Məhkəmə qərarları › İş №1(060)-158/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-158/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-158/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, M.Məmmədov küçəsi, döngə-1, ev 2də qeydiyyatda olan və Sumqayıt şəhəri 76-cı Məhəllə yataqxana 5A otaq 97-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 5A saylı yataqxananın qarşısında Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Şahid1 əlində olan əsaya təpiklə vurub Şahid1 əlində olan əsanı yerə salması səbəbindən Zərərçəkmiş şəxs irad bildirərkən aralarında yaranmış mübahisə zamanı taxta parçası ilə bir dəfə sonuncunun sol qol nahiyəsinə vuraraq ona sol dirsək sümüyünün tam, yerdəyişməyən sınığı kimi xəsarət yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2-3 il əvvəl tanımış, onunla eyni ərazidə qonşuluqda yaşamışdır. Əvvəllər aralarında hər hansı ədavətləri və ya pis münasibətləri olmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində yaşadığı yataqxananın qarşısında qonşuluqda yaşayan Təvəkkül adlı şəxslə dayanıb söhbət edərkən Mirağa onunla salamlaşıb yanından keçib getmişdir. İki-üç dəqiqə keçdikdən sonra Mirağanın yataqxananın qarşısında idarə etdiyi avtomobilə söykənərək dayanmış İ qrup Qarabağ müharibəsi əlili Şahid1 əlində olan əsaya təpiklə vurduğunu, Allahverdinin əsasının əlindən yerə düşdüyünü, Mirağanın Allahverdinin üzərinə cumaraq ona əl-qol atdığını, qonşuluqda yaşayan Mahirin isə Mirağaya mane olmağa çalışdığını görüb nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşmış və Mirağaya etdiyi hərəkətə görə iradını bildirmişdir. Mirağa onun sağ qulaq nahiyəsinə yumruqla bir zərbə endirmiş, o da cavab olaraq şillə ilə Mirağanın üz nahiyəsinə vurmuşdur. Bunu görən Mahir araya girib Mirağaya mane olmaq istədikdə Mirağa başı və əlləri ilə Mahirin üz nahiyəsinə bir neçə zərbə endirmişdir. Sonra orada olan, hazırda kim olduğunu xatırlamadığı şəxslər onlara yaxınlaşıb Mirağanı sakitləşdirmişdir. Sonra Mirağa çıxıb getmiş və aradan təxminən 2-3 dəqiqə keçməmiş geri qayıtmışdır. Mirağa geri qayıtdıqdan sonra əlində sellofan torbada olan, ancaq tutacaq hissəsini gördüyü, lakin sellofan torbanın içərisində olduğuna görə kəsici hissəsini görmədiyi balta ilə ona zərbə vurmaq istədiyi üçün özünü müdafiə etmək məqsədi ilə yerdən götürdüyü taxta parçası ilə Mirağaya bir zərbə endirmişdir. Mirağa ona zərbə endirildiyini görüb sol qolunu zərbənin qarşısına verdiyi üçün onun vurduğu zərbə Mirağanın sol qol nahiyəsinə dəymiş və bundan sonra Mirağa oradan çıxıb getmişdir. Bir neçə gün keçdikdən sonra o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilən zaman Mirağanın onun barəsində şikayət ərizəsi yazdığını öyrənmişdir. Hadisə onun yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 5A saylı yataqxananın qarşısında baş vermiş və təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt orada Allahverdi, Mahir, Mirağa və onun özü olmuş, sonradan yaranmış səs küyə kim olduqlarını unutduğu şəxslər gəlmiş və onları sakitləşdirib ayırmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, hazırda o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs dəymiş ziyan tamamilə ödənilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1, Təqsirləndirilən şəxs və Şahid2 xeyli müddət əvvəl tanımış, həmin şəxslərlə eyni ərazidə qonşuluqda yaşamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 5A saylı yataqxananın qarşısında rastlaşdığı Allahverdi ilə bir qədər söhbət etmişdir. Həmin vaxt ilk olaraq bir-birləri ilə zarafat etmişlər. O, Allahverdinin verdiyi məlumatların həqiqətdə reallaşmayacağını bildirib Allahverdini yalançı adlandırmış, bundan sonra aralarında mübahisə yaranmışdır. Həmin vaxt Mahir onlara yaxınlaşaraq heç bir söz demədən onun qarın nahiyəsinə ard-arda bir neçə yumruq zərbəsi endirmişdir. Bundan sonra Rauf onların yanına gələrək heç bir söz demədən onun üzərinə cumub ona əli ilə zərbə vurmuşdur. Sonra Rauf yerdən götürdüyü taxta parçası ilə onun baş nahiyəsinə zərbə vurmaq istəmişdir. O, bunu görən zaman sol qolunu zərbənin qarşısına verib özünü müdafiə etmək istədikdə Raufun taxta parçası ilə vurduğu zərbə onun sol qoluna dəymişdir. Bundan sonra o, yaşadığı ərazi üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gedib şikayət ərizəsi yazmış, daha sonra isə tibbi yardım almaq üçün Sumqayıt Şəhər Təcili X5 müraciət etmişdir. Hadisə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 5A saylı yataqxananın qarşısında baş vermiş və təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt orada Allahverdi, Mahir və Raufdan başqa kənar şəxs olmamışdır. Hadisənin baş verməsindən əvvəl Şahid1 söyüb təhqir etməmiş, Şahid1 əl qol ataraq onu hədələməmiş, Mahir və Raufu vurmamışdır. Hadisə baş verən zaman əlində balta olmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 6-7 il əvvəl tanımış, onunla eyni ərazidə qonşuluqda yaşamışdır. Əvvəllər aralarında hər hansı ədavət olmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində yaşadığı yataqxananın qarşısından keçib gedərkən yataqxananın qarşısında idarə etdiyi avtomobilə söykənərək dayanmış İ qrup Qarabağ müharibəsi əlili olan Şahid1lə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, Mirağanın Allahverdinin əlində olan əsaya təpiklə vurduğunu, Allahverdinin əsasının əlindən yerə düşdüyünü görüb Allahverdi və Mirağanı sakitləşdirmək üçün onlara yaxınlaşmışdır. O, Mirağanı kənara çəkib ona etdiyi hərəkətə görə iradını bildirmiş və çıxıb getməsini istəmişdir. Mirağa onlardan uzaqlaşsa da, sonra geri qayıdıb Allahverdini sözlə hədələməyə başlamışdır. Sonra qonşuluqda yaşayan Rauf da oraya gəlib Mirağaya Allahverdi ilə mübahisə edərkən Allahverdinin əlində olan əsaya təpiklə vurduğuna görə iradını bildirdikdə Mirağa Raufun sağ qulaq nahiyəsinə yumruqla bir zərbə endirmiş, Rauf da cavabında sillə ilə Mirağanın üz nahiyəsinə bir zərbə vurmuşdur. O, bunu gördükdən sonra araya girib Mirağa ilə Raufun dalaşmasına mane olmaq istədikdə Mirağa bu dəfə onun çənə nahiyəsinə bir yumruq zərbəsi vurmuş, sonra isə başı ilə təkrar çənə nahiyəsinə də bir zərbə vurmuşdur. Sonra oraya gəlmiş qonşuluqda yaşayan şəxslər onlara yaxınlaşıb Mirağanı sakitləşdirmiş, Mirağa bundan sonra çıxıb getmiş və təxminən 5-6 dəqiqə keçməmiş geri qayıtmışdır. Mirağa geri qayıtdıqdan sonra əlindəki sellofan torbaya bükülmüş balta ilə Raufa zərbə vurmaq istədiyi üçün Rauf yerdən götürdüyü taxta parçası ilə Mirağaya bir zərbə endirmiş, Mirağanın sol qolunu zərbənin qarşısına verdiyi üçün Raufun vurduğu zərbə Mirağanın sol qol nahiyəsinə dəymişdir. Bundan sonra Mirağa oradan çıxıb getmişdir. Bir neçə gün keçdikdən sonra o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilərkən Mirağanın onun barəsində şikayət ərizəsi yazdığını öyrənmişdir. Hadisə yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 5A saylı yataqxananın qarşısında baş vermiş, təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt orada Allahverdi, Rauf, Mirağa və özü olmuş, sonradan isə yaranmış səs küyə kim olduqlarını unutduğu şəxslər gəlmiş və onları sakitləşdirib ayırmışlar. Şahid1 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 2-3 il əvvəl tanımış, onunla eyni ərazidə qonşuluqda yaşamışdır. Əvvəllər aralarında hər hansı ədavət olmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində televiziyada Cəbrayıl şəhərinin işğaldan azad edilməsini eşidib küçəyə çıxmış və yaşadığı evin yaxınlığında yerləşən 5A saylı yataqxananın qarşısına gedib orada olan şəxsləri təbrik etmək istəmişdir. Həmin vaxt Mirağa da orada olmuşdur. O, Cəbrayıl şəhərinin işğaldan azad edildiyini deyən zaman Mirağa xoşagəlməz ifadə işlətmişdir. O, Mirağaya işlətdiyi ifadəyə görə irad tutmuş və orada əziyyət çəkən zabit və əsgərlərdən utanmalı olduğunu bildirmişdir. Mirağa ünvanına nalayiq ifadələr işlədib, ona əl qol atmış və əlində olan əsaya təpiklə vurmuşdur. Onun əlindəki əsa zərbənin təsirindən yerə düşmüşdür. Bunu görən qonşuluqda yaşayan Mahir araya girib Mirağanı sakitləşdirmək istəmişdir. Sonra Rauf oraya gəlib Mirağaya etdiyi hərəkətə görə iradını bildirdikdə Mirağa Raufun sağ qulaq nahiyəsinə yumruqla bir zərbə endirmiş, Rauf da cavabında şillə ilə onun üz nahiyəsinə bir zərbə vurmuşdur. Bunu görən Mahir araya girib Mirağaya mane olmaq istədikdə Mirağa başı və əlləri ilə Mahirin üz nahiyəsinə bir neçə zərbə endirmişdir. Daha sonra orada olan, kim olduğunu xatırlamadığı şəxslər onlara yaxınlaşıb Mirağanı sakitləşdirmişlər. Mirağa bundan sonra çıxıb getmiş və təxminən 2-3 dəqiqə keçməmiş geri qayıtmışdır. Mirağanın geri qayıtdıqdan sonra əlindəki sellofan torbada olan, ancaq tutacaq hissəsini gördüyü, lakin sellofan torbanın içərisində olduğundan kəsici hissəsini görmədiyi balta ilə Raufa zərbə vurmaq istədiyi üçün Rauf yerdən götürdüyü taxta parçası ilə Mirağaya bir zərbə endirmişdir. Mirağa Raufun onu vurduğunu görüb sol qolunu zərbənin qarşısına verdiyindən Raufun vurduğu zərbə onun sol qol nahiyəsinə dəymiş və bundan sonra Mirağa oradan çıxıb getmişdir. Bir neçə gün keçdikdən sonra o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilərkən Mirağanın şikayət ərizəsi yazdığını öyrənmişdir. Hadisə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən 5A saylı yataqxananın qarşısında baş vermiş, təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt orada Rauf, Mahir, Mirağa və özü olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1237 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sol dirsək sümüyünün tam, yerdəyişməyən sınığı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə taxta parçası ilə yetirilən zərbənin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. 14-15) İş materiallarında olan AA seriyalı, 087669 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X6 məcburi köçkündür. (i.v. 38) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 57) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 60) İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 92) Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin məhkəmə tibbi ekspertiza rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını və məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov tərəfindən verilmiş arayışa və vəkilin təqdim etdiyi hesabata əsasən Müdafiəçi cinayət prosesində müdafiəçi qismində 10 (on) saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 60 (altmış) manat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar