Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-154/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Dadaş oğlunun, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1974-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ev 4, mənzil 36-da qeydiyyatda olmaqla, H.Z.Tağıyev qəsəbəsi, Xəmsə küçəsi, ev 50-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi narkotik tərkibli çətənə bitkisi toxumlarını 2021-ci ilin mart ayının əvvəli Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi Xəmsə küçəsi 50 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində, ümumilikdə 11 ədəd Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş narkotik tərkibli çətənə kannabis bitkilərini əkib becərərək aqrotexniki qaydada kultivasiya edib yetişdirmiş, 19.09.2021-ci il saat 17:17 radələrində Sumqayıt ŞPİ CAB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5580,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan siqaretə dolduraraq çəkməklə istifadə edir. Heç yerdə işləmədiyindən və daima marixuana almağa pulu olmadığından, haradansa çətənənin tumunu tapıb onu özünə məxsus həyətyanı sahədə əkib becərmək, daha sonra qurudub istifadə etmək qərarına gəlmişdir. Təxminən 2021-ci ilin mart ayında Sumqayıt şəhəri avtovaqzal istiqamətində olarkən tanımadığı bir şəxsdən cəmi 3 manata bir neçə çətənə tumu almış və həmin tumu həyətyanı sahəsində əkərək daima qulluq etməyə, dibini yumşaltmağa, şirin su verməyə başlamışdır. Həmin tumlardan 11 ədəd çətənə kolu yetişmiş və bir neçə gündən sonra həmin kolları yerindən qoparıb daha sonra evində qurudmağa hazırlaşarkən 19.09.2021-ci il tarixdə, təxminən saat 17:15 radələrində yaşadığı evin həyətində olduğu zaman evin qapısının döyülüdünü eşitmiş və qapıya tərəf gəlib qapını açdıqda gələn şəxslərin Sumqayıt ŞPİ-nin əməkdaşları olduğunu görmüşdür. Onlar özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkiləri əkib becərməyində şübhələndiklərinə görə yaşıdığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmiş və ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək həyətyanı sahədə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın, peredmetin və maddənin olub-olmaması, həyətyanı sahəni onlara göstərməyi və həmin sahəyə baxış keçirilməsinə etiraz edib-etməməsini soruşduqda polis əməkdaşlarının həyətyanı sahəsinə baxış keçirmələrinə etirazının olmadığını söyləyib onları özü həyətə dəvət etmiş və həyətyanı sahədə əkidiyi 11 ədəd narkotik tərkibli çətənə kollarını onlara göstərmişdir. Sorğu zamanı həmin çətənə kollarını 2021-ci ilin mart ayında özü həmin həyətyanı sahəyə əkdiyini və şəxsi istifadəsi üçün quluq edib becərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 11 ədəd bitki kolları onun iştirakı ilə torpaq qatdan kökü ilə birlikdə ayrı-ayrılıqda çıxarılmış, ayrı-ayrılıqda ölçülərək sayılmış və iki ədəd kisəyə qablaşdırılaraq hər bir kisə elektron tərəziyə qoyularaq çəkilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 04.03.2022-ci il tarixli ərizəsindən görünür ki, onun himayəsində 01 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə tərəfindən barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 sentyabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməliyyat aparatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları əkibbecərməsi, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərməsi barədə məlumat daxil olduqda CAŞ-nin kiçik inspektorları Şahid2, Orxan Kərimov, KTB-nin kriminalisti Elnur Qocayev, təhqiqatçı Zaur Cəfərov, həmçinin Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu X2 ilə birlikdə saat 17:17-də qeyd olunan ünvana getmiş və həyətə giriş qapısını döymüşlər. Təqsirləndirilən şəxs qapını açdıqda ona özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində qanunsuz narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğuna görə evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirib Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim etmişlər. Daha sonra isə videoçəkiliş vasitəsilə evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək həyətyanı sahədə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın, peredmetin və maddənin olub-olmaması, həyətyanı sahəni onlara göstərməsini və həmin sahəyə baxış keçirilməsinə etiraz edib-etməməsini soruşmuşlar. Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirməklərinə etirazının olmadığını söyləyib onları həyətə dəvət etmiş və həyətyanı sahədə özü əkdiyi 11 ədəd narkotik tərkibli çətənə kollarını göstərərək həmin çətənə kollarını 2021-ci ilin mart ayında özü həmin həyətyanı sahədə əkdiyini və şəxsi istifadəsi üçün onlara qulluq edib becərdiyini və mütəmadi olaraq narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra göstərilən 11 ədəd bitki kolları Təqsirləndirilən şəxs iştirakı ilə torpaq qatdan kökü ilə birlikdə ayrı-ayrılıqda çıxarılmış, ayrı-ayrılıqda ölçülərək sayılmış, iki ədəd kisəyə qablaşdırılaraq hər bir kisə elektron tərəziyə qoyularaq çəkilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri tətqiq edilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 7/963 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş bitki kolları” sözləri yazıları və imzaları olan iki ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 11 (on bir) ədəd, ümumi çəkisi 5580,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Çətənə bitkilərinin ümumi çəkisi 5580 qram, tədqiqata sərf edildi 0,22 qram, qalıq 5579,78 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19.10.2021-ci il tarixli 4028 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.09.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 21.09.2021-ci ildə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 3490 nömrəli, 13.10.2021-ci i ltarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfinfən verilmiş 11.02.2022-ci il tarixli, N 1771/05-70 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşaq vardır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 21 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 05 saat vaxt sərf etmişdir. Ona görə də, müvafiq olaraq 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də, müvafiq olaraq 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı (öhdəsində yetkinlik yaşına çatmayan 26.08.2013-cü il təvəllüdlü övladı olmasını) bəndinin tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı, cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan qalıq çəkisi 5579,78 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan qalıq çəkisi 5579,78 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-154/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-154/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver