Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-161/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2 və 9.3-cü bəndlərinə əsasən təyin edilmiş cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 oktyabr 2023-cü il tarixdə saat 18:40 dəqiqədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 2 nömrəli binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PBnə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,750 qram, 0,525 qram, 0,471 qram, ümumi təmiz çəkiləri 1,746 qram olan maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə onun üzərində olmamışdır. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları Nasosnu qəsəbəsi, beşmərtəbə adlanan ərazidə onu saxlayıb bölməyə aparmışlar. Bölmədə narkotik vasitəni onun qarşısına qoyaraq ona məxsus olduğunu demişlər. Narkotik maddənin miqdarı çox olmuş, o, özünü kəsərək intihara cəhd etdiyindən miqdarı azaldaraq CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirmişlər, o da razılaşmışdır. Bölmədə ona bildirmişlər ki, ifadəsində guya həmin narkotik vasitəni səkkiz gün əvvəl 20 Yanvar ərazisindən tanımadığı şəxsdən aldığını, üzərində saxladığını və onu tutduqlarını bildirsin. Hər gün iki qram miqdarında “kakos” adlanan narkotik vasitədən istifadə edirdi. O, polis əməkdaşlarının onun evinə gedərək onu axtardığını eşitmiş, buna görə də özü zəng edərək İsmayıl adlı polis əməkdaşından onu nə üçün axtardığını soruşmuş, olduğu yeri onlara bildirmiş, İsmayıl və Ayaz adlı polis əməkdaşları da gələrək heç nə demədən onu bölməyə aparmış, bölmədə narkotik vasitəni onun qarşısına qoyaraq götürməli olduğunu bildirmişlər. Onu günorta saatlarında xatırlamadığı vaxtda tutmuşlar. Polis əməkdaşına tanışı olan başqa bir şəxsin telefonu ilə zəng etmişdir. Sonuncu dəfə zəng tarixçəsində İsmayıl adlı polis əməkdaşına etdiyi zəng qalmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilən zaman özündə olmadığı üçün danışa bilməmiş, müstəntiq ona heç nə danışmamasını, narahat olmamasını, onu buraxacağını bildirmişdir. İstintaq zamanı ifadə verməmiş, yalnız sənədlərə imza etmişdir. Məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 60 manata 03 ədəd bükümdə «kakos» heroin almışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:40 dəqiqədə o, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 2 nömrəli binanın yaxınlığında olarkən iki nəfər mülki geyimdə bir nəfər isə polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ- nin 2-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa 2-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X1 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli şalvarın sol yan cibindən özünə məxus bir ədəd Nokia markalı mobil telefonu, sağ yan cibindən isə ağ rəngli kağıza bükülmüş 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik vasitə olan heroindir və onu 4-5 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 60 manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd bükümdə narkotik vasitə olan heroin ayrı- ayrılıqda elektron tərəziyə qoyulub çəkilmişdir. 1-ci büküm 0,59 qram, 2-ci büküm 0,85 qram, 3-cü büküm 0,61 qram ümumi çəkisi isə 2,02 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Üzərindən aşkar olunmuş bir ədəd telefonda iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra narkotik vasitə olan heroin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə həmin gün saat 18-19 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 2 nömrəli binanın yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 2-ci PB-nə dəvət etmişlər. Polis bölməsində ona vəkil təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd Nokia markalı mobi telefonu, bir ədəd pul kisəsini və sağ yan cibində saxlamış olduğu üç ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan «kakos» heroin olduğunu Bakı şəhəri, «20 Yanvar» metrosu yaxılığında tanımadığı şəxsdən 20 manata aldığını demişdir. Həmin bükümə baxarkən bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə olan maddələr ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və onların ümumi çəkisi təxminən 2 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektorları, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmədə müdafiə tərəfin vəsatəti əsasında dəvət edilərək şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsində göstərmişdir ki, narkotiklə bağlı əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxsi əvvəldən tanımışdır. Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsində oğurluq hadisəsi ilə bağlı ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt həmin ərazidə anası ilə birlikdə kirayədə yaşayırdı. Həmin hadisə ilə bağlı dəqiq tarixi xatırlamadığı vaxtda Ağakərimin anası ilə danışaraq onun mobil telefon nömrəsini almış və Ağakərimə zəng edərək məlumat vermişdir ki, onun barəsində oğurluqla bağlı məlumat daxil olmuş, bölməyə gəlməlidir. Ağakərimlə bir neçə dəfə əlaqə saxlamış, o, gah telefonu söndürmüş, daha sonra özü zəng etmişdir. Onunla yalnız oğurluq hadisəsi baş verən gün əlaqə saxlamışdır. Narkotiklə bağlı əməliyyat tədbirində o, iştirak etməmişdir. Ağakərimə bölmənin daxili telefon nömrəsi olan 65-3-02-02 ilə zəng etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 2 nömrəli binanın yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 18:40da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-105/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 4(060)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd Nokia markalı mobil telefonu, bir ədəd qızılı rəngli pul kisəsini və sağ yan cibində saxlamış olduğu 3 ədəd ağ rəngli kağıza bükülmüş 03 bükümdə içərisində qəhvəyi rəngli narkotik maddə olan heroniə bənzər maddəni təqdim etdi, üzərində başqa hər hansı bir əşya olmadığını bildirdi. Şəxsi axtarış zamanı təqdim etdiyi qızılı rəngli pul kisəsi sübut əhəmiyyəti kəsb etmədiyi üçün vətəndaşa geri qaytarıldı, Nokia markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin «kakos», olduğunu, həmin maddəni 4-5 gün bundan Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığından tanımdığı şəxsdən 60 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm içərisindəki qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün birinin içərisindəki maddə ilə çəkisi 0.59 qr, biri 0.85 qr, digəri 0.61 qr olmaqla birlikdə çəkisinin “2.02” qram olduğu müəyyən edildi və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddi sübüt aşkar olunmadı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5366 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 126" dairəvi möhür əksləri olan, “Tutulan şəxs: “imza” Təqsirləndirilən şəxs o.” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,750 qram, -0,525 qram və -0,471 qram, ümumi təmiz çəkiləri - 1,746 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bir ədəd zərfdəki ümumi sayı 03 (üç) ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,150 qram (hər obyektdən 0,050 qram olmaqla) sərf edildikdən sonra 1,596 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi təmiz çəkiləri 1,746 qram oİmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,596 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri zündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.3, 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2, 69.3-cü maddələri tətbiq edilməklə 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti sona çatması ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2 və 9.3-cü bəndlərinə əsasən təyin edilmiş cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə cəzasını çəkib qurtarmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(060)-495/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7(001)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “”Nokia” markalı mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən «Nokia» markalı mobil telefon aparatı sadə formalı, düymə ilə işləyən, qara rəngli, kiçik ölçülü mobil telefon aparatıdır. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon sağ tərəfindəki düyməni sıxmaqla işlək vəziyyətə gətirildi. Daha sonra zəng tarixçəsi, kontaktlar, olan qovluqlar açıldı. Qeyd edilən qovluqlara baxış keçirildi, lakin iş üçün əməhiyyət kəsb edən hər hansı bir qeyd və ya şəkil aşkar edilmədi. Eyni zamanda telefonda «kontaktlar» qovluğuna da baxış keçirildi və şübhəli adlar olan telefon nömrəsi aşkar edilmədi. Telefona baxış keçirilərkən müəyyən olundu ki, telefon normal vaxtdan 7 dəqiqə arxaya quraşdırılmışdır və yəni 7 dəqiqə fərqlə işləyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, 12 oktyabr 2023-cü ıl tarixdə saat 18:40 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 2 nömrəli binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X9 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı hüquq bürosunun vəkili X1 təqdim olunur. O, vəkilə etiraz etmir. Təhqiqatçı şübhəli şəxsə hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən özünə məxus bir ədəd Nokia markalı mobil telefonu, bir ədəd pul qabını, sağ yan cibindən isə ağ rəngli kağıza bükülmüş 03 ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirir ki, bükümlərin içərisindəki narkotik vasitə olan heroindir və onu 4-5 gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 60 manata alıb üzərində saxlamışdır. Bundan sonra 03 ədəd bükümdə narkotik vasitə olan heroin ayrı-anlıqda elektron tərəziyə qoyulub çəkilir. 1-ci büküm 0,59 qram, 2-ci büküm 0,85 qram, 3-cü büküm 0,61 qram ümumi çəkisi isə 2,02 qram təşkil edir. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürləndi iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu bildirir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlı maraqlanır. Vəkil isə narkotik vasitənin təmiz çəkisinin hələlik məlum olmadığını bildirir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7055 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti vət.İ.Əlimərdanova məxsus əmlakı oğurlamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün tədbirlərin davam etdirilməsi məqsədi ilə Sumqayıt ŞPİnin 2-ci PB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,746 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,596 qram çəkidə narkotik vasitə olan heroin və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177 və 234.2-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəsinin müəyyən edilməsi ilə bağlı material ayrılmış və araşdırılması davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X4 oğlu Təqsirləndirilən şəxs məxsus bir ədəd Nokia markalı mobil telefonu təhvil almışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə 2023-cü ilin oktyabr ayının 10-13-cü il tarixlərində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən çıxan və daxil olan zənglərin siyahısı, həmçinin daxil olan və çıxan nömrələrin kimə məxsus olması, ünvanları, anket məlumatlarının, həmin nömrəyə daxil olan və çıxan SMS mətnlərinin, eyni zamanda hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların "xxxx" MMC-dən əldə olunması barədə sorğu verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə AZF/LGL-4522/24 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə "xxxx" MMC-dən sorğuya cavab daxil olmuşdur. "xxxx" MMC-dən əldə edilmiş anten dairəsi məlumatlarından təqsirləndirilən şəxsin ifadəsində qeyd olunan hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Həmçinin təqsirləndirilən şəxsin ifadəsinə əsasən məhkəməyə dəvət edilib dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru X3 ifadəsinin həqiqiliyinə dair hər hansı şübhə yaranmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-də oğurluq faktı ilə bağlı araşdırılma aparılmış və Sumqayıt ŞPİnin 2-ci PB-nin təhqiqatçısı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti vət.İ.Əlimərdanova məxsus əmlakı oğurlamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün tədbirlərin davam etdirilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə göndərilmişdir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2 və 9.3-cü bəndlərinə əsasən təyin edilmiş cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə cəzasını çəkib qurtarmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,596 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-998/2023) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 05 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,596 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 89,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-161/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-161/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver