Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-156/2022 10.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 0,797 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 sentyabr 2021-ci il tarixdə saat 07:00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayt şəhəri, 9cu mikrorayon ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cüPB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 2 ədəd şəffaf, 1 ədəd kağız bükümdə olan, ayrı ayrılıqda çəkiləri 0,363 qram, 0,361 qram, 0,073 qram olmaqla ümumi təmiz çəkisi 0,797 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən, arabir isə narkotik vasitə olan qurudulmuş marixuandan da istifadə etdiyini demişdir. Son vaxtlar metafetamini və qurudulmuş marixuananı yaşadığı məhəllədən aralıda yaşayan Ruslan adlı şəxsdən əldə etdiyini bildirmişdir. 31.08.2021-ci il tarixdə günorta saatlarında Ruslan adlı şəxsdən yaşadığı məhəllənin yaxınlığında 3 bükümdə metafetamin və 2 bükümdə marixuana almışdır. 3 büküm metafetamin və 2 büküm marixuananı kibrit qutusuna qoyub əynində olan cins şalvarın sol yan cibində saxlamışdır. 01.09.2021-ci il tarixdə, saat 07:00 radələrində o, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Buna görə də, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİnin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşərək birbaşa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu, digər cibindən “Samsung A40” markalı mobil telefonunu, ev açarını, siqaretini çıxartmış və təqdim etmişdir. Həmin kibrit qutusuna baxılarkən içərisində 2 ədəd şəffaf, 1 ədəd kağız bükümdə metamfetamin, 2 ədəd digər kağız bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin psixatrop maddə metafetamin və narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir, hal-hazırda ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 01.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Kənan adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 3-cü PB-nin kiçik inspektorları, polis serjantları Şahid2, Şahid3, Sumqayıt şəhər Pİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 01.09.2021-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə getmişlər. Həmin məlumat əsasında 01.09.2021-ci il tarixdə, saat 07:00-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş edən zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs "nəyə görə" saxlanıldığını soruşan zaman həmin şəxsə narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmişdir. O, da heç bir müqavimət göstərmədən onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. 3-cü PB-da təhqiqatçı, polis mayoru Mustafa Mustafazadə tərəfindən həmin şəsxə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi Günay Cəfərova təqdim olunmuş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X1 tərəfindən aparılırmışdır. Daha sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu, şalvarın sağ yan cibindən 01 ədəd “Samsung A40” markalı mobil telefon, ev açarı, “Vincester” siqareti və alışqan çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisindəki nə olduğu soruşulduqda o, psixotrop maddə metamfetamin və quruduluş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açılarkən içərisindən 02 ədəd şəffaf sellofan və 01 ədəd kağız bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 02 ədəd digər kağız bükümündə isə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət xaraterli əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddələri haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələri 31.08.2021-ci il tarixdə, günorta saatlarında yaşadığı məhəllədə yaşayan Ruslan adlı şəxsdən özü istifadə etmək üçün əldə etdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş maddələr elektron tərəziyə qoyularaq çəkilmiş və ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid 3-cü PB-nın cinayət-axtarış üzrə kiçik inspektorları polis serjantları Şahid3 və Şahid2 də Şahid1lə göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə kimyəvi-bioloji ekspertizasının 01.09.2021-ci il tarixli, 6/3813-7/868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün N 127” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs ....” yazı və imzalar olan zərfdə 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,363 qr, 0,361 qr və 0,073 qram olmaqla, ümumi çəkisi 0,797 qram ağ rəngli, kristalşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,156 qram və 0,154 qram olmaqla, ümumi çəkisi 0,310 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəquruduluş marixuana olub tərkib əlamətlərinə görə eynidir. Qeyd: metamfetaminin ümumi çəkisi – 0,797 qram, tədqiqata sərf edildi – 0,09 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq – 0,707. Qeyd: marixuananın ümumi çəkisi – 0,310 qram, tədqiqata sərf edildi – 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq – 0,210. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 23.10.2021-ci il tarixli, 4105 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda absinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,210 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,707 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-444/2021 saylı, 02.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-470/2021 saylı, 18.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-444/2021 saylı, 02.09.2021-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3506, nömrəli, 14.10.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat sərf etmişdir. Ona görə də, 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 01.09.2021-ci il tarixdən 10.01.2021-ci il tarixdək həbsdə və ev dustaqlında olduğu 04 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 18 (on səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,210 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,707 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 01.09.2021-ci il tarixdən 10.01.2021-ci il tarixdək həbsdə və ev dustaqlında olduğu 04 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ay 18 (on səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,210 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,707 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-156/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-156/2022
10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver