Məhkəmə qərarları › İş №1(060)-162/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-162/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-162/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, A massivi, ev 18A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində, BC kateqoriyalı, AF 704336 seriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus VAZ-21074 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospektindən Sumqayıt şəhəri, Sülh küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək hərəkət istiqamətinin sağ tərəfindən yolun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vurmuş və nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs başın küt travması, baş-beyni və beyin kötüyünə qansızma, subdural hematoma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, çənə sümüyünün sınığı, sol alın-təpə-gicgah nahiyyəsinin dərialtı hematoması və əzilmişcırılmış yarası, burun kökü nahiyyənin sol gözaltı nahiyyənin, alt göz qapağının, sağ dizaltı nahiyyənin, sağ baldırın, sol baldırın, sol diz nahiyyəsinin və sol budun qançırları kimi insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək başın küt travması nəticəsində baş-beyinə və beyin kötüyünə qansızma səbəbindən 16 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhər X6 Xəstəxanasında ölməsinə səbəb olan yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir psixi və fiziki qüsuru yoxdur. Özünə məxsus 2003-cü il buraxılışlı, “Vaz-21074” markalı, ağ rəngli **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Adətən Sumqayıt şəhəri, 45-ci məhəllə ərazidə dayanır. 16.10.2020-ci tarixdə saat 14 radələrində həmin ərazidə yolun kənarında dayanarkən bir nəfər şəxs ona zəng vuraraq Sumqayıt şəhər Avtovağzalında olduğunu, onu götürüb dediyi yerə aparmağını bildirdiyi üçün avtovağzal istiqamətinə hərəkətə başlamışdır. Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə yolun sol hissəsi ilə hərəkətə davam etmişdir. H.Əliyev prospektində 3 saylı orta məktəbin yanında olan işıqforun qırmızı işığının tələblərinə görə yolun sol hissəsində dayanmışdır. Ondan sağda isə təxminən 2-3 avtomobil dayanmışdır. Həmin yol enli yoldur, yenicə asfalt çəkildiyi üçün yol hərəkət hissələrinə bölünməmişdir. İşıqforun yaşıl işığı yandıqda yolun sol hissəsi ilə hərəkətə başlamışdır. Təxminən 50 metr irəlilədikdən sonra avtomobilin nəyəsə dəydininin səsini eşitmişdir. O, dərhal avtomobilini saxlayıb avtomobildən düşdükdə bir nəfər qadının yolun sol hissəsində səkinin üzərində olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, avtomobili ilə həmin qadını ehtiyatsızlıqdan vurmuşdur. Daha sonra oraya tanımadığı şəxslər də gəlmiş və həmin şəxslərin köməkliyi ilə vurduğu piyadanı avtomobilə mindirib Sumqayıt şəhər X6 Xəstəxanasına gətirmişdir. Aradan bir qədər keçmiş oraya polis əməkdaşları gəlmişlər və o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıdıb, hadisə baş vermiş yeri polis əməkdaşlarına göstərmişdir. Bu barədə protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi tərtib olunmuş protokolu imzalamışdır. Sonradan idarə etdiyi avtomobillə vurduğu piyadanın Zərərçəkmiş şəxs olduğunu və vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı avtomobilinin sol ön işıq cihazının şüşəsi qırılmışdır. Buna görə də deyə bilər ki, piyadanı avtomobilin həmin hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur və piyada yolun sağından soluna doğru hərəkətdə olmuşdur. Hadisədən əvvəl spirtli içki və digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmişdir. Avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi vardır. Hadisə vaxtı idarə etdiyi avtomaşında sərnişin və yük olmamışdır. Hadisə vaxtı hər hansı xəsarət almamışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin surəti təxminən 50 km/saat olmuşdur. O, hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Belə ki, hadisə zamanı maddi vəziyyəti ilə əlaqədar fikirli olduğu üçün işıqforun yaşıl işığının tələblərinə əsasən yolun sol hissəsi ilə hərəkətə başladıqdan təxminən 50 metr sonra avtomobilimin nəyəsə dəydininin səsini eşidərək dərhal avtomobili saxlayıb avtomobildən düşdükdə həmin qadının yolun sol hissəsində səkinin üzərində olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, yolu keçən piyadanı ehtiyatsızlıqdan vurmuşdur. O, hadisə zamanı fikirli olmuşdur, yola daxil olmuş piyadanı görməli olduğu halda görməmişdir, sükan arxasında diqqətli olmalı olduğu halda diqqətli olmamış və nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs vurmuşdur. İdarə etdiyi avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında hər hansı texniki nasazlıq olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmış, ona qarşı şikayəti yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. 16.10.2020-ci il tarixdə saat 14 radələrində o, yaşadığı evdə olmşdur. Bu vaxt mobil telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Sumqayıt şəhər TTYX-dan zəng etdiyini bildirmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs onun bacısı olub-olmadığını soruşmuşdur. O, isə Sevilin onun doğma bacısı oluğunu bildirmişdir. Həmin şəxs ona demişdir ki, Sevili maşın vurub və ağır vəziyyətdə xəstəxanadadır. O, dərhal xəstəxanaya getmişdir. Sevilin vəziyyəti çox ağır olmşdur. Bir neçə saatdan sonra bacısı yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, bacısını maşınla ehtiyatsızlıqdan vuran şəxs Təqsirləndirilən şəxsdur. Ona sonradan demişlər ki, bacısını vurduqdan sonra onu xəstəxanaya aparmışdır. Bacısı Sevildə heç bir xəstəlik olmamışdır, o, sağlam olmuşdur. Onun ölməsinə səbəb yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər olmuşdur. Sonradan məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs ailəvi əvvəllər tanımışlar və onunla yaxşı münasibətdə olmuşlar, aralarında heç bir ədavət və ya münaqişə olmamışdır. Sürücü onun bacısını ehtiyatsızlıqdan maşınla vurmuşdur. İş materiallarından görünür ki, X1 15.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 16.10.2020-cı il tarixli, 113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın küt travması, baş-beyni və beyin kötüyünə qansızma, subdural hematoma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, çənə sümüyünün sınığı, sol alın-təpə-gicgah nahiyyəsinin dərialtı hematoması və əzilmişcırılmış yarası, burun kökü nahiyyənin sol gözaltı nahiyyənin, alt göz qapağının, sağ dizaltı nahiyyənin, sağ baldırın, sol baldırın, sol diz nahiyyəsinin və sol budun qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd oluna xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarın təsviri həssəsində göstərilən vaxtda və şəraitdə, yəni 16.10.2020-ci tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03.11.2020-ci il tarixli, 8/1903 nömrəli rəyindən görünür ki, VAZ 21074 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında 16.10.2020-cu il tarixli, 5794 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş 12.11.2020-ci il tarixli 302-4349-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan nikah və 02 ədəd doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 azyaşlı uşaq var. İş materiallarında olan 44 saylı 16.06.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında 12.12.2020-ci il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, X1 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarından görünür ki, 14.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, cinayəti səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 11 saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 saat vaxt sərf etmişdir. Ona görə də 138 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Həsənov X2 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 100 (yüz) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD dick cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardıma görə cəmi 138 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar