Məhkəmə qərarları › İş №1(060)-153/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-153/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-153/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nərimanov küçəsi, yataqxana 13, otaq 2, ev 28də, qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakini talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə 17:20 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 28-ci km-də yolun kənarında fəaliyyət göstərən kafenin həyətində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Nasir oğluna arxadan yaxınlaşaraq insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni sonuncunun boyun nahiyəsindən tutaraq yerə yıxıb sağ saidin sıyrıqları kimi xəsarət yetirib, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən içərisində 170 (bir yüz yetmiş) manat pul, ona məxsus şəxsiyyət vəsiqəsi olan 05 (beş) manat dəyərində pul kisəsini açıq şəkildə talayaraq sonuncuya ümumilikdə 175 (bir yüz yetmiş beş) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin180.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Məryəmi Sumqayıt şəhəri ərazisində yerləşən “Türkan” kafesində bir yerdə ofisiant işlədiyi vaxtdan tanıyır. Hal-hazırda isə Məryəm Bakı-Sumqayıt şossesinin 28-ci kilometrliyində yol kənarında dayanaraq maddi qazanc əldə etmək üçün pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqə olur. xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində onun tanıdığı Şəhriyar adlı şəxs ona zəng edərək Məryəmə su alıb aparmağını xahiş etmiş, axşam görüşdükdə pulu geri qaytaracağını demişdir. O, Şəhriyarın dediyi kimi Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən marketdən şirəli içkilər almışdır. Sonra Məryəmin dayandığı Bakı- Quba yolunun 28-ci kilometrliyində yolun kənarında yerləşən, fəaliyyət göstərməyən “Bahar” restoranının yanına getmişdir. Məryəm yolun kənarında olmadığına görə o, kafenin həyətinə Məryəmin müştəriləri ilə əlaqədə olduğu otaq tərəfə getmişdir. O, oraya çatdıqda Samir adlı tanıdığı şəxsin orada olduğunu görmüşdür. Həmin zaman Məryəm sonradan adının Əhməd olduğunu bildiyi şəxslə mübahisə edirdilər. Əhməd Məryəmdən pulunu istəsə də, Məryəm pulu verməyəcəyini, haqqı olduğunu deyirdi. O, Məryəmə pul almısan münasibətdə ol demişdir. Suyu verib çıxıb getmək istəyən zaman Əhməd onun ünvanına nalayiq söyüşlər, ifadələr işlətmişdir. O, geriyə dönüb Əhmədə “yaşlı adamsan içmisən sakit dayan” demiş, lakin buna baxmayaraq Əhməd yenə təkrar olaraq onun və ailəsinin ünvanına nalayiq sözlər işlətmişdir. O, bundan sonra Əhmədə yaxınlaşmış və onun boynundan tutaraq badalaq vurub yerə yıxmışdır. Əhməd yerə yıxılı vəziyyətdə olduğu zaman Samir əl atıb Əhmədin arxa cibindən pul kisəsini çıxartmış, o, Samirin əlindən tutub “nə edirsən” dedikdə Samir onu itələyib pul kisəsini Məryəmə vermiş və onlar hər ikisi qacaraq oradan uzaqlaşmışlar. Hal-hazırda Zərərçəkmiş şəxs Nasir oğluna dəyən maddi ziyanı ödəmişdir və onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. İİ qrup əlil olduğunu və himayəsində olan 02 azyaşlı uşağına təkbaşına baxmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Nasir oğlu ifadəsində göstərmişdir ki, Bakı və Sumqayıt şəhərləri ərazisində gündəlik tikintilərdə işləyərək özünə pul qazanıb ailəsini dolandırır. xx.xx.2021-ci il tarixdə təxminən saat 14:30 radələrində işdən çıxmış, saat 15:00 radələrində Xırdalan şəhərində yolun kənarında adını xatırlamadığı kafedə tək nahar edən zaman təxminən 100 qram spirtli içki olan araq və 02 bakal pivə qəbul etmişdir. Naharını təxminən saat 17:00 radələrində bitirib üzərində olan 200 (iki yüz) manat puldan səkkiz manat hesabını verib həmin kafedən çıxmışdır. Kafedən çıxdıqdan sonra üzü Xırdalan istiqamətində getmiş, həmin ərazidə yol qırağında əxlaqsızlıqla məşğul olan qadınların olduğunu bilmiş, yolun kənarında tanımadığı bir oğlana rast gəlmiş və həmin oğlandan əxlaqsızlıqla məşğul olan qadınların harada ola biləcəyi ilə maraqlanmışdır. Sonra həmin oğlan yol qırağında bir qadını göstərib əxlaqsızlıqla məşğul olduğunu demişdir. O, həmin qadına yaxınlaşıb cinsi əlaqədə olmaq istədiyini bildirmiş və qiyməti soruşmuşdur. Həmin qadın ona 30 (otuz) manat qarşılığında bir dəfə cinsi əlaqədə ola biləcəyini demişdir. O isə üzərində 22 (iyirmi iki) manatının olduğunu demişdir. Qadın əvvəlcə onunla razılaşmasa da, sonradan 22 (iyirmi iki) manat qarşılığında onunla cinsi əlaqədə olmağa razılaşmışdır. Qadın ona otağın olduğunu və onunla getməyini bildirmişdir. O, qadının sözünə əməl edib arxası ilə getmişdir. Qadının dediyi yerə çatdıqda orada tanımadığı iki nəfər kişinin orada olduğunu görmüşdür. Həmin yerin natəmiz, şəraitsiz olduğunu görmüş və qadına onu nə üçün bura gətirdiyini, buranın it damı olduğunu demişdir. Bundan sonra qadına verdiyi 22 (iyirmi iki) manat pulu geri istəyib qadına onunla cinsi əlaqədə olmayacağını bildirmişdir. Qadın ona şəhid ailəsi olduğunu, xəstə övladının olduğunu bildirib pulu verməyəcəyini demişdir. Sonra o, qadına DİN-nin 102 xidmətinə zəng edərək 22 (iyirmi iki) manat pulunu alıb qaytarmaması barədə məlumat verəcəyini və üzərində pulunun olmadığını demişdir. Sonra həmin qadın orada olan tanımadığı iki kişiyə üzərində pul olduğunu və həmin pulu gördüyünü bildirmişdir. Elə bu zaman həmin kişilərdən biri onun üzərinə gələrək qadının 08 (səkkiz) manatını verməli olduğunu ona demiş, o, isə həmin şəxsə üzərində pulunun olmadığını bildirdi. Sonra arxasında duran kişi qəfildən onun boyun nahiyəsindən tutaraq onu yerə yıxmış, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən içərisində 170 (bir yüz yetmiş) manat pul və şəxsiyyət vəsiqəsi olan pul kisəsini cibindən çıxarmışdır. Digər kişi isə əməli edən kişiyə nə üçün belə etdiyini deyərək etirazını bildirmişdir. O, yerdən qalxan zaman etirazını bildirən şəxs onun siqaretini və alışqanını yerdən götürüb özünə vermişdir. Bundan sonra həmin şəxslər üçü də eyni istiqamətdə qaçmışlar. O, dərhal baş verən hadisə ilə bağlı DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. PB-də həmin şəxslərlə qarşılaşan zaman qadının adının Şahid2, onun pul kisəsini götürən şəxsin Təqsirləndirilən şəxs, digər kişinin adının isə Şahid1 olduğunu bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs Nasir oğlunun xx.xx.2022-ci il tarixli ərizəsindın görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 tanıyır və o yüngül həyat tərzi keçir. O onunla tanış olduqdan sonra öz istifadəsində olan mobil nömrəni Məryəmə vermişdir. Məryəm də öz mobil nömrəsini ona vermişdir. O Məryəmlə bir neçə dəfə pul müqabilində cinsi əlaqədə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Məryəm onun mobil nömrəsinə zəng edərək pulunun olmadığını, övladının ac olduğunu və övladı üçün yemək alıb gətirməyini ondan xahiş etmişdir. O Məryəmə arxayın olmasını, yeməyi alıb gətirəcəyini demişdir. Saat 17:00 radələrində o Məryəmin övladı və özü üçün yemək alaraq onun dayandığı yerə getmişdir. Lakin, orada Məryəmi tapa bilmədiyi üçün onun müştəriləri ilə daimi görüşdüyü yerdə olacağını fikirləşib həmin yerə getmiş və əvvəlcədən tanıdığı Fərid adlı şəxsin orada olduğunu görmüşdür. Bundan sonra Fəridlə görüşüb siqaret yandırdmış və Fəriddən Məryəmin harada olduğunu soruşmuş, Fərid ona Məryəmin müştərisi ilə olduğunu demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Məryəmin tanımadığı bir kişi ilə gəldiyini və Məryəm oraya çatdıqda həmin kişiyə öz narazılığını bildirdiyini görmüşdür. Sonra Məryəm özünə aid olduğu paltarları yığmış və evə getdiyini bildirmişdir. Məryəmlə gələn kişi onunla Fəridə pulu çatmadığını deyərək, Məryəmi onunla cinsi əlaqədə olmağa razı etməyi xahiş etmişdir. O həmin kişiyə bunu edə bilməyəcəyini, bunun Məryəmin öz işi olduğunu bildirmiş və bundan sonra o Məryəmlə yavaş-yavaş həmin yeri tərk edən zaman anidən səs gəlmiş və arxaya baxan zaman Fəridin həmin kişini yerə yıxdığını görmüşdür. Sonra Fərid həmin şəxsin əynindəki şalvarın arxa cibindən pul kisəsini çıxarmış və onlar Fəridə nə üçün belə etdiyini dedikdə, Fərid onlara “siz mənim işimə qarışmayın, mənim anam xəstədir və mənim pula ehtiyacım var” demişdir. Həmin zaman kişinin cibindən siqaretləri yerə dağılmış və o arxaya qayıdaraq həmin kişiyə kömək edərək siqaretlərini geri qaytarmışdır. Həmin anda kişi nalayiq ifadələr işlədərək polisə məlumat verəcəyini deyir və onlar həmin yerdən uzaqlaşıb getmişlər. İş materiallarinda olan məhkəmə-tibbi ekspertizasinin xx.xx.2021-ci il tarixli 989 saylı rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Nasir oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ saidin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamığıa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətləri özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin 329-4545-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 6 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan 216107 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181, 177 və 326-cı maddələrinin tərkibi olmadığından, Şahid1 və Şahid2 əməllərində isə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsinin tərkibi olmadığından onların barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, İİ qrup əlil olmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün qismən etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 02 azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti təyin edilərək islah olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə şərti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar