Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-158/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Füzuli rayonu, Cuvarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, Füzuli rayonu, Cuvarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 01 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəmnində baş vermiş mübahisə zamanı yumruqla sonuncunun başının arxa nahiyyəsinə vuraraq və əli ilə boğaz nahiyyəsini sıxaraq başın ənsə nahiyyəsinin şişkinliyi-hematoması, boynun ön səthinin 2 ədəd qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuşlar, birgə nigahlarından övladları yoxdur. Ailə qurduqları vaxtdan etibarən ailələrində mütəmadi olaraq sözlə münaqişələri baş vermiş, səbəbi isə Ayşənin onun hər işinə qarışması və valideynlərilə olan xoş münasibətinə reaksiya verərək onlarla görüşməsinə və münasibət saxlamasına narazılığı olmuşdur. O, hər dəfə Ayşənə xoş rəftar etməyi, ailələrinə söz söhbət salmamağı izah etmiş, lakin Ayşən ona fikir verməmiş, öz bildiklərini edərək təkrar ailədə söz-söhbət yaradaraq ona qarşı nalayiq sözlər işlətmiş, ona görə də aralarında mübahisələri baş vermişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 19 radələrində həyat yoldaşı Ayşən işdən gəldiyi üçün sonuncunu qarşılayıb birlikdə evə gəlmişlər. Sonra təxminən saat 21 radələrində yaşadıqları evdə yoldaşı Ayşənlə söhbət edən zaman evdə pul olmadığı üçün və qardaşına borc verdiyi pulu Ayşən geri istəməsini tələb etmiş, sonuncu bu sözləri bir neçə dəfə dayanmadan demiş və mübahisə yaratmağa başlamışdır. Həmin vaxt ona və valideynlərinə qarşı nalayiq söyüşlər işlətməyə başlayanda o, əsəbləşib özünü saxlaya bilməmiş, Ayşənin üzərinə gələrək yumruqla başının arxa hissəsinə 2 (iki) dəfə zəbə vurmuş, əli ilə boğazından tutub sakit durmasını və artıq danışmamasını tələb etmişdir. Sonra isə əlini buraxmış, həmin vaxt yoldaşı Ayşən evdən çıxıb ağlaya-ağlaya getmiş, o sonuncunun hara getdiyi bilməmiş və heç soruşmamışdır. Sonradan o, da çıxıb işə getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, təxminən saat 08 radələrində işdən evə gəlmiş və həyat yoldaşı Ayşənlə gecə aralarında olan mübahisəyə görə üzr istəməmiş, əksinə evə niyə qayıtdığını bildirmişdir. Təxminən 1 saat evdə oturduqdan sonra təkrar çıxıb evdən getmişdir. Arvadı Ayşənlə aralarında olan mübahisə 01 noyabr 2023-cü il tarixdə, təxminən saat 21 radələrində yaşadıqları ünvan 1 ünvanında baş vermişdir. Mübahisə zamanı evdə onlardan başqa heç kim olmamışdır. Əvvəlcə yumruqla Ayşənin başının arxa nahiyyəsinə vurmuş, sonra isə əli ilə boğazından tutub sıxmışdır. Həmçinin bildirmişdir ki, əməlindən peşmandır, hazırda həyat yoldaşı ilə barışmışdır, ailə münasibətləri davam etməklə bir evdə yaşayırlar, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2023cü ilin aprel ayında Təqsirləndirilən şəxs Bəy oğlan oğlu ilə rəsmi ailə həyatı qurmuşlar, birgə nigahlarından övladları yoxdur. Türkanla ailə qurduqları gündən 5 gün sonra sonuncu onunla mübahisə edərək döyüb evdən qovmuşdur. Sonra təkrar barışıb öz həyatlarına davam etmişlər. Lakin, buna baxmayaraq Türkan yenə evdə dəfələrlə onunla mübahislər etmiş, hətta bir neçə dəfə onu döymüşdür, lakin ailəsinin dağılmaması üçün polisə şikayət etməmişdir. Toylarından sonra həyat yoldaşı Türkan qardaşına borc pul verdiyi üçün evdə də pul olmadığına görə bəzi çətinlikləri yaranmışdır. Bununla bağlı həyat yoldaşı Türkana dəfələrlə demişdir ki, qardaşından pulunu alıb öz problemlərinə versin, lakin Türkan da ona demişdir “sənlik deyil özüm bilərəm”. Türkanla bu mübahisələri hər dəfə evdə davam etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə işdən gəlmiş, Sumqayıt şəhərində yerləşən bazarın qarşısında Türkan onu qarşılamış və birlikdə evə getmişlər. Təxminən saat 21 radələrində yenə Türkana demişdir ki, evdə bəzi qida məhsulları lazımdır və pul yoxdur, ona görə imkan varsa qardaşına zəng edib onlara olan 270 manat pullarını alsın. Həmin vaxt Türkan yataq otağında oturmuş və ayağa qalxaraq mətbəxtə, yanına gələrək onunla ucadan danışaraq nalayiq sözlər işlətmiş, sonra isə yumruqla başının arxasından vurmuş və o yerə yıxılmış, yerdə isə Türkan əli ilə boğazından tutub sıxaraq az danışmasını və birdə bu pul barəsində mövzu açmamasını tələb etmişdir. O, özünü piss hiss etdiyi üçün Türkanın əlindən çıxmış və ayaqqabı geyinərək həyətə düşmüş, sonra marketə gedib oradan su alıb içmiş, həyətdə parkda təxminən 30 dəqiqə oturmuş, biraz ağlamış, sonra isə evə qayıtmışdır. Evə gəldikdə artıq Türkanın evdə olmadığını və işə getdiyini görmüşdür. Səhəri gün yəni, xx.xx.2023- cü il tarixdə, təxminən saat 08 radələrində Türkan işdən evə gəlmiş, gecə saatlarında olan mübahisəyə görə ondan üzr istəmək əvəzinə əksinə onunla təkrar yenə sözlə mübahisə etmiş, yenə ona nalayiq sözlər işlədərək birdə pul adını çəkməməsini tələb etmişdir. O, da Türkana heçnə deməyib kənarda oturmuşdur. Təxminən 30 dəqiqədən sonra Türkan evdən çıxıb getmiş, o da Türkanın barəsində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vurub şikayət vermişdir. Əri Türkanla aralarında olan mübahisə 01 noyabr 2023-cü il tarixdə, təxminən saat 21 radələrində yaşadıqları ünvan 1 ünvanında baş vermiş, aralarında olan mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Mübahisə zamanı əri Türkan və ondan başqa onların yanında heç kim olmamışdır. Türkan əvvəlcə yumruqla başının arxa nahiyyəsinə vurmuş, sonra isə boğazından tutub sıxaraq ona xəsarət yetirmişdir. Həmçinin hazırda həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışmış, ailə münasibətləri davam etməklə bir evdə yaşayırlar, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 15-16-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1804 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın ənsə nahiyyəsinin şişkinliyi-hematoması, boynun ön səthinin 2 ədəd qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 48-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onların ailə münasibətləri davam edir, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı tələbi və şikayəti yoxdur, aralarında barışıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ər-arvaddırlar, hazırda barışmışlar, ailə münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara hər dəfə daha cavab vermişlər ki, hazırda barışmışlar, ailə münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Həmçinin, zərər çəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-158/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-158/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver