Məhkəmə qərarları › İş №1(060)-155/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-155/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-155/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixədək cəzasından 03 (üç) ay 01 (bir) gününü çəkmiş və çəkilməmiş cəzası 02 (iki) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün təşkil edir, məhkumluğu olan, Yardımlı rayon, Bərcan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd üzəri göy rəngli kağız bükümdə təmiz çəkisi 0,167 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Dəmiryol vağzalı ərazisində küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd üzəri göy rəngli kağız bükümdə təmiz çəkisi 0,167 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa təkrarən o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd polietilen bükümdə üzərində “FM40” göstəricisi olan ümumilikdə 04 (dörd) ədəd bozumtulqəhvəyi rəngli, dairəvi formalı metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,16 qram (bir ədəd həbdə 0,04 qram) olan narkotik vasitə metadonu əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 03:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PPXT-nun əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon, 7 saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd polietilen bükümdə üzərində “FM40” göstəricisi olan ümumilikdə 04 (dörd) ədəd bozumtul-qəhvəyi rəngli, dairəvi formalı metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,16 qram (bir ədəd həbdə 0,04 qram) olan narkotik vasitə metadon həbləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yardımlı rayon, Bərcan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Uzun müddətdir, narkotik vasitə aludəçisidir, narkotik vasitə heroin deyilən kakosdan, metamfetamin deyilən şüşədən iynə vurmaqla istifadə edir, ağrıları olanda sakitləşdirmək üçün isə metadon həbi qəbul edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023- cü il tarixdə saat 21:50 radələrində Sumqayıt şəhəri, Dəmiryol vağzalı ərazisində küçədə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. O vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan açıq göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu siqaretin göy rəngli kağızına bükülmüş 01 (bir) büküm təqdim etmiş, həmin büküm açılan zaman içərisində 01 (bir) ədəd göy rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər, digər büküm 01 (bir) ədəd sellofana bükülmüş spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqdim etdiyi göy rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində ağ rəngli kristal formada narkotik vasitə metamfetamin olduğunu, sellofana bükülmüş kütlənin isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bir bükümdə kakos deyilən heroini xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Sveet” restoranı yaxınlığında Fuad adlı şəxsdən 25 (iyirmi beş) manata, eyni zamanda şüşə deyilən metamfetamini isə elə həmin gün saat 19:00 radələrində Sumqayıt şəhəri ərazisində tanımadığı bir şəxsdən 01 (bir) bükümdə 10 (on) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş kütlələr üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilmiş, həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə gecə saat 03:15 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 7 saylı yaşayış binasının qarşısında küçədə piyada hərəkətdə olan zaman ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşlarını görmüş, o, polislərdən qorxduğu üçün binanın blokuna daxil olmaq istəmiş, lakin post patrul xidmətinin əməkdaşları onun bu hərəkətindən şübhələnmişlər, ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, onu sorğu sual etmişlər, üzərində qanunla qadağan olunan əşyanın olub olmadığını soruşmuşlar. O, bundan sonra könüllü olaraq üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmədən onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş, birlikdə polis bölməsinə gəlmişlər. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan şalvarın sağ yan cibində saxlamış olduğu şəffaf sellofan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi şəffaf sellofan bükülünün içərisində 04 (dörd) ədəd həbin olduğu görünmüşdür. Sorğu zamanı təqdim etdiyi sellofan bükümdə olan 04 (dörd) ədəd həbin narkotik vasitə metadon həbi olduğunu, həmin həbləri 18 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş həblər üzərində olan sellofan ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilmiş, həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Əməlindən peşman olmasını, himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəridir. xx.xx.2023-cü il tarixdə 9174 çağırışlı avtopatrulda post yoldaşları ilə birlikdə hərəkət edərkən saat təxminən 03:15 radələrində 11-ci mikrorayon daxilində 7 saylı yaşayış binasının qarşısında bir nəfər şəxsin tək hərəkət etdiyini, onları gördükdən sonra binanın blokuna doğru yürüdüyünü müşahidə etmişlər. Onun bu şübhəli davranışı diqqətlərindən yayınmamış, onlar həmin bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, onun ad soyadını soruşmuşlar, üzərində qanunla qadağan edilmiş əşyanın, yaxud kəsici deşici alətin olub olmadığını soruşmuşlar, həmin şəxs bildirmişdir ki, üzərində narkotik vasitə olan metadon həbi vardır. Bundan sonra həmin şəxsin üzərinə baxış keçirmədən saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdiyindən bölmədə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofanın içində 04 (dörd) ədəd həb olduğu görünürdü. Təqsirləndirilən şəxs həmin həblərin metadon olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükülüdə olan həbləri 18 noyabr 2023-cü il tarixdə Bakı şəhərində 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı bir şəxsdən 50 (əlli) manata aldığını bildirmiş, həmin şəffaf büküm içində olan həblər ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri, polis serjantı Şahid3 və Şahid2 da Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan metadon həblərinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:15 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfərləri tərəfindən Sumqayıt şəhəri, 11-ci mikrorayon, 7 saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş, bölmədə Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin şəffaf rəngli sellofanın içində 04 (dörd) ədəd həb olduğu görünürdü. Təqsirləndirilən şəxs həmin həblərin metadon olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükülüdə olan həbləri 18 noyabr 2023-cü il tarixdə Bakı şəhərində 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı bir şəxsdən 50 (əlli) manata aldığını bildirmiş. Həmin şəffaf büküm içində olan həblər ilə bir yerdə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 1,87 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan metamfetaminin və heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:50 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Dəmiryol vağzalı ərazisində küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş, bölmədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən siqaretin göy rəngli kağızına bükülmüş 01 (bir) ədəd bükülünü təqdim etmiş, həmin büküm açılan zaman içərisində 01 (bir) ədəd göy rəngli siqaret kağızına bükülmüş, 01 (bir) ədəd isə sellofana bükülmüş bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü açılan zaman içərisində ağ rəngli kristal formada metamfetaminə bənzər, sellofan bükülü açılan zaman isə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kağız bükülüdəki kütlənin psixotrop maddə olan metamfetamin, sellofan bükülüdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Sveet” restoranı yaxınlığında adını Fuad olduğunu bildiyi şəxsdən 25 (iyirmi beş) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ayrı ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman kağıza bükülmüş kütlənin çəkisi 0,24 qram, sellofana bükülmüş kütlənin çəkisi isə 0,38 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6063 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksləri, “Şəxsi axtarış zamanı Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadona bənzər həblər..” yazıları və imzalar olan zərfin içərisində bir ədəd polietilen bükümdə üzərində “FM 40” göstəricisi olan ümumilikdə 4 ədəd bozumtul qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə-metadondur, 4 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,16 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin sayı – 4 həb, tədqiqata sərf edildi – 1 həb, qalıq – 3 həb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4982 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №242” dairəvi möhür əksləri olan,“Saxlanılan şəxs Təqsirləndirilən şəxs “imza”” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki: 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,301 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd üzəri göy rəngli kağız bükümdə təmiz çəkisi 0,167 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,301 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,251 qram. Metamfetaminin təmiz çəkisi – 0,167 qram, tədqiqata sərf edildi – 0,030 qram, qalıq – 0,137 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X14" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6150 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, ilkin çəkisi 0,301 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,251 qram narkotik vasitə heroin, ilkin çəkisi 0,167 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,137 qram psixotrop maddə metamfetamin və 4 ədəd metadon həbindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalan 3 ədəd metadon həbi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən və Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.2024-cü il tarixədək cəzasından 03 (üç) ay 01 (bir) gününü çəkmiş və çəkilməmiş cəzası 02 (iki) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün təşkil edir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixədək cəzasından 03 (üç) ay 01 (bir) gününü çəkmiş və çəkilməmiş cəzası 02 (iki) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün təşkil edir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaq vardır (xx.xx.2009-cu il təvəllüdlü X13 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X10 oğlu). İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahid ifadələri və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 02 (iki) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,301 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,251 qram narkotik vasitə heroin, ilkin çəkisi 0,167 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,137 qram psixotrop maddə metamfetamin və 4 ədəd metadon həbindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalan 3 ədəd metadon həbi məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 169,00 (bir yüz altmış doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,251 qram narkotik vasitə heroin, 0,137 qram psixotrop maddə metamfetamin və 3 ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut 02 (iki) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq (bir yüz altmış doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar