Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-154/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Naxçıvan MR Şərur rayonu, Çomaxtur kəndində anadan olmuş, evli (1 azyaşlı övladı), orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Naxçıvan MR Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən fərdi tikili evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, qara rəngli sellofan torbaya bükülmüş, 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,317 qram, 0,233 qram, 0,275 qram, ümumi təmiz çəkisi 1,133 qram narkotik vasitə olan heroin və 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qram, 0,452 qram, ümumi təmiz çəkisi 0,901 qram psixotrop maddə olan metamfetamin əldə edib, üzərindəki qara rəngli parçadan olan pul qabının içərisində saxlayaraq daşımış, 16 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin qarşısından keçərkən, özünü şübhəli apardığı üçün, Sumqayıt şəhər Pİ-nin PPXT-nun 1-ci bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gətrilmiş və bölmənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisindən qara rəngli sellofan torbaya bükülmüş, 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,317 qram, 0,233 qram, 0,275 qram, ümumi təmiz çəkisi 1,133 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qram, 0,452 qram, ümumi təmiz çəkisi 0,901 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü əvvəl tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroini (kokosu) və psixotrop maddə olan metamfetamini (şüşəni) dəmir folqanın üzərinə qoyaraq, çəkməyə başlamışdır. 15 noyabr 2020-ci il tarixdə, saat 12:00 radələrində, o, öz işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və həmin gün, saat 17:00 radələrində, Bakı şəhərindən yaşadığı Sumqayıt şəhərinə qayıtdığı zaman «20 Yanvar» metro stansiyasının yaxınlığında təsadüfən adını, soyadını, atasının adını və yaşadığı ünvanı bilmədiyi bir nəfər orta yaşlı kişi ilə rastlaşıb, onunla tanış olaraq, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən, dəmir folqanın üzərinə qoyub, çəkdiyi barədə onunla söhbət açmış və özü üçün heroin və metamfetamin təşkil edə bilib-bilmədiyini soruşmuşdur. Həmin kişi ona, onun üçün 50 (əlli) manat pula narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təşkil edə bildiyini, həmin yerdə onu gözləməyini bildirmiş və harasa gedib, təxminən 10 – 15 dəqiqədən sonra, əlində qara rəngli sellofan torba ilə onun yanına qayıtmışdır. Həmin kişi ona, əlindəki qara rəngli sellofan torbanın içində 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 02 ədəd sellofan bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, o, kişiyə 50 (əlli) manat pul verərək, qara rəngli selloyan torba ilə birlikdə heroinlə metamfetamini ondan almış, həmin kişi çıxıb getmiş, o da, heroin və metamfetamin olan həmin qara rəngli balaca sellofan torbanı büküb, özünə məxsus qara rəngli parçadan olan pul qabının içərisinə qoyaraq, Sumqayıt şəhərinə qayıtmışdır. Həmin qara rəngli sellofan torbada olan heroinlə metamfetamini üzərində olan pul qabımın içində saxlayıb, gəzdirmişdir ki, lazım olanda, onlardan istifadə etsin. 16 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, o, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində mağazadan yaşadığı evə qayıdan zaman yolu 43 nömrəli orta məktəbin qarşısından keçmiş və həmin yerdə post-patrul avtopatrulu ona tərəf yaxınlaşdığından, üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğu üçün, o, qaçmaq istəmiş, lakin, həmin avtomobildən ona qədər artıq az məsafə qaldığı üçün, qaça bilməmiş və post-patrul avtomobili ona yaxınlaşmışdır. Həmin post-patrul avtopatrulundan 2 nəfər polis formasında olan post-patrul xidmətinin əməkdaşları düşüb, özlərini təqdim edərək, şübhəli olduğundan, onunda, özünü təqdim etməyini istəmişlər, o da, polis əməkdaşlarına, şəxsiyyəti barədə məlumatlar verərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona, özünü şübhəli apardığı üçün, onlarla birlikdə post-patrul avtomobilinə əyləşərək, ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə getməyini təklif etmişlər, o da, avtopatrula əyləşərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə getmişdir. Bölməyə çatmağa az qalmış o, məcbur olub, həmin polis əməkdaşlarına, üzərində, sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və onlar birlikdə bölməyə çataraq, avtopatruldan düşüb, bölməyə daxil olmuşlar. Orada post-patrul xidmətinin əməkdaşları onun bildirdiklərini məruzə etmişlər və sonra, onlar birlikdə bölmənin təhqiqatçısının xidməti otağına keçmişlər. Bölmənin xidməti otaqlarının birində ona, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirilməli olunduğunu bildirməklə, şübhəli şəxsin hüquq və vəzifələrini izah etmişlər və hüquqlarının müdafiəsi üçün, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 dəvət etmişlər. Həmin vaxt inspektor-kriminalistdə videokamera ilə birlikdə bölməyə gələrək, videoçəkiliş aparmağa başlamışdır. Ona təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və predmet varsa, özü təqdim etsin, o da, məcbur olub, sağ əlindəki özünə məxsus qara rəngli parçadan olan pul qabısını polis əməkdaşlarına təqdim edərək, həmin pul qabının içində, qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 02 ədəd sellofan bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun təqdim etdiyi qara rəngli parça materialdan olan pul qabısı polis əməkdaşları tərəfindən açılaraq, içərisindən qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin aşkar edilərək, götürülmüşdür. Ona, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabısının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroini və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamini nə vaxt, haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığı barədə sual qoyulduqda, o, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabısının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroini və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamini dünən, yəni, 15 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında olarkən, təsadüfən tanış olduğu, lakin, adını, soyadını, atasının adını və digər anket məlumatlarını bilmədiyi orta yaşlı kişidən 50 (əlli) manat pula öz istifadəsi üçün aldığını bildirmişdir. O, əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindən 03 ədəd «Samsung» markalı mobil telefonlarıda çıxardıb təqdim etmiş və həmin mobil telefonlardan ikisinin özünə məxsus olduğunu, digərinin isə dostu Elçinə məxsus olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Pul qabının içərisindən isə özünə məxsus 01 ədəd açılıb-bağlanan qəhvəyi rəngli cib bıçağı aşkar olunaraq, götürülmüşdür. Daha sonra, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkilərini müəyyən etmək məqsədi ilə polis əməkdaşları onları sellofan bükümlərin içərisində olmaqla, elektron tərəzinin üzərinə qoyaraq, çəkilərini ölçmüşlər və onların miqdarından, onları həqiqətəndə öz istifadəsi üçün üzərində saxlayaraq, daşıması müəyyən edilmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün, sellofan bükümlərdə başqa bir kağız zərfə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar həm kağız zərfin üzərinə, həmdə protokola imza etmişlər. 16 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, o, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən 43 nömrəli orta məktəbin qarşısında Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gətirilərkən, bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilərkən və izahat verərkən, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təziq göstərilməmiş, o, özü hər şeyi olduğu kimi etiraf etmişdir. 15 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında ona, qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroini və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamini 50 (əlli) manata satan şəxsin əlamətləri barədə heç nə deyə bilmir, çünki onu tanımır, onunla təsadüfən tanış olmuş, həmin şəxs təxminən 45 yaşlı kişi olmuş, lakin, adını, soyadını, atasının adını və yaşadığı ünvanı ona deməmiş və o, özüdə həmin kaişidən bunları soruşmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşqul olmamış və məşqul olmur, yalnız narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini dəmir folqanın üzərinə qoyub, yandırıb çəkərək, istifadə edir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə baxışında etirafedici sərbəst ifadəsini verdikdən sonra, verilmiş suala cavab olaraq bildirdi ki, içərsində narkotik maddələr olan pulqabı ona məxsus olsa da üzərindən çıxmamış və polis əməkdaşlarının ona doğru gəldiyini görüb pulqabını özündən kənara tullamış, daha sonra polis əməkdaşları pulqabını taparaq ona təqdim etmiş, o da pul qabının özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt şəhər Polis İdarəsinin Post- Patrul Xidməti Taborunun 1-ci bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə post yoldaşı, Sumqayıt şəhər Pİ-nin PPXT-nun 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 3 nömrəli marşrutda, 91-33 çağırışlı avtopatrulda, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində xidmət aparmışlar. Həmin axşam, yəni 16 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin yaxınlığından xidmət etdikləri avtopatrulda keçdikləri zaman məktəbin qarşısından keçən bir nəfər cavan oğlanın özünü şübhəli apardığını görərək, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmişlər və həmin oğlandan da, özünü təqdim etməsini xahiş etmişlər. Həmin cavan oğlan onların suallarına qeyri-səmimi cavab verərək, yəni bir neçə həmin ərazidə yaşamayan şəxslərin adlarını çəkərək, özünü olduqca həyəcanlı apardığı üçün və hətta, qaçmağa da cəhd göstərdiyi üçün, onlar həmin cavan oğlanı saxlayıb, avtopatrula əyləşdirmişlər və şəxsiyyətini müəyyən etmək məqsədi ilə ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə çatmağa bir az qalmış saxladıqları həmin cavan oğlan özünü daha da həyəcanlı apararaq, məcbur olub, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və onlar polis bölməsinə çataraq, avtopatruldan düşüb bölməyə daxil olmuşlar. Onlar, bölmənin növbətçi hissəsinə, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin yaxınlığında özünü şübhəli aparan bir nəfər cavan oğlanı saxlayaraq, onun şəxsiyyətini müəyyən etmək məqsədi ilə xidmət etdikləri avtopatrulda bölməyə gətirdikləri zaman həmin cavan oğlanın, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu onlara dediyini bildirmişlər və bunun araşdırılması Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 həvalə edilmişdir. Bölmənin xidməti otaqlarının birində saxladıqları cavan oğlana, özünü təqdim etməsi bildirildikdə, həmin cavan oğlan özünü, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, Naxçıvan MR-nın Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi tikili evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin cavan oğlanın dedikləri yoxlanılaraq, həqiqətəndə anket məlumatlarını düz dediyi məlum olmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs, videoçəkiliş aparılmaqla, üzərinə şəxs axtarış keçirilməli olduğu bildirilməklə, şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 və videoçəkiliş aparmaq üçün, Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid3 dəvət olunmuşdur. İnspektor-kriminalist Şahid3 özü ilə gətirdiyi «Panasonic» markalı videokamera ilə videoçəkiliş aparmağa başlamış, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil Tahir Abbasov təqdim olunmuş və ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və predmet varsa, özü təqdim etsin. Ona görə də, saxladıqları və narkotik vasitələrin, psixotrop maddələrin üzərində gəzdirməsində şübhəli olan Təqsirləndirilən şəxs məcbur olub, sağ əlindəki qara rəngli parça materialdan olan pul qabısını təqdim edərək, həmin pul qabısının içində, qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parça materialdan olan pul qabısı açılaraq, içərisindən qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümlərdə açıq qəhvəyi rəngli toz şəkilində narkotik vasitə olan heroinə oxşar maddə və 02 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəkilində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabısının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə olan açıq qəhvəyi rəngli toz şəkilində maddələrin və 02 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəkilində maddələrin nə olduğu, nə vaxt, haradan, hansı qiymətə və hansı məqsədlə aldığı barədə sual qoyulduqda, Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabısının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin olduğunu və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu, onları dünən, yəni, 15 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığında olarkən, təsadüfən tanış olduğu, lakin, adını, soyadını, atasının adını və digər anket məlumatlarını bilmədiyi orta yaşlı kişidən 50 (əlli) manat pula öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindən 03 ədəd «Samsunq» markalı mobil telefonlarıda çıxardıb, təqdim edərək, həmin mobil telefonlardan ikisinin özünə məxsus olduğunu, digərinin isə dostuna məxsus olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Pul qabının içərisindən ona məxsus 01 ədəd açılıb-bağlanan qəhvəyi rəngli cib bıçağı aşkar olunaraq, götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkilərininin müəyyən edilməsi məqsədi ilə onlar sellofan bükümlərin içərisində olmaqla, ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri ölçülmüş və ekspertizaya göndərilməsi üçün, başqa bir kağız zərfə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 16 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin qarşısında saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gətirilərkən və bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilərkən, ona qarşı heç bir təzyiq göstərilməmiş, o, saxlanılarkən, özünü qeyri-səmimi aparmış, sonra isə, avtopatrulda polis bölməsinə getdikləri zaman məcbur olub, özü üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmiş və onları, öz istifadəsi üçün üzərində saxlayaraq, gəzdirdiyini bildirmişdir. Bundan başqa, Şahid1 bildirdi ki, təqsirləndirilən şəxs üzərindən içərisində narkotik maddələr olan pul qabı çıxmış, sonuncu üzərindən kənara hər hansı bir pul qabı atmamış, bu barədə göstərdikləri həqiqəti əks etdirməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, 16 noyabr 2020-ci il tarixdə post yoldaşı Sumqayıt şəhər Pİ-nin PPXT-nun 1-ci bölüyünün polis nəfəri, polis baş seriantı Şahid1 ilə birlikdə 3 nömrəli marşrutda, 91-33 çağırışlı avtopatrulda Sumqayıt şəhə Stansiya Sumqayıt qəsəbəsi ərazisində xidmət aparan zaman axşam saat 20:00 radələrində, Sumqayıt şəhəri, Stansiya Sumqayı qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin yaxınlığından xidmət etdiyi avtopatrulda keçdikləri zaman məktəbin qarşısından keçən bir nəfər cavan oğlanın özünü şübhəli apardığını görərək, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin cavan oğlan onların suallarınaa qeyri-səmimi cavab verərək, yəni bir neçə həmin ərazidə yaşamayan şəxslərin adını çəkərək, özünü olduqca həyəcanlı apardığı üçün və hətta qaçmağa da cəhd göstərdiyi, üçün, onu saxlayıb avtopatrula əyləşdirmiş və şəxsiyyətini müəyyən etmək məqsədi ilə ərazi üzrə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə çatmağa bir az qalmış saxladıqları həmin şəxs özünü daha da həyəcanlı apararaq, məcbur olub, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və onlar polis bölməsinə çataraq, avtopatruldan düşüb, bölməyə daxil olmuşlar. Onlar bölmənin növbətçi hissəsinə, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin yaxınlığında özünü şübhəli aparan bir nəfər şəxsi saxlayaraq, onun şəxsiyyətini müəyyən etmək məqsədi ilə xidmət etdikləri avtopatrulda bölməyə gətirdikləri zaman həmin şəxsin, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu dediyini bildirmiş və bunun araşdırılması Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 həvalə edilmişdir. Bölmənin xidməti otaqlarının birində saxladıqları cavan oğlana, özünü təqdim etməsi bildirildikdə, o özünü, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuş, Naxçıvan MR-nın Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Stansiya sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi tikili evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmş və onun dedikləri yoxlanılaraq, həqiqətən də anket məlumatlarını düz dediyi məlum olmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs, videoçəkiliş aparılmaqla, üzərinə şəxs axtarış keçirilməli olduğu bildirilməklə, şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 və videoçəkiliş aparmaq üçün, Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalistı, polis kapitanı Şahid3 dəvət olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və predmet varsa, özü təqdim etməsi təklif olunduqda sonuncu məcbur olub, sağ əlindəki qara rəngli parça materialdan olan pul qabını təqdim edərək, həmin pul qabının içində, qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parça materialdan olan pul qabı açılaraq, içərisindən qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümlərdə açıq qəhvəyi rəngli toz şəklində narkotik şasitə olan heroinə oxşar maddə və 02 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə olan açıq qəhvəyi rəngli toz şəkilində maddələrin və 02 ədəd sellofan bükümlərdə ağ rəngli kristall şəkilində maddələrin nə olduğu, nə vaxt, haradan, hansı qiymətə və hansı məqsədlə aldığı barədə sual qoyulduqda, Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin olduğunu və 02 ədəd sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu, yəni, 15 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində, Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən, təsadüfən tanış olduğu, lakin, adını, soyadını, atasının adını və digər anket məlumatlarını bilmədiyi orta yaşlı kişidən 50 (əlli) manat pula öz İstifadəsi üçün aldığını bildirmişdir. Sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindən 03 ədəd “Samsung” markalı mobil telefonları da çıxarıb təqdim edərək, həmin mobil telefonlardan ikisinin özünə məxsus olduğunu, digərinin isə dostuna məxsus olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Pul qabının içərisindən isə ona borclu olan tanışının sürücülük vəsiqəsi və 01 ədəd açılıb-bağlanan qəhvəyi rəngli cib bıçağı aşkar olunaraq götürülmüşdür. 16 noyabr 2020-ci il tarixdə, saat 21:00 radələrində, Sumqayıt şəhər İ-nin 5-ci PB-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi ixtariş keçirilərkən, ona qarşı heç bir təziq göstərilməmiş, o özü üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmiş və onları öz istifadəsi üçün üzərində saxlayaraq, gəzdirdiyini bildirmişdir. Bundan başqa, məhkəmədə Şahid2 bildirdi ki, təqsirləndirilən şəxs üzərindən içərisində narkotik maddələr olan pul qabı çıxmış, sonuncu üzərindən kənara hər hansı bir pul qabı atmamış, bu barədə göstərdikləri həqiqəti əks etdirməmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, 16 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin əməliyyat qrupunun tərkibində olarkən, saat 21:30 radələrində onu, Sumqayıt şəhər Pİ-nin PPXT-nin 1-ci bölüyünün əməkdaşlarının, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 nömrəli orta məktəbin yaxınlığında saxlayıb, şübhəli şəxs qismində ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gətirdikləri Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparmaq üçün çağırmışlar və həmin zaman o, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə getmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilməklə, şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 dəvət olunmuşdur. O, özü ilə gətirdiyi “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparmağa başlamış, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və predmet varsa, özü təqdim etsin. Ona görə də, saxlanılan və narkotik vasitələrin, psixotrop maddələrin üzərində gəzdirməsində şübhəli olan Təqsirləndirilən şəxs məcbur olub, sağ əlindəki qara rəngli parça materialdan olan pul qabını təqdim edərək, həmin pul qabının içində, qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parça materialdan olan pul qabı açılaraq, İçərisindən qara rəngli sellofan torbaya bükülmüş 04 ədəd sellofan bükümlərdə açıq qəhvəyi rəngli toz şəkilində narkotik vasitə olan heroinə oxşar maddə və 02 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəkilində psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisində qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 ədəd sellofan bükümlərdə olan açıq qəhvəyi rəngli toz şəklində maddələrin və 02 ədəd sellofan bükümlərdə ağ rəngli kristal şəklində maddələrin nə olduğu, nə vaxt, haradan, hansı qiymətə və hansı məqsədlə aldığı soruşulduqda, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisindən qara rəngli sellofan torbaya bükülmüş və aşkar edilərək götürülmüş 04 sellofan bükümlərdə narkotik vasitə olan heroin olduğunu və 02 ədəd sellofar şkümlərdə psixotrop maddə olan metamfetamin olduğunu, onları dünən, yəni, 15 goyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində, Bakı şəhəri, 620 Yanvar metro gansiyasının yaxınlığında olarkən, təsadüfən tanış olduğu, lakin, adını, soyadını, aasının adını və digər anket məlumatlarını bilmədiyi orta yaşlı kişidən 50 (əlli) manat pula öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol qoltuq cibindən 03 ədəd “Samsung” markalı mobil telefonları da çıxarıb təqdim edərək, həmin mobil telefonlardan ikisinin özünə məxsus olduğunu, digərinin isə dostuna məxsus olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Pul qabının içərisindən isə ona borclu olan tanışının sürücülük vəsiqəsi və 01 ədəd açılıb-bağlanan qəhvəyi rəngli cib bıçağı aşkar olunaraq götürülmüşdür. Bundan başqa, məhkəmədə Şahid3 bildirdi ki, təqsirləndirilən şəxs üzərindən içərisində narkotik maddələr olan pul qabı çıxmış, həmin anı o videoya çəkmiş və sonuncu üzərindən kənara hər hansı bir pul qabı atmasına şahid olmasa da, bu barədə göstərdikləri həqiqəti əks etdirməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17.11.2020-ci il tarixli, 6/2506 nömrəli rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 242» möhür əksi,»… 6 ədəd içərisində narkotik olan maddələr…İştirak etdi: Təqsirləndirilən şəxs…» və s. yazılar, imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,449 qram, 0,452 qram, ümumi təmiz çəkisi 0,901 qram ağ rəngli, kristal şəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,317 qram, 0,233 qram, 0,275 qram, ümumi təmiz çəkisi 1,133 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroinin təmiz çəkisi – 1,133 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq – 1,053 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi – 0,901 qram, tədqiqata sərf edildi – 0,06 qram, qalıq – 0,841 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19.11.2020ci il tarixli, 3260 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 116.11.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun sağ əlindəki qara rəngli parçadan olan pul qabının içərisindən qara rəngli sellofan torbaya bükülmüş, 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,308 qram, 0,317 qram, 0,233 qram, 0,275 qram, ümumi təmiz çəkisi 1,133 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qram, 0,452 qram, ümumi təmiz çəkisi 0,901 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 16.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə saat 20:00-da Sumqayıt şəhəri ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işi materiallarında olan 18.11.2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 18 noyabr 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, qara rəngli sellofan torbaya bükülmüş, 4 ədəd sellofan bükümlərdə tədqiqatdan sonra təmiz çəkisi 1,053 qram narkotik vasitə – heroin və 2 ədəd sellofan bükümlərdə tədqiqatdan sonra təmiz çəkisi 0,841 qram psixotrop maddə – metamfetamin və Təqsirləndirilən şəxs saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə gətiriləndən sonra, bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman «Panasonik» markalı videokamera ilə çəkilmiş və DVD diskə yazılmış videoçəkiliş cinayət işi üzrə əhəmiyyət kəsb etdiklərindən, maddi sübut kimi tanınıb, bir ədəd zərfdə, 4 ədəd sellofan bükümlərdə təhqiqatdan sonra xalis çəkisi 1,053 qram narkotik vasitə – heroin və 2 ədəd sellofan bükümlərdə tədqiqatdan sonra təmiz çəkisi 0,841 qram psixotrop maddə – metamfetamin saxlanılmaları üçün Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 24.11.2020-ci il tarixli, 3441 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26.11.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikasının 04.12.2020-ci il tarixli 667 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş 17 dekabr 2020-ci il tarixli 3/2066 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş bir ədəd ümumi uzunluğu 17 sm olan bıçaq tədqiqata təqdim edilmiş, həmin predmetin zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik olan təsərrüfat təyinatlı bıçaq olması, soyuq silah hesab edilmədiyi və üzərində hər hansı düzəliş edilmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.09.2020-ci il təvəllüdlü X6 oğlu ad soyadlı bir azyaşlı övladı vardır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Hakimiyyəti 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan 17.12.2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 228.2-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Bundan başqa, təqsirləndirilən şəxs sərbəst etirafedici ifadəsini verdikdən sonra verilmiş suala cavab olaraq pul qabının ona məxsus olmasa da üzərindən çıxmaması barədə göstərdikləri işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4.-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olmasıdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, azadlıqdan məhrumetmənin 02 gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza müəyyən edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək sonuncu barəsində həbs növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınıb, bir ədəd zərfdə, 4 ədəd sellofan bükümlərdə təhqiqatdan sonra xalis çəkisi 1,053 qram narkotik vasitə – heroin və 2 ədəd sellofan bükümlərdə tədqiqatdan sonra təmiz çəkisi 0,841 qram psixotrop maddə – metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat və 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 30.12.2020-ci il tarixli (iş № 1(060)-590/2020) qərarını icra edərək, 11.01.2021-ci il tarixli 024/2021 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, azadlıqdan məhrumetmənin 02 gününə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınıb, bir ədəd zərfdə, 4 ədəd sellofan bükümlərdə təhqiqatdan sonra xalis çəkisi 1,053 qram narkotik vasitə – heroin və 2 ədəd sellofan bükümlərdə tədqiqatdan sonra təmiz çəkisi 0,841 qram psixotrop maddə – metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat və 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC -nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-154/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-154/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver