Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-160/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1980-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri,Vidadi küçəsi ev 4-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi 209, mənzil 31-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun xaricdə təhsil aldığı universitetlərin diplomların təsdiq olunmasında köməklik edəcəyi barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhəri. Yasamal rayonu, Elmlər Akademiyasının həyətində olan çay evində 15.000 manat, xx.xx.2023-cü il tarixdə saat 10:21-də ünvan 1 ünvanında yerləşən "Million" ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs onun **********564748 Kapitalbank hesab kartına göndərdiyi 6.800 manat, bir neçə dəqiqədən sonra saat 10:24-də Zərərçəkmiş şəxs mobil tətbiq vasitəsilə Leobank kartından onun **********564748 Kapitalbank hesab kartına göndərdiyi 200 manat və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, DTV-nin yaxınlığında yerləşən çay evində Zərərçəkmiş şəxs 3.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda - ümumilikdə 25.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayından etibarən qohumu, Sumqayıt şəhər sakini Şahid1 vasitəsilə tanımış, Zərərçəkmiş şəxs xaricdə təhsil aldığı diplomlarını ölkədə təsdiq etdirmək adı ilə 25.000 manat yox, cəmi 7.000 manat pul almışdır. Belə ki, həmin ərəfədə Elnurla görüşəndə ona bildirmişdir ki, Xətai adlı ailəvi dostu var. Xətai Ukraynada təhsil alıb, diplomunun təsdiqlənməsində problem var və Xataiyə köməklik edə biləcəyini, əziyyətinin yerdə qalmayacağını, Xətainin şirinlik verəcəyini deyərək bu işin həll olunması üçün onun tanışlarının olub-olmadığını soruşmuşdur. O, Elnura Xətai ilə görüşüb sənədlərinə baxıb danışarıq demişdir. 2023-cü ilin avqust ayının sonlarında, təxminən 21 avqust-25 avqust 2023-cü il aralığında dəqiq xatırlamadığı tarixdə o, Elnur, dostu Elçin, Xətai və Xətainin qohumu Raminlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademisyasının həyətində olan çay evində görüşmüşlər. Söhbət zamanı Xətai ona bildirmişdir ki, Ukraynada Dövlət Universitetinin Gürcüstan filialında hüquq fakültəsində distant təhsil alıb, distant təhsil olduğu üçün Ukraynaya gedə bilməmişdir, buna görə də diplomu təsdiqlənmir, lakin onunla birlikdə təhsil alan 5-6 nəfər tələbələr 8000 manata diplomlarını təsdiq etdiriblər. O, Xətaiyə nə üçün diplomunu təsdiqlətdirə bilmədiyini soruşanda Xətai ona bu problemə görə Təhsil Nazirliyinə tabe olan Təhsilin Keyfiyyətinə Nəzarət İdarəsini və idarənin rəhbəri Ülkər Səttarovanı məhkəmə verdiyini bildirmişdir. O, Xətaiyə əgər onları məhkəməyə veribsə bu işdə adam tapa bilməyəcəyini demişdir. Xətai də ona narahat olmamağım bildirmiş, o, da Xətaiyə lazımi adamla danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. O, Xətainin diplom məsələsinə görə internetdən maraqlanmış və belə qənaətə gəlmişdir ki, xarici ölkələrdəki tibb və hüquq diplomları ilin aprel və oktyabr aylarında təsdiq edilir. O, da bir neçə gündən sonra sentyabr ayının 5-də axşam saatlarında Xətaiyə zəng edərək əgər hər şey onun dediyi kimidirsə, yəni xaricdə təhsil almış kimlərinsə diplomu təsdiq olunubsa, onun da diplom təsdiq işinin həll edə biləcəyini demiş, düşünmüşdür ki, əgər Xətainin dediyi kimi bir neçə nəfər şəxsin öz diplomlarının təsdiqlənməsi işini həll ediblərsə, o, da çalışıb özü bir yolla Xətainin də işini həll edə bilər. Xətai hər şeyin ona danışdığı kimi olduğuna əmin etmiş, o, da Xətaiyə onun “şirinliy”ini qabaqcadan verə biləcəyini, yaxudda işi alınmazsa aldığı pulu borc kimi qaytaracağını demişdir. Xətai ondan nə qədər lazımdır soruşduqda, o, 7000 manat pul lazım olduğunu deyərək razılaşmışlar. Xətainin diplomunun təsdiq olunması işində köməklik etməyi üçün şirinlik kimi 7.000 manat verməli imiş. Xətai ona hazırda üzərində 4000 ABŞ dolları olduğunu, ertəsi gün ona hesab kartı göndərməyini söyləmiş, öz adına olan **********564748 saylı Kapital Bank hesab kartın fotoşəklini votsapla Xətaiyə göndərmişdir. Ertəsi gün, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xətai ona 6800 manat pulu terminal vasitəsilə, 200 manat pulu isə özünə məxsus Leobank kartı ilə onun hesab kartına göndəmişdir. O, da həmin gün Xətainin ona göndərdiyi ümumilikdə 7000 manat pulu bankomat vasitəsilə nağdlaşdırmış və özünə aid maddi problemlərini həll edib öz ehtiyaclarına xərcləmişdir. Lakin bu barədə Xətaiyə bildirməmişdir, düşünmüşdür ki, işini həll edə bilməsə sonradan pul tapıb hissə-hissə özünə qaytarar, ya da borc olaraq geri qaytarar, ya da Xətainin işi düzələndə ona verdiyi pulu ona bağışlayar. Lakin Xətaiyə vəd verdiyi kimi, onun diplomunun təsdiq olunması işi ilə bağlı heç bir aidiyyəti orqana və ya aidiyyəti işçiyə müraciət etməmişdir. Bir-iki gün sonra Xətai ona zəng edərək sentyabr ayının 14-də Rusiya Federasiyasına gedəcəyini deyib, həmin vaxta qədər işinin həll edilməsini xahiş etmişdir. O, da özündən Xətaiyə xəbər çıxsa gedənə qədər işinin həll olunacağını bildirmişdir. Həmçinin həmin ərəfələrdə internetdə Təhsil Nazirliyi ilə maraqlanıb öyrənmişdir ki, xarici ölkələrdə tibb və hüquq təhsil almış şəxslərin diplomların ilin aprel və oktyabr aylarında təsdiqlənməsi məsələsinə baxılır. Xətaiyə zəng edib bu barədə demiş, Xətai isə ona verdiyi puldan bir qədər istəmişdir ki. hazırda maddi vəziyyəti yaxşı deyil. O, da razılaşmış, dostu Şahid4 ona olan borcdan Xətaiyə göndərməsini demiş, Şahin də sentyabr ayının 14-də Xətainin ona göndərdiyi ABB kartına 500 manat, xx.xx.2023-cü il tarixdə isə 400 manat göndərmiş, lakin Xətai pulunu ona tam qaytarmağını istəmişdir. Həmin ərəfələrdə Şahid4 adlı dostunun ona 5.000 manat pul borcu var olduğundan Şahindən borcunu istəmişdir. Şahinə demişdir ki. Xətai adlı şəxsə verəcəyi var, pulunu istəyir, Şahindən aldığı 5.000 manat pulu Xətaiyə qaytarmağını düşünürmüş və Xətainin mütəmadi olaraq ona zəng etdiyini görüb, Şahinə demişdir ki, özü Xətaiyə zəng edib danışıb ona 5.000 manat borclu olduğunu və həmin borcu Xətaiyə onun əvəzində qaytaracağını desin. Şahin də Xətaiyə zəng edərək onun dediyi kimi danışmışdır. xx.xx.2023-cü il tarixdə Xətai ona zəng edərək özünün diplom məsələsi ilə maraqlandığını, həqiqətən də diplomların təsdiq məsələsinin oktyabr ayında olduğunu demiş və mənə təşəkkür etmişdir. 2023-cü ilin oktyabr ayında ona məlum olmuşdur ki, Xətainin distant təhsili ilə bağlı təhsil aldığı Ukrayna dövlətinə giriş-çıxışı olmamışdır, buna görə də işi düzəlmir. O, da bu barədə Xətai ilə danışmış, Xətai yenə də ondan xahiş etmişdir ki, ona pul qaytarmaq əvəzində əlindən gələn köməklik etsin və oktyabr ayının 20-də Azərbaycana gələcəyini və onunla görüşmək istədiyini demişdir. xx.xx.2023-cü il tarixdə Xətai ilə zəngləşib Sumqayıt şəhəri 18-ci mkr-da DTV-nin yaxınlığında adsız çay evində görüşmüşlər. O, dostu Elçin, qohumu Elnurla getmiş, Xətai də sonradan adını Rüfət bildirdiyi tanışı ilə gəlmişdir. Söhbət zamanı Xətai diplomunun təsdiq olunmasını istəmədiyini deyərək ondan pulunu geri istəmiş, o da Xətaidən ona verməli olduğu 6.100 manat pulu qaytarmaq üçün bir qədər vaxt istəmiş, Xətai onunla razılaşmışdır. Bundan sonra sağollaşıb ayrılmışlar. Sonradan Xətaiyə hissə-hissə xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 600 manat-ümumilikdə 2100 manat pulu Xətainin "Leo Bank" kartına göndərmişdir. Həmin ərəfələrdə Xətai onun nömrəsini blok etmiş, o, Elnurun vasitəsilə Xətai ilə əlaqə saxlamışdır. Sonradan bilmişdir ki. Xətai ondan polisə şikayət etmişdir. Xətaidən diploma məsələsinə görə cəmi 7000 manat pul almış, həmin pulu da Xətai onun hesab kartına göndərmişdir. O, da Xətaiyə 3000 manat pulu hesab kartına göndərmişdir. Xətaiyə ümumilikdə 4000 manat borcu vardır. Xətai ona 15.000 manat pul verməmiş, həmçinin Şahid2 adlı şəxsi cəmi bir dəfə görmüş. Xətai ilə birlikdə Elmlər Akademiyasının həyətindəki çay evinə gəlmişdir. Həmin vaxtı Xətai ilə görüşsə də sonuncudan 15.000 manat pul almamışdır. Şahid6 adlı qadını ümumiyyətlə görməmiş və tanımır, onlarla birlikdə olmamışdır. Ona Xətainin adından bir neçə dəfə özünü Ləman kimi təqdim edən qadın zəng etsə də. bu işin ona aidiyyəti olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 18-ci mkr-da çay evində Xətai ilə görüşsə də ondan 3000 manat pul almamış, həmin çay evində Elnur, Elçin, Xətai və tanışı Rüfət adlı şəxs olmuşdur. Ramil orada olmamışdır, Xətai özünə məlum olan şəxsləri ona yalan olaraq şahid kimi qeyd etmişdir. Xətai ona 25.000 manat pul verməmiş, cəmi 7.000 manat pul vermiş, həmin puldan da Xətaiyə ümumilikdə hissə-hissə 3.000 manat qaytarmışdır. Xətai ona 25.000 manat pul verməsi yalandır, şərdir. Xətai ona ümumilikdə 7.000 manat pulu kart hesabına göndərmiş və ilk dəfədən də ona nə məbləğdə pul verəsi olsa onun kart hesabına göndərməklə özünü rəsmi sığortaladığını bildirmişdir. Xətai ona 7.000 manat puldan hər hansı bir məbləğdə artıq pul versəydi həmin pulu ya kart hesabına və ya hər hansı bir sənədlə və ya videoçəkişilşə verərdi. Şahid4 onun Xətaidən nə məqsədlə 7.000 manat pul almağı barədə ilkin olaraq məlumatı olmamışdır, o, sonradan Şahinə bu barədə danışmışdır ki, Şahin ona olan borcunu qaytarsın, o, da Xətaiyə pulu qaytarsın. Şahin ona olan 5.000 manat pul borcundan 400 və 500 manat-ümumilikdə 900 manat pulu onun sözü ilə Xətaiyə göndərmişdir, qalan 4.100 manat pulu isə ona hissəhissə qaytarmışdır, o da həmin puldan Xətaiyə maddi vəziyyətinə görə ümumilikdə cəmi 2100 manat qaytarmışdır. Xətai ona 6800 manat və 200 manat- ümumilikdə 7.000 manat pulu xx.xx.2023-cü il tarixdə səhər saatlarında onun kart hesabına Xətainin xaricdə təhsil aldığı diplomun təqsdiq olunması işində köməklik göstərməyi üçün göndərmişdir. Xətaiyə onun xaricdə təhsil aldığı diplomunun təsdiq olunması işində köməklik göstərəcəyini deyərək ondan şirinlik kimi 7.000 manat pulu almış və həmin vaxtı maddi ehtiyacı olduğundan Xətaidən aldığı 7000 manat pulu öz ehtiyaclarına və problemlərinə sərf etmiş, lakin bu barədə Xətaiyə bildirməmiş, düşünmüşdür ki, işini həll edə bilər və ya alınmazsa pul tapıb Xətaiyə hissə-hissə qaytarar. Xətaidən 7000 manat pulu özü almış və həmin puldan heç kimə verməmiş, həmin pulu almağını da ona heç kim deməmişdir. Xətainin diplom işinin təsdiq olunması ilə bağlı bağlı heç kimə bir söz deməmiş və heç bir aidiyyəti orqana müraciət etməmişdir. Elnur onun Xətaidən 7000 manat pulu almağını bilirmiş, lakin həmin pulu öz ehtiyaclarına sərf etməyini bilməmiş və Elnura bu barədə deməmişdir. Elnur sadəcə Xətaiyə köməklik elmək üçün onu sonuncu ilə tanış etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 6250 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-2017ci illərdə Ukrayna Respublikasının MAUP(Heyətin idarə olunması regionlararası akademiya) Universiteninin Gürcüstan Respublikasında yerləşən fililanın hüquq fakültəsinin bakalavr pilləsini, 2017-2020-ci illərdə isə magistr pilləsini bilirmişdir. 2020-ci ilə qədər həmin universitetin diplomu ilə Azərbaycan Respublikasında hüquqşünas kimi fəaliyyət göstərmiş, lakin 2020-ci ildən sonra qərar verilmişdir ki, qeyd edilən bakalavr və magistr diplomları nostrifikasiya olunmalıdır. Bununla bağlı o. Təhsil Nazirliyi nəznində olan Təhsilin Keyfiyyətini təkmilləşdirilməsi Akademiyasına müraciət etmiş, 2 həftədən sonra ona imtina cavabı gəlmiş və göstərilmişdir ki, universiteti distant təhsil aldığı dövrdə Ukrayna Respublikası ərazisində olmamışdır. 2023-cü ilin may ayında Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir ki, diplomlar təsdiq olunsun. Həmin ərəfədə lazımi əlaqələr tapa bilsə diplomlarımın təsdiq olunması işini tez həll edə biləcəyi ilə maraqlanmış, dostu Elnur ona dayısı oğlu Təqsirləndirilən şəxs belə işlərlə məşğul olduğunu, əli hər yerə çaldığını və ona da köməklik edə biləcəyini demişdir. Elnura razılıq verdikdən sonra Təqsirləndirilən şəxs özü ilə də 2023-cü ilin avqust ayının ortalarında Bakı şəhərin 20 Yanvar metrostansiyasının yaxınlığında şəxsən görüşmüş, söhbət zamanı Vüsala bitirdiyi universitetin bakalavr və magistr diplomlarının Respublikada tanınmasını təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etdiyini, eşitdiyinə görə bu işin məhkəmədən kənar həll yolu olduğunu və bu işdə ona köməklik etməsini bildirmiş, Vüsal bu işdə ona köməklik edə biləcəyini, bu sahədə geniş əlaqələri olduğunu, məhkəməni unutmasını və bütün sənədlərin surətlərini ona çatdırılması üçün Elnura verməsini söyləmiş və ayrılmışlar. Bir neçə gündən sonra sənədlərin surətlərini Vüsala çatdırılması üçün Elnura vermiş, bir neçə gündən sonra Vüsal ona votsapla zəng edərək bu işlə bağlı danışdığını, 30.000 manata başa gələcəyini tanışlığa görə 25.000 manata həll edəcəyini demişdir. Vüsal həmin pulun bir hissəsini dövlətə rüsum kimi ödəcəyini, bir hissəsini Təhsil Nazirliyində Ülkər Səttərova adlı əməkdaşa verəcəyini demiş, həmçinin Təhsil Nazirliyinin imtina cavabını Apellyasiya şikayəti verməklə həll edəcəyini və ilk olaraq ona 15.000 manat verməli olduğunu demişdir. O, da Vüsalla razılaşmışdır. İlk dəfə 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında olan çay evində dostu Şahid2 və Şahid6 ilə Təqsirləndirilən şəxsla görüşmüşlər və həmin vaxtı Vüsala 15.000 manat pul və əlavə olaraq bakalavr və magistr diplomlarımın təsdiq olunmuş surətlərini və digər zəruri sənədlərin surətlərini vermişdir. Vüsal yerdə qalan 10.000 manat hissə-hissə verəcəyini və prosesin 1-2 ay çəkəciyini ona bildirmişdir.Onlar çay evindən çıxan zaman Elnur da gəlmiş və Vüsala 15.000 manat pul verdiyini Elnura demişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. 05 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə ona zəng etmiş və 10.000 manat pulu da ona çatdırmağını demişdir. O, Vüsala ertəsi gün 7.000 manat pulu kart hesabına göndərə biləcəyini demiş, Vüsal vatsapla hesab kartının şəklini ona göndərmişdir. 06 sentyabr 2023-cü il tarixdə saat 10:21-də Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən Karvan Ticarət mərkəzinin qarşısında olan Million ödəniş terminalından Vüsalın göndərdiyi 4169 7388 6556 4748 nömrəli kartına 6800 manat, 200 manat pulu özünün 4098 5844 5056 9387 nömrəli Leobank kartından Vüsalın hesab kartına göndərmişdir. Daha sonra Vüsala zəng edib pulun qəbzlərini də göndərmişdir. Vüsal ona sentyabr ayının 15-nə kimi işin düzələcəyini demişdir. Lakin sentyabr ayının 15-nə kimi Vüsal işi həll etməmiş, o, Vüsala əgər iş alınmırsa pulu qaytarmasını demiş, Vüsala isə onunla inandırıcı danışaraq işi həll edəcəyini, lazımdırsa işi həll edən şəxsi də onunla danışdıracağını söyləmişdir. O, da işi ilə bağlı Rusiya Federasiyasına getmişdir. Rusiyada olan zaman özünü Şahin kimi təqdim edən ***-***-**- ** saylı votsap nömrəsi ilə zəng edən şəxs Vüsala pul borcu olduğunu, Vüsalın əvəzində ona pul ödəyəcəyini bildirmişdir. Bundan sonra Rusiyada olan zaman Vüsal ona zəng edərək xx.xx.2023-cü il tarixdə imtahan verməyi üçün Azərbaycana gəlməyini və 3000 manat pulu da verməsini demişdir. O, da xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. 23 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Vüsalla zəngləşib Sumqayıt şəhəri 18-ci mkr-da DTV-nin yaxınlığında adsız çay evində görüşmüşlər. Vüsal Elnurla gəlmiş, o, da oraya dostum Şahid3 və Şahid2 ilə getmişdir. O, Vüsaldan diplomların təsdiq olunma məsələsini nə yerdə olduğunu soruşmuş, Vüsal 3000 manatı verəcəyi halda noyabr ayının 4-nə kimi məsələnin həll olunacağını demişdir. O, Vüsalla razılaşmış və həmin şəxslərin yanında 3.000 manat pulu sayıb Vüsala vermişdir. Vüsal həmin şəxslərin yanında pulu ondan götürmüşdür. O,Vüsala şərt qoymuşdur ki, əgər noyabr ayının 4-nə kimi bu məsələ düzəlməsə noyabr ayının 10-da 25.000 manat pul onun hesab kartında olsun. Vüsal da ona narahat olmamağım bildirmiş, bundan sonra sağollaşıb ayrılmışlar. Vüsal 2024-cü ilin yanvar ayının 25-nə qədər hissə-hissə ümumilikdə 2000 manat pulu onun Leobank kartına göndərmişdir. O, yerdə qalan 23000 manat pulu Vüsaldan istəsə də Vüsal yenə də onu aldatmağa davam etmişdir. O. da məcbur qalaraq Vüsaldan şikayət etmişdir. Vüsala ilk dəfə 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında olan çay evində 15.000 manat, 06 sentyabr 2023-cü il tarixdə saat 10:21-də Sumqayıt şəhəri 34-cü məhəllədə yerləşən Karvan Ticarət mərkəzinin qarşısında olan Million ödəniş terminalından Vüsalın ona göndərdiyi 4169 7388 6556 4748 nömrəli hesab kartına 6800 manat və saat 10:24-də özünün 4098 5844 5056 9387 nömrəli Leobank kartından Vüsalın hesab kartına göndərmiş və sonuncu dəfə 23 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri 18-ci mkr-da DTV-nin yaxınlığında adsız çay evində Vüsala 3.000 manat pulümumilikdə 25.000 manat pulu təhsil aldığı universitetin bakalavr və magistr diplomlarının Respublikada tanınmasını təsdiq etməsində köməklik elmək məqsədilə vermişdir. Ona ümumilikdə 25.000 manat maddi ziyan dəymişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, sonuncunun məsuliyyətdən azad edilməsinə etiraz etmədiyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur, Təqsirləndirilən şəxs adlı şəxsi isə əvvəllər tanımamışdır. Xətainin xaricdə aldığı təhsillə bağlı diplomlarının təsdiq olunması üçün Vüsal adlı şəxsin ona köməklik göstərdiyini Xətai ona danışmışdı. İlk dəfə 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında olan çay evində o, Xətai və tanışı Şahid6 ilə Təqsirləndirilən şəxsla görüşmüşlər. Xətai orada cibindən 15000 manat pulu çıxarıb sayaraq Təqsirləndirilən şəxs vermiş, həmin pullar 100 və 200 manatlıq əskinazdan ibarət olmuş,bununla bağlı heç bir qeydiyyat aparılmamış və videoçəkiliş də olmamış,X5 əlavə olaraq bakalavr və magistr diplomlarımın təsdiq olunmuş surətlərini və digər zəruri sənədləri də vermişdir. Təqsirləndirilən şəxs yerdə qalan 10000 manat hissəhissə verməli olduğunu Xətaiyə demiş və prosesin 1-2 ay çəkəciyini bildirmişdir. Onlar çayxanadan duran zaman oraya Vüsalın xalası oğlu kimi tanıdığı Elnur da gəlmiş, X4 tanış etmişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. 06 sentyabr 2023-cü il tarixdə, Xətai ona demişdir ki, Vüsal 7000 manat pulu istəyir, birlikdə gedək pulu terminalla göndərək. 06 sentyabr 2023-cü il tarixdə Xətai ilə Sumqayıt şəhəri 34-cü məhəllədə Karvan Ticarət mərkəzinin qarşısında olan ödəniş terminalından Vüsalın göndərdiyi hesab kartına Xətai 6800 manat, 200 manat isə özünün Leobank kartından Vüsalın həmin kartına göndərmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Xətai ona demişdir ki, Vüsalla Sumqayıt şəhəri 18-ci mkr-da görüşməlidir, Vüsala əlavə olaraq 3000 manat pul verməlidir, o, etiraz etməmiş və həmin gün axşam saatlarında Xətai, digər tanışı Şahid3la birlikdə Sumqayıt şəhəri 18-ci mkr-da DTV-nin yaxınlığında yerləşən çay evinə getmişlər. Vüsal Elnurla olmuşdur. Söhbət zamanı Xətai Vüsaldan diplom məsələsini nə yerdə olduğunu soruşmuş, Vüsal isə 3000 manatı verəcəyi halda ən pis halda noyabr ayının 4nə kimi məsələnin həll olunacağını demişdir. Xətai də Vüsalla razılaşıb onların yanımızda 3000 manat pulu sayıb Vüsala vermişdir. Vüsal onların yanında pulu Xətaidən götürmüşdür. Xətai Vüsala şərt qoymuşdur ki, əgər noyabr ayının 4-nə kimi bu məsələ düzəlməzsə noyabr ayının 10-da 25000 manat pul karlına göndərsin. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Noyabr ayın 4-nə kimi Xətainin xahişi ilə o, Rüfət və Ləman dəfələrlə Vüsala və özünü Şahin kimi təqdim edən Vüsalın dostu şəxsə zəng vursalar da onlar müxtəlif bəhanələr gəlirmişlər. Noyabr ayının 4-də isə onlar ümumiyətlə telefonlara cavab verməmişlər. Vüsal Xətainin pulunu qaytarmadığı üçün Xətai onun barəsində şikayət etmişdir. Xətai onun və Ləmanın yanında ilk olaraq Vüsala 15000 manatı Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında olan çay evində, sonra onun yanında Vüsalın kart hesabına ümumi 7000 manat, daha sonra isə onun və Rüfətin yanında Sumqayıt şəhəri, 18-ci mkr, DTV-nin yaxınlığında yerləşən çayxanada Vüsala 3000 manat pulu vermişdir. Həmin pulu Xətai xaricdə təhsil aldığı universitetlərin diplomlarını ölkədə təsdiq olunması üçün Vüsala vermişdir. Vüsalın Xətaiyə nə məbləğdə pul qaytarması barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Vüsalla Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademisyasının həyətində yerləşən çay evində çay içirmişlər, həmin vaxtı Vüsalın qohumu Elnur yanında olan 2 nəfər şəxslə onların yanma gəlmişlər, birlikdə stol arxasında oturmuşlar. Sonradan ona məlum olmuşdur ki, Elnurla gələn şəxslərin adı Xətai və Ramildir. Söhbət zamanı Xəlai xaricdə təhsil aldığı universitetin diplomunun təsdiq olunması ilə bağlı Vüsalla danışırmış, onun da bu söhbətdən məlumatı olmadığı üçün qarışmamışdır. Bir qədər sonra çay içib ayrılmışlar. Vüsaldan bu barədə soruşduqda, demişdir ki. Xətai xaricdə təhsil ahb dipolmu təsdiq olunmur, Xətai ondan bu işdə köməklik göstərməsini xahiş elmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Vüsal onunla birlikdə Sumqayıt şəhərinə qohumu Elnurla görüşüb çay içməyə getməyini demiş, o, etiraz etməmiş və biridikdə axşam saatlarında Sumqayıt şəhərinə gəlmişlər. Vüsal Elnurla zəngləşmiş və Sumqayıt şəhəri 18-ci mkr-da DTV-nin yaxınlığında adsız çay evində görüşmüşlər. Oraya Xətai sonradan adını Rüfət bildirdiyi tanışı ilə gəlmişdir. Söhbət zamanı Xəlai diplomunun təsdiq olunmasını istəmədiyini deyərək Vüsaldan pulunu geri istəmişdir, Vüsal da Xətaidən möhlət istəmiş və söhbət zamanı Xətai Vüsalla razılaşmışdır. Bir qədər sonra Xətai Rüfətlə getdmişlər. Onlar da bir qədər sonra Elnurla sağollaşıb Bakı şəhərinə qayıtmışlar. Vüsal ona demişdir ki, Xətai xaricdə təhsil ahb dipolmu təsdiq olunmur. Xətai ondan bu işdə köməklik göstərməsini xahiş etmişdir. Vüsal sonradan ona demişdir ki, Xətai ona bu işi həll etmək üçün ümumilikdə 7000 manat pul vermişdir, iş alınmadığı üçün Xətai pulunu geri istəmiş və bundan sonra Xətaiyə hissə-hissə ümumilikdə 3000 manat qaytarmışdır. Bundan başqa Vüsalla Xətai aralarında pulla bağlı olan məsələdən məlumatı yoxdur və olmamışdır. 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Vüsalla Bakı şəhəri, Yasamal rayonu. Elmlər Akademisyasının həyətində yerləşən çay evində olarkən Xətai oraya Vüsalın qohumu Elnur və tanışı Ramil adlı şəxslə gəlmiş, orada Şahid6 adlı şəxs olmamışdır. X5 heç bir məbləğdə pul verməmişdir, əgər versəydi bunu görərdi. xx.xx.2023- cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 18-ci mkr-da DTV-nin yaxınlığında adsız çay evində o. Vüsal və Elnurla olan zaman Xətai oraya Rüfət adlı şəxslə gəlmiş, orada Şahid2 adlı şəxs olmamışdır. Həmçinin Xətai həmin vaxtı Vüsala heç bir məbləğdə pul verməmişdir, əgər versəydi bunu görərdi. Şahid6 teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə prosesinin onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ailəvi dostudur, Təqsirləndirilən şəxs adlı şəxsi isə əvvəllər tanımamışdır. Xətainin xaricdə aldığı təhsillə bağlı diplomlarının təsdiq olunması üçün Vüsal adlı şəxsin köməklik göstərdiyini Xətai ona danışmışdı. İlk dəfə 2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyasının yaxınlığında olan çay evində o, Xətai və tanışı Şahid2 ilə Təqsirləndirilən şəxsla görüşmüşlər. Xətai orada Təqsirləndirilən şəxs 15000 manat pul vermiş, əlavə olaraq bakalavr və magistr diplomlarımın təsdiq olunmuş surətlərini və digər zəruri sənədləri də vermişdir. Vüsal Xətaiyə demişdir ki, narahat olmasın hər şeyi həll edəcəkdir. Sonra onlar oradan ayrılmışlar. Sonradan Xətai ona demişdir ki, Vüsala əlavə olaraq 10.000 manat da sonuncunun istəyi ilə diplomların tədiqi ilə bağlı vermişdir. Belə ki, bir müddətdən sonra Xətaidən diplomların təsdiq işinin nə yerdə qaldığını soruşduqda. Xətai Vüsalın işi yubatdığını, hər dəfə müxtəlif bəhanələr gətirdiyini demişdir. Daha sonra bilmişdir ki. Xətai Vüsala verdiyi pulları geri tələb edir. Həmin ərəfədə Xətai bir neçə dəfə xaricə getdiyi üçün. Xətaiyə Vüsala inanmamasını, özünün Vüsalla danışıb pulu geri tələb edəcəyini deyərək özü də Vüsala bir neçə dəfə zəng edib Xətainin yaxın qohumu kimi özümü təqdim edərək Xətainin ona verdiyi pulları qaytarmasını tələb etmişdir. Bundan Xətainin mənlumatı olmuşdur. Vüsal onunla bir neçə dəfə danışıb Xətainin diplom təsdiq işini həll edəcəyini desə də, sonradan onun nömrəsini blok etmişdir. Daha bir müddət sonra Xətai Vüsalın ona pulu qaytarmadığına və aldadaraq ələ keçirdiyi ilə bağlı polisə şikayət etmişdir. O, həmin çay evinə Xətai və tanışı Şahid2 ilə getmişdir. Onlar çay evində olan zaman Vüsalın yanında heç kim olmamışdır. Xətai 15000 manat pulu çıxarıb Vüsala vermiş, Vüsal da həmin pulu götürüb sayıb götürmüş, həmin pullar 100 və 200 manatlıq əskinazlar olmuş və həmin pulu Xətai onların yanında əlbəəl Vüsala vermişdir. Bununla bağlı heç bir qeydiyyat aparılmamış və videoçəkiliş də olmamışdır. Vüsalın Xətaiyə nə məbləğdə pul qaytarması barədə dəqiq məlumatı yoxdur. Şahid1 teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə prosesinin onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası Eldar Zeynalovun xalası oğludur, Zərərçəkmiş şəxs isə onun dostudur. Hər ikisi ilə münasibəti yaxşı olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır və yoxdur. Təxminən 2023-cü ilin yay aylarında Xətai ilə görüşən zaman Ukraynada aldığı təhsillə bağlı diplomlarının təsdiq olunması üçün adam axtardığını, əgər köməklik göstərilsə hörmət də edəcəyini bildirmişdir. O, da həmin vaxtı Xətaiyə Vüsal adlı qohumu olduğunu, Vüsalın tanışları olduğunu və köməklik edə biləcəyini demişdir. Vüsal tanışlarının vasitəsilə bu cür işlərlə məşğul olduğunu özü ona demişdir. Xətai ona Vüsalla danışmağını xahiş etmişdir. O, da Vüsalla görüşüb Xətai adlı tanışımın olduğunu və Xətainin diplom məsələsini danışaraq, Xətaiyə köməklik etməsini və ona hörmət də edəcəyini bildirmişdir. Vüsal Xətainin sənədlərinə baxıb maraqlanacağını demişdir. Sonra Xətainin mobil nömrəsini Vüsala vermiş və onlar öz aralarında danışmışlar. Sonra Xətai sənədlərin surətlərini Vüsala çatdırması üçün ona vermiş, o. da həmin sənədlərin fotoşəkillərini çəkib vosapla Vüsala göndərmişdir. Sonra Vüsalla görüşmüş. Vüsal Xətainin göndərdiyi sənədlərə baxıb onda qalmasını, sonra götürəcəyini demişdir. Vüsal həmin vaxtı piyada olmuş və o, həmin sənədlərin surətlərini öz avtomobilində saxlamışdır. Bir neçə gündən sonra Vüsal Xətai ilə görüşəcəyini və ona da gəlməsini demiş, həmçinin Xətai də Vüsalla görüşəcəyini ona demişdir. 2023-cü ilin təxminən avqust ayının son günlərində axşam saatlarında o, zəngləşib Vüsalla Xətainin görüşdüyü Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyasının yaxınlığında olan çayxanaya getmiş, oraya çatanda Vüsalın, Xətainin, tanımadığı bir cavan qadının, Xətainin tanışı Ramilin masa arxasından durduqlarını görmüş, onlarla salamlaşıb görüşmüşdür. Həmin vaxtı Vüsal Xətaiyə narahat olmamasını, 2 ay keçməyəcək diplomların təsdiq işini həll edəcəyini demiş, həmçinin o, da Vüsala Xətaiyə köməklik etməsini bir daha xahiş etmişdir. Sonra ayrılmışlar. Bundan bir müddət sonra xx.xx.2023-cü il tarixdə Xətai ona zəng edərək ertəsi gün Vüsalla Sumqayıt şəhəri, 18-ci mkr ərazisində çayxanada görüşəcəyini bildirmiş və ondan da xahiş etmişdir ki, o, da oraya gəlsin. Həmçinin Vüsal da ona zəng edərək həmin çayxanaya gəlməyini xahiş etmişdir. Ertəsi gün xx.xx.2023-cü il tarixdə Vüsalla zəngləşib saat 21 radələrində Sumqayıt şəhəri, 18-ci mkr-da DTV- nin yaxınlığında çay evində görüşmüşlər, bir qədər sonra Xətai tanışları Rüfət və Raminlə birlikdə gəlmişlər. Söhbət zamanı Xətai Vüsaldan diplomların təsdiq işinin nə vaxt bitəcəyini soruşmuş. Vüsal ən geci noyabr ayının əvvəlinə qədər hazır olacağını və portala da yerləşdiriləcəyini demişdir. Söhbət zamanı Xətai cibindən pul çıxarıb 3.000 manat olduğunu deyərək onların yanında Vüsala vermiş, Vüsal da pulu götürüb Xətaiyə narahat olmamasını, işini həll edəcəyini söyləmişdir. Sonra onlar ayrılmışlar. Təxminən 2 ay sonra Xətai ona zəng edərək Vüslalın onu aldatdığını və diplomların təsdiqi üçün ondan aldığı ümumilikdə 25.000 manat pulunu qaytarmadığını bildirmişdi*. O, özü də dəfələrlə Vüsala zəng vurub iş alınmırsa Xətainin pulunu qaytarmasını demişdir, Xətai həmin ərəfədə Vüsalın mobil nömrəsini bloka atmış, münasibətləri pozulmuş, Xətai sözünü ona demiş, o, da Vüsala çatdırmış, həmçinin Vüsalın dediklərini də Xətaiyə deyirmiş, Vüsal isə işin düzələcəyi, düzəlməsə pulu qaytaracağını demişdir. Sonradan bilmişdir ki, Vüsal Xətainin işini düzəldə bilməmiş və Xətaiyə təxminən 2000 manat pul qaytarmışdır. Daha sonra bilmişdir ki, Xətai Vüsal barəsində şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mkr, DTV-nin yaxınlığında yerləşən çayxanada Xətai cibindən pulu çıxarıb 3000 manat olduğunu deyərək Vüsala vermişdir. Həmin pullar 100 manatlıq əskinaz olmuşdur. Bununla bağlı heç bir qeydiyyat aparılmamış və videoçəkiliş də olmamışdır. Xətai sonradan özü ona demişdir ki, xaricdə təhsil aldığı universitetlərin diplomlarını ölkədə təsdiq olunması üçün Vüsala ümumilikdə 25.000 manat vermişdir. O, yalnız Xətainin Vüsala xx.xx.2023-cü il tarixdə pulu verib 3000 manat olduğunu deyən zaman iştirak etmişdir. Qalan pulların verilməsindən heç bir məlumatı və iştirakı olmamışdır. Vüsal ona heç bir məbləğdə pul verməmiş və təklif etməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Xətainin xaricdə aldığı təhsillə bağlı diplomlarının təsdiq olunması üçün Vüsal adlı şəxsin köməklik göstərdiyini Xətai ona danışmışdı. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xətai ilə birlikdə olan zaman, Xətai demişdirki, Vüsalla Sumqayıt şəhəri 18-ci mkr-da görüşməyə gedir və ona da birlikdə getməyini demişdir. O, etiraz etməmişdir. Xətai demişdir Vüsala qalıq qalmış pulu verməyə gedir, işi artıq düzəlmək üzrədir. O, da Xətai və tanışı Ramillə birlikdə Sumqayıt şəhəri, 18-ci mkr-da DTV-nin yaxınlığında yerləşən çayxanaya getmişlər. Vüsal Elnur adlı şəxslə olmuşdur. Onların stoluna olurmuşlar. Xətai və Vüsal öz aralarında diplom təsdiqi ilə bağlı söhbət etmişlər. Xətai Vüsaldan diplom məsələsini nə yerdə olduğunu soruşmuş. Vüsal isə 3000 manat verəcəyi halda ən pis halda noyabr ayının 4-nə kimi məsələnin həll olunacağını demişdir. Xətai də onların yanında cibindən pul çıxarıb saymış və 3000 manat olduğunu deyərək Vüsala vermişdir. Həmin pullar hamısı 100 manatlıq əskinaz olmuş,bununla bağlı heç bir qeydiyyat aparılmamış və videoçəkiliş də olmamışdır. Vüsal da onların yanında pulu Xətaidən götürmüşdür. Xətai Vüsala şərt qoymuşdur ki, əgər noyabr ayının 4-nə kimi bu məsələ düzəlməsə noyabr ayının 10-da 25.000 manat pul onun karlına göndərsin. Həmçinin söhbət zamanı Xətai Vüsala əgər düzəldəcəyi iş alınmırsa ona verdiyi pulu qaytarmasını demişi, Vüsal da Xətaiyə narahat olmamasını, işi həll edəcəyini, əgər həll olunmasa Xətaiyə pulunu qaytarmasına möhlət istəmişdir. Həmçinin söhbət zamanı Vüsal onun alverlə məşğul olduğunu bilib ona da satmağa ucuz qiymətə tibbi formalar təşkil edə biləcəyini dedikdə, o, istəməmişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Bir müddəidən sonra Xətai xaricdə olan zaman ondan xahiş etmişdir ki, Vüsala zəng edib diplom işi ilə bağlı maraqlansın və Vüsalın mobil nömrəsini ona vermişdir. O,da bir neçə dəfə Vüsala zəng edərək Xətainin dediklərini soruşurmuş, Vüsal da Xətaiyə narahat olmamasım çatdırmağını ona deyirmiş. O, da Vüsalın ona dediklərini Xətaiyə çatdırırmış. Sonda isə Xətaiyə demişdir ki, Vüsalın danışığından xoşu gəlmir, hər dəfə bəhanələr gətirir və daha Vüsala zəng etməyəcəyini bildirmişdir. O, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunanda artıq bilmişdir ki, Xətai Vüsalın onun diplom işini həll etmədiyi və pulunun da qaytarmaması ilə bağlı şikayət etmişdir. Xətai özü ona danışmışdı ki, xaricdə təhsil aldığı universitetlərin diplomlarını ölkədə təsdiq olunması üçün Vüsala əvvəldən 22000 manat vermişdir, o, 22000 manat pulun Vüsala verilməsini görməmişdir, sadəcə Xətaidən eşitmişdir, o, yalnız Xətainin Vüsala 3000 manat pulu verdiyi zaman iştirak etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Vüsala şəxsi işləri ilə bağlı 5.000 manat borcu olmuşdur. 2023-cü ilin sentyabr ayında Vüsalla görüşən zaman ona demişdir ki. Xətai adlı Sumqayıt şəhər sakinindən sonuncunun xaricdə təhsil aldığı universitetlərin diplomların təsdiq olunması işini həll etmək üçün pul almışdır, lakin işi həll edə bilməmişdir. Xətai ondan pulunu geri tələb edir, pulu öz maddi problemlərinə xərclədiyi üçün Xətaiyə pulu qaytarmaqda çətinlik çəkir və ondan borcunu istəmişdir. D,da hazırda pulu olmadığını dedikdə Vüsal ondan xahiş etmişdir ki, Xətaiyə zəng edərək Vüsala 5.000 borclu olduğunu, həmin pulu hazırda Vüsala verə bilmədiyini və həmin pulu Vüsalın əvəzində özü Xətaiyə qaytaracağını desin. Vüsal Xətai adlı şəxsin mobil nömrəsini ona vermiş, o,da Xətaiyə zəng edərək Vüsalın ona dediyi kimi Xətaiyə bildirmişdir. 2023-cü ilin sentyabr ayının sonlarında ödəmə terminalı vasitəsilə əvvəlcə 400 manat, daha sonra isə 500 manat pulu Xətainin ona öncədən göndərdiyi kart hesabına göndərmişdir. Vüsala qalıq 4100 manat borcu qalmışdır. Sonradan Vüsal ona borcunu özünə qaytarmağını, Xətai ilə özü həll edəcəyini demiş, o,da 2023-cü ilin oktyabr ayının sonlarına qədər Vüsala qalan 4100 manat borcunu hissə-hissə ödəmişdir. Bundan sonra Xətai ilə heç bir əlaqəsi olmamışdır. Bir müddətdən sonra Xətai ona zəng edərək pul barədə soruşanda o. Vüsala olan borcunu Vüsalın sözü ilə özünə hissə-hissə ödədiyini bildirmişdir. Vüsal ona demişdir ki, Xətai xaricdə təhsil alıb dipolmu təsdiq olunmur, Xətai ondan bu işdə köməklik göstərməsini xahiş elmişdir. Vüsal sonradan ona demişdi ki, Xəlai ona bu işi həll etmək üçün ümumilikdə 7000 manat pul vermişdir. Bundan başqa Vüsalla Xəlai arasında pulla bağlı olan məsələdən məlumatı yoxdur və olmamışdır. Sonra bilmişdir ki, Xətai Vüsal barədə şikayət etmişdir. Vüsalın Xətaidən pulunu ahb ələ keçirməsindən heç bir məlumatı və iştirakı olmamışdır. Vüsal ona heç bir məbləğdə pul verməmiş və təklifdə elməmişdir. Cinayət işinin 165-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində qəti olaraq 6.000 manat cərimə cəzası təyin edilmişdir. Cinayət işinin 116-126-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli Şəki Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinib 6000 manat cərimə cəzasına məhkum edilmişdir. CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 3000 manat cərimə edilmişdir. Cinayət işinin 185-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəriməni tam ödədiyi üçün xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 184-cü vərəqəsində olan şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 vardır. Cinayət işinin 82-104, 172-173-cü vərəqələrində olan diskə baxış keçirilməsi haqqında protokol, götürmə və baxış keçirmə haqqında protokollardan görünür ki, istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs götürülmüş Təqsirləndirilən şəxsla aralarında whatsappla əlaqə saxladığı müddətdə bir-birləri ilə yazışmalarını, həmçinin danışıqlar zamanı səs yazıları və səsli sms-ləri əks etdirən 1 ədəd CD disk və yazışma şəkillərinə baxış keçirilmişdir. Yazışma şəkillərinə baxdıqda «X7» adı ilə qeyd olunmuş +**********07 nömrə ilə aşağıdakı məzmunda yazışmaların olması müəyyən olunmuş, «X7» protokolda «V» hərfi ilə, Zərərçəkmiş şəxs isə «X» hərfi ilə qeyd olunmuşdur. - 05.09.2023-cü il tarixdə saat 19:09-da «V» «X»-ya «indi rahat danışa bilmirəm, başqa bir görüş var ordayam, gedim evə rahat danışarıq» yazısı və ardınca **********564748 saylı hesab kartın fotoşəklini göndərir. - xx.xx.2023-cü il tarixdə saat 10:21-də «X» «V»-ya 6.800 manat və 200 manat pulun 416973*****4748 saylı hesab kartına göndərilməsi qəbzlərin fotoşəkilləri göndərir. - xx.xx.2023-cü il tarixdə saat 10:23-də «V» «X»-ya «birdə vəsiqənin şəklin at mənə,məndə olan sənədlərdə vəsiqənin şəkli yoxdu», ardınca «X» «V»-ya **********564748 saylı hesab kartınım göndərir, ardınca «V» «X»-ya «bəli qardaş mənim kartımın nömrəsidi», «200 manat da gəldi»,ardınca «X» «V»-ya «7000 manat gəldi, düzdü». «V» «X»-ya «bəli gəldi Allah xeyir versin, Allah sevindirsin İnşAllah» - 03.10.2023-cü il tarixdə saat 13:51-də «V» «X»-ya «Salam qardaş mən sənə söz dedim axı kimsə mənə nağıl danışa bilməz, narahat olma yenədə deyirəm səbrli ol, hər gün hər gün bu mövzu ya qayıtmayaq, sənə təsdiq lazımdı o, da olacaq» - 01.11.2023-cü il tarixdə saat 20:36-da «V» «X»-ya «Salam Xətai necəsən, səhər 9da sənə zəng edəcəm, xeyirli xəbərim var özünnə muğayat ol. hecnə pis düşünmə» - 13.11.2023-cü il tarixdə saat 14:41-də «V» «X»-ya «Salam necəsən, darıxma İnşAllah pul gözlüyürəm həll olsun sənədi götürəcəm, sadəcə səbrli ol məni də başa düş, ncə ki, bu vaxta qədər başa düşmüsən», ardınca «X» «V»-ya Alınan deyil boş söhbətlərdir, saat 7-8-də vurarsan karta», ardınca «V» «X»ya «qardaşının ruhuna and ola, balamın ölmüşünə alınandı,sadəcə pula görə qalıb qardaşım, səbrli ol, görəcəysən Vallah, qarşaşım pul vot votdu, danışmıqam, bir yaxın qardaşnan söz verib gözlüyürəm sən səbrli ol», «X» «V»ya «pulumu götür, kimə veribsənsə kartıma vur,**********676903» - 24 dekabr 2023-cü il tarixli skrində «V» «X»-ya «Sənə qardaş dedim. Rüfət qardaşa dedim Elnura da ayın 25 masimum bütün pulun karlında»,ardınca «X» «V»-ya «bütün pulum 22 min hamısını,sonuncu Sumqayıtda aldığın 3 minlərlə 25 min manat edir, elə etmə kimlərin adından alırsan hamısını səsini yazmışam», ardınca «V» «X»-ya «narahat olma qardaş, hamısı vaxt ver verəcəm, mənə də oğraşlar atdı Allaha and ola», ardınca «X» «V»-ya «sən çox mənliksiz adamsan, mənim pullarımı hamısı 20 si noyabra qədər çatmasa gedəcəm idarəyə ikinizdəndə şikayət edəcəm Allah bəlasını versin atıram bloka səni.maşennik. Elnura da sözümü dedim kartımıda atmışam, 25 minimidə mənə vurduğum ziyanlarla doğ at kartıma» yazışmalar müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs təqdim etdiyi CD diskə olan səsli sms-ləri dinlədikdə iş üzrə əhəmiyyət kəsb edən aşağıdakılar müəyyən olunmuşdur: - 157 KB həcmli faylda Vüsal Xətaiyə «qardaş heçnə, bu iş uzanır, imtahan vaxtından oktyabr ayından tez edə bilmirlər, 5-ci gün bunun pulunu atacam, 5-ci gündən tez alınmır, çünki tikə-tikə bölünüb, deyir 2 ora verilib, 3 ora verilib, onlarda pulu alıb qoyub cibinə,sənədləri ötürüblər gedib, yəni o, həmin 4-5 nəfərin məsələsinə görə bunu tez edə bilmirlər, açıq deyirəm də sənə pulu verilib, indi ordakı adamımız cibindən verməlidir, o da deyirki mənə 1 gün vaxt verin, 5- ci gün pulu tapıb verim, işi alınar təzədən götürərəm» səsli sms göndərib. - 701 KB həcmli faylda Xətai ilə Təqsirləndirilən şəxsla arasında telefon danışığında Xətai Vüsala sənədin təsdiqlənmə işinin alınmadığına görə narazılığını və gözləmək istəmədini bildirir. Vüsal da Xətaiyə narahat olmamasını, səbrli olmasını, dediyi müddəti gözləməsini və yalnız onunla əlaqədə olmasını bildirir. - 614 К В həcmli faylda Təqsirləndirilən şəxs Xətaiyə «səndən bir qardaş kimi xahiş edirəm, mən bilirəm ki, sən mənim xətrimi istəyirsən, o, xanımda zəng eləmişdi, sənin gəlməyinə ehtiyac yoxdu, dünən mən ağsaqqalnan özüm biryerdə idim, danışdım, heç bir narahatçılıq yoxdu, oktyabr ayının ilk on günlüyü, ola bilər ki, 15-16-sı, 23-nə qabaq ehtimal var, imtahan başlayanda sənin sənədin orda təsdiqlənəcəy, hamı kursdu söhbətə, ürəyini buz kimi saxla, nəticəsini axırda görərsən mən nəyə qadirəm, bundan rahat ol, qardaş kimi bir sən bil, bir mən bilim, mən sənə səs atıram, mənim özümə sabaha 3.000 manat pul lazımdır, elə bil ki, işin həll olunub işin üçün tapırsan, bir həftəlik lazımdır, mən bu pulu o sənin puluna qatmıram, gələn həftənin 5-ci gününə kimi ola bilər tez də qaytara bilərəm, məni nə cür görürsənsə o cür sənə ağız açıram, məni özümə şəxsimə lazımdır pul, sabaha həll eləsən elə bil ki, məni quyudan çıxarısan, sənə ərkim çatıb deyirəm» səsli sms göndərib. - 156 KB həcmli faylda Təqsirləndirilən şəxs Xətaiyə «hər şey alınıb, bir məsələ var, maliyyə məsələsi, onun söhbəti gedir,bu axşama və ya sabah tezdən cavabımı alım xəbər edərəm, narahat olma, o 3 mini, 5 mini, 10 mini, 15 mini yerə gəlsə bir-birimizə xərcləyərik, onun acı deyilik, onun altında qalan deyilik, bu işə ilkdən ürəkdən başlamışam, sadəcə ortada məni yubatdı, alındıra bilmədi, vaxtımı aldı, mən bir işə girişdimsə axırma çıxıram, çıxmışam axırına elə bil ki, 3-4 faiz qalıb, cavab gəlsin, səbrli ol» məzmunlu səsli sms göndərib. - 215 KB həcmli faylda Təqsirləndirilən şəxs Xətaiyə «qardaşım, sənin 20 dəqiqə sonra verəcəyin pulu bunlar 20 dəqiqə əvvəl istəyir, bax məsələ budur, onu da sən vermirsən, ona görə dəm Andreydən alıb verməliyəm ki, portalda adın çıxsın, 20 dəqiqə sonra səndən götürüm, iş həll olunub hazırdı, mən girməliyəm konvertdə verməliyəm, o da basmahdı knopkanı. sonra Elnura və ya Rüfətə zəng eləməyiməm Xətainin verdiyi pulu gətir ver mənə, mən onu Andreydən almağı gözləyirəm ki, gedim özüm tapım alım verim, sonra sənedən alım, sən vermirsəndə dirənmisən, bax yarımgünlük tezdəndən 9-da o pulu verməliyəm, 3-4 saatdan sonra sən portalda adını görüb pulu mənə karta atmalısan, onu da sən vermirsən, mən də pulu kimdənsə almalayam girməliyəm yanma, hər şey hazırdı, mən də ona görə üstünə getmirəm» məzmunlu səsli sms göndərib. - 75 KB həcmli faylda Təqsirləndirilən şəxs Xətaiyə «səndən xahiş edirəm, özün əlaqə saxla əlaqə saxla, burdasansa özün əlaqə saxla mənimlə, o. xanım məni yığır, bu gün inşAllah sevinəciy. işlər hamısı mənim nəzarətimdədir» məzmunlu səsli sms göndərib. - 180 KB həcmli faylda Təqsirləndirilən şəxs Xətaiyə «Xətai sənə deyrəm ki mənə pul ver? Sən vermədyin üçün mən verməliyəm, iş həll olunub, hazırdı, inanmırlar, deyirlər verməyəcək pulu, sən millətə od qoyub getmisən, sən vermirsən mən məcburam verim, pul axtarışındayam» məzmunlu səsli sms göndərib. - 108 KB həcmli faylda Təqsirləndirilən şəxs Xətaiyə «qardaşım sənin 1 manatın mənim cibinə girməyib, burdakı məsələlərdən xəbərin yoxdur, mən sənə görə əlli yerdən qapıdan keçmişəm. Andreydən İvandan pul dilənirəm ki, verin ki 1 gündən sonra qaytaracam, sən də məni başa düşdə, iş həll olan yerdə niyə oyun pozanlıq edirsən, görürsən səndən pul istəmirəm ki, sadəcə imkan ver pul qoy tapım verim, 1-2 günə həll edim sənədini götür, ondan sonra sən mənim pulumu verərsən artıqlamasıynan» məzmunlu səsli sms göndərib. İstintaq zamanı Təqsirləndirilən şəxs ona təqdim olunan yazışma şəkilləri və CD diskdə olan məlumatlarla tanış olaraq, həmin yazışma şəkillərində Xətai ilə aralarında olan yazışmanın, diskdə isə onunla Xətai arasında olan danışıqların və göndərmiş olduğu səsli sms-lərin olduğunu bildirmişdir. Cinayət işinin 187-201-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş Təqsirləndirilən şəxs ilə aralarında whatsappla olan yazışmanı əks etdirən yazışma şəkilləri, danışıqları və səsli sms-ləri əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etirazı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Buna görə də barəsində aparılan cinayət işinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3000 və 3250 manat olmaqla ümumillikdə 6250 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etirazı etmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 6250 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 25000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 6250 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-160/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-160/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver