Məhkəmə qərarları › İş №1(060)-161/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-161/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-161/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,173 qram və 0,985 qram, ümumi təmiz çəkisi 1,158 qram olan qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9D saylı yaşayış binasının qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində açıq yaşıl rəngli əl çantasının içərisində olan boz rəngli pul qabıdan 01 (bir) ədəd ağ rəngli sellofanın içində siqaretin gümüşü rəngli kağızına bükülmüş halda içərisində 02 (iki) ədəd şəffaf rəngli sellofan kəsiyində ayrı ayrılıqda təmiz çəkiləri 0,173 qram və 0,985 qram, ümumi təmiz çəkisi 1,158 qram olan qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin ünvan 3ayədə yaşayır. Bir ilə yaxındır narkotik alüdəçisidir, narkotik vasitə olan kakosdan çəkməklə istifadə edir. İstifadə etdiyi narkotik vasitələri şəxsən tanımadığı yalnız votsap proqramı ilə görüntülü danışdığı Fərhad adlı İran vətəndaşından alır. Ayda bir-iki dəfə votsap ilə əlaqə saxlayır, votsapda yazdığı ünvandan narkotiki gedib götürür. Bir həftə əvvəl yenə Fərhadla votsapla əlaqə saxlamış, ona kakos lazım olduğunu demiş, 35 (otuz beş) manat pulu Fərhadın ona göndərdiyi kart hesabına ödəmə terminalı vasitəsilə göndərmiş, Fərhad hər dəfə bir kart hesabı göndərdiyindən həmin kart hesabı yadında qalmamışdır. Fərhad özü ona zəng vurduğu vaxtda onun deyəcəyi yerdən gedib narkotik vasitə kakosu götürəcəyini bildirmişdir. İki gün əvvəl saat 00.30 radələrində votsapla Fərhad ona zəng vurub Sumqayıt dairəsi adlanan əraziyə getməyini istəmiş, o, deyilən ünvana getmiş və Fərhadın başa salması ilə oradakı ağacların birinin dibindən “palma” siqaret qutusunun olduğunu görüb götürmüş və içərisində 01 (bir) büküm sellofanda kakos olduğunu müəyyən etmişdir. Həmin sellofan bükümü siqaret qutusundan çıxarıb gümüşü rəngli siqaret kağızına bükərkən sellofan ikiyə ayrılmış, gümüşü rəngli siqaret kağızına bükdükdən sonra həmin narkotik vasitə kakosu açıq yaşıl rəngli çantasının içərisində olan boz rəngli pul qabısına qoymuşdur. Bundan sonra evinə qayıtmış, həmin narkotik vasitə olan kakos onun çantasında olan pulqabısında qalmışdır. xx.xx.2022-ci il tarixdə axşam radələrində işlədiyi Saray qəsəbəsinin girişində yerləşən “Araz” marketdən evə qayıdarkən, həmin gün yəni xx.xx.2022-ci il tarixdə gecə saat 05:00 radələrində yaşadığı binanın qarşısına çatanda ona Post Patrul avtomobili yaxınlaşmış, içərisindən düşən iki nəfər polis geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib gecə vaxtı bayırda olmağının səbəbini soruşmuşlar. O, polislərə işdən gəldiyini bildirmişdir. Həmin vaxt çantasında narkotik vasitə kakos olduğundan özü də bilmədən əlini çantanın içərisinə aparanda polis əməkdaşları ondan şübhələnib çantada nə olduğunu soruşmuşlar və onsuz ifşa olunacağını bildiyinə görə çantada narkotik vasitə kakos olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu araşdırma aparılması üçün 3-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gəlmişdir. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əlində olan açıq yaşıl rəngli əl çantasının içərisində olan boz rəngli pul qabını və bir neçə şəxsi əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Pul qabının içərisindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində gümüşü rəngli kağız bükülü polis əməkdaşları tərəfindən götürülmüş, açıldıqda içərisində 02 (iki) ədəd şəffaf rəngli sellofan kəsiyində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr olduğu müəyyən olunmuşdur. Sorğu zaman bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə kakos var, həmin narkotiki şəxsi istifadəsi üçün əvvəlcədən vatsapla danışdığı İranlı şəxsə 35 (otuz beş) manat ödəməklə alıb üstündə saxlamışdır. Onun təqdim etdiyi bükümlər üzərində olan sellofan ilə birlikdə elektron tərəzi ilə çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Narkotik istifadə etdiyini, narkotik aludəçisi olduğunu etiraf edir, onun həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuş, narkotik satmaq niyyəti olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 9181 çağırışlı avtopatrulda post yoldaşı, polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə 23 nömrəli marşurutda saat təxminən 05:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon daxilində xidmət aparırmışlar. Xidmət apardıqları ərazidə oğurluq hadisələrinin, narkotik geniş şəkildə yayıldığından diqqətlə ətrafa nəzər yetirirmişlər. Bu zaman 9-cü mikrorayon ərazisində 9D saylı yaşayış binasının yaxınlığında məhəllənin qaranlıq hissəsində bir nəfər qadının onların patrul maşınını görən kimi iti addımlarla yeridiyini görmüşlər. Onun bu hərəkəti şübhə yaratdığından dərhal həmin qadına yaxınlaşmışlar, özlərini təqdim edərək onunla profilaktiki söhbətlər aparmışlar, həmin qadının bu saatda küçədə olmasının səbəbini soruşmuşlar, bu zaman həmin qadın onların suallarına qeyri səmimi cavablar verərək əlini tez tez çiyin çantasına atdığını görmüşlər. Həmin qadından çantanın içində nə olduğunu soruşanda qadın bildirmişdir ki, çantanın içindəki pul kisəsinin içində narkotik maddə var. Bundan sonra həmin qadının üzərinə baxış keçirmədən saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin qadın xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan açıq yaşıl rəngli əl çantasını açaraq içərisindən 01 (bir) ədəd boz rəngli pul qabını çıxardaraq açmış, pul qabının içərisindən şəxsi əşyalarını və 01 (bir) ədəd şəffaf sellofanın içərisində gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Həmin 01 (bir) ədəd şəffaf sellofanın içində olan gümüşü rəngli kağız büküm açıldıqda içərisində 02 (iki) ədəd şəffaf rəngli sellofan kəsiyin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr olduğu müəyyən olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, həmin narkotiki şəxsi istifadəsi üçün əvvəlcədən votsapla danışdığı İranlı şəxsə 35 (otuz beş) manat ödəməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlələr elektron elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün əməkdaşları Şahid1, Şahid2, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı X1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan açıq yaşıl rəngli əl çantasını açaraq içərisindən 01 (bir) ədəd boz rəngli pul qabını çıxardaraq açmış, pul qabının içərisindən şəxsi əşyalarını və 01 (bir) ədəd şəffaf sellofanın içərisində gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim etmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışda iştirak edən X4 tərəfindən baxış keçirilmişdir. Həmin 01 (bir) ədəd şəffaf sellofanın içində olan gümüşü rəngli kağız büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisində 02 (iki) ədəd şəffaf rəngli sellofan kəsiyin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr olduğu müəyyən edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, həmin narkotiki şəxsi istifadəsi üçün əvvəlcədən telefonla danışdığı İranlı şəxsə 35 (otuz beş) manat ödəməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlələr üzərində olan sellofan ilə birlikdə əvvəlcə ayrı ayrılıqda, sonra isə cəmi çəkiləri elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin kütlələrin çəkiləri ayrı ayrılıqda 1,21 qram və 0,30 qram olması müəyyən olunmuş, cəmi çəkiləri isə 1,47 qram olması qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X5 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4665 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün 127 nömrəli ” dairəvi möhür əksi olan “ Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,173 qram, 0, 985 qram ümumi təmiz çəkisi 1,158 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin təmiz çəkisi - 1,158 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 1,058 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5004 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,158 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,058 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1333 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 1,158 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,058 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,058 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar