Məhkəmə qərarları › İş №1(060)-156/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-156/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-156/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1968-ci il tarixdə Füzuli rayonu Cuvarlı kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 4 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,257 qram narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 4 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,571 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 11 oktyabr 2020-ci saat 20:44 radələrində Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,790 qram, 0,357 qram, 0,750 qram, ümumi təmiz çəkisi 2,257 qram kustar üsulla hazırlanmış eyni təribli narkotik vasitə olan külli miqdarda heroin və 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,467 qram, 0,400 qram, 0,415 qram, 0,289 qram, ümumi təmiz çəkisi 1,571 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri Novxanı Bağları massivi ev 1175F-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Corat qəsəbəsi ev 175-də ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmişdir. Heç bir psixi xəstəliyi olmamış, daimi olaraq heç bir yerdə işləmir, o, bir neçə ildir ki, narkotik vasitə qəbul edir. 11 oktyabr 2020-ci il tarixdə təxminən səhər saat 10 radələrində o, Abşeron rayonu Novxanı qəsəbəsində olarkən tanımadığı kişi ilə rastlaşmış, onunla söhbət etmiş, söhbət əsnasında həmin şəxsə narkotik vasitə olan heroin qəbul etdiyini demiş, həmin şəxsin də heroin qəbul etdiyini bilmişdir. Həmin şəxs orada ona üzərində heroin və şüşə kimi bildiyi metamfetamin olduğunu və ona sata biləcəyini demş, o, razılaşıb həmin şəxsdən 100 manata 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində 4 ədəd xırda şəffaf rəngli selofan bükümlərdə olan heroin və 4 ədəd xırda şəffaf rəngli selofan bükümlərdə olan metamfetamin almışdır. O, həmin şəxsdən aldığı narkotik vasitələri əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyub Sumqayıt şəhərinə gəlmişdir. O, aldığı narkotik vasitəni cibinə qoymuşdur ki, heç kəs görməsin. Həmin gün təxminən saat 20:40 radələrində o, Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində olarkən 5 nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq onu saxlamışlar. Onlar özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin və 1-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarından biri əlində kamera ilə videoçəkiliş aparmış, polis əməkdaşları onu üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün saxladıqlarını və üzərində şəxsi axtarış keçiriləcəyini demişlər. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim olunmuş, polis əməkdaşları ona həmin bildirişlə tanış olmağını demişlər, o, hüquq və vəzifələri olan bildirişlə tanış olmuş, daha sonra polis əməkdaşları üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Bununla əlaqədar etirazının olub-olmadığını soruşmuşlar, o, da etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O, da könüllü olaraq üzərində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb içərisində metamfetamin və heroin olduğunu demişdir. O, həmin bükümü açmış və içərisindən 4 ədəd xırda şəffaf rəngli sellofan bükümlərdə olan şüşə kimi tanıdığı metamfetamini və 4 ədəd xırda şəffaf rəngli sellofan bükümlərdə olan kakos kimi tanıdığı heroini təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümləri haradan hansı məqsədlə aldığını soruşmuşlar. O, da polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini və həmin narkotik vasitələri özü istifadə etməyi üçün 11.10.2020-ci il tarixdə səhər radələrində Abşeron rayonu Novxanı kəndində tanımadığı bir nəfər kişidən 100 manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Üzərindən aşkar olunan narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra tutulduğu yerdə şərait olmadığı üçün sənədləşmə aparılması üçün polis bölməsinə getmişlər. Polis bölməsinə hüquqlarını müdafiə edən vəkili də gəlmiş, polis bölməsində xidməti otaqların birində üzərindən aşkar edilib götürülmüş 4 ədəd şəffaf rəngli xırda sellofan bükümlərdə olan heroin tərəzidə çəkilmiş və bükümlərlə birlikdə 2,6 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda üzərindən aşkar edilib götürülmüş 4 ədəd şəffaf rəngli xırda sellofan bükümlərdə olan metamfetamin tərəzidə çəkilmiş və bükümlərlə birlikdə 1,7 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitələri qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza atmışdır. O, bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,790 qram, 0,357 qram, 0,750 qram, ümumi təmiz çəkisi 2,257 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan külli miqdarda heroin və 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,467 qram, 0,400 qram, 0,415 qram, 0,289 qram, ümumi təmiz çəkisi 1,571 qram kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlınmış eyni tərkibli psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar olunmuş narkotik vasitələri tutulduğu gün adını və ünvanını tanımadığı şəxsdən Abşeron rayonu Novxanı qəsəbəsində olarkən 100 manata almışdır. O, narkotik vasitə olan heroini aldığı şəxsi tanımamış, həmin şəxsin əlaqə nömrəsi onda olmamışdır. O, Abşeron rayonu Novxanı qəsəbəsində olarkən təsadüfən həmin şəxslə tanış olmuş və söhbət əsnasında onun narkotik satdığını bilib ondan 100 manata üzərindən aşkar olunan narkotik vasitələri almışdır. O, əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, üzərindən aşkar olunan narkotik vasitələri 8 ədəd ayrı ayrı bükümlərdə saxlamışdır ki, həmin narkotik vasitələri gündəlik istifadə edən zaman rahat hazırlaya bilsin. O, bu səbəbdən onları ayrı bükümlərdə saxlamış, onun həmin bükümləri satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt şəhəri polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini X4 ifadəsində göstərdi ki, 11 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun iştirakı ilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2, CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov və Sumqayıt ŞPİ-nin kriminlastik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 20:35 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisinə gəldikdən sonra kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğu üçün saxladıqlarını və üzərində şəxsi axtarış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxsn üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri olan bildiriş təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri olan bildirişlə tanış olmuş, daha sonra onlar Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Bununla əlaqədar etirazının olub-olmadığını soruşmuşlar, Camal da etirazının olmadığını bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da üzərində olan göy rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb içərisində metamfetamin və heroin olduğunu demişdir. Camal həmin bükümü açmış və içərisindən 4 ədəd xırda şəffaf rəngli sellofan bükümlərdə olan şüşə kimi tanıdığı metamfetamini və 4 ədəd xırda şəffaf rəngli sellofan bükümlərdə olan kakos kimi tanıdığı heroini təqdim etmişdir. Onlar Camaldan həmin bükümləri haradan hansı məqsədlə aldığını soruşmuş, Camal da onlara narkotik vasitə istifadə edəni olduğunu və həmin narkotik vasitələri özü istefa etmək üçün 11.10.2020-ci il tarixdə səhər Abşeron rayonu Novxanı kəndində tanımadığı bir nəfər kişidən 100 manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr araşdıma üçün əhəmiyyət kəsb edildiyindən tərəflərindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs tutulduğu yerdə şərait olmadığı üçün sənədləşmə aparılması üçün Polis bölməsinə getmişlər. Polis bölməsinə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkili də gəlmiş, polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 4 ədəd şəffaf rəngli xırda sellofan bükümlərdə olan heroin tərəzidə çəkilmiş və bükümlərlə birlikdə 2,6 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 4 ədəd şəffaf rəngli xırda sellofan bükümlərdə olan metamfetamin tərəzidə çəkilmiş və bükümlərlə birlikdə 1,7 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitələri qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid X3 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd DVD disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 11.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12.10.2020-ci il tarixli, 6/2131 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş”... sözləri olan zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,360 qram, 0,790 qram, 0,357 qram, 0,750 qram ümumi təmiz çəkisi 2,257 qram olan qəhvəyi rəngli tözşəkilli hissəciklərdən ibarət maddələr kütləsi kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,467 qram, 0,400 qram, 0,415 qram, 0,289 qram ümumi təmiz çəkisi 1,571 qram olan ağa rəngli kristallik hissəcikləridən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixtrop maddə – metamfetamindir. Metmamfetaminin ümumi təmiz çəkisi – 1,571 qram, tədqiqata sərf edildi – 0,080 qram, qalıq – 1,491 qram. Heroinin ümumi təmiz çəkisi – 2,257 qram, tədqiqata sərf edildi – 0,080 qram, qalıq – 2,177 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 22.10.2020-ci il tarixli, 2937 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Narkoloji Dispanserinin 14.10.2020-ci il tarixli 2929 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ilin dekabr ayından həmin dispanserdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə bütün sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 27.10.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 13.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 11.10.2020-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 19.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 11.01.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, eyni məhkəmənin 08.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və eyni məhkəmənin hazırlıq iclasının 08.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 11 oktyabr 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,177 qram çəkidə narkotik vasitə olan heroin və tədqiqatdan sonra qalmış 1,491 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 yanvar 2021-ci il tarixli (iş № 1(060)-156/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 31 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 8 (səkkiz) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,177 qram çəkidə narkotik vasitə olan heroin və tədqiqatdan sonra qalmış 1,491 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat X2 alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar