Məhkəmə qərarları › İş №1(060)-155/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-155/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-155/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1986-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 16, mənzil 11-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41, “Etalon” yaşayış kompleksi, Blok A, mənzil 14-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində əvvəllər qeyri-rəsmi arvadı olan Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs bir gün əvvəl telefonla danışarkən onun ünvanına nalayiq söz deməsini irad tutması səbəbindən aralarında yaranmış mübahisə zamanı külqabını atıb onun sağ bel nahiyəsinə, təpiklə sol bazu nahiyəsinə, yumruqla başının arxa hissəsindən vuraraq və boynunu tutub sıxaraq ona sol bazunun yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, ənsə nahiyəsinin hematoması, sağ bel nahiyəsinin qançırı, boynun sol yan səthinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2017-ci il tarixdə ailə həyatı quraraq Bakı şəhəri, Yasamal rayonunda kirayə yaşamışlar. Lakin rəsmi olaraq nikaha daxil olmamışlar. Birgə nikahdan 11.12.2018ci il təvəllüdlü övladları X4 dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onunla ailə həyatı qurmamışdan əvvəl X1 ilə rəsmi olaraq nikahda olduğundan onunla birgə nikahdan olan övladları Sunayın soyadı Gülnarın keçmiş həyat yoldaşı Harunun soyadı, ata adı isə Harunun adı olmuşdur. Hazırda Sunayın atalığının müəyyən edilməsi üçün Sumqayıt şəhər Məhkəməsində araşdırma aparılır. Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə və mübahisələrə görə onunla ayrılmış, buna görə də Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayından anasının yaşadığı ünvan 1 ünvanına gedib orada yaşayır. Azyaşlı qızı isə onunla birgə yaşayır. 25.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə telefonla danışarkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söydüyünə görə 26 sentyabr 2020-ci il tarixdə saat 11-12 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına getdikdə həmin vaxt mənzildə Gülnarın anası Şahid1 və azyaşlı bacısı oğlu olmuşdur. O, Zərərçəkmiş şəxs evdə olmadığını görüb Şahid1 Zərərçəkmiş şəxs çağırmasını bildirmiş, bir qədər keçmiş Zərərçəkmiş şəxs tanışları Şahid2la yaşadığı mənzilə gəlmişdir. O, Zərərçəkmiş şəxs nə üçün 25.09.2020-ci il tarixdə telefonda onun ünvanına nalayiq söyüşlər söyməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs isə azyaşlı övladlarını ondan tələb etmiş, o, övladlarını ona verməyəcəyini bildirdikdə Gülnar ona “sən uşaq dünyaya gətirmisənki verməyəsən” dedikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə gedərək sillə ilə ona bir zərbə vurmuşdur. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2017-ci il tarixdə ailə həyatı quraraq Bakı şəhəri, Yasamal rayonunda kirayə yaşamışlar. Lakin rəsmi olaraq nikaha daxil olmamışlar. Birgə nikahdan 11.12.2018-ci il təvəllüdlü övladları X4 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla ailə həyatı qurmamışdan əvvəl X1 ilə rəsmi olaraq nikahda olduğundan Təqsirləndirilən şəxsla birgə nikahdan olan övladları Sunayın soyadı keçmiş həyat yoldaşı Harunun soyadı, ata adı isə Harunun adı olmuşdur. Hazırda Sunayın atalığının müəyyən edilməsi üçün Sumqayıt şəhər Məhkəməsində araşdırma aparılır. Təqsirləndirilən şəxsla aralarında tez-tez münaqişə və mübahisələr olduğuna görə 2020-ci ilin avqust ayında ondan ayrılmaq üçün anasının yaşadığı ünvan 1 ünvanına gəlib anası ilə yaşamağa başlamışdır. 26 sentyabr 2020-ci il tarixdə saat 11:30 radələrində işə getmək üçün evdən çıxmış, evdə isə anası Şahid1 və 12 yaşlı bacısı oğlu qalmışdır. Saat 12:30 radələrində bacısı oğlu ona mesaj yazıb evə gəlməyini bildirdiyi üçün anası Şahid1 zəng vurduqda onun telefonuna zəng çatmamış, o da bacısı oğluna zəng etmişdir. Telefona anası Şahid1 cavab verərək evə qayıtmağını bildirmiş, o, Şahid1 səsindən neqativ hadisə olmasını başa düşüb Təqsirləndirilən şəxs evlərinə gəlib-gəlmədiyini soruşmuş, Şahid1 Təqsirləndirilən şəxs evlərinə gəldiyini, evin qapısını arxadan bağladığını, onlara hədə-qorxu gəldiyini bildirdiyi üçün AR DİN-in 102 xidmətinə zəng vuraraq, Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ailə üzvlərini hədələdiyini bildirmişdir. Sonra yaxınlıqda yaşayan, Təqsirləndirilən şəxsla aralarında olan problemlərdən xəbərdar olan tanışı Şahid2 zəng vuraraq Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək ailə üzvlərini hədələdiyini, işdən yaşadığı ünvana qayıtdığını bildirərək onunla birlikdə yaşadığı mənzilə getməsini xahiş etmişdir. Saat 12:45 radələrində yaşadığı binanın qarşısına çatdıqda binanın qarşısında onu gözləyən Şahid2la birlikdə yaşadığı mənzilin qarşısına getmişlər. O qapını döydükdə Təqsirləndirilən şəxs mənzilin qapısını açmış, o, Şahid2la birgə mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs nə üçün yaşadığı mənzilə gələrək problem yaratdığını soruşmuş, buna görə də aralarında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs onu bir neçə dəfə sillə ilə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında tez-tez münaqişə və mübahisələr olduğuna görə 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ayrılmaq üçün onun yaşadığı ünvan 1 ünvanına gəlib onunla yaşamağa başlamışdır. 26 sentyabr 2020-ci il tarixdə saat 11:30 radələrində qızı Zərərçəkmiş şəxs işə getmək üçün evdən çıxmışdır. O, 12 yaşlı nəvəsi ilə evdə qalmışdır. Saat 12 radələrində mənzilin qapısı döyüldükdə qapını açmış, sonra Təqsirləndirilən şəxs mənzilə daxil olub qapını içəridən bağlamış və açarı götürüb özündə saxlamışdır. Təqsirləndirilən şəxs əsəbi halda mənzilə daxil olub masanın üzərində olan “Samsung” markalı, S4 modelli telefonunu götürüb divara vurub qırmışdır ki, heç kimə zəng etməsin. Sonra Təqsirləndirilən şəxs əli ilə tavanda olan işıq lanpasını vurub qırmışdır. Təqsirləndirilən şəxs azyaşlı nəvəsinə “zəng elə Gülnar gəlsin evə, yoxsa ikinizidə balkondan aşağı atacam” demişdir. Sonra nəvəsi Zərərçəkmiş şəxs mesaj yazıb evə gəlməyini bildirmiş, qızı Gülnar nəvəsinin telefonuna zəng vurduqda telefona o cavab verərək Gülnara evə qayıtmağını, Təqsirləndirilən şəxs evlərinə gəldiyini, evin qapısını arxadan bağladığını, onlara hədə-qorxu gəldiyini bildirmişdir. Təxminən saat 12:45 radələrində qızı Zərərçəkmiş şəxs ilə tanışları Şahid2 yaşadığı mənzilə gəlmişlər. Mənzilin açarı Təqsirləndirilən şəxs olduğu üçün qapını Aqil açmışdır. Şahid2la Zərərçəkmiş şəxs mənzilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nə üçün yaşadıqları mənzilə gələrək problem yaratdığını soruşmuş, buna görə də onlar arasında mübahisə yaranaraq zərərçəkmiş Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.09.2020-ci il tarixli, 1193 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sol bazunun yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, ənsə nahiyəsinin hematoması, sağ bel nahiyəsinin qançırı, boynun sol yan səthinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) alətin təsirindən törənmişdir, müddəti 26.09.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol bazunun yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, 17 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar