Məhkəmə qərarları › İş №1(060)-16/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-16/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-16/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1971-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2timkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanıdığı ev Ümidvar Mayis oğlunun etibarmdan sui-istifadə edib aldatmaqla sonuncunun mövcud BC kateqoriyalı sürücülük vəsiqəsinin kateqoriyasmm ABCDE edəcəyinə köməklik göstərəcəyinə dair yalan vədlər verib inandıraraq vahid niyyətlə 2020-ci ilin noyabr ayının ortalarında Xırdalan şəhəri ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində 300 (üç yüz) manat, 2020-ci ilin noyabr ayınm sonlarında Sumqayıt şəhəri, ST.Sumqayıt yaşayış massivi ərazisində yerləşən Qeydiyyat imtahan və X13 həyətində 1000 (min) manat pulunu ələ keçirib zərərçəkmiş Ümidvar Əliyevə ümumilikdə 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayının əvvələrində tanışı Rövşən onun istifadəsində olan mobil nömrəyə zəng edərək qohumu Ümidvarın sürücülük vəsiqəsinə DE kateqoriyasını artırmaq lazım olduğunu demiş, o heç bir problem olmadığnıı bildirmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Rövşənin qohumu Ümidvarla Binəqədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində görüşmüş, Ümidvara sürücülük vəsiqəsinin kateqoriyasını DE etmək üçün ümumilikdə 1300 manat pul lazım olduğunu demişdir. Bunun üçün, əvvəlcə sürücülük məktəbini oxumaq üçün 200 manat, Ümidvarm adında olan karantin rejimi qaydalarnını pozması ilə əlaqədar 200 manat inzibati cəriməni sildirmək üçün 100 manat, sonradan imtahan verib sürcülük vəsiqəsini almaq üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Ümidvar orada həmin vaxt ona 300 manat pul və özünə aid şəxsiyyət vəsiqəsini ona vermiş, qalan 1000 manat pulu da tezliklə verəcəyini demişdir. 2020-ci ilin noyabr ayının sonlarında Ümidvarla yenidən Sumqayıt şəhəri, ST. Sumqayıt yaşayış massivində yerləşən Qeydiyyat imtahan və X13 həyətində görüşmüşlər.Həmin vaxt Ümidvar ona qalan 1000 manat pulu vermiş və o Ümidvara sürücülük vəsiqəsinin kateqoriyasmın DE olma işini tez müddətdə həll edəcəyini deyərək oradan ayrılmışlar. O, xəstələndiyi üçün Ümidvarın işini həll edə bilməmiş, Ümidvarın ona verdiyi 1300 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ümidvardan aldığı 1300 manat puldan heç kimə verməmiş, sürücülük vəsiqəsinin kateqoriyasının artırılması üçün heç kimlə əlaqəyə girməmiş və heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində bərbər işləyir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır.Lakin, iri həcmli yük avtomobillərini idarə etmək üçün sürücülük vəsiqəsinin kateqoriyasınm ABCDE olması məqsədi ilə tanış adam axtardığını, 2020-ci ilin noyabr ayınm əvvələrində yaxın qohumu Şahidlə evdə söhbət edərkən ona tır avtomobili sürmək istədiyini və bunun üçün sürücülük vəsiqəsinin kateqoriyasmm dəyişdirilməsi lazım olduğunu, lakin kömək edə biləcək tanışının olmadığını demişdir. Rövşən ona belə işlərlə məşğul olan Şahyar adlı tanışının olduğunu, onun yol polisi ilə əlaqəli olduğunu və ona kömək edə biləcəyini bildirmişdir. Rövşən həmin vaxt onun yanında istifadəsində olan mobil nömrəylə həmin şəxsə zəng edərək onun sürücülük vəsiqəsinin kateqoriyasının dəyişdirilərək bütün növ avtomobilləri idarə etmək üçün icazənin alınmasını və həmin şəxs Rövşənə bu işin 1200 manat məbləğə düzəldəcəyini demişdir. Bundan sonra, Rövşən Şahyarın mobil nömrəsini ona vermişdir. O, bundan 1-2 gün sonra 2020-ci ilin noyabr ayının ortalarında istifadəsində olan ***-***-**-** mobil nömrəylə Şahyarın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng ona Rövşənin yaxın qohumu olduğunu və görüşüb sürücülük vəsiqəsinin kateqoriya işini həll etməyini demişdir. Ondan harda görüşə biləcəyini soruşduqda isə o Binqədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi idarəsinin həyətinə gəlməyini bildirmişdir. Təxminən günorta saatlarında o, Şahyarla həmin yerdə görüşüb tanış olmuş, Şahyar ona əvvəllər yol polisində işlədiyini, hal-hazırda mülkidə və yol polisi ilə əlaqəsi olduğunu demişdir. Daha sonra, Şahyara sürücülük vəsiqəsinin BC kateqoriyasından ABCDE kateqoriyasına keçməsi üçün kömək etməsini bildirmiş, ona əlavə olaraq COVİD-19 virusu ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarım idarə etdiyi “Tofaş” markalı, **-XV-*** dövlət nömrə nişanlı avtomobillə pozduğu üçün adına 200 manat cərimə olduğunu da demişdir.Şahyar ona sürücülük məktəbini oxumaq üçün 200 manat, adına olan cəriməni sildirmək üçün 100 manat və kateqoriyanı dəyişmək üçün 1000 manat, ümumilikdə sürücülük vəsiqəsilə bağlı məsləni həll etmək üçün 1300 manat məbləğə həll edə biləcəyini demişdir. O, cibində 300 manat pulun olduğunu bildirmiş və onunla razılaşaraq BDYPİ-nin həyətində ona vermişdir. Şahyar qalan 1000 manat pulu da ona verib tez müddətə sürücülük vəsiqəsinin kateqoriyasını dəyişdirəcəyini bildirmişdir.Təxminən 1 həftə sonra Şahyar onun qohumu Rövşənə zəng edərək onu təcili yığmağını demiş və o da istifadəsində olan mobil nömrəylə Şahyarın istifadəsində olan mobil nömrəni yığmışdır. Şahyar həftənin 6-cı günü onu Sumqayıt şəhərində yerləşən Qeydiyyat-imtahan və Texniki baxış şöbəsində imtahana salacağını, bunun üçün qalan 1000 manat pulu da gətirməyini bildirmişdir.O, həmin günün səhəri Şahyarla danışaraq idarə etdiyi “Tofaş” markalı, **-XV-*** dövlət nömrə nişanlı avtomobillə Şahyarı və yanında olan arıq, orta yaşlı tanımadığı şəxsi Xırdalan şəhəri ərazisindən götürərək Sumqayıt şəhərində yerləşən Qeydiyyat-imtahan və Texniki baxış şöbəsinə aparmışdır.Həmin idarənin həyətində öz avtomobilinin içərisində Şahyarın tanışının yanında 1000 manat pulu Şahyara vermişdir. Şahyar pulu götürüb Qeydiyyat-imtahan və Texniki baxış şöbəsinə tərəf getmiş və yarım saat sonra gələrək imtahanın həftənin 1-ci gününə qaldığını bildirdiksən sonra birlikdə oradan qayıtmışlar. Onları Xırdalan şəhəri ərazisində düşürdüb evə getmişdir. Daha sonra o həftənin birinci günü Şahyara zəng edib sürücülük vəsiqəsinin kateqoriya işinin necə olduğunu soruşduqda Şahyar ona xəbər edildikdən sonra məlumat verəcəyini demişdir. Bundan sonra Şahyar hər dəfə ona müxtəlif mələr gətirərək onu aldatmağa başlamış və sonradan Şahyar ondan aldığı 1300 manat pulu xərclədiyini etiraf etmişdir. O da bundan sonra 11 fevral 2021-ci il tarixdə DİN-in 102 xidməti mərkəzi zəng sisteminə bu barədə məlumat vermişdir. Eyni zamanda ona dəymiş zərərin 600 manat məbləğində ödənildiyini, qalan 700 manatın isə ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə 23 iyul 2021-ci il tarixdə şahid qismində ifadəsi alınmış Şahid oğlu ifəsində göstərmişdir ki, Ümidvarı 10 ildir tanıyır.2020-ci ilin noyabr ayında Ümidvar onunla söhbət zamanı tır maşmları sürmək üçün sürücülük vəsiqəsinə DE kateqoriyası artırmaq tələb olunduğunu bildirmişdir. O da Ümidvara təxminən 3-4 ildir tanıdığı Şahyar adlı şəxsin bu işlərlə məşğul olduğunu demişdir.Belə ki, Şahyarın bir neçə şəxslərin yol polisi ilə bağlı problemləri həll etdiyini bildiyindən Ümidvarın yanında istifadəsində olan mobil nömrəylə Şahyarla telefon əlaqəsi saxlamış və ona Ümidvar adlı dostuna sürücülük vəsiqəsinə DE kateqoriyası artırmaq lazım olduğunu bildirmişdir. Şahyar heç bir problem olmadığını və Ümidvara kömək edəcəyini bildirmişdir.2020-ci ilin noyabr ayınm ortalarında Ümidvar Şahyarla Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin həyətində görüşmüş və orada Şahyara 300 manat pul vermişdir. Bunu sonradan Ümidvar bu barədə ona demişdir. 2020-ci ilin noyabr ayının axırlarında Ümidvar Sumqayıt şəhər Qeydiyyat İmtahan və X13 həyətində Şahyarla görüşmüş, orada da ona əlavə olaraq 1000 manat pul vermişdir. Bundan sonra Şahyar hər dəfə bir bəhanə ilə Ümidvarı aldatmağa başlamış və onun sürücülük vəsiqəsini düzəltdirməmişdir. Bundan sonra Şahyar ondan da qaçmağa başlamış və zənglərinə cavab verməmişdir. 2021-ci ilin ral ayının əvvələrində o, Ümidvarla Şahyarın yaşadığı Binəqədi rayonu, Sulutəpə səbəsindəki evinə getmiş, orada Şahyar Ümidvardan aldığı pulu özü üçün xərclədiyini bildirib ondan pulu qaytarmaq üçün vaxt istəmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 30.03.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1971-ci ildə İsmayıllı rayonu, Sulut kəndində anadan olmuş Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin 19.12.2001-ci il tarixli hökmünə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin 15.03.2002-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 03 ilə endirilmişdir. 22.07.2004-cü ildə Qaradağ rayon Məhkəməsinin 14.07.2004-cü il tarixli qəraı ilə cəzanın çəkilməmiş 01 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Yunusov X8 rayon Məhkəməsinin 17.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. 20.06.2019-cu il tarixdə cərimə məbləği dövlət nəfinə tam olaraq ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab edilir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X5 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmiş və təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan 27.05.2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Qobu kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Cinayət işi materiallarında olan 29 may 2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və abrəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-432/2021 saylı, 07.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin 04 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.02.2022-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində saxlanılaraq Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını və 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən onun həbsdə saxlanılma müddətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq nəzərə alımalı, təyin ediləcək cəzadan onun həbsdə saxlanıldığı hər bir günü iki günə bərabər tutulmaqla çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli (iş № 1(060)- 432/2021) qərarını icra edərək, 16.06.2021-ci il tarixli 607 saylı orderə əsasən vəkil X6 onun vəkili təyin etmişdir. Lakin vəkil X10 məzuniyyətdə olduğundan işin davam etdirilməsi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X7 həvalə edilmişdir. Müdafiəçi X11 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 (iki) ay 11 (on bir) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 08 (səkkiz) gün gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Yunusov X8 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 1, mənzil 11 üvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar