Məhkəmə qərarları › İş №1(060)-158/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-158/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-158/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2 İlqar oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,392 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 08 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, ev 1 ünvanının yaxınlığında saxlanılaraq Polis Bölməsinə gətirilmiş və Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0,392 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 08 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da Sumqayit şəһəri, H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi ərazisində, onun yaşadığı ev 1 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zamаn polis əməkdaşları yаxınlaşaraq özlərini təqdim edib, ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama va gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah etmiş, sonra üzərinə şəxsi axtarış keçirilməsi və müvafiq sənədləşmənin davam etdirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmiş, bölmədə xidməti otaqların birində ona Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, o, həmin siyahını nəzərdən keçirib vəkil siyahısında olan, istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmiş, sonra vəkil X4 ona təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış başlanandan sonra təhqiqatçı ondan daşınması, gəzdirilməsi qanunla qadağan edilən hər hansı bir əşyanın, predmetin olub-olmamasını soruşmuş və olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. O, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş toz şəkilli narkotik vasitə olan "heroin"i ҫіхаrdaraq təqdim etmiş, təhqiqatçı onun təqdim etdiyi maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etiyini, əldə etdiyi maddənin müqabilində nə qədər pul ödədiyini soruşduqda, o, həmin maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən 10 (on) manat ödəyərək şəxsi istifadəsi üçün aldığını, üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş 1 büküm toz şəkilli narkotik vasitəyə bənzər toz şəkilli kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Əməlindən peşmandır. Anasının onkoloji xəstə olduğunu və anasına yeganə baxan şəxs olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuş, məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyisi üçün o da, əlavə edilmişdir. Əməliyyat qrupunun üzvləri həmin gün saat 19:15 radələrində Rafail Həsənbəyovun ola biləcəyi yerdə, yəni ünvan 3 ünvanının yaxınlığında pusqu qurmuşlar, saat 19:30-də Rafail Həsənbəyovun küçə ilə hərəkətdə olduğunu görüb onu saxlamışlar. Polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, daha sonra polis əməkdaşları özlərini təqdim etmişlər. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olacağını bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş, sonuncunu əyləşdirərək bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasının həyətinə çatıb, xidməti otaqlardan birində Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də təhqiqatçı Fərhad Bayramov özünü təqdim edərək saxlanılan şəxdən də, özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 2-ci PB-nə gətirildiyini demiş, daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızında olan bükümü təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş 1 ədəd siqaret kağızında olan büküm içərisindəki kütlə narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümünü Bakı şəhərində, tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladğını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər toz şəkilli kütlə olan büküm elektron tərəziyə qoyulub çəkilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qablaşdırılmışdır. Şahidlər Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. 08.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmişdir. Xidməti otaqlardan birində Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də təhqiqatçı Fərhad Bayramov özünü təqdim edərək saxlanılan şəxdən də, özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 2-ci PB-nə gətirildiyini demiş, daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızında olan bükümü təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş 1 ədəd siqaret kağızında olan büküm içərisindəki kütlə narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümünü Bakı şəhərində, tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladğını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər toz şəkilli kütlə olan büküm elektron tərəziyə qoyulub çəkilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09.09.2021-ci il tarixli, 6/3964 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №126” möhür əksi, “ Təqsirləndirilən şəxs” və s.yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,392 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 09.09.2021-ci il tarixli, 6/3964 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməli və istintaq materiallarına əlavə edilməlidir. Qeyd: Heroinin təmiz çəkisi-0,392 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,342 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13.11.2021-ci il tarixli, 4448 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,342 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10.09.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3297 nömrəli, 27.09.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il tarixdən “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu“ diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə olunmuş şəxs barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs anası X1 ikinci dərəcəli əlil olmaqla onkoloji xəstədir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakteizə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 08.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 0,342 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08.09.2021-ci il tarixdən 10.09.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,342 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar