. Göstərilənləri, aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etetmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət yarandığı üçün onun ibtidai istintaq dövründə ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində “Simurq” şadlıq sarayının yaxınlğında olan parkdan keçərkən sellofan torba tapmış və həmin torbanı açıb içərisinə baxdıqda içərisində nəşə (marixuana) olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin sellofan torbanı əynində olan gödəkçənin içəri tərəfində sol qoltuğunun altında gizlətmişdir. Həmin gün saat 16:00 radələrində yaşadığı Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin qarşısında dayanacaqda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilərək araşdırma aparılması üçün Sumqayıt ŞPİ-nə dəvət edilmişdir. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. İdarədə olan zaman xidməti otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, etiraz etməmiş, üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiə edilməsi üçün vəkil X6 təqdim olunmuşdur. Sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməsi bildirilmiş, polis əməkdaşları tərəfindən üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər varsa həmin əşyanı təqdim etmək təklif olunmuşdur. Həmin vaxt əynində olan yaşıl rəngli gödəkçənin sol iç hissəsində sol qoltuğunun altında saxlamış olduğu bir ədəd sellofan bağlamanı təqdim etmişdir. Həmin sellofan bağlama açıldıqda içərisində daha bir şəffaf rəngli sellofan bağlamanın içərisində olan narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütləsinin olduğu aşkar edilmiş və sorğu zamanı təqdim etdiyi maddənin «nəşə» olduğunu, həmin kütləni həmin gün polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 saat əvvəl Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən «Simurq» şadlıq evi ilə üzbəüz parkdan tapdığını və öz istifadəsi üçün yaşadığı evə aparmaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyularaq çəkilmiş, həmin maddənin sellofan bağlama ilə birlikdə çəkisi 0,460 kiloqram olması müəyyən edilmişdir. Həmin kütlə Azərbavcan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılacaq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmiş və həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili X8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında dayanacaqda olan zaman ona yaxınlaşmışlar, özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlaral idarəyə gəlmişdir. Sumqayıt ŞPİnin xidməti otaqlarının birində video görüntü ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə ona bildiriş verilmiş və müdafiəçi təqdim edilmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşva varsa təqdim etməyi bildirildikdə sonuncu əynində olan gödəkçənin iç hissəsindən sellofan torbanı çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Sonra onun üzərində axtarış davam etdirilmiş, lakin digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan torba açıldıqda içərisində əlavə olaraq şəffaf sellofan torba olmuş, həmin torbanın içərisində bitki şəkilli yaşıl rəngli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin nəşə olduğu, saxlanılmamışdan bir saat əvvəl “Simurq’’ şadlıq sarayı ilə üzbəüz parkdan tapdığını və nəşə çəkdiyi üçün qəbul etmək məqsədi ilə üzərində saxladığını göstərmişdir. Həmin marixuanaya bənzər kütlə elektron əl tərəzisində çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş və həmin torbanın üzərinə imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X2 əməliyyat müvəkkili Şahid2 Eldənız oğlu ondan öncə məhkəmə iclasında ifadə vermiş şahid X5 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç hissəsində saxladığı sellofan torbanı təqdim etmiş və həmin torbanın içərisində olan kütlənin “nəşə” (marxiuana) olduğunu bildirilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 59-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİnin MYS-nə təhvil verilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin MYS-nə təhvil verilmişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:29-dan saat 16:40-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə ona bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan yaşıl rəngli gödəkçənin sol iç hissəsində saxladığı sellofan bağlamanı təqdim etmiş, həmin bağlama açılan zaman içərisində daha bir şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “nəşə”, olduğunu, həmin maddəni həmin gün saxlanılmamışdan 1 saat əvvəl Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Simurq” adlı şadlıq evi ilə üzbəüz parkdan tapdığını və özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilmiş və sellofanla birlikdə çəkisinin 0,460 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 3-16-16/-2-7/1565 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı və imzalar olan polietilen baglamadakı 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 415,0 qram olan biki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 415,0 qram tədqiqata sərf edildi -0,1 qr, qalıq - 414,9 qram. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 414,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 96-101-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindiromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojo dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cəzanın sonu ilə azad edilmişdir. 2) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi İlə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilmiş, onun barəsində bəraətverici əsaslarla hökm qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərlə, həmçinin digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər-hansı təsir və ya təzyiqlə olmamışdır. Bunu təqsirləndirilən şəxs özü də məhkəmə iclasında bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan yaşıl rəngli gödəkçənin sol iç hissəsində saxladığı sellofan bağlamanı təqdim etmiş, həmin bağlama açılan zaman içərisində daha bir şəffaf rəngli sellofanın içərisində olan narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “nəşə”, olduğunu, həmin maddəni həmin gün saxlanılmamışdan 1 saat əvvəl Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Simurq” adlı şadlıq evi ilə üzbəüz parkdan tapdığını və özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəsatət verərək saxlanıldığı “Esmira” şadlıq evinin qarşısında təhlükəsizlik kamerasının olmasını, iş üzrə obyekiv araşdırma aparılması üçün həmin görüntülərin götürülməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən vəsatətini qismən təmin edərək müvafiq video görüntülərin təqdim edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə sorğu göndərmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 26 aprel 2024-cü il tarixli cavab məktubuna əsasən “Təhlükəsiz Şəhər” Xidmətinin video müşahidə kameralarının arxiv müddəti başa çatdığı üçün xx.xx.2023-cü il tarixə olan video görüntülərin təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 04 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün, ümumulikdə 03 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7951 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 414,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 04 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün, ümumulikdə 03 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 414,9 qram narkotik vasitə olan qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar