Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-159/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəza sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi köşkün qarşısına gələrək yerdən götürdüyü daşla köşkün plastik qapısının aşağı hissəsindəki şüşəni sındırıb oradan içəriyə qanunsuz daxil olaraq vitrində olan bir ədədi 4,20 manat, ümumi dəyəri 138,60 manat olan 33 ədəd «Sobranie göy nazik» markalı siqareti, bir ədədi 4 manat, ümumi dəyəri 112 manat olan 28 ədəd «Kent mentol» markalı siqareti, bir ədədi 4 manat, ümumi dəyəri 72 manat olan 18 ədəd «Kent 4 nazik» markalı siqareti, bir ədədi 4,50 manat, ümumi dəyəri 135 manat olan 30 ədəd «Sobranie ballı kompakt» markalı siqareti, bir ədədi 4,20 manat, ümumi dəyəri 67.20 manat olan 16 ədəd «Sobranie ağ qalın» markalı siqareti, bir ədədi 4,20 manat, ümumi dəyəri 96,60 manat olan 23 ədəd «Sobranie göy qalın» markalı siqareti, bir ədədi 4,20 manat, ümumi dəyəri 67,20 manat olan 16 ədəd «Sobranie ağ nazik» markalı siqareti, bir ədədi 2,70 manat, ümumi dəyəri 27 manat olan 10 ədəd «Keno mentol» markalı siqareti, bir ədədi 2,80 manat, ümumi dəyəri 28 manat olan 10 ədəd «Want» markalı siqareti, 01 ədəd 3,50 manat dəyərində olan «Redbull» markalı enerji içkisini, 01 ədəd 2 manat dəyərində olan «Go» markalı enerji içkisini, 4 manat dəyərində qəpik pulları, 1 manatlıq əskinası gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 754,10 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Fikrət Əmirov küçəsi, 31 nömrəli evin qarşısında saxladığı «Opel» markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdən yan şüşəsini sındıraraq salondan içərisində 02 ədəd, hər biri 4 manat, ümumilikdə 8 manat dəyərində olan GSM danışıq nömrə kartı olan 01 ədəd «Samsung S9» markalı, «SM-G960F/DS» model mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 208 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 13 avqust 2024- cü il tarixdə saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən və Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi «La Perla» parfüm mağazasının qapı kilidini vintaçanla qırıb içəri qanunsuz daxil olaraq oradan 01 ədəd 500 manat dəyərində «Oppo A14» markalı mobil telefonu, 01 ədəd 849 manat dəyərində «Dell» markalı kompüteri və mağazada olan masanın alt hissəsindən 70 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1419 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, əvvəllər oğurluq etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Onun pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmiş, xx.xx.2024-cü il tarixdə təxminən saat gecə vaxtı o, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisinə gəlmişdir. Orada Sülh küçəsində «Vizion» geyim mağazasının qarşısında yolun kənarında yerləşən köşkün bağlı olduğunu və ətrafda heç kimin olmadığını görüb həmin köşkdən oğurluq etmək qərarına gəlmişdir. Yerdən götürdüyü daşla köşkün plastik qapısının aşağı hissəsinin şüşəsini sındırıb oradan içəriyə daxil olmuş, köşkdən Kent, Sobranie, Cardinal, Rothmans, Keno və Want markalı siqaretləri sellofan paketə yığmış, ordan çıxarkən 04 manatlıq qəpikləri, 01 manat pulu və 01 ədəd «Go» enerji içkisini götürüb oranı tərk etmiş, oğurladığı siqaretlərin bir hissəsini Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən qarajların yanında gizlətmiş, bir hissəsini isə özü istifadə etmək üçün götürmüşdür. Daha sonra isə bir neçə gün ərzində həmin siqaretləri Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən «Alman parkı»nın qarşısında olan köşkə ucuz qiymətə ümumilikdə 100 manata, siqaretlərin qalanını isə 34cü məhəllə ərazisində yerləşən köşkə ümumilikdə 35 manata satmış, siqaretləri satarkən oğuluq olduğunu alıcılara bildirməmiş, siqaretləri tanışının ona verdiyini və həmin siqaretləri istifadə edə bilmədiyi üçün satmaq istədiyini söyləmişdir. O, oğurluq edərkən gecə vaxtı olmuş və ətrafda heç kim olmamışdır. Buna görə də onu heç kim görməmiş, köşkdən oğurluğu tək etmiş və bu işdə ona heç kim köməklik etməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində yaşadığı evdən çıxıb piyada dəniz qırağına getmişdir. Bu vaxt küçədə dayanmış «Opel» markalı avtomobilin sürücü tərəfdən şüşəsinin təxminən yarıya kimi açıq olduğunu görmüş, avtomobilin salonuna baxdıqda ön paneldə mobil telefonun olduğunu görmüş, avtomobilin şüşəsini əli ilə biraz da aşağı sıxdıqdan sonra əlini uzadıb avtomobilin salonundan həmin telefonu götürmüş və oradan uzaqlaşıb getmişdir. O, oğurluq edərkən ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Avtomobildən oğurluğu tək etmiş və bu işdə ona heç kim köməklik etməmişdir. 12 avqust 2024-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisini piyada gəzərkən «La Perla» adlı ətir mağazasının qarşısından keçən zaman mağazanın içərisində masanın üstündə kompüter olduğunu görüb qərara gəlmişdir ki, gecə saatlarında həmin mağazaya gəlib qeyd olunan kompüteri oğurlasın. Bu məqsədlə 13 avqust 2024-cü il tarixə keçən gecə, saat təxminən 04 radələrində özü ilə vintaçan götürüb həmin mağazaya yaxınlaşmışdır. Mağazanın giriş qapısı plastik materialdan olduğundan vintaçanı qapının kilid hissəsi olan yerə salıb əydikdə qapı açılmış və o, mağazanın salonuna daxil olmuşdur. Salonda olan masanın üstündə kompüterdən başqa bir ədəd «Oppo» markalı mobil telefon da olmuş və o, həm kompüteri, həm də mobil telefonu götürmüşdür. O, “La perla” parfüm dükanından 70 manat məbləğində pul götürmədiyini, yalnız kompyuter və mobil telefonla birlikdə mağazadan çıxdığını bildirmişdir. Kompüter nisbətən köhnə olduğu üçün həmin kompüteri evdə saxlamış, mobil telefonu isə xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gedərək orada ilk dəfə gördüyü və tanımadığı şəxsə 65 manata satıb əldə olunan pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Polis əməkdaşları tərəfindən yaxalandıqdan sonra oğurladığı «Dell» markalı kompüteri 3-cü PB-nin təhqiqatçısına təhvil vermişdir. Saxlanılarkən və ifadə verərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmadığını, əməlindən peşman olduğunu, məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən «Vizyon» geyim mağazasının qarşısında yolun kənarında olan köşkü işlədir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrinə o, köşkü bağlayıb yaşadağı evə getmiş, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində gəlib köşkü açmaq istəyəndə görmüşdür ki, köşkün plastik qapısının aşağı hissəsinin şüşəsi sındırılıb. O, başa düşmüşdür ki, kimsə köşkə daxil olub oğurluq edib. Buna görə də dərhal DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermiş və bir az keçdikdən sonra polis əməkdaşları köşkün olduğu ünvana gəlmişlər. Onlar müvafiq sənədləşmə işlərini aparmışlar. O isə oğurlanmış malları dəqiqləşdirmişdir. Ona məlum olmuşdur ki, naməlum şəxs köşkdən 138,60 manat dəyərində 33 ədəd Sobranie göy nazik markalı, 112 manat dəyərində 28 ədəd “Kent mentol” markalı, 72 manat dəyərində 18 ədəd “Kent” 4 nazik markalı, 135 manat dəyərində 30 ədəd “Sobranie” ballı kompakt markalı, 67.20 manat dəyərində 16 ədəd “Sobranie” ağ qalın markalı, 96.60 manat dəyərində 23 ədəd Sobranie göy qalın markalı, 67,20 manat dəyərində 16 ədəd “Sobranie” ağ nazik markalı, 27 manat dəyərində olan 10 ədəd “Keno mentol” markalı, 28 manat dəyərində 10 ədəd “Want” markalı, 4 manat dəyərində qəpik pulları, 1 manatlıq əskinası, 1 ədəd 3.50 manat dəyərində “Redbull” enerji içkisini, 1 ədəd 2 manat dəyrində olan “Go” enerji içkisini oğurlamışdır. Bununla da ona ümumilikdə 754 manat məbləğində maddi ziyan dəymişdir. Əlavə olaraq naməlum şəxs köşkün plastik qapısının aşağı hissəsini sındırmaqla ona əlavə 100 manat maddi ziyan vurmuşdur. Hadisədən sonra ona məlum olmuşdur ki, köşkdən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da, həmin avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə, axşam saat 23 radələrində o, avtomobili yaşadığı evin qarşısında saxlayıb evə getmiş, xx.xx.2024-cü il tarixdə səhər saatlarında küçəyə çıxanda maşının sürücü tərəfdən qapısının şüşəsinin sındırıldığını görmüş, salona baxıb avtomobilin salonunda olan ona məxsus 01 ədəd «Samsung S9» markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. O, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, bir müddətdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və müvafiq sənədləşmə işləri aparmışlar, o, hadisə barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-də ərizə və izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki. avtomobilindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. Onun avtomobilindən telefondan başqa heç bir şey oğurlanmamışdır. O, həmin telefonu 2019-cu ildə 900 manata almışdır. Həmin telefonun hal-hazırki bazar qiyməti təxminən 150-200 manatdır. Telefon oğurlanarkən içərisində 01 ədəd sim kart, 01 ədəd isə cin kart olmuşdur. O, ***-***-**-** Cin nömrəsini 20 manata almış, ***-***-**-** Sim nömrə isə ona əvvəlki iş yerindən verildiyi üçün həmin nömrəyə pul verməmişdir. O, maşının sındırılmış yan şüşəsini yenisi ilə əvəz etmişdir. Bununla bağlı ona 50 manata maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs avtomobildən oğurladığı telefon ona qaytarılmışdır, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özü Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «La Perla» parfüm mağazasını icarə müqaviləsi əsasında işlədərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağazada özü satıcı kimi işləyir, həmçinin hər gün saat 09:00-da mağazanı açır, axşam 20:00-da bağlayıb evə gedir. 12 avqust 2024-cü il tarixdə saat 20 radələrində mağazanı bağlayıb evinə getmiş, ertəsi gün yəni 13 avqust 2024-cü il tarixdə saat 09 radələrində mağazaya gələrkən görmüşdür ki, mağazanın plastik qapısının kilidi sındırılmış və qapı açıq vəziyyətdədir. İçəri girəndən sonra əşyalarının və malların yerində olmasını yoxlayarkən aşkar etmişdir ki, masanın üzərinə qoyduğu 500 manat dəyərində olan 1 ədəd «Oppo» markalı telefonu, həmin yerə qoyduğu 1400 manat dəyərində olan 1 ədəd «Dell» markalı kompüteri və həmin masanın alt hissəsində saxladığı 70 manat pulu oğurlanmışdır.. Bu barədə DİN-nin 102 xidmətinə məlumat verəndən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və müvafiq sənədləşmə aparılmış, o cümlədən onun ərizəsi və izahatı alınmışdır. Bir neçə gündən sonra polis əməkdaşları tərəfindən ona məlumat verilmişdir ki, mağazasından oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Ona sadəcə kompüter qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında votsap tətbiqi ilə video görüntü vasitəsilə dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən alman parkının qarşısında olan köşkdə satıcı işləyir. Gecə növbəsində iş vaxtı saat 20:00-dan saat 8:00-dək işləyir.Təxminən may ayında axşam saatlarında işdə olduğu vaxt tanımadığı bir şəxs köşkə yaxınlaşmış və 04 ədəd “Sobranie” markalı siqaret qutularını göstərib satmaq istədiyini bildirmişdir. Həmin siqaretləri dostlarının aldığını, o siqaretlərdən istifadə edə bilmədiyini və satmaq istədiyini bildirmiş, o da əvəzində başqa siqaret verə biləcəyini bildirmişdir. Lakin, hazırda təqsirləndirilən şəxs olan həmin şəxs razılaşmamış, taksi pulu verməli olduğunu söyləmiş, o da ona 16 manat pul vermiş və 04 qutu siqareti almışdır. Bundan sonra həmin şəxs bir dəfə də onun yanına gəlib 03 qutu siqaret satmaq istədiyini bildirmiş, o da 12 manata 03 ədəd qutuda siqareti almışdır. Daha sonra onu Sumqayıt şəhəri 4-cü PB-yə çağırmışlar və polis bölməsinə getdikdən sonra o, həmin siqaretlərin oğurluq olduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “La Perla” parfüm dükanına baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə tanımadığı şəxsin dükana qanunsuz daxil olaraq masanın üzərində olan 1 ədəd «Oppo» markalı telefon, 1 ədəd «Dell» markalı kompüteri və 70-80 manat məbləğində pulun oğurlandığını bildirmiş, hadisə yerinə ekspert-kriminalist dəvət edilmiş, mağazanın qapısının şüşə səthindən 02 ədəd əl-barmaq izi aşkar edilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. (i.v.8) Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qaramirzə Piriyev xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Cahid İsgəndərliyə kompüter təqdim etmişdir. Baxış zamanı kompüterin “Dell” markalı, boz rəngli, kənar hissələri gümüşü rəngli olması, kompüterin arxa hissəsində qırıq olması müəyyən edilmişdir. Kompüterin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v. 16- 17) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.33) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 41-49) Cinayət işinin icraata qəbul edilməsi və başqa cinayət işi ilə bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. (i.v.50-51) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.54) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 fəaliyyət göstərdiyi Sumqayıt şəhəri, Sülh küçəsi 1-ci mikrorayon ərazisində yerləşən “Vizyon” geyim mağazasının qarşısındakı köşkə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, köşkün giriş qapısının üzərində olan şüşə hissəsi sındırılmış və şüşə parçaları yerdədir. Siqaretlər saxlanılan piştaxtanın üzərinin dağınıq vəziyyətdə olduğu, piştaxtanın üzərində olan 33 ədəd «Sobranie göy nazik» markalı siqareti, 28 ədəd «Kent mentol» markalı siqaretin, 18 ədəd «Kent 4 nazik» markalı siqaretin, 30 ədəd «Sobranie ballı kompakt» markalı siqaretin, 16 ədəd «Sobranie ağ qalın» markalı siqaretin, 23 ədəd «Sobranie göy qalın» markalı siqaretin, 16 ədəd «Sobranie ağ nazik» markalı siqaretin, 10 ədəd «Keno mentol» markalı siqaretin, 10 ədəd «Want» markalı siqaretin, 01 ədəd «Redbull» markalı enerji içkisinin, 01 ədəd «Go» markalı enerji içkisinin, 4 manat dəyərində qəpik pulların, 1 manatlıq əskinasın oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı giriş qapısının üzərindən əl izləri götürülərək qablaşdırılmış və foto şəkillər çəkilmişdir. (i.v.62) Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.91) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 101-108) xx.xx.2024-cü il tarixdə, saat 10:15-də Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.111-112) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.119-121) Təqsirləndirilən şəxsin X3 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.122-123) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 67-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 il azadlıqdan məhrum etmə, 2000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü, 67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 2 000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək, CM-nin 177.2.3-cü və 67.1 maddəsinə əsasən qəti olaraq 02 il 06 ay azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (126-128) Görüntüyə baxış keçirilməsinə dair protokola və Sumqayıt şəhəri 1-ci mikrorayon, Sülh küçəsində yeləşən “Vizyon” geyim mağazasının qarşısındakı köşkün müşahidə kameraları vasitəsi ilə çəkilmiş DVD-də olan video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, DVD diskdə 1 ədəd video şəkil və 4 ədəd videofayl mövcuddur. Birinci video görüntüdə ilk saniyədə köşkün qapısının qarşısında bir nəfər dayanır, içəridən isə bir nəfər çıxır. Qapının qarşısında dayanmış şəxs ətrafa baxdıqdan sonra köşkün yan tərəfinə keçir. Digər şəxs isə əlində telefonla oynayaraq kənarda dayanır. İkinci video görüntüdəki fayl birinci fayldakı görüntü ilə eynidir. Üçüncü videogörüntü oğurluq hadisəsi baş vermiş tarixdə və ünvanda qeydə alınmışdır. Görüntüdə hər hansı bir şəxs və ya hadisə qeydə alınmamışdır. Dördüncü video görüntüdə əlində torba olan bir nəfər şəxs yolun kənarında olan köşkdən çıxıb köşkün arxa tərəfinə keçərək oradan uzaqlaşdığı görünür. (i.v. 130) “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Sumqayıt şəhəri. Corat qəsəbəsi, Fikrət Əmirov küçəsi, 31 nömrəli evin qarşısında saxlanılan “Opel” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön yan şüşəsi sınmış vəziyyətdə olmuş, şüşələrin bir hissəsi çölə, bir hissəsi avtomobilin içərisinə tökülmüşdür. Zərərçəkmiş şəxs2 avtomobilin içərisində «Samsung S9» markalı telefonun olduğunu və oğurlandığını bildirmişdir. Qeyd edilən avtomobilin digər hissələrində hər hansı zədə aşkar edilməmişdir. Avtomobilin qapıları üzərində əl-barmaq izləri fraqmentləri götürülmüş və qablaşdırılmış, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.142- 143) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır.(i.v.153-155) Təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixdə “Opel” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış “Samsung S9” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilməsi üçün götürülmüşdür. (i.v.156) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v.160-162) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 177-184) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1299 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, E.Əmirov küçəsi, ev 31-in qarşısında saxladığı “Opel” markalı, AZ **-EC-*** dövlət qeydiyyat nəqliyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar avtomobilin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçasının üzərinə yapışdırılmış 05 ədəd şəffaf yapışqanlı lent kəsiyi üzərində olan 02 ədəd ovuc və 03 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl izi xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta barmaqlarının əksləri və sağ əlinin (02 dəfə) ovucunun əksi ilə, 01 ədəd əl izi isə (ADİS-in İAMAS məlumat bankında olan) xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş Zərərçəkmiş şəxs2 sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. (i.v.186- 194) Qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icaatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən X1 barəsində axtarış elan edilməsi, tapılıb istintaqa təhvil verilənədək iş üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin tutulduqda Sumqayıt ŞPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır.(i.v. 207-208) Cinayət işi üzrə əməlin tövsif olunması haqqında qərara əsasən xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif olunmuşdur. (i.v. 213-214) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olumuşdur. (i.v. 218-220) Sumqayıt şəhər Məhkəməsini xx.xx.2024-cü il tarixli 4(060)-270/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 238-243) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5832 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir: 33 ədəd “Sobranie göy nazik" markalı siqaretlər - bir ədədi 4,20 manat, ümumi dəyəri 138,60 manat; 28 ədəd “Kent mentol” markalı siqaretlər - bir ədədi 4 manat, ümumi dəyəri 112 manat; 18 ədəd “Kent 4 nazik” markalı siqaretlər - bir ədəd 4 manat, ümumi dəyəri 72 manat; 30 ədəd “Sobranie ballı kompakt” markalı siqaretlər - bir ədədi 4,50 manat, ümumi dəyəri 135 manat; 16 ədəd “Sobranie ağ qalın” markalı siqaretlər - bir ədədi 4,20 manat, ümumi dəyəri 67,20 manat; 23 ədəd “Sobranie göy qalın” markalı siqaretlər bir ədədi 4?20 manat, ümumi dəyəri 96,60 manat; 16 ədəd “Sobranie ağ nazik" markalı siqaretlər - bir ədədi 4,20 manat, ümumi dəyəri 67,20 manat; 10 ədəd “Keno mentol” markalı siqaretlər - bir ədədi 2,70 manat, ümumi dəyəri 27 manat; 10 ədəd “Want” markalı siqaretlər - bir ədədi 2,80 manat, ümumi dəyəri 28 manat; 01 ədəd «Redbull» markalı enerji içkisi - bir ədədi 3,50 manat; 01 ədəd «Go» markalı enerji içkisi - bir ədədi 2 manat. Beləliklə Zərərçəkmiş şəxs1 ümumilikdə 749,10 manat (yeddi yüz qırx doqquz manat on qəpik) maddi ziyan dəymişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (i.v.256-259) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5833 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd boz rəngli, “Samsung S9” markalı, “SM-G960F/DS” model telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarlarının olmamasını və istifadədə olması (üzərində istismar xarakterli cızıqlar, boya qopuqları və sair) nəzərə alınmaqla 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 200,00 manat, 02 ədəd GSM danışıq nömrə kartı (dublikatı) - 8,00 (2X4) manat müəyyən edilmişdir. Beləliklə Zərərçəkmiş şəxs2 ümumilikdə 208 manat (iki yüz səkkiz) maddi ziyan dəymişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (260-263) Maddi sübut kimi tanınmış “Samsung S9” markalı mobil telefon xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 qaytarılmışdır. (i.v.264-265) Maddi sübut kimi tanınmış “Dell” markalı kompüter xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 qaytarılmışdır. (i.v. 266-267) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8023 nömrəli rəyindən görünür ki, ekspertiza təyin edilməsinə dair qərarın təsviri hissəsində göstərilən 01 ədəd “Dell” markalı notebook kompüterinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 849,00 (səkkiz yüz qırx doqquz) manat müəyyən edilmişdir. Qərarda göstərilən 01 ədəd «Oppo A14» markalı mobil telefonun qiymətinə dair yerli internet saytlarında məlumat olmadığından həmin mobil telefonun qiymətini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. (i.v.268-271) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Samsung S9» markalı mobil telefon və 01 ədəd «Dell» markalı notebook kompüteri maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab olunması qərara alınmışdır. (278-286) Yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə ittihama əlavələr və dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (i.v.296-297) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.308-310) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri, video görüntü, baxış keçirilməsinə dair protokollar və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni köşkə, avtomobilə və mağazaya qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın məbləğinə münasibətdə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə “Dell” markalı kompüterin qiyməti üzrə rəy verilsə də, 01 ədəd «Oppo A14» markalı mobil telefonun qiymətinə dair yerli internet saytlarında məlumat olmadığından həmin mobil telefonun qiymətinin müəyyən edilməsinin mümkün olmaması nəticəsinə gəlinmişdir. Lakin, zərərçəkmiş şəxs tərəfindən qeyd olunan «Oppo A14» markalı mobil telefonun qiymətinin 500 (beş yüz) manat təşkil etdiyi göstərildiyi üçün həmin məhsul üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin göstərdiyi qiymətlə yəni 500 (beş yüz) manat olaraq hesablanmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı “La perla” ətir dükanından sadəcə “Dell” markalı notebook kompüteri və «Oppo A14» markalı mobil telefonu oğurladığını, 70 manat məbləğində pul vəsaitini götürmədiyini bildirsə də, məhkəmə həmin hissəyə dair qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində adları qeyd edilən kompüter və telefonu, eyni zamanda 70 manat məbləğində pul vəsaitini götürdüyünü etiraf etmiş, həmçinin məhkəmədə verilmiş suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmamasını bildirmişdir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi “...“La perla” ətir dükanından sadəcə “Dell” markalı notebook kompüteri və «Oppo A14» markalı mobil telefonu oğurladığını, 70 manat məbləğində pul vəsaitini götürmədiyini bildirmişdir.” məzmununda olan ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs özünü müdafiə etmək və məsuliyyətini yüngülləşdirmək məqsədi ilə qeyd edilən ifadəni vermişdir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar olaraq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci cəmi 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 1-ci mikrorayon, Sülh küçəsində yeləşən “Vizyon” geyim mağazasının qarşısındakı köşkün müşahidə kameraları vasitəsi ilə çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Samsung S9» markalı mobil telefon və 01 ədəd «Dell» markalı notebook kompüterin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadisə olunmalı əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-159/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-159/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver