Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-154/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 45D-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron City” yaşayış kompleksi, bina C, mənzil 18-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin BDYPİ-də işləyən tanışlarının olması və həmin şəxslərin vasitəsi ilə DİN-nin BDYPİ-dən avtomobillərə verilən 06 (altı) ədəd “777” nömrəli avtomobil dövlət qeydiyyat nişanlarını ucuz qiymətə alıb, sonradan baha qiymətə satmaqla gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, bunun müqabilində Zərərçəkmiş şəxs 20 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən BDYPİ-nin inzibati binasının qarşısında 7200 (yeddi min iki yüz) manat, 06 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə ərazisində 600 (altı yüz) manat pulu, ümumilikdə isə 7800 (yeddi min səkkiz yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi zərər vurub dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ildən tanımış, sonuncu ilə dostu X4 vasitəsi ilə tanış olmuşdur. 2021-ci ilin oktyabr ayında Tural və Elbrus adlı tanışlarına BDYP-dən avtomobillərə verilən 4500 manat dəyərində olan «777» nömrəli dövlət qeydiyyat nişanlarını ucuz qiymətə alıb, baha qiymətə satmaqla gəlir əldə edə biləcəyini bildirmiş, bu təklifi onlara maraqlı gəldiyindən, Elbrus və Tural onunla razılaşmış, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən BDYPİ-nin qarşısında Elbrus ona ilk dəfə 7200 manat məbləğində pulu dostu Turalın yanında, sonuncunun idarə etdiyi «Toyota Camry» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda vermişdir. Pulu aldıqdan sonra Elbrusa 2021-ci ilin noyabr ayının sonuna qədər 06 ədəd «777» nömrəli avtomobil dövlət qeydiyyat nömrələrini alıb və həmin dövlət qeydiyyat nömrələrini satdıqdan sonra əldə etdiyi gəliri üç nəfər arasında, yəni özü, Elbrus və Tural arasında böləcəyini bildirmişdir. Təxminən iki həftədən sonra Elbrusun mobil telefonuna zəng vuraraq, hər bir dövlət qeydiyyat nömrəsi üçün əlavə olaraq 100 manat məbləğində, yəni ümumilikdə 600 manat məbləğində pul lazım olduğunu bildirmiş, Elbrus pulu verməyə razılaşaraq, həmin 600 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə saat 13 radələrində həmin vaxtlar işlədiyi ünvan 1 ünvanında yerləşən yağ zavodunun qarşısında ona vermişdir. Bundan sonra BDYPİ-nin dövlət qeydiyyat şöbəsində «777» nömrəli avtomobil dövlət qeydiyyat nömrələrini ucuz qiymətə ala bilməmiş, bu barədə Zərərçəkmiş şəxs bildirib BDYPİ-dən 01 ədəd **-OX-*** dövlət qeydiyyat nişanını sənədləşməsi ilə birlikdə 5000 manata almış və Elbrusa vermiş, sonuncu isə həmin nömrəni adına rəsmiləşdirib idarə etdiyi «Hyundai Azera» markalı avtomobilin üzərinə bağlamışdır. Zərərçəkmiş şəxs BDYP-dən avtomobillərə verilən dövlət qeydiyyat nişanlarını ucuz qiymətə alıb, baha qiymətə sataraq, gəlir əldə edəcəklərini vəd verib ümumilikdə 7800 manat məbləğində pul almış, ilk dəfə 7200 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən BDYPİ-nin inzibati binasının qarşısında ümumi tanışları Turalın yanında, sonuncunun idarə etdiyi «Toyota Camry» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda almış, sonuncu dəfə isə 600 manat məbləğində pulu Elbrusdan xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında almış, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Həmçinin, ifadəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyini, onunla barışdığını, həmçinin ziyan məbləğinin 25 faizi dəyərində dövlət rüsumunu da ödədiyini bildirmişdir. Son söz olaraq əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2200 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, aparılmış istintaq hərəkətləri üzrə tərtib edilmiş protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən tanımış, sonuncu ilə dostu X4 vasitəsi ilə tanış olmuşdur. 2021-ci ilin oktyabr ayında Cəyir BDYP-dən avtomobillərə verilən dövlət qeydiyyat nişanlarını ucuz qiymətə alıb, baha qiymətə satmaqla gəlir əldə edə biləcəyini bildirdiyindən, onun bu təklifi razılaşmış və xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində BDYPİ-nin qarşısında Cəyirə ilk dəfə 7200 manat məbləğində pulu dostu Turalın yanında, sonuncunun idarə etdiyi «Toyota Camry» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda vermişdir. Pulu aldıqdan sonra Cəyir 2021-ci ilin noyabr ayının sonuna qədər 06 ədəd «777» nömrəli avtomobil dövlət qeydiyyat nömrələrini alacağını və həmin dövlət qeydiyyat nömrələrini satdıqdan sonra əldə etdiyi gəliri üç nəfər arasında, yəni o, Cəyir və Tural arasında böləcəyini bildirmişdir. Təxminən iki həftədən sonra Cəyir mobil telefonuna zəng vuraraq, hər bir dövlət qeydiyyat nömrəsi üçün əlavə olaraq 100 manat məbləğində, yəni ümumilikdə 600 manat məbləğində pul lazım olduğunu bildirmiş, o, da razı olaraq həmin 600 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə saat 13 radələrində həmin ərəfələrdə işlədiyi ünvan 1 ünvanında yerləşən yağ zavodunun qarşısında vermişdir. Ancaq, sonradan Cəyir dediyi müddət ərzində verdiyi vədə əməl etmədiyindən ona zənglər edərək iradını bildirməyə başlamış, Cəyir isə hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamış, bundan sonra aldadıldığını başa düşmüşdür. Cəyirdən verdiyi pulları qaytarmağını tələb etsə də, o müxtəlif bəhanələr gətirərək, ondan aldığı pulu qaytarmamışdır. BDYP-dən avtomobillərə verilən dövlət qeydiyyat nişanlarını ucuz qiymətə alıb, baha qiymətə sataraq, gəlir əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs ümumilikdə 7800 manat məbləğində pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. (i.v.1) Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs müraciəti əsasında hadisə yeri hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yanında baxış zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs təxminən 1 il bundan əvvəl tanıdığı Təqsirləndirilən şəxs 9200 manat pul vermişdir. Hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkillər də protokola əlavə edilmişdir. (i.v 9-12) Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində ifadə vermişdir. (i.v.20-26) Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir. (i.v.27-28) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (i.v.35-37) Şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 16:20 dəqiqədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 49) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində dindirilmişdir.(i.v.62-71) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, onun Binəqədi RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır.(i.v. 76-77) Ziyanla bağlı ödəniş aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin atası X5 Zərərçəkmiş şəxs dəymiş zərərdən 1500 (min beş yüz) manat pulu Zərərçəkmiş şəxs təqdim edilməsi üçün Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi E.Musayevə təhvil vermiş, E.Musayev həmin tarixdə 1500 (min beş yüz) manat pulu Zərərçəkmiş şəxs təhvil vermişdir. (i.v. 78-79) Cinayət işinin icraata qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru R.Qəmbərov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v. 89-90) Azərbaycan Respublikasının DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilərək, o, cinayət məsuliyyətindən azad edilmişdir. Suraxanı RPİ-nin xx.xx.2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir.(i.v. 101-103) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanı tam həcmdə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025; xx.xx.2025 və xx.xx.2025-ci il tarixli 29464; 7704 və 26679 nömrəli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə müvafiq olaraq 2 dəfə 500 manat və 1200 manat, ümumilikdə 2200 manat ödəniş etmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının 178.1 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs qismində statusuna və ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2200 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Belə ki, Suraxanı RPİ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının 178.1 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs qismində statusuna və ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Lakin, eyni zamanda müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin qeyd edilən qərarı hazırki işi üzrə cinayət əməli törədildikdən sonra qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə cinayət əməli xx.xx.2021-ci il tarixdə törədilmiş, Suraxanı RPİ-nin qeyd edilən qərarı isə 25.03 2025-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 7800 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1950 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini (faktiki olaraq 2200 manat ödəniş edilmişdir) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 50 saata görə cəmi 380 (üç yüz səksən) manat (34 saat hüquqi yardıma görə 6 manatdan hesablanmaqla 204 (iki yüz dörd) manat, 16 saat hüquqi yardıma görə 11 manatdan hesablanmaqla 176 manat (bir yüz yetmiş altı)) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-154/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-154/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver