Məhkəmə qərarları › İş №1(060)-161/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-161/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-161/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Ağsu rayonu Nəmirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1,508 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 03.09.2021-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən “Babək” dükanının yaxınlığında Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 1,508 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 4-5 ildirki ağrıları olduğundan narkotik vasitə olan heroindən istifadə edir. 03.09.2021-ci il tarixdə təxminən saat 11 radələrində şəxsi işi ilə bağlı olaraq Abşeron rayonu, Xırdalan şəhərinə getmiş, orada Heydər Əliyev adına parkda olan zaman ona əvvəllər tanıımadığı və görmədiyi təxminən 40-45 yaşında, orta bədən quruluşlu, 170-175 sm hündürlükdə, qaraşın, üzdən qafqazlıya bənzər, üzü sıx qara tüklü şəxs yaxınlaşıb onunla söhbət etməyə başlamışdır. Təxminən 10-15 dəqiqə söhbətdən sonra həmin şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O, əvvəlcə həmin şəxsin polis olacağından ehtiyyat edib istifadə etmədiyini bildirmişdir. Həmin şəxs ona “narahat olma polis üstündə mal gəzdirmir” deyib istəsə ona heroin sata biləcəyini demiş, o, “istəyirəm” deyəndə, həmin şəxs cibindən çıxartdığı qara rəngli sellofan bükümü əlində gizli formada onun əlinə ötürmüşdür. O, çəkisinin nə qədər olduğunu soruşmuş, həmin şəxs təxminən qram yarım olduğunu bildirmişdir. Həmin şəxsin istəyi üzrə o, 35 manat pul ödəməklə narkotik vasitə olan heroini həmin şəxsdən almışdır. Təxminən saat 15 radələrində yol avtobusları ilə Sumqayıt şəhərinə gəlmişdir. Saat 16:00-da üzərində olan narkotik vasitə olan heroini qəbul etməyə münasib yer axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman ona özlərinin polis əməkdaşları olduqlarını bildirən şəxslər yaxınlaşıb narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində gəzdirilməsi barədə polis əməkdaşarına məlumat daxil olduqunu, odur ki, onu polis binasına dəvət etdiklərini bildirmişlər. O, etiraz etməyib onların xidməti avtomobillərinə əyləşmişdir. Onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına aparıb xidməti otaqlardan birinə daxil olmuşlar. Orada əvvəlcə təhqiqatçı özünü təqdim edib, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişdir. O, isə buna etiraz etməmişdir. PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edilmişdir. Ona təqdim edilmiş vəkilə heç bir etiraz etməyib bildirişlə tanış olmuşdur. Daha sonra isə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübütün olub-olmadığı sual olunan zaman özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılıb, bükümdə qəhvəyi rəngli spesifik iyə malik olan maddənin heroin olduğu müəyyən olumuşdur. İstintaq hərəkəti zamanı üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququ pozulmadığını, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını göstərmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 Pəviz oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsə dair düşmənçilik və ədavət münasibəti olmamışdır. 03.09.2021-ci il tarixdə ona ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə qərəzsiz və etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etmək üçün o da əlavə edilmişdir. Odur ki, həmin gün, yəni 03.09.2021-ci il tarixdə saat 15:40 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində pusqu qurmuşlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs əlamətlərinə oxşar bir nəfər şəxsin gəldiyini görüb yaxınlaşmış və saat 16:00-da həmin şəxsi saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istintaq hərəkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1ci PB-nə getməli olacağlarını bildirib, həmin şəxsə etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və avtomobilə əyləşmişdir. Bir neçə dəqiqəyə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının həyətinə çatmışlar. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Rəhman Qurbanov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təyin olunduğunu bildirmişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqaçı Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirmiş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofanda olan bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitənin “heroin” olduğunu, Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 35 manata aldığını, 03.09.2021ci il tarixdə və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrində Şahid1 Pəviz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Görüntülənən video görüntünün 01-ci saniyəsində Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də təhqiqatçı Rəhman Qurbanov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etdi. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığını və 1-ci PB-nə gətirildiyini dedi. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X1 təyin olunduğunu bildirdi. Daha sonra təhqiqatçının göstərişi ilə polis əməkdaşları özlərini təqdim etdi. Azərbaycan Respublikası CPM-nin 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etdi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini bildirdi. Görüntünün 02:42-ci saniyəsində Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofanda olan bükümü çıxardaraq təqdim etdi. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğunu, nə vaxt, haradan, kimdən və həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi, hansı məqsədlə üzərində gəzdirdiyni soruşduqda Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitənin “heroin” olduğunu, Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 35 manata 2 saat bundan əvvəl aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Görüntünün 04:05 saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni tərəziyə qoyub çəkilən zaman həmin maddənin polietilen sellofan ilə birlikdə çəkisinin 1,58 qram olduğu müəyyən olundu. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdi. Qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmədi. Bundan sonra sonuncunun üzərindən aşkar olunmuş büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalandı. Görüntünün 10:30-cu saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşdırıldı. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04.09.2021-ci il tarixli 6/3872 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,508 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Rspublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 1,508 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,458 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2021-ci il tarixli 4548 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə təsdiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,508 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertiza nəticəsində qalıq çəkisi 1,458 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 05.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03.09.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3302 nömrəli, 27.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 21-ci mikrorayon üzrə 2 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nihah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 20 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə olunmuş şəxs barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. İş materiallarında olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X3 İ Qarabağ müharibəsi iştirakçısıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən və DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirilməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, şəxsin təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin elan edilmiş ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 03.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,458 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,458 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx ) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar