Məhkəmə qərarları › İş №1(060)-155/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-155/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-155/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.2001-ci ildə Ağsu rayonu, Bico kəndində anadan olmuş, Azərbaycan Respblikasıının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Bico kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Sumqayıt şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.11.2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs etibarnamə əsasında məxsus olan “VAZ-21013” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobili sonuncunun yaşadığı ünvanın həyətindən talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıdığını, onun “VAZ-21013” markalı, **-BD-*** dövlət nişanlı maşınının olduğunu və özünün həmin avtomobili 3500 (üç min beş yüz) manata, kreditlə almaq istədiyini, ilkin olaraq ona 1000 manat ödəməyi və hər ay 200 manat kredit ödəməyi şərti ilə almaq istədiyini bildirmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs onun sürücülük vəsiqəsi olmadığı üçün avtomobili ona satmaqdan imtina etmişdir. Bundan sonra o, Elşadın avtomobili başqa bir şəxsə satmaq istədiyini düşünmüş və bununla bağlı ondan avtomobili ona satmasını dəfələrlə xahiş etmişdir. Lakin, Zərərçəkmiş şəxs avtomobili öz yaşadığı evin qarşısında saxlamış və avtomobilin dövlət nömrə nişanlarını açıb öz evinə qoymuşdur. O da Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmasa belə sürməyi bacardağını sübüt etmək üçün avtomobili sonuncunun xəbəri olmadan sürmək üçün qaçırmaq qərarına gəlmişdir. Avtomobilin açarlarının daima üstündə olduğunu və bundan başqa, avtomobilin açar yeri işləmədiyi üçün avtomobilin naqillə işə salındığını görmüş və avtomobili Zərərçəkmiş şəxs həyətindən eyni üsülla işə salıb qaçırmaq qərarında gəlmişdir 17.11.2021-ci il tarixdə, saat 12:00 radələrində heç kəsin xəbəri olmadan Elşadın həyətinə gedib avtomobilə əyləşmiş və avtomobilin açar yerinin alt hissəsində hazır vəziyyətdə olan naqilləri bir-birinə birləşdirərək avtomobili sürüb ordan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları ona zəng edərək Zərərçəkmiş şəxs ərizə ilə Sumqayıt şəhər Pİ-nin 2-ci BP-nə müraciət edərək ona məxsus “VAZ-21013” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin onun tərəfindən qaçırıldığını bildirmişdir. Bu zaman o Zərərçəkmiş şəxs məxsus avtomobili qaçırdığını etiraf etmişdir və bundan sonra polis əməkdaşları ona avtomobili də götürüb bölməyə yaxınlaşmağını bildirmişlər. Bundan sonra isə o buna etiraz etməmiş və avtomobili də götürərək polis bölməsinə getmişdir. O, avtomaşını Zərərçəkmiş şəxs ona satmadığı üçün sürmək məqsədi ilə qaçırdığını, başqa heç bir niyyətinin olmadığını göstərmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulan zərəri tam şəkildə ödədiyini bu səbəbdən də məhkəmədən ona mümkün olan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirdi ki, o , Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə valideynləri və digər ailə üzvləri ilə birlikdə yaşayır. 17.11.2021-ci il tarixdə, təxminən 13:00 radələrində evə gəldikdə baş etibarnamə ilə ona məxsus olan “VAZ-21013” markalı, **-BD-*** dövlət nömrə-nişanlı avtomobilinin həyətdə olmadığını görmüş və avtomobilinin qonşuluqda yaşayan Həşim tərəfindən qaçırıldığına əmin olmuşdur. Bunun səbəbi isə onun avtomobili Həşimə 3500 manata satmaq istəməsi olmuşdur. Həşim avtomobili ondan almaq istəmiş və onlar aralarında şifahi razılığa gəlmişlər. Aralarında olan şifahi razılığa əsasən Həşim ona ilkin olaraq 1000 manat pul verəcək, qalan pulu isə ayda 200 manat olaraq kredit şəklində ödəyəcəkdi. Lakin sonradan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı üçün ona etibarnamə vermək mümkün olmamış və buna görə də, Həşimə avtomobili satmayacağını bildrimişdir. Həşim isə israrla avtomobili ona satmasını bildirmişdir. Bunun qarşılığında o, Həşimə sürücülük vəsiqəsini nə zaman alarsa avtomobili o zaman satacağını demişdir. Bu zaman isə Həşim onun avtomobili daha baha qiymətə başqa şəxsə satmaq istədiyini düşünmüşdür və o, Həşimə yanlış başa düşdüyünü, avtomobili başqa şəxsə satmaq üçün ona satmaqdan imtina etmədiyini deyib. Bundan sonra o, avtomobilin dövlət qeydiyyat nömrə nişanlarını çıxardıb evə qoymuş, avtomobili isə evinin giriş darvazasının qarşısında yolun kənarında saxlamışdır. Avtomobilin açar yeri işləmədiyi üçün açarlar avtomobilin üstündə olmuş və qapıları da həmişə açıq vəziyyətdə qalmışdır. Avtomobili sürən zaman Həşim onun avtomobili şunurla işə saldığını görmüşdü. Buna görə də o əmin olmuşdur ki, Həşim avtomobili ona satmadığı üçün qapısında qaçırdıb. Bu səbəbdən 17.11.2021-ci il tarixdə ərizə ilə Suqmayıt şəhər 2-ci PB-nə müraciət edərək avtomobilin Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını bildirmişdir. Polis bölməsində polis əməkdaşları Həşimə zəng etmiş, Həşim avtomobilin onun tərəfindən qaçırıdığını etiraf etmiş və avtomobili polis bölməsinə gətirmişdir. Avtomobil olduğu vəziyyətdə də ona geri qaytarılmışdır. Hazırda ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənildiyini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və məhkəmə tərəfindən qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 19 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Məkməsinin 1(060)-228/2020 saylı, 01 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası 73.2-ci maddəsində əsasən bəraətverici əsaslar olmadan xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsi ona şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və ziyanı ödəməsi, 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci sanksiyası həddində, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 05 (beş) ay müddətinə islah işləri cəzasına məhkum edilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 02.12.2021-ci il tarixli (iş № 1(060)-797/2021) qərarını icra edərək, 04.12.2021-ci il tarixli 1492 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 05 (beş) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar