Məhkəmə qərarları › İş №1(060)-153/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-153/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-153/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1982-ci ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, Metallurq sanatoriyasında müvəqqəti yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 fevral 2019-cu il tarixdən başlayaraq 20.04.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Qubadlı Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(028)-155/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 30 iyul 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 08 oktyabr 2020-ci il tarixə kimi, cəmi 3040,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 20.04.2008-ci il tarixdə Həsən adlı övladları anadan olmuş, Zərərçəkmiş şəxs ilə bir müddətdən sonra münasibəti pozulduqdan sonra ayrılmış, 2019-cu ildə Zərərçəkmiş şəxs uşağın saxlanmasına dair ondan alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və nəticədə Qubadlı Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(028)-155/2019 saylı qətnaməsinə əsasən, 27 fevral 2019-cu il tarixdən başlayaraq 20.04.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yerim olmamış, yalnız vaxtaşırı tikintidə muzdlu işçi kimi fəhlə işləmiş, aylıq gəliri 400-500 manat təşkil edir, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 30.07.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmişdir. Bu vaxtadək aliment borcundan 1750 manat məbləğində soyuducu alaraq Zərərçəkmiş şəxs vermiş, borcun qalan hissəsini gələcəkdə ödəyəcəkdir. Məhkəmədən ona yüngül cəza veriməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(028)-155/2019 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 27 fevral 2019-cu il tarixdən başlayaraq 20.04.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün icra vərəqəsi Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş. Qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə heç bir ödəniş etmiş, Təqsirləndirilən şəxs sonradan yenidən ailə qurmasına baxmayaraq, bir ata kimi uşağın saxlanması üçün maadi yardım göstərməmiş, uşağın zəruri ehtiyacları ilə maraqlanmamış, tikintidə usta işləyərək kifayət qədər qazancının olmasına baxmayaraq, müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 3040,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs tutularaq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş olmamışdır. Ona görə də təqsirləndirilən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-155/2019 saylı, 28.03.2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27.02.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsində 01.04.2019-cu il tarixdə başlanmış icraat zamanı borclunun faktiki yaşayış yeri məlum olmadığından barəsində axratış qərarı qəbul olunaraq Qubadlı rayon Polis Şöbəsinə göndərilmiş, tələbin ödənilməsi üçün məcburi icra tədbirləri keçirmək məqsədi ilə edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmiş, axtarış tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs saxlanılaraq icra idarəsinə gətirilmiş, izahatı alınmış və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə 06.07.2019-cu il tarixdə barəsində inzibati xəta haqqında protokol əsasında Qubadlı Rayon Məhkəməsi tərəfindən 06.07.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmiş, sonrakı dövrdə Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi, həmçinin yaşayış yerini dəyişərək çağırışlardan yayındığına görə 11.02.2020-ci il tarixdə onun axtarılması barədə yenidən qərar qəbul edilmiş, 25.02.2020-ci il tarixdə barəsində axtarış işi açılmış və müvafiq orqan tərəfindən saxlanılaraq icra idarəsinə gətirilmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə yenidən verilmiş protokol əsasında Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, hər iki tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmiş, Qubadlı rayon Məhkəməsinin 16.09.2020-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi, məhkəmə qərarının icrasının məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında borclunun nəzərinə çatdırılmış, borclu Təqsirləndirilən şəxs ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan edilməklə rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, Qubadlı Rayon Məhkəməsinin 2(028)-155/2019 saylı, 28.03.2019-cu il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmiş, E.M.Musayev öhdəliyini yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş, ödənilməsinə təşəbbüs göstərməmiş və 3040,00 manat aliment borcu yaranmışdır. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada təmin etməmiş, iki dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(060)-155/2019 saylı qətnaməsinin surətindən görünür ki, 20.04.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.02.2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 06.07.2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məşğulluq Mərkəzinin 25.02.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzə müraciət etməmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 30 iyul 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Qubadlı Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(028)-155/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə tutulmuş və 12.12.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 16.04.2021-ci il tarixli qərarı ilə barəsində həbsli axtarış elan edilmiş və o, 20.05.2021-ci il tarixdə tutularaq MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək verdiyi ifadəsi və özünün müdafiəsi üçün gətirdiyi dəlillər özünün ibtidai istintaq zamanı ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətcə ancaq azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah və tərbiyə olunmağını mümkün sayaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, cəzanın məqsədlərinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi, onun tərəfindən və digər şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınmasını təmin edə biləcəyini nəzərə alıb, bu növdə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 20.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar