Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-16/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2umqayıt Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(060)-18/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə təmiz çəkisi 0,489 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 12 yanvar 2023-cü il tarixdə saat 20:30 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən «Araz market»in qarşısında saxlanılaraq Polis idarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol iç cibindən çıxarıb təqdim etdiyi 01 ədəd «Kent» markalı siqaret qutusunun xarici şəffaf sellofan örtüyünün içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,206 qram, 0,283 qram ümumi təmiz çəkisi 0,489 qram olan ağ kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri 20 Yanvar metrosu ərazisinə getmiş, orada olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmiş, həmin şəxs ona psixotrop maddə olan metamfetamin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 30 manata iki ədəd bükümdə “şüşə” (metamfetamin) almış, o, həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və şübhəli olduğunu bildirmişlər. Buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki qırmızı rəngli gödəkçənin sol iç cibində saxladığı 01 ədəd “Kent” markalı siqaret qutusunu təqdim etmiş, siqaret qutusuna baxarkən qutunun xarici şəffaf sellofanının içərisindən 01 ədəd gümüşü rəngli və 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq bükümün içərisində olan maddənin “şüşə” (metanrfetamin) olduğunu və onu bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 30 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddələr elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra isə qablaşdırılaraq möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir təsir və təzyiq olmamışdır. Daha sonra özünü təqsirli bilməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin peşəkar idmançı kimi çoxsaylı benəlxalq yarışlarda yüksək nəaliyyətlər əldə etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, əməliyyat qrupu təşkil etmişlər, həmin məlumat əsasında axşam saatlarında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-yə gətirilmişdir. Polis İdarəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuş, sonuncu isə əynindəki qırmızı rəngli gödəkçənin sol iç cibindən 01 ədəd siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxarkən qutunun xarici şəffaf sellofan örtüyünün içərisindən 02 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxarkən içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər maddə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, həmin maddəni bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 30 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əlavə heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bunsan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və ya təzyiq olmamış, sonuncu özünə xəsarət yetirməyə meyilli şəxs olduğu üçün özünü şüşəyə vuraraq özünə xəsarət yetirmək istəmişdir. Lakin, Vüsal adlı əməkdaş ona mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları X4 və Şahid3 onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 Zellabdin oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 01 ədəd siqaret qutusunda 02 ədəd bükümdə maddələri təqdim edərək həmin maddələrin “şüşə” (metamfetamin) olduğunu bildirmişdir. İstintaq zamanı şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 Zellabdin oğlu, X4 və Şahid3 ifadələrinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 01 ədəd siqaret qutusunda 02 ədəd bükümdə maddələri təqdim edərək həmin maddələrin “şüşə” (metamfetamin) olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 78-79-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi baərdə protokol məhkəmə iclasında tədqiq edilərkən, həmçinin şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş və müdafiəçisi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, sonuncu isə əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd maşın açarını, gödəkçənin sol iç cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu və 25 manatlıq pul əskinasları çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamış, təhqiqatçı siqaret qutusunu açıb içərisinə baxmış və boş olduğunu bildirmiş, sonra siqaret qutusunun xarici şəffaf sellofan örtüyünün içərisində 02 ədəd büküm aşkar edilmişdir. Bükümlərdə ağ rəngli kristal şəkilli maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində “şüşə” olduğunu, onu Bakı şəhəri 20 Yanvar ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 30 manata aldığını bildirmişdir. Təhqiqatçı 25 manat pulu Təqsirləndirilən şəxs özünə qaytarmış, aşkar edilmiş 02 ədəd bükümdə olan maddələr isə elektron tərəzidə çəkilmişdir. 1-ci bükümün 0,53 qram, 2-ci bükümün 0,27 qram, ümumi çəkinin isə 0,81 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı 02 ədəd açarı Təqsirləndirilən şəxs qaytarmışdır. Cinayət işinin 1-ci cild 219-220-ci vərəqələrində olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 02 ədəd anten məlumatları, 01 ədəd SMS tarixçəsi, 01 ədəd zənglərin detallaşması və 01 ədəd abunəçilər haqqında fayllardan görünür ki; 1. Birinci və ikinci fayllarda ***-***-**-** mobil nömrənin müxtəlif vaxtlarda olan anten məlumatları qeyd olunmuşdur. Sonuncu anten məlumatı 2023/01/12 15:35:10 ünvan 3 ünvanını göstərir. Bundan sonra hər-hansı bir məlumat qeyd olunmamışdır. 2. SMS fnətnləri olan üçüncü faylda təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan sms mətnlərinin siyahısı mövcuddur. İş üçün əhəmiyyət kəsb edən SMS mətnlərinin siyahısı aşadıdakı kimidir: “mən lomkadayam sən mənə tema vermirsən? neolarki amid çox saqol”. “Amid hardasan? Pulu verim, yatib qalmişam”. “Sən mənnən danişanda atqaz edibsən. 30 deq sora dostumuza tema gətir”. “Aqriyiram Amit, mənim vəziyyətimi bilə-bilə edirsən?” “Amit həl patini ver Amit”. “Sənə deyirəm evdən gözləyirlər, Amit həl patini ver Amit”. “İsaatdır yenə gəlmədin?”. “cavab ver də amanat lazımdır, Amit”. “Mən gedirəm qaqaşım özün yoluna qoyarsan. Mən lomkadan ölə-ölə gəlim”.
3. Zənglərin detallaşması faylında ***-***-**-** mobil nömrəsinin sonuncu istifadə tarixi 2023- 01-12 17:00:43 olaraq göstərilmişdir. Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/211 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,206 qram, 0,283 qram ümumi təmiz çəkisi 0,489 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,489 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,389 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 249-258-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,389 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 443 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 180.2.2, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş və üzərində 07 il 11 ay 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası tyəin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 (iki) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cild 128-130-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 1-ci cild 229-242-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan AZ-İİİ seriyalı 878421 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə olunmuş sertifikat və diplomlardan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda keçirilən karate və budo yarışlarında nailiyyətlər əldə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2, 181.2.5, 180.2.2, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş və üzərində 07 il 11 ay 20 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası tyəin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 (iki) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(060)-18/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(060)-18/2023 saylı hökmü çıxarılmazdan əvvəl törətdiyi müəyyən olunduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(060)-18/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (beş) ay gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona azadlıqdan məhrum etmə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-18/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin gesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə həbsdə olduğu 12 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 443 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,389 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(060)- 18/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-18/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,389 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Samir İsmayılov