Məhkəmə qərarları › İş №1(060)-157/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-157/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-157/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cu ildə Ucar rayonu Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan melamfetaınini əldə edib daşıyaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 18:00-da Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində 13/34-saylı yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nə gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz şəkisi 0,783 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadə edir. Polis əməkdaşları tərəfindən tərəfindən saxlanılmamışdan bir həftə əvvəl özünü X5 vətəndaşı kimi təqdim etmiş Mehdi adlı şəxsdən narkotik vasitə almaq üçün onun kart hesabına 300 manat pul atmış, Mehdi narkotik vasitəni Bakı şəhərində yerləşən Nefçilər metrosunun yaxınlğında gizlətdiyi yeri bildirdikdən sonra gedib həmin yerdən qəhvəyi rəngli narkotik vasitə olan “kakos”, (heroin) ağ rəngli kristal şəkilli maddə olan şüşəni (metamfetamin) götürmüşdür. Həmin narkotik vasitələri sellofan bükülü ilə birlikdə corabın içərisinə qoyub əynində olan gödəkçənin sağ yan cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri 5ci məhəllə ərazisində yerləşən 13/34 saylı yaşayış binasının qarşısında olan zaman polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək vəkilin iştirakı ilə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi soruşulduğundan o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli mobil telefonu və həmin cibində olan 1 ədəd qarışıq rəngli parça corabı və sol cibində olan 1 ədəd qara rəngli elektron tərəzini təqdim edərək masanın üzərinə qoyduğunu göstərmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 40.97 qram, digər büklüdə olan ağ rəngli kristal şəkilli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 1,06 qram olduğu müəyyən edilmişdir. Aşkar edilən qəhvəyi rəngli toz şəkilli kütlənin narkotik vasitə olan "Kakos'' ( heroin) adı ilə almış, lakin həmin kütlənin kakos olmamasından məlumatsız olmuşdur. Əməlindən peşmandır. Himayəsində qız uşaqları və nəvələri vardır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəllər əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş məlumat ilə əlaqədar əməliyyat qrupu yaradılmışdıdır. Özü ilə yanaşı qrupa, CAŞ-nin kiçik inspektoru Şahid2, CAŞ-nin kiçik inspektoru Şahid3 və digər əməkdaşlar daxil edilmışdır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radəllərində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 5-ci məhəllədə binanın qarşısında saxlanılaraq ona özlərini təqdim etmişlər və onu narkotik vasitələrinin istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifəlləri barədə bildiriş və onun hüquqlarını qoruyacaq müdafiəçi təqdim edilmış, üzərində qanunla qadağan edilən hər-hansı bir əşya varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli gödəkçənin sağ cibindən bir ədəd mobil telefon, həmin cibindən bir ədəd elektron tərəzi və bir ədə qarışıq rəngli coraba bükülmüş kütləni təqdim etmişdir. Həmin corabı çevirib iç üzünü açıldıqda içərisində 2 ədəd sellofan bükülü aşkar edildiyi, həmin sellofan büklü açıldıqda içərisində qəhfəyi rəngli toz şəkilli küllə olduğu və digər şəffaf rəngli bükliinün içərisində isə ağ kristal şəkilli maddələrin olması aşkar edildiyini göstrəmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim eldiyi qəhvəyi rəngli toz şəkilli maddə “kakos" (heroin), ağ kristal şəkilli maddə isə “şüşə" (metamfetamin) olduğunu və tutulmamışdan bir həftə əvvəl Mehdi kimi tanıdığı İran vətəndaşının kartı hesabına 300 manat pul ödədikdən sonra həmin şəxs ona Bakı şəhəri Nefçilər metrostansiyasının ərazisində narkotiki gizlətdiyi yeri bildirəndən sonra həmin yerə gedərək deyilən yerdən narkotik vasitəni götürüb və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində olan elektron tərəzini isə aldığı narkotik vasitəni çəkmək üçün üzərində saxladığını göstərmişdir. Həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə sellofan bükülü ilə birlikdə təxminən 40 qram, ağ kristal şəkilli kütlənin çəkisi isə təxminən 1 qram olduğu müəyyən edilmiş, ə həmin iki büküm kütlələr, tərəzi və telefon qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 13/34 saylı yaşayış binasının qarşısında xx.xx.2023-cü il tarixdə saat 18:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olundu, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qara rəngli mobil telefonu və 1 ədəd qarışıq rəngli parça corabı və 1 ədəd qara rəngli elektron tərəzini təqdim edərək masanın üzərinə qoydu. Həmin parça corab açılan zaman içərirində 2 ədəd şəffaf sellofan bükümün olduğu görüldü. Həmin şəffaf sellofan bükümlərdən birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin,digərinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos”, ağ rəngli kristal şəkilli maddənin “şüşə” olduğunu, həmin narkotik vasitələri 1 həftə əvvəl Mehdi kimi tanıdığı İran vətəndaşının kart hesabına 300 manat pul ödədikdən sonra Bakı şəhəri Neftçilər metrostansiyası ərazisində ona deyilən ərazidən götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən aşkar olunmuş elektron tərəzini isə almış olduğu narkotik vasitələrin çəkisini müəyyən etmək məqsədilə üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofana bükülmüş qəhvəyi rəngli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin .maddənin çəkisinin sellofan ilə birlikdə 40,97 bir ədəd sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 1,06 qram olduğu müəyyən edildi. Aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən tərəfimdən götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və madda aşkar edilmədi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/6-6212 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 124...” dairəvi möhür əksi və "... Saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 büküm maddə və bir ədəd tərəzi imza,...imza, B/Təhqiqatçı: E.Quliyev -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,783 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -01 ədəd bükümdəki təmiz çəkisi-38,069 qram qəhvəyi rəngli toz şəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. -01 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,733 qram metamfetamin, 0,05 qram sərf edildikdən sonra 38,019 qram naməlum maddə qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu və 15 dəqiqə 10 saniyəlik çəkliş olduğu müəyyən edilir. Həmin qovluqda olan 29 noyabr 2023-ci il tarixdə Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/34 saylı yaşayış binasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin, inzibati binasına gətirilmişdir. Sumqayıt ŞPİ-da xidməti otağı əks etdirdiyi, videogörüntüdən məlum olur ki, 07 (yedi) nəfər şəxs ikisi qadın digərləri 5 nəfərin kişi cinsinə məxsus olan şəxslərdir. Həmin mlkü geyimdə olan qadınlardan biri Təqsirləndirilən şəxsdır, digər xanım və 4 nəfər mülkü geyimli şəxslər polis əməkdaşı və 1 nəfər isə vəkildir. Video görüntüdən görünür ki, təhqiqatçı Zaur Cəfərov ilk olaraq özünü təqdim edir, sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü və qaldığı ünvan barədə məlumat verir, təhqiqatçı tərəfindən onun hüquqları izah edilir və hüquqları barədə bildirişi ona təqdim edir, o bildirişi alıb oxumağa başlayır, sonra orada olan polis əməkdaşları özlərini təqdim edir, sonrada Təqsirləndirilən şəxs vəkili özünü təqdim edir. Onun Sumqayıt ŞPİ-nə gətiririlmə səbəbi izah edilir və üzərində axtarış aparılacağı və qanunla qadağan edilmiş üzərində hər hansı bir əşya varsa təqdim edilməsi ona izah edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sag cibindən 1 ədəd mobil telefonu, bir ədəd qarışıq rəngli corabı çıxarıb masanın üzərinə qoyur və masanın üzərinə qoyduğu corabın içərisindən iki ədəd sellofan bükümlərdə olan kütlləri çıxarıb stolun üzərinə qoyur və böyük bükülünü açmaq istədikdə təhqiqatçı həmin büklünü özü açacağını bildirir və o, sol cibində olan elektron tərəzini də çıxarıb masanın üzərinə qoyur. Ondan həmin təqdim etdiyi əşyaları hardan əldə etdiyini və nə olduğunu soruşur həmin vaxt Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi kütlə kakos digər isə şüşədir. Təhqiqatçı soruşur ki, həmin kütləri hardan və kimdən əldə etmisiniz, Təqsirləndirilən şəxs bildirir ki, həmin kakos və şüşəni Mehdi adlı İran vətəndaşından alıbdır, onunla danışıb, o, Bakı şəhərində Nefçilər metrosunun yaxınlığında həmin narkotik vasitələri atıb həmin yerdən götürüb və hər qramma görə 30 manat olmaqla ümumilikdə 300 manat onun hesab kartına pul göndərmişdir. Bədənində aörılar olduğundan özü qəbul etmək üçün əldə etdiyini və tərəzini üzərində gəzdirməkdə məqsədi əldə etdiyi narkotiki çəkmək olduğunu bildirir.Ondan sonra üzərində şəxsi axtarış davam etdirilir və digər əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən və təqdim etdiyi büklülər açılır və içərisinə baxılır birinci bükümün içərisində toz şəkilli qəhvəyi rəngli kütlənin, ikinci bükümdə isə ağ kristal şəkilli maddənin olması aşkar edilir. Həmin bükülülərin ağzı bağlanır və tərəzidə çəkilir birinci bükümün çəkisi 40.97 qram, ikinci bükülü isə 1,06 qram olması müəyyən edilir. Təhqiqatçı Z.Cəfərov həmin zərfi hazırlayır, telefonu, tərəzini və aşkar edilmiş narkotik vasitələrə bənzəyən kütlələri zərfə qoyaraq xüsusi qaydada qablaşdırılır, bağlanır və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır və video görüntü başa çatır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə telefonun ekranında olan proqramlar işə salınaraq baxış keçirilmiş, baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. Bu səbəbdən “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 30 noyabr 2023-cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış -0.733 qram çəkidə psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, 0.733 qram çəkidə psixotrop maddə olan metamfetamin, 38.019 qram naməlum maddə və bir ədəd elektron tərəzi Sumqayıt ŞPİ-nin maddi-sübutlarm saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7950 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 300 manat pulunun ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və həmin fakt üzrə cinayət işinin materiallarından Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə material ayrılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasmdan sonra qalıq qalmış təmiz çəkisi 0,783 qram, məhkəmə kimyəvi ekspertizasından sonra qalıq qalmış 0,733 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən psixotrop maddə metafeminlə yanaşı, 38.069 qram, qəhvəyi rəngli toz şəkilli tərkibində narkotik, psixotrop, güclü təsir edən zəhərli maddələrin komponentləri olmayan naməlum maddə aşkar edilmişdir. Həmin naməlum kütlənin tərkibində qanunla qadağan edilmiş hər hansı maddə olmadığından həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, X4 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,733 qram psixotrop maddə metamfetamin, 38,019 qram tərkibində narkotik, psixotrop, güclü təsir edən zəhərli maddələrin komponentləri olmayan naməlum maddə və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-994/2023) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 07 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri 5-ci məhəllə ev 13/34, mənzil 39 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,733 qram psixotrop maddə metamfetamin, 38,019 qram tərkibində narkotik, psixotrop, güclü təsir edən zəhərli maddələrin komponentləri olmayan naməlum maddə və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar