Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-16/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs3 Abazalı oğlunun, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, İmişli rayonu, İmişli şəhəri, Q.İmayılzadə küçəsi, ev 46 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Melissa yaşayış kompleksi, H.ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)- 122/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 128 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcələsinin 66.5 və 67.1-ci maddələrinə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcələsinin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə olduğu cəmi 21 gün müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 01 (bir) ay 12 (on iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs6 Koreya Respublikasından “Hyundai Sonata” markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Kral" şadlıq sarayının yaxınlığında 5.150 manat və 2021-ci ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3.550 manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda - ümumilikdə 8.700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 Koreya Respublikasından "Hyundai Sonata" markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalın duracağında Zərərçəkmiş şəxs5 həmin günün məzənnəsinə uyğun olaraq 5.100 manat ekvivalentində 3.000 ABŞ dolları və 2021-ci ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Xətai rayonu, "Bakı" kinoteatrı yaxınlığından Zərərçəkmiş şəxs5 göstərişi ilə kürəkəni Şahid2 istintaqa şəxsiyyəti məlum olmayan taksi vasitəsilə göndərdiyi 3.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda - ümumilikdə 8.100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs8 Koreya Respublikasından “BMW F10, 528” markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 onun hesab kartına göndərdiyi 5640 manat pulu və həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs8 2560 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ahb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda - ümumilikdə 8.200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 Koreya Respublikasından "Kia Optima" markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməmiş ayrı-ayrı tarixlərdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Z.Əliyeva adına göz xəstəlikləri İnstitutunun yaxınlığında 4.000 manat, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Memar Əcəmi" metrostansiyasımn yaxınlığında 3.500 manat və Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "N.Nərimanov" adına olan parkın yaxınlığındakı "xxxx" ödəmə terminalı vasitəsilə onun hesab kartına göndərdiyi 1.500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ahb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda - ümumilikdə 9.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs7 Koreya Respublikasından "Kia Rio" markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq 2022-ci ilin yanvar ayında istintaqla dəqiq müəyyən edilməmiş ayrı-ayrı tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən "Araz" marketində olan ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs7 onun hesab kartına göndərdiyi 500 manat, 500 manat, 250 manat, 250 manat, 500 manat və 450 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs7 ümumilikdə 2.450 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 satmaq adı ilə özünün günlük icarə əsasında idarə etdiyi "Seat" markalı, **-HT-*** dövlət qeydiyyat nişanh avtomobilin ilkin ödənişinin 1.700 manat və 33 ay 400 manat ödənilməli olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən Ayna Sultanova heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs1 ilkin ödəniş kimi 1.700 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs1 1.700 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 Koreya Respublikasından "Hyundai Sonata" markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs4 1.000 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 onun hesab kartına göndərdiyi 500 manat və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən "HB Güvən" klinikasının qarşısında Zərərçəkmiş şəxs4 4.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda - ümumilikdə 5.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 Koreya Respublikasından "Hyundai Avente" markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 onun hesab kartına göndərdiyi 400 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 onun hesab kartına göndərdiyi 500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsindən Zərərçəkmiş şəxs3 şəxsiyyəti istintaqa məlum olmayan təksi sürücüsü vasitəsilə göndərdiyi həmin günün məzənnəsinə uyğun olaraq 510 manat ekvivalentində 300 ABŞ dolları və 110 manat və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsininin qarşısında Zərərçəkmiş şəxs3 780 manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs3 ümumilikdə -2.300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs10 ABŞ-dan “Kia Rio” markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyun ayının ortalarında istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Röya” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs10 1.500 manat və 2022-ci ilin iyul ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Röya" şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs10 6.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda - ümumilikdə 7.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs11 Koreya Respublikasından "Kia Sorento", "Kia Optima" və "Hyundai Sonata" avtomobillər gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə Ramil Xubəliyevin onun hesab kartına göndərdiyi həmin günün məzənnəsinə uyğun olaraq 1.700 manat ekvivalentində 1.000 ABŞ dolları və 20 manat, xx.xx.2023-cü il tarixdə X2 rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən "Qurd Qapısı" restoranın qarşısında həmin günün məzənnəsinə uyğun olaraq 3.400 manat ekvivalentində 2.000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə Ramil Xubəliyevdən Bakı şəhəri, Xətai rayonu ərazisində həmin günün məzənnəsinə uyğun olaraq 4.505 manat ekvivalentində 2650 ABŞ dolları və 370 manat, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisindən ödəmə terminalı vasitəsilə Ramil Xubəliyevin onun hesab kartına göndərdiyi 2000 manat, xx.xx.2023-cü il tarixdə ödəmə terminalı vasitəsilə Ramil Xubəliyevin onun hesab kartına göndərdiyi həmin günün məzənnəsinə uyğun olaraq 1.700 manat ekvivalentində 1.000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Badamdar şossesində yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi Ramil Xubəliyevin onun hesab kartına göndərdiyi 2805 manat, 2023-cü ilin fevral ayında istintaqla dəqiq müəyyən edilməmiş ayrı-ayrı tarixlərdə Ramil Xubəliyevin göstərişi ilə sonuncunun qardaşı Şahid1 onun hesab kartına göndərdiyi həmin dövrün məzənnəsinə uyğun olaraq 850 manat ekvivalentində 500ABŞ dolları, Ramil Xubəliyevin göstərişi ilə sonuncunun qardaşı Şahid1 vasitəsilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Qurd Qapısı" deyilən ərazidə həmin dövrün məzənnəsinə uyğun olaraq 2.040 manat ekvivalentində 1.200 ABŞ dolları, 2023-cü ilin mart ayında istintaqla dəqiq müəyyən edilməmiş ayrı-ayrı tarixlərdə Ramil Xubəliyevin göstərişi ilə sonuncunun qardaşı Şahid1 onun hesab kartına göndərdiyi 340 manat və 1.500 manat və Ramil Xubəliyevin göstərişi ilə sonuncunun qardaşı Şahid1 istintaqa şəxsiyyəti məlum olmayan "189" xidmətin taksi sürücüsü vasitəsilə göndərdiyi 5.000 və 2.500 manat, 2023-cü ilin mart ayının əvvəlində istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Ramil Xubəliyevdən 1.500 manat, xx.xx.2023-cü il tarixdə Ramil Xubəliyevin onun hesab kartına göndərdiyi 4580 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X7rşısında yerləşən keçid ticarət mərkəzindəki "Mpay" ödəmə terminalı vasitəsilə Ramil Xubəliyevin onun hesab kartına göndərdiyi 1700 manat və 300 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək zərərçəkmiş şəxs Ramil Xubəliyevə xeyli miqdarda - ümumilikdə 36.810 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs9 Koreya Respublikasından "Hyundai Elantra" markalı avtomobil gətizdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs9 onun hesab kartına göndərdiyi 750 manat, xx.xx.2023- cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs9 onun hesab kartına göndərdiyi 612 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs9 onun hesab kartına göndərdiyi 1100 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs9 onun hesab kartına göndərdiyi 700 manat və 170 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 16-cı məhəllədə yerləşən "Fəxri" mağazasında ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs9 onun hesab kartına göndərdiyi 400 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs9 ümumilikdə - 3.732 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona elan edilmiş ittihamda göstərilən əməlləri həqiqətən də törətmişdir. Bu əməlləri törətməsi pandemiya şəraiti ilə bağlı olmuşdur. Belə ki, ayrı-ayrı şəxslrədən pullar alsa da pandemiya şəraiti olduğu üçün vədinə əməl edə bilməmiş və pulları qaytara bilməmişdir. Hazırda ona elan edilmiş on bir epizoddan ibarət ittiham üzrə vurulmuş zərərləri tam şəkildə ödəmişdir. On nəfər zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Yalnız bir nəfər Zərərçəkmiş şəxs3 Abazəli oğlunun ona qarşı tələb və şikayəti vardır. Lakin, həmin zərərçəkmiş şəxsin də zərərini tam şəkildə ödəmişdir. Belə ki, ittiahamda həmin şəxsə 2300 manat maddi zərər dəyməsi qeyd edilmiş, 2300 manat isə Zərərçəkmiş şəxs3 Abazəli oğluna ödənilmişdir. Zərərçəkmiş şəxs3 Abazəli oğlu əssassız olaraq ona əlavə zərərin dəyməsini iddia edərək mülki iddia qaldırmışdır. Göstərilən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, dəymiş bütün zərəri ödəməsini, zərərçəkmiş şəxslərdən on nəfərin ona qarşı heç bir tələb və şikayətinin olmamasını və üç azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs3 Abazəli oğlunun ona qarşı mülki iddiasının əsassız olmasını, avtomobilin ona verilərkən çoxsaylı nazaslıqlarının olmasını, bu barədə sübut kimi məhkəməyə video görüntülər də təqdim etdiyini bildirərək mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən o, musiqiçidir, əvvəllər fərdi qaydada xarici ölkələrdən avtomobillər gətirmiş, instaqram səhifəsində paylaşaraq satmışdır. Bir müddətdən sonra satışı uğursuz olmuş və maddi problemləri yaranmış, xaricdən avtomobil gətizdirə bilmədiyi üçün ona pul lazım olmuşdur. Dosttanışdan xaricdən avtomobil gətizdirməyi, sonradan ya pullarını qaytaracağını, ya da pul əvəzinə onlara hər hansı bir avtomobil təklif edəcəyini fikirləşmişdir. 2021-ci ilin aprel ayında musiqiçi dostu Zərərçəkmiş şəxs6 xaricdən müxtəlif markalı avtomobillər gətizdirdiyini, yaxşı qiymətə satdığını demişdir. Raminə də münasib qiymətə avtomobil gətizdirə biləcəyini təklif etmiş və öz mobil telefonu vasitəsilə internetdə Koreyada satılan avtomobil satışı elanlarını göstərmişdir. Ramin elanlarda olan 2009-cu il buraxılışlı, boz rəngli "Hyunai Sonata" markalı avtomobili bəyənmişdir. O, həmin avtomobili 2 ay ərzində Bakı şəhərində qeydiyyatsız 5150 manata təhvil verə biləcəyini, qalan pulu isə hissə-hissə ödəyəcəyini demiş və Ramin onunla razılaşmışdır. Bir neçə gündən sonra Ramin ona 5150 manat pul vermişdir. Ramindən aldığı pulu öz borc və ehtiyaclarına xərcləmiş, lakin Raminə söz verdiyi kimi xaricdən avtomobil gətizdirməklə bağlı hər hansı hərəkkət etməmişdir. Bu barədə Raminə heç bir məlumat verməmişdir. Pulu olanda Raminə xaricdən avtomobil gətizdirəcəyini və ya pulunu hissə-hissə qayataracağını düşünmüşdür. 2 aydan sonra 2021-ci ilin iyun ayında ona yenə də pul lazım olduğu üçün Raminə zəng edərək yalandan avtomobilin Gürcüstana gətirildirildiyini, Bakıda qeydiyyata alınması və yol xərci üçün əlavə olaraq 3750 manat pul lazım olduğunu demişdir. Ramin etiraz etməmiş və bir neçə gün ərzində ona onunla Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşərək hissə-hissə olaraq ümumilikdə 3750 manat pul vermişdir. Bir müddətdən sonra Ramin ona zəng edərək avtomobillə bağlı maraqlanmış, o, Raminə hər dəfə müxtəlif bəhanələr gətirərək pul tapmaq üçün zaman qazanmışdır. Lakin pul tapa bilmədiyi üçün Raminin zənglərinə cavab verməmişdir. Əvvəl düşünürmüş ki, Ramindən pulu borc aldığım desə cinayət məsuliyyətinə cəlb olunmaz, ona görə də Ramindən pulu borc aldığını və sonradan tam olaraq qaytardığını bildirmişdir. Hazırda etdiyi əməllərə peşmandır və səmimi olaraq bildirir ki, Ramindən 8700 manat pulu onun üçün xaricdən avtomobil gətizdirməyini deyərək almışdır. Bundan başqa o, mərhum atasının musiqiçi dostu Zərərçəkmiş şəxs5 işlədiyi Bakı Beynəlxalq avtovağzalında yerləşən mağazasında görüşmüş, bu zaman söhbət əsnasında Hidayət ona münasib qiymətə avtomobil almaq istədiyini demişdir. Onun maddi vəziyyəti pis olduğu üçün Hidayətdən avtomobil gətirmək adı ilə pul almağı düşünmüşdür. 2021-ci ilin iyun ayında Hidayətə zəng etmiş, ona Koreyada münasib qiymətə avtomobil tapdığını bildirmişdir. Onu inandırmaq üçün votsap vasitəsilə internetdən götürdüyü 2014-cü il buraxılışlı «Hyundai Santafe» markalı avtomobilin fotoşəklini göndərmiş və avtomobilin satış qiymətinin 8299 ABŞ dolları olduğunu demişdir. Hidayət həmin fotoşəkilə baxıb avtomobili bəyənmiş və ilkin olaraq 3000 ABŞ dolları ödənilməli olduğunu, qalan pulu avtomobil Bakı şəhərinə gəldikdən sonra xərclərlə birlikdə ödənilməsi barədə razılaşmışlar. 2021-ci ilin iyun ayında avtomobil gətirmək adı ilə Hidayətdən iş yerində 3000 ABŞ dolları (5100 manat) almışdır. O, 2021-ci ilin avqust ayında Hidayətə zəng edərək avtomobilin gəlməsi üçün pulun qalan hissəsinin də verilməli olduğunu demişdir. Hidayət ona rayonda olduğunu demiş və Bakıda yaşayan kürəkəninin ona 3.000 manat verməyi tapşıracağını demişdir. O da sifariş etdiyi taksi vasitəsilə Hidayətin kürəkəninin göndərdiyi 3000 manatı almışdır. O, Hidayətin göndərdiyi pulu öz borc və ehtiyaclarına xərcləmiş, lakin söz verdiyi kimi xaricdən avtomobil gətirəklə bağlı hər hansı hərəkət etməmişdir. Pulu olanda o Hidayət üçün xaricdən avtomobil gətizdirəcəyini və ya pulunu özünə hissə-hissə qaytaracağını demişdir. Bir müddətdən sonra Hidayət ona zəng edərək avtomobillə bağlı maraqlanmış, o da hər dəfə pul tapmaq üçün müxtəlif bəhanələr gətirərək zaman qazanmışdır. Lakin pul tapa bilmədiyi üçün Hidayətin zənglərinə cavab verməmişdir. Sonradan Hidayətin onun ailə üzvlərinə bu barədə dediyini və bacısı İlgünün onun əvəzində Hidayətə 4000 manat pul qaytaracağını öyrənmişdir. Əvvəl düşünürmüş ki, Hidayətdən pulu borc aldığını desə cinayət məsuliyyətinə cəlb olunmaz, ona görə də Hidayətdən pulu borc aldığını və pulu qaytara bilmədikdə təklif etdiyi avtomobildən imtina etdiyini bildirmişdir. Hazırda etdiyi əməllərə peşmandır və səmimi olaraq bildirir ki, Hidayətdən 8100 manat pulu onun üçün xaricdən avtomobil gətizdirməyini deyərək almış, həmin puldan 4.000 manatı Hidayətə qaytarılmışdır. Bundan başqa o, maddi vəziyyəti pis olduğu üçün 2021-ci ilin iyun ayında musiqiçi dostu Zərərçəkmiş şəxs8 zəng etmiş və sonuncuya xaricdən müxtəlif markalı avtomobillər gətizdirib satdığını bildirmişdir. O, Talehə qiyməti 23000 manat olan Koreyadan 2014-cü il buraxılışlı “BMW F10,528i” markalı avtomobil gətirə biləcəyini və xərclərə görə ilkin ödəniş edə biləcəyini, qalan pulun isə avtomobil gəldikdən sonra hissəhissə verəcəyini təklif etmiş və Taleh də onunla razılaşmışdır. Bir neçə gündən sonra Taleh onun kart hesabına 5640 manat pul göndərmiş və həmin gün axşam saatlarında onunla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin yanında görüşmüş və ona 2560 manat da pul vermişdir. Talehə yalan deyərək Koreyadan gətizdirəcəyi avtomobili 2 aya təhvil verəcəyini demişdir. Lakin o, Talehdən aldığı pulu öz borc və ehtiyaclarına xərcləmiş və ona söz verdiyi kimi Koreyadan avtomobil gətizdirməklə bağlı heç bir iş görməmiş və bu barədə Talehə heçnə deməmişdir. O, pulu olanda Taleh üçün xaricdən avtomobil gətizdirəcəyini və ya pulunu özünə hissə-hissə qaytaracağını düşünmüşdür. Bir müddətdən sonra Taleh ona zəng edərək avtomobillə bağlı maraqlanmış, o da Talehə hər dəfə müxtəlif bəhanələr gətirərək zaman qazanmaq istəmiş, lakin pul tapa bilmədiyi üçün zənglərinə cavab verməmişdir. Sonradan Talehin onun ailə üzvlərinə bu barədə dediyini və bacısı İlgünün onun əvəzinə Talehə 3000 manat pul qaytardığını bilmişdir. O, özü də sonradan Talehə 500 manat ödəmişdir. Əvvəl düşünürmüş ki, Talehdən pulu borc aldığını desə cinayət məsuliyyətinə cəlb olunmaz. O, Talehdən ümumilikdə 8.200 manat pul almış, Talehə 2000 manat qaytarıldığı üçün qalan 6200 manat pul aldığını demişdir. Hazırda etdiyi əməllərə peşmandır və səmimi olaraq bildirir ki, Talehdən 8200 manat pulu onun üçün xaricdən avtomobil gətizdirməyini deyərək almışdır. Bundan başqa o, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Binqədi rayonu ərazisində yerləşən “Həzrət Əli” məscidində olarkən əvvəllər həmin məsciddə tanış olduğu Zərərçəkmiş şəxs2 ondan 15.000 manat dəyərində nə avtomobil ala biləcəyini soruşmuş, həmin vaxtı maddi vəziyyəti pis olduğu üçün o, özündən Əlirzaya 16.000 manat müqabilində Amerikadan 2014-cü il buraxılışlı "Kia Optima" avtomobil gətizdirə biləcəyini, məbləğin 9.000 manatını əvvəlcədən, qalan məbləği də avtomobil gəldikdən sonra ödəməyini demişdir. Daha sonra Əlirzanı inandırmaq üçün internetdən götürdüyü 2014-cü il buraxılışlı, ağ rəngli, 2 mühərrik həcmli "Kia Optima" avtomobilin fotoşəklini Əlirzaya votsap vasitəsilə göndərmişdir. Əlirza da fotoşəkilə baxmış və bəyənmiş, onunla razılaşmışdır. Bundan bir müddət sonra 2021-ci ilin avqust ayında Əlirza ona hissə-hissə ümumilikdə 9.000 manat pul vermişdir. O, Əlirzadan aldığı pulları öz ehtiyaclarına xərcləmiş və bu barədə ona bildirməmişdir. Pulu olanda Əlirzaya hissə-hissə ödəniş edəcəyini düşünmüş, lakin Əlirzaya vəd verdiyi Amerikadan avtomobil gətizdirməklə bağlı hər hansı hərəkət etməmişdir. Maddi imkanı olmadığı üçün həmin pulu Əlirzaya ödəyə bilməmiş, sonuncuya cəmi 1000 manat ödəniş etmişdir. Əlirzaya başqa avtomobil verməyi təklif etsə də, Əlirza onun təklif etdiyi avtomobildən imtina etmişdir. Bundan başqa 2022-ci ilin yanvar ayında sonradan adını Zərərçəkmiş şəxs7 bildiyi şəxs onun mobil telefonuna zəng etmiş və onun avtomobil satışı ilə məşğul olduğunu tanışlarından öyrəndiyini demişdir. Özünə münasib qiymətə avtomobil almaq istədiyini demişdir, həmin vaxt onun maddi vəziyyəti pis olduğu üçün özündən Etibara onun üçün hansı qiymətə avtomobil istəsə xaricdən gətizdirə biləcəyini demişdir. Etibar ona Koreya istehsallı avtomobil istədiyini demişdir. O da Etibara Koreyadan "Kia Rio" markalı 13500 manata avtomobil gətizdirə biləcəyini demişdir. Etibar razılıq verdikdən sonra o, avtomobilin yol xərci üçün 2500 manat pul lazım olduğunu, qalan pulu avtomobil gəldikdən sonra ödəyəcəyini demişdir. 2022-ci ilin yanvar-mart ayı ərzində Etibar onun verdiyi kart hesabına hissə-hissə olmaqla ümumilikdə 2450 manat pul göndərmişdir. O, Etibardan aldığı pulları öz ehtiyacları üçün xərcləmiş və bu barədə sonuncuya heçnə deməmişdir. O, pulu olanda özünə hissə-hissə ödəniş edəcəyini və Etibara vəd etdiyi sözlə bağlı hər hansı hərəkət etməmişdir. Bundan başqa 2022-ci ilin may ayının əvvəllərində usta Rəşadın vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 ona özünə avtomobil almaq istədiyini demişdir. Onun həmin ərəfədə maddi vəziyyəti pis olduğu üçün nağd pula etiyacı olmuş və həmin vaxt günlük icarəyə götürüb idarə etdiyi "Seat" markalı, **-HT-*** qeydiyyat nişanlı avtomobilin özünə məxsus və aylıq əl kreditində olduğunu bildirmiş, ilkin ödəniş 1700 manat özünə və qalan pulu 33 ay 400 manat ödəmək şərti ilə satdığını təklif etmişdir. Həmçinin Mehmana avtomobilin cari təmiri üçün çəkdiyi xərci aylıq ödənişdən çıxacağını demiş və Mehman onunla razılaşmışdır. Əslində Mehmana həmin avtomobilin günlük icarədə və ona məxsus olduğunu bildirməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, “Ayna Sultanova” heykəlinin yanında Mehman ona 1700 manat pulu vermiş və o da Seat markalı, **-HT-*** qeydiyyat nişanlı avtomobilini ona satmışdır. O, Mehmandan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gün keçdikdən sonra Mehman ona zəng etmiş, avtomobilin aylıq kreditdə olmadığını, günlük icarədə olduğunu öyrəndiyini və icarəyə verən şəxslərin ondan avtomobili geri istədiklərini üçün ona verdiyi 1700 manat pulu qaytarmağını tələb etmişdir. O da Mehmana pulu olmadığı üçün qaytara bilməyəcəyini, biraz səbrli olmasını demiş, lakin danışıq zamanı aralarında mübahisə yarandığı üçün əlaqəni kəsmişdir. Sonra ona Mehmana aylıq kredit adı ilə satdığı avtomobilin icarə şirkəti tərəfindən geri alındığı məlum olmuşdur. O, pulu olanda Mehmana hissə-hissə ödəniş edəcəyini düşünmüş, lakin maddi imkanı olmadığı üçün həmin pulu Mehmana ödəyə bilməmiş və zənglərinə cavab verməmişdir. Bundan başqa 2022-ci ilin mart ayında mərhum atasının musiqiçi yoldaşı Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlamış və instaqram sosial şəbəkəsində onun avtomobil alqı-satqısı ilə bağlı elanları gördüyünü, onun üçün də münasib qiymətə avtomobil təşkil etməyini xahiş etmişdir. O da Yaquba münasib qiymətə Koreya Respublikasından «Kia» və «Hyundai» markalı avtomobilləri Azərbayaca gətizdirəcəyini, özündən Yaquba istəsə həmin avtomobillərdən özünün də sata biləcəyini demişdir. Sonra onlar görüşmüş və Yaquba öz mobil telefonunda internetdə Koreyada satış elanlarda müxtəlif markalı avtomobil fotoşəkillərini göstərmiş və elanda olan 2010-cu il buraxılışlı «Hyundai Sonata» markalı avtomobili 2450 ABŞ dolları müqabilində ala biləcəyini və Bakı şəhərinə 14000-15000 manat qarşılığında təhvil verə biləcəyini demişdir. Yaqub avtomobilin şəklinə baxıb bəyənmişdir. Onlar Yaqubun beh qismində 1000 manat verməli olması və avtomobil Bakıya gəldikdən sonra isə avtomobilin tam pulunu ona ödəniş edərək avtomobili götürməli olması barədə razılığa gəlmişlər. Bir neçə gündən sonra Yaqub ona 1000 manat vermiş, o da Yaquba heç bir narahatçılıq olmadığını, 2 ay ərzində sözü gedən avtomobili ona təhvil verəcəyini bildirmişdir. Yaqubdan aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Daha sonra o, Yaqubla əlaqə saxlamış və avtomobilin Gürcüstan Respublikasında olduğunu, həmin avtomobilin Azərbaycana gətirilməsi üçün 500 manat pul lazım olduğunu demiş və Yaqub onun kart hesabına 500 manat göndərmişdir. Bir qədər sonra 2022-ci ilin may ayının ortalarında Yaqubla əlaqə saxlamış, avtomobilin Bakı şəhərinə gətirildiyini və hal hazırda gömrük məntəqəsində olduğunu, avtomobilin gömrükdən keçirilməsi üçün 4000 manat pul lazım olduğunu demişdir. Həmin gün o, Yaqubla Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən «HP Güvən» kilinikasının qarşısında görüşərək 4000 manat pul almışdır. Yaqubdan ümumilikdə aldığı 5500 manat pulu öz ehtiyaclarına xərcləmiş və bu barədə ona bildirməmişdir. O, pulu olanda Mehmana hissə-hissə ödəniş edəcəyini düşünmüş, lakin maddi imkanı olmadığı üçün həmin pulu Mehmana ödəyə bilməmiş və zənglərinə cavab verməmişdir. Əvvəl düşünürmüş ki, Yaqubdan pulu borc aldığını desə cinayət məsuliyyətinə cəlb olunmaz. Hazırda etdiyi əməllərə peşmandır və səmimi olaraq bildirir ki, 5.500 manat pulu Yaqub üçün xaricdən avtomobil gətizdirməyini deyərək almışdır. Bundan başqa o, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində keçmiş qaynatasına məxsus evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs3 ilə münasibəti olduğu üçün ona da xarici ölkədən müxtəlif markalı avtomobillərin alqı-satqısı ilə məşğul olduğunu demişdir. 2022-ci ilin iyun ayında Elvin ona yeni avtomobil almaq üçün idarə etdiyi özünə məxsus 2006-cı il buraxılışlı qara rəngli «Volswagen VW Touareg» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini demişdir. O, Elvinin avtomobilinə baxmış və xərcə ehtiyac olduğunu demişdir. Dah asonra o, avtomobili ona verməyini və həmin təmir işlərini aradan qaldıraraq 10.000 manata satacağını demişdir. Elvin də razılaşaraq avtomobilini ona vermişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Elvinə özündən Koreya Respublikasından bir neçə «Hyundai» və «KİA» markalı avtomobilər sifariş verdiyini, qısa müddət ərzində həmin avtomobilərin Bakı şəhərinə gətizdirəcəyini və istəsə həmin avtomobillərdən birini ona sata biləcəyini demişdir. Votsap vasitəsilə Elvinə internetdə satış elanlarından götürdüyü bir neçə avtomobillərin fotoşəkillərini göndərmişdir. Elvin həmin avtomobillərdən 2013-cü il buraxılışlı ağ rəngdə olan «Hyundai Avante» markalı avtomobilini bəyənmişdir. O, yalan deyərək Elvinə həmin avtomobilin Bakı şəhərinə çatdırılması və gömrük xərcləri ilə birlikdə 12.300 manata başa gələcəyini demişdir. Elvin özünə məxsus «Volswagen VW Touareg» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 10.000 manat qarşılığında ona satmağa verəcəyini, yerdə qalan 2300 manat pulu, hissə- hissə olmaqla «Hyundai Avante» markalı avtomobili Azərbaycana gələnə qədər ödəməli olmaları barədə razılığa gəlmişlər. 2022-ci ilin iyun-iyul ayı ərzində Elvindən hissə-hissə ümumilikdə 2300 manat pul almış, həmin pulu öz ehtiyaclarına xərcləmiş və bu barədə Elvinə bildirməmişdir. O, pulu olandan sonra Elvinə hissə-hissə ödəniş edəcəyini və Elvinə vəd verdiyi Koreyadan avtomobil gətizdirməklə bağlı hər hansı hərəkət etməyəcəyini düşünmüşdür. Həmçinin Elvinin ona verdiyi «Volswagen VW Touareg» markalı avtomobili də sata bilməmişdir. Bir müddətdən sonra Elvin ona zəng edərək onun üçün Koreyadan gətizdirəcəyi avtomobillə, həmçinin ona vermiş olduğu «Volswagen VW Touareg» markalı avtomobili ilə də maraqlanmış, o da müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Daha sonra Elvinin ona satmağa verdiyi «Volswagen VW Touareg» markalı avtomobilə etibarnamə olmadan idarə etmiş, həmin müddətdə törətdiyi inzibati xətala görə ödənilməyən cərimələr olduğu üçün avtomobil YPX işçiləri tərəfindən saxlanılmış və ondan alınaraq cərimə meydançasına yerləşdirilmişdir. Sonra o, avtomobillə bağlı yazılmış təxminən 700 manat məbləğində cərimə pulunu Elvinin kart hesabına göndərmiş, lakin maddi imkanı olmadığı üçün Elvindən aldığı 2.300 manat pulu qaytara bilməmişdir. Əvvəl düşünürmüş ki, Elvindən pulu borc aldığını desə cinayət məsuliyyətinə cəlb olunmaz. Hazırda etdiyi əməllərə peşmandır və səmimi olaraq bildirir ki, Elvindən 2.300 manat pulu onun üçün xaricdən avtomobil gətizdirməyini əvvəlcədən deyərək almışdır. Bundan başqa 2022-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs10 ona “Kia Rio” markalı avtomobil almaq istədiyini demiş, o da Elşənə yalandan auksion vasitəsilə ABŞ-dan ona 2009-cu il buraxılışlı “Kia Rio” markalı avtomobili ümumilikdə 7500 manata gətizdirə biləcəyini demişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Elşəndən ala biləcəyi pulu sonradan özünə hissə-hissə qaytaracağını düşünmüşdür. Elşən onunla avtomobilin pulunu ona hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. 2022-ci ilin iyun ayının ortalarında Elşənlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşmüş və Elşən ona 1500 manat pul vermişdir. O, Elşənə auksionda 2009-cu il buraxılışlı “Kia Rio” markalı avtomobili oynayaraq əldə edəcəyini və həmin avtomobili 2022-ci ilin avqust ayında Bakı şəhərinə gətiriləcəyini demişdir. Elşəndən ona ödəniş etməsini demiş və Elşəndən aldığı pulu özünə xərcləmişdir. Təxminən 1 aydan sonra Elşənlə Binəqədi rayonu ərazisində görüşmüş və ondan 6000 manat pul almışdır. O, Elşənə hər şeyin qaydasında olduğunu demişdir. O, Elşəndən ümumilikdə aldığı 7500 manat pulu öz ehtiyaclarına xərcləmiş və bu barədə ona bildirməmişdir. O, pulu olanda Elşənə hissə-hissə ödəniş edəcəyini düşünmüş, lakin maddi imkanı olmadığı üçün həmin pulu Elşənə ödəyə bilməmiş və zənglərinə cavab verməmişdir. Bundan başqa 2023-cü ilin yanvar ayında X3 ilə təsadüfən “instaqram” sosial şəbəkəsində tanış olmuş, həmin vaxt instaqramda "Zam Zam" səhifəsini işlətmişdir. Həmin ərəfələrdə Ramil ilə tanış olan zaman aralarında yaranmış münasibət zamanı özündən Koreya Respublikasından avtomobil gətizdirib satdığını demişdir. Ramil də özünə "Kia Sorento" markalı avtomobil gəitməyini istəmişdir. O, Ramilə problem olmadığını demiş və internetdən götürdüyü "Kia Sorento" markalı avtomobilin şəklini Ramilə göndərmiş və Ramil də baxıb bəyənmişdir. O, özündən həmin avtomobilin alış qiymətinin 6589 ABŞ dollar olduğunu, 1000 ABŞ dolları beh verilməsini, qalan pulları da hissə-hissə avtomobil gələnə qədər və gələndən sonra verəcəyini demiş və Ramil onunla razılaşmışdır. Həmin vaxt ona pul lazım olmuş, ona görə də Ramildən pulu bu adla pul almağı düşünmüşdür. Daha sonra o, özünə məxsus Leo bank hesab kartının fotoşəklini votsapla Ramilə göndərmiş və ödəniş etməsini bildirmişdir. Bundan sonra Ramil ona hissə-hissə təxminən 5.000 manat pul vermişdir. Onun Ramilə özündən dediyi avtomobilin hissə-hissə ödəniş pulu ilə bağlı şərti Ramili qane etdiyi üçün Ramilə dediyi şərtlərlə əlavə olaraq avtomobil gətizdirərək sata biləcəyini demişdir ki, O da Ramilin ona inandığını görmüş, əlavə də avtomobil gətizdirə biləcəyini demişdir. Bir neçə gündən sonra Ramillə yenidən görüşən zaman özündən onun üçün əlavə 2 ədəd avtomobil "Kia Optima" və "Hyundai Sonata" markalı avtomobil sifariş etdiyini demişdir. Ramil əlavə 2 avtomobilə ödəniş edə bilməyəcəyini dedikdə, Ramilə narahat olmamağı, pulu çatmasa avtomobilləri gətizdirib satacağını, ona ödədiyi pulunu özünə qaytaracağını söyləmişdir. Bundan sonra Ramildən Koreyadan 3 ədəd avtomobil gətizdirmək adı ilə ümumilikdə təxminən 36.810 manat pul almışdır. Həmin pulları Ramil onlayn vasitəsi ilə onun “Leo Bank” hesabına göndərmişdir. Qalan məbləği isə əlbəəl olaraq Ramilin özündən və özü olmadıqda isə onun tapşırığı ilə qardaşı Orxandan Bakı şəhərinin xatırlamadığı müxtəlif yerlərində və vaxtlarında görüşərək almışdır. Həmin məbləğlərin bir qismini “ABŞ” dolları və milli manatla almışdır. Ramildən ümumilikdə aldığı təxminən 36.810 manat pulu öz borc və ehtiyaclarına xərcləmiş və bu barədə ona bildirməmişdir. O, pulu olandan sonra özünə hissə-hissə ödəniş edəcəyini və ya əlinə düşən hər hansı bir avtomobil təklif edəcəyini düşünmüş, lakin Ramilə vəd verdiyi Koreyadan 3 ədəd avtomobil gətizdirməklə bağlı heç bir iş görməmişdir. Lakin maddi imkanı olmadığı üçün həmin pulu Ramilə tam ödəyə bilməmiş, cəmi 1.000 manat ödəmiş və sonradan zənglərinə cavab verməmişdir. Ramil və onun qardaşı Orxandan pulları aldığı zaman yanında heç kim olmamışdır. Əvvəl Ramildən az pul aldığını və 2 avtomobil gətizdirəcəyini desə, həmin məbləği də qaytarmaq ona çətin olacağını düşünmüş, ona görə də əvvəlki ifadələrində Ramildən ümumilikdə 13425 manat pul aldığını və 2 avtomobil gətizdirdiyini bildirmişdir. Hazırda etdiyi əməllərə peşmandır. Ramilə Koreyadan 1 ədəd "Kia Sorento", 1 ədəd "Kia Optima" və 1 ədəd "Hyundai Sonata" markalı avtomobil, yəni 3 ədəd avtomobil gətizdirməyini vəd verərək Ramil və qardaşı Orxandan hissə-hissə ümumilikdə 36810 manat pul almış və həmin puldan Ramilə cəmi 1.000 manat qaytara bilmişdir. Bundan başqa o, 2023-cü il may ayının əvvəllərində İlqarın qaynatası X6 Gənclər şəhərciyində olan evində kirayə yaşamışdır. İlqarla tanış olduqdan sonra mütəmadi olaraq görüşüb söhbət etmişlər. Görüşlərin birində İlqara özündən xarici ölkələrdən ucuz qiymətə avtomobil gətirdiyini demişdir. Maddi vəziyyəti pis olduğu üçün İlqardan bu adla pul almağı düşünmüşdür. İlqar ona “Hyundai Elantra” markalı, 2011-ci il buraxılışlı avtomobil almaq istədiyini bildirmişdir. O, İlqara yalandan Koreyadan 13.000 manata ona dediyi avtomobili gətirə biləcəyini bildirmiş və İlqar da onunla razılaşmışdır. İlqarı inandırmaq üçün internetdə 2011-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobili taparaq votsapla İlqara göndərmişdir. İlqar da ondan həmin avtomobili gətirməyini xahiş etmişdir. İlqarla 13000 manatı ona hissə-hissə verəcəyi ilə razılaşmışlar. O, votsapla özünün 4098 5844 7123 7550 nömrəli “Leo Bank” kartını İlqara göndərmişdir. Bundan sonra İlqar 04 may 2023-cü il tarixdə onun hesab kartına 750 manat, 06 may 2023-cü il tarixdə 612 manat, 08 may 2023- cü il tarixdə 1100 manat, 12 may 2023-cü il tarixdə 700 manat, 12 may 2023-cü il tarixdə 170 manat, 13 may 2023-cü il tarixdə 400 manat pul göndərmişdir. O, İlqara 45 gün ərzində avtomobilin gəmi ilə Bakı şəhərinə gələcəyini və gömrük rüsumlarını ödəyərək 2011-ci il buraxılışlı, “Hyundai Elantra” markalı avtomobili ona verəcəyini bildirmişdir. Halbuki İlqardan ümumilikdə aldığı 3732 manat pulu öz ehtiyaclarına xərcləmiş və bu barədə ona bildirməmişdir. O, pulu olandan sonra özünə hissə-hissə ödəniş edəcəyini düşünmüş və İlqara vəd verdiyi Koreyadan avtomobil gətizdirməklə bağlı heç bir iş görməmişdir. Bundan sonra İlqarın zənglərinə cavab verməmiş və götürməmiş və sonradan isə telefonunu söndürmüşdür. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, yaşadığı ev təmir olunan zaman təxminən 2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən Təqsirləndirilən şəxs qaynatasına məxsus evdə kirayədə yaşamış və kirayə pulunu İlkinin vasitəsilə ödəmişdir. İlkin xarici ölkədən müxtəlif markalı avtomobilərin alqı-satqısı ilə məşğul olduğunu ona demişdir. O, 2022-ci ilin iyun ayında özünə yeni avtomobil almaq qərarına gəlmişdir. Bu səbəbdən də İlkinlə əlaqə saxlamış və yaşadığı ünvanın qarısında görüşmüşdür. İlkinə özünə məxsus 2006-cı il buraxılışlı qara rəngli “Wolkswagen VW Touareg” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona avtomobili 10.000 manata sata biləcəyini bildirmişdir. O, İlkinə inanaraq avtomobilin açarını ona avtomobili düzəltmək və satma üçün vermişdir. Bir neçə gündən sonra İlkin onunla əlaqə saxlamış və tanışının ona məxsus avtomobili bəyəndiyini, almaq istədiyini bildirmişdir. Əlavə olaraq o, özünün Koreya Respublikasından bir neçə “Hyundai” və “Kia” markalı avtomobillər sifariş verdiyini, qısa müddət ərzində sözü gedən avtomobilərin Bakı şəhərinə gətizdirəcəyini, istəsə həmin avtomobilərdən birini ona sata biləcəyini söyləmişdir. Daha sonra İlkin ona votsapla Koreya Respublikasında satışda olan çox sayda «Hyundai» və «KİA» markalı avtomobilərin şəkillərini göndərmişdir. Həmin avtomobilərdən birini bəyənmişdir. İlkinin ona həmin avtomobilin Bakı şəhərinə çatdırılması və gömrük xərcləri ilə birlikdə 12.300 manata başa gələcəyini demişdir. Aralarında olan şifahi razılaşmaya əsasən özünə məxsus « Wolkswagen VW Touareg» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 10.000 manat qarşılığında İlkinə verəcəyini, yerdə qalan 2300 manat pulu, hissə-hissə olmaqla «Hyundai Avante» markalı avtomobil Azərbaycana gələnə qədər ödənilməsi barədə razılığa gəlmişlər. İlkinin deməsinə görə sözü gedən avtomobil xx.xx.2022-ci il tarixədək Azərbaycana gəlməli idi. xx.xx.2022-ci il tarixdə İlkin votsapla öz hesab kartın fotoşəklini ona göndərmiş, o, həmin karta 400 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə həmin hesab kartına 500 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə İlkinin sifarişi əsasında gələn taksi sürücüsünə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsində İlkinə çatdırılması üçün 300 ABŞ dolları və 110 manat pul, ümumilikdə 620 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə İlkin ona zəng edərək avtomobilin qısa müddətə Azərbaycanda olacağını demiş və avtomobilin qalıq ödənişini verməyini xahiş etmişdir. O da həmin gün İlkinlə Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsində görüşmüş və sonuncuya 780 manat pul vermişdir. Beləliklə, o, İlkinə ümumilikdə 2300 manat pul vermişdir. O, xx.xx.2022-ci il tarixdə İlkinə zəng etsə də, İlkin onun zənglərinə cavab verməmişdir. Daha sonra bir neçə dəfə çətinliklə olsa da, İlkinlə əlaqə saxlaya bilmiş, İlkin hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Həmin tarixlərdə İlkin satmaq üçün verdiyi « Wolkswagen VW Touareg» markalı avtomobillə bağlı yazılmış inzibati cərimələri ödəcəyini desə də, ödəməmişdir. xx.xx.2022-ci il tarixdə İlkinin onu aldatdığına əmin olmuş və bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İlkinə özünə məxsus “Wolkswagen VW Touareg» markalı avtomobili verən zaman o, sonuncuya etibarnamə verməmişdir. Daha sonra ona Təqsirləndirilən şəxs etibarnaməsiz avtomobili idarə etdiyi və buna görə də xx.xx.2022-ci il tarixdə YPX əmədaşları tərəfindən cərimə meydançasına qoyulduğu məlum olmuşdur. Sonradan İlkin avtomobilə yazılmış cərimələrə görə onun kart hesabına ümumilikdə 700 manat pul göndərmiş, o da cərimələri ödəmişdir. «Wolkswagen VW Touareg» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili nasaz vəziyyətdə olduğu üçün cərimə meydançasında qalmışdır. İlkinə onun üçün Koreyadan avtomobil gətizdirəcəyini adı ilə 2022-ci ilin iyun-iyul aylarında hissə-hissə ümumilikdə 2.300 manat pul vermişdir. Həmin 2300 manat pulu İlkin tam şəkildə ona ödəmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmışdır. O, mülki iddiasında avtomobili cərimə meydançasında qaldığına görə 287 manat, avtomobilinin təmirinə görə 2510 manat, ümumulikdə 2797 manat pul xərclədiyini qeyd etmişdir. Ona görə də 2797 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 mülki iddiası ilə bağlı bildirmişdir ki, avtomobili Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu avtomobili idarə etmiş, etibarnaməsi olmadığı üçün avtomobili cərimə meydançasına yerləşdirilmiş, avtombilini təxmini bir il sonra 2023-cü ilin iyun ayında cərimə meydançasından çıxarmış, həmin vaxt avtomobilində çoxsaylı nasazlıqların olmasını aşkar etmişdir. Buna görə də avtomobilinə müvafiq xərcləri çəkmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi arasında qismən ziddiyyət yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobilin ön alın şüşəsinin çat olduğunu və avtombilin polirovkaya ehtiyacının olduğunu deyərək, avtomobili ona verməyini, həmin problemləri aradan qaldıraraq satacağını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayında Binəqədi rayonunda yerləşən "Həzrət Əli" məscidində olarkən Təqsirləndirilən şəxsla tanış olmuşdur. İlkin də namaz qılmışdır və tez-tez məsciddə görüşürmüşlər. Hər görüşəndə xaricdən avtomobil gətirmək üçün geniş əlaqələrinin olduğunu və avtomobil lazım olarsa ona köməklik edə biləcəyini demişdir. Həmin ərəfələrdə o, öz avtomobilini dəyişmək istədiyini 2021-ci ilin aprel-may aylarında İlkinə bildirmiş və ondan 15.000 manat dəyərində hansı avtomobil ala biləcəyini soruşmuşdur. İlkin isə 16.000 manat müqabilində onun üçün Amerikadan 2014-cü il buraxılışlı "Kia Optima" avtomobil gətizdirə biləcəyini demiş, o da İlkini dindar bir şəxs kimi tanıdığı üçün onu aldada biləcəyini heç ağlına da gətirməmiş, buna görə də pulun bir hissəsini ödəmək şərti ilə yeni avtomobil sifariş etməyi, qalan məbləği də avtomobil gəldikdən sonra özünün idarə etdiyi avtomobili satıb ödəyəcəyini düşünmüşdür. Ona görə də o, İlkinlə razılaşmışdır. İlkin ona məbləğin 9.000 manatını əvvəlcədən, qalan məbləği də avtomobil gəldikdən sonra ödəyəcəyini demişdir. Daha sonra 2021-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixlərdə 3 dəfə olmaq şərtilə, ilk dəfə əlbəəl 4.000 manat pulu Binəqədi rayonu Z.Əliyeva adına göz xəstəlikləri İnstitutunun yaxınlığında, ikinci dəfə 3.500 manat pulu M.Əcəmi metrostansiyası yaxınlığında, sonuncu dəyə isə 1.500 manat pulu Bakı şəhəri, N.Nərimanov adına olan parkın yaxınlığında yerləşən "xxxx" ödəmə terminalı vasitəsilə İlkinin ona göndərdiyi kart hesabına göndərmişdir. Beləliklə o, İlkinə 2021-ci ilin avqust ayında ümumilikdə 9.000 manat pul vermişdir. İlkin 3 ay ərzində avtomobili Amerikadan gətiriləcəyini və ona gözləməyini bildirmişdir. Lakin 3 ay tamam olduqdan sonra o, İlkinə zəng edərək avtomobilin nə vaxt gələcəyini soruşduqda, İlkin avtomobilin gecikdiyini, növbəti 2 ay ərzində gələcəyini bildirmişdir. Beləliklə, İlkin müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Artıq o, İlkinin onu aldatmasını başa düşmüşdür. Buna görə də İlkindən pulunu geri qaytarmağa tələb etmişdir. İlkin isə 2022-ci ildə hissə-hissə olmaqla ona ümumilikdə 1.000 manat pul qaytarmış, qalan 8.000 manat pulunu qaytarmaqdan boyun qaçırmışdır. İlkin hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Daha sonra İlkinə məxsus mobil nömrələrə zəng etsə də, zənglərə cavab verməmiş və İlkinlə əlaqə saxlaya bilməmiş, buna görə də İlkin barəsində polisə şikayət etmişdir. Daha sonra zərəçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 9000 manat maddi ziyandan 1800 manat borcu qaldığını və onu tələb etdiyini, verdiyi mülki iddiadan imtina etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla tanışı avtomobil ustası Rəşadın vasitəsilə tanış olmuşdur. 2022-ci ilin may ayının əvvəllərində özünə avtomobil almaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona özünə məxsus "Seat" markalı, **-HT-*** qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 1700 manat olmaqla 33 ay 400 manat ödəmək şərti ilə satdığını, avtomobili əl kreditində olduğunu, ilkin ödənişi özünə, qalan aylıq ödənişləri isə ona deyəcəyi şəxsə ödəyəcəyini bildirmişdir. İlkinin təklifi onu qane etdiyi üçün onunla razılaşmışdır. O, avtomobilə baxıb təxminən 500 manat xərci olduğunu görmüşdür. İlkin ona həmin pula avtomobili təmir etdirsə aylıq ödənişdən çıxılacağını bildirmiş və o, bununla razılaşmışdır. O, 1700 manat pulu Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, “Ayna Sultanova” heykəlinin yanında xx.xx.20222-ci il tarixdə Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Ramazan bayramına təsadüf etdiyi üçün İlkin ona bayram günləri bitdikdən sonra avtomobili rəsmiləşdirəcəyini demişdir. Bir neçə gündən sonra o, İlkinin ona satdığı avtomobilin "rent a car" aməxsus olduğunu öyrənmişdir. Bununla bağlı İlkinə zəng etmiş və onu aldatdığını demişdir. O, İlkindən verdiyi avtomobili istəmədiyini və 1700 manat pulu geri qaytarmasını tələb etmişdir. İlkin isə müxtəlif bəhanələr gətirmiş və pulunu ödəyəcəyini demişdir. O da avtomobili icarə şirkətinə təhvil vermişdir. Lakin, İlkin onun pulunu geri qaytarmamışdır. İlkin onu aldadaraq 1700 manat pulunu ələ keçirmişdir. O, da İlkin barədə polisə şikayət etmişdir. İlkinin ona satdığı həmin avtomobilin təmirinə 500 manat xərcləmişdir. İlkinlə aralarında şifahi formada razılaşma olmuşdur. İlkinin onu aldadıb pulunu ələ keçirməsi nəticəsində ona 1.700 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun tərəfindən dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, İlkini atası Valeh Hətəmovun vasitəsi ilə tanımışdır. Hər ikisi musiqiçi olduğu üçün aralarında normal münasibət yaranmışdır. Özünə məxsus 2001-ci il buraxılışlı tünd göy rəngli «Audi S8» markalı avtomobili satmış və yeni avtomobil almaq qərarına gəlmişdir. Həmin tarixdə özü üçün münasib qiymətə avtomobil axtarmışdır. Bu zaman mobil telefonunda olan «İnstagram» sosial şəbəkəsində Təqsirləndirilən şəxs məxsus «ilkin_valehov» səhifəsində müxtəlif avtomobilərin satışı barədə elan yerləşdirildiyini görmüşdür. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə həmin səhifəyə Təqsirləndirilən şəxs əlaqə saxlamaq üçün mobil nömrəni ona verməyi yazmışdır. İlkin ***-***-**-** nömrəsi ilə ona yazmış və onlar telefon vasitəsi ilə əlaqə saxlamışlar. İlkin hal-hazırda özündə satışda bir neçə avtomobil olduğunu və istəsə həmin avtomobilərə baxa biləcəyini demişdir. Bir qədər sonra İlkin onun yaşadığı evin qarşısına gəlmiş və özünə məxsus avtomobilərə baxmaq üçün onu yaşadığı evin qarşısına aparmışdır. Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında yeni tikili binanın qarşısında çoxlu sayda müxtəlif markalı avtomobilər olmuşdur. O, həmin avtomobilərə baxmış, lakin həmin avtomobilərin qiyməti onun büdcəsinə uyğun olmadığı üçün İlkinə sözü gedən avtomobiləri ala bilməyəcəyini demişdir. Daha sonra İlkin ona münasib qiymətə Koreya Respublikasından «Kia» və «Hyundai» markalı avtomobiləri Azərbayaca gətizdirdiyini demiş, əgər istəsə həmin avtomobilərdən birini münasib qiymətə ona verə biləcəyini təklif etmişdir. Daha sonra İlkin özünə məxsus mobil telefonunda adını dəqiq xatırlamadığı elektron səhifəyə daxil olmuş, həmin səhifədə çox sayda müxtəlif markalı avtomobillərin elanı yerləşdirilmişdır. Orada olan avtomobilər hərrac vasitəsi ilə satılırmış. Bir qədər həmin elanda olan avtomobilərə baxış keçirmişlər, İlkin elanda olan 2010-cu il buraxılışlı «Hyundai Sonata» markalı avtomobili ona göstərmiş və həmin avtomobili 2450 ABŞ dolları qarşılığında ala biləcəyini bildirmişdir. İlkin həmin avtomobili ona gömrük və daşınma xərcləri ilə birlikdə ona 14-15 min manat qarşılığında təhvil verə biləcəyini demişdir. O, avtomobilin fotoşəkilərinə baxmış və İlkinin təklifi ilə razılaşmışdır. Aralarında olan şifahi sövdələşməyə əsasən o, İlkinə 1000 manat beh vermiş, aralarında olan razılaşmaya əsasən avtomobil Bakı şəhərinə gəldikdən sonra isə bütöv pulu İlkinə ödəniş edəcəyi təqdirdə avtomobili götürməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə o, yaşadığı ünvan 4 ünvanın qarşısında İlkinlə görüşmüş və o, Koreya Respublikasından gətiriləcək «Hyundai Sonata» markalı avtomobilə görə 1000 manat pul ona vermişdir. xx.xx.2023-cü il tarixdə İlkin onun votsap nömrəsinə «Hyundai Sonata» markalı avtomobilin şəklini atmış və iki ay ərzində sözü gedən avtomobili ona təhvil verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə İlkin yenidən onunla əlaqə saxlamış və avtomobilin Gürcüstan Respublikasında olduğunu, həmin avtomobilin Azərbaycana gətirilməsi üçün 500 manat pul vəsaiti lazım olduğunu demişdir. Həmin gün İlkinin dəqiq xartırlamadığı kart hesabına 500 manat pul göndərmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə İlkin yenidən onunla telefon vasitəsi ilə əlaqə saxlamış və «Hyundai Sonata» markalı avtomobilin Bakı şəhərinə gətirildiyini və hal-hazırda gömrükdə olduğunu, avtomobilin gömrükdən keçirilməsi üçün 4000 manat pul vəsaiti lazım olduğunu demişdir. Həmin gün İlkinlə Bakı şəhəri, Binəqədi rayonu, Naxıvani küçəsində yerləşən «HP Güvən» kilinikasının qarşısında görüşmüş və İlkinə 4000 manat pul vermişdir. Həmin vaxtdan sonra o, İlkinə zəng edərək avtomobillə maraqlanmış, lakin İlkin hər dəfə telefon vasitəsi ilə müxtəlif bəhanələr gətirərək avtomobilini təhvil verəcəyinə söz versə də, nə «Hyundai Sonata» markalı avtomobili təhvil vermiş, nə dəki pulunu da qaytarmışdır. Daha sonra İlkin onunzənglərinə cavab verməmişdir. Sonradan İlkinin ondan başqa şəxslərə də eyni adla vəd verərək aldadaraq pullarını ələ keçirdiyini eşitmişdir. Buna görə də İlkin barəsində polisə şikayət etmişdir. İlkin onu aldadaraq ümumi 5.500 manat pulunu ələ keçirmişdir, ona ümumilikdə 5.500 manat maddi ziyan dəymişdir. Daha sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə onun arasında ayda 500 manat olmaqla, cəmi 3800 manat məbləğin ödənilməsi barədə razılıq əldə olunduğunu və buna görə də sonuncuya qarşı şiakyət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq avtovağzalın içərisində olan ticarət mərkəzində musiqi mağazası işlədir. Həmin mağazada müxtəlif müsiqi alətlərinin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında işlətdiyi mağazaya gələrək, bir neçə dəfə müxtəlif musiqi alətləri almışdır. Həmin vaxtdan İlkinlə münasibətləri yaranmışdır. İlkinlə söhbət edərkən özünün müsiqiçi olduğunu və əlavə gəlir olaraq avtomobil ticarəti ilə məşğul olduğunu demişdir. Söhbət zamanı İlkinə özünə münasib qiymətə avtomobil almaq istədiyini demişdir. 2021-ci ilin iyun ayında İlkin telefon vasitəsi ilə onunla əlaqə saxlamış və onun üçün Koreyadan münasib qiymətə avtomobil tapdığını bildirmişdir. Daha sonra onun telefonunda olan votsap nömrəsinə 2014-cü il buraxılışlı "Hyundai Santa fe" markalı avtomobilin şəklini göndərmişdir. O, avtomobilin şəklinə baxmış və bəyənmişdir. O, İlkinə ilkin olaraq 3000 ABŞ dolları, daha sonra avtomobil Bakı şəhərinə gətirilən zaman yerdə qalan xərcləri isə ödənilməsi barədə razılığa gəlmişlər. Həmin avtomobil elanda satış qiyməti 8299 ABŞ dolları qeyd olunmuşdur. O, 2021-ci ilin iyun ayında işlədiyi Bakı Beynəlxalq Avtovağzalın duracağında Təqsirləndirilən şəxsla görüşmüş və İlkinə ümumilikdə 3000 ABŞ dolları pul vermişdir. Təxminən 2021-ci ilin avqust ayında İlkin onunla əlaqə saxlamış və pulun yerdə qalan hissəsini ona verməyini tələb etmişdir. Həmin vaxt o, Şamaxı rayonunda olduğu üçün kürəkəni Şahid2 İlkinlə görüşmüş və sonuncuya 3000 manat pul vermişdir. Bir neçə gündən ona Təqsirləndirilən şəxs xaricdən avtomobil gətirmək adı ilə çox sayda şəxsi aldadaraq pularının ələ keçirdiyini eşitmişdir. Bu səbəbdən İlkinlə əlaqə saxlamış və pulunu geri qaytarmasını tələb etmişdir. İlkin müxtəlif bəhanlər gətirərək pulunu geri qaytarmamışdır. Bu səbəbdən İlkinin ailə üzvləri ilə əlaqə saxlamış, İlkinin anası ilə Nəsimi rayonu ərazisində yerləşən Təzə bazarın yaxınlığında ünvanını xatırlamadığı bağçada görüşmış, İlkinin anası ona ümumilikdə 4000 manat pul vermişdir. İlkinin ona əlavə 4100 manat da borcu qalmışdır. Bundan sonra İlkin və anası qısa müqddət ərzində pulunu geri qaytaracaqlarına söz vermişlər. Lakin, onun pulu geri qaytarılmamışdır. Ona görə də şikayətlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Daha sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını və qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs onun qaynatası Müşfiq Ədilova məxsus Abşeron Gənclər şəhərciyində yeni tikili binada kirayədə yaşamış, həmin müddətdə İlkinlə aralarında münasibət yaranmışdır. İlkin ona xarici ölkədən ucuz qiymətə müxtəlif markalı avtomobil gətizdirdiyini demişdir. Daha sonra söhbət zamanı ona da ucuz qiymətə avtomobil gətizdirəcəyini təklif etmiş, İlkinin normal insan olduğunu düşündüyü üçün razılaşmışdır İlkin ona boz metallik rəngli, "Hyundai Elantra" minik markalı, 2011-ci il buraxılışlı avtomobili 13000 manata gətizdirəcəyini demiş və onun votsap nömrəsinə "Hyundai Elantra" markalı avtomobilin şəkillərini göndərmiş, o da bəyənmişdir. Daha sonra onlar avtomobilin pulunu hissə-hissə ödənilməsi barəsə razılaşmışlar. O, avtomobilin gəlməsi üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mkr "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə İlkinin **********237550 nömrəli "Leo bank" kart hesabına 750 manat göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə İlkinin kart hesabına 612 manat göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə İlkinin kart hesabına 1100 manat göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, "Səda Store" mağazasında ödəmə terminalı vasitəsilə İlkinin kart hesabına 700 manat və 170 manat göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 16-cı məhəllə, "Fəxri" marketdə mağazasında ödəmə terminalı vasitəsilə İlkinin kart hesabına 400 manat göndərmişdir. Pulu ödədikdən sonra İlkin ona 45 gün ərzində avtomobilin Bakıda olacağını demişdir. xx.xx.2023-cü il tarixdə İlkinə zəng etmiş, lakin zəng çatmamış, yoldaşının nömrəsini tapıb zəng etdikdə İlkinin ondan başqa bir neçə nəfərə də avtomobil gətirəcəyi adı ilə aldatdığını bildirmişdir. Sonra İlkin barəsində polisə şikayət etmişdir. O, dəfələrlə İlkinin ailə üzvlərinə zəng etsə də, onlar pul verməkdən boyun qaçırmışlar. Ona görə də şikayətlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs9 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını və qeyd olunan halların nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, İlkini bir neçə ildir ki, tanıyır. Görüş əsnasında İlkin ona avtomobil alqı-satqısı ilə məşğul olduğunu demişdir. O, 2022-ci ilin iyun ayında özünə “Kia Rio” markalı avtomobil almaq istəmiş və buna görə də İlkinə müraciət etmişdir. İlkin ona auksionda oynadıqdan sonra ABŞ-dan ona 2009-cu il buraxılışlı, “Kia Rio” markalı avtomobili ümumilikdə 7500 manata gətirəcəyini bildirmişdir. O da razılaşmış, lakin İlkinə pulu hissə-hissə verəcəyini demişdir. 2022-ci ilin iyun ayının ortalarında İlkinlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan “Röya” adlı şadlıq sarayının qarşısında görüşmüş və İlkinə 1500 manat pul vermişdir. İlkin auksionda 2009cu il buraxılışlı “Kia Rio” markalı avtomobili oynayaraq əldə edəcəyini və 2022-ci ilin avqust ayınında Bakı şəhərinə gətiriləcəyini demişdir. O da İlkinə inanmışdır. İlkin qalan məbləği də çatdırmağını ondan xahiş etmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində İlkinlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan “Röya” adlı şadlıq sarayının qarşısında görüşmüş və İlkinə 6000 manat pul vermişdir. 2022-cü ilin avqust ayında avtomobil gəlməmiş və İlkindən bunun səbəbini soruşduqda sonuncu ona avtomobilin gəmidə, yəni yolda olduğunu demişdir. İlkin bu yolla müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonradan ona verdiyi puldan cəmi 1000 manat qaytarmışdır. Onun İlkinə 7500 manat pulun verilməsi ilə bağlı aralarında qəbz və yaxud müqavilə olmamış və pulu verən zaman onların yanında heç kim olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs10 oğlu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını və qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından etibarən tanımış, təsadüfən “instagram” sosial şəbəkəsində tanış olmuşdur. Söhbət əsnasında İlkin ona Koreya Respublikasından avtomobil gətirəcəyini demişdir. O, İlkinə özü üçün “Kia Sorento” markalı avtomobil gətirmək istədiyini demiş, İlkin onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus olan ***-***-**-** whatsap mobil nömrəsi ilə “Kia Sorento” markalı avtomobilinin şəklini göndərmişdir. İlkin ona həmin avtomobilin alış qiymətinin 6589 ABŞ dollar olduğunu bildirmişdir. İlkin ona 1000 ABŞ dolları beh verməyi, qalan pulları da avtomobil gəldikdən sonra verəcəyini demişdir. O, İlkinin təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus olan kart hesabından İlkinə məxsus olan **********237550 saylı Leobank hesab kartına 1000 ABŞ dolları dəyərində 1700 manat və əlavə 20 manat pul göndərmişdir. Bundan sonra İlkin onu çay süfrəsinə dəvət etmişdir. O, İlkinlə Yasamal rayonu ərazisində görüşmüş, söhbət zamanı İlkin ona avtomobili tez gətirmək üçün yol pulu və gömrük bəyannaməsi üçün əlavə olaraq 2.000 ABŞ dolları pul verilməsini bildirmişdir. O, İlkinə inanaraq razılaşmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında o,“Qurd Qapısı” restoranın qarşısında İlkinlə görüşmüş və ona 2000 ABŞ dolları vermişdir. O, İlkinə aralarında söhbət zamanı dediyi şərtlərlə əlavə olaraq avtomobil gətizdirib satmağını təklif etmiş, İlkin razılıq vermiş, o da İlkinə bu barədə fikirləşəcəyini demişdir. Bir neçə gündən sonra İlkinlə Yasamal rayonu ərazisində görüşmüş və İlkin onun üçün əlavə 2 ədəd avtomobil "Kia Optima" və "Hyundai Sonata" markalı avtomobil sifariş etdiyini demişdir. O, İlkinə həmin avtomobillərin gəlməsindən imtina etdiyini demiş, lakin İlkin artıq gec olduğunu və avtomobilləri sifariş veridyini bildirmişdir. Həmçinin o, İlkinə İlkinə buna maddi imkanı çatmadığını demiş, İlkin isə ona avtomobillərin gömrük işini özü həll edəcəyini, onsuzda avtomobilləri satış məqsədi ilə gətirdiyini, avtomobillər satılan kimi hərənin öz pulunu götürdükdən sonra qazancını böləcəyini vildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, İlkinlə Bakı şəhəri, Xətai rayonu ərazisində görüşmüş, İlkinə yenidən 2650 ABŞ dolları və 370 manat pul vermişdir. O, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən Emanat ödəmə terminalı vasitəsilə İlkinin hesab kartına 2000 AZN pul göndərmişdir Bundan sonra xx.xx.2023-cü il tarixdə İlkinin istəyi ilə kart hesabına sifariş olunmuş “Kia Optima” markalı avtomobil üçün 1000 ABŞ dolları dəyərində 1700 manat beh olaraq göndərmişdir. Daha sonra o, İlkinə sözügedən avtomobilin elandan çıxmaması barədə ismarıc yazmışdır. İlkin isə cavabında elanın 5-10 günə səhifədən çıxaracağını bildirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Badamdar şossesində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə İlkinin kart hesabına sifariş olunmuş “Hyundai Sonata” markalı avtomobil üçün 2805 manat pul göndərmişdir. Bundan sonra o, işi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Mahaçqala şəhərinə getmişdir. İlkinlə onunla votsap avsitəsilə əlaqə saxlamış və avtomobillərə görə ondan əlavə olaraq 500 ABŞ dolları istəmişdir. O da Bakıda yaşayan qardaşı Orxana bu barədə demiş, Orxan da İlkinin kart hesabına 500 ABŞ dolları dəyərində 850 manat pul göndərmişdir. Daha sonra İlkin yenə də ondan 1200 ABŞ dolları pul istəmiş və onun tapşısığı ilə Orxan İlkinə 1200 ABŞ dolları vermişdir. İlkin artıq ona əvvəl sifariş verdiyi "Kia Sorento" avtomobili Gürcüstana gəldiyini və pul ödəmək lazım olduğunu bildirmişdir. Onun sözü ilə qardaşı Orxan İlkinə 2023-cü ilin mart ayı ərzində ayrı-ayrı vaxtlarda 5.000 manat, 2.500 manat, 340 və 1500 manat pul göndərmişdir. Bundan sonra o, Bakı şəhərinə gəldikdən sonra Yasamal rayonu ərazisində İlkinə əlavə olaraq 1.500 manat pul vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə İlkin ona "Kia Sorento" markalı avtomobil Bakıda olduğu üçün pulu tam ödəməli olduğunu bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə İlkinin kart hesabına ödəmə terminalı vasitəsilə 4580 manat pul göndərmişdir. Bundan sonra İlkin avtomobil üçün ondan əlavə pul istəmiş, o da xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X7rşısında yerləşən keçid ticarət mərkəzində ödəmə terminalı vasitəsi ilə İlkinin kart hesabına 1700 manat və 300 manat ümumilikdə 2000 manat pulu göndərmişdir. İlkin bunun "Kia Optima" markalı avtomobilin pulundan ödənildiyini bildirmişdir. Bundan sonra İlkindən avtomobillər barədə soruşmuş və o, hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. İlkin yenə də ondan əlavə pullar istəmişdir. O, İlkinin onu aldatmasından şübhələnərək sonuncuya daha pul verməmiş və İlkinə verdiyi pulları geri tələb etmişdir. Lakin İlkin hər dəfə onu yalan vədlər verərək aldatmıış və nəticədə İlkin onunla əlaqəni kəsmişdir. İlkin bu müddət ərzində ona cəmi 1.000 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs ona Koreya Respublikasından 3 ədəd avtomobil gətizdirməsi adı ilə hissə-hissə olmaqla yanvar-mart ayları ərzində o və qardaşı Orxan ümumi 6850 ABŞ dolları (1645manat) və 25165 manat pul- ümumilikdə Azərbaycan manatı ilə cəmi 36810 manat pul vermişlər, beləliklə ona ümumilikdə 36810 manat maddi ziyan dəymişdir, İlkin həmin puldan cəmi 1.000 manat qaytarmış, qalan 35810 manat pulunu ələ keçirmişdir. Ona görə də hüquq mühafizə orqanlarına şikayət vermişdir. Daha sonra Zərərçəkmiş şəxs11 oğlu məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını və qeyd olunan halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyannən tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 1995-ci ildən etibarən musiqi ilə məşğul olur, Azərbaycan Dövlət Milli Konservatoriyasını bitirmiş, hal-hazırda ixtisası qarmon ifaçısıdır. Uzun müddətdir ki, dövlət səviyyəsində və müxtəlif məclislərdə iştirak edir. Təqsirləndirilən şəxs sintezator ifaçısı olduğu üçün onunla tanışlığı məclislərdə olmuşdur. O, 2021-ci ilin aprel ayında Bakı şəhəri, Binəqədi rayonu, “Ayna Sultanova” heykəlinin yaxınlığında İlkinlə görüşmüşdür. Söhbət zamanı İlkin ona xaricdən müxtəlif avtomobillər gətizdirib satdığını demiş və özünə məxsus mobil telefonunda sosial şəbəkələrdə müxtəlif markalı avtomobillərin şəkillərini göstərmişdir. O, həmin şəkilərdən 2009-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobili bəyənmişdir. İlkin ona sözügedən avtomobili Koreyadan qeydiyyata alınmamış vəziyyətdə 5150 manat pul vəsaiti qarşılığında Bakı şəhərində gətizdirib təhvil verə biləcəyini söyləmişdir. O, İlkini bir musiqiçi kimi əvvələr tanıdığı üçün onu aldatmayacağını fikirləşmiş, buna görə də İlkinin təklifi ilə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evinin yaxınlığındakı "xxxx" ASC-də olan hesabından 5150 manat pul vəsaiti çıxarmış, sözügedən avtomobili almaq üçün orada İlkinə vermişdir. İlkin həmin pul vəsaitini götürdükdən sonra 2 ay ərzində bəyəndiyi avatomobili Bakı şəhərinə gətizdirəcəyini, daha sonra qeydiyyata salınması üçün əlavə pul lazım olacağını bildirmişdir. O da İlkinlə razılaşmışdır. 2021-ci ilin iyun ayında İlkin onunla əlaqə saxlamış və bəyəndiyi 2009-cu il buraxılışlı, boz metallik rəngli “Hyundai Sonata” markalı avtomobilin Gürcüstan Respublikasında olduğunu və sözü gedən avtomobilin Bakı şəhərinə gətirilməsi, qeydiyyata salınması və yol xərci olaraq əlavə 3550 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. O, İlkinlə razılaşmış və hissə-hissə olmaqla 2021-ci ilin iyun ayında İlkinə ümumilikdə 3550 manat pul vəsaiti vermişdir. Bir müddətdən sonra İlkinlə əlaqə saxlamış və avtomobilin Bakı şəhərinə gəlib-gəlmədiyini soruşmuşdur. İlkin anasının ağır xəstə olduğunu, buna görə də başının qarşıq olduğunu söyləmiş və ona bir qədər vaxt verməsini xahiş etmişdir. O, İlkinin vəziyyətini başa düşmüş və onu narahat etməmişdir 2021-ci ilin iyul ayından etibarən İlkinin mobil telefonuna zəng çatmadığı üçün sonuncu ilə əlaqə saxlaya bilməmiş və İlkin həmin ki günə qədər söz verdiyi avtomobili nə gətirmiş, nə də ki, ondan götürdüyü 8700 manat pulu geri qaytarmamışdır. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs8 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyannən tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müyyən edildi ki, o ifadəsində göstərmişdir ki, ixtisasca pianino ifaçısıdır. Uzun müddətdir ki, dövlət səviyyəsində və müxtəlif məclislərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs sintezator ifaçısı olduğu üçün İlkinlə məclislərdə tanış olmuşdur. 2021-ci il ilin iyun ayında İlkin onunla əlaqə saxlayıb bir qədər söhbət etmişlər və danışıq əsnasında İlkin Koreyadan 2014-cı il buraxılışlı boz rəngli “BMW F10,528i” markalı avtomobil gətizdirəcəyini bildirmiş, əgər istəsə 23000 manata ona sözü gedən avtomobili sata biləcəyini demişdir. Həmin vaxt özünə avtomobil almaq fikri olduğu üçün İkinin təklifi ilə razılaşmışdır. Aralarında İlkinə avtomobilin pulunun hissə-hissə verəcəyi barədə razılıq əldə olunmuşdur. xx.xx.2021-ci il tarixdə İlkinə məxsus 4xxxx8674 saylı kart hesabına ümumilikdə 5640 manat pul göndərmiş, həmin gün axşam saatlarında İlkinlə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzinin yanında görüşmüş və İlkinə 2560 manat pul vermişdir. Qalan məbləği isə avtomobil ona təhvil verilən zaman ödənilmsi barədə aralarında razılıq əldə olunmuşdur. İlkin ondan pulu götürən zaman avtomobili 2 aya ona təhvil verəcəyinə söz vermişdir. Lakin müdddət gəlib çatmasına baxmayaraq İlkin söz verdiyi “BMW F10,528i” markalı avtomobilə gətirib çıxarmamışdır. İlkin hər dəfə müxtəlif bəhanələr gətirmiş və bir neçə dəfə İlkindən pulu geri tələb etmişdir. Lakin İlkin onun pulunu geri qaytarmamışdır. Bir müddətdən sonra İlkinin bacısı İlgün onunla əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. O, İlgünlə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, A.Əhmədov ünvanında yerləşən “Yelləncək” adlı bağçada görüşmüşlər. İlgün ona İlkinin çox sayda şəxsə borcunun olduğunu və bu səbəbdən evlərini satdıqlarını bildirmişdir. Bundan sonra İlgün ona ümumilikdə 2000 manat pul vermiş və yerdə qalan 6200 manat pulu hissə hissə qaytaracağını bildirmişdir. Həmin tarixdən etibarən İlkin və ailə üzvləri ona hər hansı bir vəsait verməmişlər. Bu səbəbdən o, polisə şikayət etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyannən tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona heç bir borcu yoxdur, ona qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müyyən edildi ki, o ifadəsində göstərmişdir ki, İlkin ona xaricdən avtomobil gətizdirdiyini və ona 13500 manata satacağını demişdir. O, İlkinə razılıq vermiş və İlkin ondan yol xərci üçün 2500 manat pul istəmişdir. O, İlkinə həmin pulun tam olaraq üstündə olmadığını demiş, İlkin 2500 manat pulu hissə-hissə onun kart hesabına ödədikdən sonra avtomobili ona təhvil verəcəyini və bundan sonra qalan pulu da hissə-hissə ödəyəcəyini demişdir. O da 2022-ci ilin yanvar ayı ərzində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən "Araz" marketin ödəmə terminalları vasitəsilə İlkinin kart hesabına hissə-hissə olmaqla ümumilikdə 2450 manat pul göndərmişdir. Bir müddətdən sonra İlkin vəd verdiyi avtomobilin şəklini ona göstərmiş və avtomobilin yolda olduğunu demişdir. 2022-ci ilin mart ayında İlkin ona avtomobilin Bakı şəhərində yerləşən Gömrük Komitəsinin duracağında olduğunu, daha sonra isə konteynerdə olduğunu demişdir. Daha sonra o, İlkinlə əlaqə yarada bilməmiş və özü Gömrük Komitəsinə getmişdir. Orada ona belə bir avtomobilin olmadığı məlum olmuşdur. 2022-ci ilin mart ayının 28-dən sonra İlkinlə heç bir əlaqə yarada biliməmiş, İlkinin dediyi "Zəm-Zəm" avtosalonuna getmiş, orada İlkinin harada olduğunu bilmədiklərini demişlər və İlkin barədə heç-bir məlumat verməmişlər. O, İlkinin onu aldatdığını başa düşmüş və polisə şikayət etmişdir. İlkin onu aldadaraq cəmi 2450 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və arabir avtomobil alqı-satqısı ilə də məşğul olur. Təxminən 2021-ci ilin sentyabr ayında anası Nailəyə zəng etmiş və mərhum atasının tanışı Hidayətin ona İlkinin onun üçün xaricdən avtomobil gətizdirəcəyi adı ilə 8100 manat pul aldığını, vədinə əməl etmədiyini, həmçinin pulunu da qaytarmadığını bildirmişdir. Bundan sonra ona bir neçə ay ərzində İlkinin tanışları Zərərçəkmiş şəxs6 8700 manat, dostu Zərərçəkmiş şəxs8 8200 manat borcunun olduğu məlum olmuşdur. İlkindən bu barədə soruşmuş, İlkin isə ona xaricdən satmağa avtomobil gətizdirilməsi ilə bağlı işlərində problem olduğunu və özünün həll edəcəyini demişdir. Bir müddətdən sonra İlkinin daha bir neçə şəxsə borclu olduğunu öyrənmişlər. İlkinin borclu olduğu şəxslər ona və anasına zəng edərək pullarını tələb etmişlər. Həmin ərəfələrdə onun özünün də maddi sıxıntıları olduğu üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən anasının adına olan iki otaqlı evi təxminən 70000 manata satmışdır. Həmin pulun bir hissəsini şəxsi ehtiyacları üçün xərcləmiş, qalan puldan da X4 olan borcundan 3000 manat pul vermişdir. Bundan sonra işlədiyi bağçada Hidayətlə görüşmüş və İlkinin ona olan borcundan 4000 manat məbləği sonuncuya vermişdir. Bundan sonra Raminlə görüşmüş və İlkinin ona olan borcundan 4000 manat məbləği vermişdir. O, qeyd etdiyi şəxslərə İlkinə görə pul verən zaman İlkinin işlərinə qarışmadıını, bir bacı kimi köməklik məqsədilə İlkinə görə imkanı qədər ödəniş etdiyini bildirmişdir. Bundan sonra onu narahat etməməklərini demişdir. Lakin sonradan İlkinin borclu qaldığı şəxslər çoxalmış və onlar İlkin barəsində polisə şikayət etdiklərini eşitmişlər. Onun qardaşı İlkinə görə hazırki vaxtadək İlkinin borclu qaldığı şəxslərlə görüşmüş, bir neçəsinin pullarını tam ödəmiş, qalan şəxslərin də pullarını imkanı çatan qədər hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Onun İlkinin həmin şəxslərdən aldığı pulları haraya xərcləməsi barədə məlumatı olmamışdır. İlkin bu barədə ona heçnə deməmişdir. İlkindən bu barədə soruşan zaman maddi problemlərinin olduğunu demişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, X5 onun qaynatasıdır. 2021-ci ilin avqust ayında dəqiq xatırlamadığı gün Hidayət ona zəng edərək Şamaxı rayonunda olduğunu və həmin vaxtı Bakı şəhərində olan tanışı İlkin adlı şəxsə 3000 manat pul verilməli olduğunu demişdir. O, etiraz etməmiş və Hidayət ona İlkin adlı şəxsin mobil nömrəsini vermişdir. O da həmin şəxsə zəng edərək Bakı şəhəri, Xətai rayonu "Bakı" kinoteatrı yaxınlığına gəlməsini xahiş etmişdir. Bir qədər sonra bir şəxs ona zəng etmiş və ona İlkinin göndərdiyi taksi sürücüsü olduğunu demişdir. O, qaynatasına zəng edərək İlkinin taksi göndərdiyini demişdir. Bir qədər sonra Hidayət ona zəng edərək İlkinlə danışdığını, İlkinin gələ bilmədiyi üçün taksi göndərdiyini və ona 3.000 manat pulu İlkinə çatdrılması üçün taksiyə verməyini demişdir. O da həmin taksi sürücüsünə 3.000 manat pul vermişdir. Daha sonra Hidayət rayondan gəlib ona 3.000 manat pul qaytarmışdır. Bir müddətdən sonra Hidayət ona İlkinin Koreya Respublikasından "Santa fe" markalı avtomobil gətizdirməsi adı ilə ondan əvvəlcə 3000 ABŞ dolları və 3000 manat ümumilikdə 8100 manat pul aldığını, lakin vədinə əməl etməyərək onu aldadaraq pulunu ələ keçirdiyini demişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 onun qardaşıdır, Ramil təsadüfən İlkinlə tanış olmuşdur. X11 Respublikasından 3 ədəd avtomobil "Kia Sorento", "Kia Optima" və "Hyundai Sonata" markalı avtomobil gətirməsi barədə razılığa gəlmişlər. O bu barədə qardaşı Ramildən eşitmişdir. Təqsirləndirilən şəxs verilən ümumilikdə 36810 manat məbləğindən 2023-cü ilin fevral ayında 500 ABŞ dolları dəyərində 850 manat hesab kartına göndərmiş və o, 1200 ABŞ dolları isə özünə Bakı şəhəri, Qurd Qapısı deyilən ərazidə görüşüb vermişdir. 2023cü ilin mart ayı ərzində ayrı-ayrı vaxtlarda 5000 manat və 2500 manat pulu 189 taksi ilə İlkinə göndərmiş, 340 və 1500 manat pulu da İlkinin hesab kartına göndərmişdir. X9 Respublikasında olduğu üçün Ramilin sözü ilə Təqsirləndirilən şəxs həmin məbləğdə pulları vermiş və hesab kartına göndərmişdir. Ramilin sözü ilə Təqsirləndirilən şəxs verdiyi pullar Ramilin özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs pulları aldıqdan sonra Ramilə vəd verdiyi avtomobilləri tezliklə gətizdirəcəyini söz vermişdir. Lakin sonradan vədinə əməl etməyərək qardaşı Ramilə məxsus pulları dələduzluq yolu ilə ələ keçirmiş və sonradan Ramilə cəmi 1000 manat pul qaytarmışdır. Cinayət işinin 2-ci cild 50-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işinin 2-ci cild 98-99-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 242-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. Cinayət işinin 3-cü cild 29-33-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 71-73-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 92-96-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işinin 2-ci cild 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5, 67.1 və 69.3-cü maddələrinə əsasən ona 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 3-cü cild 108-112-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-122/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə islah işləri cəzası hazırki hökmlə ona CM-nin 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətinə azadlığn məhdudlaşdırılması cəzası ilə CM-nin 68.3-cü maddəsinə əsasən 2 gün islah işləri cəzası 1 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla qismən toplanılmış, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 128-ci maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilmiş və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu və həbsdə olduğu cəmi 21 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya idarəsinin xx.xx.2025-ci il tarixli məkrubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs indiyədək idarədə qeydiyyatdan keçməmişdir. xx.xx.2025-ci il tarixə hökm üzrə cəzasının çəkilməmiş cəzası 02 il 10 ay 18 gün təşkil edir. Cinayət işinin materiallarında olan elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var (uşaqların təvəllüdləri müvafiq olaraq xx.xx.2012-ci il, xx.xx.2016-ci il və xx.xx.2024-cü il). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni təkrarən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini təkrar törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, on bir nəfər zərərçəkmiş şəxsdən on nəfərinin ona qaşşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, on bir nəfər zərərçəkmiş şəxsdən on nəfərinin ona qaşşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsə təyin edilməsini ona görə məqsədə müvafiq hesab edir ki, CM-in 178-ci maddəsi mülkiyyət əleyhinə cinayətlərə aiddir və bu növ cinayət işlərinə baxılması, cəza təyin edilməsi, şəxsin cinayət məsuliyyətindən azad edilməsi və digər hallar həll edilərkən əsas məsələ vurulmuş zərərin ödənilməsinin təmin edilməsidir. Təsadüfi deyil ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin əsası kimi ilkin şərt vurulmuş zərərin ödənilməsi göstərilmişdir. İndiki halda zərər tam ödənilmişdir və təqsirləndirilən şəxs ittihamda qeyd edilən ümumi ziyanın iyirmi beş faizi həcmində ödəniş etdiyi halda onun cinayət məsuliyyətindən azad edilməsi məsələsi də müzakirə edilə bilərdi. Digər tərəfdən Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkumluğu ilə bağlı hökm olsa da müəyyən edilmişdir ki, hazırki iş üzrə cinayət əməlləri həmin hökm qəbul edilməmişdən öncə törədilmişdir. Bu hal isə Təqsirləndirilən şəxs barəsində olan hökm üzrə təyin edilmiş cəzadan nəticə çıxarmaması və onun islah olunmaması qənaətinə gəlinməsini istisna edir. Belə ki, qeyd edildiyi kimi hazırki iş üzrə cinayət əməlləri müvafiq hökm qəbul edilməmişdən öncə törədlilmişdir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-122/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 128 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə islah işləri cəzası hazırki hökmlə ona CM-nin 178.2.4-cü maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətinə azadlığn məhdudlaşdırılması cəzası ilə CM-nin 68.3-cü maddəsinə əsasən 2 gün islah işləri cəzası 1 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla qismən toplanılmış, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 128-ci maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu cəmi 21 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hökm üzrə bu günə kimi Probasiya İdarəsində qeydiyyata alınmamış və təyin edilmiş 02 (iki) il 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzərindədir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-122/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 1(001)-122/2023 saylı cinayət işi üzrə tutulduğu və həbsdə olduğu 21 (iyirmi bir) gün, həmçinin hazırki iş üzrə 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, 30 yanvar 2024-cü il tarixdən bu günə kimi, yəni 13 mart 2025-ci il tarixdədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün, ümumilikdə 01 (bir) il 02 (iki) ay 07 (yedi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmk haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Melissa yaşayış kompleksi, H.ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiasından imtina etməsi nəzərə alınmalıdır. Digər mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası isə baxılmamış saxlanılmalı və onun mülki mühakimə icraatı qaydasında iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 hazırki cinayət işi üzrə dəymiş 2.300 manat zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Bunu Zərərçəkmiş şəxs3 özü də etiraf etmiş və bu fakt işin mübahisəsiz halıdır. Lakin, Zərərçəkmiş şəxs3 mülki iddiasında avtomobili cərimə meydançasında qaldığına görə 287 manat, avtomobilinin təmirinə görə 2510 manat, ümumilikdə 2797 manat pul xərclədiyini qeyd etmişdir. Ona görə də 2797 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiası ilə bağlı Zərərçəkmiş şəxs3 sübut kimi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli servis aktını məhkəməyə təqdim etmişdir. Servis aktından görünür ki, ümumilikdə 2510 manat hesablanmışdır. Xərclərə aiddir: akumulyator 210 manat, ablisofka 250 manat, təkər 680 manat, mühərrik yağı 135 manat, filtir 10 manat, dəmirçi işi 200 manat, rəgsaz polirovka 800 manat, motorist 10 manat, balans 40 manat, kimyəvi təmizləmə 150 manat, evakuator xidməti 25 manat. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 bildirmişdir ki, avtomobili Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu avtomobili idarə etmiş, etibarnaməsi olmadığı üçün avtomobili cərimə meydançasına yerləşdirilmiş, avtombilini təxmini bir il sonra 2023-cü ilin iyun ayında cərimə meydançasından çıxarmış, həmin vaxt avtomobilində çoxsaylı nasazlıqların olmasını aşkar etmişdir. Buna görə də avtomobilinə müvafiq xərcləri çəkmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq dövründə verdiyi ifadəsi arasında qismən ziddiyyət yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobilin ön alın şüşəsinin çat olduğunu və avtombilin polirovkaya ehtiyacının olduğunu deyərək, avtomobili ona verməyini, həmin problemləri aradan qaldıraraq satacağını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi diskdə olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs danışa danışa “Wolkswagen VW Touareg” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin görüntülərini çəkir və avtomobilin təmirdə olması müşahidə edilir. Görüntülərin birində Təqsirləndirilən şəxs bildirir ki, Elvin qardaş bax kompressoru düzəldə bilmirlər, maşının kompressoru yanıb, kondisoner, sonra bax qazın daçiki çatlayıb, onu aldım qoydum, yenə də düzəlmir, neyniyək? Əməlli xərc istəyirlər bundan. Həmin görüntünün üzərində olan qeydlərdən görünür ki, götüntü xx.xx.2022-ci ildə qeydə alınmışdır. Digər görüntülərdə isə Təqsirləndirilən şəxs bildirir ki, Elvin müəllim ancaq Touareg düzəltdirərəm, indi də radiatorun turbası buraxıb. Həmin görüntünün üzərində olan qeydlərdən görünür ki, götüntü xx.xx.2022-ci ildə qeydə alınmışdır. Göründüyü kimi mülki iddiaçı Zərərçəkmiş şəxs3 servis akında qeyd edilən qüsurların avtomobilin Təqsirləndirilən şəxs sahibliyində olarkən yaranmasını təsdiq edə biləcək yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-122/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 1(001)- 122/2023 saylı cinayət işi üzrə tutulduğu və həbsdə olduğu 21 (iyirmi bir) gün, həmçinin hazırki iş üzrə 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, 30 yanvar 2024-cü il tarixdən bu günə kimi, yəni 13 mart 2025-ci il tarixdədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün, ümumilikdə 01 (bir) il 02 (iki) ay 07 (yedi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Melissa yaşayış kompleksi, H.ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiasından imtina etməsi nəzərə alınsın. Mülki iddaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilsin. İş İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-16/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-16/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver