Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-158/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 64A, mənzil 77-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtotəmir servisdə Zərərçəkmiş şəxs elektrik ustası işlədiyi avtotəmir sexində X2 təmirə gətirdiyi "Opel Astra minik" markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs xahişi ilə sexə salarkən ehtiyatsızlıqdan, yəni öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmədən həmin vaxtı sexin içərisində avtomobilin qarşısında durub onun sexə avtomobillə daxil olmasını nizamlayan Zərərçəkmiş şəxs ayaq nahiyyəsindən vurub divara sıxması nəticəsində sonuncunun sağ baldır sümüklərinin proksimal uclarının çoxqəlpəli, oynaqdaxili sınıqları, sağ diz oynağında əhəmiyyətli dərəcədə nəzərə çarpan kontraktura, sağ aşıq-baldır oynağında kəskin ifadə olunmuş kontraktura, sol incik sümüyü başının və boyunun qəlpəli yerdəyişmiş sınıqları, sol incik sinirinin zədələnməsi sıxılma sindromu ilə nəticələnən ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (40%) daimi və dayanıqlı itirilməsinə səbəb olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət əvvəl icarəyə sürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, hazırda heç bir yerdə işləmir. 2022-ci ilin may ayında etibarnamə əsasında "KiaRio" markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtoservisdə avtomobil elektrik ustası Anara avtomobilini təmir etdirdikdən sonra yaxınlıqda yerləşən avtoyuma məntəqəsinə verdiyi avtomobilini götürən zaman Anar və qardaşı Elçin ondan xahiş edərək əlil şəxsin avtomobilini sexə salmağını xahiş etmişlər. O, imtina etsə də onlar bir neçə dəfə ona xahiş edib, avtomobili sürə bilməyəcəklərini deyərək onu razı salmışlar. O, həmin "Opel" markalı **-XJ-*** qeydiyyat nişanlı avtomobilə əyləşməzdən əvvəl orada olan sahibi türk vətəndaşından icazə almış və avtomobilə əyləşmişdir. Avtomobildə surət qutusu avtomat, avtomobilin tormoz əyləci olsa da, sürət əyləcinin olmadığını görüb Anar və Elçinə bu barədə sorşmuş, sonuncular bilmədiklərini demişlər, avtomobilin sahibi türk vətəndaşı isə həmin vaxt yanlarında olmamışdır. Düşünmüşdür ki, avtomobilin surət qutusunu istiqamət üzrə keçirib avtomobili öz kiçik surəti ilə idarə edərə və surət qutusunu "R" istiqamətinə keçirib avtomobili geri çəkmiş, daha sonra isə surət qutusunu "D" istiqamətinə keçirib avtomobili öz kiçik surəti ilə sexə salmağa başlamışdır. Anar da sexin içərisində durub avtomobilin sexə hərəkətini nizamlayan zaman avtomobilin sol qabaq təkəri sexin içərisində olan avtotəmir çuxurun üzərindəki dəmir örtüyə ilişib maneəçilik etdiyindən avtomobilin hərəkəti bir neçə saniyəlik dayanmış, avtomobilin qarşısında duran Anar ona biraz da irəli sürməyi işarə edərəkən o, avtomobilin öz kiçik surəti ilə hərəkət etməsini diqqətindən qaçırıb avtomobilin hərəkətinə biraz surət vermək üçün surət əyləcinin harada olmasına baxıb axtaranda avtomobil sanki surət yığıb maneəni dəf etmiş kimi ani olaraq təxminən 15-20 km sürətlə maneədən çıxıb qarşıda olan Anarın ayaq nahiyyəsinə dəyib onu divara sıxaraq dayanmışdır, Anar qışqırmış, o, Elçin və səsə sexə gələn bir neçə şəxslər avtomobili öz gücləri ilə çəkib Anan çıxarmışlar, Anar hər iki ayağından xəsarət aldığından onu təcili olaraq Sumqayıt şəhər TTYX-na aparmış, daha sonra isə Bakı şəhər Travmatologiya İnstitutuna yerləşdirmişlər. İdarə etdiyi "Opel" markalı **-XJ-*** qeydiyyat nişanlı avtomobili lazımi diqqət və ehtiyatlılıq göstərərək idarə etmədiyi üçün həmin hadisə baş vermişdir. "Opel" markalı avtomobilin sürət əyləcinin sürücü istiqamətdə oturacağın sağ yanında yerləşdiyini və əlillər üçün nəzərdə tutulduğundan dəmir boru ilə quraşdırılmış əl əyləci idarə olunduğunu, avtomobilin surəti həmin əl əyləci ilə tənzimləndiyini sonradan bilmişdir.. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladı vardır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi fərdi evdə yaşayır. Ailəlidir, 2 azyaşlı övladı vardır. Təxminən 4 ildir ki, fərdi qaydada avtomobil elektrik ustası işləyir. Son bir neçə ildə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtoservisində elektrik ustası işləyir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində sexdə olan zaman Nazim adlı şəxsin "Kia" markalı avtomobilini sexin girişində təmir etdikdən sonra ona adını sonradan Mehmet bildiyi hər iki ayaq nahiyələrindən qüsurlu olan türk vətəndaşı yaxınlaşıb avtomobilini sexin qarşısına təmirə sürüb gətirməyini demiş, o, Mehmetə kənar avtomobil sürmədiyini, özünün sürüb gətirməyini demişdir. Mehmet öz "Opel" markalı 99- XJ-966 qeydiyyat nişanlı avtomobilini idarə edərək sexin qarşısına gətirmiş, o, Mehmetə avtomobili sexin içərisinə sürməyini demiş, Mehmet sexin içərisinə sala bilməyəcəyini demişdir. Həmin vaxtı sexin girişinin yanında olan bir qədər əvvəl avtomobilini təmir etdiyi Nazimə xahiş etmişdir ki, Mehmetin avtomobilini sexin içərisinə sürsün, Nazim Mehmetdən icazə almış və "Opel" markalı avtomobilə əyləşib sexin içərisinə sürmüş, o, da sexin içərisində girişdən sağ tərəfdə divarın yanında durub sexin ortasında avtomobil təmiri üçün nəzərdə tutulan və üzərində dəmir örtük olan çuxur olduğundan avtomobilin sexin içərisinə hərəkətini nizamlamağa başlamış, Nazim avtomobili sexin içərisinə sürərkən avtomobilin qabaq sol təkəri çuxurun üzərindəki dəmir örtüyün üzərinə çıxanda Nazimə dayanmasını demiş, Nazim avtomobilin hərəkətini dayandırmış və o, Nazimə arxaya verməsini, əks halda təkərin çuxura düşə biləcəyini demişdir. Həmin vaxtı o, avtomobilin qarşısında sağ tərəfdə ayaq üstə durmuşdur. Nazim arxaya vermək əvəzinə özünü itirərək anidən surətlə avtomobili irəli sürmüş, həmin vaxtı avtomobilin qabaq hissəsi onun hər iki ayaqlarına dəyib onu arxaya divara zərblə sıxıb dayanmışdır. O, avtomobillə divar arasında əzilmiş vəziyyətdə qalıb qışqırmışdır. Həmin vaxtı Nazim, sexin içərisində olan qardaşı Elçin və səsə sexə gələn ustalar "Opel" markalı avtomobili geri çəkib onu çıxarmışlar və hər iki ayaq nahiyələrindən xəsarət aldığından onu təcili xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman sexdə qardaşı Elçin və avtomobili idarə edən Nazim olmuşdur. Nazimin sürdüyü "Opel" markalı avtomobilin surət və tormoz əyləc sistemi kustar üsulla əl ilə idarə etməyə yığılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük qardaşıdır, avtomobil elektrik ustasıdır, xx.xx.2022-ci il tarixə kimi Sumqayıt şəhəri. Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtoservisdə sexdə işləmişdir. O, da Anarın yanına gedib köməklik edərək sənəti öyrənirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Anarla birlikdə sexdə olmuş, Anar Nazim adlı şəxsin "Kia" markalı avtomobilini sexin qarşısında təmir etmişdir. Nazimin avtomobilini təmir etdikdən sonra sexə bir türk vətəndaşı idadə etdiyi "Opel" minik markalı avtomobilini Anara təmir etdirmək üçün sexin qarşısına gətirmiş, Anar ona avtomobili sexin içərisinə sürməsini demiş, türk vətəndaşı avtomobili sexin içərisinə sürə bilməyəcəyini söyləmişdir. Türk vətəndaşının ayaqlarında əlil olduğunu görmüş, həmin vaxtı Anar sexin qarşısında olan Nazimə xahiş etmişdir ki, türk vətəndaşının avtomobilini sexin içərisinə sürsün, Nazim də öz növbəsində avtomobilin sahibindən icazə istəmiş, sonuncu etiraz etməmişdir. Sonra Nazim türk vətəndaşının "Opel" markalı avtomobilinə əyləşib sexin içərisinə sürmüş, sexin içərisində üstündə dəmir örtüklər olan avtomobil təmir çuxuru olduğundan Anar sexin içərisindən Nazimin avtomobillə sexə girişini nizamladığı vaxt Anar ona dayanmasını, avtomobilin sol qabaq təkərinin təmir çuxurun üstündəki dəmir örtüyün üzərinə çıxdığını deyərək avtomobili arxaya verməsini bildirmişdir. Həmin vaxtı Anar avtomobilin qarşısında sağ tərəfdə arxası sexin divarına tərəf ayaq üstə durmuşdur. Nazim arxaya hərəkət etmək əvəzinə özünü itirib anidən avtomobilə surət verərək irəliyə sürmüş və avtomobilin qabaq hissəsi Anarın ayaqlarına dəyərək divara sıxmışdır. Anar avtomobillə divar arasında əzilmiş vəziyyətdə qalıb qışqırırmış, o, Nazim və səsə gələn avtoservisin ustaları İsa, Ramin və Elşən avtomobili öz gücləri arxaya çəkmişlər, Anarın hər iki ayağından xəsarət aldığını görüb dərhal İsanın avtomobili ilə Anan xəstəxanaya aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, Türk vətəndaşının idarə etdyi avtomobilin surət, tormoz və əyləc sistemi kustar üsulla əl ilə idarə etməyə yığılmışdır. Məhkəmə proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Sumqayıt, 17-ci mkr, ev 21, mənzil 44-də yaşayır. Təxminən 5 ildir ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtoservizində avtomobil rəng ustası işləməklə ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində öz seximdə iş görən zaman Anarın işlədiyi sexdə qışqırıq səsləri eşitmiş və dərhal oraya getmiş, sexə girəndə görmüşdür ki, Anar sexin içərisində olan "Opel" minik markalı avtomaşının qabaq hissəsi ilə sexin divarı arasında əzilmiş vəziyyətdə qalıb qışqırır, o, Anarın qardaşı Elçin, "Opel" markalı avtomobili idarə etmiş sonradan adını Nazim bildiyi şəxs və oraya özlərini çatdıran ustalar Ramin və Elşən avtomobili öz gücləri ilə arxaya çəkib Anan çıxarmışlar. Anar hər iki ayağından xəsarət aldığından onu öz avtomobili ilə xəstəxanaya aparmışlar. Sonradan nə baş verdiyini soruşanda məlum olmuşdur ki, Nazim "Opel" markalı avtomobili sexin içərisinə sürərkən ehtiyatsızlıqdan avtomobilin qarşısında duran və avtomobilin sexə girişini nizamlayan Anarı vurub divara sıxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 131.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il və tarixli və xx.xx.2022-ci il tarixli baxış protokollarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurularaq xəsarət alması hadisəsi Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtoservizdə sexdə baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1235 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ baldır sümüklərinin proksimal uclarının çoxqəlpəli. oynaqdaxili, toxunma defekti və hərəkət məhdudluğu ilə müşayət olunan yerdəyişmiş sınıqları, sol incik sümüyü başının və boyunun qəlpəli yerdəyişmiş sınıqları. Sol incik sinirinin zədələnməsi sıxılma sindromu ilə. Qeyd olunan bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardım üçün Bakı şəhər X7 müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən vaxtdan və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNS-si zamanı avtomaşınla divar arasında sıxılması nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi vət. Zərərçəkmiş şəxs müalicəsi tam başa çatdıqdan sonra mütəxəssis travmatoloqun müayinəsindən sonra təyin ediləcəkdir. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 19/1235 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: l.Sağ baldır sümüklərinin proksimal uclarının çoxqəlpəli, oynaqdaxili sınıqları, sağ diz oynağında əhəmiyyətli dərəcədə nəzərə çarpan kontraktura, sağ aşıqbaldır oynağında kəskin ifadə olunmuş kontraktura, sol incik sümüyü başının və boyunun qəlpəli yerdəyişmiş sınıqları, sol incik sinirinin zədələnməsi sıxılma sindromu ilə. 2. Qeyd olunan bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardım üçün Bakı şəhər X7 müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən vaxtdan və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə aşağı ətrafların avtomaşınla divar arasında sıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (40%) daimi və dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AGİR zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-481/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ləqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin 329- 8805-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:55 radələrində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağıçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 1264 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı-1994-cü il təvəllüdlü X3, qızı-2017-ci il təvəllüdlü X6, oğlu-2019-cu il təvəllüdlü X9 oğlundan ibarətdir və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Zəngəzur" avtoservizdə sexdə idarə etmiş olduğu "Opel Astra minik" markalı, **-XJ-*** qeydiyyat nişanlı avtomobillə sexin içərisində olmuş Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan hansı şəraitdə vurub xəsarət yetirməsini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 162-ci maddəsi ilə, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə, Azərbaycan Respublikası CM-nin 177 və 185-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, hazırki törədilmiş cinayət Təqsirləndirilən şəxs başqa bir cinayət işi üzrə məsuliyyətdən azad olunana qədər törədildiyindən, onun bu cinayət işi üzrə məsuliyyətdən azad olunmasına hər hansı maneə yaratmır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-158/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-158/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver