Məhkəmə qərarları › İş №1(060)-157/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-157/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-157/2022 16.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi ev 25-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,268 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi istehlak miqdarında 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,036 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin, 2-ci PB-yə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin heroin və metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində görtərmişdir ki, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olmamış, bir müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. 05.08.2021-ci il tarixdə saat 14:40-da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, yaşadığı evin yaxınlığında narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq PB–nə dəvət edilmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünu təqdim etmişdir. Həmin büküm açılmış, bükümdə ayrı - ayrılıqda 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin olduğu aşkar olunmuşdur. Həmin bükümlər açılan zaman bir bükümdə spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin, digər bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan maddələrin narkotik vasitə olduğunu, aşkar olunmuş maddələri 05.08.2021- ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında hər bir bükümünü 5 manata olmaqla ümumilikdə 10 manat ödəməklə tanımadığı şəxsdən aldığını ve şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin gümüşü rəngli siqaret kağızı ile birlikde 0,39 qram, aşkar olunmuş ağ rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin gümüşü rəngli siqaret kristal şəkilli kağızı ilə birlikdə 0,09 qram olduğu müəyyən olunmuşdur. Hal-hazırda isə əməlindən peşmandır və barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, həmin şəxsə dair düşmənçilik və ədavət münasibətinin olmadığını bildirərək işin mahiyyəti üzrə göstərmişdir ki, 05.08.2021-ci il tarixdə ona ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Odur ki, həmin gün saat 14:25 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində pusqu qurmuşdurlar. Saat 14:40-da Təqsirləndirilən şəxs əlamətlərinə oxşar bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışdırlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olacağlarını bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdirmişdirlər. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasının həyətinə çatmışdırlar. Xidməti otaqlardan birinə daxil olmuşdurlar. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də təhqiqatçı Mətləb Abbasov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişdirlər. Təhqiqatçı şübhəli şəxsə hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5 təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah edib, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına etirazının olub-olmadığını soruşmuşdur. Həmçinin təhqiqatçı şübhəli şəxsə hüquq vəzifələrini izah edərək hüquq və vəzifələrin əks olunduğu bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirib, lakin saxlanılan şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisindən əlavə olaraq 02 ədəd büküm aşkar olunmuşdur. Bükümlərdən birinin içərisində ağ rəngli kristal formada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə ölçülən zaman çəkisinin 0,09 qram olduğu müəyyən edilmişdir. Digər bükümə baxış keçirilən zaman orada narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə ölçülən zaman çəkisinin 0,39 qram olduğu müəyyən olunmuşdur. X4 sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümü Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını, daha sonra həmin bükümün içərisinə baxan zaman orada 02 ədəd büküm olduğunu görmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana yaxın ərazidə saxlanılaraq polis bölməsinə gətirildiyini, polis bölməsinə gətirilən zaman üzərinə baxış keçirilmədiyini və polis əməkdaşları tərəfindən heç bir fikizi zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq. Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Bununla bağlı protokolllar tərtib olunub, protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, o şahid X8 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 05.08.2021-ci il tarixli 6/3326 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Aarayışlar üçün №126” dairəvi möhür əksi olan “...oğlunun üzrindən götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,268 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Digər bir ədəd bükümdə təmiz çəkisi 0,036 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psoxtrop maddə metanfitamindir. Cinayət işi materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 27.08.2021-ci il tarixli, 2982 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda deyildir. Cinayət işi materillarında olan 1 Nömrəli şəhər Xsatəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 28.10.2021-ci il tarixli, 537 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 Nömrəli şəhər xəstəxanasının poliklinik şöbəsinin psixiatr kabinetində dispanser müşahidəsi yoxdur. Cinayət işi materillarında olan Sumqayıt şəhər 3 №-li xəstəxana tərəfindən verilmiş 28.08.2021-ci il tarixli, 587 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 Nömrəli xəstəxanasının poliklinika şöbəsində psixiatrik kabinetində ambulator və dispanser müşahidədə yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24.08.2021-ci il tarixli 3052 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranmış aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ethiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarış keçirilməsi barədə 05.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəgnli cins şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş, həmin büküm açılmış, bükümdə ayrı-ayrılıqda 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin olduğu aşkar olunmuş, həmin bükümlər açılan zaman bir bükümdə spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə bənzər maddənin, digər bükümdə isə ağ rəngli kristal şəkilli psoxtrop maddə olan metanfitaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən verilmiş 11.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin müstəntiqi, polis baş leytenantı İlkin Nurizadə tərəfindən 06.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 05.08.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.08.2021-ci il tarixində saat 14:40-da H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materillarından görünür ki, 06.08.2021-ci il tarixli qərarla X2 cinayət prosesində Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materillarında olan 07.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-non MSY-dən azad edilmiş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materillarında olan 20 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Cinayət işi materillarından görünür ki, ********* saylı cinayət işi üzrə icraat 20.11.2021-ci il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərarla təzələnmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 22.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə yetkinlik yaşına çatdığıdan onun qanuni nümayndəsi qismində tanınmış nənəsi X1 cinayət prosesində qanununi nümayəndəsi qismində iştirakına xitam verilmiş və Təqsirləndirilən şəxs barəsində 07.08.2021-ci il tarixdə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin tətbiqinə xitam verilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 22.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,268 qram çəkidə narkotik vasitə olan heroinin və 0,036 qram metanfitaminin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,218 qram heroin və 0,026 qram psixotrop maddə olan metanfitamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhəri İcra Hakimiyyəti 6 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının 05-07 tarixlərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,218 qram narkotik vasitə heroin və 0,026 metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03.12.2021-ci il tarixli (iş № 1(060)-799/2021) qərarını icra edərək, 08.12.2021-ci il tarixli 1532 saylı orderə əsasən vəkil X9 onun vəkili təyin etmişdir. Lakin vəkil X9 xəstə olduğundan işin davam etdirilməsi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384, 429-434-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi üzrə Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,218 qram narkotik vasitə heroin və 0,026 metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar