Məhkəmə qərarları › İş №1(060)-16/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-16/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-16/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh - Təqsirləndirilən şəxs4, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci ildə Sumqayıt şəhərində doğulan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1997-ci ildə Sumqayıt şəhərində doğulan. Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orla təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxx 1999-cü ildə Ağsu rayonu, Kalva kəndində doğulan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Xatman kəndində qeydiyyatda olmaqla ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 1997-ci ildə Sabirabad rayonu, Kürkəndi kəndində doğulan, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 12 sentyabr 2021-ci il tarixdə saat 21:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" MMC-nin icarə müqaviləsi əsasında işlətdiyi "xxxx" ASC-nə məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsində yerləşən zavodun mişar daşı ilə əhatə olunmuş hasarına yaxınlaşaraq, əvvəlcədən hasarın üstünə aşmış və aşma nəticəsində dağıntı yaranmış hissədən bir qismi hasardan içəridə, digər qismi isə hasardan çöldə olan təxminən 10-12 ton tutumlu, 1,6 metr diametrində, 5,1 metr hündürlüyündə, qara metaldan hazırlanmış, metalın divarının qalınlığı 7 mm olan, su çəni kimi istifadə olunan 5600 (beş min altı yüz) manat dəyərində 01 (bir) ədəd hava resiverini idarə etdiyi “Hyundai” markalı, **-NJ-*** nömrə nişanlı evakuator avtomaşının dartqı mexanizminə bağlayaraq, içəri girmədən dartıb çıxartmaqla, evakuatorun yük yerinə yükləyib, saxlanc yerinə qanunsuz daxil olaraq, gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə xeyli miqdarda, yəni 5600 (beş min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 25 iyun 2021-ci il tarixdə saat 05:10 radələrində tanışı Təqsirləndirilən şəxs3 Qüvvət oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "Azərkimya" İstehsalat Birliyi “Etilen-poletilen” zavodunun EP 300 qurğusundan dəniz kənarında yerləşən Məşəl qurğusuna gedən estakadanın Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən keçən, açıq ərazidəki hisəssinin beton sütunlarına quraşdırılmış dayaq təyinatlı hər biri 06 (altı) metr uzunluqda, 0,6 sm enində, bir metri 05 (beş) manat olmaqla, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 05 (beş) ədəd, 30 metr uzunluğunda istismar olunmuş metal künclükləri özünə məxsus “Qazel” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşının kuzov hissəsinə zəncirlə bağlayıb dartmaqla yerindən çıxarıb, həmin nəqliyyat vasitəsinin kuzov hissəsinə yükləməklə gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs “Azərkimya” İstehsalat Birliyi “Etilen-poletilen” zavoduna 150 (bir yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 iyun 2021-ci il tarixdə saat 05:50 radələrində tanışı Təqsirləndirilən şəxs3 Qüvvət oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Azərkimya” İstehsalat Birliyi “Etilen- poletilen” zavodunun EP 300 qurğusundan dəniz kənarında yerləşən Məşəl qurğusuna gedən estakadanın Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən keçən, açıq ərazidəki hisəssinin beton sütunlarına quraşdırılmış, dayaq təyinatlı hər biri 06 (altı) metr uzunluqda, 0,6 sm enində, bir metri 10 (on) manat olmaqla, ümumi dəyəri 240 (iki yüz qırx) manat olan 04 (dörd) ədəd, 24 (iyirmi dörd) metr uzunluğunda təzə metal künclükləri özünə məxsus “Qazel” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşının kuzov hissəsinə zəncirlə bağlayıb dartmaqla yerindən çıxardarkən zavodun mühafiçələrinin hadisə yerinə gəlmələrini gördükləri üçün öz iradələrindən asılı olmayan səbəblərə görə cinayətə yönəlmiş əməllərini başa çatdıra bilməyərək həmin künclükləri götürməyib hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs “Azərkimya” İstehsalat Birliyi “Etilenpoletilen” zavodunun 240 (iki yüz qırx) manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən 12 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə "Polad Texno” MMC-nin icarə müqaviləsi əsasında işlətdiyi "xxxx" ASC-nə məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsində yerləşən zavodun mişar daşı ilə əhatə olunmuş hasarına yaxınlaşaraq, əvvəlcədən hasarın üstünə aşmış və aşma nəticəsində dağıntı yaranmış hissədən bir qismi hasardan içəridə, digər qismi isə hasardan çöldə olan təxminən 10-12 ton tutumlu, 1,6 metr diametrində, 5,1 metr hündürlüyündə, qara metaldan hazırlanmış, metalın divarının qalınlığı 7 mm olan, su çəni kimi istifadə olunan 5600 (beş min altı yüz) manat dəyərində 01 (bir) ədəd hava resiverini sonuncunun idarə etdiyi “Hyundai” markalı, **-NJ- *** nömrə nişanlı evakuator avtomaşının dartqı mexanizminə bağlayaraq, içəri girmədən dartıb çıxartmaqla, evakuatorun yük yerinə yükləyib, saxlanc yerinə qanunsuz daxil olaraq, gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə xeyli miqdarda, yəni 5600 (beş min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 25 iyun 2021-ci il tarixdə, saat 05:10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Azərkimya” İstehsalat Birliyi “Etilenpoletilen” zavodunun EP 300 qurğusundan dəniz kənarında yerləşən Məşəl qurğusuna gedən estakadanın Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən keçən, açıq ərazidəki hisəssinin beton sütunlarına quraşdırılmış dayaq təyinatlı hər biri 06 (altı) metr uzunluqda, 0,6 sm enində, bir metri 05 (beş) manat olmaqla, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 05 (beş) ədəd, 30 metr uzunluğunda istismar olunmuş metal künclükləri sonuncuya məxsus "Qazel” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşının kuzov hissəsinə zəncirlə bağlayıb dartmaqla yerindən çıxarıb, həmin nəqliyyat vasitəsinin kuzov hissəsinə yükləməklə gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs “Azərkimya” İstehsalat Birliyi “Etilen-poletilen” zavoduna 150 (bir yüz əlli) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 iyun 2021-ci il tarixdə saat 05:50 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə “Azərkimya" İstehsalat Birliyi “Etilenpoletilen" zavodunun EP 300 qurğusundan dəniz kənarında yerləşən Məşəl qurğusuna gedən estakadanın Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən keçən, açıq ərazidəki hisəssinin beton sütunlarına quraşdırılmış, dayaq təyinatlı hər biri 06 (altı) metr uzunluqda, 0,6 sm enində, bir metri 10 (on) manat olmaqla, ümumi dəyəri 240 (iki yüz qırx) manat olan 04 (dörd) ədəd, 24 (iyirmi dörd) metr uzunluğunda təzə metal künclükləri sonuncuya məxsus “Qazel” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşının kuzov hissəsinə zəncirlə bağlayıb dartmaqla yerindən çıxardarkən, zavodun mühafiçələrinin hadisə yerinə gəlmələrini gördükləri üçün öz iradələrindən asılı olmayan səbəblərə görə cinayətə yönəlmiş əməllərini başa çatdıra bilməyərək həmin künclükləri götürməyib hadisə yerindən uzaqlaşmaqla zərərçəkmiş hüquqi şəxs “Azərkimya” İstehsalat Birliyi “Etilen-poletilen” zavodunun 240 (iki yüz qırx) manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə, saat 03:00 radələrində sonuncuya məxsus olan “BMW” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən taxta sexin yanına gəlmiş, əvvəlcə sexin tikilisinə bitişik mişar daşından hörülmüş hasarın üstünə çıxıb, oradan keçmə yolu ilə sexin pəncərəsindən içəri qanunsuz daxil olmaqla 01 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində “MAKİTA” markalı, “PA-GF30” modelli künc kəsən mişarı, 01 (bir) ədəd 1700 (bir min yeddi yüz) manat dəyərində “WORK" markalı, qoşa porşenli hava kompressorunu, 01 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində Rusiya istehsalı olan “Ritm" markalı, benzinlə işləyən odun kəsən mişarı, 01 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Zenit F90" markalı mıxvuran (skop) tapançanı, hər biri 70 (yetmiş) manat olmaqla, 03 (üç) ədəd 210 (iki yüz on) manat dəyərində “Zenit F30” markalı mıxvuran (skop) tapançanı, hər biri 80 (səksən) manat olmaqla, 02 (iki) ədəd cəmi 160 (bir yüz altmış) manat dəyərində “Bocsh” markalı təkfunksialı direli, 90 (doxsan) manat içərisində 75.000 ədəd mıx (skop) olan “F90” markalı taxta bərkidici mıx (skop), 01 (bir) ədəd 50 (əlli) manat dəyərində açar dəsti, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində kəlbətin və vintaçan dəsti, 01 (bir) ədəd 300 (üç yüz) manat dəyərində 28-lik, ağ rəngdə "SALCANO" model velosiped, hər biri 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat dəyərində 03 (üç) ədəd “Spinuig” balıq tutan, 01 (bir) ədəd 550 (beş yüz əlli) manat dəyərində 11 kilovatlıq 3000 dövriyyəlik matoru, 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində “Bosch” markalı taxtakəsən elektrik mişarı, 01 (bir) ədəd 45 (qırx beş) manat dəyərində kəməraçarı, 01 (bir) ədəd 110 (bir yüz on) manat dəyərində “Boch” markalı detektoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 4325 (dörd min üç yüz iyirmi beş) manat dəyərində ziyan vurmaqla oğurluq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs3 Qüvvəl oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021ci il tarixdə saat 03:00 radələrində idarə etdiyi “BMW” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən taxta sexin yanına gəlmiş, əvvəlcə sexin tikilisinə bitişik mişar daşından hörülmüş hasarın üstünə çıxıb, oradan keçmə yolu ilə sexin pəncərəsindən içəri qanunsuz daxil olmaqla 01 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində “MAKİTA” markalı, “PA-GF30” modelli künc kəsən mişarı, 01 (bir) ədəd 1700 (bir min yeddi yüz) manat dəyərində “WORK” markalı, qoşa porşenli hava kompressorunu, 01 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində Rusiya istehsalı olan “Ritm” markalı, benzinlə işləyən odun kəsən mişarı, 01 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Zenit F90" markalı mıxvuran (skop) tapançanı, hər biri 70 (yetmiş) manat olmaqla, 03 (üç) ədəd 210 (iki yüz on) manat dəyərində “Zenit F30” markalı mıxvuran (skop) tapançanı, hər biri 80 (səksən) manat olmaqla, 02 (iki) ədəd cəmi 160 (bir yüz altmış) manat dəyərində “Bocsh” markalı təkfunksialı direli, 90 (doxsan) manat içərisində 75.000 ədəd mıx (skop) olan “F90” markalı taxta bərkidici mıx (skop), 01 (bir) ədəd 50 (əlli) manat dəyərində açar dəsti, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində kəlbətin və vinlaçan dəsti, 01 (bir) ədəd 300 (üç yüz) manat dəyərində 28-lik, ağ rəngdə “SALCANO” model velosiped, hər biri 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat dəyərində 03 (üç) ədəd “Spinuig” balıq tutan, 01 (bir) ədəd 550 (beş yüz əlli) manat dəyərində 11 kilovatlıq 3000 dövriyyəlik matoru, 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində ”Bosch" markalı taxtakəsən elektrik mişarı, 01 (bir) ədəd 45 (qırx beş) manat dəyərində kəməraçarı, 01 (bir) ədəd 110 (bir yüz on) manat dəyərində “Bosch” markalı detektoru gizli yolla talayaraq zərərçəkmiş şəxs X1 4325 (dörd min üç yüz iyirmi beş) manat dəyərində ziyan vurmaqla oğurluq elmişlər. Beləliklə, Təqsirləndirilən şəxs4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:05 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək, "xxxx" zavodunun ərazisinin ətrafının mişar daşı ilə hörülmüş hasarının bir hissəsinin dağıldığı və zavodun həyətindəki, təxminən 10-12 ton tutumu olan metal çənin də hasarın dağılmış hissəsinin üstünə aşaraq bir hissəsinin çöl tərəfə çıxdığını, həmin çəni onun idarə etdiyi evakuatora yükləyərək, aparıb metal qəbulu məntəqəsinə salmaq istədiyini bildirib ondan köməklik etməsini istəmişdir. O, Orucla birlikdə evakuator ilə həmin əraziyə gəlmiş, çəni evakuatora yükləyib həmin ərazini tərk etmişlər. Lakin çənin oğurluq olduğunu yalnız yolda bildiyini, evakuatorun pulunu Orucun verdiyini bildirdi. Əməlindən peşman olmasını və cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 20:05 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək "xxxx" zavodunun ərazisinin ətrafının mişar daşı ilə hörülmüş hasarının bir hissəsinin dağıldığı və zavodun həyətindəki təxminən 10-12 ton tutumu olan metal çənin də hasarın dağılmış hissəsinin üstünə aşaraq bir hissəsinin çöl tərəfə çıxdığını, həmin çəni onun idarə etdiyi evakuatora yükləyərək aparıb metal qəbulu məntəqəsinə salmaq istədiyini bildirib ondan köməklik etməsini istəmişdir. O Orucdan həmin çənin kimə məxsus olduğunu soruşduqda Oruc ona həmin çənin kimə məxsus olmasını bilmədiyini, lakin həmin ərazidə də heç kimin olmadığını demiş və onların həmin çəni metal qəbulu məntəqəsinə təhvil verməklə qazanc əldə edə biləcəklərini bildirmişdir. O, Orucun təklifi ilə razılaşaraq saat 20:30 radələrində idarə etdiyi evakuatorla onun dediyi yerə, yəni zavodun magistral tərəfdən hasarına çöl tərəfdən yaxınlaşmışdır. Bundan sonra onlar birlikdə həmin çəni onun idarə etdiyi evakuatorun xüsusi çəkmə qurğusu ilə kuzov hissəsinə yükləmişlər. Çəni evakuatora yüklədikdən sonra onlar tərəfə hər-hansı bir polis avtomobilinin yaxınlaşıb-yaxınlaşmamasını yoxlamaq məqsədi ilə Oruc bir qədər kənarlaşıb, avtomobil yoluna tərəf gedib, ətrafa göz gəzdirmişdir. Heç bir təhlükə olmamasından əmin olduqdan sonra Oruc ona işarə etməli imiş və o, çəni yüklədikləri evakuatoru işə salıb Orucun yanına gedib Orucla birlikdə ərazidən uzaqlaşmalı idilər. Ancaq həmin vaxtda o ətrafda heç kəsin olmadığını görmüş və kiminsə gələcəyindən ehliyyat etdiyi üçün Orucun işarəsini gözləmədən evakuatoru dərhal işə salıb oradan uzaqlaşaraq Bakı-Quba yoluna çıxmışdır. Oruc da, yolun kənarında saxladığı “Pejo” markalı avtomobilinə əyləşib onun arxasınca gəlmişdir. Onlar dəniz kənarı əraziyə getmişlər və oğurladıqları çəni orada olan xəndəklərin birinə endirib gizlətmişlər. Əməkdaşı olduğu “156” evakuator xidmətinə ödəniş etməsi üçün Oruc ona 50 (əlli) manat ödəniş elməli olsa da, çəni götürərəkən çəkdiyi əziyyətə görə Orucdan əlavə olaraq özünə 50 (əlli) manat artıq pul verməsini istəmişdir. Oruc etiraz etməyərək ona 100 (bir yüz) manat pul vermişdir. Həmçinin Orucdan çəni saldıqdan sonra ona olan 80 (səksən) manat borcunu da ödəməsini istəmişdir. Oruc ara sakitləşdikdən sonra çəni gizlətdikləri yerdən çıxardıb hissələrə doğrayaraq metal qəbulu məntəqəsinə satıb, əldə edəcəyi gəlirdən ona da müəyyən məbləğ verəcəyini bildirmişdir. Bundan sonra onlar həmin ərazidən uzaqlaşmışlar. Ancaq sonradan polis əməkdaşları tərəfindən çənin yerininin aşkar edildiyini öyrənmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 05:10 radələrində tanışı Təqsirləndirilən şəxs3la birlikdə ona məxsus “Qazel” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi ərazisində yerləşən Azərkimya İB, Etilen-polietilen zavoduna aid olan, üzərindən qaz boruları uzadılan estakadanın beton sütunlarına bərkidilmiş, gücləndirici dayaq funksiyası daşıyan dəmir künclükləri söküb oğurlamaq məqsədi ilə estakadanın yerləşdiyi əraziyə getmişlər. Elçinlə birlikdə 05 (beş) ədəd dəmir künclüyü beton sütunlardan söküb həmin “Qazel” markalı yük avtomobilinə yükləyib oradan uzaqlaşmışlar və oğurladıqları 05 (beş) ədəd dəmir künclüyü nisbətən kənar ərazidə Qazeldən boşaldıb gizlətmişlər. Təxminən yarım saat sonra yeni dəmir künclüklər oğurlamaq məqsədi ilə təkrar həmin əraziyə, estakadanın yanına qayıtmışlar. Bu dəfə dəmir künclükləri qopartmaq üçün beton sütuna bərkidilmiş dəmir künclükləri zəncirlə həmin “Qazel” markalı avtomobilin qoşqu yerinə bağlayıb dartaraq qopartmaq istəsələr də, zəncir qırılmış və dəmir künclükləri yerindən çıxartmaq mümkün olmamışdır. Daha sonra zavodun mühafizəçiləri onların estakadanın dəmir künclüklərini söküb aparmaq istədiklərini görüb onlara tərəf qaçmışlar. Mühafizəçilərdən birinin “Mercedes” markalı avtomobillə ona yaxınlaşdığını gördükdə o, avtomobilini işə salaraq oradan uzaqlaşmışdır. Elçinlə birlikdə oğurladıqları künclükləri isə atası Bahadur xx.xx.2021-ci il tarixdə axşam saatlarında Azərkimya İB. Etilen-polietilen zavodunun əməkdaşlarına qaytarmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində Bakı-Quba yolunda dostu Rövşənin avtomobili ilə hərəkətdə olarkən “Sumqayıt Superfosfat" zavodunun ərazisinin ətrafının mişar daşı ilə hörülmüş hasarının bir hissəsinin dağıldığını və zavodun həyətindəki, təxminən 10-12 ton tulumu olan metal çənin hasarın dağılmış hissəsinin üzərinə aşdığını görmüş və həmin çəni oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə evakuator sürücüsü olan tanışı Təqsirləndirilən şəxs1 zəng edərək "Sumqayıt Superfosfat” zavodunun ərazisinin ətrafının mişar daşı ilə hörülmüş hasarının bir hissəsinin dağıldığını və zavodun həyətindəki, təxminən 10-12 ton tulumu olan metal çənin də hasarın dağılmış hissəsinin üzərinə aşdığını, həmin çəni onun idarə etdiyi evakuatora yükləyərək oğurlayıb metal qəbulu məntəqəsinə satıb, əldə edəcəkləri gəliri bölməyi təklif etmişdir. Elnur onun təklifi ilə razılaşmış və saat 20:30 radələrində Elnur idarə etdiyi evakuatorla oğurlamaq istədikləri çənin olduğu yerə, yəni çöl tərəfdən zavodun hasarına yaxınlaşmışdır. Onlar birlikdə həmin çəni Elnurun idarə etdiyi evakuatorun xüsusi qurğusu vasitəsi ilə evakuatora yüklədikdən sonra hər-hansı bir polis avtomobilinin gəlib-gəlməməsini yoxlamaq məqsədi ilə o, avtomobil yoluna tərəf getmişdir. Heç bir “təhlükə” olmamasından əmin olduqdan sonra o, Elnura işarə etməli imiş və Elnur çəni yüklədikləri evakuatoru işə salıb onun yanına gedib, oradan isə birlikdə ərazidən uzaqlaşmalı idilər. Ancaq o, ətrafa nəzər gəzdirdiyi vaxtda Elnur onun işarəsini gözləmədən evakuatoru işə salıb onun yanına, Bakı-Quba avtomobil yoluna tərəf hərəkət elmişdir. O yolun kənarında saxladığı avtomobilinə əyləşərək Elnurun arxasınca getmişdir. Elnurdan nə üçün onun işarəsini gözləmədən evakuatoru sürüb getdiyini soruşduqda, Elnur heç kəsin olmadığından istifadə edərək onun işarəsini gözləmədən evakuatoru işə salıb ərazidən uzaqlaşdığını bildirmişdir. Onlar öncədən planlaşdırdıqları kimi, oğurladıqları çəni bütöv şəkildə metal qəbulu məntəqəsinə satmaq fikrindən daşınaraq, çəni dəniz kənarına aparıb, xəndəkdə gizlətmişlər. Elnur ondan əməkdaşı olduğu “156” evakuator xidmətinə ödəniş etməsi üçün 50 (əlli) manat, özünə isə əlavə 50 (əlli) manat pul verməsini istədiyindən o, Elnura 100 (bir yüz) manat pul vermişdir. Hətta ara sakitləşdikdən sonra çəni gizlətdikləri yerdən çıxardıb hissələrə doğrayaraq metal qəbulu məntəqəsinə satıb əldə etdiyikləri gəliri aralarında bölməyə razılaşmışlar. Bundan sonra həmin ərazini tərk etmişlər. Ancaq sonradan polis əməkdaşlarının çənin yerini aşkar etdiyini öyrənmişdir. Əməlindən peşman olmasını və cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 05:10 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə, sonuncuya məxsus “Qazel” markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi ərazisində yerləşən Azərkimya İB, Etilen-polietilen zavoduna aid olan, üzərindən qaz boruları uzadılan estakadanın beton sütunlarına bərkidilmiş, gücləndirici dayaq funksiyası daşıyan dəmir künclükləri söküb oğurlamaq məqsədi ilə estakadanın yerləşdiyi əraziyə getmişdir. Təqsirləndirilən şəxs2la birlikdə 05 (beş) ədəd dəmir künclüyü beton sütunlardan söküb sonuncuya məxsus “Qazel” markalı yük avtomobilinə yükləyib oradan uzaqlaşmışlar və oğurladıqları 05 (beş) ədəd dəmir künclüyü nisbətən kənar ərazidə Qazeldən boşaldıb gizlətmişlər. Yeni dəmir künclüklər oğurlamaq məqsədi ilə təkrar həmin əraziyə, estakadanın yanına qayıtmışlar. Bu dəfə dəmir künclükləri qopartmaq üçün beton sütuna bərkidilmiş dəmir künclükləri zəncirlə Oruca məxsus “Qazel” markalı avtomobilin qoşqu yerinə bağlayıb dartaraq qopartmaq istəsələr də, zəncir qırılmış və dəmir künclükləri yerindən çıxartmaq mümkün olmamışdır. Sonra zavodun mühafizəçiləri onların estakadanın dəmir künclüklərini söküb aparmaq istədiklərini görüb onlara tərəf hərəkət elmişlər. Mühafizəçilərdən birinin “Mercedes” markalı avtomobillə Oruca yaxınlaşdığını gördükdə Oruc avtomobilini işə salaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2la birlikdə oğurladıqları künclükləri isə Orucun alası Bahadur xx.xx.2021-ci il tarixdə axşam saatlarında Azərkimya İB. Etilen-polietilen zavodunun əməkdaşlarına qaytarmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə gecə saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində dəmir tullantıları toplamaq üçün tanışı İlkinlə birlikdə sonuncunun idarə etdiyi “BMW” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə edirmişlər. Bir qədər hərəkət etdikdən sonra İnşaatçılar qəsəbəsində yerləşən "avtobaza" adlanan əraziyə çatmışlar, ətrafda mühafizəçi olmadığını gördükləri üçün sexə daxıl olmaq və orada dəyəri ola biləcək əşyalar oğurlamağa qərar vemişlər. Bunun üçün onlar avtomobili saxlayıb daş hasardan əraziyə daxil olmuşlar. Orada yerləşən tikililərdən birinin arxa pəncərəsinin sınıq vəziyyətdə olduğunu görüb, həmin sexin içərisinə daxil olmuşlar. İçəri daxil olduqda oranın taxta sexi olduğunu və içəridə müxtəlif sayda və növdə avadanlıqların olduğunu görmüşlər. Həmin avadanlıqları götürüb müvəqqəti olaraq xəlvəti bir yerdə gizlətmək qərarına gəlmişlər. Onların fikri əgər oğurluq etmələri barədə heç kəs xəbər tutmazsa avadanlıqları gizlətdikləri yerdən götürüb salmaq olmuşdur. O, İlkinlə sexdə olan üzərinə skop vuran tapança quraşdırılmış kompressor aparatını, künckəsən aparatı və odun kəsən motoru götürmüşlər. Onlar çıxış qapısına yaxınlaşan zaman dəmir qapının açıq olduğunu görüb oğurladıqları əşyalarla birlikdə çölə çıxmışlar. Daş hasardan həmin əşyaları düşürüb, İlkinin avtomobilinin arxa yük hissəsinə yerləşdirmişlər. Sonra isə həmin əşyaları Kimyaçılar qəsəbəsi, fərdi evlər yerləşən ərazidə olan yarım tikilidə gizlətmişlər. Əməlindən peşman olmasını və cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə gecə saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində dəmir tullantıları toplamaq üçün tanışı Elçinlə birlikdə idarə etdiyi “BMW” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə edirmişlər. Bir qədər hərəkət etdikdən sonra İnşaatçılar qəsəbəsində yerləşən "avtobaza" adlanan əraziyə çalmışlar. Ətrafda mühafizəçi olmadığını gördükləri üçün sexə daxil olmaq və orada dəyəri ola biləcək əşyalar oğurlamağa qərar vemişlər. Bunun üçün onlar avtomobili saxlayıb daş hasardan əraziyə daxil olmuşlar. Orada yerləşən tikililərdən birinin arxa pəncərəsinin sınıq vəziyyətdə olduğunu görüb, həmin sexin içərisinə daxil olmuşlar. İçəri daxil olduqda oranın taxta sexi olduğunu və içəridə müxtəlif sayda və növdə avadanlıqların olduğunu görmüşlər. Həmin avadanlıqları götürüb müvəqqəti olaraq xəlvəti bir yerdə gizlətmək qərarına gəlmişlər. Onların fikri əgər oğurluq etmələri barədə heç kəs xəbər tutmazsa avadanlıqları gizlətdikləri yerdən götürüb satmaq olmuşdur. O Elçinlə sexdə olan üzərinə skop vuran tapança quraşdırılmış kompressor aparatını, künckəsən aparatı və odun kəsən motoru götürmüşlər. Onlar çıxış qapısına yaxınlaşan zaman dəmir qapının açıq olduğunu görüb oğurladıqları əşyalarla birlikdə çölə çıxmışlar. Daş hasardan həmin əşyaları düşürüb, avtomobilinin arxa yük hissəsinə yerləşdirmişlər. Sonra isə həmin əşyaları Kimyaçılar qəsəbəsi, fərdi evlər yerləşən ərazidə olan yarım tikilidə gizlətmişlər. Əməlindən peşman olmasını və cinayət əməli nəticəsində vurduğu maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Sumqayıt şəhəri ərazisində yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. 13 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində o yaşadığı evdə olarkən "xxxx" MMC-nin nəzdində olan "xxxx" ASC-nin mühafizə xidmətinin rəisi vəzifəsində çalışan Şahid2 ona zəng vuraraq “Superfosfat” zavodunun ərazisinin bir hissəsinin hasarının dağılmış olan hissəsində hasarın üzərinə aşmış vəziyyətdə bir tərəfi çölə çıxmış vəziyyətdə olan 12 (on iki) tonluq çənin naməlum şəxslər tərəfindən hasarın çöl tərəfindən oğurlandığını, mühafizəçinin bu hadisəni təxminən 500 metr aralıdan görsə də, artıq hadisə yerinə çatanda oğurluq edən şəxslərin orada olmaması barədə dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq hadisəsi barədə məlumat verdiyini bildirməsini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin çən 29 may 2019-cu il tarixdə müəssisə uçun abasdlaşdırma və təmir-tikinti işlərinin aparılması məqsədi ilə Bakı şəhərindən adını hal-hazırda bilmədiyi fiziki şəxsdən 7000 (yeddi min) manata alınmışdır. Həmin çən 10-12 metr kub tutumu olan hava rezervi hesab olunur, lakin müəssisə həmin hava rezervindən su çəni kimi istifadə edir. Həmin hava rezervinin diamelri 1,6 metr, hündürlüyü, 5,1 metr olmaqla tərkibi qara metal, divarının qalınlığı isə 7 mm-dir. Hava rezervi fiziki şəxsdən alındığı üçün onun istismar müddətini və ilkin balans dəyəri haqqında məlumatı yoxdur. Hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurduqları maddi ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, onların barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurduqları maddi ziyanın ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, digər məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və onların barələrində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2000-ci ildən “Azərkimya” İstehsalat Birliyi “Etilen-poletilen” zavodunun hüquq şöbəsinin rəisi vəzifəsində çalışır. 25 iyun 2021-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs3 Qüvvət oğlu və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir şəkildə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi ərazisində yerləşən zavodun üzərindən su soyutma qurğusuna qaz boruları uzadılan estakadanın beton sütunlarına quraşdırılmış, gücləndirici dayaq funksiyası daşıyan 05 (beş) ədəd hər birinin uzunluğu 06 (altı) metr, eni 06 sm olan 05 (beş) ədəd dəmir künclükləri oğurlayaraq özlərinə məxsus “Qazel” markalı avtomaşınla zavod ərazisindən daşıyaraq aparmışlar. Daha sonra elə həmin gecə daha 04 (dörd) ədəd eyni ölçülü künclükləri oğurlamaq məqsədi ilə bərkidilmiş yerlərini “Qazel” markalı avtomaşına bağlayıb dartmaqla qoparmaq istəyərkən zavodun mühafizəçiləri tərəfindən müəyyən edilərək onların oğurluq cəhdlərinin qarşısı alınmışdır. Bu barədə həmin günün sabahısı zavod rəhbərliyi xəbər tutduqda rəsmi qaydada Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edilmiş və Təqsirləndirilən şəxs2 məsuliyyətə cəlb ediləcəyindən qorxaraq oğurlamış olduğu 05 (beş) ədəd dəmir künclüyü zavoda qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, ilk dəfə oğurlanmış 05 (beş) ədəd dəmir künclüklər nisbətən köhnə olduğundan onların amortizasıya qiymətləri nəzərə alınmaqla bir metrəsinin smeta dəyəri 05 (beş) manatdan hesablanmaqla cəmi vurulmuş maddi ziyanın məbləği 150 (bir yüz əlli) manat, oğurlanmasına cəhd edilən 04 (ədəd) ədəd dəmir künclüklər isə yeni vəziyyətdə olduğundan onların hər bir metrəsinin smeta dəyəri 10 (on) manatdır və oğurlanacağı halda maddi ziyanın dəyəri 240 (iki yüz qırx) manat təşkil edəcədi. Hal-hazırda müəssisəyə vurulan maddi ziyan ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, müəssisəyə vurulan maddi ziyanın ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur və digər məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən taxta sexini icarəyə götürüb fəaliyyət göstərir. Hamin sexdə ona məxsus müxtəlif avadanlıqlar vardır. xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində sexi baglayıb yaşadığı evə getmişdir. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixda saat 09:30 radələrində sexə qayıtmışdır. Sexə qayıtdıqda sexin qapısını açıb içəri daxil olduqda sexin içərisindəki taxta bərkidici mıxların (skopun) dağınıq halda olduğunu görüb sexə kiminsə daxil olduğunu anlamışdır. Buna görə də, ətrafa baxdıqda 01 (bir) ədəd künc kəsən aparatın, 01 (bir) ədəd böyük kompressorun, 01 (bir) ədəd odun kəson matorun, 04 (dörd) ədəd mixvuran tapançanın, 01 (bir) qutu taxta bərkidici mixin (skop), 01 (bir) ədəd açar dəstinin, kəlbətin və vintaçan dəstinin, 01 (bir) ədəd 28-lik ağ velosipedin, 03 (üç) ədəd spinniqin (balıq tutan), 02 (iki) ədəd "Bosch" markalı drelin, 01 (bir) ədəd 11 kilovatlıq, 3000 dövrlük motor, 01 (bir) ədəd "Bosch" markalı lobjikin, 01 (bir) ədəd kəmər açarın və 01 (bir) ədəd dedektorun oğurlandığını anlamışdır. Bundan sonra bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə məlumat vermişdir. Polis Bölməsindən gələn əməkdaşlar sexə baxış keçirtmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyanın ödənilmişdir və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır. Hadisə baş verən vaxtı, yəni 2021-ci ilin iyun ayında SOS MMC-nin tabeçiliyində, Azərkimya İB, Etilen-polietilen zavodunun ərazisində mühafizəçi kimi xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 05:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi ərazisində yerləşən Azarkimya İB, Etilen polietilen zavodunun ərazisində xidmətdə olarkən, 02 (iki) nəfər şəxsin zavodun ərazisindəki, üzərindən, su soyutma qurğusuna qaz borulan uzadılan estakadanın beton sütünlarına quraşdırılmış, gücləndirici dayaq funksiyası daşıyan dəmir künclükləri "Qazel" markalı yük avtomobilina bağlayıb, dartaraq həmin dəmir künclükləri qopartmağa çalışdığını görmüşdür. Bu barədə rəhbərliyə məlumat verərək, həmin əraziyə, sözü gedan estakada istiqamətinə getmişdir. O həmin istiqamətə getdikdə, gücləndirici dayaq funksiyası daşıyan dəmir künclükləri "Qazel" markalı yük avtomobilinə bağlayıb, dartaraq həmin dəmir künclükləri qopartmağa çalışan hər iki şəxs, onun yaxınlaşdığını hiss etdib, bağladıqları bağı dəmir künclüklərdən açmışlar. Həmin şəxslərdən biri, adının "Oruc" olduğunu sonradan öyrəndiyi şəxs “Qazel” markalı yük avtomobilini işə salıb ərazidən uzaqlaşdır. Adının Elçin olduğunu sonradan öyrəndiyi digər şəxs isə orada qalmışdır. Oruc “Qazel” markalı yük avtomobilini işə salıb ərazidən uzaqlaşdıqda, xidmət yoldaşı Şahid4 öz idarə etdiyi avtomobillə onun arxasınca getmişdir. O, Elçinə yaxınlaşıb onu tutmaq istədikdə, Elçin əlindəki dəmir parçası ilə ona hədə qorxu gələrək, yaxınlaşacağı təqdirdə həmin dəmir parçası ilə ona xəsarət yetirəcəyini bildirmişdir. O, Elçinin qorxu içində olduğunu gördüyü üçün ona yaxınlaşmamış və Elçin əlində olan dəmir parçasını kənara ataraq qaçıb oradan uzaqlaşdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı "xxxx" MMC-nin tabeçiliyində olan Azərkimya İB, Etilen-polietilen zavodunun ərazisində növbə rəsi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə saat 05:50 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi ərazisində yerləşən Azarkimya İB, Etilen polietilen zavodunun ərazisində xidmətdə olarkən, 02 (iki) nəfər şəxsin zavodun ərazisindəki, üzərindən su soyutma qurğusuna qaz borulan uzadılan estakadanın beton sütünlarına quraşdırılmış, gücləndirici dayaq funksiyası daşıyan dəmir künclükləri "Qazel" markalı yük avtomobilina bağlayıb, dartaraq həmin dəmir künclükləri qopartmağa çalışdığını görmüşdür. Buna görə idarə etdiyi “Mercedes” markalı avtomobillə hadisə baş verən istiqamətdə getmişdir. Onunla birlikdə mühafiçəsi Şahid3 da hadisə baş verən əraziyə getmişdir. Onların əraziyə yaxınlaşdığını gördükləri üçün oğurluq edən şəxslərdən biri “Qazel” markalı yük maşınına minərək oradan uzaqlaşmışdır. Sonra həmin şəxslərin Oruc və Elçin adlı şəxslər olduğunu öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, Oruc və Elçinin həmin ərazidən əlavə olaraq oğurladıqları 05 (beş) ədəd dəmir künclüyü həmin gün Orucun atası Bahadur gətirib zavoda təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında oğlu Oruc ona tanışı Elçinlə birlikdə “Etilenpolietilen” zavoduna məxsus beton sütunlarından qopardaraq oğurladıqları 05 (beş) ədəd dəmir künclükləri verərək həmin künclükləri zavoda qaytarmasını xahiş etmişdir. O həmin gün dəmir künclükləri zavoda qaytararaq adını bilmədiyi əməkdaşa təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2021-ci il tarixli 9/7431 rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublikada yerləşən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin hazırki işlənmiş vəziyyətdə, 25 iyun və 12 sentyabr 2021-ci il tarixlərə, qərarın təsbiri hissəsində və "xxxx" MMC tərəfindən 15 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş 33 nömrəli arayışda olan məlumatları və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzərə hesablama yolu ilə şərti olaraq təxminən aşakidakı kimi müəyyən edilir: 30 metr uzunluğunda 06 sm enində istismar olunmuş metam künclük 150,00 manat, 24 metr uzunluğunda 06 sm enində təzə metal künclük 240,00 manat, 01 (bir) ədəd 2019-cu ilin may ayında alınmış, təxmini tutumu 10-12 m3 olan, diametri 1,6 metr, hündürlüyü 5,1 metr, metalın divarın qalınlığı 7 mm, qara metldan hazırlanmış su çəni kimi istifadə olunan hava resiverinin qiyməti təxminən 5600,00 (beş min altı yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2021-ci il tarixli 9/8799 rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 11 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1840 (bir min səkkiz yüz qırx) manat müəyyən olunur. Digər 05 (beş) adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, ölçüləri, həcmi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin mexanizmini məhkəmə iclasında olduğu kimi izah etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 hadisənin mexanizmini məhkəmə iclasında olduğu kimi izah etmişdir. İş materiallarında olan təqdim etmə və götürmə barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs1 məxsus taxta sexindən oğurladığı əşyalardan bir qismini, yəni 01 (bir) ədəd kompressoru, 01 (bir) ədəd künc kəsən aparatı, 01 (bir) ədəd odun kəsən motoru və 04 (dörd) ədəd skop vuran tapançanı təqdim etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, 01 (bir) ədəd kompressor, 01 (bir) ədəd künc kəsən aparat, 01 (bir) ədəd odun kəsən motor və 04 (dörd) ədəd skop vuran tapança Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, 27338 (iyirmi yeddi min üç yüz otuz səkkiz) manat məbləğində maddi ziyanın və 10000 (on min) manat məbləğində isə mənəvi ziyannın təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq ona verilməsi xahiş etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-986/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmünün, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-60/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün və Salyan Rayon Məhkəməsinin 7(057)-34/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri hökmdən xaric olunmaqla cəzası 07 (yeddi) ilə endirilmişdir. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 (altı) il 06 (altı) aya endirilmişdir. xx.xx.2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 (on) ay 07 (yeddi) gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs4 əvvəlki cinayət əməllərini yetkinlik yaşına çatmayan zaman törətmiş, Azərbaycan Respublikası CM-nin 92.0.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il keçdiyindən onun məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan 2 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan 1saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. İş materiallarında olan “Xəzər” Səhndar Cəmiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağı vardır (xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4). İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir və himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2022-ci il təvəllüdlü X6). Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən və təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən və təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən və təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs4 cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Yuxarıda göstərilən yüngülləşdirici və müstəsna halları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs4 göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəza, Təqsirləndirilən şəxs4 isə 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı verilmiş olduğu mülki iddia üzrə maddi ziyan ödənildiyindən və mülki iddiaçının təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığından mülki iddia üzrə icraata xitam verilməlidir. Maddi sübut olan 01 (bir) ədəd kompressor, 01 (bir) ədəd künc kəsən aparat, 01 (bir) ədəd odun kəsən motor və 04 (dörd) ədəd skop vuran tapança Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 100.00 (bir yüz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs4 qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı verilmiş olduğu mülki iddia üzrə maddi ziyan ödənildiyindən və mülki iddiaçının təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığından mülki iddia üzrə icraata xitam verilsin. Maddi sübut olan 01 (bir) ədəd kompressor, 01 (bir) ədəd künc kəsən aparat, 01 (bir) ədəd odun kəsən motor və 04 (dörd) ədəd skop vuran tapança Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100.00 (bir yüz) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar